ZAKKUM ÇİÇEKLERİ VAKİTSİZ AÇAR

ZAKKUM ÇİÇEKLERİ VAKİTSİZ AÇAR

Gece olur el ayak çekilir, rüzgâr susar
Ben seni düşünürüm oturup ağlarım
Uzak okyanuslarda kasırgalar kopar
Aya küser, yıldızlara küser suskun martılar
Zakkum çiçekleri vakitsiz açar
Sonra gelip pencereme bir kelebek konar
Ben seni düşünürüm oturup ağlarım

Karanlık sokaklarda dolaşır gölgeler
Yalnızlığın adımları çın çın öter
Bürünür bin hüzne pencereler
Bir benim uyanık bu demde, bir de ölüler
Ben seni düşünürüm oturup ağlarım

Saat gecenin bilmem ki kaçı
Mahur makamında yüreğimin usancı
Ben seni düşünürüm oturup ağlarım
İsimsiz bir meyhanede çalarken kemancı
Ben seni düşünürüm oturup ağlarım
Sevda çekmenin var mıdır ilacı
Ben bizi düşünürüm oturup ağlarım

Önemsiz bir adreste kim bilir nerede
Sakallarından üşürmüş şairler işte
Kıyasıya bir hasretin ta dibinde
Ben seni düşünürüm oturup ağlarım.

2019

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəzənfər Məsimoğlu – Yol

BU YOL HARA GEDİR

Qara saçlarına düşüb dən, keçir,
Bir az qəmli keçir, bir az şən keçir,
Dolanır, burulur, körpüdən keçir,
Qarşıda yoxdumu tələ, görəsən?
Bu yol hara gedir belə, görəsən…?

Ətəkdə fağırlıq, zirvədə vüqar,
Ağaclar yamacın ağzında siqar.
Dünəndən yağmağa başlayan bu qar,
Ələnir, yağırmı hələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Sevgi cəfasına dözən Kərəmi,
Həsrəti qəlbinə düzən Kərəmi,
Düşüb, Əslisini gəzən Kərəmi,
Keçirə bilərmi Lələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Qışdan istədiyi aman, belində,
Ömründən ötüşən zaman, belində,
Nə gözəl görünür duman, belində,
Çox ağır deyilmi şələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Gündüzü, axşamı, danı pusquda,
Hər gələn saatı, anı pusquda,
Qarşıda şaxtası, donu pusquda,
Verər Qəzənfəri ələ, görəsən?
Bu yol hara gedir belə, görəsən?

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adəm və Həvva

Orta əsrlər və Renessans dövründə (Mikelancelo, Masaccio, Rubens və s.)
Adəm və Həvva demək olar ki, tamamilə ağ dərili çəkilib.

Afrika və afro-mərkəzli təsvirlər
Afrika sənətində və müasir afro-mərkəzli rəsm məktəblərində
Adəm və Həvva tünd dərili təsvir olunur.

Şərq və İslam təsviri ənənəsi
Klassik İslam sənətində Adəm və Həvvanın siması ümumiyyətlə çəkimir.

Mənim yanaşmam isə tamam fərqlidir:
Birinci rəsm 1998, ikincisi 2025-ci ildə çəkmişəm.

Müəllif: Sehran Allahverdi

Sehran Allahverdinin yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HƏQİQƏT ŞAMİLLİNİN YENİ ŞEİRLƏRİ

OLDU

Nisgilini çox çəkmişəm,
Gözümü yola dikmişəm,
Taleyimdən incimişəm,
Saf eşqimiz xəzan oldu.

Təmiz idi duyğularım,
Heçə döndü xəyallarım,
Öldü bütün arzularım,
Gənc ömrümüz talan oldu.

Payız günəşitək soldum,
Bulud kimi tez-tez doldum,
Sevgidə yarımçıq qaldım,
Xoş nağıllar yalan oldu.

Sevənlərə həsəd etdim,
Ümidsiz yolları getdim,
Bu sevgidən yaman bezdim,
Könlüm çox pərişan oldu.

Yazda açan çiçəklərin,
Özüm oldum bənövşəsi,
Haray çəkdi qəlbin səsi,
Səsim döndü fəryad oldu

Qəmli nəğmələri yazdım,
Sevgimizə qəbir qazdım,
Duyğular içində azdım,
Həyat mənə məzar oldu.


NƏ OLAR, ALLAHIM, MƏNİ BAĞIŞLA

Səhvlərim çox olub fani dünyada,
Günahım yuyulsun suyla, yağışla.
Gecələr Rəbbimə dua edirəm,
Nə olar, Allahım, məni bağışla.

Kiminsə könlünə bəlkə dəymişəm,
Acı sözlər deyib qəddin əymişəm,
Haqqına girərək günah etmişəm,
Nə olar, Allahım, məni bağışla.

Hərənin qəlbində bir aslan yatır,
Bəlkə niyyətləri təmizdir, safdır,
Mənimsə ürəyim günaha batır,
Nə olar, Allahım, məni bağışla.

Doğru yol hansıdır, axtarıram çox,
Bəlkə mənə doğru, kimə isə yox,
Bunu bilmək olmaz sadə baxışla,
Nə olar, Allahım, məni bağışla.

Çətin olar bəzən, günlər pis ötər,
Mən səhv eləsəm də, sən düzü göstər,
İşlərim olmasın daha da betər,
Nə olar, Allahım, məni bağışla.

Məni tanıyanlar qəlbimi bilsin,
Təmiz niyyətimi, arzumu görsün,
Yaradan könlümdən pisliyi silsin,
Nə olar, Allahım, məni bağışla.

İstərəm vicdanım çox sakit olsun,
Ömrümdə hər zaman yaxşılıq dursun,
Yaxşı əməlləri yazım naxışla,
Nə olar, Allahım, məni bağışla.

Kiminsə qəlbini salmışam qəmə,
Kiminsə gözündə yaş olub gilə,
Mən boyun əyirəm tale hökmünə,
Nə olar, Allahım, məni bağışla.

Könlüm qoy bağlansın hər gözəl işə,
Təmiz əməllərim dönsün vərdişə,
Heç vaxtı düşməyim narahat hala,
Nə olar, Allahım, məni bağışla.

Hər insan səhvini kaş görə bilsin,
Bütün əməlləri saf-çürük etsin,
Haqqın dərgahında, son imtahanda,
Nə olar, Allahım, məni bağışla.

GÖRƏSƏN

Sən uzaqda idin, mənsə havada,
Qəlbimiz bəlkə də birgə vururdu.
Bu illər uzunu görüşməsək də,
Könlüm sənlə yatıb, sənlə dururdu.

Hərdənbir sorağın azca gəlirdi,
Deyirdim görəsən məni anırmı?
Yadına salaraq ilk mıhəbbəti,
Onun da ürəyi məntək yanırmı?

Gözlərim gözünə əgər tən gəlsə,
Bilirəm bədənim od tutub yanar.
Qəlbim gəlişini qəfildən bilsə,
Sevgi atəşiylə o, alovlanar.

Ayrılığın qəlbimi çox incitdi,
Gözlərinin həsrətini çəkmişəm.
Zaman ötüb keçib , geri qayıtmaz,
Ürəyim nə çəkir, bir mən bilmişəm.

Yuxuda hərdənbir sənlə görüşək,
Demirəm yenidən sənlə birləşək.
Ötən zamanlardan biz söhbət salaq,
Nə olar arabir gəl biz dərdləşək.

Sən sevgi dənizi, mən batan qayıq,
Gündüzlər yuxulu, gecələr ayıq.
Könlümdə çırpınır lal xatirələr,
Sanki o illərin havasındayıq.

SORDUM

Gözlərim yol çəkir, hər yer qaranlıq,
Xatirən yadıma düşür bir anlıq.
Sənlə söhbət edib əhval soruşdum.
Özümü unutdum, səndən danışdım.

Sordum, yadındamı ilk görüşümüz,
Silinməz yaddaşdan o ilk günümüz
Qəlbim gözlərini heç unutmadı,
Baxışın, duruşun yaddan çıxmadı.

Üzündə təbəssüm heç görmədimki,
Qəlbin nə söyləyir, heç bilmədimki.
Sən necə, gecələr rahat yatırsan,
Mənimtək yuxunu qarışdırırsan?

Sənin də ürəyin tez-tez sıxılır,
Sənin də qəlbində bərk tufan qopur?
Bəzən nəfəs almaq çətin olurmu,
Könlündə sevgidən nəsə qalırmı?

Əzizlər, yaxınlar, doğma içində,
Səndəmi özünü tək hiss edirsən?
Sevinib, şadlanan dostlar yanında,
Qəlbin sızıldayır, çıxıb gedirsən ?

Yoxsa illər onu silib aparıb,
Sevgi əvəzinə bir nisgil qalıb.
Məndəsə başqadır, qoy deyim sənə,
Baxışın könlümə odunu salıb.

Yadına düşürmü o gözəl günlər,,
Xəyallar səni də aparır ora.
Neyləsəm də olmur, bu düşüncələr,
Göynədir qəlbimi, lap çəkir dara.

Nə olar yuxuda sənlə görüşək,
Demirəm yenidən sənlə birləşək.
O ötən zamandan biz söhbət salaq,
Nə olar arabir dur gəl, dərdləşək.

YAŞIL GÖZLÜM

Bir payız fəslində gəzdim, dolaşdım,
Yaşıl gözlərinin sehrinə daldım.
Nə qədər çırpındım, qopmaq istədim,
Mən heç bacarmadım, orada qaldım.

Pərişan gözlərim yola dikildi,
Yaşıl gözlüm sənin üçün darıxdım.
Gecə -gündüz həsrətini çəkmişəm,
Sənin yollarına kədərlə baxdım.

İlk məhəbbət unudulmur ,deyirlər,
Gözlərinin sevdasına düşmüşəm.
Məhəbbət qəlbimi yaman incitdi,
Uzun illər qəm gölündə üzmüşəm.

Ömür boyu bu sevgiylə yaşadım,
Yaşıl gözlərindən doya bilmədim.
Qəlbimin alovlu ,xəlvət küncündən,
Gözlərə sevgimi silə bilmədim.

Könlüm o gözlərin intizarında,
O gözlər yadımdan heç çıxmadı da
Yuxuda da olsa bircə dəfə də,
O gözlər gözümə heç baxmadı da.

Hələ də ürəkdə izləri qalıb,
Bilmirəm görsəydim nələr olardı.
Mən özüm özümə heç güvənmirəm,
O gözlər canımı məndən alardı.

PAYIZ ÇAĞI

Xəyalınla söhbət etdim,
Mən soruşdum əhvalını.
Könlüm yaman çırpınırdı,
Görmək üçün hər halını.

Görəsən sən xəyalında,
Mənlə söhbət edirsənmi?
Yuxularda mənim kimi,
O yerlərə gedirsənmi?

Həsrət yamanca çoxalır,
Niyə görən payız çağı.
Çoşub yenə haray salır,
Könlümdəki qəm otağı.

Çiskin olur, yağış yağır,
Üşüdür həsrətin səsi.
Hava almaq olur ağır,
Yoxdursa sevgi nəfəsi.

Ötən günlər yada düşür,
Qəlb sıxılır payız çağı.
Zaman bir də geri dönməz,
Duman olur könül bağı.

QORXURAM

Sənə olan hisslərimi, illər boyu daşımışam,
Açıq, aşkar ölməsəm də, ölü kimi yaşamışam.
Çırpınardı könlüm daim, duyğularım nalə çəkib,
Yayın isti qızmarında, qış dumanı qəlbə çöküb.

Sənin üçün darıxmışam, duyğular görmək istərdi,
Qorxu məni üstələyər, ağıl isə yox deyərdi.
Əgər görsəm məhəbbətim bəlkə yenə alovlanar,
Sevgimizin sonu yoxdur, qəlbim kül olar, yanar.

Qorxuram ki, gözlərinin atəşindən yanaram,
Ürəyim də zəif düşüb, orda donub qalaram.
Düşüncələr yorur məni, ağlım görüşmə deyir,
Duyğularımsa həsrətdən acı çəkir, inləyir.

İllərin çox sualı ürəyimdə dolaşır,
Hisslərim görmək üçün alovlanır, alışır.
Bir tərəfdə qorxu var, tez-tez öndə dayanır,
Bir tərəfdə duyğu var, həsrət canımı alır.

Hansı daha üstündür, qorxu, yoxsa duyğular?
Cavab tapa bilmirəm, məni yorur suallar.
Qorxuram dözə bilmərəm, bu ayrılığa daha,
Zaman geri dönməyəcək, ümid yoxdur sabaha.

YENİ İLDƏ

Xoş arzular, diləklər,
Bu ildə çiçək açsın.
Hər evə, hər ailəyə,
Rəbbim nurunu saçsın.

Açsın səhər günəşi,
Hər ürəkdə doğulsun.
Sevgi dolu duyğular,
Könüllərə yayılsın.

Təzə ildə hər kəsin,
Çin olsun arzuları.
Uğurla gəlsin bu il,
Doğrulsun xəyalları.

Vətən torpaqlarına,
Şəhid gəlməsin daha.
Xoşbəxt olsun övladlar,
Dua edək Allaha.

Oğul balalarımız,
Otursun bəy taxtında.
Hər kəs öz sevdiyinə,
Qismət olsun vaxtında.

Ceyrantəki qızlara,
Qismət olsun vağzalı.
Valideynlər şükr etsun,
Olsun ağzı dualı.

Nənələr nəvələrə,
Desin şirin nağıllar.
Nağıllarda tanınsın,
Cəsur, qoçaq oğullar.

Yeni il ölkəmizə,
Gətirsin bolluq ruzi.
Ürəkdən sevindirsin ,
Yaradan hər birimizi.

Hər bir kəs xeyir tapsın,
Açılsın düyünləri.
Sevinc, şadlıq içində,
Başa çatsın günləri.

Xəstəlik, azar-bezar,
Uzaq dursun evlərdən.
Qeyd edək xoş günləri,
Dəstə tutaq güllərdən.

Ocaqlarda qazanlar,
Xoş ətirlə qaynasın.
Könüllərdə duyğular,
Həvəs ilə çağlasın.

Analar körpələri,
Nəvazişlə oxşasın.
Göyərçinlər səmada,
Sevinclə qanad çalsın.

Bir də doğma yurdumuz,
Görməsin müharibə.
Toy-düyün xonçaları,
Qismət olsun hər evə.

Gəlinlərin, qızların,
Xınalansın əlləri.
Sevgi duyğusu ilə,
Şadlansın könülləri.

Yeni ildə qəm, kədər,
Könüllərdən silinsin.
İnsanların sevgisi,
Üzlərində görünsün.

Paxıllıq, xudpəsənlik,
Yox olsun birdəfəlik.
Sevgi dolsun qəlblərə,
Xoş olsun həmişəlik.

Çətinliyin, acının,
Qoy tapılsın çarəsi.
Ürəklərdə yer tutsun,
Mən xoşbəxtəm kəlməsi.

Yeni ildə hər bir kəs,
İstədiyinə çatsın.
Gecələri yataqda,
Vicdanı rahat yatsın.

Yeni ildə ay dostlar,
Kimsə qəlbə dəyməsin.
Adamlar inciməsin,
Qamətini əyməsin.

Sevinək yeni ildə,
Açılsın ürəyimiz.
Sağlam olsun canımız,
Xoş olsun hər ilimiz!

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı

SUSAN VAXTIMDI

Oturmuşam sakitcə qara daşımın üstə,
Həsrət öz mahnısını hey oxuyur ahəstə,
Yollar da göz önündə uzandıqca uzanır,
Elə bil intizarım qalmağa vaxt qazanır.
Nə ağ atlı oğlan var, nə də bir ağ göyərçin,
Nə də səbəb tapmıram danışıb gülmək üçün.
Yolları gözlərimə çəkməyə gücüm çatmır,
Nə xəyallar, nə də ki, zaman başımı qatmır.
Fikirlər var gəl edir, o tərəf, bu tərəfə,
Dolaşmışam kələfə.
Həyəcan asılıbdı qəlbimin hər telindən.
Can qurtara bilmirəm, sualların əlindən.
Qəm tutub qollarımdan, çarmıxa çəkmiş kimi,
Nə düşünür görəsən bu cəzanın hakimi?
Otağımın cibinə bənzəyən pəncərəmdən ümüd dolu boxçamı,
Külək alıb, qaçıbdı
Vüsal bir ağ bayrağı ürəyimə sancıbdı.
Ayağımın dibində ümüdlərim oturub,
Sükutun uğultusu qulağımı batırıb.
Dodaqlarım açılmır, ağzıma su almışam,
Tənhalıq heykəlitək elə donub qalmışam…
Hər kəsin bir susan vaxtı, hər kəsin bir susan baxtı var!
Sükutun öz taxtı var!
Bu gün susan vaxtımdı,
Qoy sevinsin intizar…!

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Valeh Heydər – BİR EV DƏRDLİ DANIŞDI


BİR EV DƏRDLİ DANIŞDI

(təmsil)

Yaraşıqlı bir Evin
Üstün çən- duman aldı
Qurduğu xoş xəyallar
Yavaş-yavaş yox oldu.
Gündən-günə sıxıldı,
O gördükcə öz halın,
Bir gün gücü tükəndi,
Dərd-qəm pozdu əhvalın.
Dedi: “Əvvəl içimdə
Yaşanırdı səadət,
Hər sözdə, hər əməldə
Vardı düzlük, ədalət.
Ərlə-arvad siması
Bəzəyirdi bu Evi,
Hər ikisi deyirdi,
Qadir çox şeyə sevgi.
Dəyişdikcə zəmanə,
Münasibət pozuldu,
Ən qiymətli dəyərlər
Tamam fərqli yozuldu.
İndi məni üşüdür
Otaqların havası,
Sanki bura olmayıb
Sevənlərin yuvası.
Hətta ər ilə arvad
Tay ayrılmaq istəyir,
İş o yerə çatıb ki,
Bir-birini pisləyir.”
Davam edib sözünə,
Ev çox dərdli danışdı
O özünü bir vaxtlar
Ali məbəd sanmışdı.
Gördü, indi dağılır
Yavaş-yavaş bu məkan,
Səhv atılan addımlar,
Verir bu işə təkan.
Gəl, dağıtma, ey insan,
Öz əlinlə Evini,
Çətin olur qaytarmaq
İtirilmiş sevgini.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – ETÜDLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

BEŞİNCİ YAZI – MİNİATÜRLƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığı yerdən davam edir.

Azərbaycan ədəbiyyatında elə qələm sahibləri var ki, onların yaradıcılığı təkcə estetik zövq oyatmır, eyni zamanda oxucunu varlıq, insan və Yaradan haqqında düşünməyə vadar edir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanım məhz belə sənətkarlardandır.

“Mən qədərə inanıram”

Tanınmış şair və ədəbiyyatşünas alim Qəndab xanımın “Ətirli güllər” kitabında 110-cu səhifədə yer almış “Mən qədərə inanıram” adlı miniatürü həcminin kiçikliyinə baxmayaraq, daşıdığı fəlsəfi yük, həyat və insan haqqında irəli sürdüyü konseptual düşüncə baxımından böyük bir mətn təsiri bağışlayır. Bu yazı sadəcə bir bədii parça deyil, insan şüurunun, iradəsinin və zamanla münasibətinin poetik-fəlsəfi həllidir desək, yanılmarıq.

Miniatürün ilk cümləsi oxucunu dərhal sarsıdır: “Nə ona, nə sənə, nə də özümə inanmıram, yalnız qədərə inanıram!” Bu cümlə zahirən ifrat fatalizmi xatırlatsa da, mətn irəlilədikcə aydın olur ki, müəllif kor-koranə təslimçiliyi deyil, hadisələrin səbəb–nəticə zəncirində formalaşan labüd həqiqəti nəzərdə tutur. Qəndab xanım üçün qədərlik anlayışı mistik deyil, düşüncə, hərəkət və nəticənin vəhdətindən doğan obyektiv gerçəklikdir.

Müəllif “nəticə – hadisənin sonudur” deyərkən, insanın düşüncə və davranışlarının dünyada boşluqda yoxa çıxmadığını, əksinə, konkret hadisələrə çevrildiyini vurğulayır. Burada insan məsuliyyəti xüsusi önəm daşıyır. Qəndab xanım qədərlə insan iradəsini bir-birinə zidd qoymur; əksinə, onları bir-birini tamamlayan proseslər kimi təqdim edir. Hər bir hərəkətin onu edən insan üçün “o anın ən doğru hərəkəti” olması fikri, zamanın nisbi həqiqətlərini, insanın seçimlərinin subyektiv doğruluğunu açır.

Miniatürün gücü ondadır ki, müəllif “doğru” anlayışını mütləqləşdirmir. Doğruların kəsişdiyi, birləşdiyi anlarda hadisənin baş verməsi fikri, həyatın çoxsəsli və çoxistiqamətli axarını simvolizə edir. Bu yanaşma Qəndab xanımın həm alim, həm də şair təfəkkürünün sintezindən doğur: elmi səbəbiyyət anlayışı poetik obrazlılıqla ifadə olunur.

“Qədər də elə budur” cümləsi miniatürün ideya kulminasiyasıdır. Burada müəllif oxucuya qədərlik anlayışını yenidən düşünməyi təklif edir. Qədər – keçmiş, indi və gələcəyin bir xətt üzərində birləşməsidir; olmuşun dəyişməzliyi, olanın reallığı və olacağın qaçılmaz ehtimalıdır. Bu baxımdan mətn zaman fəlsəfəsi ilə insan psixologiyasını bir nöqtədə birləşdirir.

Miniatürün sonunda başlanğıca qayıdış – “Mən qədərə inanıram, nə ona, nə sənə, nə də özümə inanmıram” – kompozisiya baxımından dairəvi strukturu tamamlayır. Bu, həm də həyatın dövri xarakterinə, insanın eyni suallara yenidən və yenidən qayıtmasına işarədir. Oxucu bu cümləni artıq ilk oxuduğu kimi deyil, daha dərin, daha məsuliyyətli anlamda qəbul edir.

Ümumilikdə, “Mən qədərə inanıram” miniatürü Qəndab xanımın ədəbi yaradıcılığında insan, zaman və məsuliyyət mövzularının yığcam, lakin yüksək fəlsəfi səviyyədə ifadəsidir. Bu mətn oxucuya hökm vermir, onu düşünməyə məcbur edir; inancı sorğulayır, lakin ümidsizliyə sürükləmir. Qəndab xanım bu miniatürlə sübut edir ki, bəzən bir səhifəlik mətn bütöv bir kitabın deyə bilmədiyini deyə bilər.

“Gerçək Xəyal” (səh.109)

“Gerçək Xəyal” miniatürü Qəndab xanımın poetik-fəlsəfi düşüncə tərzinin, daxili dünyasının və insan ruhuna yönəlmiş estetik baxışının parlaq ifadəsidir. Bu mətn həm janr baxımından, həm də məna dərinliyi etibarilə klassik miniatür çərçivələrini aşaraq publisistik düşüncə ilə bədii lirikanın qovuşuğunda formalaşan nadir nümunələrdəndir.

Miniatürün adının özü – “Gerçək Xəyal” – artıq oxucunu paradoksal bir fəlsəfi müstəviyə dəvət edir. Burada xəyal gerçəkləşir, gerçək isə xəyal kimi əriyib gedir. Qəndab xanım insanın yaşadığı hisslərin, xatirələrin və zamanla dəyişən duyğuların nisbi mahiyyətini açır. “Ayaqları torpaqdan üzülən də”, “sevincindən quş kimi göylərə uçan da” ifadələri ilə insanın həm maddi, həm də mənəvi aləmdəki halı bir-birinə calanır. Bu, insanın həyat boyu keçdiyi emosional trayektoriyanın poetik xəritəsidir.

Mətn boyunca Xəzərin maviliyi xüsusi rəmzi məna daşıyır. Gözlərin maviliyinin Xəzərlə qarışması təsadüfi deyil. Burada vətən, yaddaş, həsrət və sevgi birləşir. Qəndab xanım üçün Xəzər yalnız coğrafi məkan deyil, ruh halıdır, daxili sükutun və fırtınanın eyni anda yaşandığı mənəvi aynadır. “Hər an həsrətlə yolunu gözləyən gözlər” obrazı isə insanın bitməyən gözləntisini, taleyin arxasınca baxmaq məcburiyyətini simvolizə edir.

Miniatürün ən güclü fəlsəfi qatlarından biri müəllifin öz “mən”ini zaman içində dəyişən bir varlıq kimi təqdim etməsidir: “Mən necə dəyişərdim, lap hava kimi!” Bu etiraf insanın həyatla birlikdə dəyişən xarakterini, duyğularının kövrəkliyini göstərir. Amma qarşı tərəf – “Sən” – həmişə daş kimi, qaya kimi təsvir olunur. Bu sabitlik həm güc, həm də soyuqluq rəmzidir. Sanki həyatın axarında yalnız xatirələr dəyişir, amma bəzi obrazlar daşlaşaraq zamanın fövqündə qalır.

Miniatürün kulminasiya nöqtəsi müəllifin “indi çönüb arxaya baxanda Səni görmürəm” etirafıdır. Bu cümlə təkcə bir sevginin yoxluğu deyil, bir mərhələnin bitməsi, insanın öz keçmişi ilə vidalaşmasıdır. “Çünki yoxsan, Sən bir Xəyalsan!” fikri gerçəkliyin sərt hökmüdür. Burada Qəndab xanım oxucunu acı bir ayılmaya aparır: bəzən həyat boyu arxasınca getdiyimiz, dəyişməz sandığımız varlıqlar yalnız irəli baxanda görünür, geriyə dönəndə isə xəyala çevrilir.

“Gerçək Xəyal” yalnız şəxsi hisslərin ifadəsi deyil, eyni zamanda müasir insanın psixoloji durumuna ünvanlanan publisistik çağırışdır. Mətn oxucunu düşünməyə vadar edir: biz nəyə gerçək deyirik, nəyə xəyal? Həyatda sabit bildiklərimiz doğrudanmı mövcuddur, yoxsa biz irəli baxdığımız üçün onları görürük? Qəndab xanım bu sualları birbaşa deyil, poetik-fəlsəfi dillə, incə duyğu qatları vasitəsilə təqdim edir.

Qəndab xanımın “Gerçək Xəyal” miniatürü onun həm alim dəqiqliyini, həm də şair həssaslığını özündə birləşdirən sanballı ədəbi nümunədir. Bu mətn oxucunu yalnız estetik zövqlə deyil, dərin düşüncə ilə də baş-başa qoyur. Miniatür sübut edir ki, kiçik həcmli mətnlər də böyük həyat həqiqətlərini daşıya bilər. “Gerçək Xəyal” insan ruhunun yaddaşında uzun müddət yaşayan, oxunduqca yeni mənalar açan bir ədəbi düşüncə məkanıdır.

“Sevgi yağışı” (səh. 111)

Qəndab xanımın “Sevgi yağışı” adlı miniatürü poetik həcmin kiçikliyinə baxmayaraq, mənaca son dərəcə geniş, fəlsəfi baxımdan isə dərin bir mətndir.

Bu miniatür ilk cümləsindən etibarən oxucunu sevginin ümumbəşəri məkanına aparır:
“Hara baxırdımsa hər yerdə sevgi görürdüm…”
Bu cümlə adi müşahidə deyil, kainata sevgi prizmasından baxan bir idrakın etirafıdır. Burada sevgi konkret bir insanla, bir münasibətlə məhdudlaşmır; o, varlığın öz mahiyyətinə çevrilir. Göylərdən yağan sevgi metaforası ilahi başlanğıcı simvolizə edir. Sevgi artıq hiss yox, varlığı yaşadan ilahi enerjidir.

Miniatürdə təbiət obrazları xüsusi semantik yük daşıyır. Bir-birinə sarı əyilən ağaclar, bir-birinə sarmaşan budaqlar, titrəşən yarpaqlardan süzülən sevgi – bütün bunlar kainatda qarşılıqlı bağlılıq ideyasını ifadə edir. Qəndab xanım bu təsvirlərlə göstərir ki, sevgi yalnız insanlara məxsus deyil; o, təbiətin dilidir, varlığın öz ahəngidir.

Mətnin ən təsirli məqamlarından biri sevginin mərhələli hərəkət trayektoriyasıdır: göydən yerə, yerdən torpağın dərinliklərinə, oradan isə sonsuzluğa doğru. Torpaq burada “nəhəng bir Ana” kimi təqdim olunur. Bu obraz həm ana bətnini, həm də insanın mənşəyini xatırladır. Sevgi torpağın dərinliklərinə işləndikcə, kainat “nəhayətsiz bir sevgi dənizində” salınan varlıq kimi təsvir edilir. Bu, sufi düşüncəsinə xas olan vəhdət ideyasının poetik ifadəsidir.

Miniatür təkcə təsvirlə kifayətlənmir, dərin idrak mərhələsinə keçir. Müəllif gördüyü gözəlliklərin arxasında duran “güc və qüdrəti” dərk etdikcə, mənəvi xoşbəxtlik zirvəsinə yüksəlir. Burada sevgi artıq emosional hal yox, idrakın kamillik mərhələsidir. Sevgi insanı Allaha aparan yol kimi təqdim olunur.

Mətnin finalı isə publisistik baxımdan son dərəcə güclü və sarsıdıcıdır:
“ALLAHIM! Sən qəlbimi eşq ilə doldurdun, mənə sevdiyimi verdin, sevdiyim isə məni SƏNƏ göndərdi…”
Bu cümlə ilahi eşqin fəlsəfəsini açır: insan sevdiyi vasitəsilə Allaha doğru yol alır. Burada məhəbbət bir məqsəd yox, vasitədir – mənəvi yüksəlişin körpüsüdür.

Qəndab xanımın “Sevgi yağışı” miniatürü müasir insanın mənəvi aclığı fonunda xüsusi aktuallıq kəsb edir. Maddiləşmiş dünyada unudulan sevgi anlayışı bu mətndə yenidən ilahi mənasına qovuşur. Alim dəqiqliyi ilə qurulan məntiq, şair həssaslığı ilə yaradılan obrazlar bu miniatürü həm ədəbi, həm də fəlsəfi baxımdan dəyərli edir.

Nəticə etibarilə, “Sevgi yağışı” sadəcə poetik miniatür deyil, insanın özünə, kainata və Yaradanına ünvanlanan mənəvi çağırışdır. Bu əsər bir daha sübut edir ki, Qəndab xanımın yaradıcılığında söz təkcə estetik vasitə deyil, həm də idrak, iman və mənəvi kamillik yolunun işığıdır. Sevginin kainat miqyasında poetik təcəssümüdür.

“Sevmək” (səh. 130)

Qəndab xanımın “Sevmək” adlı miniatürü Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində sevgi anlayışına verilmiş ən kamil, ən dolğun və eyni zamanda ən səmimi təriflərdən biri kimi diqqəti cəlb edir. Bu mətn nə klassik şeir çərçivəsinə sığır, nə də sırf aforizm məntiqi ilə məhdudlaşır. O, publisistik dərinliyi, bədii-estetik yükü və mənəvi məsuliyyəti birləşdirən sevgi haqqında konkret tezislər təsiri bağışlayır.

Miniatürün ilk cümləsi oxucunu adi duyğular müstəvisindən çıxararaq, sevginin yaradıcı və qurucu mahiyyətini ön plana çəkir:
“Sevmək – yalnız gözəlliklərdən və bu gözəlliklərin yaratdığı hiss və duyğulardan ibarət özəl bir dünya yaratmaqdır.”
Burada sevgi passiv yaşantı deyil, daxili aləm qurmaq bacarığı, ruhun memarlığı kimi təqdim olunur. Qəndab xanım sevgi anlayışını emosional təsirdən çox, daxili nizam və mənəvi dünya kimi dəyərləndirir.

Miniatür boyu sevgi bir neçə əsas semantik ox üzrə inkişaf edir əsas tezislər):

-Sığınacaqdır – həyatın keşməkeşlərindən yorulan insanın ruhən dincəldiyi yer;

-Təmizlikdir – cismani və ruhi paklanma;

-Ucalıqdır – uzaq ulduzu qoparıb qəlbinə qoymaq qədər əlçatmaz, amma arzu olunan yüksəklik.

Bu məqamda sevgi həm insani zəifliklərin dərmanı, həm də insanı fövqəladə ucalığa qaldıran qüvvə kimi təqdim edilir. Qəndab xanımın dili ilə sevgi, insanı yerdən göyə aparan mənəvi pilləkəndir.

Miniatürdə sevginin ilahi mənbəyi xüsusi vurğulanır:
“Yaradanın canlılara bəxş etdiyi ən böyük nemətdir.”
Bu yanaşma sevginin yalnız fərdi seçim deyil, mənəvi əmanət olduğunu göstərir. Sevən insan bu neməti daşımağa layiq olmalı, onun məsuliyyətini dərk etməlidir. Sevgi burada həm nemət, həm də imtahandır.

Əsərin ən güclü tərəflərindən biri sevginin romantik ideal kimi yox, çətin yol kimi təqdim edilməsidir:
“Sevdiyin uğrunda hər şeyi, hətta canını belə fəda etməyi bacarmaqdır; … / ən çətin olanı seçməkdir.”
Bu fikirlər sevginin rahatlıq yox, cəsarət, qurban, iradə tələb etdiyini açıq şəkildə ortaya qoyur. Qəndab xanım sevgini zəiflərin sığındığı təsəlli deyil, güclülərin seçimi kimi təqdim edir.

Miniatürün fəlsəfi zirvəsi sevginin zamandan və fərdə bağlı olmaması ideyasıdır:
“Əbədi Sevgi zəncirinə bir halqa atmaqdır.”
Burada sevən insan artıq təkcə özü üçün yaşamır; o, əbədiyyətə qoşulur, nəsillərarası mənəvi davamlılığın bir hissəsinə çevrilir. Sevgi bu mənada insanı Yaradanla yaxınlaşdıran yol kimi dərk olunur.

Əsərin finalı publisistik gücü ilə seçilir:
“Ürək istər, güc istər, Dostum! Sən bunu bacarmazsan!”
Bu cümlə oxucuya atılan açıq çağırışdır. Müəllif sevgini ideallaşdırmır, əksinə, onu hamının bacara bilmədiyi yüksək mənəvi səviyyə kimi təqdim edir. Bu çağırış həm sarsıdır, həm düşündürür, həm də oxucunu öz daxili imkanları ilə üz-üzə qoyur.

Qəndab xanımın “Sevmək” miniatürü Azərbaycan ədəbi düşüncəsində sevgi mövzusuna yeni fəlsəfi dərinlik gətirən, oxucunu hissdən çox məsuliyyətə, romantikadan çox kamilliyə səsləyən sanballı bir mətn nümunəsidir. Bu miniatür sevginin nə olduğunu izah etmir – sevginin kimə yaraşdığını göstərir.

Bu baxımdan “Sevmək” təkcə ədəbi nümunə deyil, ruhi ölçü, mənəvi meyar, insanlıq imtahanıdır.

Ümumilikdə Qəndab xanımın alim dəqiqliyi, şair həssaslığı ilə qələmə aldığı duyğuları, hiss və həyacanı sadəcə poetik miniatür deyil, insanın özünə, kainata və Yaradanına ünvanlanan mənəvi çağırışdır. Ən ali məqam – yaradılışa, oyanışa, hərəkətə olan sevgidir. Bu əsərlər bir daha sübut edir ki, Qəndab xanımın yaradıcılığında söz təkcə estetik vasitə deyil, həm də idrak, iman və mənəvi kamillik yolunun işığıdır. Sevginin kainat miqyasında poetik təcəssümüdür.

Növbəti yazımızda Qəndab xanımın esselərindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – ESSELƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>> GÜL ƏTİRLİ KİTAB – ŞEİRLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

DÖRDÜNCÜ YAZI – ETÜDLƏR

    Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edirik.

    Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın “Ətirli güllər” kitabında  99-cu, 100-cü və 131-ci səhifələrdə yer almış etüdləri əsasında söhbətimizi qurmağa çalışacağam. Bu etüdlər çağdaş ədəbiyyatımızda insanın daxili ağrısının, tənhalığının və susqun fəryadının bədii-publisistik ifadəsi kimi diqqəti cəlb edir. Bu mətnlərdə süjetdən çox hal, hadisədən çox hiss, personajdan çox insan taleyi ön plana çıxır. Etüd janrının imkanları daxilində Qəndab xanım oxucunu konkret bir hadisənin deyil, ümumbəşəri bir duyğunun içinə çəkir.

  Qəndab xanımın “Ətirli güllər” kitabında 99-cu səhifədə ana haqqında, ana məhəbbəti mövzusunda, yuva-ocaq barədə – bağlılıq və azadlığı simvolizə edən iki etüd yer alıb.


    Birinci etüd: Ana – azadlığa açılan ilk yuva (səh. 99)

    Birinci etüddə müəllif bizi uşaqlıq xatirələrinin saf və işıqlı məkanına aparır. Qaranquş obrazı təsadüfi deyil. Qaranguş xalq yaddaşında baharın müjdəçisi, ocağın qoruyucusu, evin bərəkət simvoludur. Qəndab xanım qaranguş balalarının uçuşunu müşahidə etməklə əslində insan ömrünün ən həssas mərhələsini — Ana qucağından dünyaya açılma anını təsvir edir.

“Və bir payız mən də o qaranguş balalarıtək qanadlanıb süd qoxulu yuvamdan uçdum…”

Bu cümlə publisistik baxımdan olduqca güclüdür. Burada Ana “süd qoxulu yuva” metaforası ilə təqdim olunur. Süd — həyatın başlanğıcıdır, təmizlikdir, halal zəhmətdir. Deməli, Ana yalnız sevgi deyil, mənəvi mayadır.

    Müəllif azadlığa uçur, ölkələr, sərhədlər keçir, lakin vacib bir həqiqəti vurğulayır:
Azadlığın da sərhədi var və o sərhəd Anadır.

“…yuvamdan aldığım azadlığın sərhədi keçilməz sərhəddim oldu, Ana!”

Bu fikir çağdaş insanın böyük faciəsini də açır: texniki cəhətdən sərhədlər aşılır, amma mənəvi sərhədlər aşılmamalıdır. Ana bu sərhəddir.

   İkinci etüd: Ana – itki və qayıdış (səh. 99)

   İkinci etüd artıq itki ilə üz-üzədir. Burada ton dəyişir, ritm ağırlaşır, cümlələr sanki nəfəs ala-ala yazılıb. Ana artıq gözləyən deyil, yoxluğu ilə var olan bir məfhuma çevrilir.

“Sənin belin əyilən gün mənim dünyam yıxıldı, ANA!”

Bu cümlə publisistik mətn üçün güclü ictimai mesaj daşıyır. Çünki Ana yalnız fərdi ailə itkisi deyil, dünyanın dağılmasıdır. Ana varsa, dünya var; Ana yoxdursa, dünya mənasını itirir.

    Müəllifin “kəpənəktək uça-uça, sürünə-sürünə geri dönmək” obrazı insanın Ana itkisindən sonra yaşadığı mənəvi boşluğu təsvir edir. Bu artıq uçuş deyil, bu — yaralı qayıdışdır.

   İkinci etüdün ən güclü publisistik nöqtəsi son cümlələrdə cəmlənir:

“”Ana” deyib gözlərim dolanda bəzilərinin “Neçə yaşı var?” sualı. Ananın yaşı olarmı, ANA?!”

Bu sual təkcə şəxsi etiraz deyil. Bu, cəmiyyətə ünvanlanan vicdan sualıdır. Ana yaşı ölçülən varlıq deyil. Ana — zamanın özüdür. Ana — keçmiş, indi və gələcəyin birləşdiyi nöqtədir.

    Burada Qəndab xanım müasir insanın duyğu kasadlığına, mənəvi laqeydliyinə incə, amma sarsıdıcı şəkildə toxunur.

    Bu iki etüd birlikdə oxunduqda sadəcə ədəbi nümunə deyil, müasir cəmiyyətdə ailənin mənəvi kodeksi təsiri bağışlayır. Qəndab xanım Ana mövzusunu nə pafosla, nə süni göz yaşı ilə təqdim edir. O, həyatın öz dili ilə danışır.

    Bu etüdlər oxucuya xatırladır:

azadlıq Anadan başlayır,

qayıdışın ünvanı Anadır,

Anasız qalanda dünya səssizcə uçuruma yuvarlanır,

və Ananın yaşı soruşulmaz — Ana zamanın özüdür.

Qəndab xanım bu etüdlərlə oxucunu bir daha öz Ana yaddaşı ilə üz-üzə qoyur. Bu isə publisistikanın ən ali missiyasıdır — oyatmaq, silkələmək, xatırlatmaq.

Ədəbiyyatda bir mövzu var ki, zaman dəyişir, nəsillər dəyişir, estetik cərəyanlar dəyişir, amma o mövzu heç vaxt köhnəlmir. Ana mövzusu məhz belə mövzulardandır. Qəndab xanımın “Ana haqqında” yazdığı birinci və ikinci etüd də bu əbədi mövzunun müasir duyumla, dərin yaddaşla və insani ağrı ilə ifadəsidir.

   Bu etüdlərdə Ana sadəcə bioloji varlıq deyil. O, yurd, sərhəd, vicdan, qayıdış və mənəvi ölçü vahidi kimi təqdim olunur.

     Birinci etüddə (səh. 100 – yuxarıda) hərəkətli şəhər mərkəzi fonunda təqdim olunan obraz zahirən hamı kimidir: addımlayır, izdihamın içindədir, insanlar arasındadır. Amma bu zahiri dinamikanın altında ağır bir daxili yük gizlənir. Müəllif “çiyinlərindən asılan ağır yük” metaforası ilə insanın görünməyən dərdini oxucuya hiss etdirir. Bu yük nə fiziki, nə də maddidir – bu, insanın ürəyində daşıdığı kədərdir.

    Obrazın baxışları ətrafdakı adamlarda “öz dərdinin bənzərini” axtarır. Bu sual — “Görəsən, bu adamların arasında onun yaşadığı hisslərin eynisini yaşayan biri varmı?” — əslində bütün bəşəriyyətə ünvanlanmış sualdır. Qəndab xanım burada müasir insanın ən böyük faciəsini göstərir: izdiham içində tənhalıq.

     Axşamın alaqaranlığında bu baxışları görən yoxdur. Çünki cəmiyyət çox vaxt insanın içində baş verənləri görmək istəmir. Lakin etüdün son cümləsi oxucuya ağır bir həqiqəti çatdırır: “dünyada ən bədbəxt adamın anası xəstə olan adam” olduğuna inanmaq. Bu fikir ana obrazını bütün dərdlərin mərkəzinə gətirir və mətnə milli-mənəvi dərinlik qazandırır. Burada ana yalnız bir insan deyil, müqəddəsliyin, həyatın və vicdanın simvoludur.

      İkinci etüd (səh. 100 – aşağıda) daha çox alleqorik və simvolik məna daşıyır. Gecə saat 12-dən sonra sönmüş işıqlara baxan obrazın xatirələri onu toyuq kümesinə aparır. Bu təsvir ilk baxışda sadə görünsə də, dərin fəlsəfi qatlara malikdir.

Küməyə yığışan toyuqlar — təhlükəsizliyi seçənlər, çöldə qalanlar isə — taleyin sərt üzü ilə üzləşənlərdir. Qaranlıqda çaqqalın, tülkünün caynağına keçən, yaxud xəstəlikdən kənarda büzüşüb ölən toyuqlar insan həyatının acı gerçəklərini xatırladır: cəmiyyətin qoruyucu çərçivəsindən kənarda qalanların aqibəti çox vaxt faciəli olur.

     Bu etüddə Qəndab xanım təhlükəsizlik, mərhəmət, biganəlik və məsuliyyət anlayışlarını sadə, lakin sarsıdıcı bədii detal vasitəsilə təqdim edir. Sönmüş pəncərələr insan qəlbinin işıqsızlığına, laqeydliyə işarədir. Müəllif oxucunu sual qarşısında qoyur: biz kimik — küməyə girənlər, yoxsa çöldə qalanlara baxıb susanlar?

  “Bir kitab yazacaqdım!” (səh. 131)

   Bəzən ədəbiyyatda yazılmamış əsərlər yazılmışlardan daha çox danışır. Qəndab xanımın “Bir kitab yazacaqdım!” adlı etüdü məhz bu qəbildəndir. Bu mətn bir kitabın deyil, bütöv bir ömrün etüdüdür; bir ideyanın yox, insan taleyinin fəlsəfi eskizidir. Burada müəllif oxucunu hadisələrə yox, düşüncəyə; süjetə yox, daxili hesabatlara aparır.

    Etüdün ilk cümləsindən oxucu anlayır ki, söhbət adi bir bədii niyyətdən getmir. “Bir kitab yazacaqdım; adını “Ölüm və həyat” qoyacaqdım” — bu cümlə bir yaradıcılıq planı deyil, varoluş manifestidir. Qəndab xanım ölümü və həyatı bir-birinə qarşı qoymur; onları gecə ilə gündüz kimi iç-içə, ayrılmaz təqdim edir. Bu yanaşma müəllifin həm alim, həm də şair dünyagörüşünün sintezindən doğur: həyat yalnız yaşamaq deyil, ölümün fərqində olaraq yaşamaqdır.

Müəllifin toxunduğu əsas məqamlardan biri insanların bu həqiqəti dərk etməməsidir. Qəndab xanım yazır ki, çoxları doğulandan ölənə qədər həyatla ölümün bu yaxınlığını anlamır, anlayanların bir qismi isə bu duyğunu yaşaya bilmir. Bu fikir publisistik gücü ilə oxucunu silkələyir: cəmiyyətin ən böyük faciəsi ölümü unutmaq yox, həyatı dərk etmədən yaşamaqdır.

     Etüddəki obrazlı ifadələr — gülüşdən doğulan ölümlər, göz yaşından pöhrələnən sevgilər — Qəndab xanımın poetik düşüncə tərzinin bariz nümunəsidir. Burada sevgi romantik hiss deyil, ağrıdan doğan bir varlıq formasıdır. Ölüm isə son deyil, mənanın başlanğıcıdır. Müəllif üçün ağlamaq belə katarsis gətirmir; “gözlərimdən yaş çıxmayacaqdı” deməklə o, insanın bəzən ağlamaqdan da məhrum qaldığı ruhi donuqluğu göstərir.

    Etüdün ikinci hissəsində kitabın adının dəyişməsi — “Ölüm və həyat”dan “Olum və Ölüm”ə keçid — təsadüfi deyil. Bu dəyişiklik düşüncənin dərinləşməsidir. Burada müəllif bioloji doğumdan əvvəlki və sonrakı metafizik mərhələlərə toxunur: doğulmadan ölənlər, doğularkən ölənlər, doğulub yaşaya bilməyənlər… Bu cümlələr sadəcə ədəbi obraz deyil, həm də sosial və mənəvi ittihamdır. Cəmiyyətin yaratdığı şəraitdə yaşamaq hüququndan məhrum edilən talelərin sükutlu fəryadıdır.

    Qapaq rəsmi ideyası — bir körpə və bir də taxta başdaşı — etüdün simvolik zirvəsidir. Bu iki obraz arasında bütün insan ömrü yerləşir. Qəndab xanım burada oxucuya açıq sual verir: bu iki nöqtə arasında sən nə qədər yaşadın? Sadəcə mövcud oldun, yoxsa var oldun?

    Etüdün ən sarsıdıcı cümləsi isə sondadır: “Heyif, öldüm!” Bu ifadə fiziki ölümün yox, yazılmamış sözlərin, deyilməmiş həqiqətlərin, yaşanmamış duyğuların ölümüdür. Bu, bir insanın yox, bir kitabın, bir imkanın, bir həqiqətin ölümüdür. Əslində isə bu cümlə oxucuya ünvanlanmış xəbərdarlıqdır: yazılmamış kitablar, yaşanmamış həyatlara çevrilməsin.

    “Bir kitab yazacaqdım!” etüdü Qəndab xanımın poetik-fəlsəfi dünyasının konsentratıdır. Bu mətn nə yalnız ədəbiyyatdır, nə də yalnız publisistika — bu, insanın özü ilə apardığı ağır və səmimi dialoqdur. Qəndab xanım bu etüdlə sübut edir ki, bəzən bir yazılmamış kitab, yüz yazılmış kitabdan daha çox həqiqət deyə bilir.

    Əgər bu etüd bir kitab olsaydı, bəlkə də adı “Ölüm və həyat” deyil, “Dərk etmədiyimiz ömür” olardı. Amma müəllifin demədikləri də dedikləri qədər güclüdür. Və məhz bu susqunluq Qəndab xanım yaradıcılığının ən dərin səsidir.

    Bu etüdlərin əsas gücü ondadır ki, Qəndab xanım elmi düşüncə ilə poetik duyumu, publisistik mövqe ilə bədii ifadəni ustalıqla birləşdirir. Mətnlər oxucuya hökm vermir, amma onu düşünməyə məcbur edir. Müəllif cəmiyyətin ağrılı nöqtələrinə toxunur: ana dərdi, tənhalıq, biganəlik, qorunmayan zəiflər.

    Bu yazılar yalnız ədəbi nümunə deyil, həm də mənəvi çağırışdır. Qəndab xanım oxucuya demək istəyir ki, insanın dərdi səssiz ola bilər, amma o dərd görməzlikdən gəlinəndə cəmiyyətin vicdanında çat yaranır.

    “Ətirli güllər” kitabından olan bu etüdlər Qəndab xanımın sözə yalnız estetik vasitə kimi deyil, məsuliyyət daşıyan bir silah kimi yanaşdığını göstərir. Bu mətnlər oxucuya şəhərin gurultusu içində susan insanları görməyi, gecənin qaranlığında işıqsız qalan taleləri unutmağı deyil, xatırlamağı və dərk etməyi öyrədir.

    Qəndab xanımın bu etüdləri müasir Azərbaycan publisistikasında insan ruhunun müdafiəsinə qalxan sanballı bədii nümunələr kimi dəyərləndirilməlidir.

    Növbəti yazımızda Qəndab xanımın miniatürlərindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – MİNİATÜRLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I