
Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antalogiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.
“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.
Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.
Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.
Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.
“Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.
“Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .
Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.
“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.
Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.
Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayırıq.
BİLMİRSƏNMİ?!
Tanımırsanmı məni?!
Kimsəyə boyun əymərəm…
Boz buludlar
Səmada var-gəl edərkən
Axşamın xəfif küləyi əsərkən
Hələ zülmət gəmiyə minməmişkən
Bilirdim ki, yer üzü məzarlıq,
Ömrümün naxışları işgəncədir…
Sən öküzləri əhilləşdir
Kasıblar üçün beynini yorma…
Ağla indi, ürəyin boşalana qədər,
Doyunca ağla…
Halına yanmadığım
Şərq və Cənub üçün ağla
Parçalanmış duygular, ödənməmiş borclar və
Yerinə yetirilməmiş vədlər üçün ağla…
Göy üzünə boylan,
Bax, düz buraya,
Sabahın quşları qanad çırpır səmada
Torpaq nə gözəl tumurcuqlar verib
Sən və sevgin qəlbinin qapısına möhür vurarkən
Körpələr analarının döşlərindən zorla alınırdı.
Kaş görmüş olaydım,
Kaşki , qarışmayaydım demə əbəs yerə…
Daha heçnə söyləmə
İnamım qalmayıb sənə…
Amma ki, mən hər xəfif küləyə
Nəvazişlə sığal çəkdim
Bir əsrdən neçə eşq keçdiyini saymadan…
Əsrlərin zaman dilimini
Bütün planetləri yola salana kimi
Körpə bahar gələnə kimi
Sirr saxlayıram…
Sabahların birində
Gələcəklər uşaqlar…
Kim bilir, bəlkə də
Pəncərəmdən boylanıb
Sənə baxaram…
Göy üzü salam göndərəndə
Əllərimi yelləyərəm…
Və o zaman dərin bir
Ah çəkəcəksən
Kaşki heç yaranmasaydım deyə
Sahildəki xəyalları,
Küləyin səmadan yerə ələdiyi ulduzları
Aşağı -yuxarı boylanıb
Bir, iki, üç deyə
Saymağa başın qarışacaq…
Yeri- göyü yaradan Tanrının qarşısında
Kim ola bilərik ki, biz
Xırdaca varlıqlarıq,
Bir az cılız, bir az aciz…
EY TANRISI ÜMİD
Şah damarımda qanım donar
Çirkaba batmış
Yer üzünü və
İndiyə qədər yaşanmış
Qarşılıqsız sevgiləri gördükcə
Mən neçənci yuxudayam
Hansı əsrin asdanasındayam
Deyirəm…
Sanki şərqin vadilərində
Qeyb olmuşdu ürəyim
Səsim qaranlığa qərq olub
Mənə doğru axır…
Yadlaşmış gözlərimdə
Kipriklərimə toxunuram
Amma çox çarəsizəm
Ayaqlarım var-gəl etməkdən
Sürgün yollarındaymış kimi
Yorğun düşüb…
Aman, Tanrım, bu necə yuxudur?
Kaşki heç görməyəydim
Gerçək olmayan gözəlliklərin xəyalını
Qanadları qırılan xəyallarım
Sahildə oturub
Nəfəsini dərdi…
Amma ki, mən əllərimi
uzadıb
Günəşə toxunacaqdım…
Sevgilimin könlünü
Ovundurmaq üçün
Mahnılar oxuyacaqdım…
Elə kədərliyəm ki,
Kaşki ulduzlara qonşu olaydım
Qızıl dövrü, ədalət və
Bərabərliyi ordan görəydim
Kimin üçündür bu ixtiralar
Kimin üçündür bu göyqurşağı…
Ey Tanrısı ümid və qardaşları
Bataqlığın qaranlığında
Çürümüş göylər
Çöhrələrdən süzülən işıq
Qanlı irinin girdabında öləziyib…
Ey yağışı müqəddəs göllərə tökülən bulud
Kaşki yumruğumu açıb
Yağış damlaları ovcuma yığa biləydim…
Mənə icazə ver, ey kübar dünyam
Uşaqlarım var,
Onlar mədrəsəyə gedəcəklər…
Analarının döyülərək
Qətlə yetirildiyini
söyləyə bilmərəm
Günah məndədir ki,
Göy üzünə çox inandım…
Toxumuna torpaq oldum
Bir gün geri dönəcək sandım…
Mən hardan biləydim göylərin
Hər tökülən qandan
Bir damla içdiyini…
Çiçəklərin göz yaşıyla cücərdiyini…
CAHİL və ƏDƏBSİZ
Torpağa göz yaşlarıyla
Kəlmələr yazmışdılar…
Ruhları cahil və ədəbsiz idi.
Çaya ümid bağlayanları
Məhkum etmişdilər.
Çürümüş dəriləri
Ağappaq olmuşdu
Minlərlə varlığın
Qopardığı tufan içində…
Yeddi qat yerin altında
Dünyanın dərdini
Daşıyan torpaq
Qayğılardan təngə gəlib
Göz yaşları içində
Yorğun düşmüşdü
Ölüm əslində
Diriliş günüdür,
Sabahın yuxusudur…
Güc və gücün üfüqləri
Bitib- tükənmək bilməyən
Xəzinələr…
Qövmü böyüdüb bəsləyənlər
Bəzəmişdir sabahla axşamı…
Bütlərə inanlar, and içənlər
Başqa günəşlər vəd edərlər…
Göyləri yüksəkliyə
Ucaldan Tanrı
Qoy yoxa çıxmış gecəni
Çiyinlərimə şələləyim…
Mənim dörd mövsüm
Ağlımın sahibim,
İhsanı və Fazili
Bir-bir var etmişlər,
İnsanın ağlı ilə dərk etməsi
Gözlə görməsindən yaxşıdır…
Ey yaradılışın mayasını
Həqiqətlə yoğuran
Bu hürən itlərə agah elə
Ölüm səbəbiniCansız bədənlər
Qum yığınının arasında
Şimaldan cənuba sovrular
Qılıncınla haqqı ucalt
Nə zaman müharibə etsən.
O zaman qələbə çalarsan
Tanrının dini üstün gələr…
Torpaq üzərində mənim də
Məndən başqasının da
Qarışqa qədər haqqı var…
Ana dilimizə uyğunlaşdıran : TURAN NOVRUZLU
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Karalina Laurent Turunç”