Turan Novruzlu – Qızıma məktub

Qızıma məktub

Bağışla məni, mələyim,
Ömrümün şaxtasına, sazağına
Qonaq elədim səni…
Bağışla məni, canım qızım,
Sənə yedirtdiyim yavan çörəyin
Hər tikəsinə görə bağışla məni
Gözlərindən süzülüb
Yanaqlarına tələsən
Hər damla göz yaşına görə
Bağışla məni…
Sənə aldığım oyuncaqlar da
Kədərli görünür,
Üzünü güldürə bilmədim
Bağışla məni…
Bağışla ki, sənə beşik başında
“Lay- lay dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan” demişdim,
Onda hardan biləydin ki,
Bu dünyada qəlbimizə
Güllərin tikanları batır,
Onda hardan biləydin ki,
Adam isti evdə, rahat yataqda
Şirin yuxu tapır.
Bağışla məni, mələyim,
Körpə canın üşüyəndə
İsti qucaq oldum
Nəfəsimlə isitdim nəfəsini.
Canın od kəsiləndə
Alnına sərin əl,
Ürəyinə şirin dil oldum.
Bağışla məni, canım qızım
Ev ola bilmədim,
Ailə ola bilmədim.
Bəlkə də mən günah oldum
Nalə oldum, ah oldum,
Bəlkə də mən al şəfəqli
Sabah oldum…
Bəlkə yenə ömrümüzə bahar gələr
Ümidimiz çiçək açar,
Sevinc bizi tapar gələr, kəpənəyim.
Kaşki həyat şirin olsun noğul kimi
Tanrı sənə ömür versin nağıl kimi
Eh…Nə çox oldu
Bu bəlkələr, bu keşkələr
Nə çox oldu
Boz buludlar, kölgələr
Bəlkələrə, keşkələrə görə
Bağışla məni, kəpənəyim
Sənə yaşadıqlarıma görə
Bağışla məni, körpə mələyim…

Müəllif: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kəramət Böyükçöl Texniki universitetlə üzbəüz kitab dükanı açdı.

Kəramət Böyükçöl Texniki universitetlə üzbəüz kitab dükanı açdı. Uğurlu olsun!

“Yazarlar” olaraq Kəramət bəyə xeyirli olsun deyirik!!!

Mənbə: Qəşəm Nəcəfzadə,

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Vaqif Səmədoğluna

Vaqif Səmədoğluna

Otel,yalnızlıq,kədər,
karniz,tül,sarı pərdə.
Çölün fateh İskəndər,
için Nüşabə,Bərdə.

Təqvim,saat və asqı
bəzəyir boz divarı.
Ya əsnə,ya da asqır,
çapsın səbrin suvarı.

“Tело-дело гиблое “-
düşün yerində qurcux.
Dayan üzü qibləyə,
dinsin içindəki ruh.

Allah rəhmət eləsin!

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Пускай ты выпита другим…

Пускай ты выпита другим,
Но мне осталось, мне осталось
Твоих волос стеклянный дым
И глаз осенняя усталость.

О возраст осени! Он мне
Дороже юности и лета.
Ты стала нравиться вдвойне
Воображению поэта.

Я сердцем никогда не лгу,
И потому на голос чванства
Бестрепетно сказать могу,
Что я прощаюсь с хулиганством.

Пора расстаться с озорной
И непокорною отвагой.
Уж сердце напилось иной,
Кровь отрезвляющею брагой.

И мне в окошко постучал
Сентябрь багряной веткой ивы,
Чтоб я готов был и встречал
Его приход неприхотливый.

Теперь со многим я мирюсь
Без принужденья, без утраты.
Иною кажется мне Русь,
Иными — кладбища и хаты.

Прозрачно я смотрю вокруг
И вижу, там ли, здесь ли, где-то ль,
Что ты одна, сестра и друг,
Могла быть спутницей поэта.

Что я одной тебе бы мог,
Воспитываясь в постоянстве,
Пропеть о сумерках дорог
И уходящем хулиганстве.

1923 г.

Автор: Сергей ЕСЕНИН

Художник Эдвард Кукуэль, «Осенняя прогулка»


Первоисточник: Сергей Есенин

Другие источники: ЕСЕНИН

СТИХИ ЕСЕНИНА О ЛЮБВИ

Читайте нас в телеграме: https://t.me/nashesenin 


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəzakət Eminqızı – NİSGİLLİ XATİRƏLƏR…

NİSGİLLİ XATİRƏLƏR….

Bu günlərdə uşaqkən nənəm Nəcimənin kənddəki evinin qabağında olan nəhəng tut ağacını və bağdakı yaşıllıqlar içərisindəki” məxmərgülü” kimi tanıdığım güllər yadıma düşdü.Bir anlıq ixtiyarsız olaraq o illərə yenidən döndüm…
Artıq böyüdükcə bağda bitmiş o güllərin heç kəsin bağında bitmədiyini də eşidirdim…
Nənəmin evi kənd yolunun kənarında idi.2otaqlı qədimdən qalma bu evdə mənim üçün maraqlı və qəribə olan əşyalar vardı.Həmin əşyalar otağın divarındakı taxçalarda yerləşdirilmişdi.: qədim naxışlı çini kasalar,saxsı kurələr,ərəbcə yazıldığından oxuya bilmədiyim kitablar, müxtəlif qab qacaq səliqə ilə düzülmüşdü.Ən yuxarı rəfdə isə bizim üçün toxunulmaz sayılan”QURAN” kitabı qoyulmuşdu…
Kiçicik eyvanı açıq idi.Yəni şüşəbənd filan yox idi.6-7 pillə enib həyətə düşər,qonşunun nəhəng qoz ağacından asılmış yelləncəkdə yellənərdik.Həyətdə nənəmin təndiri də vardı.
Mən kənddə yaşayan bibim qızı ilə nənəmin yanına gələrdim.Biz təxminən həmyaşıd idik.O məni kəndə tez tez gətirərdi.Nənəm ilk nəvəsi olduguma görə məni .çox sevirdi, mən də ondan ayrılmaq istəmirdim.Həmişə mənim üçün qovut hazırlayıb qoyur ya da bizə gələndə gətirərdi.Gözəl səməni halvası , tut doşabı,ərik qurusu və sevdiyim digər yeməli şeyləri gətirərdi.
Evimizlə kəndimiz arasındakı məsafə üç km olardı.Bibiqızımla bu yolu piyada getməyi xoşlayırdım.Çünki,yol dəmiryolunun kənarı ilə meşənin arasındakı dar cığırdan ibarət idi.Yolboyu söhbətləşə söhbətləşə gedir, kəndə nə vaxt çatdığımızı bilməzdık.
Kənddə qohumluga görəmi ya nəyə görəsə “qarabağlılar”sözlərini eşidirdim,dərk etmək anlayışım da yox idi ki, bilim nə deməkdir…
Uzun illər sonra təxminən öyrəndim ki,bu insanlar hələ əsrin əvvəllərindən köçkün düşmüş ailələr imiş.Heç onların haradan və niyə köçmə səbəblərini də dəqiq demirdilər…
Nəhayət, bu məsələyə təxminən 70-80 ci illərdə bir də qaytmalı oldum.Məlum oldu ki, bunlar Qarabağdan ermənilər tərəfindən köçkün düşmüş insanlardır, hansı ki, burada məskən salaraq ailə qurmuş və onlardan törənən nəsillər burada məskunlaşmışlar.Onu da qeyd edim ki , kəndimiz rayonda ziyalılar kəndi kimi- həm humanitar,həm də dəqiq fənlər üzrə ali təhsilli müxtəlif peşə sahibləri, alimləri ilə seçilirdi….
1988- ildən sonrakı hadisələrdən başlayaraq 2020 ci ilədək tam qənaətə gələ bilməmişdim.Ta ki,Laçın işğaldan azad olundu və məni daim narahat edən fikrə aydınlıq gətirildi ki,nənəm həqiqətən Laçının Sus kəndindən imiş. Həmin kənddən köçürülənlərin məskən saldıqları kəndlər Susay adlandırılıbmış.Bəli,Susay kəndi- Yuxarı Susay- Quba rayonunun dağlıq ərazisində,Aşağı Susay isə Xaçmaz rayonu ərazisindədir.Ola bilsin ki, yenə də hansısa rayonlarda Susay kəndlərinə rast gəlinsin .Bunlar həmin Sus kəndindən qaçıb gəlmişlərdir.
Bu məlumatları alandan sonra ilk dəfə nənəmin bağından sevə -sevə dərib gətirdiyim”məxmərgülünün” Xarıbülbül oldugunu xatırladım.Və məni aglamaq tutdu.Axı uzun illər mən bunu niyə bilməmişəm!!
Nənəmgili qorxudub oradan çıxaranda tapşırıblarmış ki, soruşsalar deyərsiz ki, özümüz könüllü köçmüşük.Nənəm çox gözəl qız olubmuş.Kəndə yeni köçün gəldiyini və köçün içərisində gözəl qızı görən yaşlı Hacı ona elçi yollayir və bir müddət sonra nənəmi alır.lakin evləri yolun kənarında olduguna görə pəncərədən baxmagı ona qadagan edir və qalın pərdə ilə pəncərəni baglatdırir.Nənəm dözümlü , agıllı qadın olubmuş.Onun üç oglu bir qızı olub.O özü savadsız qadın olmuşsa da övladlarının təhsil almaları üçün .çox ciddi cəhdlər edib və arzusuna da nail ola bilib.Atam iki ixtisas üzrə-ali təhsilli tarix müəllimi və hüquqşünas idi.Əmilərim də ali təhsilli kimyaçılar idi.Bibimi isə elçilər əl çəkmədiklərinə görə ərə verib ki,qaçırsalar rüsvay olmaqdan ehtiyat ediblər.
Nənəm həmişə kədərli görünürdü,soruşanda.fikirli halda çox yorgunam deyərdi..Sonralar anladım ki,o,doğma yurd yuvasının həsrətini çəkirmiş…
1964- cü ilin günəşli apreli idi.Nənəm dünəndən bizdə qalmışdı.Ayaqqablarını həmişəki kimi gizlətmişdim ki, kəndə qayıtmasın.
Yuxarı çıxanda gördüm ki, atama deyir:-məni o gün çıxan tərəfə keçir.Eyvanımıza gur işıq düşürdü.Nənəm otaqdan eyvana keçib divanda uzandı və” adam da bu günəşli günü qoyub ölərmi?”- dedi.Atam;-ay ana,niyə ölərsən ki?-demişdi ki,nənəm dərin ah çəkib, bizə heç vaxt bildirmədiyi həsrəti qarışıq gözlərini əbədi yumdu.Biz çaş baş,təəccüb içərisində qaldıq.Ölüm beləmi asan olur ?!
Atam;
-birdən kənddəki evi açan olar,oradakı “Quranı”gətirmək lazımdır- deməsilə bibiqızımla- biz gətirərik deyib kəndə qaçdıq
Həmin taxçadan” Quranı” bükülmüş halda təcili evə çatdırdıq.İçərisinə baxmaq marağı ilə aralamışdıq ki, nəvələrin şəkilləri ilə yanaşı qurumuş Xarıbülbülü gördük.Mənəmin nisgili bu kitabın içindəymiş!!
İllər keçdi..Atam, əmilərim bibim rəhmətə getdilər.Amma nənəmin nisğilini, hərdən köks ötürmələrinin səbəbini duyan olmamışdı.Çünki nənəm o nisgili, o sirri özü ilə qəbr evinə aparmagı bacarmışdı…
Bir dəfə mənəmdən atasının adını soruşanda Laçındı – demişdi.Biz ona inanmışdıq.Həmin inamla fa başdaşında Laçın qızı yazmışdılar…
İnanıram ki, nənəmin ruhu rahatlığını artıq Laçının Sus kəndi üzərində tapmışdır.Maraqlıdır ki, nənəm dünyasını dəyişəndən sonra o bağda Xarıbülbülü görən olmayıb.
Bəli ,Xarıbülbül nənəmin ruhu qarışıq öz doğma yurd- yuvasındadır.Nənəm haqqında xatirələrimi burda bitirib,Laçında davam etdirmək ümidilə:
Nəzakət Eminqızı ,

“Yazarlar” jurnalının İƏ üzrə meneceri,AJB-nin üzvü, yazıçı-publisist.
27 yanvar 2024 cü il.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kemal eren Kemal Berk – …ne olur.

Anla Beni Ne olur
*
Dil açılır dal olur, gül açılır bal olur
Sevdirirsen kendini, küçük yürek hoş olur
Sevmeyi bilmeyene, koca dünya dar olur
Seni sevdim bir kere, anla beni ne olur
*
Bülbülün figan durmaz, gül sararıp solarken
Dilinde var dikeni, ters yönüyle bakarken
Sevdanın tadı tuzu, arada bir vururken
Elveda diyemedim, anla beni ne olur
*
Uzaktan bakar bakmaz, aklımı baştan aldın
Yanına varır varaz şaşırdım öyle kaldim
Gözüne bakar bakmaz o an kendini saldın
Ruhumla seni sardım, anla beni ne olur
*
Senin için sıcakta, yanıp pişmek isterim
Seninle düşsem kor’a, gül bahcede gülerim
Sana yar olmak güzel, ben Kemal’e ererim
Ne oldu bana böyle, anla beni ne olur
*
26.1.2023

Müəllif: Kemal eren Kemal Berk

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əntiqə Rəşid

FƏDAKAR QADIN…

Yazıçı, jurnalist Aqil Abbas onu belə təsvir edir: “Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə ölü atsan, diri çıxar. Tanrı ona istedad da verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də. Əri İsmayıl Novruzov Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biridi. İkinci qrup Qarabağ əlilidi. Bədənində 23 düşmən qəlpəsi gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər. Rəşid adlı bir oğlu da var, onu da atası kimi, özü kimi döyüşçü yetişdirir…
Hələ İkinci Qarabağ müharibəsi başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər hamısı bu hərəkatda fəal idi. Onun da əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə (“Ədalət” qəzeti – adalet.az ) cəbhədən ən doğru xəbərləri göndərirdi. Göndərdiyi şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir…”

Söhbət fədakar jurnalist Əntiqə RƏŞİDdən gedir. Qarabağ müharibəsi vaxtı, cəbhə bölgəsində atəş altında qələmə aldığı yazılarla oxucuları mütamadi məlumatlandıran Əntiqə Rəşiddən.

Deyir ki,- “Bir zaman güllü-gülüstana bənzər bir həyətimiz vardı, orda ağaclar da, çəmənlik də yamyaşıl idi, orda çiçəklər-güllər əlvan rəngdəydi, orda bülbüllərin cəh-cəhidə təkrarsızıydı. Bax, o cənnətin içində sadə bir ev, o evin isə sadə sakinləri vardı. Bir baxışıynan özümüzü yığışdırdığımız, dünyada hamıdan güclü bildiyimiz Ata vardı, sonsuz şıltaqlıqlarımıza dözən, hirsi-əsəbi qayğıya bülənən Ana vardı, 5 dəqiqə ”dost ”, 5 dəqiqədən sonra ”düşmən”, pisliklərdən xəbərsiz bacı-qardaş vardı. Ən çox, Ana kəfkirlə böyük mürəbbə tiyanını qarışdırdıqca, hərəmizin əlində bir nəlbəki ocağın kənarını kəsdidiyimiz yadıma düşür. Birinci kimin nəlbəkisinə pay çəkiləcək iddiası “kiçik didişmələr” yaradardı. Dartışma-çəkişmə… Ana tiyana yıxılacağımızdan qorxardı. Əlindəki kəfkirlə hərəmizi bir tərəfə qovardı; “Yaxına gələnin bu kəfkirlə ayaqların sındıracam”. Axırıncı “ültumatum”dan sonra azacıq gözləyib, yenidən ocağın başına yığışardıq. Onsuzda ”ultumaum”un elə də tutarlı olmadığını bilirdik. Mürəbbə payımız çəkilərdi. Bu dəfədə ikinci payı da almaq üçün bütün barmaqlarımızdan “səmərəli istifadə” edərdik. Nəinki, nəlbəkimizə, ağız-burnumuza, üst başımıza, hətta əl-ayağımıza bulaşmış mürəbbə şirəsinə birdə toz-torpaq hopanda görəydin bizi. Hələ məhlədə top-top oynayan həmyaşıdlarımın səsi-küyü məni hövsələdən çıxaranda topu götürüb qaçdığım, qəzəbli “futbolçular”ın ayaqyalın arxamca düşüb, topu məndən alıb, sonrada məni möhkəmcə əzişdirdiyi günləri özlədim. Belə qayğısız xoşbəxt mənzərə üçün burnumun ucu göynəyir. Yatıram yuxularımdan, oyanıram gözlərim qarşısından çəkilmir o sevimli, bir-birindən maraqlı anlar.”

“Facebook” göstərir ki, yanvarın 28-də növbəti ad günüdür. Yan keçib biganə qala bilmədim. 44 günlük müharibədə qəhrəman döyüşçülərimizin yanında olan, atəş səsləri altında reportajlar hazırlayıb arxa cəbhəyə yollayan, yaralılara yardım edən, əsgərlərə ərzaq daşıyan bir qorxmaz, fədakar xanımın ad gününə axı necə biganə qalmaq olar?..

Hörmətli, Əntiqə xanım, sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək!

ƏNTİQƏ RƏŞİDİN YAZILARI

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

RÜSTƏM BEHRUDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                            

Rafiq Yusifoglu – DAĞLARA QAR YAĞIR.

DAĞLARA QAR YAĞIR

Gəldim bu yerlərə, şükür bu günə,
Həsrət göylərində solğun ayam mən.
Dursam da zirvəylə çiyin-çiyinə,
Ötən günlərimin yanındayam mən…

İçimi yurd edib həsrət qoşunu,
Yolları, izləri örtüb qalın qar.
Xatirə dünyama gedən maşının
Önündə sehrli şlaqbaum var…

Dağların həsrəti dağlayıb məni,
Heç kim ürəyimi kiridə bilmir.
Yaddaşım sırsıra bağlayıb mənim,
Günəş o buzları əridə bilmir.

Mənim könlümdəki səssiz harayı
Kaman bilməsə də, kamança bilər.
Qalıb qar altında həsrət sarayı,
Onun qapısını kim aça bilər?

Div yuxulu tarix çətin oyana,
Baxın bu yerlərə mənim gözümlə.
Qatar, maşın getməz burdan o yana,
Apara bilmirəm sizi özümlə…

Rəngi avazıyıb nədən günlərin?
Sıldırım gülünü kim dərə bilər?
Rəngini, ruhunu ötən günlərin
Axı məndən başqa kim görə bilər?

Dağlara qar yağır, itib dincliyim,
Qəlbim nə özündə, nə sözündədi…
Mənim uşaqlığım, mənim gəncliyim
Bu bəyaz örtüyün o üzündədi.

Xəyalım göylərin yeddi qatında,
Həsrətin qəlb yaxan həzin səsi var…
Kəfənə bənzəyən qarın altında
Gizli xatirələr xəzinəsi var…

Çox şükür, bu yerdən qovduq yağını,
Günəş də həsrəti əridə bilmir.
Dağlara qar yağır, könül dağının
Heyf ki, üstünü qar örtə bilmir…
26.01.2022.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru