
Dəyərli gənclər, yen ildə yeni tövsiyələrimi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
- Yeni ildə özünüzə yeni hədəf və məqsədlər müəyyənləşdirin, onların həyata keçməsinə çalışın.
- İradənizi hər zaman gücləndirin. Bilin ki, iradəsi zəif insanlar həyatda heç zaman uğur qazana bilməzlər.
- Qətiyyətli olun. Verdiyiniz qərarların həyata keçməsi üçün səylə çalışın.
- Nizamlı, sistemli və dəqiq olun. Həyatda uğurlu insan olmaq üçün bu çox önəmlidir.
- Zəhmətkeş olun, işdən qorxmayın, ortada yeyib qıraqda gəzənlərdən olmayın.
- Uca Yaradanın bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri olan zamanınızın dəyərini bilin.
- Uca Tanrının bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri olan sağlamlığınızın dəyərini bilin.
- Heç zaman şəxsi mənafeyi ictimai mənafedən üstün tutmayın. Cəmiyyətlər fərdlər şəxsi mənafeyi ictimai mənafedən üstün tutanda məhvə düçar olur.
- Dedi-qodudan, qeybətdən, söz aparıb-gətirməkdən uzaq olun. Bilin ki, bunun hesabı çox ağır olacaq.
- İsrafdan uzaq olun. Bilin ki, dinimizdə israfçı insanlar şeytanın qardaşları kimi vəsf olunurlar.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru