Мне бы только смотреть на тебя, Видеть глаз злато-карий омут, И чтоб, прошлое не любя, Ты уйти не смогла к другому.
«Заметался пожар голубой»
Пускай ты выпита другим, Но мне осталось, мне осталось Твоих волос стеклянный дым И глаз осенняя усталость.
«Пускай ты выпита другим»
Чужие губы разнесли Твое тепло и трепет тела. Как будто дождик моросит С души, немного омертвелой.
«Мне грустно на тебя смотреть»
Позабуду я мрачные силы, Что терзали меня, губя. Облик ласковый! Облик милый! Лишь одну не забуду тебя.
«Вечер черные брови насопил»
Одни из самых проникновенных стихотворений Есенина — цикл «Любовь хулигана» — посвящены Августе Миклашевской. Её считают единственной женщиной, не ответившей поэту взаимностью.
Сергея Есенина с актрисой Августой познакомила её коллега по Камерному театру в августе 1923 года.
«Большая, статная. Мягко покачивались бёдра на длинных ногах. Не полная. Не тонкая. Античная, я бы сказал. Ну, Афродита, что ли. Голова, нос, рот, уши — точёные. Волосы цвета воробьиного крыла. <…> Глаза, поражающие в своём широком и свободном разрезе, безукоризненном по рисунку. Негромко говорила, негромко смеялась. Да нет, пожалуй, только пленительно улыбалась», — такой описывал Августу поэт-имажинист Анатолий Мариенгоф.
Поначалу Есенин и Миклашевская стали встречаться — просто гуляли по улицам Москвы, любили бывать в Подмосковье. Много говорили и не могли наговориться. И каждый раз Есенин словно летел на новое свидание.
Потом они встречались всё реже: каждый проживал свою жизнь и свою судьбу. «Я понимала, что переделывать его не нужно! Просто надо помочь ему быть самим собой. Я не смогла этого сделать. Слишком много времени приходилось тратить, чтобы заработать на жизнь моего семейства. О моих затруднениях Есенин ничего не знал. Я зарабатывала концертами. Мы продолжали встречаться, но уже не каждый день…» — вспоминала Миклашевская.
Всю историю их непродолжительного романа она описала в своих воспоминаниях, хотя и была очень сдержанна.
Есенин уезжал из Москвы по делам, потом уехал в Баку. Августа выезжала со спектаклями и концертами в разные подмосковные города.
Августа так рассказала про их последнюю встречу: «В последний раз я видела Есенина в ноябре 1925 года, перед тем как он лег в больницу. Тогда был болен мой сын. Я сидела возле его кровати. Поставила ему градусник и читала вслух. Вошёл Есенин и, когда увидел меня возле моего сына, прошёл тихонько и зашептал: „Я не буду мешать…“ Сел в кресло и долго молча сидел, потом встал, подошёл к нам. — Вот всё, что мне нужно, — сказал шёпотом и пошёл. В дверях остановился: — Я ложусь в больницу, приходите ко мне… Я ни разу не пришла. Думала, там будет Толстая…».
В декабре раздался тот самый телефонный звонок — ей сообщили, что Есенина не стало. «Всю ночь мне казалось, что он тихо сидит у меня в кресле, как в последний раз сидел» — вспоминала она.
«Я видела, как ему трудно, плохо, как он одинок. Понимала, что виноваты и я, и многие ценившие и любившие его. Никто из нас не помог ему по-настоящему. Он тянулся, шёл к нам. С ним было трудно, и мы отходили в сторону, оставляя его одного», — узнаем мы из воспоминаний Августы Миклашевской, собранных под названием «Встречи с поэтом» и опубликованных в 1965 году.
Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin (21.04.1322, Şamaxı – 22.06.1371, Moskva) anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.
