QARDAŞIM MƏNİM, SİRDAŞIM MƏNİM!

QARDAŞIM MƏNİM, SİRDAŞIM MƏNİM!

56 yaşını salamlayıb təbrik edirəm. Qoca dünyanın qocalda bilmədiyi Yusif Bəhramoğlu tanıyanlarının nəzərində eləcə 43 yaşlı cavan kimi qalır.

Ümid elədim sabaha
Şeytan çəkir hey günaha.
Əlimi açdım Allaha
O da əlimdən gizlənir.

𝙑ə 𝙮𝙖

Ürəyimi açdım yelə,
İstəyir dünya sökülə.
Məni basdır gülə-gülə,
Öldüm ağlaya-ağlaya.

𝙮𝙖𝙭𝙪𝙙

Başım üstə bir azğın əjdahadı,
Bu torpaq nə azğın iştahadı.
Həyat mənə bu dünyadan bahadı,
Ömür kimi heç nə ucuz vörünməz.

Yəqin ki, bu şeirləri oxuyanlar istedadlı bir insanın ömrünün qısalığına, itkisinə təəssüflənəcəklər.Şeirlərində sevinclərindən çox məruz qaldıqları sıralanıb. Ona məhz bu yaşantılar, bu göynərtilər doğma olub. Fələk yazdıqlarının sevincini çox görüb ona. Şeirlərini dəfə-dəfə oxuyuram. Bir qismi Füzuliyanə, bir qismi Sabiranə.Bir az böyük də çıxsa, deyərdim ki, bütövlükdə Yusifanə.
Qəmxarım qəm, qılma qəm kəm,qəm kifayətdir mənə,
Qəm mənim qəmsizliyimdən qəmli qiymətdir mənə.
Şeirlərində ölüm haqqında düşüncələr özünə yer alsa da, dilində zarafatları əskik olmazdı.Zarafatları qəzəllərində daha çox yer alıb. Əksər qəzəllərinin mövzusu yarıciddi, yarızarafatdır.

Bizləri işlədərək pul yerinə vəd verilir,
Yığmışıq vədlər ilə xeyli qənimət, ay Hacı.

Yaxşı ki, verdiyin maaş badımcana çatır,
Görürük şükr ola hərdən yuxuda ət, ay Hacı.
***
Çoxları qocalanda demə ağsaqqal olurlar,
Yusif kimi bir kimsə cavankən pir olmadı.

Yusif hər zaman elə mövzulardan yazıb ki, onların “sandıq ədəbiyyatı” olmaq qorxusu yoxdur.Bütün şeirlərində sabaha inam var, işıqlı bir ümid var.
İzləyicilərə Yusif Bəhramoğlunun ilk fotosuyla son fotosunu təqdim edirəm.İlk fotoda yaş yarımlıqdır. Ömrün sonuncu fotosunda 43-lə vidalaşıb. ..İndi şəkil çəkdirməyə nə var ki?..Hərənin əlində telefon – istənilən anı lentə ala bilir. Amma əvvəlki zamanlada insanlar ən yaxşı paltarlarını geyinib fotoatelyelərə gedir və ya fotoqrafları evlərə dəvət edirdilər. Bu şəklin çəkilmə tarixi bütün aydınlığıyla yadımdadır. Atam Bəhram müəllim ziyalı bir şəxs idi. Ömrün fotolarda əbədiləşən anlarının dəyərini yaxşı bilirdi. Lənkəranın məşhur Böyük Bazar ərazisindəki fotoatelyelərinin birində lentə alınan bu şəkildə 1969-cu ilin yayıdır. Ailəmizin hamısı bu şəkildə birgədir. Təəssüf ki, amansız həyat bizi bir- bir ayırdı.
Sonuncu şəkildə isə Yusif toy məclisindədir. Aliyə bacımızın oğlu Rəşadla gəlini Səbinənin toy məclisində.

Ruhun şad olsun, sirdaşım mənim. Yenə bizimləsən – yadigarlarınla, yazıb-yaratdıqlarnla, müdrik fikirlərinlə…

Müəllif: Sevda ƏLİBƏYLİ

SEVDA ƏLİBƏYLİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir