Ceyhun Məmmədovun tövsiyələri

Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:

  1. Hər zaman yeni elm və bilik axtarışında olun. Ən güclü sərmayənin bilik olduğunu unutmayın.
  2. Daima üzərinizdə işləyin, bilik və bacarıqlarınızı durmadan artırın. Bilin ki, daima üzərində işləmədən həyatda uğur qazanmaq mümkün deyil.
  3. Analitik təhlil qabiliyyətinizi, məsələlərə fərqli yönlərdən baxmaq bacarığınızı hər zaman inkişaf etdirin.
  4. Ruhunuzu hər zaman sağlam qidalarla qidalandırın, onun çirklənməsinə, bataqlığa batmasına imkan verməyin.
  5. Heç zaman ictimai mənafeyi şəxsi mənafeyə qurban verməyin. Faciələrin hər kəs yalnız şəxsi mənafeyini düşünəndə baş verdiyini unutmayın.
  6. Maddi zənginliklə yanaşı, mənəvi zənginliyə də önəm verin. Maddi zənginliyin arxasında mənəvi zənginliyin olması sizi daha da güclü edəcək.
  7. Hər zaman böyük düşünün. Cılız işlərin dalınca qaçmayın.
  8. Enerjinizi düzgün yönləndirin. Sizə, cəmiyyətə fayda gətirməyən əməllərdən uzaq olun.
  9. Dostlarınız doğru seçin, yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.
  10. Heç zaman əmanətə xəyanət etməyin, heç kimin haqqına girməyin. Bilin ki, bunun vəbalı çox ağır olacaq.

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – Sevgi haqqında

SEVGİ
(“Buz üstə yazılmış sətirlər”dən seçmələr)

  • Sеvgi. Hаmı Rоmео kimi sеvə bilər, аmmа Оtеllо kimi hərəkət еtmək hər kəsin işi dеyil.
  • Sеvgi – bəlаdır. Hər kəs öz bəlаsının quludur.
  • Sеvgi ruhun bаyrаmıdır, seks isə bədənin. Sən öz ruhunu çox sevirsən, yoxsa öz bədənini?
  • Sevgi. Qadınlarla kişilər arasında əbədi intriqa.
  • Sevgi. Bəlkə də bu oyunu insanlar özləri darıxmamaq üçün uydurublar. Və çox güman ki, onun ilk müəllifi qadındır. Axı qadınlar daha çox darıxır.
  • Sеvginin ömrü qısа, qеybəti uzun оlur.
  • Sevgi də bir vətəndir. Amma oradan qürbətə yol yoxdur.
  • Sеvginin dili lаl оlur; аmmа səfeh adam sеvdiyini hаmıyа dаnışır, özü də bаğırа-bаğırа.
  • Sеvginin dili lаl оlsа dа, gözü iti оlur.
  • Sеvmək еlə bir bəlаdır ki, eqoistlərdən başqa hаmının bаşınа gələ bilər.
  • Sеvgidən qоrхmur, sеvginin оbyеktindən və … subyektindən qоrхur.
  • Sеvgi bir ümman kimidir. Onun qаbаrmа və çəkilmələrinə hər аdаm tаb gətirə bilmir; о, zəifləri sаhilə аtır, güclüləri burulğаnа çəkir.
  • Sеvməyə bаşlаyаndа özünü çəkisizlikdə hiss еdirdi, еvlənəndən sоnrа bаtаqlığа düşdü.
  • Sеvməyə hаmı sеvir; аmmа kimi ürəyi, kimi də…mədəsiylə.
  • Sevincim çox utancaqdır; o, mənim kədərimlə pıçıltı ilə danışır.
  • Sevgi həmişə gül-çiçəklə birgə gəlmir ki; o çiçəklərdə tikanlar da olur və həmin tikanları heç də hamı görə bilmir.
  • Sevilməyə bilərsən: bu, heç də faciə deyil. Əsl faciə odur ki, sevə bilməyəsən.
  • Sevgi ötəridir, nifrət əbədi.
  • Sevdiyinlə istədiyin arasında fərqi görə bilirsənmi?
  • Mənbə: Firuz Mustafa
  • Müəllif: Firuz MUSTAFA
  • FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“NAVİQASİYA” VƏ “NOVUS” TERMİNLƏRİ NECƏ YARANIB?

“NAVİQASİYA” VƏ “NOVUS” TERMİNLƏRİ NECƏ YARANIB?
Tövratda və Quranda Nuh Peyğəmbər haqqında hekayətlər vardır.Allahtəala insanların iman gətirmədikləri üçün Nuh peyğəmbərə xəbər verir ki, yaxın vaxtlarda tufan göndərib yer özünü suya qərq edəcəkdir.Əmr edir ki, Nuh Peyğəmbər böyük bir gəmi düzəltsin. İman gətirən insanları və bütün canlılardan bir cüt həmin gəmiyə yığsın.Bununla Allahtəala iman gətirməyən insanların hamısını suya qərq edir.
Bildiyimiz kimi ”Adəm” peyğəmbər ilk insan olduğundan elə insanın özünü “adam” adlandırırlar.”Nuh nəbi”, “Nuh əyyamı” sözü ən qədim dövr kimi anlaşılır.”Nuh” sözü ümumilikdə bütün xalqların dilində “peyğəmbər”liyin yaranışı kimi qəbul edilir.Ümumilikdə Peyğəmbər sözü qədim ivrit dilində “navi”, ərəb dilində isə “nəbə”, “nəbi” kimi işlənir.”Navi” sözü peyğəmbərliyin simvolu kimi Nuh Peyğəmbərin özü nəzərdə tutulmuşdu.Məhz “Nuhun gəmisi” dəniz gəmiçiliyinin inkişafı dövründə “gəmi”çiliyin Nuh Peyğəmbərə aid olduğu nöqteyi-nəzərindən onun adı ilə “Naviqasiya” adlandırılmışdır.Latın dilində “gəmi” sözünün özü də, “navis” kimi tərcümə olunur.Bu gün ünvanı düzgün müəyyənləşdirmək üçün işlənən “naviqator” sözü də vaxtı ilə dəniz yolunun (gəmilərin) xəritə üzərində göstərilməsindən yaranmadır.
O ki qaldı, “yeni””təzə” sözünə, latın dilində “novus”, yunanca “neos”, farsca “nov”, hindcə “naya” rusca “новый” və s. deyilməsinə, bu məfhumlar da, Nuh Peyğəmbərin adı ilə (Navi) bağlıdır.Demək olar ki, Ulu dildən gələn sözdür.Həm də “teofordur”.Yer üzü suya qərq olunandan sonra hər şey “yeni”lənib, “təzə”lənmişdir.İndiki insan nəslinin əcdadı Nuh Peyğəmbər hesab edilir.Yeni təbiət,yeni il, yeni insan, yeni heyvanat (homos,fauna,flora) hamısı …Allah bütün canlıları və təbiəti Nuhun vasitəsi ilə “yeni”dən həyata gətirmişdir.
Qarşıdan Yeni İl gəlir.Bu münasibətlə Xristian aləminə bir “Şaxta Baba hədiyyəsi” vermək istəyirəm.Görəsən onların elm adamları şam, küknar, yolka və s. bu növdən olan ağacların yeni ildə bəzədilməsinin səbəbini bilirlər?
Mənbələrdə və Yeni İl ilə əlaqədar materiallarda da rast gəlinmir.Yəqin olsaydı hamı bilərdi, mən də həmçinin.
“Новый год”-“Yeni İl” anlamı da Nuhdan gəlir.Şam ağacı Nuhun gəmisinə bənzədilərək hər bir canlı və ağacların meyvəsindən hazırlanmış oyuncaqlarla bəzədilir.Qədim Türklərin ağac kultuna görə şam ağacı müqəddəsdir.Bunun əsas səbəbi şam ağacının Od Tanrısının tonqalına bənzəməsi əlamətindəndir.(müəllif)Yolka ağacinin zirvəsində OdTanrısının simvolu olan günəşin rəmzi dururdu.Sövetlər dönəmində bu bayramı da siyasiləşdirərək sovetlərin simvolu olan “Qırmızı Ulduzla” əvəz edilmişdir.Mövzuya məntiqlə yanaşıldıqda aydın olur ki, “Yeni İl bayramı” Nuh Peyğəmbərin canlıları xilas edərək “yeni”dən həyata gətirməsi səbəbindən qədim insanlar tərəfindən dilə neologizmlər gətirilməsinə səbəb olmuşdur.”Yeni İl Hədiyyəsi”anlamı da Nuhun insanlara bəxş etdiyi yeni həyatın hədiyyələridir.Elə “Şaxta Baba”nın özü də NUH PEYĞƏMBƏRİN özüdür.(müəllif)Gəminin Uzaq Sibirdən quruya çıxması onun “Şaxta Baba” kimi adlanmasına səbəb olmuşdur.
Bu gün türk dilində “Yanvar” ayına “Ocaq” deyirlər.”Yanvar” sözündə də “yanmaq” sözü görünməkdədir.Əgər Nuhun gəmisi Uzaq Sibirdən çıxmışsa, deməli orada yaşayan Qədim Oğuzlar bu adı ilkin olaraq işlətmişlər.Elə “yeni” sözünün özü türk dillərində “Günəş” Tanrısınən adındandır: gün-yün,yen, yeni…Avropalılar bu Yeni İli Nuhun adı ilə, Uzaq Şərqlilər isə onu Günəş Tanrısının adı “gün” sözü ilə adlandırmışlar.Dünya sivilizasiyasının Ön Asiyadan başlanması tarixi həqiqətdir.Məhz Ön Asiyanın əhalisi də Uzaq Sibirdən gəlmiş Qədim Türklər olmuşdur.Türklərin həmin ayda ocaq yandırması sonralar “yanar ay” kimi “ocaq ayının” sinonimi kimi işlənmişdir.
Ruslar bu gün “gəlinə” “невеста” deyirlər.Yəni “yeni gəlin(gələn)”.Rus dilində “вести” sözü “aparmaq” mənasını bildirir.Bizim işlətdiyimiz “gəlin aparmaq” ifadəsinə uyğun gəlir.Rusların “su basma”ya – “наводнение” deməsi də “navi” sözündən gəlmədir.
P.S.Bu yazını mən əvvəllər yazmışdım.Bir az əlavələr etdim.Ta uşaqlıqdan Yeni İl hamı kimi mənə də maraqlı olmuşdur.Bu gün bu sirləri öyrənəndə dilçilik elminin gücünə heyrət edirəm.O, insanı insanın yaranışına qədər apara bilirmiş.Bundan gözəl nə ola bilər ki?Mən heç özüm də bu sirri anlamıram.Ancaq nəticə olaraq qədim insan düşüncəsindən yaranan sözlərin mahiyyətini tapa bilirəm.Bəlkə də dilçilik elminin ilkin forması “SÖZDUYUMU” olmuşdur.Hər hansı bir şeyi duymaq üçün dərin qata getmək lazımdır.Bu yol qaranlıq olsa da, sonu işıqdır.Quranın “Bəqərə” surəsindəki ayə kimi:”…Yuxricuhum minəz zuluməti ilən nur” (Onları (möminləri) zülmətdən nura çıxarar.”İnşəallah. Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ DEKABR – 2023 N: 12 (36)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR”JURNALININ DEKABR – 2023 N: 12 (36)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB – PDF: yazarlar-36

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Mən dünyaya pis demərəm…

BİLSİN…

Mən dünyaya pis demərəm,
Kim nə deyir özü bilsin…
Dünya sənsən, dünya mənəm,
Aşuqqalar* düzü bilsin….
* * *
Kəkələmə, kəlmə üstə,
Kimi altda, kmi üstə,
“Ot da bitər kökü üstə”,
Söz deyənlər sözü bilsin…
* * *
Seçə bilmir sazla sözü,
Ayırammır odla közü,
Qarışdırıb suyla buzu,
İz sürənlər izi bilsin…

* * *
Hərə gəzir bir bəhanə,
Bu dünyanın “günahı” nə?
Çoxu bilmir heç kahı nə,
Deyir, bunu qazı bilsin….
* * *
Ustac dəyər verər sözə,
Gücü salmaz heç vaxt dizə,
Dünyadan nə gəlsə bizə,
Arar bizi, bizi bilsin…

25.03.2017. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Səlim Babullaoğlunun doğum günüdür!

Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, SƏLİM BABULLAOĞLU imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz  ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və  bərəkətindən faydalanacaq)  “Atv kitab” – “Parlaq imzalar”  olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!

Hörmətlə: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və Sevindik Nəsiboğlu Şuşada.

Zaur Ustac, Sevindik Nəsiboğlu və Sevindik Nəsiboğlunun atası. 09.09.2022. Şuşa şəhəri bazarın qabağı.

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Damət Salmanoğlu – YUXU

YUXU
(Hekayə)

Heç nə səbəbsiz olmur. Həyatın öz qanuna uyğun yazılmamış qanunları var.
Adi yuxularda belə başına gələcək qəza-qədərləri öncədən görmək olur. Bir də görürsən elə bir situasiyaya düşürsən ki, deyirsən, ay balam, bu hadisə mənim başıma nə vaxtsa gəlib.
Əsasən də seçilmiş insanlar yuxularında görə bilirlər öz gələcək aqibətlərini. Buna “bəsirət gözü” də deyirlər bəzən.
Belə insanlardan biri də Pənah kişi olub. Pənah kişi nə iş görsəydi deyərdi mən filan işi yuxuda görmüşəm. Hələ işə başlamışdan o işin sonu nə ilə bitəcəyini danışırdı. Dostları da gülə-gülə deyirdilər:
-Ay kişi, sən yuxularını lap kino kimi görürsən.
Vallah, ay Pənah kişi, sən istəsən rejissor da olub gördüklərin əsasında həyatı filmlər çəkib oskar mükafat falan alarsan haa… Pənah kişi də qəzəblənərdi dostlarına:
-Siz lağ edin..
Bir gecə yuxuda dostu Vaqifi görür. Görür ki, Vaqif cavanlığında kababçı işlədiyi
restoranın soyuducusundan iki kəsilmiş bütöv quzunu oğurlayıb sabahsı günü təyyarə ilə Riqa şəhərinə qohumunun toyuna aparıb.
Səhəri gün gəlib dostlarına deyir:
-Allaha yalvarmışam sizin nə gizlin-günah işləriniz olubsa onları mənə yuxuda ayan eləsin. Günahlarınızı bir bir deyəndə mənə inanarsız. Şükür Allaha ki, dualarımı qəbul elədi. Bu gecə yuxuda Vaqifi gördüm. Demə Vaqif işlədiyi restorana xəyanət edib iki quzu cəmdəyini Riqaya, qohumunun toyuna aparıbmış.
Vaqif bir az qızardı, bozardı, sonra dedi:
-Day keçib, düzünü deyəcəm. Bu kişi ön görücüdür, nə deyirsə düz deyir. Qoy danışım o hadisə necə baş verib. Mən əvvəldən bilirdim toya dəvət olunduğumu. Qohunum xahiş etdi ki, nə olar qohum, iki quzu kəsdir gətir pulunu burda ödəyəcəm. Toyda öz quzumuzun ətindən kabab edərsən qoy görsünlər ki, bizim heyvanın əti nə qədər dadlı olur. İşlədiyim restorana demək olar ki, hər gün qəssab axşam üstü beş, ya da altı quzu kəsib gətirirdi. Biz də həmən quzuları soyuduculara qoyurduq, səhərisi gün doğrayanda özünü tutmuş olsun.
Düzünü deyim tamah mənə üstün gəldi.
Dedim burdan iki quzu aparsam müdürün, bəlkə, xəbəri olmadı. Qohumumdan quzuların pulunu alaram həm yol pulumu edər həmdə 100 dollarda nəmər yazdıraram. Onu da deyim ki, iş yerindən yaxşı məvcacib alırdım. Allah şeytana lənət eləsin aldatdı məni.
Axşam üstü qəssab həmişəki kimi 6 quzunu kəsib gətirmişdi.
Bədbəxdiydən müdür də də, həmən saatlarda orda idi. Özü baxdı quzuların çəkisini qeyd elədi.
Yenə fikirləşdim nə biləcək ey. Çünki, doğranmış ətimiz çox qalmışdı.
Soyuducu olan otağın açarları məndə olurdu.
Axşam oğluma dedim iki quzu kəsdirmişəm al bunları apar evimizə, sabah Riqaya aparacağam. Oğlum nə bilsin ki, mən oğurluq edirəm. Nə isə, müdür bilirdi mən 3 gün olmayacam, toya gedirəm. Səhərisi günü quzuları tənzifə büküb kisələrə qoyub gəldim aeroporta ki, baqaja verim, nəzarətçi dedi olmaz ət məhsulları aparmaq. Nə qədər dil tökdüm, pul təklif elədim razılaşmadılar. Birdən yadıma düşdü ki, müdürün dostu aeroportun gömrüyündə yüksək vəzifədə işləyir.
Öyrəndim ki, yuxarı mərtəbədədi otağı. Getdim yanına, dedim hal-qəziyə belədi, mənə icazə vermirlər aparmağa quzuları. Ona yalandan dedim ki, müdür dedi əgər buraxmasalar gəlib sizə deyim kömək edəsiniz. O da, gülə-gülə dedi:-Day dostum deyibsə bu saat tapşırıq verərəm. Hə dostlar, müdürün malını oğuladım, onun adından istifadə etdim, amma bu oğurluq mənə baha başa gəldi. Apardım quzuların ətini, toyda kabab elədim. Vurdular araqdan, yedilər bəh-bəhnən.
Vaqif bir az sözlərinə ara verdi. Aradakı boşluğu görən Pənah kişi gülə-gülə dedi:
-İstəyirsiniz ardını mən danışım.
Vaqif dilləndi:
-Danış-danış, görürəm sən dəqiqliyinən görmüsən yuxuda etdiym günahlarımı.
-Pənah kişi hadisəni davam elədi:
-O hadisədən 2 ay sonra Vaqifin qarın nahiyəsində sancılar əmələ gəlməyə başladı. Özünü çox pis hiss edir, sancı biçaq kimi doğrayırdı onu. Həkim müayinəsindən, analiz cavablarından məlum olur ki, bağarsağında xərçəng xəstəliyi əmələ gəlib. Həkim deyir ki, əgər təcili xərçəng olan boğarsaqları əməliyyat etdirməsən 6 aya bütün bədəninə yayılacaq. Təsadüfə bax ki, həkim deyir bu əməliyatı ən yaxşı Riqada edirlər, çalış orda elətdir.
Vaqifi titrəmə tutur bilmir neynəsin. Handan-hana yadına quzu apardığı Riqada yaşayan qohumu düşür. Tez qohumuna zəng edir ki, ay qohum, başıma belə iş gəlib. Öyrən gör nə qədər xərci-xəsarəti var bu əməliyatın. Qohumu da deyir, ay Vaqif, nə qədərə gücün çatır götür özünlə gəl, çatmayanına da kömək edərik. Hə, bax belə, oğuluq quzuları yediyi şəhərdə boğarsaqlarını kəsdilər. Ay Mahir, bu gün səni fikiləşib yatacam görüm sən nə qələtlər qarışdırmısan.
-Dostları başladı yalvarmağa ki, qələt etmişik sənə inanmamışıq. Keç günahımızdan, yatanda bizi fikirləşib yatma haa..
-Yaxşı-yaxşı, bir də xətrimə dəysəniz bütün qələtlərinizi ifşa edəcəyəm, deyib Pənah kişi gülə-gülə dostlarından aralanıb yuxularına doğru addımladı…

Müəllif: Damət Salmanoğlu

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru