
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
GEDƏN KÖHNƏ, GƏLƏN TƏZƏ…
Köhnə getdi, təzə gəldi,- illərdi tək dəyişən,
Sevinməyə bir səbəb yox, elə qəmlənməyə də.
Bacarırsan, yaxşılığa bircə ad çək dəyişən,
Mən illərdən nə umdum ki, bir xətrimə dəyə də.
Çətin deyil boş ürəklə yaşa dolmaq vətəndə,
Lap çoxdandır yerdən-yurddan ümidimi üzmüşəm.
Sən bilməzsən necə olur qərib olmaq vətəndə,
Üzülmüşəm, üzüntümlə özgə kimi üzmüşəm.
Bir zamanlar it hürərdi arxamızca, çox şükür,
Kölgəmizə diş qıcardan heç çaqqal da qalmayıb.
Ömrümüzü xərclədik nə eyni, nə başqa cür,
Bundan sonra ağarası saç-saqqal da qalmayıb.
Sınan bilər necə olur ürəyindən yıxılmaq,
Lap dilinin ucunda da çaşıb azar söhbəti.
Çox asandır adamların arasında sıxılmaq,
Salam vermək, salam almaq olub bazar söhbəti.
İl ki ildən çətin gəlir, olmur gələ-gedə xoş,
Bir qaydadır qəlbimizi qəm ala, möhnət əzə.
Sanki borcdur qarşılamaq-yola salmaq əliboş,
Köhnə getdi, təzə gəldi,- nə fərqi, köhnə-təzə…
02.01.2024.
Müəllif: SÜLEYMAN ABDULLA
Перевод:
Теране Меммед – Təranə MƏMMƏD
Уходит старый, приходит новый
Ушел вот старый год, а новый у порога.
Только годы и меняются.
Не радуюсь и не грущу, витает чувств свобода.
Если можешь, назови,что меняется.
А что я требовал от лет, ушедших,
чтобы взять сейчас и обидеться…
Несложно на родине стареть бездушно,
Давно на все надежду потерял.
У себя быть чужеземцем сложно,
Я сам устал, быть может еще кому-то надоел.
Когда-то вслед собаки лаяли,
Слава богу, что и шакалов нынче нет,
чтобы на тень нашу зубы скалили.
Мы жизнь и в доль ,и поперек растратили,
Для седины ни волос, ни бороды уж нет.
Кто сломан жизнью,знает хорошо,
что значит сердцу не стучать, не биться.
И речи на устах несложно измениться.
Как же легко среди людей ютиться,
Чтобы «саламом» обменяться,
Умело надо торговать лишь научиться.
С каждым годом жизнь становится сложней
Ни проводы, ни встречи не радуют людей.
Словно долг: провожать и встречать ни с чем,
Ушел старый, пришел новый, а отличается-то чем…
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
(Zaur Ustacın doğum gününə)
Mən bir adam tanıyıram, insanlıqdan, mərhəmətdən, vicdandan, bütün mənəvi duyğuların ən alisindən pay almış…
O, elə bir adamdır ki, quyunun dibinə düşmüş, çarəsiz qalan kəsə təmənna güdmədən əl uzadan, bir isti əli, bir kübar, xoş sözü ilə könülləri oxşayan, ədəbiyyata öz imzasını möhür kimi vuran, gənc istedadların, onun qəlbinə and içdiyi – Zaur Ustac!
Sosial şəbəkə hesabımda şeirlerimi paylaşırdım, bir də gördüm, “Zaur Ustac” adlı feysbuk hesabı profilindən bir rəy gəldi: “Yazılarınızı bu ünvana, bu sayta göndərin”…
Cəmi on doqquz yaşım vardı. Bu rəyi görüb sevincdən əlim-ayağıma dolaşdı. Bu, mənim gələcəyim üçün əvəzsiz bir hədiyyə idi. Sevincək, Zaur bəyin rəyinə cavab olaraq, bir-iki sərbəst şeirimi yolladım. Bir də gördüm, artıq jurnalda dərc olunub, saytlarda yer alıb. Bir müddət sonra isə, “Yazarlar” jurnalının redaksiya heyəti üzvlüyünə məxsus “üzvlük ” vəsiqəm gəldi.
Mən bilirəm ki, onlarca gənc yazarın püxtələşməsində, irəliyə getməsində Zaur Ustac əməyi var, hətta o yazarları da şəxsən tanıyıram…
Zaur Ustac onu dərk edənlər üçün ədəbiyyatın incisidir. O, istedadlı olan hər bir kəsə dəyər verir, önə çəkir, onların yaradıcılığı üçün çiçəkli bir cığır açır, daim izləyir, qətiyyən büdrəməyə qoymur, bir az büdrəmə ehtimalı gördüsə tez əlindən tutur…
Zaur Ustac Vətəninə pak eşq duyan, onu bütün ürəyi ilə sevən əsl vətəndaşdır, əsl vətən oğludur…
Daim çalışır, daim xalqına, millətinə bacardığı kimi xidmət edir, bir an belə bu xidmətinin qarşılığını gözləmir.Məhz ona görə də, Zaur Ustac sevilir!
Sən biz qucaq açan ata,
Sınıq qəlbə həb əvəzisən…
Elə kəs yoxdur sənə çata,
Sevincimizin səbəbisən!
Sənlə başladı gələcək,
Adınla da davam edir.
Hamı bir ağızdan deyəcək,
Ustac şəyirdlər yetişdirir.
Vətənə oğul olan adam,
Sənə sevgi duyuruq biz.
Dərdə çarə olursan madam,
Sənə min alqış deyirik biz.
Doğum gününüz mübarək olsun, səmimi hisslərlə “Ustad” adlandırdığım, USTAD-ZAUR USTAC!!!
Aytac İbrahim,
“Yazarlar” jurnalının Qax bölgə təmsilçisi
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilini Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür. 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyim “Ulu Öndərin işığında” adlı kitabımın Yasamal rayon Heydər Əliyev Mərkəzində və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimatında iştirak etmiş və gözəl nitq söyləmişdir. Həmçinin məni İsa Muğanna mükafatı və 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif etmişdir.
Zaur müəllim əsl ədəbiyyat fədaisidir! Ədəbiyyatımızın inkişafı yolunda yorulmadan fəaliyyət göstərir. Yazıçılarımızın, şairlərimizin həyat və fəaliyyətini işıqlandırır, onları unudulmağa qoymur.
Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Müəllif:Sevindik NƏSİBOĞLU
SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI
SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru