Murad Məmmədovun yeni şeirləri – Fevral 2026

BİR KİMSƏ BİLMİR
Sünbül qara qılçığa,
Yaxşı adam alçağa,
Bəzən payın palçığa
Dönür, bir kimsə bilmir.

Hərdənbir beynin,başın,
Evində can sirdaşın,
Üzü doğma qardaşın,
Çönür, bir kimsə bilmir.

Yad olur doğma kəsin,
Gedir, gəlmir nəfəsin,
Olur eşqin, həvəsin
Sönür, bir kimsə bilmir.

Bulayır ad-sanını,
Gah qaraldlr qanını,
Nəfsin yazıq canını
Yenir, bir kimsə bilmir.

Murad küsür baxtından,
Zamanından, vaxtından,
Ruhu könül taxtından,
Enir, bir kimsə bilmir.

QOŞMA
Yadın nahaq sözü qəlbimə dəyər,
Düz yoldan eyləyər, azdırar indi.
Dərdin soyuq üzü mənə neyləyər,
İçimdə Günəş var, qızdırar indi.

Sözə gül vurmaqdan gözlərim doymaz,
Nə özüm sayaram, nə kimsə saymaz.
Təbim oyaqdısa, yatmağa qoymaz,
Gəlibsə, bir qoşma yazdırar indi.

Dünyanın gərdişi Muradı yorub,
Dövrəmdə bənd qurub, yüz tələ qurub.
Əzrayıl başımın üstündə durub,
Qələmlə qəbrimi qazdırar indi.

DİKSİNMƏ GECƏNİN QARANLIĞINDAN
Görəsən dünyanın tərs üzü nədir?!
Oxucum, baş sındır, sən də bir anlıq.
Nəyə əl atırsan, bir möcüzədir,
Bir üzü işıqdır, biri qaranlıq.

Yeddi rəng oxşayır duyğularımı,
Tək ağdan qaraya sadə keçid var.
İstənsə qoyaram bütün varımı,
Məni qaranlıqdan işığa qaytar.

Ömrümüz zamana, vaxta əsirdi,
Üç ildi, beş ildi, Yaradan bilər.
Dünya müəmmadı, açılmaz sirdi,
Üz verər, böyüdər, aldadar, silər.

Çox yatan qazanmaz, xəstəlik tapar,
Ləzzət al səhərin toranlığından.
Önündə əbədi, zülmət həyat var,
Diksinmə gecənin qaranlığından.

Nədən əl çəkənmir insan dünyadan?!
Bir düşün dərindən, nədir niyyəti?!
İşıqlı dünyanın tamını dadan,
Sevərmi qaranlıq əbədiyyəti?!

Bu yolda yolçuluq hamının işi,
Özünə yeni yol açmaqla deyil.
Səni də tapacaq çarxın gərdişi,
Darıxma, sıyrılıb qaçmaqla deyil.

SÖZ BAZARI
Nə satıram, alan yoxdu,
Bazarım bağlanıb deyən.
Görəsən bəs niyə çoxdu,
Onda tərifləyən öyən?

Acı, şirin söz satıram,
Arıq, orta, yekə bədən.
Vallah hərdən bal qatıram,
Kimdi məni gendən güdən.

Bu bazarda üz görürəm,
Üçqat, dördqat, pələpüsür.
Dağ əridən göz görürəm,
Yetirəni yıxır, kəsir.

O qədərdi gözə girən,
Baxıb gülən, ağız büzən.
Şad günündə salam verən,
Dar ayaqda gendən gəzən.

Söz satılan bazar çoxdu,
Alıcı az, çıxmır səsi.
Dərd ki çoxdu, azar çoxdu,
Qınamıram heç bir kəsi.

Yüngülləşib, boş havadı,
Söz deyirsən, hamı udur.
Yaxşı sözün qaçıb dadı,
Söhbətimin canı budur.

BUNA ƏMİNƏM
Sükuta möhtacdı hərdən canımız,
Bəlkə təmizlənə onda qanımız.
Yaddaşlara hopan bircə anımız,
Bizi yaşadacaq, buna əminəm.

Dincəlmək istəsən, qayıt get kəndə,
Havanı, suyunu bir dəyiş sən də.
Sağlam ruh dolansa sağlam bədəndə,
Yüzü yaşadacaq, buna əminəm.

İlahi, ümid ver gözüyaşlıya,
Yazığa, kasıba, başıdaşlıya.
Vay o gündən kasıb sevə, xoşlaya,
Qızı yaşadacaq, buna əminəm.

Candakı əzalar qohumsa, yarsa,
Təntiməz başını duman, çən sarsa,
Bir başın yaşamaq həvəsi varsa,
Gözü yaşadacaq, buna əminəm.

Dərələr ayrılmaz, hey düzü səslər,
Gecələr can verər, gündüzü səslər,
Mayası halaldan yoğrulan kəslər,
Düzü yaşadacaq, buna əminəm.

Çətinə düşəndə həyatdan bezmə,
Özün çalış, vuruş, dost, tanış gəzmə.
Təmiz ol, Allahdan əlini üzmə,
Özü yaşadacaq, buna əminəm.

Sinəsi söz ilə dolan şairlər,
Sözüylə yaddaşda qalan şairlər,
Ağlı, dərrakəsi olan şairlər,
Sözü yaşadacaq, buna əminəm.

ƏLACIM YOX
Canımdakı ağrıların,
Heçindəyəm, əlacım yox!
Yalanların, doğruların,
İçindəyəm, əlacım yox!

Nə qış bildim, nə də ki yaz,
Üz-gözümü vurdu ayaz.
Əllərimdə iti dəryaz,
Biçindəyəm, əlacım yox!

Göz qocaldı, selləndi yaş,
Dərd-azardan ağardı baş.
Ömrün, günün yavaş-yavaş
Köçündəyəm, əlacım yox!

Murad bezib, düşüb qana,
Bu olmazlar yığıb cana.
Ya o yana, ya bu yana,
Seçimdəyəm, əlacım yox!

QOŞMA

Sən elə gərəksən, gözəl səsinlə,
Eşqinlə, ruhunla, xoş avazınla.
Sözümə can verdin, sağ ol, qardaşım,
Yaşa, yarat, oxu, telli sazınla.

Kimsənin hörməti kimsədə qalmaz,
Borclu kəs borclunu sağ kimi istər.
Ay qardaş, bu dövran boş salam almaz,
Əl əli yumasa, əksini göstər.

Murad qədirbilən, sadə insandı,
Hər şeyi əvvəldən yüz ölçər, biçər.
Ay Şaiq, zəmanə öyrədən candı,
Nə səni incidər, nə səndən keçər.

YALANLA DOĞRUNUN VƏHDƏTİ
Deyirlər dəlinin düz sözü olmur,
İnanma! Dəlidən doğru xəbər al.
Kim deyir həyatın tərs üzü olmur?!
Başın çəkməyibsə, sanma boş xəyal.

O qədər yumşaqdı yalanın üzü,
İşimiz düz getməz yalan satmasaq.
Həzm edə bilmirik doğrunu, düzü,
Doğrunun gözünə yalan qatmasaq.

Artıq öyrəşmişik, qəsdən özümüz,
Yalanın üstünə yaxma çəkirik.
Baxırıq yerimir doğru sözümüz,
Qırmızı-qırmızı yalan əkirik.

Bəzən Yaradandan qorxumuz olmur,
Hey haqqı nahaqqa qurban veririk.
Təkcə doğrularla boş qarın dolmur,
Gözünə vurmağa yalan dəririk.

Olur ki, pisə də yaxşı deyirik,
“Üz üzdən utanar” adlı deyim var.
Yalan nəfəs alıb yalan yeyirik,
Doğruyla dolanan demək ac qalar.

Çoxu duyur səni, bir söz söyləmir,
Doğrular yalanın içində itir.
Qırxca gün öz doğman qəbul eyləmir,
Qırxı ötürdünsə, bir yalan bitir.

YALANLA DOĞRUNUN VƏHDƏTİ
Deyirlər dəlinin düz sözü olmur,
İnanma! Dəlidən doğru xəbər al.
Kim deyir həyatın tərs üzü olmur?!
Başın çəkməyibsə, sanma boş xəyal.

O qədər yumşaqdı yalanın üzü,
İşimiz düz getməz yalan satmasaq.
Həzm edə bilmirik doğrunu, düzü,
Doğrunun gözünə yalan qatmasaq.

Artıq öyrəşmişik, qəsdən özümüz,
Yalanın üstünə yaxma çəkirik.
Baxırıq yerimir doğru sözümüz,
Qırmızı-qırmızı yalan əkirik.

Bəzən Yaradandan qorxumuz olmur,
Hey haqqı nahaqqa qurban veririk.
Təkcə doğrularla boş qarın dolmur,
Gözünə vurmağa yalan dəririk.

Olur ki, pisə də yaxşı deyirik,
“Üz üzdən utanar” adlı deyim var.
Yalan nəfəs alıb yalan yeyirik,
Doğruyla dolanan demək ac qalar.

Çoxu duyur səni, bir söz söyləmir,
Doğrular yalanın içində itir.
Qırxca gün öz doğman qəbul eyləmir,
Qırxı ötürdünsə, bir yalan bitir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sükutun dili

Sükutun dili
(Zülfi Vellidağın şeirlər kitabının təqdimatı)
Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndələrindən biri də Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, ədəbiyyatşünas, veteran pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı, ədib və şair Zülfi müəllim Vellidağdır.
Onun ilk dəfə 2015-ci ildə işıq üzü görmüş şeirlər toplusu isə həm şairlik və ədiblik sübutu, həm də böyük bir hikmət xəzinəsidir. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:

Kitabın əsas məlumatları:
Kitabın adı: “Sükutun dili” (Şeirlər)
Müəllif: Zülfi Vellidağ
Naşir: Müəllif, Bakı
Nəşr olunduğu il: 2015
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Tiraj: 300 ədəd
Səhifə sayı: 306 səhifə.

Müəllifin qısa təqdimatı:
Məcidli Zülfi İbrahim oğlu (Zülfi Vellidağ): 12 fevral 1951-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun qədim və sirli tarixə malik olan Şatırlı kəndində bir ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Şatırlı kənd səkkizillik məktəbini, 1966-cı ildə isə Ləkin kənd orta məktəbini bitirmişdir. 1967-ci ildə N.Tusi adına APU-nun (keçmiş V.İ.Lenin adına APİ-nin) filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildən təhsilini davam etdirməklə bərabər, pedaqoji fəaliyyətə başlamış və bədii yaradıcılıqla da məşğul olmuşdur.
1970-ci ildə “Əmək nəğməsi” adlı ilk şeirini Xalq şairi Səməd Vurğunun yaradıcılığından təsirlənərək yazmışdır. Şeirləri ara-sıra “Taxılçı”, “Sovet kəndi”, “Yeni gün”, “Azərbaycan gəncləri”, “Münasibət”, “525-ci qəzet” və “Ədəbiyyat və incəsənət” qəzetlərində, həmçinin “Ulduz” və “Sözün işığı” kimi ədəbi-bədii jurnallarda dərc edilmişdir.
Yarım əsr müqəddəs müəllimlik və pedaqoji əməyi olan Zülfi müəllim həm də ədəbiyyat sahəsinin parlaq simaları və dəyərli ustadlarından biridir. Azərbaycan dili və ədəbiyyatı sahəsində yarım əsrlik ardıcıl müəllimlik əməyini nəzərə alaraq onu Cəlilabad rayonundan olan bir çox tanınmış şair, nasir, yazıçı və ədəbi təhlilçi və tənqidçinin ustadı adlandırmaq olar.
Bu müdrik şair və ziyalı pedaqoqun onlarla yetirməsi ali təhsil almış, hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməkdədirlər. Zülfi müəllim ardıcıllıqla üç dəfə respublika müəllimlər qurultayına nümayəndə seçilmiş, 1987-ci ildə “Baş müəllim” adına layiq görülmüşdür. İndiyədək nümunəvi pedaqoji səriştəsi, ədəbiyyat və ictimai sahələrdəki faydalı fəaliyyətinə görə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuşdur.
Qələmini poeziyamızın müxtəlif janrlarında – bayatı, qoşma, gəraylı, qəzəl, məsnəvi, müxəmməs, alleqorik əsərlər və mənzum hekayələr sahəsində sınamışdır. Yaradıcılığında deyimlər şəklində yazılmış yüzlərlə tək bəndlər “Yarpaqlar” adı altında silsilə təşkil edir.
Mətbuat orqanlarında və sosial şəbkələrdə Zülfi müəllimin ara-sıra yazıları dərc olunmaqdadır. 2016-cı ildən etibarən təqaüddədir.
Hal-hazırda isə Cəlilabad rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvüdür. İki oğlu, üç qızı vardır.

Kitab barədə:
Ziyalı pedaqoq və dəyərli şəxsiyyət Zülfi müəllimin 306 səhifəlik və 300 tirajla buraxılan “Sükutun dili” adlı şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində nəfis şəkildə nəşr edilmişdir.
Bu kitab müəllifin ön sözü, ardınca orta məktəb illərində onun ədəbiyyat müəllimi olmuş Rüstəm Mirzəyevin geniş və maraqlı təqdimatı ilə başlayır. Bundan sonra isə xüsusi fəsillər göstərilməsə də aşağıda təqdim edilən on ayrı fəsillər əsasında müxtəlif mövzular, yanr, forma və vəznlərdə qələmə alınmış bir-birindən gözəl və mənalı şeirləri yer almışdır:

  • Yol və yolçu;
  • Ruh və bədən;
  • İctimai-siyasi;
  • İnsan-təbiət;
  • Zamanla üz-üzə;
  • Yurd sevgisi;
  • Satirik;
  • Təmsillər;
  • Yarpaqlar;
  • Bayatılar.
    Fəsil və ya bölüm kimi görünən hər başlığın ardınca müxtəlif illərdə həyat, sevgi, zaman, yurd, vətən, dünya, millət, təbiət, siyasət, din və s. mövzularda qələmə aldığı bir-birindən gözəl və dərinmənalı şeirləri təqdim edilir. Şeirlərin əsasən ötən (XX) əsrin 1990-cı illərindən müasir (XXI) əsrin 2011-ci illərinin sonunadək müddət ərzində qələmə alındığı aydınlaşır.
    Müəllif həm də yuxarıda təqdim edilən fəsillərdən bəzisinin başlanğıcında giriş kimi dəyərli fikirlərini, fəlsəfi baxışları və öyüd-nəsihətlərini qeyd edir.
    Kitaba əvvəldən sonadək diqqət yetirdikdə, bəzi şeirlərin müəllif tərəfindən digər insanlara (şəhidlər, valideyni, həyat yoldaşı, övladları və nəvələri, şagirdləri, müəllimləri, yaxın dostları və digər görkəmli insanlara) ithaf edildiyini təsbit etmək olar. Məsələn: “Elin igid oğlu” şeiri müəllifin istəkli şagirdi polkovnik Atabalaya, “Şəfalı əllər” şeiri sevimli şagirdi – tibb elmləri namizədi həkim Ramizə, “Ölüm hara, sən hara?!” şeiri əziz müəllimi, İsmayıl Şıxlıya, “Sənətin zirvəsi” şeiri Aşıq Zülfiyəyə, “Sevinc dostun, qəm mənim” şeiri dostu və qohumu olan Malik müəllimə, “Vahid vahid idi” şeiri nakam şair Əliağa Vahidə, “Şəhidlərə” şeiri 20 Yanvar şəhidlərinə və “Rahat yat, Araz” şeiri vaxtilə Zülfi müəllimin şagirdi olmuş və hal-hazırda Şatırlı kənd orta məktəbinə adı verilmiş şəhid Araz Qardaşxanova ithaf olunmuşdur.
    Heş şübhəsiz, bu qəbil şeir ithafları ilk növbədə şairin öz əzizləri, yaxınları və həyatda ona dəyərli olanlara qarşı xüsusi diqqətinin və qayğıkeşliyinin bariz nümunələri kimi səciyyələndirilə bilər.
    Zülfi müəllim zatən doğma elimizin ziyalı və müdrik siması olduğuna görə yaşadığı məkan və zamanda baş verən heç bir olay onun diqqətindən kənarda qalmır. Qələmə aldığı şeirlərində də bunu açıq-aydın müşahidə etmək mümkündür. Buna misal olaraq şairin “İndi növbə məndədir” şeirinin fars şovinistlərinə, “Gözdən asılan pərdə” şeirinin beynəlxalq təşkilatların riyakarlığına, “Belə oğlanlarıq” şeirinin qaçaqmalçılara, “Hacılar, məşədilər çoxalır…” şeirinin sözü ilə əməli bir-birini təsdiq etməyən “dindar”lara, “Günün ekranı” şeirinin bəzi telekanalların öz həddini aşmasına aid yazdığını göstərmək olar…
    Müdriklərin söylədiyinə görə, hər bir insan bu fani həyatda yiyələndiyi ixtisas, sənət və peşədən əlavə, həm də bundan bir azacıq çox səviyyədə etika və mədəniyyət sahibi olmağa, etika və mədəniyyətinin öz ixtisası, sənəti və peşəsinə hakim kəsilməsinə çalışmalıdır. Heç şübhəsiz, dəyərli şair və ləyaqətli pedaqoq Zülfi müəllim də bu zümrədən olan dəyərli simalardan biridir. Çünki onun malik olduğu yüksək mədəniyyət və etika müqəddəs müəllimlik peşəsinə, həmçinin, yüksək ixtisas və söz sahibi olduğu ədəbiyyat və poeziya sahəsinə tam hakimdir.
    Zülfi müəllimin “Sükutun dili” adlı şeirlər kitabını əvvəldən sonadək oxuduqca insan yorulmur. Çünki onun ehtiva etdiyi şeirlər öz milli mənsubiyyətini dərk etmiş, zaman və məkan xüsusiyyətlərinin fərqində olan, yaşadığı zamanda mövcud olan problemləri yaxından müşahidə edərək ağrı-acı çəkən mərhəmətli və ziyalı bir qəlbə malik olan müdrik bir şair, ziyalı bir şəxsiyyət tərəfindən qələmə alınmışdır. Qəlbdən gələrək dilə və qələmə təzahür edənin isə bir-başa qəlblərə yol tapması inkaredilməz və əzəli bir qanundur. Bütün bunlara əsasən, şəxsən mən Zülfi müəllimin “Sükutun dili” əsərini sadəcə bir şeir kitabı deyil, əslində bu günümüz və gələcəyimiz üçün faydalı olan sirlər xəzinəsi və hikmətnamə kimi dəyərləndirirəm…

Arzu və diləklər:
Bu qısa təqdimatın sonunda Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, ədəbiyyatşünas, veteran pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı, ədib, şair Zülfi müəllim Vellidağa Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, teoloq, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist

HƏLƏ SƏNİ GÖRMƏMİŞƏM

HƏLƏ SƏNİ GÖRMƏMİŞƏM

(Azərbaycana)

Hələ səni görməmişəm.
Amma içimdə bir yurd var —
adı çəkiləndə ürəyim göynəyir.
Bu ağrı deyil —
bu, uzun bir həsrətdir.
Sanki qəlbimin
xəritəsinə
sığmayan böyük bir Vətən var.
Dalğalansın daim bayrağın,
bahar bağlarını tərk etməsin heç vaxt…
Səni darıxdığım anlarda
uçan zaman belə dayanır.
Günlər işıqsız, gecələr necə də qaranlıq
mənzil isə uzaqdır,
çox-çox uzaq…
Sənin üçün darıxmaq gecə vaxtı —
buz kimi su içib,
içindən yanmağa bənzəyir.
Dodaqlarım susur,
amma ürəyim qışqırır.
Bu qışqırıq — bəlkə də
heç eşidilməz,
amma əsla adamı sağ buraxmaz.
Mən səni sevirəm,
amma bu sevgi
şeirə sığmır.
O, qanımda axır,
hər damarimda
sənin adın döyünür.
Ona görə mən diriyəm,
ona görə yaşayaram
Ey Azərbaycan,
sən mənim arzum deyilsən,
arzumun fövqündəsən.
Arzular gerçəkləşər.
Sən isə —
gerçəkləşməyən,
amma tərk də edilməyən
bir tale­sən.
Dağlarını görməyən gözlərim
içimdəki ucalıqdan hönkür-hönkür ağlayır.
Dənizini görməyən könlüm
dalğalarını öz yatağına
sığdıra bilmir.
Bu nə haldır —
insan görmədiyi bir yerə
bu qədər sevgi bəsləsin?
Hələ səni görməmişəm.
Amma içimdə bir səs var:
“Ora sənindir”.
Bu səs mənə aid deyil.
Bu —
sevginin çağırışıdı, sadəcə.
Əgər bir gün yollar bizi qovuşdursa,
məni qonaq adlandırma.
Qonaq ürəklə gəlməz.
Mən isə
bütün varlığımla
gəlirəm.

10.01.2026


Müəllif: Cahangir NAMAZOV

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu acı haber Atatürk’ü derinden sarstı

Bu acı haber Atatürk’ü derinden sarstı

Nuri Conker, Mustafa Kemal için sadece bir silah arkadaşı değil; çocukluğunun, mahallesinin ve okul sıralarının tanığıydı. O, Mustafa Kemal’in hayatında Zübeyde Hanım ve Latife Hanım haricinde kendisine resmiyetsizce, sadece “Kemal” diye hitap edebilme samimiyetine sahip tek kişiydi.

Takvimler 11 Ocak 1937’yi gösterdiğinde Nuri Conker hayata veda etti.

Bu acı haber Atatürk’ü derinden sarstı. En yakın dostunu kaybetmenin verdiği ağır kederle yüzleşmekte zorlanan Ata, cenaze törenine katılamadı. Bu kaybın ardından haftalarca süren derin bir sessizliğe ve yasa büründü.

Bir akşam, sofra başındayken dalgınlığı dikkat çekiyordu. Aniden yerinden kalktı ve otomobiline yöneldi. Şoförüne nereye gideceklerini söylemek yerine sadece yolu tarif etti. Durduklarında Cebeci Mezarlığı’ndaydılar. Doğruca Nuri Conker’in kabrine yürüdü.

Mezarın başında, yüreğindeki acıyı tek bir cümleye sığdırdı:

“Beni niçin yalnız bıraktın Nuri?”

Atatürk, bu derin bağlılığı ve dostluğu daha sonra şu sözlerle tarihe not düşecekti: O, “Hatırası, kalp ve vicdanından çıkmayacak kardeşi” idi.

— Yararlanılan Kaynaklar:

Afet İnan – Atatürk Hakkında Hatıralar ve Belgeler
Salih Bozok – Hep Atatürk’ün Yanında
Can Dündar – Nuri Conker (Selanik’ten Conkbayırı’na Bir Ömür)

TÜRK TARİXİ

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

KƏŞFİYATÇININ SÖHBƏTİ

KƏŞFİYATÇININ SÖHBƏTİ

Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.

Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovucunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:

-Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi.
O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu: – İtkimiz yoxdur ki? – Yox, hər şey qaydasındadır. – Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, – dedi və əlindəki qətifəni mənə uzatdı. – Üz-gözünü qurula, isti çay iç və dincəl.
O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.

Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi: – Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız.
Adım Raqufdur…

Bu, həmin Raquf Orucov idi.

Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.

Haqqın ödənilməz qəhrəman qardaşım.

Məlumatı hazırladı: Elgün Gəncimsoy

Elgün Gəncimsoyun digər yazıları

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür

1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuş Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsindən: “Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İrana səfər etdi. Səfər zamanı o, İranda ən yüksək dövlət qurumu hesab olunan İran İslam Respublikası Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi ilə görüşdü. Bu vəzifə Ali Dini rəhbərə tabe idi. Ayətullah Şahrudi isə idarəçilik iyerarxiyasında çox böyük nüfuza sahib idi.

Fərhad Abdullayevlə görüşəndə Ayətullah Şahrudi# dedi ki, “siyahıya alınma başa çatıb və nəticələrinə görə İran əhalisinin 52 faizi Azərbaycan türkləridir. Azərbaycan türklərindən başqa türk kökənli qaşqaylar, Xorasan türkləri, türkmənlər var – 3 milyona yaxın da onlar olarlar”, dedi. Şahrudi çox saf insan idi. Dedi ki, 2 kürəkənim türkdür, onlardan çox razıyam, çox çalışqan, ağıllı və ailələrinə çox bağlıdırlar. Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür. Sonra zarafatla dedi ki, yerdə 24 faiz qaldı ki, onlar da, sadəcə, türk olduqlarını bilmirlər.

Məlumatı hazırladı: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalqın qəhrəman oğlu – polkovnik-leytenant Raquf Orucov – Ağdam (1972)

ORDUNU QURANLAR
Bu insanların Ordu quruculuğu və formalaşmasında əməyi danılmazdır.
Torpaqlarımızın qorunması və
ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş silahdaşlarımiza Allah rəhmət eləsin.

1993 cü il – Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi – Bakı şəhəri

Bu şəkildə olanlar ilk kəşfiyyatçı kimi təhsil alan kursant yoldaşlarımızdir.
Şəkildə qəhrəman silahdaşim Raquf Orucovda
var.

Şəhid qardaşımız Raquf Orucovun döyüş yoluna nəzər salsaq, onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu görərik.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1995-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

MARİYA RUSSONUN HEKAYƏSİ – İBARƏTAMİZ

İşığa doğru
(hekayə)
Gəmi gecənin qara sinəsini yararaq irəliləyirdi. Atlantik okeanı bu gecə sakitliyə oxşamırdı; dalğalar sanki insan talelərini sınamaq üçün qəsdən qalxıb-enirdi. Üçüncü sinifdə, dar və havasız bölmədə Antonio Russo qızını qucağına sıxmışdı. Maria yuxulu gözlərini atasının köynəyinə sürtür, arabir anasının adını pıçıldayırdı. Antonio isə cavab verə bilmirdi — boğazında düyünlənmiş kədər sözlərə çevrilmirdi.
O, bu səfəri bir xilas yolu bilmişdi. İtaliyada qalan yoxsulluq, tənha ev, susmuş ocaq… Hamısını arxada qoyub yeni həyata doğru gedirdilər. Maria üçün. Hər şey Maria üçün idi.
Birdən gəmi inildədi. Sanki nəhəng bir əl onu yan çevirib silkələdi. Qışqırıqlar eşidildi. Taxtalar şaqqıldadı. Okeanın soyuq nəfəsi alt bölmələrə doldu. Su ayaqların altından sürünərək gəlirdi — əvvəl dizə, sonra sinəyə doğru.
Antonio Mariyanı çiyinlərinə qaldırdı. İrəli getmək istədi, amma insan seli onu geri itələyirdi. Qaranlıqda gözlər qorxu ilə alışıb-yanırdı. O an Antonio başa düşdü ki, bu, seçimin anıdır. Gecikmək olmazdı.
Göyərtəyə yaxın yerdə sınmış bir illüminator gördü. Kənarları kəsici idi, amma açıq idi. O tərəfdə qaranlıq, buz kimi su… və uzaqda zəif bir işıq — xilasetmə gəmilərinin titrək ümid işığı.
Antonio qızını yerə endirdi. Diz çökdü, onun gözlərinə baxdı. Bu baxışda vidalaşma vardı, amma sözlə deyilən yox, ömür boyu daşınacaq bir baxış:
— Qorxma, Maria… — dedi pıçıldayaraq. — Üzə bilirsən. İşığı görürsən?
Maria başını tərpətdi, göz yaşları yanaqlarından süzülürdü.
Antonio qızını qucaqladı, son dəfə bağrına basdı. Sonra bütün gücü ilə onu illüminatordan işığa doğru atdı:
— Üz, Maria! — deyə qışqırdı. — İşığa doğru üz!
Qızın səsi suya qarışdı. Antonio irəli atıldı, amma bədəni sığmadı. Dəniz onu geri itələdi. O, yalnız baxa bildi — işığa doğru üzən balaca bir kölgəyə.
Bir neçə dəqiqə sonra hər şey bitdi. Gəmi sükutla dənizin qucağına çəkildi.
Maria Russo o gecədən sonra uzun illər işıq axtardı. Bəzən onu şəhərlərin pəncərələrində gördü, bəzən uşaqlarının gözlərində, bəzən də qaranlıq gecələrdə uzaq bir xatirə kimi.
Uşaqlığında düşünürdü ki, atası onu tərk edib. Sonra böyüdü, yaşadı, sevdi, ana oldu. Həqiqəti öyrəndiyi gün isə ağladı — çünki anladı: atası onu həyata atmışdı:
— Bütün ömrüm boyu işığa doğru üzdüm, — deyə pıçıldadı qocalığında. — Hər addımımda onun səsini eşitdim.
Və gözlərini yumarkən dəniz qorxulu deyildi artıq. Uzaqda bir işıq vardı. O işığın içində bir ata dayanmışdı:
— Gəlmisən, Maria, — dedi.
Qız gülümsədi:
— Səni sevirəm, ata. Mən üzdüm. Həmişə işığa doğru üzdüm.

Hekayəni yenidən işləyən: Leyla Mahirqızı,

Other articles by Leyla

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Вахобова Турсуной – ҚОР КЕЛДИ

ҚОР КЕЛДИ

Қор келди ҳамма ёқ, оппоқ қор бўлди,
Унгача диллар зор – интизор бўлди,.
Сумалаклар осар, тарновлар чак-чак,
Табиат ҳам бахтдан, бахтиёр бўлди.

Эзгулик хати кеб- бир нисор бўлди,
Муҳаббатномадек- бир изҳор бўлди,
Томлару, боғларга тушаб пар тўшак,
Мисли қордан бунёд, пахтазор бўлди.

Қаҳратон ғиротидек- оқ тулпор бўлди,
Чанғилар, чаналар- от; бедор бўлди,
Қиш зийнатин йўқлаб, кўнгиллар хориб,
Январ ўртасида, қорхон ёр бўлди.

Арчалар барглари, попук нор бўлди,
Олам сутга чайгандек, оқ қанор бўлди,
Осмон билан замин, туташиб бўйи,
Бир – бирига ҳамдард-у, маслакдор бўлди.

Булутлар ер ўзра, момиқ зар бўлди,
Тансиқдек, тотлидек барқут пар бўлди,
Яланғоқ далалар- юпун дарахтлар,
Аёз ўртасида- пўстиндор бўлди.

Оламни яшнатиб- кўк ярар бўлди,
Сўлдирмай, ўлдирмай- бир қарар бўлди,
Омонлик, тутиё- бахш этиб ерга,
Қиш фасли кўрки-ла, барқарор бўлди.

Yazar: Tursunoy Vahobova

Вахобова Турсуной (Tursunoy Vahobova)

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qafar Sarıvəlli – 70

Qafar Sarıvəlli – 70

Bu gün Azərbaycan Rəssamlar İttifaqının və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, hamımızın əzizimiz Qafar Sarıvəllinin ad günü – 70 illik yubileyidir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri Qafar Sarıvəllini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.

P.S. Qafar Bayram oğlu Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər).
Biz Sizinlə fəxr edirik, hörmətli Qafar müəllim.

Müəllif və mənbə: Səbinə Yusif

FƏRİDƏ LƏMANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I