“ALL TOGETHER 9” adlı beynəlxalq antologiya “HAPPY VALENTINE’S DAY” adı altında Amazon platformasında nəşr olunub
Tanınmış alban şairi, tərcüməçi, jurnalist və naşir Kujtim Hajdarinin təşəbbüsü ilə “ALL TOGETHER 9” adlı beynəlxalq antologiya “HAPPY VALENTINE’S DAY” adı altında Amazon platformasında nəşr olunmuşdur. Kitabda dünyanın otuzdan artıq ölkəsindən olan şairlər sevgi və məhəbbəti tərənnüm edən şeirləri ilə iştirak etmişlər. Antologiyada Azərbaycanlı şairlər — Rəfail Tağızadə, Namiq Dəlidağlı, Nazilə Gültac və Zaur Ustacın şeirləri də yer almışdır.
ALL TOGETHER 9 – HAPPY VALENTINE’S DAY
Published on Amazon and you will find it in the following link. We thank all the participants for their engagement and great interest in exchanging experiences and creating bridges of intercultural connection. We wish you all endless success in their creativity.
ALL TOGETHER 9 – HAPPY VALENTINE’S DAY It was published on Amazon and you will find it in the links below. We thank all the participants for their commitment and great interest in exchanging experiences and creating bridges of intercultural connection. We wish you all endless success in your creativity.
Əziz dostlar! Yeni At iliniz bir daha mübarək , düşərli və uğurlu olsun. Bu il bütün dövrılərin ən böyük söz adamlarından biri, Böyük Səməd Vurğunun 120 illik yubiley ilidir. Əminəm ki, Səməd Vurğun ocağına böyük sevgisi, məhəbbəti və hörməti olan Prezidentimiz, Cənab İlham Əliyev bu mühüm ədəbi, mədəni və ictimai hadisəni öz Sərəncamı ilə rəsmiləşdirəcək. Bununla belə hesab edirəm ki, bütün Vurğunsevərlər üçün 2026-cı il “Səməd Vurğun ili” kimi tarixə düşəcək və bu il böyük ədəbiyyat adamı və ictimai xadimin 120 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd ediləcəkdir. Qeyd etməyi zəruri hesab edirəm ki, bu ilə öz dəyərli töhvəsini görkəmli rəssamımız Nəvai Metin təqdim edərək sosial şəbəkədə öz profilində paylaşıb. Düşünürəm ki, əgər Vurğunsevərlər tərəfindən dəstəklənərsə bu portret həm də “Səməd Vurğun ili”nin loqosu ola bilər. “Səməd Vurğun yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə ağsaçlı müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsindəxalqın nağıl və dastanları, atalar sözləri. məsəlləri, muğamı. aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu Qoca ağsaçlı Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının “Avesta” dövründən bu günə qədərki tarixi-Nizami qüruru, Xaqani mübarizliyi, Füzuli kədəri, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin “Azərbaycan” şeiridir.”(Bəxtiyar Vahabzadə) Həmin şeiri və dostumuz Nəvai Metinin yeni çəkdiyi portreti Sizlər üçün təqdim edirəm. Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni.
Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə. Nəsillərdən nəslərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə; Qara xallı ağ üzlərə Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza…
Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş? sonalar gəzər; Xəyalım dolanar gəzər Gah Muğanı, gah Eldarı, Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr… Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlaraının dümağ qarı Yaranmışdır qarlı qışdan, Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı, tök ver görək, Anamın dilbər gəlini! Yadlara açma əlini.
Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək, Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xalı-xalçalardan Sar çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan; Axşam üstü qoy uzaqdan Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin, Beşiyisən gözəllərin Aşıq deyər sərin-sərin, Son günəşin qucağısan Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
Bir dön bizım Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çollərə, İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək Sahillərə sinə gərək, Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən Al bayraqlı bir səhərdən İlham aldın…yarandım mən. Gülür torpaq, gülür insan Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrilarmı könül candan? Azərbaycan, Azərbaycan!
1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib. “Bu şeir Vurğunun ideyasına görə həm də “Azərbaycan” epopeyasının proloqudur.”
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı işıq üzü görüb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı çapdan çıxmışdır. Yeni nəşr türk dillərinin qrammatik sistemində mühüm yer tutan köməkçi nitq hissələrinin nəzəri və müqayisəli aspektdə araşdırılmasına həsr olunmuşdur. Əsərdə köməkçi nitq hissələri müxtəlif türk dilləri materialları əsasında təhlil edilir, zəngin faktoloji bazaya söykənən elmi ümumiləşdirmələr aparılır. Monoqrafiyada köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri, struktur-morfoloji göstəriciləri və dil sistemində tutduğu yer ardıcıl şəkildə şərh olunur. Tədqiqat türkoloji dilçilikdə nitq hissələri probleminin öyrənilməsi baxımından aktual elmi nəticələrlə diqqət çəkir. Kitabın baş redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva, professor İsmayıl Kazımov və filologiya elmləri doktoru, dosent Aynel Məşədiyevadır. “Türk dillərində köməkçi nitq hissələri” əsəri türkoloji dilçilik, ümumi dilçilik və qrammatika problemləri ilə maraqlanan tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbə kimi nəzərdə tutulmuşdur.
Elboy QULMONOV 1992-ci il 29 may tarixindəÖzbəkistan RespublikasıQəşqədərya vilayətinin Koson rayonunda anadan olmuşdur. Qarşı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
Yaradıcılıq nümunələri respublika və bir sıra xarici ölkələrin dövri mətbuat orqanlarında dərc olunmuşdur. Onun özbək–qırğız dillərində nəşr edilən “Duyğular şəhəri” (2019), “Könül sarayı” (2021), “Qəlbimin Kəbəsi – anam” (2022) adlı şeir kitabları, eləcə də “Eldə əziz tutulanlar”, “Maarifət işıqları” adlı publisistik kitabları çapdan çıxmışdır.
2023-cü ildə Rusiya “Qızıl Qələm” Milli Ədəbiyyat Mükafatı beynəlxalq müsabiqəsində iştirak etmişdir.
2025-ci ildə TÜRKSOY beynəlxalq təşkilatının “Ahmet Baytursunov” adına ədəbi mükafatı ilə təltif olunmuşdur.
Hazırda Asiya Texnologiyaları Universitetində tarix ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsidir.
Eyni zamanda Özbəkistan Yazıçılar Birliyinin Qəşqədərya vilayət bölməsində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.
Özbəkistan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Mən dünyadan incimirəm. Mən dünyanı edirəm aşkar. Çünki bu dünya ən saf ürəkləri Daim ən sonda xatırlayır…
Məni cəhd etdilər sındırmağa, Amma mən sındırılmaz: İnsan qəlbini sındırmaq mümkün, Lakin insanlığı yox etmək olmaz.
İçimdə neçə yol müharibələr etdim. Bayraqsız. Və heç cürə silahsız, yaraqsız Həlak oldu hər gün bir ümid, Hər gündə inamlar söndü…
Və hər gün yenə oyandım, Və yarıcan ümidlərlə, Əsirgəmədən sinəmi cıraraq, Ölməmişdən qabaq qəbrə girmişəm…
Mən sualam – Cavabsız sual, Səbəb bu, açəkili, qurğuşuntək ağır. O üzdən narahatam, ədalətsevərəm, Həqiqət – həmişə ən ağır əzabdır…
Neçə dəfə mənə: “Sus”, dedilər, Bizlərə tabe ol, təzimə alış. Öz yolunu atıb başqa iziiylə, Qul kimi yaşamaq ömür olmamış!
Alışmaq – qulluğun kiçikşəklidir, Yenə söylədilər: belədir dünya. Hər kəsin yolu var, yollar fərqlidir, O cür yaşamaqdan qoru, Xudaya!
Mən pis də deyiləm həddindən artıq, Yoxdur həddən artıq mələkliyim həm. Bilirəm, özümü səma saymıram, Amma… siz düşünən yer də deyiləm…
II
Mən ağlayıram, Amma bu ağlama deyil məğlubiyyət, Bu, sadəcə, oyanışdır. Göz yaşı paklanmasıdır ruhun, Ağlamayan qəlb — çürümüş kötükdür əlbət .
Ey dünya! Əgər bu gün qədrimi bilməsən, Sabah heç tapa bilməyəcəksən. Səni gözləyəcəm, sən gəlməsən, ey bəxt, Sabah, heç vaxt, məni görməyəcəksən…
Gözünə görünmərəm bəlkə, Nəzərə almazsan – ehtimal budur . Amma yox deyiləm, diriyəm hələ, Bütöv yer üzünə saçacağam nur…
Yanıram, səmaya dırmaşmaqdayam, Lakin kül olmaram, yalnız közəm – mərd. Yanaraq çevrilərəm ilahi nura, Məni böyütməkdə ilahi bir dərd… 04 yanvar 2026-cı il
SIFƏT
Yoruldum dəyişən, saxta üzlərdən, İnsan axtarmaqdan doydum, usandım. Getmir qulaqlardan yemək səsləri, Doydum, nağıllara bəsdir inandım.
Güzgülər peşiman dildə danışar, Sözsüzəm, dilsizəm, şəklim uğursuz. Gözlərimdən axar əriyən buzlar, Soyuq peşmanlıqdan içim tutur buz.
Mən insan axtardım hər bir sifətdə, Hər bir insanda da axtardım vicdan. “Həqiqət” deyənlər hamsı boşboğaz, Nə qədər doğru var, hamısı yalan?!
Barmaq arasından sızar ümidlər, Dəli küləklərtək fikrim davakar. Günbəgün yaxına gəlməkdə əcəl, Ölüm nöqtəsində oyun dayanar.
07 oktyabr 2025-ci il
Cahangir NAMAZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
Küçəyə çıxan kimi Borya əllərini bir-birinə sürtüb soruşdu: — Təəccüblənmədinmi? — Ya odur… ya da əkizidir, — dedi Gena qardan təmizlənmiş cığırlardan yeriyə-yeriyə. — Mən inanmıram. Biz onu döydükdən, maşın vurandan sonra da sağ qalması mümkün deyildi. Üstəlik, dərinliyi 50–60 metr olan uçuruma atmışdıq. — O deyil, o ölüb… — Kaş elə olaydı. — Əlbəttə, o deyil. — Sabahı gedib basdırmadıq axı! — Bunun üçün meşəni dolanıb, uçuruma getməli olardıq. — Görəsən, bizi tanıyıbmı? — O olsaydı, bizi mütləq tanıyardı, demədimmi! — Gena, ehtiyatlı olmalıyıq. Alekseyin kim olduğunu araşdırıb bilməliyik. — Düz deyirsən. Bir həftə sonra maşını barədə xəbər almaq üçün gələn Gena, çöldə gecə boyu yağan qarın basdığı cığırləri təmizləyən ustanı görüb kürəyi onun əlindən aldı: — Necəsiniz? Gəlin, mən edim. Şagirdiniz sizdən cavan… Qoy o işləsin. — Cavanlığı cavanlıqdır. Amma iki ayağı ağacdan yıxılıb sınmışdı. Soyuqda ağrıyır. Ona görə yazığım gəlir. Əvəzində əli qızıldır. İşə gələndən bəri özümə də bir az gəlmişəm. Nəfəs dərməyə macal tapmırdım. — Yaxşı, siz içəri keçin, mən qurtarım. Gena cığırləri qardan təmizlədikcə beynində müxtəlif fikirlər dolaşırdı. “Ayağı sınıb”, deyir… Bu, düşündüklərimə uyğun gəlir. İndi əsas məsələ haralı olduğunu bilməkdir. Axı özbək oğlana Aleksey adı qoymazlar… Gena içəri girib əllərini isindirmək üçün odun yığılmış sobanın yanına keçdi. Usta əzilmiş “Moskvich”in yanında idi. — Pis halda düşüb maşın, — dedi. — Hə. Gecə olub. Qarşıdan gələn maşının işığı gözünü alıb. Kənara çəkilim deyərkən böyük yük maşınına çırpılıb. — Çox pis. İnşallah, ölən olmayıb? — Harada… Maşının sahibi sükanla sıxılıb qalıb, elə yerindəcə keçinib. Arxadakı sərnişin ağırdır. Yanında oğlu da var imiş, o da indi reanimasiyadadır. Maşını mərhumun qardaşı gətirib. Düzəldib satacağam, ailəsinə pul lazımdır, deyir. Gena susdu. Belə anlarda hər söz artıq olur. Bir az sonra: — Deyəsən, bizim maşının işi də bitib, — dedi. — Dünən qurtarmışdı. Bu gün bir də gözdən keçirir. — Şagirdinizə afərin. Yaxşı oğlandır. — Heç soruşmayın. Qızıl oğlandır. Səsi-səmiri yoxdur. İçki içmir, siqaret çəkmir, yalnız işlə məşğuldur. — Heç kimsəsi yoxdur? — deyə Gena ehtiyatla soruşdu. — Bilmirəm. Yaxın tanışım Sergey var. Onu da elə o gətirib. Anası ilə yaşayırmış. — Haralı olduğunu bilmədiniz? — Nə fərqi var? O da bir insandır. Əsas odur ki, yaxşı adamdır. Bütün məsələ budur. — Əlbəttə. Gena artıq başqa sualın yersiz olduğunu anlayıb Ülmascanın yanına keçdi. — Zəng etmədiniz. Bu nəqliyyat sizi yormadı ki? — Buyurun. Zəng etmədim. Maşının ehtiyat hissələri daha beş-altı il rahat xidmət edər. Hər şeyə baxıb, yağlayıb yerinə qoydum. Sadəcə bir-iki hissəni bizdə olanlarla dəyişdim. Aparmaq olar. — Sağ olun. Bundan sonra Gena ilə Borya Ülماسcanı izləməyə başladılar. Bir neçə dəfə onun arxasınca bağ evlərinə də keçdilər. Qış olduğu üçün burada yaşayanlar köçmüşdülər, Ülmascan barədə soruşmaq mümkün olmadı. Amma Borya işdə olduğu gün on yaşlarında bir uşağı qucağına alan bir kişi gəlib şəhər kənarındakı bağ evinə, bir təbibin yanına aparmağı xahiş etdi. Oğlu balkondan yıxılmışdı. — Xəstəxanaya aparmırsınız? Hər halda həkim-həkimdir, etibarlıdır, — dedi Borya. — Həkimlər oğluma iki dəfə əməliyyat etdilər. Amma hələ yeriyə bilmir, — dedi ata. — Orada bir koreyalı qoca var imiş. Əsasən sümük sınığı, çıxığı ilə məşğul olan təbibdir, deyirlər. İş yerimdə bir nəfər məsləhət gördü. — Buyurun, əyləşin onda… Şəhər kənarındakı bağ evi Boryaya artıq tanış idi, çətinlik çəkmədi. Təbibin evinə isə böyük yoldan bir az içəri girmək lazım gəlirdi. — Baba, belə soyuqda meşədə yaşamaq çətin deyilmi? — dedi Borya qocanın xırda cüssəsinə baxaraq.
Lobar Rustəmova Özbəkistan Yazıçılar Birliyinin üzvü. Tərcümə: Cahangir Mirzə
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Vidadi Babanlının ədəbiyyatımıza verdiyi bir-birindən dəyərli roman bə povestlərlə,eyni zamanda şeirlərlə oxucular yaxından tanışdı.Vidadi Babanlının 9 dəfə ayrı-ayrı vaxtlarda yüksək tirajla çap olunan “Vicdan susanda”əsəri bu yazarın mövqeyini,cəmiyyətə baxışını və dünyagörüşünü təsdiqləyən zaman həqiqətləridi.Vidadi Babanlı sözün əsl mənasında tam şəxsiyyətdir, onun hədəf istiqamətində-həyatda və yaradıcılıqda heç bir büdrəmə yoxdur. Yazımı “Vicdanlar susanda o susmadı” adlandırdım. Amma görəsən ömrün zirvəsində lövbər salmış yazıçının öz halal haqqını almasında bəzi vicdanlar niyə susur?! -“Görünür,mənim xarakterim,ya xasiyyətim xoşlarına gəlmir.Ona görə də mənə heç bir ad verilməyib.Mən yaltaq və riyakar deyiləm,mədhiyyəçi deyiləm.Sözü üzə deyirəm və arxadan danışmıram.Mənim 6 romanım var-“Vicdan susanda”,”Müqəddəs ocaq”,” Gizlinlər”,” Ömürlük cəfa”,”Gecikmiş məhəbbət”və sonuncu”Zəmanə adamı”.5 povestim var,mənə nə üçün fəxri ad verilmədiyini deyə bilmərəm “.
Axı ,”Bilmədim” şeirinizdə bu sualı gözəl cavablandırmısınız:
Bağladı dilimi zamanın zəhmi, Yüzdə bir sözümü deyə bilmədim. “Əyil,keç”,dedilər “saqqal altından”, Qürurlu qəddimi əyə bilmədim.
Bəli,məsələ aydındır.Amma,aydın olmayan məqamlar da var.Bunları kim çözməlidi,yoluna qoymalıdır?!Bilənlər bilir,bilməyənlər də bilsin.Bundan o yana nə qaldı ki?!.
AĞRI YUVASIDIR ANASIZ ÜRƏK..
Yazıçının bizə görünən və görünməyən tərəfləri var.Bəlkə də kimlər tərəfindənsə bəxtəvərlik alanda,onun ürəyi ahla köks ötürüb.Doğrudan da heç kimin iç dünyasını bir başqası onun özü kimi görə bilməz.Onun içindəki həsrət yuvasında sevgi də var,sevinc də var.Ağrı da var,acı da var.Bu ağrı,acılar bir ömür boyu qanadlarını tam açmağa qoymur,sıxır, ağrıdır ,incidir. Taleyin sərtliyinə,amansızlığına qarşı gələ bilməyib yumaq kimi bükülürsən.İçindən gələn suallar gözündə sellənə bilməyib,boğazında yumruqlanan qəhər səni göynədir.Nədir günahım,nədir suçum,nə?! O,anasını itirəndə 2 aylıq idi…Bir baxın, zalım fələyin amansız oyunlarına.Ana sevgisi,ana nəvazişi,ana qayğısı,ana qucağının hərarəti, istisi,ana qollarının beşiyini görmədi,ana laylasını eşitmədi balaca Vidadi. Anan boyuna qurban,ananın gözəl balası,bal balası,arxası,dayağı ,gözlərinin nuru kəlmələrini eşidib gündə bir ilmə boyu böyümədi.Şirin-şəkər sözlərlə əzizlənmədi.Nənə-baba himayəsində,oğey ana məngənəsində böyüdü.Özü ilə bərabər içində anasının xiffəti ilə böyüdü.Açıb bükməsə də hər zaman gözü o müqəddəs varlığı axtardı,aradı.Şəklini belə göstərmədilər ki,uşaq ürəyinə salar.Amma bu mümkündürmü?!Qanında o varlığın qanı axır.Özü anasının fəryadını belə ifadə edir:-20 yaşım vardı,üçüncü kursda oxuyurdum.Rayona tətilə getmişdim.Qohumlardan birinin evinə getdim.Onlar mənim gəlməyimdən xəbərsiz idilər.Gördüm ki,ana oğlunun qarşısına xörək qoyub,onu sığallayır,əzizləyir.Analıq sevgisi ilə qayğı və nəvaziş göstərir.Bir anlıq o oğlanın yerinə olmaq istədim.İçimdə analı duyğular baş qaldırdı.Özümü evin arxasına güclə çatdırdım və hönkür-hönkür ağladım.
YARALI ÜRƏYƏ SEVGİ MƏLHƏMDİR
…Günlər ayları,aylar illəri əvəz etdi.Nənə-baba gənc Vidadının əlini başına yığmaq üçün elçiliyə getdilər.Mahalın iki gözəl qızı üçün ağız açıldı.Amma o yetim olduğu üçün qızı ona vermədilər… Bəli,görəsən insanın yetim qalmağı onun özündən asılıdır?!Gözəl bir gündə Vidadi müəllim dostu,Zaqatala rayon partiya komitəsinin ikinci katibindən rayona qonaq gəlməsi üçün dəvət aldı.O,dostunun dəvətini yerə salmayıb Zaqatalaya yollandı.Onlar atlara minib dağlara qalxmalıydılar,birdən yadına düşdü ki,şeir dəftərini götürməyib.Yaxınlıqdakı evin eyvanından baxan qızları görüb soruşdu ki,mənə qələm,dəftər verə bilərsiniz?!Qızlardan biri dərhal qaçıb qələm,dəftər gətirdi.Qızın kim olduğunu, nə işlə məşğul olduğunu soruşdum.Dedi ki,Bakıda Tibb Universitetində oxuyur.Evləri “Muğan”mehmanxanasının arxasındadır.Atamın adı Məmməd Tahirdi. Taleyin elə qəribə işləri var ki!Deyəsən bu xoşbəxt gələcəyə bir işarət idi.Vidadi müəllimin könlündə bir fərəh yarandı. …”Zaqatala səfərindən bir neçə gün sonra Bakıya qayıtdım. Yenə bir dostumla görüşməli idim “Muğan”mehmanxanasının yanında.Birdən Zaqataladakı qızın verdiyi ünvan yadıma düşdü.Sanki kimsə əlimdən tutub həmin ünvana apardı.Bəli,özüdür ki,var,qapının üstündəki lövhədə Məmməd Tahir yazılmışdı.Zəngin düyməsini basdım və həmin qız qapını açdı.Heyrətdən ürəyim döyünsə də, özümü ələ aldım.O açılan qapılar xoşbəxt,İsti bir yuvaya açılan uğur qapısı oldu.Toqquşan baxışlar,döyünən ürəklərlə əl-ələ verib ömür yollarını qoşa addımlaya bildik!”
XALQ ŞAİRİ SƏMƏD VURĞUNLA GÖRÜŞ VƏ YA ASPİRANTURA ƏVƏZİNƏ SABİRABADA GETDİ
Xalq şairi Səməd Vurğun hər kəsə qarşı diqqətli idi.Mənim də iki şeirimi oxuyub bəyəndikdən sonra “Gəncliyin səsi” almanaxına verib çap etdirdi. Universitetin son kursunu əla qiymətlərlə başa vurdum.Rayonlara təyinat məsələsinə baxılacaqdır. Qərara aldım ki, məsləhət üçün Səməd Vurğunun yanına gedim.Daha doğrusu şəhərdə qalmaq istəyirdim.Katibə mənim gözlədiyimi ona xəbər verdi.Məni yanına çağırdı,nə istəməyimi soruşdu.Təyinatla bağlı söhbəti açıqladım.Fikrimi açıqlayandan sonra mənə dedi ki, həyatı bilmirsən. Yazıçı üçün həyat biliyi lazımdı.Yaxşı olar ki,gedib rayonda işləyəsən. Bu sözləri eşidəndə sanki ürəyimdə bütün ümidlərim qırıldı.Davamınca dedi ki,get Sabirabada,indi orada böyük quruculuq işləri gedir. Onu da qeyd edim ki,özü həmin vaxt “Muğan”poemasını yazırdı.Dedi ki,səni maarif şöbə müdirinə tapşıraram.Deyinə-deyinə universitetə qayıtdım.Bir neçə gün sonra bizi rektorun otağına çağırdılar, təyinatla gedəcək tələbələrin siyahısını oxudular.Rektora yaxınlaşdım ki,bəs siyahıda mənim adım çıxmadı.Rektor dedi ki,səni aspiranturada saxlayırıq,ona görə adın çıxmadı.Dedim ki,Səməd Vurğunun yanında olmuşam,Sabirabada getməyimi məsləhət görür.Çoxları buna güldü ki, Sabirabada getməyi aspiranturadan üstün tutur…
SABİRABAD SƏRGÜZƏŞTLƏRİ
Beləliklə gənc kadr Sabirabada yollandı.Şəraitsizlik,çətinliklər tezliklə onu yordu.Bu yerdə içini tökməyə qələmi və duyğuları kara gəldi.İçinin hirsini, hikkəsini vərəqlərə tökdü.Şeir tezliklə dillər əzbəri oldu və xəbər məktəb müdirinə çatdı.Şikayətlər bununla da bitmədi,Maarif şöbəsinə də çatdırıldı. Mənə dedilər ki,yerli əhali səndən şikayət edir.Artıq bu işlərdən sonra təbii ki,həmin kollektivə qayıtmaq istəmirdim.Bakıya qayıtmağım üçün Maarif müdirinə ərizəmə qol çəkməsini xahiş etdim.Səməd Vurğunun tapşırığı bu yerdə köməyimə çatdı və mən şəhərə qayıtdım.Məni oxumaq üçün M.Qorki adına Ədəbiyyat İnstituna oxumağa göndərdilər.
BİR QUCAQ KÖNÜL İNCİLƏRİ
2017-ci il,fevral ayının 12-də görkəmli yazıçının ziyarət edənlər bizlər idik- Fəridə Ləman, Məhəbbət Dəmirçiyeva,Sultanxanım Nəsibova,Solmaz Kosayeva və Venera Əsgərova.Bu,bir ürək görüşüydü,səmimiyyət görüşüydü,böyüyünə,ağsaqqalına ehtiram görüşüydü.Onun da könlünü şad etdik, bizə də xoş oldu. Əziz dostlar, bu məqalədə Vidadi Babanlının yaradıcılığından söhbət açmadım,bir qədər fərqli bir yazı oldu.Sonda bu ŞƏHANƏ KİŞİNİN öz şeirindən bir bəndlə həmin günün unudulmaz xatirəsini yekunlaşdırıram.
Gəl öpüm ləkəsiz açıq alnından, Ey mənim ərköyün,şəhanə könlüm. Sən düzə düz dedin,əyriyə əyri, Gətirmədin dilə bəhanə,könlüm!