Azərbaycan Mətbuat Şurasında tanınmış Özbəkistan yazarı ilə görüş keçirilib
Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistanın “Şöhrət” medalı laureatı şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib. Bizimyazi.az xəbər verir ki, görüşdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər və yazarlar iştirak ediblər. Tədbir mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinin bir dəqiqəlik sükua yad olunması ilə başlanılıb. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin bioqrafiyası ilə iştirakçıları tanış edib. “1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir. X.Rüstəm Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazardır. Onun 44 günlük müharibə dönəmində yazdığı “44 gün” kitabı çap olunub. 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlamaqları əlamətdar məqamlardan biridir”. MŞ sədri sözügedən şairin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu da diqqətə çatdırıb. R.Məcid özbək jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib. “Yeni Müsavat” media qurumunun rəhbəri Rauf Arifoğlu çıxışı zamanı X.Rüstəmin Özbəkistanı ədəbi cəhətdən Azərbaycanlaşdıran ziyalı kimi təsnif edib: “Xasiyyət xanımla Turan qurultaylarında görüşmüşəm, onun evində qonaq olarkən əsl ziyalı mühiti görmüşəm”. R.Arifoğlu turan ellərində növbəti görüşlərin keçirilməsini arzulayıb. Tədbirdə iştirak edənlər arasında “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, MŞ idarə heyətinin üzvü, jurnalist Ceyhun Musaoğlu, şair İlqar Türkoğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, DGTYB idarə heyəti üzvü Yusif Nazim Ərəbsoy, yazar Gülşən Behbud, gənc türkoloq Məleykə Mirzəli, gənc yazarlar Rübabə Sahib, Həsən Kür, Ayşən Rəhim, Banu Məhərrəm, “Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Eldəniz və başqaları yer alıb. Çıxış edənlər özbəkistanlı yazarın yaradıcılığındakı xarakterik məqamları dilə gətiriblər. Onlar X.Rüstəmin türk xalqlarını bir-birinə yaxınlaşdırmaq amalını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər.Onlar qeyd ediblər ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi əhəmiyyət daşıyır. İştirakçılar dünyada Azərbaycana qarşı güc nümayiş olunduğu bir zamanda onun Türk birliyinin qorunmasına xidmət etməsini təqdirəlayiq olduğunu vurğulayıblar. Tədbirin sonunda X.Rüstəm ədəbi fəaliyyətinə və gördüyü işlərə verilən yüksək dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını dilə gətirib. Azərbaycanda olmasından və tədbirdə iştirak etməsindən dolayı məmnunluğunu ifadə edib. O, bu dəyərin və haqqında səslənən xoş fikirlərin onu daha da ruhlandırdığını bildirib. Azərbaycanı özünə ikinci vətən hesab etdiyini vurğulayan qonaq müəllifi olduğu şeirlərdən nümunələr səsləndirib. Tədbirin sonunda X.Rüstəm tərəfindən Rəşad Məcid və İntiqam Yaşara rəhbəri olduğu qəzetin fəxri diplumları təqdim olunub. Xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub. Fotolar:
Qeyd: Təqdimat 26.01.2024-cü il tarixində baş tutub.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə yazıçı- publisist, tarixi romanların və çoxsaylı hekayələrin müəllifi ,Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilmişdir. Tədbiri Xəzər rayon MKS -nın informasiya- resurs şöbəsinin müdiri Nilufər Abdulova açaraq qonaqları salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yazıçının həyatına və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbiri idarə etmək üçün tanınmış şair, publisist , “Qızıl kəlmə “və Turksoyun Qaracaoğlan və Türksoy Ədəbi mükafatlarının laureatı Ağacəfər Həsənliyə söz verildi. Ağacəfər müəllim Hacı Qəni Camalzadənin həyatı və yaradıcılığı barədə geniş və əhatəli məlumat verərək dedi: “Azərbaycanın öncül yazıçıları ilə yanaşı , bir sıra maraqlı əsərləriyilə oxucu rəğbəti qazanan Qarabağ müharibəsinin qazisi Qəni Camalzadə ilə oxucuların göruşu həmişə maraqlı və yaddaqalan olur . Özunə məxsus üslubu ,dəst- xətti olan yazıçı yeni əsərlər üzərində işləyir .17 kitab müəllifi olan Qəni Camalzadənin seçilmiş əsərlərindən ibarət olan 3 cildi nəşr olunmuşdur ,daha 9 cildi çapa hazırlanır. Yazıçının yaradıcılığına yaxından bələd olan Azərbaycanın əməkdar jurnalisti ” Lerik “rayon qəzetinin baş redaktoru yazıçı İdris Şükürlü Qəni Camalzadənin şəxsi mənəvi kefiyyətlərindən , alicənablığından söhbət açdı və bildirdi ki, Hacı Qəni Camalzadə zəngin təfəkkürə, intellektə və nadir istedada malik ziyalılarımızdandır. ” Həkəri” qəzetinin baş redaktoru , şair- publisist Rauf İlyasoğlu Hacı Qəni Camalzadənin əsərlərinin xarici ölkələrdə çap olunmasından, eləcə də bu tədbirin kitabxanada keçirilməsindən iftixarla danışdı və ” Asimana ucalmış şəhidlər” kitabını kitabxanaya hədiyyə etdi. Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbnin ədəbiyat müəllimi Gülarə Muxtaraova vurğuladı ki, orta məktəb dərsliklərinə Hacı Qəni Camalzadənin əsərləri daxil edilsəydi, biz müəllimlərin və şagirdlərin sevincinə səbəb olardı. İstedadlı şairlərdən Şahin Həmidli , Adil Cəbrailov , gənc yazıçı Tural Əliyev vətənpərvər ruhlu çıxış etdilər. Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Jalə Əliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi və Hacı Qəni Camalzadəyə yeni- yeni yaradıcılıq uğurları arzuladı . Kitabxananın şöbə müdiri ,Ədəbiyyat dərnəyinin rəhbəri Nilufər Abdulovanın rəhbərliyi ilə şagirdlər yazıçının hekayələrindən ibarət səhnəciklər göstərdilər, müəllifin əsərləri barədə suallar verdilər. Yazıçı Qəni Camalzadə çıxış edərək yaradıcılıq pılanlarından danışdl , 149 saylı məktəbin gənc oxucularının suallarını cavalandırdı . Tədbirin sonunda iştirakçılar Hacı Qəni Camalzadənin əsərlərindən ibarət sərgiyə baxdılar , xatirə şəkilləri çəkildi və çay süfrəsi ətrafında maraqlı söhbət davam etdirildi .
Yemək şəkli paylaşmağın əleyhinəyəm. Ama indi danışacağım bu hadisə məhz lülə kababla bağlıdır. Göz haqqı deyilən bir haqq var ki bunun üçün qiyamətdə nəfsi düşən hər kəsin əli yaxamızda olacaq. Ama nə edim ki hekayəmiz bunla bağlıdır.. Atam haqqında yazmışdım. Atam kasıb ailənin bəxtsiz həkimi oldu.. Uzun müddət Şahbuzda baş həkimin müavini və bir ara da baş həkim işlədi. Yaxınlar bilir, o dövrdəki baş həkimlə çoxlarının arası yox idi. Atam da onla bağlı nə bilirdisə heç cür qəbul edə bilmirdi.( Anamın adı Rozettadır.. Atam Rozik deyirdi) Bir gün anama dedi ki Rozik mən işdən çıxacağam. Orda müdirin əlinin altında tab gətirə bilmirəm.. Anam da susdu.. Bir müddətdən sonra daha atamın arxacıyla sürücü gəlmədi. O özü səhər qalxır işə gedirdi. Naxçıvanda vərəm dispanserində işə başlamışdı. Səhv etmirəmsə 1994cü il idi. Vəziyyət elə də yaxşı deyildi. Naxçıvanda qaz, işıq problemi hamını ruhdan salmışdı. 4 saat sönən işıq 2 saat yandığı müddətdə xəttlər o qədər yüklənirdi ki, tez tez qəza baş verirdi.. Atama imkanlı dostları salyarka verirdi. Evdə salyarka sobasıyla isinirdik. Tez tez partlayan soba evi yaman günə qoyurdu.. Atam bu salyarkadan hər gün qaba doldurub işə aparırdı. Anam deyirdi neynirsən özünü yorursan? Deyirdi ki otağım soyuqdu. Saat 5ə kimi birtəhər olaram.. Elə bil Allah da bizə qəzəblənmişdi. Dizdən yuxarı qar yağırdı. Küçə kənarlarının qalın buZları mart ayında əriməyə başlayırdı. Atam 2 qışı beləcə əlində salyarka daşıdı işə… Bir gün anam soruşdu ki, maaşı bu gün alacaq. Xahiş elədi ki, 1kq ət alsın. Çoxdandı ət almırıq. Təsəvvür edirsiniz atam 6 şirvan yəni 12 manat maaş alırdı.. Heç kimdən də 1 manat rüşvət almırdı. Ətin qiyməti isə indiki pulla 3 manat idi. Atam alaram deyib işə getdi. Axşam əli boş qayıtmışdı. Ama üzündə xoş təbəssüm var idi. Anam o təbəssümə yaxşı ad qoymuşdu.. Bığının altında gülür.. Anam ondan ət barədə soruşmadı. Atam özü söhbəti açdı.. Rozik ət ala bilmədim. Anam masanı silə silə canın sağolsun deyib getmək istədi. Atam utana utana dedi. Soruşmursan niyə? Deməli naharda hazırlaşırdım gedəm qəssaba.. Orda yatan əsgərlərin danışıqlarını eşitdim. Biri deyirdi ki, sənə də kabab iyi gəlir? O biri deyirdi ki, kababın iyi yadıma gəlir ki… Rozik elə pis oldum. Orda 7 vərəmli əsgər var.. Getdim bütün maaşıma cürbəcür kabab aldım. Gətirib əsgərlərə verdim. Biri lap ağır xəstədir.. Cəmi 2 lülə kabab götürdü. Birini zorla yedi. Dedi birini də axşam yeyəcəm. Mən getdim kabinetə.. Doyunca ağladım.. Deyib atam uşaq kimi içini çəkə çəkə ağladı.. Anamın mənim qardaşlarımın gözü dolmuşdu. Həmin gecə mən də yerimdə xısın xısın ağladım.. O gün o əsgərə ağlamışdım. İndi bu yazını yazanda atamın mərhəməti qarşısında göz yaşımı saxlaya bilmirəm.. Və atam 1997ci ildə ağ ciyər xərçəngindən dünyasını dəyişdi. Yasın 7ci günü evə bir xanım gəldi. Dizlərini yerə vurub ağı deməyə başladı. Hamı ağlayırdı. Bu xanıma su gətirəndən sonra səsi titrəyə titrəyə danışdı. Mənim oğlum Əli həkimin xəstəsi olub. Əsgərlikdə pnevmaniya olmuşdu. Gətirdilər o xəstəxanaya.. Ağalaya ağlaya gəldim çıxdım xəstəxanaya.. Baxdım bir dolu qaraşın kişi palatada salyarka sobası yandırır. Əvvəlcə elə bildim ordakı işçilərdəndi. Oğlum dedi ki ana bax o bizim həkimdir.. Oğluma qalın corab da almışdı. Yeməyini də yanına heç kim gəlməyən əsgərlərə verər.. Deyir bir dəfə bizə o qədər kabab almışdı ki, ertəsi gün də yedik.. Yoldaşım şəhərə gəlmişdi dünən. Dedi ki, şəhərdə Əli həkim rəhmətə getmişdi.. Şahgəldiyev.. Tanış adam gedirdi mən də getdim.. Oğlum dünəndən ağlayır. Dedim gərək biz də gedək. Burda bir insan ölüb ee insan Dedi yenə ağlamağa başladı.. Qadın Ordubadlı idi. Bu isə atamın minlərlə etdiyi yaxşılığından biri idi… Mənim vicdan abidəmdir atam. Bəzən yaxşılığa inamımı itirirəm.. Ama tez düşünürəm və deyirəm Dünya, səndən Əli həkim adlı bir insan keçdi…!!
Hamının nöqtəyə, vergülə ehtiyacı olduğu bir məqamda durğu işarələri ilə bağlı şeirlərimi paylaşmaq qərarına gəldim…
DURĞU İŞARƏLƏRİ
Durğu işarələri olmayan cümlədəki sözü adam min yerə yoza bilər… Bircə artıq, yerinə düşməyən söz cümlənin mənasını dəyişə, onun nizamını poza bilər… Hər bir azara, dərdə çarə lazımdı, Bir də arifə işarə lazımdı… 18.08.2017 Los Angeles, Venis
NÖQTƏ
Nöqtə – ürəyə düşən xal, vicdan əzabıdı… Nöqtə – cümlələr arasında sərhədçi, ögeylərin üzünə bağlanan qapıdı… Nöqtə qoydunsa bir işə, şülüz bağlanır, sular quruyur… Nöqtə – cümlələrin hicabıdı, Onu naməhrəm baxışlardan – sözlərdən qoruyur… 18.08.2017 Los Angeles, Venis
ÜÇ NÖQTƏ Üç nöqtə dalımca gizlicə baxan sevdalı bir qızın nəmli gözləridi… Üç nöqtə deyilməyən sözlərin ayaq izləridi… 18.08.2017 Los Angeles, Venis
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Ruhların Görüşü ( 28 fevral 2023- cü il tarixdə Əli Kərimin həyat yoldaşı Elza xanım Kərimova 84 yaşında dünyasın dəyişib. Əli Kərimin, Elza xanımın və onların gənc yaşında dünyasını dəyişən oğlu Orxanın əziz xatirəsinə ehtiramla)
-Baxma mənə, nə olar, yalvarıram Əli! Sən ki, mənə günəşim deyirdin. 54 illik ayrılq qırışlardan üzümdə naxışlar çəkib. O sığal çəkdiyin tellər elə ayrılığımızın ilk ilindəcə bəyaza bürünmüşdü. Solub sənin günəşin sənsizliyində. Sənə qurban, baxma mənə. Utanıram. Utanır sənin Elzan! Sən gedən gündən itən gözəlliyim qoşulub cənazənə gedib məndən. Baxıb məni tanımazsan. Bir də istəmirəm küskün nəzərlərinlə məni süzüb deyəsən ”Elza, niyə belə gec gəldin” Yadındadır İlyas müəllim bizi təzə tanış etmişdi. Hər dəfə görüşə bir az gecikəndə üzə vurmasan da incidiyini hiss edirdim. O vaxt yarımca saata hövsələn yerindən oynayırdı. Bəs 54 qışı, 54 payızı necə gözlədin? Bağışla Əli! Axı körpə Paşanı, Azəri, Orxanı mənə əmanət etmişdin. Onları qoyub gələnməzdim, başsız qalardılar. Heç mən də baxa bilmirəm üzünə. Qoruya bilmədim Orxanı, tələsib görüşünə tez çatdırdı özünü. Lap sənin kimi ürəyinə saldı yan-yörədən ötüb keçən ağrıları. Yadındadı Musa Yaqubun sənə yazdığı şeiri?
Yox, xatırlamıram!
Musa sənlə axırıncı dəfə metroda görüşüb. Sən “Gənclik” də düşmüsən. Sonra da məni tək qoyub köçdün son mənzilə. ”Əli gənclikdə düşdü, əbədi olaraq” yazmışdı Musa müəllim. Bilirsən, bu şeir məni illərlə necə ağladıb? -Axı Musa Yaqub mənim əbədi səfərimdən sonra yazıb bu şeiri. Heç xəbərim olmayıb. -Nə olar Əli, səni bir vaxtlar danladığımı da bağışla! Bir də metro çıxışında, yağışlı havada qəsdən gözlətdiyimi də bağışla. Onda gec gəlmişdim deyə heç hirslənməmişdin. İndi də gecikdim, lap çox, düz 53 il 8 ay! -Dəlisən Elza! Yadındadı elə həmən yağışlı gündə sənə dediklərim? Səni illərlə gözləyərəm, yorulmaram, bezmərəm! -Mən qocalmışam. Daha o vaxtkı Elzadən əsər belə qalmayıb.
Əzizim, ayrıldığımız 69-cu ildən sən heç dəyişməmisən. Elə deyingən Elzasan ki qalmısan. Günəşimsən. Bir də de görüm Paşaya tapşırdınmı özündən muğayət olsun. Ondan çox nigaranam.