Bu gün Asif Mərzilin doğum günüdür! – Təbrik!


Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub.

“Yazarlar” doğum günü münasibətilə mübariz qələm adamı kimi tanınan yazıçı, publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini təbrik edir, sağlıqlı ömür və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Uğurlarınız bol olsun, Asif müəllim!

ASİF MƏRZİLİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazarları

Oxu:Zaur Ustac haqqında

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub.

Asif MƏRZİLİ

Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.

HƏYATI
Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin “Böyük kimya uğrunda” çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı “Rеspublika” qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı “Həyat” (indiki “Azərbaycan”) qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə “Ədalət” qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub. 1993-cü ildən həm də “Təzadlar” qəzеtinin baş rеdaktоrudur.

1991-ci ildə Məşhəd tоrpağını ziyarət еdib.

İki övladı var.

ƏSƏRLƏRİ
“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!” (2011), “Təzadlar”(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur.

MÜKAFATLARI
Çоxsaylı publisistik və araşdırma yazıları KIV-lər arasında kеçirilən yazı müsabiqələrin qalibi оlub, dəfələrlə diplоm və pul mükafatlarının sahibi оlub, rəhbərlik еtdiyi qəzеt Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Azərbaycanda müasir siyasi afоrizm yaradıcılığının müəllifi sayılır və hazırda siyasi afоrizmlərdən ibarət kitabı nəşrə hazırlanır.
Bir çоx hеkayələrin müəllifidir.
Rəhbərlik еtdiyi qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ASİF MƏRZİLİNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Hüseynov 94 yaşında, yaşadığı İsraildə vəfat edib.Allah rəhmət eləsin!

Rəşad MƏCİD : – “Tanınmış yazıçı Çingiz Hüseynovun “Fətəli fəthi” romanını gənclik illərimdən, ilk oxuduğumdan ədəbiyyatımızın ən sanballı romanlarından biri saymışam, gənc yazarlara da bu əsəri oxumağı tövsiyə etmişəm.
Çingiz Hüseynov 94 yaşında, yaşadığı İsraildə vəfat edib.
Allah rəhmət eləsin!

Onun yaratdığı sanballı ədəbi irs isə əbədi yaşayacaq.”

Mənbə: Rəşad MƏCİD

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

11 yanvar 2024-cü il saat 12.00-da təqdimat var!

BİLDİRİŞ – DƏVƏT
11 yanvar 2024-cü il saat 12.00-da AYB Natəvan klubunda kitabın təqdimatıdır. SÖZə, SƏMİMİYYƏTə və SƏRHƏDÇİLƏRimizə hörmət əlaməti olaraq hamınızı dəvət edirəm.
Bu tədbir 29 dekabrda olmalıydı. Mətbəə kitabın çapını bir gün gecikdirdi deyə planlaşdırma alınmadı. Təsadüfə bax ki, 11 yanvar tarixinə düşdü. GƏLİN, HƏMRƏY OLDUĞUMUZU BİLDİRƏK!

PLANLAMA

Tədbir bir saat olacaq. VAXTa qiymət, SÖZə dəyər verdiyimiz üçün kifayətdir. 20 nəfərin çıxış etməsi mümkündür. Vaqif Yusiflinin sözü olmasın, hamının danışması məcburidi?
Çıxış etmək istəyənlər mesaj qutusuna yazsın.

TÖVSİYYƏ

Çıxış zamanı şablon ifadələrdən qaçın.
Sizdən əvvəl deyilənləri təkrarlamayın.
“Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm”, deyib camaatın ətini tökməyin.
“Kitabı oxumamışam, ordakılardan xəbərim yoxdu”, bunu da deməyin. İnternetdə kifayət qədər hekayəm var. Xüsusən də kitabın adı götürülmüş hekayəm. İnternetdən oxuyub nəsə deyə bilərsiniz.
Bir sözlə, elə olsun ki, 20 nəfər fikrini ifadə edə bilsin.

XATIRLATMA

A5 kitab səhifəsində yazılanları aram-aram səsləndirmək üçün maksimum beş dəqiqə vaxt tələb olunur. Deməli, 3 dəqiqə müddətində yarım səhifəlik, yəni cəmisi 60 sözdən ibarət onadək cümlə işlətmək mümkündür.

BUYURUN, GƏLİN, GÖRÜŞƏK, HƏMRƏYLİK NÜMAYİŞ ETDİRƏK!

Hörmətlə: Əli bəy AZƏRİ 

Əli Bəy Azəri – Hesabat.

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Könül Həsənovanın Doğum günüdür!

9 yanvar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin gənc, istedadlı, ciddiyəti, qətiyyəti, məntiqi təfəkkürü, elmi, biliyi, təşkilati bacarığı, xeyirxahlığı, mehribanlığı, səmimiyyəti ilə seçilən və sevilən dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Könül Həsənovanın doğum günüdür.

Az müddət içində kollektivdə böyük nüfuz qazanan, ədəbi, ərkanı, bacarığı, işgüzarlığı, Ana sevgisini Tanrı sevgisinə bərabər tutan, tələbələrin dostu olan Könül xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, yeni yaşında ona möhkəm can sağlığı, uzun ömür, bol-bol uğur, yeni-yeni elmi və pedaqoji nailiyyətlər arzulayırıq.

Tanınmış elm adamı professor Mahirə Hüseynovanın (Mahirə NAĞIQIZI) övladı olmağın tam mənası ilə haqqını verən bu gənc və gözəl xanıma elmin və təhsilin çətin yollarında uğurla addımlamağı, istək və məqsədlərinə çatmağı, inamla irəliləməyi, yüksəlməyi diləyirik.

Qızım Könülə – Mahirə Nağıqızı


Bu gün Sizin gününüzdür, Könül xanım.
Gününüz mübarək olsun!!!

Hörmətlə: Aynurə Əliyeva

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qızım Könülə – Mahirə Nağıqızı

Bu gün Könül Həsənovanın Doğum günüdür!

“YAZARLAR” müasir poeziyamızın çox oxunan və çox sevilən alim-şairəsi MAHİRƏ NAĞIQIZININ övladı Könül xanıma həsr etdiyi şeiri təqdim edir:

       

QIZIM KÖNÜLƏ

Mənə ümid verdin, qarşılığında,
Könlümü bağında əkəm, qıymadın.
Bir xəyal gerçəyi yaraşığında
İmarət ucaldam, tikəm, qiymadın.

Bölgüdə yeri var sözü hər kəsin,
Xeyir – xeyirxahın, məkir – nakəsin.
Dedin ki, çatammaz gücü bir kəsin,
İstədim sədləri sökəm, qıymadın.

Dönməz sevdasından, dünya sehirdir,
Bir parça torpaqdır, hər yan nehirdir.
Acısı, şirini paydır, bəhrdir,
Birdən acı düşər tikəm, qıymadın.

Dilək nə qədərdir, arzu nə sayda,
Öləzdi hamısı hayda-harayda.
İçində dərd çəkdin, yükü nə boyda…
Bircə misqalını çəkəm, qıymadın.

Ümid işartısı, söz işartısı,
Hər zülmət gecənin öz işartısı.
Yanar Mahirənin köz işartısı,
Yanar nəfəsini didəm, qıymadın.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru