Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsi yaradılıb.

       Bu günlərdə görkəmli yazıçı Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsi yaradılıb. Səhifə geniş spektrlı olması ilə fərqlənir və xeyli marifləndirici, məlumatlandırıcı  əhəmiyyət daşıyır. Müasir cəmiyyətdə heç bir tərbiyəvi, intellektual, mədəni, elmi dəyəri olmayan materialların, videoların trend olduğu vaxtda belə bir səhifənin yaradılması mədəni mühitimizin hadisəsidir. Natəvan xanımın ədəbi yaradıcılığı, publisistik fəaliyyəti,  ictimai -siyasi, pedaqoji  xidmətləri bu səhifədə öz əksini tapıb. Siyasi, ədəbi, mədəni çəkisi, keyfiyyəti olan bu  səhifənin tanıdılmasına, daha geniş arealda yayılmasına yardımçı olmaq  lazımdır.

    Xatırladırıq ki, Mansurova- Atamoğlanova Natəvan Dəmirçi qızı (Natəvan Dəmirçioğlu) 1963-cü ildə  Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Əvvəl kənd 1 saylı orta məktəbdə ibtidai sinfi, sonra 2 saylı orta məktəbdə yuxarı sinfləri əla qiymətlərlə oxuyub. 1984 – 89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra – 1989-ci ildən  Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində- AzTV QSC- də   kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, direktor müavini işləyib. Hal-hazırda Azərbaycan Beynəlxalq Radiosunda Proqramlar şöbəsinin rəisi vəzifəsində çalışır.

        Natəvan Dəmirçioğlu imzası ilə yazıçı kimi ölkəmizdə və onun hüdudlarından  kənarda tanınır. . “Səbət”, “Yetim”, “Üç nöqtə” povestlərinin, “Avey əfsanəsi”, “Dözüm” və onlarla digər hekayələrin müəllidir. “Kəlağayı” hekayəsi Azərbaycan nəsrində kəlağayı haqqında ilk bədii əsərdir. Bu il  “Açar” romanını böyük müvəffəqiyyətlə tamamlayıb. Roman  “Azərbaycan“ jurnalının 3, 4, 5- inci saylarında dərc olunub. I və II Qarabağ müharibəsini, qaçqın və əsirlərimizin taleyini,  Zəfərimizi,  Ali Baş Komandan obrazını canlandıran bu roman artıq mütəxəsislərin böyük marağına səbəb olub. Bakıda, Moskvada, İstanbulda kitabları çap edilib, Amerikada, Tehranda, Ankarada əsərləri nəşr olunub. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazıçılar sırasında Prezident təqaüdü  alıb, 2010- cu ildə isə yaradıcılıq uğurlarına görə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzası ilə birillik Prezident təqaüdünə layiq görülüb. 2010- cu ildə “İlin qadın yazıçısı” elan olunub. “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında  nəşr olunub. Iki povesti əsasında radiotamaşa hazırlanıb. Baş rollarda Xalq artistləri Əminə Yusifqızı, Əlabbas Qədirov, İlham Təvəkküloğlu, Məhluqə Sadıqova oynadığı tamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.

       Natəvan xanım 40 ildir ki,  ixtisaslı, professional radiojurnalist kimi dövlətimizə, vətənimizə, xalqımıza xidmət edir. 20 ilə yaxındır jurnalistikanın həm də tədrisi ilə məşğuldur.  “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı elmi  dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, filologiya üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Həm də media üzrə ekspertdir. 1995-ci ildən 2020-ci ilə qədər Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycana verilən  verlişlərin şöbə müdiri kimi dövlətimizin Güney siyasətində yaxından iştirak edib, siyasi şərhçi kimi yetkinləşib. Son illər həmin qurumda daha yüksək vəzifə tutaraq fəaliyyətini geniş sferada davam etdirir. Azərbaycan diasporunun təşkilatlanmasında, vətənimizin haqları uğrunda mübarizəsində, azərbaycanlıların dünyada tanıdılmasında yaxından iştirak edir. Milli ideologiyamız olan azərbaycançılıq ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə  aşılamaq üçün yorulmadan, davamlı olaraq çalışmışdır.

        Ailəlidir, iki övladı, dörd  nəvəsi var.

        Natəvan Dəmirçioğlunun bədii yaradıcılığı, publisistik fəaliyyəti, siyasi dünyagörüşü, təfəkkürü, elmi- pedaqoji xidmətləri əhəmiyyətli olub, daim ciddi maraq doğurub. İnanırıq ki, yeni yaranan Yutub (Yootube) səhifəsi də diqqqətinizi çəkəcək.

Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsinə keçid linki:

>>>>>>>>>> https://www.youtube.com/@NatavanDamircioglu

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir