SƏKSƏN DÖRDÜNCÜ YAZI Sükut içində çırpınan insan və tənhalıq (Səhər Əhmədin “Su üzündə yarpaq kimi”si) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi “Ədəbiyyat qəzeti”nin bugünkü sayında (23 yanvar 2026-cı il, Cümə, N: 03 (5549)) səh. 7-də tanınmış şair Səhər Əhmədin “Su üzündə yarpaq kimi” şeirindən boy verib boylanan insan və tənhalıq (İlahi, bu şəhərdə çay içməyə bir adam tapılmasayacaq!?) mövzusu üzərində qurmağa çalışacağam. Müasir Azərbaycan poeziyasında insanın daxili aləmini, psixoloji vəziyyətini və zamanla münasibətini bu qədər dəqiq, təbii, simvolik və fəlsəfi şəkildə ifadə edə bilən çox az sayda qələm sahibləri vardır ki, onlardan biri də Səhər Əhməddir (bu artıq onun yaradıcılığna eyni məzmunlu ikinci müraciətimdir). Onun “Su üzündə yarpaq kimi” misrası ilə başlanan bu şeiri ilk baxışdan sadə bir təbiət təsviri təsiri bağışlasa da, dərin qatlarına varıldıqca insan taleyinin, ruhun sarsıntılarının və mənəvi yorğunluğun bədii salnaməsinə çevrilir. Şeirin əsas obrazı – su üzündə yarpaq – təsadüfi seçilməyib. Yarpaq: -köksüzlüyü, -iradəsiz axını, -küləyə və mehə tabe olmağı, -taleyin hökmünə boyun əyməyi simvolizə edir. Bu yarpaq artıq sadəcə təbiət elementi deyil, zamanın, mühitin və hadisələrin hökmü altında qalan insanın bədii surətidir. “Meh əsdikcə yellənən” misrası insanın qərarsızlığını, həyat qarşısında tərəddüdünü, bəzən isə taleyə qarşı müqavimət göstərə bilməməsini açıq şəkildə ifadə edir. Şeirdə ən güclü cizgilərdən biri insanın öz içində yaşadığı mübarizədir: Öz içində var-gəl edən, Öz odunda küllənən. Bu misralar insanın daxili konfliktlərini, öz-özü ilə savaşını, həm də tədricən yanıb külə dönən ümidlərini göstərir. Burada kənar düşmən yoxdur – savaş insanın öz içindədir. Şair oxucuya göstərir ki, bəzən ən ağır müharibələr insanın öz ruhunda gedir: Yaşılıyla solub gedən, Sarısıyla dillənən. Rənglərin poetik dili burada xüsusi məna daşıyır. Yaşıl – həyat, ümid, təravət; sarı isə solğunluq, payız və sonluq rəmzidir. Şair bu iki rəngi qarşılaşdırmaqla zamanın insan üzərindəki dağıdıcı təsirini və həyat enerjisinin tədricən tükənməsini göstərir: Savaşların ötəsində Tək-tənha veyillənən. Bu bənd şeiri fərdi çərçivədən çıxarıb ictimai-fəlsəfi müstəviyə keçirir. Buradakı “savaş” həm real müharibələri, həm də həyatın amansız çarpışmalarını ifadə edir. Savaş bitib, lakin insanın içindəki viranəlik hələ də davam edir. O, qalib də deyil, məğlub da – sadəcə yorğun və tənhadır: Göz yaşları axammayıb Gözlərində göllənən. Bu misralar şeirin emosional zirvəsidir. Burada ağlamaq belə mümkün deyil. Duyğular axmır, donur. Bu isə ən ağır mənəvi haldır – insanın hisslərinin iflic olması. Səhər Əhməd bu vəziyyəti sadə, lakin çox təsirli bir obrazla təqdim edir: Duaları yer üzündən Göy üzünə millənən. Fikirləri durulduqca Cavabları lillənən. Bu bənd insanın Tanrı ilə münasibətini, ümid və inam arasındakı ziddiyyəti əks etdirir. Dualar yüksəlir, lakin cavablar aydınlaşmır. Şair burada müasir insanın metafizik böhranını – inanmaq istəyib cavab tapa bilməmək dərdini poetik dillə ifadə edir. Şeir yenidən başlanğıc misraya qayıdır: …Su üzündə yarpaq kimi Meh əsdikcə yellənən… Bu təkrar təsadüfi deyil. Həyat dəyişmir, vəziyyət dövridir, insan yenə də eyni haldadır. Bu, dairəvi zaman, çıxışsızlıq və sükut içində çırpınma obrazıdır. Səhər Əhməd bu şeirdə: -metaforik düşüncəni, -psixoloji dərinliyi, -fəlsəfi müşahidəni -ustalıqla birləşdirir. Şeir nə qışqırır, nə ittiham edir, nə də üsyan edir. O, sakitcə danışır – amma insanın ruhuna toxunan bir səssizliklə. Məhz bu səssizlik onun gücüdür. “Su üzündə yarpaq kimi” şeiri müasir insanın mənəvi portreti, zaman qarşısında aciz, amma düşünən, hiss edən və axtaran ruhun poetik etirafıdır. Bu şeir oxucuya sadəcə oxunmur – yaşanır. Hər kəlməsindən tənhalıq boylanır… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik (atalar üçdən deyib).
QIZIM NİGARA Mənim körpəcə quzum, İyirmi yaşlı mələyim
Nəfəsində hələ də sanki var süd qoxusu, Qara gözündə hələ məsumluq baxışı var. Yəqin ki, özgələrçün böyük bir qızsan daha. Mənimçünsə sən həmin güləyən qızcığazsan, əlində gəlinciyi, gah küsən, gah şən baxan.
Qızlar atalarının qəlbinin tək hakimi. Bir gülümsəməsiylə xitam verər hər əmrə. Qızlar könül tarının ən kövrək, sarı simi. Payızda çiçək açar, bahar gətirər ömrə.
Coşqu, nəşəni bir gün qopararsan bu evdən. Başqa yuva qurmaqçun ev dolusu səadət apararsan bu evdən.
Gəncliyinin son zəngi çalınanda bir səhər, Yuyarsa kirpiyini qayğı dolu qəm, kədər. Topla onları bir-bir, yuvanın ümid doğan günəşində qurut, sər.
Səhər, axşam “körpəmi”, düşünəndə burda mən, Sən də başqa körpəyə can deyib, can verərsən. 23.01.2026
Yanvarın 23-də Atatürk Mərkəzində yazıçı-publisist Yunus Oğuzun “TÜRK etnonimi və törələri” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözü ilə açan akademik Nizami Cəfərov qeyd edib ki, yazısı və tədqiqatçı Yunus Oğuz yaradıcılığında apardığı akademik araşdırmaları, elmi-publisistik məqalələri ilə türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə aydınlıq gətirməyə çalışıb. O, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi” kitablarının müəllifidir. Bu dəfə isə oxucularına “TÜRK” etnonimi və törələri” kitabını təqdim edir: “Yunus Oğuz publisist, tədqiqatçı, yazıçı, jurnalist olmaqla yanaşı, siyasətin də ən yüksək səviyyəsinə yüksəlib. Onun xüsusən Azərbaycan və türk tarixi sahəsində araşdırmaları diqqəti cəlb edir. Əsərləri orta və ali məktəblərdə tədris olunur. Çünki, həmin əsərlərdə bizim ən qədim tarixlə son tariximiz arasında yazıçı təxəyyülü əksini tapıb. Bu əsərdə isə xeyli faktlar sistemləşdirilib, eyni zamanda yeni türk mənşəli məlumatlar təqdim edilib”. Yazıçı-publisist Yunus Oğuz bildirib ki, əsərdə sovet dövründə məqsədli şəkildə formalaşdırılmış və 9-11-ci əsrlərdə türklərin Avropaya guya sonradan gəldiyini, orada qalan mədəni irsin isə türk mənşəli olmadığını iddia edən yanaşmalar elmi sübutlarla təkzib olunur. O əlavə edib ki, türkün vətəni yalnız məhdud coğrafiya ilə izah edilə bilməz, Avrasiya və Anadolu türkün tarixi-mədəni məkanlarıdır: “Bu baxımdan kitab, türklərin islamdan öncəki maddi və mənəvi mədəniyyətinin onlara məxsus olduğunu bir daha əsaslandırır. Kitabın ən mühüm elmi yeniliklərindən biri Strabonun “Coğrafiya” əsərinə istinadla eramızın I əsrində İspaniya ərazisində mövcud olmuş türk etnonimləri və toponimlərinin araşdırılmasıdır. Bu faktlar türklərin islamdan xeyli əvvəl geniş coğrafiyada iz buraxdığını göstərir. Müəllif eyni zamanda islamdan əvvəl mövcud olmuş, lakin uzun müddət yazılı şəkildə sistemləşdirilməmiş törə və idarəçilik qaydalarını – Uyğur törəsi, Göytürk törəsi, Orxon-Yenisey qanunları və “Dədə Qorqud” buyruqlarını elmi kontekstdə təqdim edir. Bu törələr Azərbaycanda ilk dəfə bu şəkildə nəşr olunur”. Yazıçı qeyd edib ki, zamanla unudulmuş bu hüquqi və mənəvi dəyərlərin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Çünki həmin törələr türk toplumlarının dövlətçilik ənənəsini, milli mədəniyyətini və mənəvi dünyasını formalaşdıran əsas sütunlardır. “TÜRK etnonimi və törələri” kitabı bu baxımdan yalnız keçmişə baxış deyil, həm də gələcək üçün milli-mənəvi yol xəritəsi kimi çıxış edir.
Tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək kitabın elmi əhəmiyyətindən, türk etnoniminin tarixi köklərindən və terminoloji inkişafından bəhs ediblər. Belə ki, ölkənin tanınmış şəxsiyyətlərindən olan türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Razi Nurullayev, yazıçı-publisist Şərəf Cəlili, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, -Filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent Şəmil Sadiq, folklorşünas Əli Şamil, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Varis Yolçiyev, Hədəf liseyinin təmsilçisi Sahil Tahirli, yazıçı-tərcüməçi Xanım Aydan, yazıçı-publisist Kənan Haçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ramiz Göyüşov, şair Fəxrəddin Teyyubov, hüquqşünas İlqar Türkoğlu, “Yazarlar” Jurnalının baş redaktoru, AYB və AJB-nin üzvü Zaur Ustac və digər şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
ƏBƏDİLİK MİSSİYASI (Unudulmaz insan, şair, Ali Sovetin deputatı, ictimai xadim Cavid Salman oğlu Axundovun işıqlı xatirəsinə ithafən)
25 yanvar 2000-ci il…Ayrılığın son duracağı…Zamanın idbar sifəti ilə üzümüzə bozardığı, diş qıcadığı, adidən adi bir qış günü Cavid Axundov kimi insanın elegiyasını əlacsız, naçar, candərdi şəkildə oxuyurdu.Yasamal rayonu, Məmməd Rahim küçəsi -20 ünvanının siyaha büründüyü, qara rəngə boyandığı məlum tarixçə hər kəsə məyusluq libası geydirmişdi.Həmin günlər qəzet səhifələrini “zəbt edən” Cavid Axundovun vəfatına üzülən dostların, qohumların bədbin yazıları ard-arda sıralanmaqda davam edirdi.İctimai xadim, vaxtilə bir sıra dövlət vəzifələrində bulunmuş Sadıq Murtuzayevin “Dostlarımız seyrəlir!” yazısındakı ilk sətirlərdəcə ürəyimizi sızladan kövrək cümlələrin 26 illik hüzn havası bu sayaq qoxumaqdadır. Belə başlayırdı o sərt rüzgarların canyandıran, ürəkodlayan sətirləri: -“Seyrəldikcə qəlbimizdə boşluq yaranır.İllərin dost sınağından, bütöv şəxsiyyət sınağından keçmiş adamlarımızı itirdikdə sarsıntılarımız bizi elə çulğalayır ki, xeyli vaxt özümüzə gələ bilmirik.Və bu itki qəfləti olanda ürəyimiz az qalır ki, yerindən oynasın.Cavid Salman oğlu Axundovun itkisi qarşısında mən belə bir ovqat keçirtdim.Onun məzarı üstündə söz demək lazım gəldikdə şair Məmməd Rahimin aşağıdakı misraları dilimə gəldi: Yarat, sən köçəndə ellər söyləsin, Dünyadan nə gözəl bir insan gedir! 40 ilə yaxın müddətdə Cavid əmi ilə dostluq eləmiş, hətta şeir kitablarını çıxartmaqda rol oynamış Sadıq Murtuzayevin – o nəhəng kişinin sarsıntılı hisslərini bu dəm yaxşı anlayıram. Cavid Salmanoğlunun həyatı haqqında öncələr yazdığım “Cavidanlıq qazanan Cavid Axundov” essesində müfəssəl məlumat verdiyim üçün bu dəfə yalnız ayrı-ayrı həyati məqamlara, ömür ştrixlərinə diqqət yetirməyə çalışacam. Cavid müəllim türkçülük naminə, bütöv Azərbaycan eşqinə həmişə danışmışdı, həmişə yazmışdı.Hətta 1990-cı ildə Ali Sovetin deputatı seçildikdə 23 sentyabr 1990-cı il “Abşeron” səhifəsindəki müsahibə-reportajdan da oxuyuram.Xatırladım ki, həmin müsahibəni Cavid müəllimdən Abdul Haşım almışdı: Cavid əminin fikirlərinə bir daha tanıqlıq edirik.Deputat seçilən əsnada aparılan bu müsahibəsində deyirdi: -“Azərbaycan Demokratik Respublikasının ərazisi 119 min kvadratkilometr olmuşdur.İndi isə cəmi 86.5 min kvadratkilometrdir.Mən əvvəlki ərazimizin yenidən doğma xalqımıza qaytarılıb bərpa olunması tələbini irəli sürülməsi ilə tamamilə şərikəm və bu ideyanın həyata keçirilməsinə var qüvvəmi sərf edəcəyəm” Cavid Axundov bu haqlı fikirlərini həmişə səsləndirib.O, təpədən-dırnağa milli insan idi. Aşıq Alı sinəsindən, Dədə Ələsgər bağrından qopmuş, şeirlərini ozanlarımızın təsiri ilə yazmış insan necə olmalı idi ki?! Jurnalistin “namizədlik platformanızda hansı məsələlərin həlli əsas yer tutur?” sualına Cavid müəllimin cavabı belə olur: -“Azərbaycanın real suverenliyinə, iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasına nail olmaq” Bu qəlb etirafları təkcə onun sözlərini, həyata baxışlarını deyil, həm də Cavid Axundovun xeyirxah əməllərini müzəyyən edirdi.Bəzəyirdi, özü də necə bəzəyirdi.Ölkəmizi azad, abad görmək uğrunda onun çabaları lap keçmişdən sərin əsintilərlə dəmadəm qarşımıza çıxır.Cavid müəllimin xeyirxahlığı, el-obaya yaxşılıqları bu gün də kölgəmizə dönüb bizi izləyir.Məxsusən, Xırdalan, Hökməli, Novxanı camaatından o qədər insanla rastlaşıram ki, hamısı eyni avazla, eyni ağızla deyir ki:
-“Cavid müəllim nə gözəl insan idi.Bizə ev-eşik düzəltdi, rəhbərlik etdiyi Xırdalan Quşçuluq fabirikində bizə iş verdi, əlimizi çörəyə çatdırdı” Gerçəkdən də əli hər şeydən üzülmüş insanları çörəyə, ruziyə çatdırmaq Cavid Axundovun həyat kredosu idi. Axı Respublika ilə bərabər nüfuzu vardı Cavid kişinin, adı ölkənin sərhədlərini aşırdı.Səbəbsiz deyildi: yüksək bacarığı, səriştəsi, təşkilatçılığı haqqında Sadıq Murtuzayevin başqa bir xatriəsini səhifələmək olar, olar nədir, bu saat labüddür, müstəhəb yox, vacibat hökmündədir: Sadıq Murtuzayev: -“Bir dəfə MK-nın 2-ci katibi Pyotr Matveyeviç Yelistratovla (1961-68-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi işləmişdi) fabirkdə olduq.Katib istehsatla tanış olub onunla söhbətdən sonra maşına əyləşdikdə üzünü mənə tutub “Bəs biz xeyli vaxtdır kənd təsərrüfatı naziri axtarırıq.Bəs niyə demirsən ki, bizdə belə bir kadr var.Onun şəxsi işini mənə çatdır”. Mən sevinclə bunu Cavidə deyərkən o, məndən təkidlə xahiş etdi ki, Yelistratovu bu fikirdən yayındırım.Mən də çətinliklə buna nail oldum.Belə təkliflər çox olmuşdu.Cavid vəzifə, şöhrət düşkünü deyildi, lazımi şöhrəti elə işlədiyi kollektivdə qazanmış, bu sadə vəzifəsində 30-40 il daim rayon sovetinin, Ali Sovetin deputatı, raykomun üzvü, onun büro üzvü seçilmiş, xarici nümayəndəliklərdə təmsil olunmuşdu” Sadıq müəllimin bu xatirələri yazdıqlarımı təsdiqləməklə birgə, həm də Cavid Salmanoğlu portretini göz önündə bulundurur.Necə zərif naxışlarla bəzənib o porterin cizgiləri, necə ilmə-ilmə toxunulub, naxış-naxış hörülüb, ilahi?! Həyatda da incə insan idi Cavid əmi, çox yeməklə arası yox idi, amma çay içməyi çox sevirdi. Zərif yumordan xali deyildi. Əsasən Həşim Qərvəndi və Böyükkişi Ağayevlə zarafat edərdi.Dostluq şarjları yazardılar bir-birilərinə. Cavid müəllim dostcanlı idi.Özü üçün heç vaxt nəsə xahiş eləməzdi, amma dost sandığı insanlar üçün canını belə verərdi.Yenə Murtuzayevin xatirələri Cavid Axundov nəcibliyini gün işığına çıxarır: -“Cavid dost qədri bilməkdə əvəzsiz keyfiyyətlərə malik idi.Bir epizod onun dostluğuna nümunə kimi yaddaşımda qalıb.Ağdamda işlədiyim zaman onun tələbəlik illərinin bir dostunu büronun qərarı ilə işdən çıxarmışdıq.Ertəsi gün səhər tezdən Cavid Ağdama gəlir və uzun illər ərzində məndən demək olar ki, heç bir təmənnası olmayan Cavid həmin dostunu yerinə qaytarmağı xahiş edir və mən də raykom katibi işlədiyim 30 ildən çox müddətdə ilk dəfə büronun qərarını bir gündən sonra dəyişməli oldum.Məni buna vadar edən ilk növbədə onun dost fədakarlığı idi” Gerçəkdən də dostluqda möhkəm idi Cavid əmi.Ömür-gün yoldaşı Firəngiz anadan həmin şəxsin kim olduğunu öyrəndim: Dedi ki: -“Famil idi adı, Ağdamlı idi.Yeniyetməlikdən bir qarın ac, bir qarın tox birgə böyümüşdülər.Çox sınaqlardan çıxmışdılar.Hətta Cavid müəllimin vəfatından 40 gün keçməmiş Familin də vəfat etməsi bizi çox həyati mətləblərdən hali edir. Cavid müəllimin Qarabağımız işğal altında ikən yanğılı həsrətli şeirləri ilə yanaşı, Güney, Təbriz eşqində qovrulan poeziya nümunələri bəs qədərdir.
Hələ düşməndədir elim, obam da, İntiqam alovu yanır sobamda. Yeni pərvazlanan halal yuvamda, Bir cüt tərlanım var, naxışlarım var. Bir cüt tərlan deyəndə, oğlanları Kamil və Cəmili nəzərdə tutan şair digər övladlarını da canından artıq sevərdi.Qalibi, Salmanı, Nərgizi, Səadəti və sonbeşikləri Kamil və Cəmili.Uzun illərdir Almaniyada yaşayan Kamil də, İngiltərədə məskunlaşan Cəmil də Cavid Axundovun layiqli balalarıdır.Digər övladları Nərgizlə, Səadətlə də söhbətləşəndə sözümüz-sovumuz ancaq Cavid müəllimin həyatından olur.Memar Əcəminin şah əsəri Mömünə Xatun türbəsinin üzərində yazılan bu misralar necə də Cavid müəllimə yaraşır. “Biz gedirik yalnız qalır ruzigar, Biz ölürük əsər qalır yadigar” Dörd şeir kitabı ilə yanaşı Cavid Axundovun əsərləri həm də onun övladları, nəvələridir. Nizaminin bu yaxınlarda keçirilən nişan mərasimi, nəvəsinin sevincli, şad-xürrəm dəqiqələri yəqin ki, Cavid əminin ruhuna agah olmamış deyil. Görünür əbədilik missiyasının düsturu bu qədər sadədir: Yaddaşlarda qalan xeyirxah bir ömrü başa vursan, vəfaından sonra da adın, xatirələrin səni yaşadacaq.Adının haqqını verənlərin taleyinə bu mənada min “əhsən!” düşür.Ötən il 95 illik yubiley ilində də Cavid Axundov ruhuna yüzlərlə insan “dua qıldı”, ünvanına dəfələrlə “salavat çevrildi”.Yaxşı insanlar Cavid Salmanoğlunu xatırladı, haqqında esselər, oçerklər yazıldı, radioproqramlar hazırlandı.Ötən ilin yanvarında ”Mədəniyyət” kanalının efirində “Təqvim” rubrikasında yada salındı.Haqq-say itirməyənlər, qədirbilənlər bütün ilboyu Cavid müəllimi xoş xatirələrlə xatırladılar. Necə sevinməyəsən bu təqdirəşayan mənzərələrə?! Firəngiz xanımın bibisi oğlu, Seyid Mir Rəhim əmi də həmişə Cavid Axundovu xoş duyğularla anır.Mir Rəhim əmi mübarək insandır, Nardaranın seçkin nəsillərindən, Seyid övladlarından, Mir Alim kişinin oğlu kimi bizə ən əziz insanlardandır.Hər bayram mütləq şəkildə Mir Rəhim əmini yoluxmağa gedəndə söhbətimiz istər-istəməz hərlənir-fırlanır gəlir Cavid müəllimin üstünə.Cavid əmi Mir Rəhim əminin böyük qardaşı – rəhmətlik Mir Möhsün əmi ilə qədimdən dost olublar, hərçənd Mir Rəhim əminin xətrini daha çox istəyərdi.Mir Rəhim kişi də əla xatırlayır qəhrəmanımızı: Mir Rəhim İsmayılov: -“Cavid bütün nəslə arxa, dayaq oldu.Hər kəsə qarşı səxavətli idi.Hamıya əl tuturdu. (Təbəssümlə xatırlayır. Mir Rəhim əminin bəmbəyaz saqqalından gül qoxuyur) -Bir gün dedim ki, ay Cavid, səni ancaq bir kostyumda görürəm, bəyəm başqası yoxundu, direktor adamsan.Vare ay Rəhim, bir kostyumdan 5 dənədi, amma eyni rəngdədir, neynim fərqli-fərqli geyinmək olmur axı. -Düz deyirdi Cavid, sovet vaxtı hər şeyə ilişirdilər ki, pulu hardan almısan.Mənim özümdə də vardı həmin kostyumdan, rəhmətlik Elmira almışdı Moskvadan mənim üçün.Dedim ay Elmira, bunu geyinə bilərəm mən, professorların içində işləyirəmeee, onlar maaşla ala bilmirdilər, deməzdilər ticarət adamı necə geyinir? Poltexnik İnstitutunun “stalovasını” işlədirdim axı. Geyinə bilirdik bəyəm? -İlişirdilər? -Həri. Firəngiz ananın xalası qızı Xuraman xanımla da bu mövzuda söhbətləşirik. Xuraman Əhmədova: “-14-15 yaşında atamı, az sonra da anamı itirdim.Cavid əmi mənə dayaq oldu, hamilik etdi.Gətirdi evinə, böyütdü, boya-başa çatdırdı.Turan, inanırsan, onun bu yaxşılığının əvəzini Allah ikiqat verdi.Mənim ad günümdə – 1978-ci ilin mart ayının 17-də Rəbbimiz Cavid əmiyə əkiz övlad bəxş elədi.Novruz bayramı ərəfəsində, mübarək günlər əsnasında Cavid əminin sevincinə sevinc çatmazdı” Xuraman xanımın sözünə qüvvət, doğrudan da, qonşuları Roza xala sonralar Firəngiz xanıma danışarmış ki, Cavid oğlanlarının doğulduğunu eşidəndə az qalsın sevincdən uçsun, pilləkanları iki-iki düşürmüş.48 yaşında Allahın verdiyi bu övlad payları onun vaxtilə etdiyi yaxşılıqların qarşısına çıxması idi.Özü də Novruz günlərində, bayram bayrama qarışmışdı sanki.Novruz bayramı demişkən, qohum-əqrəba təklif elədi ki, uşaqların adlarını – birini Novruz, birini Bayram qoysunlar.Amma Cavid əmi adqoyma aktını Firəngiz anaya əmanət elədi.
Firəngiz xanım: -“Baxdım uşaqların birinin üzünə, elə kamallı baxırdı mənə, Allah elə ağıllı gözləri vardı, mən də adını Kamil qoydum, o biri isə elə camallı görünürdü ki, ona da Cəmil adını verdim” Gerçəkdən də adları ilə böyüdü uşaqlar. Xuraman xanım sözlərinə davam eləyir: -“Cavid əmi hamımızı evli-eşikli elədi. O vaxt ev almağa kimdə o qədər pul vardı ki?! Cavid əmi məni köçürtdü, toyumu elədi, həyat yoldaşım Mirzəağa ilə ev almağımıza kömək etdi. Elə Firəngiz xanımın bacısı qızı Səbinə də təxminən eyni fikirləri bölüşür mənimlə. Səbinə xanım Əsgərova: -Ay Turan, çox atalıq edib bizə.Atam rəhmətə gedəndə 15 yaşım vardı.Ailəmizə dayaq oldu, məni köçürtdü, Moskvadan gedib mebeliməcən aldı.Deputat seçiləndə yeniyetmə qız idim, neçənci il idi yadımda deyil…
1990-cı il… -Hə, yaxşı yadımdadır, Mərdəkandakı bağlarında idilər.Hamımız getdik onu təbrik elədik.Evin içi idik da demək olar ki…Cavid əmi olmasaydı indi biz bu səviyyədə olmazdıq, evində sərbəst idik, bizi sıxmırdı. Hə, nə yadımda düşdü, Xalq Cəbhəsi gələndə onları bir sutka girov saxladılar.Nə vaxt idi? -1992 –ci il, 14—15 may hadisələrini nəzərdə tutursuz? -Həri, nələr keçirtdik onda.Mobil telefon filan yox, xəbər ala bilmirdik.Özü də şəkər xəstəliyi vardı Cavid əmini-bütün deputatları ac-susuz saxlamışdılar, yaman stress yaşadıq onda. Əslində, belə stressli anları, keşməkeşli günləri az olmamışdı şairin.Həyat yaşantıları Cavid müəllimin ağ günlərini siyaha bürüdüyü, günlərini göy əskiyə düydüyü məqamları da yazmaq olar.Ancaq yazmıram, yazmıram ona görə ki, istənilən halda xeyirin enerjisi şərdən, yaxşının gücü pisdən əfzəldir, üstündür. İşıqlı insanın 26-cı anım ilində Səbinə xanımla yenidən Cavid müəllimi anırıq: -“Ümumiyyətlə, uşaqlığım xalagildə keçib. Cavid əminin ikinci qızı Səadətlə daha yaxın idim. Həm onunla təxminən eyni yaşdaydım, həm bir yerdə çox oynayardıq. 1988-ci ildə atam rəhmətə gedəndən sonra Cavid əminin ailəsinə lap qaynayıb-qarışdım.Biz sadə ailədə böyümüşük, ancaq Cavid müəllim bizə o yoxluğu hiss etdirmədi.Bizi tam himayə elədi. Günlərin bir günü mənə elçi çıxdı. O vaxt 6- cı mikrorayonda yaşayırdıq, üçotaqlı amma otaqları dar mənzilimiz vardı.Cavid müəllim gəldi, elçilərlə görüşdü. Çox xoşuna gəldi, onları yola saldı, amma dedi “yox!”- ovaxtkı dönəmi danışıram haaa…1991-ci ildə Mərdəkanda mənə elə bir böyük nişan elədi ki, bəlkə heç kimdə elə bir nişan olmamışdı.Gələn qonaqlar da təəccübləndilər ki, “atası yoxdur bu qızın, ancaq necə təmtəraqlı nişanı oldu” deyə. Bir də eşitdik ki, mənə Moskvadan mebel sifariş edib. Qatarı qarşılamağa qayınım getdi.Vallah elə nəfis, bahalı mebellər gətizdirdi ki… Açığı heç bir zaman korluq çəkməmişəm. Bax Turan, onu da xatırlayıram, uşaq ikən Moskvadan elə geyimlər pay alırdı bizə.Tək mənə yoxe, hamımıza.Allah ona rəhmət eləsin! Mən hər dəfə Masazıra dərsə gedəndə, elə də keçəndə, belə də keçəndə mütləq “fatihə” sini oxuyram, “salavat” ını çevirirəm. Mən atamı 15 yaşıma kimi, Cavid əmini isə 25 yaşına kimi tanıdım.Nə deyim, o, əsl ata idi.Firəngiz xala da elə bir böyük ürəyə sahibdir ki!! Hamımıza yaxşı idi, fərq qoymazdılar bizə. Xalam çox böyük insandır, həqiqətən. Onu da deyim, Cavid əmi haqqında ürəyim doludur. O vaxt biz restoran zad bilməzdik, restoran filan nə gəzirdi indiki kimi. Ağ ”Volqa” sında bizi aparırdı restorana, Cavid əminin sayəsində özümüzü seçilən adam kimi hiss eləmişik. Yadınızdadır da, müsamirələr keçirilərdi məktəb illərində, ən gözəl libasları Moskvadan çeklə alardılar “Beryozka” mağazaları vardı Moskvada – adla deyilirdi, ordan alardılar. Qeyd: Doğrudan da “Beryozka” mağazaları olduqca nüfuzlu məkan sayılırdı.Bu şəbəkə 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb.Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” adı ilə fəaliyyət göstərirdi.1964-cü ildən SSRİ – də vətəndaşların xarici valyutadan istifadə etməsinə, xarici valyutanın dövriyyəyə buraxılmasına qadağalar daha ciddi şəkildə nəzarətə götürüləndə, “Beryozka” şəbəkəsnin mağazalarında alış-veriş xüsusi çeklərlə aparıldı.Yəni qanuni şəkildə valyutası olanlar onları “vneşposıltorq” un çekləri ilə dəyişib və həmin çeklərdən “Beryozka” da istifadə edə bildilər.Ən əlçatmaz, defisit mallar satılan məkanda istənilən məhsulu almaq mümkün oldu.Çekin varsa, nə istəyirsən al. Amma ”Beryozka” mağazalar şəbəkəsində satılan məhsulların qiymətləri xarici ölkələrlə müqayisədə hədsiz dərəcədə baha idi.Qadınlar üçün yun koftanın qiyməti 9-10 & idisə, “Beryozaka” da həmin koftalar 70-80& – a təklif olunurdu. Hətta Büro üzvlərindən Kuznetsov, Demiçev, Kapitonov, Polyanski və başqa nüfuzlu ailələr də “Beryozka” mağazalarından alış-veriş edərdilər.Sovet dönəminin guya “ən təmiz kommunisti” sayılan Mixail Suslov və ailəsi də “Beryozka” mağazalarında tez-tez görünərdilər. Yəni Səbinə xanım bu mənada da haqlıdır.Cavid əminin ən bahalı malları Moskvadan ona və başqa qohumlar üçün alması, onlarla öz övladlıarı arasında ayrıseçkilik salmamasına dəlalət edirdi.Səbinə xanım dönə-dönə deyir ki, Cavid əminin sayəsində heç vaxt gözüm nədəsə qalmadı. Əminəm ki, Cavid müəllimin də gözü geridə qalmır.Onu sevənlər – övladları, qohumları mütləq Xırdalanda uyuduğu qəbiristanlığa ziyarətinə gedirlər, ruhuna uca Rəbbimizdən rəhmət diləyirlər.Özüm də şənbə-bazar Novxanıya gedəndə mütləq Xırdalandan keçib, daularımı edirəm.Ən azı hər anım günü – yanvarın 25-i və doğum günü iyulun 1-i mütləq Cavid müəllinin hüzuruna gedirik.Gedib onunla əhvalpürsanlıq edib, həmsöhbət oluruq.Mən də Cavid əminin məzarı üstə gedəndə şeirlərindən deyirəm, şair idi axı Cavid Salmanoğlu, məni hamıdan yaxşı başa düşər, sanki bu formada yüngülləşir, onunla birgə mən də ucalıram. Gəldik ucalıq məqamına.Əbədilik missiyasını yerinə yetirənlərin yolu ucalıqdan keçmirmi?! Sən demə, Cavid Axundov şeirlərində məhz buna görə tez-tez “ucalıq” sözünə rast gəlirəmmiş.Əbədilik missiyası ilə bugün də yaşayan Cavid əmiyə bu xatirə günündə gözaydınlığı verməyim gəlir, təxminən bu sayaq: Cavid Salmanoğlu, əbədi və əzəli missiyan, mübarək!
08 – 15 yanvar 2026-cı il, Bakı. Turan Uğur AYB-nin üzvü, yazıçı
CÖVHƏR Əgər yoxsa, bircə zərrə o atəşdən; ya ruhunda, ya cismində… Min cür eyib axtaracaq, qoca Turanın ismində. Çaqqal kimi doğulanlar çaqqal kimi sürünəck, dərələrdə sümsünəcək! Zirvələrdir qurdun yeri, şahinlərin yurd-yuvası… Əyri-müyrü nəyiniz var; milyon-milyon sizin olsun… Bizə yetər; uca Türkün tək Tanrısı!!! 23.01.2026. Bakı.
İlbeyli Türkmen (Oymağı)aşireti, Anadolu’nun kalbi Sivas’tan gönül coğrafyamızın incisi Halep’e kadar uzanan geniş bir alanda, yüzyıllar boyunca varlığını sürdüren önemli Türkmen topluluklarından biridir. Tarih boyunca yaşadığı topraklara Türk mührünü vuran İlbeyliler, ardında derin izler ve köklü bir kültürel miras bırakmıştır.
Bu aşiretin tarihi, hayatta kalabilmek için verdiği mücadelelerle şekillenmiş; yüzyılların imbiğinden damıtılarak gelen zengin kültürü ise kayda değer bir değer taşımaktadır.
İlbeyli Türkmen Aşiretinin (Oymak)Adının Kökeni
İlbeyli Türkmen aşireti, adını tarihsel olarak Orta Asya ve Anadolu coğrafyasında şekillenmiş Türkmen boylarından alır. “İlbeyli” adı, kelime anlamı olarak “İl Beyi’ne ait olanlar” şeklinde yorumlanır; burada “İl” bir bölgeyi, “Bey” ise o bölgenin liderini ifade eder. Bu isimlendirme, aşiretin tarih boyunca kendi liderleri etrafında örgütlenmiş yapısını ve kabileye bağlılığını yansıtır. Tarihsel belgelerde İlbeyli aşireti, hem Osmanlı hem de yerel Arap kaynaklarında “Türkmen Yörükleri” başlığı altında zikredilmiştir. Bu bağlamda isim, sadece bir toplumsal aidiyet göstergesi değil, aynı zamanda aşiretin siyasi ve coğrafi etki alanını tanımlayan bir işaret olarak da anlaşılmaktadır.
Yörüklük ve Türkmenlik Kimliği
Bu kavramlarla ilgili değişik fikirler beyan edilmiş, tartışmalar olmuş, hatta kitaplar yazılmıştır. Biz bu konunun detayından uzak durarak bizi ilgilendirenkısmı hakkında bir cümle de olsa bilgi vermek istiyoruz. Osmanlı belgelerindeki adlandırma ve tasniflere baktığımızda, Sivas ve Tokat’ta yaşayan İlbeylilerin genellikle “yörük” olarak tanımlandıklarını ve “Ulu Yörük” Türkleri bünyesinde yer aldıklarını;Halep, Rakka, Münbiç, Antep,Maraş Urfa, Kilis yöresindeki İlbeylilerin ise “Türkmen” tasnifiyle kaydedildiklerini görüyoruz.
İlbeyli Türkmen aşireti, tarih boyunca Yörük ve Türkmen kimliğini güçlü biçimde korumuştur. Yörüklük, göçebe yaşam tarzı, hayvancılık ve açık alanlarda sürülerle gezme kültürü ile özdeşleşir. İlbeyliler, bu yaşam tarzını hem Anadolu’da hem de Suriye’de koruyarak, kültürel bir süreklilik sağlamışlardır. Türkmen kimliği ise dil, gelenek ve sosyal örgütlenmede kendini gösterir; aşiret mensupları, Türkçe’yi konuşmuş, halk müziği ve ağıtlar aracılığıyla kuşaktan kuşağa kültürel mirası aktarmıştır. Aşiretin, tarih boyunca farklı devlet ve coğrafyalarda yaşamasına rağmen bu kimliği koruması, hem toplumsal dayanışmayı güçlendirmiş hem de kendi iç yapısını merkezi liderlik etrafında örgütlemiştir.
Anadolu ve Suriye’ye Göç ve Yerleşim Tarihi
Bu konunun yazılı kaynakları yok denecek kadar azdır. Sözlü kaynaklardaki “Çıktık Horasan’dan sökün eyledik” dizesiyle başlayan şiir ise bize küçük bir ipucu vermektedir. Sözlü ve yazılı kaynakları karşılaştırdığımızda, İlbeyli Türkmenlerinin 12. Yüzyılın sonlarına doğru şimdi İran sınırları içinde bulunan Horasan bölgesinden ayrılan Türkmenlerle birlikte Anadolu’ya gelmiş olmaları muhtemel görünüyor.
İlbeyli Türkmen aşireti, tarih boyunca göçebe ve yarı-göçebe bir yapıya sahip olmuştur. Anadolu’da, özellikle Sivas, Kayseri ve Malatya çevresinde yayılmış; bu bölgelerde köyler ve mezralar kurarak yerleşik yaşama geçiş sürecini başlatmıştır. Osmanlı belgelerinde, 16. ve 17. yüzyıllarda İlbeylilerin yerleşim yerlerinden ve vergi kayıtlarından söz edilmektedir.
Suriye’ye geçiş ise genellikle göçebe rotaları ve Osmanlı’nın doğu politikaları çerçevesinde gerçekleşmiştir. Suriye’de özellikle Halep, Hama ve Lazkiye kırsalında köyler kurmuşlardır. Bu yerleşim alanları, hem tarımsal üretim hem de hayvancılıkla geçim sağlayacak uygun coğrafyalardı. Göç süreci, aşiretin sosyal ve ekonomik yapısını güçlendirmiş; yerel halklarla etkileşim kurmasına ve kültürel bir melezleşmeye yol açmıştır.
Yaşadıkları Coğrafya ve Köyler
İlbeyli Türkmen aşireti, coğrafi olarak geniş bir alana yayılmıştır. Anadolu’da Sivas’ın Doğanşar ve Zara ilçeleri ile Kayseri’nin Talas ve Bünyan çevresinde, Suriye’de ise Halep’in kuzey kırsalı, Hama ve Lazkiye bölgelerinde köyleşmişlerdir. Bu köyler genellikle tarıma ve hayvancılığa elverişli ovalar ile dağ eteklerinde kurulmuş; aşiretin hem göçebe hem yerleşik yaşam tarzını sürdürebilmesini sağlamıştır. Köylerin adları ve konumları, tarihsel belgelerde çoğunlukla aşiret mensuplarının isimleriyle anılmakta, bu da yerleşimlerin aşiretin tarihsel hafızasını yansıtmasını sağlamaktadır.
Suriye ve Halep Özelinde İlbeyli Köyleri
İlbeyli Türkmenleri , Anadolu’dan Suriye’ye uzanan göç hareketleri sırasında Halep çevresine yerleşmiş; burada özellikle Türkmen köylerinde yoğun bir şekilde varlık göstermişlerdir. Halep ve çevresindeki İlbeyli yerleşimleri tarih boyunca hem kültürel hem de ekonomik açıdan bölgede önemli bir rol oynamıştır.
Tarihsel belgeler ve Osmanlı nüfus kayıtları, Halep’in kuzey ve batısındaki bazı köylerin yoğun biçimde İlbeyli nüfusuna sahip olduğunu göstermektedir. Öne çıkan köylerden bazıları şunlardır:
Halep:1693 iskânından bu güne kadar ayakta kalan ve tamamı Suriye sınırları içinde bulunan 30 köy şunlardır: Alıcı, Arap Azi, Arap Çördük, Ayeşe, Bab-ı leymun, Çobanbey, Çörten, Eşekci, Haliloğlu, Haydarpaşa, Kadılar, Kalkım, Karagöz, Kersenli, Kocalı, Kuruca Höyük, Mazcı, Memili, Molla Yakup, Sandı, Sekizler, Sinsile, Taflı (Bir kısmı), Taşkapı, Tel Ayşe, Usbağılar (Sipahiler), Tirhin, Zilif, Yıldız, Ziyaret.
Rakka, Münbiç, Ravendan:1693 yılında, bu bölgedeki 68 köye İlbeyliler yerleştirildiler. Günümüzde, Münbiç civarında bazı Türkmen köyleri
Trablusşam-Lazkiye:1729 yılında, İlbeyli’nin Tarikli cemaatinden 9 hane burada yaşıyordu.
5.Kültürel Miras ve ve Sosyal Yapı Günümüze Yansıması
Aşiret adlarını ve geleneklerini günümüze kadar taşımış olan İlbeyliler, oldukça zengin bir kültürel birikime sahiptir. İlbeyli kültürü, Anadolu Türk kültüründen önemli bir kesiti yansıtır ve özünden kıymetli bir örnek teşkil eder.
İlbeyli Türkmen halkının kültürel zenginliği, günlük yaşamdan törenlere kadar birçok alanda kendini gösterir:
Halk Mutfağı: Hamur, bulgur, et ve süte dayalı geleneksel yemekler, kuşaktan kuşağa aktarılan zengin bir mutfak kültürü sunar.
Ev ve Misafir Kültürü: Tarihi misafir odalarından süzülen konukseverlik ve ev yaşamı, insanı kucaklayan bir sıcaklık taşır.
Komşuluk ve İmece Kültürü: Dayanışma ve yardımlaşma esaslı sosyal yaşam, topluluk içinde uyumu güçlendirir.
Türkü ve Ağıt Kültürü: Dilden dile, gönülden gönüle aktarılan türkü ve ağıtlar, tarihsel hafızanın bir parçasıdır.
Dokuma Kültürü: Renklerindeki güzellik ve nakışlarındaki zarafetle dikkat çeken el dokumaları, estetik ve beceriyi yansıtır.
Dil ve Sözlü Kültür: Farklı fonetiğiyle dikkat çeken ağız özellikleri; atasözleri, deyimler, ölçülü sözler ve bilmeceler, sözlü kültürün zenginliğini gösterir.
Halk Bilimi ve Gelenekleri: Kökü yüzyıllar öncesine dayanan halk hekimliği, halk veterinerliği, halk takvimi ve halk ekonomisi; doğum, sünnet, evlenme ve ölüm ritüelleri kültürel sürekliliğin temel taşlarıdır.
1984 yılından bu yana yaptığımız araştırmalarla yörenin birçok kültürel unsuru kayıt altına alınmış ve gün ışığına çıkarılmıştır. Ancak hâlâ araştırılacak ve belgelenmesi gereken birçok konu bulunmaktadır. Yeni araştırmalar ve yayınlarla bu köklü kültürün ortaya çıkarılması çalışmaları aralıksız sürdürülmelidir.
İlbeyli Türkmenleri, asırlar boyunca yurt ve millet sevgisiyle yoğrulmuş; hiçbir surette devlete isyan etmemiş, kara günlerde malı ve canıyla devletine destek vermiş bir topluluktur. Günümüzde de bu özelliklerini korumakta; dinine, devletine ve töresine bağlı, hakkı ve hakikati söylemekten çekinmeyen, mert ve cömert bir halk olarak yaşamaktadırlar. Bu güzel hasletlerinin hiç eksilmemesi dileğiyle…
İlbeyli Türkmenlerinin kültürel mirası, hem Türkmen folkloru hem de Yörük gelenekleri üzerinden şekillenmiştir. Düğün, nişan, sünnet gibi ritüeller, ağıtlar, halk oyunları ve el sanatları kültürel sürekliliğin temel unsurlarıdır. Sosyal yapı, aşiret liderliği ve büyük aile birimleri etrafında örgütlenmiştir. “Büyükler” ve “beyler”, toplumsal sorunların çözümünde ve karar mekanizmalarında merkezi bir rol oynamıştır. Aynı zamanda İlbeyliler arasında misafirperverlik, dayanışma ve ahlaki değerler ön plana çıkmış; bu değerler hem topluluk içi uyumu hem de komşu topluluklarla ilişkileri güçlendirmiştir.
Tarihi Belgelerde İlbeyli Türkmenleri boyu:
Anadolu’ya İran Horasan bölgesinden geldiklerini belirtiğimiz İlbeyli Türkmenlerin bundan sonraki yaşantılarını ve tabi oldu oymaklarına bakmak olursak bu güne kadar İlbeyli Tütkmenleri , Alkırevli ,Avşar, Bayat ,Beydili boylarından olabileceklerine dair bilgiler verilmiştir.Selçuklu dönemine ait bilgiler veOsmanlı dönemi belgeleri ışığında bu konunun ilerde kesinlik kazanacağı ümidini taşımaktayız.
Selçuklular Döneminde İlbeyli Aşireti:
Konuyla ilgili elimizdeki tek belge, Sivas’ta 1271 yılında inşa edilmiş olan Buruciye Medresesi’ndeki taş kitabedir. Halen medreseana eyvanının güneyindeki niş içerisinde sergilenmekte olan kitabe, medrese vakfiyesinin şartlarını açıklayan üç kitabeden biridir. Bu kitabenin ortasında: “minnahiyet-i İlbeğlü”, kenarında ise “karyeten Eski” ibareleri yazılıdır.[2] Bu “minnahiyet-i İlbeğlü, “karyeten Eski” tabiri”İlbeyli Nahiyesi’nin Eskiköy’ündenanlamında olup vakfı kuran kişinin memleketini bildirmektedir.Bu durumda, 1271 yılında Sivas’ta bir İlbeyli nahiyesinin ve Eskiköy adlı bir köyün var olduğu anlaşılıyor. Belirtilen tarihte bir nahiyeye İlbeyli adının verilmiş olması, yörede yörük hayatı sürdüren ve etkin bir aşiret olan İlbeylilerden kaynaklanmış olmalıdır.
Selçuklular dönemindeİlbeyliler,muhtemelen yazı Sivascivarındaki yaylaklarda, kışı ise Halep, Antakya, Adana gibi sıcak memleketlerde geçirerekyörük hayatı yaşıyorlardı. Selçukluların 1243 yılındaki Kösedağ yenilgisini takiben, Anadolu’da yaşanan Moğol istilası sonucuAnadolu’dan Suriyebölgesine göç eden Türkmenler arasında İlbeylilerin de olması muhtemeldir.
Osmanlılar Döneminde İlbeyli Türkmen Aşireti:
Tarihsel belgeler, İlbeyli Türkmenleri aşiretinin hem Osmanlı hem de Suriye coğrafyasında önemli bir yer tuttuğunu göstermektedir. Osmanlı tahrir defterleri, tapu kayıtları ve vergi belgelerinde İlbeyli köyleri ve aşiret mensuplarının adı geçmektedir. Suriye’de ise Arap kaynakları, özellikle Halep ve Hama kırsalında yaşayan Türkmen gruplar arasında İlbeylilerin varlığını kayda almıştır. Bu belgeler, aşiretin tarih boyunca göçler, yerleşimler ve siyasi ilişkiler üzerinden şekillenen dinamiklerini anlamak açısından önemli bir kaynak teşkil etmektedir.
Maraş İlbeyli Türkmenlerinin iskân edildikleri yerlerde kalarak yurtlarını şenlendiren ve 1693 yılından günümüze kadar varlıklarını sürdürmüş olan bakiyesine biz Halep İlbeylileri adını verdik. 1729 tarihli bir belgede geçen “Rakka mıntıkasında meskûn iken Haleb’ieşkiyadan korumak maksadı ile Münbiç mevkiinde iskân edilmiş olan İlbeyli Aşireti…” ibaresinden Halep İlbeylilerininHalep’i korumak amacıyla bu mıntıkaya yerleştirildikleri bilgisine ulaşıyoruz. İskânı takiben İlbeyliler yüzyıllar boyunca Halep’i korudular. Bu yüzden onlara Halep’in muhafızları demek daha doğru olur. Bu İlbeyliler bu gün Halep yakınında 30, Gaziantep’te 13, Kilis’te 15, Rakka-Münbiç ve Ravendan bölgesinde yaklaşık 35 köyde meskûndurlar.
İlbeyli Türkmen aşireti, tarih boyunca hem Anadolu hem de Suriye coğrafyasında Türkmen ve Yörük kimliğini koruyan, kültürel ve sosyal yapısını güçlendiren, liderleri etrafında örgütlenmiş önemli bir topluluktur. Hem tarihsel belgelerde hem de kültürel hafızada bıraktığı izler, aşiretin kimlik ve dayanışma anlayışının sürekliliğini göstermektedir.
[^1]: Öztürk, M. (2008). Anadolu Türkmenleri: Boylar ve Aşiretler. İstanbul: Tarih Vakfı Yayınları. [^2]: Hakkı, İ. (1995). Osmanlı Arşivlerinde Türkmen Aşiretleri. Ankara: Türk Tarih Kurumu. [^3]: Kaya, A. (2010). Yörük Kültürü ve Göçebe Yaşam. Konya: Selçuk Üniversitesi Yayınları. [^4]: Demir, R. (2012). Suriye Türkmenleri Tarihi ve Kültürü. Halep: Yerel Yayınlar. [^5]: Çakır, S. (2007). Anadolu’da Türkmen Yerleşimleri. Kayseri: Erciyes Üniversitesi Yayınları. [^6]: Osmanlı Arşivi, Tahrir Defteri No. 112, 16. yüzyıl. [^7]: Abdulhamid, F. (2015). Suriye Türkmen Göçleri. Şam: Tarih Araştırmaları Merkezi. [^8]: Yıldız, H. (2009). Halep ve Çevresindeki Türkmen Köyleri. İstanbul: Marmara Üniversitesi Yayınları. [^9]: Türkmen, L. (2011). Kırsal Yerleşim ve Sosyal Yapı. Hama: Yerel Tarih Araştırmaları. [^10]: Alptekin, E. (2006). Türk Halk Kültürü ve Aşiret Gelenekleri. Ankara: Kültür Bakanlığı Yayınları. [^11]: Bayraktar, T. (2013). Aşiret Sosyolojisi ve Liderlik. İstanbul: İstanbul Üniversitesi Yayınları. [^12]: Osmanlı Arşivi, Tapu ve Vergi Kayıtları, 17. yüzyıl. [^13]: Al-Azzawi, M. (2000). Syrian Turkmen: History and Identity. Şam: Arab Studies Press. [^14]: Kadir Pürlü, Sivas’ta İlbeyli Türkmenleri Cilt:1, s. 23-26 [^15]: Cengiz Orhonlu (1987), Osmanlı İmparatorluğunda Aşiretlerin İskânı, İstanbul, s. 63-65. [^15]: Yusuf Halaçoğlu (1991), XVIII. Yüzyılda Osmanlı İmparatorluğunun İskân Siyaseti ve Aşiretlerin Yerleştirilmesi, Ankara, s. 82, 119, 123-124, 141. [^16]: Dr.Muhtar Fatih BEYDİLİ.. Suriye ve Anadolu’daki Türkmenlerin Sözlü ve Yerel Tarihi Üzerine Çalışmalar ve Araştırmaları. www.suriyeturkmenleri.com [^17]: Dr.Muhtar BEYDİLİ : kardeşlik (El-İhâ) Dergisi – Kültürel, Edebi, Sanatsal ve Miras Temalı Üç Aylık Yayın, Sonbahar 2020, 60. Yıl, Sayı 366
“Dərdiş” kəlməsi ana dilimizdə geniş yayılan standart bir söz deyil, daha çox Qazax bölgəsinə məxsus yerli şivə sözüdür və əsasən “sədaqətli”, “dürüst”, “qətiyyətli” və ya “inanılmış” mənasında işlənir. Bu gün sizə çağdaş Azərbaycan poeziyasında Dərdiş kimi tanınan şair Ehtiram İlhamdan söhbət açmaq istəyirəm. Amma əvvəlcədən etiraf edirəm ki, orta təhsilə doğulduğu Tovuz rayonunda yiyələndiyini bilsəm də, ondan sonra başına gələnlərdən xəbərsizəm. Bir də ki, şairin tərcümeyi halı elə də önəmli deyil, daha çox yaradıcılığı maraqlı olur. Ehtiramı iyirmi il olar ki tanıyıram. Mərd, sadə, etibarlı adamdır. Yaratdığı poeziya nümunələri poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanır. Əsasən heca vəznində yazır…
Müsahibələrindən birində deyir ki:- “Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Bizim – Azərbaycan şeirinin əsas vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun…”
Xarizmatik adamdır. Qürurlu və məğrurdur. Özünə inamı və müstəqilliyi ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri var. Əhval-ruhiyyəsi yaxşı olanda şən, gülərüz və səxavətli bir dost olur. Yeyib içməyi, dostları ətrafına toplamağı xoşlayır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa qadirdir…
“Bizim nəsil, sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bundan əlavə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini də əzbər bilirdim…”- söyləyir.
Davranışında mehriban və rahat olduğundan ünsiyyətdə çox yaxşıdır. Onu aldatmaq mümkün deyil, necə deyərlər, ağıllı və duyuq adamdır. Yoldaşlıqda pul xərcləməkdən çəkinmir. Qeybətdən çox uzaqdır, sözü üzə deməyi bacarır. Bu da ətraflarındakı insanları təsirləndirsə də, bəzən kimlərinsə xoşuna gəlmir…
Deyir ki:- “Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdir…”
…Bəli, onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalandan zəhləsi gedir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Və çox qəribədir ki, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklərə iradə ilə qalib gəlməyi bacarır…
“Keşkə istedadı olan hər bir insanın – şairin, yazı-pozu adamının normal işi-gücü olaydı. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə biləydi və kimsədən də asılılığı olmayaydı. Axı, bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yol qalır: ya yuxarılara boyun əyməlisən, ya da mərdi mərdanə ömür sürməlisən. Birinci yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma, “ehtiyacın qəhrəmanı da qul etdiyi” barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi…”- söyləyir.
O, həm də çalışqanlığı ilə seçilir, bacarıqlı olması və müşahidə qabiliyyəti ilə fərqlənir. Olduqca diqqətlidir, ətrafdakı detallara xüsusi dəqiqliklə yanaşır və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Bir sözlə, sosial, istiqanlı və təşkilatçılıq qabiliyyəti yüksək olan insandır. Ona görə də cəmiyyətdə özünə hörmət və diqqət çəkməyi bacarır. Və bu diqqətdən zövq alır. Bir də ki, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət vermək onun şakərlərindən biridir…
Deyir ki:- “Hərə poeziyada öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzir, kimsə vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyir, dərdli adamların gözü kədər poeziyasını axtarır, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzir. Əgər arzuladığına çata bilibsə, deməli, qarşındakı şeirdir. Poeziya da əslində elə budur. Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun şeir söyləməlisən. Çünki “zövqlər dartışılmaz” məntiqi burada yerinə düşür…”
…Onun haqqında söylədiklərim, bəlkə də zərgər dəqiqliyi ilə alınmadı, amma Azərbaycan poeziyasının qədri bilinməli “ZƏR”-lərindən biri olduğuna əminəm. Yanvarın 23-ü şair Ehtiram İlhamın 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram… Çox yaşa, DƏRDİŞ!
HƏR DƏRDİMİZDƏ YANIMIZDA OLAN DƏRDİŞ – Ehtiram İlham Ehtiram Ilhamın ad gününə
Bu gün gözəl insan, dəyərli dostum, dostlar arasında səmimiyyəti, mərdliyi, mehribanlığı ilə seçilən, yaxşı əməlləri ilə hər kəsin rəğbətini qazanan, hər birimizin dərdinə şərik olan, sözü süni bəzəkdən uzaq, təbii axarla yazan şairimiz Ehtiram İlhamın ad günüdür. Onun poeziyası təkcə misralardan ibarət deyil bu poeziya bir ömür yoludur, bir insan xarakteridir, bir vicdan ölçüsüdür.
SƏNİN ƏLLƏRİNLƏ YAZILAN ŞEİR – SÖZÜN TALEYƏ ÇEVRİLDİYİ AN
Ehtiram İlham bu şeirində şeiri yazılan mətn yox, taleyə yazılan alın yazısı kimi təqdim edir. Burada söz müəllifdən ayrılıb öz həyatını yaşayır, öz yolunu gedir. Şair öz qələmini Tanrının verdiyi əmanət kimi dərk edir və bu məsuliyyət şeirin hər misrasında hiss olunur.
Necə bəxtəvərdi, necə bəxtiyar… Əl çatıb, ünyetməz bir aləmi var. Sevən könüllərdə tufan qoparar Sənin əllərinlə yazılan şeir.
Bu bənddə şeir adi yaradıcılıq nümunəsi deyil, insan qəlbinə təsir edən canlı qüvvədir. “Əl çatıb, ünyetməz bir aləm” ifadəsi poeziyanın sərhədsizliyini göstərir. Şair özünü önə çəkmir, sözü ucaldır. Bu da Ehtiram İlham poeziyasının əsas əxlaqi xəttidir.
50 YAŞIN ŞEİRİ – ÖMRÜN POETİK HESABATI
Bu şeir yubiley üçün yazılmış şablon mətn deyil. Bu, yaşanmış ömrün, çəkilmiş dərdin, qorunan vicdanın poetik yekunudur. Şair burada özünü nə tərifləyir, nə də gizlədir – olduğu kimi görünür.
Mən sözün rəngində, səsində azdım, Qələmin ucuynan gorumu qazdım. Yazdım – ürəyimin qanıyla yazdım, Bu əlli yaşımın əlli şeirini.
Bu misralar göstərir ki, şair üçün poeziya rahatlıq yox, məsuliyyətdir. “Ürəyimin qanıyla yazdım” ifadəsi sözün necə ağır, amma şərəfli yük olduğunu bildirir. Bu şeir oxucunu düşündürür, çünki içdən gəlir və süni deyil.
GET-GEDƏ (ATİLAY ÜÇÜN) – ATA SEVGİSİNİN SÜKUTLU ETİRAFI
Bu şeir ata ilə oğul arasında sözlə qurulmuş körpüdür. Burada nə pafos var, nə də şikayət, sadəcə həyatın yorğunluğu və sevginin səssiz gücü var.
Dünyada qalası dünya malıdı, Tanrı sevdasıdı, haqq amalıdı. Oğul atasına oxşamalıdı, – Sənə oxşayıram, oğul, get-gedə.
Bu bənd şeirin zirvəsidir. Ata öz ömrünün davamını oğlunda görür və bundan təsəlli tapır. Şeir ailə dəyərinin, nəsil bağının poetik ifadəsidir və oxucuda dərin kövrəklik yaradır.
QARDAŞLAR – TALEYƏ DEYİLƏN AĞRILI, DÜRÜST SÖZ
Bu şeir insanın öz taleyi ilə təkbətək qaldığı anların səsidir. Burada şair özünü ucaldan yox, özünü anlayan mövqedədir.
Haçandı küsüb-inciyən İlhamım üzümə baxdı. Şeir yazmaq istəmirdim, Bir işdi əlimdən çıxdı – Yazın ömrümə, qardaşlar. Qanımı sümürüb içən Fələklə öcüm çatmırsa, Yetmirsə heç nəyə əlim, Heç kimə gücüm çatmırsa Kəsin ömrümü, qardaşlar.
Bu şeirdə insanın acizliyi etiraf olunur, amma bu acizlik zəiflik deyil. Bu, içdən gələn dürüstlükdür. “Qardaşlar” müraciəti şeiri şəxsi çərçivədən çıxarıb ümumi insan dərdinə çevirir.
BİR AZCA – HALAL AD ARZUSU Bu şeir Ehtiram İlhamın təvazökar, iddiasız, amma dərin ruhunu əks etdirir. Şair böyük ad-san yox, halal ad istəyir.
Hər saz xalında, gülündə, Hər kəs yurdunda, elində. …Bir halal adam dilində Çəkilsin adım, bir azca.
Bu bənd sadəliyi ilə təsirlidir. “Bir azca” sözü şairin dünyaya böyük iddia ilə yox, təmiz niyyətlə baxdığını göstərir. Bu poeziya oxucunu sakitləşdirir, düşündürür.
GÜNÜDÜR – SEVGİNİN BAYRAMI Bu şeir Ehtiram İlhamın insanlara olan sevgisinin poetik bayramıdır. Burada bir insanın varlığı belə bütöv bir günü gözəlləşdirir.
Bu gün təkcə sənə görə Dünyanın Çiçək günüdür.
Bu misralar nikbinliklə doludur. Şeir göstərir ki, yaxşı insanın varlığı özü bir nemətdir. Bu da şairin dünyaya baxışının işıqlı tərəfidir.
Əziz Ehtiram İlham! Sən dostluqda mərd, sözdə dürüst, qəlbdə təmiz adamsan. Şeirin səsimizə çevrilib, sözün yolumuzu işıqlandırır. Ad günün mübarək olsun! Qoy qələmin sınmasın, sözün yolundan dönməsin, ömrün şeirlərindən uzun olsun.
Hörmətlə: Vüsal Ağa 23 Yanvar 2026 / Sumqayıt Azərbaycan Yazıçılar Birliyi Ayb Sumqayıt Bölməsi AYB Mətbuat Xidməti