
XAN YALANI
Bir şeyi əvvəlcə oxu, danışsan,
Bir aza da genəş çoxu danışsan.
Çin olar sulara yuxu danışsan,
Qan iyi gəlmirmi qan yalanından.
Gecə saxlayammaz gündüzü heç vaxt,
Bir əyri kəsəmməz min düzü heç vaxt.
Yalan danışmayın dan üzü heç vaxt,
Tanrı agah olur dan yalanından.
Biri gerçək kimi deyir yalanı,
Biri çörək kimi yeyir yalanı.
Dağıtmaz dünyanı şair yalanı,
Dünyanı qoruyun xan yalanından.
15 fevral 2021
Novxanı
Müəllif: İslam Sadıq
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru