Nazim Əhmədli – Qəzəl

Qəzəl

Mənə rəhm eylə ki, rəhmin məni həqqayə çəhər,
rəhm edib çünki xudam, könlümü ol sayə çəkər.

Munis ol, dərdi-diləm, hicrinə tabım yoxdur,
axı hicrin dəlisovdur, məni səhrayə çəkər.

Mənə eşqindi gərək, eşqinə çoxdan bəndəm,
aparıb ruhumu hərdən ki, müəllayə çəkər.

Aşiq oldur ki, Xuda imtahanından keçsin,
Yunisəm, eşqi-ilahi məni dəryayə çəkər.

Kimi var Nazimin ol, üz tuta səndən savayı,
kimə üz tutsa, o da özgə təmənnaya çəkər.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həsrətlə “ boyanan” ömür…

Həsrətlə “ boyanan” ömür…

-Yox , yox! O məni anlamaz. Dəli sanar. Haqqımda nə düşünər?
Məftun ondan bir az aralıda oturub dənizə gözlərini zilləyib, öz- özünə danışan qadını sakitcə süzdü. Başını aşağı salıb heç nə olmamış kimi telefonuna baxmaqda davam etdi.
Aradan iki -üç dəqiqə keçmişdi. Kürəyinə nəsə toxunduğunu hiss edib başını qaldırdı.
-Salam!
-Salam!
-Sizinlə danışa bilərəm?

-Buyurun, əlbəttə. Məftun həyəcanlanmağa başaladı. Amma nə edə bilərdi? Nə olur olsun dayanıb dinləməli idi.
Qarşısındakı insanın susqunluğu ona qəribə gəldi.

-Buyurun. Sözünüzü deyə bilərsiniz.

-Üzr istəyirəm. Avazımış dodaqlar arasından titrək notlar üstə bir səs çıxdı. Sizə bir sual vermək istəyirəm?

  • Buyurun!
  • Siz heç ruhən öldünüzmü?
    Məftun eşitdiyi sualdan yerindəcə donub qaldı.
  • Narahat olmayın. Mən dəli deyiləm!
    -Dənizin o tayını görüb keçə bilməmək bilirsiniz nədi? Burdan gözlərini saatlarla zilləyib baxıb, naçar olmaq nədi bilirsinizmi?
  • başı qarlı dağların gözəlliyindən heyran olub , yamacına çıxa bilməmək bilirsiniz nədi?
  • yox, yox mən dəli deyiləm, vallah dəli deyiləm!
    -Sevdiklərindən uzaq qaldınızmı heç? Hər gün danışıb güldüyün, bəzən hirsləndiyin, bəzən küsdüyün insanları görməmək nədi bilirsinizmi?
  • bəzən ağladığın , bəxtindən küsdüyün, niyə məhz mən dediyin yerlərə həstərlə baxmaq nədi bilirsinizmi?
    Məftun siqareti yandırıb fikirli- fikirli qarşısındakı orta yaşlı qadına baxırdı. Heç nə anlamasa da, maraqla başını yellədi.
  • Davam edim?
    -Buyurun!
  • Taleyindən şikayət edib, ordakı taleyimə qurban olum demək bilirsinizmi nədi? Yox siz bunları bilə bilməzsiniz!
  • Ata- anasının məzarını qucaqlaya bilməmək, hönkürüb ağlaya bilməmək bilirsinizmi necə olur?
    -sevmədiyi qohumunu doğma bilmək, ayağının altını qazanları belə qucaqlayıb bağrına basmaq istəyi nə olduğunu bilirsinizmi?
  • Siz bunları bilməzsiniz. Torpağı üçün burnunun ucu göynəmək nədi bilirsinizmi ?
  • heç nəyi olmayan birinin keşkə vətənimdə olardım heç nə istəmirəm deməsi çox ağırdı, bala .. Quş olub səmalarda günlərlə uçmağa razıyam, balıq olub bu gördüyün bu dənizdə üzməyə hazıram. Yetərki sonda torpağıma qovuşum.
    Qadın son sözlərini deyib, gözünü dənizə zillədi. Sanki dəniz onu ağuşununa alıb tez bir zamanda Vətəninə aparacaqdı.
  • Hə, yəqinki məni anlamadın. Amma çox sağol ki, dinlədin.
    Məftunu qəhər boğmuşdu. Ayağa qalxıb, qadını bağrına basmaq doyunca ağlamaq istəyirdi. Hayqırmaq, dağa- daşa səs salmaq , Vətənimi istəyirəm demək istəyirdi. Amma qadını qorxuda bilərdi.
    Bir anlıq daxili “fırtınalar” la dolu olan qadına diqqətlə baxdı.
    Yaxınlaşıb :
    -Xanım, taleyləri oxşar olanlar bir- birini daha tez, daha yaxşı anlar. Sizin ruhunuz ölməyib, sadəcə yerini həsrətə “ bağışlayıb.Sizin ömrünüzü öz rənginə “ boyayan” həsrətə… 27.12.2023

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Sevdim…

İllər gəlib-gedir, sevgi isə qalır…

Sevdim

Mən onda
ayrı bir sevgi gördüm.
Hislərin, duyğuların
zirvəsini gördüm.
Gördükcə, içimə
pillə-pillə hördüm.
Ayrı bir mərhəmət,
şəfqət gördüm.
İlahi bir gözəllik gördüm
sözündə, düşüncəsində.
Hər şeydə bir əzəmət gördüm.
Mən onu görmədən sevdim.
Darıxdım-darıxdım görüşünə,
darıxdım addım-addım gəlişinə,
gülüşünə.
Mən onun
əllərini görmədən əllərini sevdim,
gözlərini görmədən gözlərini sevdim,
baxışlarını sevdim,
səsini eşitmədən səsini sevdim,
üzünü görmədən üzünü sevdim,
mən onun özünü sevdim.
Azadlığını sevdim,
varlığını sevdim.
Mən onun insanlığını sevdim.

İnsanı sevdim,
insanı.

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər: – Neyləsin?!

Neyləsin?!

Beyin düşünməkdən edib imtina,
Cahil kimsələrə kitab neyləsin?!
İnsana qoyulan alim adına
Səsləniş, çağırış, xitab neyləsin?!

Yoxdursa ürəkdə vicdan, tərəzi,
İncidər insanı yersiz qərəzi,
Almırsa ibrəti, qaçıb həvəsi,
Götürmür nəsihət, hesab neyləsin?!

Endirər sözlərin qiymətin heçə,
Neçə kamilləri susdurar necə!
Fikriylə haqq bilir özün beləcə,
Olubdur zehniyyət xarab neyləsin?!

Haqq dolu kəlmələr, qiymətli sözlər,
Qızıldan dəyərli zinətli sözlər,
Xoşluğa yozulan heyrətli sözlər,
Etmirsə ruhunu sirab neyləsin?!

25.12.23

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlunun doğum günüdür! – Təbrik.

“YAZARLAR”  bütün mənsəb və titulların fövqündə dayanan gözəl insan, əsl ziyalı, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLUnu doğum günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayır!


Hörmətlə: Zaur USTAC


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru