Etibar Həsənzadənin Zəfərlərə Doğru’ kitabı haqqında Prof Zakir Kayanın düşüncələri

Etibar Həsənzadənin Zəfərlərə Doğru’ kitabı haqqında Prof Zakir Kayanın düşüncələri

“Zəfərlərə Doğru” yalnız bir kitab deyil; bu, bir millətin dirçəlişini, bir coğrafiyanın yaddaşını və bir ruhun yenidən doğuşunu sənədləşdirən canlı bir tarix salnaməsidir. Bu dəyərli əsərin müəllifi Etibar Həsənzadə, qələmilə yalnız söz yazmayıb — tarixin vicdanına iz salmış, millət sevgisini, vətən fəxrini və Türk birliyini poeziyanın və
elmin zirvəsinə daşıyıb.

Kitabın hər səhifəsi 44 günlük Vətən müharibəsinin səsinə, Tovuz döyüşlərinin alovuna və Şuşa zəfərinin ucalığına şahidlik edir. Hər misra yalnız müharibəni deyil, həm də sülhü, birliyi və Türk dünyasının
əbədi qardaşlığını təcəssüm etdirir. Yazar Etibarın qələmi, həm tarixə, həm də gələcək nəsillərə yönəlmiş mənəvi bir manifestdir. İlk oxuduğum andan etibarən, bu əsər məndə dərin təsir oyatdı. Akademik baxışla gördüm ki, bu kitab klassik tarix yazımının sərhədlərini aşır; sözün elm, əxlaq və estetik gücünü birləşdirir. Hər şeir, hər poema, hər fakt səhifəsi yalnız Azərbaycan deyil, bütün Türk dünyasının ortaq destanını toxuyur. Əsərin mərkəzindəki qəhrəmanlar — şəhidlər, qazilər, analar, müəllimlər və səssiz fədakarlar — yalnız xatırlanmır, həm də yaşadılır. Hər səhifədə
onların cəsarəti, fədakarlığı və vətən sevgisi hiss olunur. Bu kitab oxucunu yalnız düşündürmür, həm də hiss etdirməyi bacarır. Kitabın elmi və ədəbi dəyərləri bir-birini tamamlayır: tarix bilikləri ilə sənət, faktla duyğu və qələmlə qürur vəhdət təşkil edir. Qarabağın azadlığı uğrunda verilən mübarizənin yalnız bir savaş deyil, həm də bir
mədəniyyət və milli şüur mücadiləsi olduğunu hər bölüm xatırladır. Müharibənin müxtəlif mərhələləri, qəhrəmanların rolu və Türk dünyasının dəstəyi kitabda incə, lakin təsirli şəkildə təqdim olunur. Polad Həşimov və
digər qəhrəmanların adları, onların fədakarlığı və qəhrəmanlığı həm tarixi bir sənəd, həm də gələcək nəsillər üçün dərs kimi təqdim edilir. Hər hadisə, hər qəhrəmanlıq hekayəsi oxucunu həm düşündürür, həm də qürurlandırır. Etibar Həsənzadə, “Qarabağ Azərbaycandır” layihəsi ilə Türk dünyasında mədəni bağı yenidən bərpa edən mənəvi bir hərəkatın daşıyıcısıdır. Onun bu çalışması gələcək nəsillərə yalnız tarix dərsi deyil, həm də mənəvi bir miras təqdim
edir. Əsərin hər səhifəsi oxucuya vətən sevgisini, birliyin vacibliyini və milli şüurun əhəmiyyətini xatırladır. Yaxın zamanda işıq üzü görəcək bu dəyərli kitab, yalnız oxucular üçün deyil, gələcək nəsillər üçün də fikir və mənəviyyat
mirası olacaqdır. Bu fikirlər həmin böyük zəhmətə və dərin səmimiyyətə bir hörmət və salamdır. Etibar Həsənzadə’ni içdənliklə təbrik edir, bu əsərin bütün Türk dünyasında yayılacağına və gələcək nəsillər tərəfindən fəxrlə
qarşılanacağına ürəkdən inanıram. Bu kitab tarixə yazılmayıb — tarix bu kitaba yazılıb. Bu zəfər qələmlə deyil — ürəklə qazanılıb.


Prof. Dr. Zakir Kaya
Araşdırmacı – Gazeteci – Yazar – Şair
İzmir / Türkiya

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfinin təmsilləri

İKİ EŞŞƏYİN ARPASI
Beş-on eşşəyə baxan
Danabaş bir avara.
Arpa-samanı qoydu
Bir axurda onlara…
Eşşəklər gəmirişib,
Əl-ayağa qalxdılar.
Fınxırıb, şıllaqlayıb
Bir-birini qapdılar
Boz qəfil bir təpiklə
Çalın dişini qırdı.
Tayqulaqsa hayqırıb,
Çəpin gözündən vurdu…
Danabaş baxdı ki, yox,
Ara yaman qarışıb…
Tez qaçdı idarəyə:
Eşşəklərim qapışıb…
Dedilər: Çərənləmə!
Sən iş bilən deyilsən,
Heç iki eşşəyə də
Arpa bölən deyilsən…
Danabaşın yerinə
Şişmanı götürdülər.
Elə bil ki, ac qurdu
Sürüyə ötürdülər.

DAMĞA
Naxırda çopur dana
Dolmuşdu ətə-qana.
Hər yanından ötənə
O bir kəllə atırdı.
Ürkək, xam düyələri
Bir-birinə qatırdı.
Döllük buğayam deyib
Burnu yelli gəzirdi.
Körpə buzovları da
Dırnaqlayıb əzirdi.
Nə örüşdə dayanır,
Nə tövlədə dururdu
Sağmal inəklərə də
Hərdən kəllə vururdu.
“Döllük buğa” axırda
Həddini yaman aşdı.
Bir gün boğaz inəyin –
Ombasına dırmaşdı…
Həmin gün boz dananı
Çataqlayıb burdular.
Sonra donqar alnına
Qızmar damğa vurdular!

TƏHLÜKƏ
Yer Kürəsi çatılmış ocaq!
Hər çınqılı –
atom, neytron…
qalaq-qalaq.
Səmasında
qatar-qatar
ağ qanadlı göyərçin.
Dolmuş gözlərində
vahimə çin-çin…
Keşik çəkir:
– Durnalar, a durnalar…
Lələk salmayın,
qığılcım qopar!
Qanad çalmayın,
təhlükə var!

DAĞ DA QOPDU YERİNDƏN
Asta-asta gəzirdi
Çay kənarında bağa.
Balaca cüssəsini
Bənzədirdi bir dağa…
Əsdi soyuq bir külək,
Yağış gücləndi birdən.
Üzüldü əı-ayağı,
Külək bağanı yerdən
Yuvarladı yarğana.
Ah çəkib yana-yana,
Köks ötürüb dərindən.
Dedi: sən bir işə bax,
“Dağ da qopur yerindən!”.

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zalımın zülmünə təhəmmülüm yox!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Наргиза Ҳайдарова – Манманлик

Манманлик

Манманлик ҳам дарахтдек ўсиб,
Чирмовуқдек отмоқда илдиз.
Ким ўзарга бўлмоқда пойга,
Югуряпмиз кеча-ю кундуз.

Пул кетидан чопамиз ҳамон,
Олқишлаймиз чаламиз чапак.
Гўё шундай қилсак ,тўрт томн,
Кўкдан ёғиб тушгандек чалпак.

Чумолидай ташиймиз уйга,
Чириб кетар омборда донлар.
Камбағални солиб минг куйга,
Таҳқирлайди айрим нодонлар.

Олқишлаймиз номи улуғни,
Супрасидан, ортмайди унлар.
Ҳақиқатни кўриб жим -житмиз,
Кўзи кўр-у ва тили гунглар.

Елкамизда тоғдек ғамлар бор,
Тўмарислар бўлмоқда чўри.
Тулкиларга айланар минг бор ,
Қишлоқдаги эркак кўк бўри.

Жим кетамиз ўз йўлимиздан,
Сизга нима деймиз гоҳида.
Бой ўғлилар сайрашар бўлди,
Булбул севган гулнинг шоҳида.

Етимларнинг ҳаққини еймиз,
Ҳақ деганча ўз-ўзимизни.
Шайтон йўлдан урганда деймиз,,
Қон тўлдиргач қалб кўзимизни.

Айтай десам дардим кўп яна,
Одамларга ачийди ичим.
Дунё шундай оғир чархпалак,
Қайтармоққа етмайди кучим.

Автор: Наргиза Ҳайдарова

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İnsan necə gedirsə, elə də düşünür

İnsan necə gedirsə, elə də düşünür

Bu il at üstündə təhvil oldu.
At mədəniyyətdə sürətin, məsafənin və məsuliyyətin başlanğıcı oldu. Ata qədərki mədəniyyətlə atdan sonrakı mədəniyyət arasında kəsilən xətt də məhz buradan keçir.
Tarixə nəzər salsaq görərik ki, ata qədərki dövr daha yavaşdır. İnsan torpağa yaxın, səbrlə yaşamağa alışıq, məsafəni ayaqları ilə ölçən varlıq idi. Əslində o vaxt insanın düşüncəsi də yol kimi idi: uzun, dolama, tələsməyən.

Nəzərə alsaq ki, yol yalnız gedilən məkan deyil, həm də zaman ölçüsüdür, bunu daha aydın görürük.
Atdan istifadə fikri, xəbəri, o xəbərə verilən reaksiyanı sürətləndirdi. Dövlət qurmaq, hökm vermək, müharibəyə başlamaq… bunların hamısı düşüncənin sürəti ilə bağlı idi.
Ata qədər insan “yerə bağlı” düşünürdü. Torpaq kimi ağır, dərin, səbrli idi. Xəbər gec çatırdı, qərar gec verilirdi, müharibə də, sülh də insan öz nəfəsinin – öz hərəkətinin sürətində baş verirdi. Ata qədərki mədəniyyət gözləməyi bacarırdı, vaxtla mübahisə etmirdi.
At isə hər şeyi dəyişdi. İnsan ilk dəfə məsafəni ram etdi. Zaman qısaldı, dünya böyüdü. Atla birlikdə sürət düşüncəyə keçdi. Fatehlər, elçilər, şairlər, xəbərlər – hamısı at belində yayıldı. Dövlət anlayışı atın yerişi ilə ölçüldü, imperiyalar nal səsinin ritmində quruldu.
At mədəniyyəti güc metaforasıdır, eyni zamanda azadlıq idi. Çünki at üstündə olan insan həm yerdən yuxarıdadır, həm də artıq yolun içindədir.
Atdan sonrakı mədəniyyət isə paradoksaldır. Sürət daha da artdıqca insan yerə endi. Çünki maşın, qatar, təyyarə və s. atın davamı kimi görünsə də, onun ruhunu daşımır. İnsan artıq özü hərəkət etmir, daşınır. Yəni, o dayanır, onu aparırlar. Yol təcrübə olmur, aralıq olur. Məsafə qısaldıqca yaddaş seyrəlir. Atın insana keçən canlılığı, nəfəsi, qorxusu, tərbiyəsi itir. Mexanika gəlir, münasibət, təmas gedir.
At metaforası burada daha da dərinləşir. At instinktlə ağlın ortaq nöqtəsidir. Atı ram etmək onun üzərində hökmranlıq etmək deyil, onunla anlaşmaqdır. At sahibini tanıyır, qorxusunu hiss edir, tərəddüdü ona bağışlamır. Buna görə at mədəniyyəti məsuliyyət mədəniyyətidir.
Deyirlər, at üstündə yalan danışmaq çətindir, at səni ya sona aparar, ya da üstündən atar.
Bu il at üstündə təhvil oldu deyəndə, insanın özünə qayıdışı nəzərdə tutulur. Texnologiyanın, süni sürətin içində itirilmiş tarazlıq yenidən xatırlanır.
At nə keçmişdir, nə də nostaljidir, o, bizim mədəni yaddaşımızdır. O, insanın sürətə minməzdən əvvəl özünü tanıdığı andır. At insana xatırladır ki, hər sürət tərəqqi olmadığı kimi, hər yavaşlıq da gerilik sayılmır. Yavaşlıq bir az da özünədönməkdir, özündəqalmaqdır. At bunu bilirdi. İnsan isə sürət əsrində bunu unutmuşdu. İndi yenidən öyrənməyə başlayıb.
Arzu edək ki, bu il – “alov rəngli at” bizi daha tez aparmasın, səbrlə, sevgi ilə daha doğru, daha düzgün hədəfə aparsın. Amin.

01.01.2026


Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NƏRGİZƏ HEYDƏROVA

NƏRGİZƏ HEYDƏROVA (Наргиза Ҳайдарова)
Daim yaradıcılıq axtarışlarında olan Nərgizə Heydərova 1978-ci il 22 dekabr tarixində Uçqurqan rayonunun Qurama kəndində, kəndli ailəsində anadan olmuşdur. O, kənddəki 17 nömrəli məktəbdə təhsil almışdır. Məktəb illərindən etibarən yaradıcılığa böyük maraq göstərmişdir. İlk şeiri “Parlaq həyat” qəzetində dərc olunmuşdur.
Nərgizə Heydərova Namangan Dövlət Pedaqoji Təhsil müəssisəsini bitirmişdir. Məktəbəqədər təhsil müəssisəsində fəaliyyət göstərmişdir.
Onun ilk şeirlər kitabı “Yanan ürəklər” 2023-cü ildə nəşr olunmuşdur. Yaradıcılıq nümunələri rayon, vilayət və respublika mətbuatında işıqlandırılmış, həmçinin “Vadi nəğmələri”, “Şükür”, “Könül telləri”, “Nihol”, “XXI əsr Namangan ədəbi bağçası” (III) toplularına daxil edilmişdir.
Nərgizə Heydərova Qazaxıstan Respublikasında keçirilən müsabiqədə “Möhtərəm ana” döş nişanı ilə, Qırğızıstan Respublikasında təşkil olunan “Dünya – dostluq körpüsü” müsabiqəsində isə “Qızıl qələm” diplomu ilə təltif olunmuşdur.
Şairə hazırda Sankt-Peterburq şəhərində yaşayır və çalışır. Hal-hazırda məhsuldar yaradıcılıqla məşğuldur.
O, iki övladın anasıdır.

NƏRGİZƏ HEYDƏROVNIN YAZILARI

НAРГИЗА ХАЙДАРОВАНЫН ЯЗЫЛАРЫ

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

KADIN NE MİDİR?

KADIN NE MİDİR?

Kadın nedir biliyor musun erkek efendi?

Önce annendir, yaşıyorsa ninendir, sonra bacındır, teyzen, halandır.

Nihayet eşindir, derken kızındır. Ve yeğenindir, yengendir, gelinindir. Bir de bakmışsın torunundur.

Kadın aslında ana kucağındır, ana yurdundur, cennetindir cennetin!

Onu sev ve saygılı ol.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hər yeni il gələndə yaşı kimi ümidləri də artır…

Hər yeni il gələndə yaşı kimi ümidləri də artır…

Şair və yazıçıların qruplaşmasından çox narahatdır. İstəyir ki, Azərbaycanda da qələmə alınan ciddi əsərlərin sayı çox olsun və yerli müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın. Yaxşı arzudur, amma…

Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir. Haqqında söhbət açmaq istədiyim şair, publisist Əbülfət Mədətoğlu da belə bir gündə, 1959-cu ilin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Yenisəs. Az” saytının baş redaktorudur. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…

Deyir ki:- “Əlifbanı tanıyandan yazıb oxumağı sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”

Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə müxtəlif müəlliflərin kifayət qədər ədəbi təhlili və şərhi var. Mən onun bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…

Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…

“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim “Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.

Çox çətinliklərlə üzləşib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…

Deyir ki:- “Həyatda elə vəziyyətlər yaranır ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə də Qarabağ azad olunandan sonra, kəndimizə səfər edəndə gördüyüm mənzərə mən çox acılar yaşatdı. Çünki mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Axı, məni qarşılayanlar onlar idi…”

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…

“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.

Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz həvəslə addımlayır. Hər yeni ilin gəlişi yaşı kimi ümidlərini də artırır…

Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Həmrəylik sərhəd tanımır

Həmrəylik sərhəd tanımır
İsveçdən Azərbaycana uzanan milli məsuliyyət

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Harada yaşamasından asılı olmayaraq, vətənlə nəfəs alan, milli kimliyini və dəyərlərini qoruyan soydaşlarımız bu həmrəyliyin canlı nümunəsidir. Məhz belə həmvətənlərimizdən biri də İsveçdə yaşayan Naxçıvanın Qaraxanbəyli kəndindən olan Turan Əliyevdir.
Hazırda xaricdə yaşayan həmvətənimiz onlayn söhbətimiz zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları eyni amal ətrafında birləşdirən bu əlamətdar gün kontekstində həm şəxsi həyat yolu, həm də diaspora fəaliyyəti ilə bağlı maraqlı fikirlərini bölüşdü.
Onun Azərbaycandan gedişi planlı bir köç olmayıb. Sağlamlıqla bağlı səbəblər onu müvəqqəti olaraq vətəndən uzaq salıb. Müalicə məqsədilə ölkədən ayrılan müsahibimiz vurğulayır ki, harada yaşamasından asılı olmayaraq, özünü həmişə mənəvi baxımdan Azərbaycana bağlı hiss edib. Onun sözlərinə görə, məsafələr dəyişsə də, vətənlə bağlar heç vaxt qırılmayıb.
İsveçdə yaşayan Turan Əliyev bu ölkədəki həyatla bağlı ilk təəssüratlarının müsbət olduğunu qeyd edib. Xüsusilə İsveçin sosial sistemi, insan hüquqlarına və demokratik dəyərlərə verdiyi önəm onun diqqətini çəkib. O bildirib ki, yaşadığı cəmiyyətə inteqrasiya olmağa çalışmaqla yanaşı, həm də soydaşlarına dəstək göstərməyi və ictimai-siyasi proseslərdə fəal iştirak etməyi özünə borc bilir.
İsveçdə yaşayan müsahibimiz hazırda siyasi fəaliyyətlə məşğul olur və eyni zamanda diaspora sahəsində də aktivdir: “ Mən təxminən 40 min nəfər əhalisi olan bir şəhərin bələdiyyə məclisinin üzvü kimi fəaliyyət göstərirəm və bir sıra siyasi komitələrdə partiyamı təmsil edirəm. Bundan əlavə, İsveçdə İnzibati və Miqrasiya Məhkəməsində jüri kimi çalışıram. Həmçinin, qarşıdan gələn il İsveçdə keçiriləcək parlament, regional və bələdiyyə seçkilərində də namizədliyim qeydə alınıb. Bütün bu fəaliyyətlərimdə əsas məqsədlərimdən biri Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin milli maraqlarının qorunmasıdır”.
Xaricdə yaşamağın milli kimliyə təsirindən danışan Turan Əliyev qeyd edir ki, bu proses onun azərbaycançılıq düşüncəsini daha da möhkəmləndirir: “ Mən hesab edirəm ki, insan vətəndən uzaqda olduqda dilinin, mədəniyyətinin və kimliyinin dəyərini daha dərindən anlayır. Fikrimcə, azərbaycanlı olmaq milli mənsubiyyətlə yanaşı, eyni zamanda böyük bir məsuliyyətdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bir amal ətrafında birləşməsinin rəmzi kimi qiymətləndirirəm. M illi həmrəylik xalqımızın gücünü daha da artırır və milli maraqların qorunmasında mühüm rol oynayır”.
Turan Əliyev İsveçdə yaşayan azərbaycanlı icması ilə daim əlaqədə olduğunu da qeyd edib: “ Bu birlik müxtəlif mədəni tədbirlər, görüşlər və ictimai layihələr vasitəsilə qorunur və möhkəmləndirilir. Qarşılıqlı dəstək və milli dəyərlərə sadiqlik bu icmanın əsas dayaqlarından biridir”.

Xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tanıdılmasındakı roluna toxunan Turan Əliyev bildirir ki, diaspor üzvləri yaşadıqları ölkələrdə Azərbaycanın qeyri-rəsmi səfirləri kimi çıxış edirlər. Onlar Azərbaycan həqiqətlərini, mədəniyyətini və mövqeyini tanıdaraq ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər.
Sonda o, həmvətənlərinə də müraciət edir: “Harada yaşamaqlarından asılı olmayaraq, xalqımıZ hər zaman Vətənlə bağlarını qorumalı, ana dilini və milli dəyərlərimizi unutmamalıdır. Təhsil almaq və inkişaf etmək nə qədər önəmlidirsə, milli kimliyə sadiq qalmaq da bir o qədər əhəmiyyətlidir”.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I