
2026-cı il Gənclər üçün Prezident mükafatı verilməsi barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb
Mükafata layiq görülənlərdən biri də Ağadadaşov Sərxan Əbülfət oğludur.
O, 1999-cu il avqustun 4-də Qusar şəhərində anadan olub. Orta təhsilimi Qusar şəhəri 1 saylı tam orta məktəbində alıb. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarə Olunması mühəndisliyi ixtisasına qəbul olunub. 2020-ci ildə bakalavr, daha sonra isə magistratura pilləsini eyni ixtisas üzrə bitirib. O, deyib:
“Hazırda 2023-cü ildən etibarən Aviasiya Akademiyasının doktoranturasında təhsil alıram. Eyni zamanda Akademiyanın Pilotsuz Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərirəm.
2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq PUA-ların istehsalı və təmiri sahəsində çalışıram. Hazırda “Sinam” şirkətində aparıcı mühəndis kimi fəaliyyətimi davam etdirirəm”.
Bu, cənab Prezident tərəfindən aldığım ikinci mükafatdır:
“İlk mükafatı 2022-ci ildə “Teknofest” yarışmasında birinci yerə layiq görüldüyümüz üçün almışdıq.Ən sevindirici məqam ondan ibarətdir ki, PUA sahəsi Azərbaycan üçün nisbətən yeni olsa da, bu işlər dövlət tərəfindən yüksək qiymətləndirilir. Bu da bizi daha böyük layihələrə həvəsləndirir.
Açığı, xəbər bir qədər kədərli bir günə təsadüf etdi. Babam həmin gün vəfat etmişdi. Ən böyük arzularımdan biri onun bu günü görməsi idi. Buna baxmayaraq, düşünürəm ki, ruhu şaddır. Həm sevinc, həm də kədərin bir arada yaşandığı bir gün oldu.
Əvvəla, qarşılarına aydın və böyük məqsəd qoysunlar. Yolun əvvəlində çətinliklər və uğursuzluqlar ola bilər, lakin ruhdan düşməsinlər. Öz işinə inanaraq çalışan insan gec-tez nəticə əldə edir. Eyni zamanda miqyasları böyük düşünməkdən çəkinməsinlər. Hətta fantastik görünən ideyaların arxasınca getmək lazımdır.
Əsas məqsədimiz Azərbaycanda güclü texnoloji mərkəzin formalaşmasına töhfə verməkdir. Necə ki, ABŞ-də “Silikon Vadisi” mövcuddur, biz də ölkəmizdə bu tip bir innovasiya ekosistemi yaratmaq istəyirik. Planlarımız PUA istehsalını genişləndirmək və yaxın gələcəkdə Azərbaycanda böyük istehsalat müəssisəsi qurmaqdır”.

Sərxanı Prezident mükafatına layiq görülməsi münasibətilə təbrik edir, cansağlığı və daha da böyük uğurlar arzu edirik!
İlkin mənbə: 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var