Miraslan Rasim (Bağırov) AYB-nə üzv qəbul olunub.

Təbrik edirik!!!

Miraslan Rasim (Bağırov) 1947-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənddəki beynəlmiləl internat məktəbdə almış, 1971-ci ildə ADPU-nin Riyaziyyat fakültəsini bitirmişdir. 53 illik pedaqoji fəaliyyəti dövründə 1992-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, “Qabaqcıl Maarif xadimi”, “Xalq maarifi əlaçısı”, “SSRİ Xalq Maarifi əlaçısı” döş nişanlarına layiq görülmüşdür. Satirik şeirləri Respublikanın əksər mətbu orqanlarında-jurnal və qəzetlərində mütəmadi olaraq çap olunur. “Qızıl Qələm” media mükafatı laureatıdır. AJB-nin üzvüdür, hal-hazırda “Yurd” elmi-bədii publisistik jurnalın məsul katibi, “XXI əsr Ədalətli iş və düzgün söz” qəzeti redaktorunun I müavinidir.
Yaradıcılığına gəlincə, şeirləri eləcə də çap olunmuş 4 kitabı, oxucuların stolüstü kitabına çevrilmişdir: “Təpədəki evin sirri, “Günümüzün reallığı”, “Tale yazansan”, “Nə günlərə qaldıq…”
Dostum və həmkarım Miraslan Rasimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!

Mənbə: Ədalət Əroğlu ,
“Ədalət İşığında” ədəbi məclisinin sədri,
AJB-nin üzvü,
“Yurd” jurnalının redaktoru,
“Qızıl Qələm” media mükafatı laureatı

One thought on “Miraslan Rasim (Bağırov) AYB-nə üzv qəbul olunub.”

  1. Bu gözəl Təqdimata və sözə dəyər verdiyinizə görə çox sağ olun Yazarlar.az. Əllürinizə, ürəyinizə sağlıq. Uğurlarınız bol ol olsun. Miraslan müəllim haqda çox da yazmaq olar. Bir daha Yazarlar.az sayt rəhbərliyinə, zəhməti olan qələmdaşlarıma Təşəkkür edirəm. Axarlı, baxarlı olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir