Müəllim adını şərəfləndirdin

Müəllim adını şərəfləndirdin
(Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbin direktoru Gülər İsmayılovaya həsr edirəm)

Müəllim adının şərəfi böyük,
Bəşər ilham alır sənin adından.
Bu yolda yorulmaq bilmədin nədir,
Dincəlmək söz kimi çıxdı yadından.

Gecəni gündüzə qatıb, eləcə
Yeni pöhrələrə qapı açmısan.
Onların işıqlı gələcəyinə
Sən bir Günəş kimi şəfəq saçmısan.

Bu gün öyrətdiyin hər bir məktəbli
Sabahın ən sadiq vətəndaşıdı.
Müəllim adının gör, neçə “barı”
Məktəbdən cəbhəyə zəfər daşıdı…

Məktəb sənin üçün ikinci evdir,
Sinif otaqları bağça-bağındır.
Səni şagirdlərə belə sevdirən
Büllur sular kimi saf olmağındır.

Hər addan ucadır müəllim adın,
Dahilər bu adı tarixə yazdı…
Heyranam səndəki qabiliyyətə,
Şəninə nə desəm, yenə də azdı!

Əzəl yaranışdan el adamıdır,
El ilə ağlayar, gülər müəllim…
Böyük bir ordendir sinəndə, adın,
Zəkan işıq saçır, Gülər müəllim!

Müəllif: Fərhad Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir