
MASSAGETLƏRİN HÖKMDARI TOMRİSİN ADININ MƏNASI.
Hələ b.e.ə.V əsrdə yaşamış qədim yunan tarixçi və coğrafiyaçı alimi Herodotun (b.e.ə.484-425) “Tarix” əsərində indiki Azərbaycan ərazisində Araks(Araz) çayının ətrafında yaşayan xalqları “Massagetlər” adlandırırdı.Herodot onları oxla, qılıncla, nizə ilə silahlanmış döyüşkən xalq kimi təsvir etmişdi.
Massagetlərin qadın sərkərdəsi Tomris Xatunun Əhəminilər hökmdarı II Kiri məğlub etməsi və onu öldürməsini öz “Tarix” kitabında geniş təsvir etmişdir.
“Massagetae” (Massaget) məfhumuna nəzər yetirək.Sözün 1-ci hecası “mas” latın dilində “kişi, adam”,2-ci heca isə, latın dilində ”sagitta” –“ox” sözündəndir.”Massagetlər” məfhumu “ Oğuzlar” mənasını bildirir.Həiqətən də qədim oğuzların inancı “ox” olmuşdur və etnos özünü inancın adı ilə adlandırmışdır.(İnancın-totemin tərifində də belə deyilir.)
TOMRİS XATUNUN adı haradan gəlir?Ensiklopedik mənbələrdə Tomris (Tomiris) adı haqqında olan məlumatlara baxaq.Əsasən qərbin tarixçi-dilçi alimləri Massagetlərlə Persiyanın (İranın) müharibələrinin fonunda bu adın iraniskadan (qədim İran dili) adlanması haqqında təsvirləri irəli sürmüşlər.Alimlər Tomrisi qədim iran dilində Tahmirih kimi götürüb və bu sözün “tahma” “rayis”yəni “gözəl görünüş” kimi mənalandırıblar.
Əgər biz Qədim Hun qəhrəmanlarının adlarının yunanlar tərəfindən adlanmasına fikir versək görərik ki , onlar Teomanı latın dilində “Deo-Teo” (d-t)-“Tanrının adamı-Tanrıqulu”; Atillanı “Tanrının qamçısı” kimi adlandırmışlar.
Tomris (Tomiris) adına diqqət yetirək.Sözün 1-ci hecası”to” “Deo-Teo (d-t) məfhumundan “To” şəklini almış “Tanrı” sözüdür.2-ci heca “miris” latın dilində “mirus” sözü olub, “valehedici, heyrətamiz, möcüzəli, gözəl və s.” mənalarını verir.Tomris adı bütövlükdə latın dilində “Tanrının möcüzəsi”, “Tanrının gözəli”, “Tanrının fövqəltəbiisi” mənalarını bildirir.
Tomrisi türkdilli xalqlar bu adın türk dilində “dəmir” sözündən yarandığını hesab etmişlər.Yunanlar da bu adın dəqiqliyini bilmədikləri üçün, Tomrisin Hun əsilli olduğunu nəzərə alaraq, onlar türk versiyasını qəbul edərək, onun bənzəri olan “Dəmir Qadın” kimi adlandırmışlar.
Çox güman ki, gürcülər də öz qadın hökmdarlarını da bu addan bəhrələnərək Tamara adlandırmışlar.
Yeri gəlmişkən əgər tarixdən danışırıqsa, onu mütləq dilçiliklə əlaqəli şəkildə öyrənmək daha da əhəmiyyətli olar.Gürcü hökmdarı Qurucu Davidin (“Qurucu” təxəllüsünü də ona Səlcuqlar vermişlər) qadını səlcuqlu Saruxanın (Sarı-ay Ayxan) qızı Quranxtun kimi tarixə düşmüşdür.Əslində bu onun əsl adı deyildir.Bu adın mənası “Quranın Xatunu” adının assimlatik formasıdır.Elə “gürcü” adının özü də “Qurucu” adından yaranmadır.
Müəllif: Həsən ƏLİYEV
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru