2025-2026-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR
Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticə yönümlü; tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir.Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. 2025-2026-cı tədris ilinin qiş imtahan sessiyasinda tələbələrimizin uğurla iştirak etmələri üçün Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun, Tədris departamentinin müdiri dosent Sənan Əliyevin, İmtahan və monitorinq,qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımovun umtahanların keçrilməs zamanı şəffaflığın təmin olunması, tələbələr üçün məsləhət saatlarının keçirilməsi , şəhid ailələrinə, qazilərə ,müharibə veteranlarına diqqət və qayğı göstərilməsi tövsiyələri fakültə rəhbəriliyi ,kafedraların professor müəllim heyəti, dekanlığın əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır.Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.ADPU-nun İncəsənət və Fiziki tərbiyə fakültəsındə QIŞ imtahan sessiyasının kecirilməsi üçün lazımi hazırlıq işləri aparılmışdır. Fakültə dekanı Sos.ü.f.dok.Anar Fərmayılovun rəhbərliyi altında kafedraların professor müəllim heyəti, bütün personal imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışmışlar. Təbii imtahanlar zamanı tələbələrin uğurları fakültənin, fakültələrin uğurları Universitetdə tədrisin keyfiyyətinin əsas göstəricisi olduğundan daim diqqətə saxlanılır! Fakültənin İncəsənət müəllimliyi ixtisası üzrə:- Rəsm-1, Rəsm-3, Rəngkarlıq-1, Rəngkarlıq-3, Akademik rəsm. Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq fənnlərindən;Musiqi müəllimliyi ixtisası üzrə :- Əlavə musiqi aləti, Dirijorluq-2, Vokal ansamblı, Xor sinifi-1, Xor sinfi-3 fənnindən Qış İmtahan sesiyasının nəticələrinin tətil edilməsi, imtahan sessiyasıda tələbələrin uğurlarla iştirakı üçün lazımı hazırlıq işlərinin aparılması nəticələri imtahanların gedişində öz təsdiqini tapır. İlkin nəticələr bunu deyəyə əsas verir.İmtanların gedişi, fakültə üzrə koordinatorların imtahanda iştirak və s.çari məsələr vaxtaşırı müzakirə olunur, imtahanlar haqqında gündəlik rəhbərliyi məlumatlat təqdim edilir! İmtahanlar uğurla davam edir!
Zülfiyyə Vəliyeva Fakültə üzrə koordinator rəhbəri ADPU-ETM-nin elmi işçisi , Respublikanın əməkdar müəllimi
Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan polkovniki Eldəniz Namazov
Bu həmin Eldənizdir. Qazaxdan Qarabağa kimi şərəfli döyüş yolu keçən Polkovnik Eldəniz Namazov.
İllərdir Eldənizlə dostuq. Dostluq elə bir münasibətdir ki, əqidən, amalın bir olmalıdır. Bizim dostluğumuzu möhkəm edən Vətən sevgisidir. İnsan doğulduğu kəndi, şəhəri, rayonu sevirsə, o bütöv Vətəni sevir. Eldəniz üçün o taya, bu taya parçalanan Azərbaycan sevgisi var, Dəmir Qapı Dərbənd sevgisi var. Eldəniz üçün Turan sevgisi var. Eldəniz otaq polkovniki deyil. Eldəniz səngər, sərhəd, döyüş polkovnikidir. Və biz Qazaxlılar buna görə Eldənizlə FƏXR edirik. Eldənizlə təkcə Qazaxlılar yox, döyüş yoluna bələd olan hər kəs onunla FƏXR edir.
Bir gün həmsöhbət idik. O danışırdı: Xocavənddə qızğın döyüşlər gedirdi. Ərazilərimiz işğaldan azad olduqca sanki torpağın üzü gülürdü. Yuxarı Tağlar kəndində idi bu təyyarə. Səncə mən ilk olaraq nəyi xatırladım?
-Əlbəttə ki, Qazaxda Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun şərəfinə ucaldılan təyyarəni, dedim. O, gülümsədi və sözünə əlavə etdi: Yaxşı ki, Vətəni Qazaxdan sevdim. Eldənizin Qazaxdan ürəyində Qarabağa apardığı Vətən sevgisi döyüşdə qolunda gücə, dizində taqətə çevrildi. Eldəniz Vətəni Qazaxdan sevib, Qarabağda qələbəyə imza ataraq, adını Azərbaycan Hərb Tarixinə yazdı. Və Eldəniz ürəyinin sağlamlığını Qarabağa halal etdi. P.S. Şəkildəki əsgər onun qardaşı oğludur. Bir evdən iki nəfər Şuşayacan döyüş yolu keçib.
P.P.S. Onu da qeyd edim ki, Qazaxda təyyarə ilk ucaldığı ünvana “Samalyotun yanı” deyilirdi.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ADA Universitetinin rektoru, çox hörmətli Hafiz Paşayevin dəstəyi ilə Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı Şəmistan Nəzirlinin “QORİDƏN GƏLƏN QATAR” kitabı yenidən nəfis şəkildə çap olunub. Qeyd edək ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında Şəmistan Nəzirlinin yenidən əldə etdiyi arxiv materialları da kitaba daxil edilmişdir. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və Qazax mahalının ziyalıları Hafiz Paşayevə Şəmistan Nəzirli irsinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir və minnətdarlıq edirlər.
P.S. Yaxın vaxtlarda kitabın təqdimatı keçiriləcəkdir.
Bəzən insan sevdiyinə addım atmır, işıq kimi süzülür ona doğru. Səs salmadan, iz qoymadan… Zaur Ustacın bu misralarında sevgi cismani varlıqdan çıxıb nur halına çevrilir.“O işıq mən idim” demək — mən artıq bədən deyiləm, mən hissəm, mən ruham deməkdir. Qonaq gəlmək isə müvəqqəti yox, ehtiramlı bir varoluşdur; sevəni incitmədən, ürəyinə toxunmadan var olmaq istəyi. Bu işıq qaranlığı dağıtmaq üçün yox, qaranlıqda gizlənən gözəlliyi görmək üçün gəlir. “Qapqara zülfünü görmək istədim” misrası zahiri bir istək kimi səslənsə də, əslində insanın sirrə duyduğu ehtiyacdır. Qara zülflər gecəni xatırladır — dərin, səssiz, sirli… O gecədə itmək yox, o gecəni anlamaq arzusu var. “Toxunmaq istədim, ağ bədəninə…” — burada toxunuş ehtirasın dili ilə yox, müqəddəsliyin sükutu ilə danışır. Ağlıq saflığın, paklığın rəmzidir. Bu toxunuş istəyi bədəni deyil, varlığı duymaq ehtiyacıdır. İnsan sevdiyini toxunaraq yox, hiss edərək yaşamaq istəyir. Çünki həqiqi sevgi iz buraxmaqdan çox, iz olmamaqdır. “Telindən sünbüllər hörmək istədim…” — bu misra isə sevginin yaradıcılığa çevrildiyi andır. Sünbül həyatdır, bolluqdur, ümiddir. Sevilənin bir telindən belə həyat hörmək istəyən sevgi artıq özünü yox, gələcəyi düşünür. Bu sevgi almaq istəmir, yaratmaq istəyir. Sahiblənmir, becərir. Bu misralar bizə göstərir ki, sevgi bəzən bir baxış, bəzən bir işıq, bəzən də qonaq kimi gələn bir ruha çevrilir. O sevgi nə qışqırır, nə tələb edir. Sadəcə var olur — səssiz, dərin və unudulmaz. Zaur Ustacın sözlərindəki işıq, hər oxucunun içində bir anlıq yanır. Kimisi üçün həsrət olur, kimisi üçün dua, kimisi üçün isə ömür boyu sönməyən bir xatirə. Amma bir həqiqət dəyişmir: İşıq olan sevgi heç vaxt kölgə salmır.
Bu fotoda (20 dekabr 2009 – Bakı, Qız Qalasının yanında) Namiq Hacıheydərli İçərişəhərdən Karvansarayın yanındakı dar keçiddən çıxanda uzun illər mövcud olmuş, Qız Qalasının yanında yerləşən əvvəllər “BAKI KİTAB EVİ” sonra isə “İÇƏRİ ŞƏHƏR KİTAB EVİ” adlanan məşhur kitabçı Elman dayının (Bakı şəhərinin məşhur kitabçısı Elman Mustafayev – Allah rəhmət eləsin, ruhu şad olsun…) kitab mağazasının qarşısında dayanıb. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun! Əlbəttə ruhumuz ucadır:
RUHUMUZ UCADIR Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
Yurdumuzun bəzi bölgələrində unudulmuş, bəzi bölgələrində hələ də saxlanılmış toy adətlərimiz o qədər bənzərsiz və gözəldir ki. Sizə Qazax rayonunun toy adətlərindən danışmaq istəyirəm. Böyüklərimizin dediklərinə görə, ötən əsrin 80-ci illərinə qədər toylar bir neçə gün keçirilərdi. Əvvəl birinci toy oğlan evində, sonra iki gün qız evində, dördüncü toy oğlan evində keçirilərdi. Artıq bu adət ləğv olunub. Bir gün qız evində, bir gün oğlan evində toy olur. Toylar necə keçirilirdi? Demək belə… Oğlan evində səhər obaşdan, camaat malı “sirəyə” (naxıra) ötürəndə zurnaçılar qara damın üstünə çıxar, ordan mini konsert verərdilər (bu adət artıq ləğv olunub). Bu o demək idi ki, filankəsin evində toydur, buyurun gəlin, ay camaat. Saclar qurular, xəmir yoğrular, yuxalar yayılardı. Zurna səsinə əl-ayaq verməyə (kömək etməyə) gələnlər yuxa yayan qadınlara sacüstü deyilən nəmər verərdilər. Cavanlardan güclü olan malın (erkək dana) boynunu burub uzadar, kəsər, əlli-ayaqlı gənclər dananı dərisindən çıxardar, bozartmalıq doğrayıb qazana doldurub asar, o biri yanda da quyruğu yırğalanan erkəklər kəsilər, kabablıq doğranardı. Malın, erkəyin boş əti evlərdən yığılmış əl ət maşınlarında çəkilər, qadınlar kələm dolması bükərdilər. Qonum-qonşudan stol-stul, qab-qaşıq daşınar, yaydırsa ağacların altına, soyuq havalarda qurulmuş çadırlara (Qazaxda bu çadırlara mağar deyilir) düzülərdi (danışılanlara görə, yağışlı havalarda kənddə xeyir-şər evi funksiyasını yerinə yetirən mal-qara saxlanmayan tövlələri seçərdilər). Günorta yeməyi saatında bütün işlər tamamlanar, qonaqlar təşrif buyurardılar. Xüsusi qonaqlar qız evindən dəvət olunanlar olardı. Bu bir növ bəy tərəfin gəlin tərəfə “mən belə toy edirəm, görək siz necə toy edəcəksiniz” mesajı idi. Birinci toya dəvət olunan qonaqlar adətən kənar kəndlərdən, uzaq ellərdən olardı. Aşıq dastan söyləyər, məclis əhli dinlərdi. Ertəsi gün qız evində də eyni qayda ilə obaşdan zurnaçılar “filankəsin evində toydur” xəbərini car çəkərdilər. Günorta məclis başlayıb, qonaqlar gələndən az sonra bəy evinin də adamları xonçalı, pay-pürüşlə, çal-çağırla məclisə qatılardı. Bu gəlişə “yengə getdi” deyərdilər. Oğlan evi gələnə qədər qazanların qapağı açılmazdı. Oğlan yengəsi “qazanaçdı” verdikdən sonra yeməklər süfrəyə düzülərdi. Daha sonra məclis qurtarana qədər oğlan yengəsi bəy tərəfinin səlahiyyətli nümayəndəsi olaraq evdə gəlinin yanında dayanar, indiki dillə desək cangüdən kimi qoruyardı (gəlin xanım öz toyunu görməzdi, evdə bəzənib oturardı, görmək istəyən evə girib gəlinə baxardı. Uşaqlar arasında mən gəlinə 2 dəfə baxdım, mən 5 dəfə baxdım yarışı gedərdi. Artıq . Günorta qonaqlar yeyər-içər, sonra kimin toya nə hədiyyə etməsi elan edilər, siyahıya alınardı. Mərasim başa çatdıqdan sonra bəy evindən gələnlər çıxan kimi digər qonaqlar da dağılışardı. Əl-ayaq verənlər ortalığı yığışdırar, qadınlar qabları yuyub yığışdırar, mağardan stollar yığılar, musiqiçilərə düzəldilmiş səhnənin qarşısında rəqs meydançası qurular, ətrafına stullar düzülərdi. Gəlin rəfiqələri ilə sağdış evinə yollanardı (bu adət hələ də qalır). Sağdış gəlinin uşaqlıqdan seçdiyi ən yaxın rəfiqəsi olur. Sağdış evində süfrə açılır, əvvəldən bəzənmiş şax ilə gəlini və rəfiqələrini gözləyərdilər. Şax – xüsusi konstruksiyalı, 150-200 sm hündürlükdə, ağacdan düzəldilmiş dörd küncü, evin damı kimi yuxarısı çatılı, ortasında əl tutmaq üçün orta dirəyə perpendikulyar paya keçirilmiş maketdir. Dayaqların üstünə səliqəli şəkildə mismarlar düzülür. Bu mismarlara meyvələr, “şax yemişi” deyilən ipə düzülmüş konfet, şokolad, çərəz sarınır. Üzərinə bəzənənlərin ağırlığı hətta 50 kilonu belə keçir. “Şax yemişi”ni düzmək üçün qohum-qonşu qızlar 3-4 gün boyunca kilolarla kişmişi, ərik qurusunu, qoz, fındıq, badam ləpəsini, konfetləri, plitka deyilən şokoladları yorğan sırınan iynələrlə ipə düzürlər, bir masanın üzərinə səliqə ilə yığırlar. Şaxı bəzəmək hər adamın hünəri deyil. Hər kənddə şax bəzəməyin ustası olan kişi və ya qadın olur, o gəlir şaxı bəzəyir. Şaxın damına bir tərəfdən qutu şokolad, digər tərəfdən güzgü bağlanır. Altından tutacaqlara qədər ağ mələfə ilə sarınır. Şax sağdışın gəlinə və yaxud bəyə hədiyyəsidir. Sağdışı evlənəndə də bəy və ya gəlin əli yağda yansa belə mütləq həmin şaxın eynisindən bəzəyir, hədiyyəsini qaytarır. 90-cı illərdə müharibə, qıtlıq, bahalıq dövrü başlayandan şax bəzəməyi xonçalarla əvəz etdilər. Bəzi ailələr bu adəti saxlayır amma. Hollivud filmərlində qızların subaylığa vida partilərini izləmisiniz yəqin ki. Sağdış məclisi bir növ subaylığa vida məclisi kimi bir məclisdir. Qızlar evlənənən qızın başına toplaşar, deyər-gülər, yeyib-içər axşamı gözləyər. Şər qarışanda toy evindən zurba-balabanla gəlini mağara gətirməyə gedilir. Qaranlıqda yolu işıqlandırmaq üçün lopalar yandırılır. Lopa nədir bəs? Uzun, 4-5 metrlik zopaların başına köhnə-kürüş, qalın parçalar bərk dolanır, azı bir sutka neftdə islağa qoyulur. 4-5 ədəd belə lopa hazırlanır. Bir haşiyə çıxım. Gürcüstanda bir toyda lopa əvəzinə yabaya keçirilmiş gərmələri (qurumuş mal təzəyi) neftlə isladıb yandırdıqlarını da görmüşdüm. Yaxşı da yanırdı. Hə, ümumiyyətlə, gəlinin və yaxud bəyin sağdış evindən gətirilməsi mərasiminə “lopa” deyilir. Lopaları odlayır, subay qızlar gəlinin sağından və solundan qol-qola girər, hər biri əlində yanan şamlar tutur. Səbəbkarın şamları fərqli olmalıdır. Arxalarında oğlan və qız yengələri odeyal tutar, kiminsə gənclərin arasından keçməsinə imkan vermirlər. Sağdış evinin adamları bəzədikləri şaxı oynadır, sonra üz tuturlar toy evinə sarı. Qabaqda bir lopa, sonra iki pəhləvanın götürdüyü şax, şaxın arxasında gəlin öz dəstəsi ilə, arxasında isə digər şəxslər qatarlanırlar. Kəndin qoçaq uşaqlarından hansısa lopanın qarşısını kəsib, “filankəs mənimlə güləşməsə yol vermirəm” deyə meydan sulayar. Cəngi sədaları altında qurşaq tutar, güləşər, dostcasına qucaqlaşıb lopanın yolunu açarlar. Toy evinə çatana kimi belə qurşaq tutanlar çox olur. Yolda lopanın işığı azalanda dayanır, lopaların üstünə işığı gur olsun deyə neft tökərlər. Toy evində millət yığışıb lopa karvanının çatmasını gözləyər. Lopa karvanı toy evinə çatanda yol boyu şaxı daşıyanlara gəlin anası xələt verir. Bu pul da ola bilər, köynək də. Şaxı oynadıb qaldırırlar evə. Və bununla “mağar” başlayır. Gəlin yerində oturandan sonra toybabası məclisi açır. Qazaxda toyun idarəçisinə belə deyilir. Sifarişlərin sıralamasına, kimin neçə havaya rəqs etməsinə, məclisdə qarışıqlıq olmamasına o cavabdeh olur. Hətta məclis sahibi belə onun icazəsi olmasa növbəsiz oynamağa çıxa bilmir. Toyun “mağar” deyilən bu hissəsi bir növ kənd diskotekası vəzifəsini daşıyır. Əvvəllər bəy qız toyunda gözə görünməzdi. İndi isə bəy və gəlinə şəhər toylarındakı kimi platforma üstündə masa qurulur. Mağar özü bir aləmdir. Özünü göstürməyə gələn kim, qız bəyənməyə gələn kim, qucağında ağlayan uşağını silkələyə silkələyə oynamağı gözləyən cavan gəlinlər, başı çalmalı, beli şallı nənələr, kepkalı ağsaqqallar, mağara geyinmək üçün xüsusi olaraq seçilmiş geyimlərdə göz qamaşdıran oğlanlar-qızlar, həngamənin tezbazar yekunlaşmasını gözləyən ev sahibləri… Sifariş verən oğlan əvvəl çıxır ortalıqda biraz tək rəqs edir. Sonra gözünü gəzdirib camaatın içində kimisə barmağı ilə çağırır. Adamları yara-yara gəlib bir iki “pa” göstərib həmən də ortalığı tərk edən qızları, qadınları görmək lazımdır. Hamı növbə ilə rəqs etdikdən sonra məclis yekunlaşır, bununla da qız toyu başa çatır. P.S. Belə mağarlardan sonra eşidirsən ki, filankəsin qızı filan mağardan qayıtmayıb, ordan filankəsin oğluna qoşulub qaçıb.