ZAUR USTAC – GÖZÜNDƏ TÜK VAR

GÖZÜNDƏ TÜK VAR

 (novella)

Salam, çox dəyərli “Qəribə dünya” TV-nin izləyiciləri, “Onun həyat yolu” proqramının daimi qonaqları! Hamınızı xoş gördük! Vaxtı çox uzatmadan ilk qonağımıza yaxınlaşıram:

– Fağır müəllim, salam! İlk öncə nəzərinizə çatdırım ki,  canlı yayımdayıq. “Qəribə dünya” TV-nin  milyonlarla izləyicisi bizi bu qəribə dünyanın internet olan bütün nöqtələrindən izləyir. Bilirik ki, siz fizika-riyaziyyat elmləri doktoru, professorsunuz və bir də indiki, sizi bütün dünyaya tanıdan, məşhurlaşdıran fəaliyyətiniz var. Özünüzü bizim çoxmilyonlu  izləyicilərimizə  necə təqdim edərdiniz? Buyurun, zəhmət olmasa.

– Əvvala, “ilk” də, “öncə” də eyni şeydi. Bu iki sözdən birini işlətsəniz daha yaxşı olar. Fəaliyyətimizə gəlincə, deməlini dediniz. Təkrara yol vermək istəmirəm. Düşünürəm ki, “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyev kimi  təqdim etsəniz daha məqsədəuyğun olar. Buyurun.

– Bəli, çox dəyərli, izləyicilər, gördüyünüz kimi qonağımız  “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyevdi və o tək deyil. Bu barədə bir az sonra. İndi isə qısa bir ara: Reklamlar. … Bəli, qısa fasiləmiz bitdi. Söhbətimizi qaldığımız yerdən davam edirik. Buyurun, Hacı – icazənizə sizə kəsədən belə müraciət edəcəm – davam edin. Zəhmət olmasa, maraqlı, nümunəvi və eyni zamanda ibrətamiz həyat yolunuz barədə “Onun həyat yolu” proqramının izləyicilərinə danışın.

– Deməli belə, universiteti bitirən ildən öz ixtisasım üzrə institutda əmək fəaliyyətimə başladım. Nə qədər ki, subay idim, tələbə yataqxanasında qalırdım. Elə ki, ailə həyatı qurdum, köçdük ailəlilər üçün olan yataqxanaya. Doxsanlarda vəziyyət çətinləşəndə həyat yoldaşım  məni iki qızımla həmin o yataqxana otağında atıb getdi Türkiyəyə. Onu təqsirləndirmək istəmirəm. Bəlkə də zamanında özü üçün düzgün qərar vermişdi. Onu qınamıram, axı həmin vaxt orada da elm-təhsil işçilərinə böyük təlabat var idi. Yataqxanamız da çox şəraitsiz idi. İndi oranı söküb, yerində yeni bina tikiblər. Yasamalda yerləşirdi. Adına “Elçibəyin binası” deyirdilər. Mən uşaqları böyütdüm, oxutdum. Hal-hazırda Almaniyada yaşayırlar. Təqaüdə çıxana qədər elə o yataqxanada subay-salıq yaşadım. İlk gündən təqaüdə çıxana kimi bütün əmək fəaliyyətim dövründə yalnız bir müəssisədə çalışmışam. Elə həmin institutda işləyən dövrdə də indiki fəaliyyətimlə bir xobbi kimi məşğul idim. İş deyəndə, əslində elə bir iş də yox idi. Bütün gün kabinetlərdə oturub vaxt öldürməklə məşğul idik. Yəqin ki, sizin də bu adətdən xəbəriniz var? Adamın gözündə tük olanda, kirpiyi üzünə, gözünün altına düşəndə bunu görən digər şəxslər  ailədə, kollektivdə gözündə tük olan adama ürəyində bir arzu tut deyib, tükün hansı gözdə olmasını soruşurlar. Bununla da arzunun çin çıxacağına, niyətin hasil olacağına inanırlar. Bizimkilər, mənim iş yoldaşlarım uzun illər bu adəti öz bildikləri kimi interpretasiya edərək arzunu özləri tutub, tükün mənim hansı gözümdə olduğunu soruşurdular. Mən də həmişə  düz tapırdım. Və ən asası onların arzuları həyata keçir, niyətləri hasil olurdu. İlk vaxtlarda birlikdə çayla içməyə alınan şokoladla və akademiyanın bufetindəki kiçik qonaqlıqlarla  başlayan iş, sonda maşın, ev, ofis kimi təşəkkür hədiyyələrinə qədər  inkişaf edərək böyüdü. İndi mənə xaricdə adalar hədiyyə edirlər. Sözüm onda deyil. Təqaüdə təzə çıxmışdım. İnstitutumuza 30-35 yaşında yeni gözəl, hər şeyi yerində ağıllı-kamallı bir xanım labarant təyin olunmuşdu. Məharətimdən xəbərdar olan kimi o da ürəyində arzu tutub mənim masama yaxınlaşdı. Hamı kimi o da məndən soruşdu ki, tük hansı gözümə düşüb? Mən əlimi qaldırıb tük olan gözümün üstünə qoymaqla, bu xanım sevinclə necə ucadan qışıraraq, atlanıb düşdüsə, otağımızda hamı “nə oldu” deyə-deyə bir-birinə qarışdı. Nə başınızı ağrıdım, otaqda əməlli-başlı həngamə qopdu. Sən demə, elə bu dəmdə   akademiyanın prezidenti və müavinlər, institutumuzun direktoru ilə birlikdə təasadüfən bizim otağın qarşısından keçirmişlər. Elə həmin məqamda bütün deleqasiya tam heyətlə girdi içəri və heyrətlə bir xeyli bizi təpədən dırnağa süzərək, çıxıb getdilər. Otağı hamıdın sonra tərk edən institutumuzun direktoru mənim masama yaxınlaşıb, elə bircə kəlmə dedi ki, ikiniz də gedin ərizənizi yazın. Biz də getdik ərizəmizi yazdıq. Öz xahişimizlə işdən çıxdıq. Mən heç, pis-yaxşı yataqxanada bir otağım, az-çox dövlətimizn gücünə görə öz aliminə verə biləcəyi ən yüksək təqaüdüm var idi. Xanım isə, tək-tənha və bütün bunların hamısından məhrum idi. İşdən çıxdığına görə kirayə pulunu da ödəyə bilməyəckdi. İlk məvacibini belə almamış mənə görə, daha doğrusu mənim tükümə görə öz işindən olmuşdu. Necə deyərlər yazığın karyera yoluna tir düşmüşdü. Daha doğrusu, tir yox, tük. Özü də mənim tüküm.  Xanıma təklif etdim ki, özünə yeni iş tapana qədər mənimlə birlikdə yaşasın. Xanım razılaşdı. Və növbəti həftəsonu köçdü mənim yanıma. Uşaqlar da böyüyüb məni tərk etdiyinə görə neçə vaxt idi susuz dəyirmanı xatırladan o bir otağım saraya dönmüşdü. İndi bu balaca otaqda həyat eşqi qaynayırdı. Bir-birimizi hələ yaxşı tanımadığımıza görə danışmağa çox sözümüz var idi. Həm də söhbətimiz tuturdu. Hansı mövzudan söz düşsə, yorulub əldən düşənə qədər söhbət edirdik. Beləcə bir həftənin tamamına gəlib çatdıq. İkimiz də halımızdan məmnun idik. İşdən çıxmaq heç vecimizə də deyildi. Ancaq, bir məsələ var idi ki, getdikcə ciddiləşir və düz bir həftənin tamamında pik həddə çatmışdı. Bu bir həftə ərzində xeyli sayda niyyəti gözündə, arzusu ürəyində  qalan dost-tanış hər gün ardı-arası kəsilmədən fasiləsiz olaraq bizə zəng edirdi. Artıq mobil telefonlarımızın nömrəsini dəyişmək barədə belə düşünürdük. Yaxşı ki, belə tələsik qərar verməmişik. İnsanlarda belə hallar olur axı, qapı açılır özün örtüb,  kip-kip  bağlayırsan, ruzi pəncərədən girmək istəyir, aman vermirsən, bacadan gəlir oranı da basdırırsan. Hə, yaxşı ki, bizdə belə olmadı. Necə deyərlər, “bir tərəfdən bağlayan, bir tərəfdən açar” məsəli bizim üçün düz çıxdı. Birlikdə olduğumuz birinci həftənin sonu idi. İnstitutda bizim iş otağına hər gün baş çəkməyə vərdiş eləmiş institutumuzun direktorunun sürücüsü zəng elədi ki, bəs sabah istirahət gününə heç nə planlaşdırmayın sizi gəlib bir yerə aparacam. Biz də razılaşdıq. Zatən  elə bir planımız da yox idi. Danışdığımız kimi ilk istirahət günümüz səhər saat 10:00 sürücü həmin o yataqxananın yanından, bildiniz də hansı binanı deyirəm, buradan bir az yuxarı,  o qaçqınlar qalan yataqxanalar var ha, bax oradan, “Kaktus” restoranının düz qabağından bizi götürdü və apardı indi həm yaşayıb, həm işlədiyimiz “Gənclik”də “Milyonerlər məhəlləsi” adlanan yerdə olan “osabnyaka”…

– “Xüsusi mülk”ə, çox-çox üzr istəyirəm işlətdiyimiz söz və ifadələrə diqqət edək.

-Bəli, bəli. Olsun elə. Siz deyən kimi.  Bu obyekt  bizim institumuzun direktorunun sürücüsünün öz halal zəhməti ilə qurub yaratdığı bütün Azərbaycan üzrə səpələnmiş sayı-hesabı məlum olmayan istirahət guşələrindən biri idi. Elə həmin obyektin açarını verdi bizə, sənədləri də keçirdi bir həftənin içində təsis etdiyimiz “Gözündə tük var” kooperasiyasının adına və bura oldu bizim həm rəsmi iş yerimiz, həm də evimiz.

– Nə gözəl. Nə yaxşı ki, Azərbaycanımızın belə xeyirxah, mərd oğulları var. Hacı, bəs sürücü bu xeyirxahlığı nəyin müqabilində etdi?

– A zalım, xeyirxahlığın müqabili olur? Adı üstündə xeyirxahlıq. Varlığa nə darlıq? Var idi bağışladı də. Bir də ürəyi istədiyi vaxt  növbədənkənar  rahat gəlib-gedə biləcəyi bir ünvan oldu. Bunun nəyi pisdir? Biz yataqxanada yaşasaq indiki fəaliyyətimiz heç cür mümkün olmazdı axı… Hə, onu deyirdim axı, girdik “villa”nın, – üzr istəyirəm, –  “xüsusi mülk”ün həyətinə arxamızca da bir avtobus institutumuzun işçiləri, dost-tanış … İş demək olar ki, öz-özündən yarandı. Xanım məcbur oldu ki, girişdəki masada əyləşib, gələnləri bir-bir buraxsın…

– Üzr istəyirəm. Bəlkə xanımı da izləyicilərimizə təqdim edəsiniz. Məncə tam zamanıdır.

– Bərəkət xanım! Bərəkət xanım, mənim qoruyucu mələyim, həm xanımım, həm köməkçim, başımın tacıdır. Şirkəti, əmlakı, bütün digər işləri sənədləşdirən  zaman rəsmi olaraq nigaha da girdik. İndi hərtərəfli xoşbəxt və halımızdan məmnunuq.

– Bəs, heç soruşmadınız ki, xanımın bütün bu hadisələrin baş verməsinə səbəb olan arzusu nə imiş?

– Xeyr! Düzü hadisələr elə sürətlə baş verdi və sonralar da hər gün yeni mövzular… Heç bu barədə soruşmaq ağlıma belə gəlməyib. İstəyirsiniz indi bu barədə özündən soruşaq.

– Şok, şok, şok! İndi uzun illər sirr kimi qalan bir məsələnin üstü “Qəribə dünya” TV-nin izləyicilərinə məlum olacaq. Paylaşın, paylaşın ki, qoy digər bixəbərlərin də bu məsələdən xəbəri olsun!

Salam, Bərəkət xanım! Nəzərinizə çatdırım ki, biz canlı yayımdayıq. İndi bütün dünya bizə baxır. Həmin günü, o məlum hadisə baş verən vaxt, siz ilk dəfə institutda iş otağında Fağır müəllimə, – üzür istəyirəm, – Hacı Fağır Naxırçıyevə yaxınlaşıb, “tük hansı gözünüzə düşüb?” sualını verəndə ürəyinizdə hansı arzunu tutmuşdunuz? Zəhmət olmasa. Çox dəyərli  “Onun həyat yolu” proqramının daimi izləyiciləri, diqqətiniz bizdə olsun, indi çox vacib, bir məlumat olacaq. Uzun illər sirr kimi qalmış bir olayın üstü açılacaq!

– Olar ki, bu məsələ elə belə də sirr olaraq qalsın?

– Xeyr! Xeyr! Siz nə danışırsınız? Elə iş olmaz! Deyin! Bərəkət xanım, çox xahiş edirik, izləyicilərimizi intizarda qoymayaq. O nə arzu idi ki, belə bütün həyatı kökündən dəyişdi.

– Yaxşı deyəcəm.

– Ura! Diqqət! İndi çox vacib bir məsələdən xəbərdar olacağıq! Buyurun Bərəkət xanım!

– Hacını ilk gördüyüm gündən, – düzdü, onda hələ hacı deyildi, –  onun alicənablığına, səmimiliyinə, insanlığına vurulmuşdum. Savadı, ziyalılığı da öz yerində. Subay olduğunu və tək yaşadığını bildikdən sonra isə sözün əsl mənasında istəyirdim onu… Həmin gün də tam olaraq arzum belə idi: “Ey böyük Allahım, bu kişi mənim olsun!”

– Eşq olsun! Nə gözəl, nə gözəl! Demək xəyyallarınız gerçək oldu?

– Bəli! Özü də bir göz qırpımında.

– Doğrudan, Fağır müəllim! Üzr istəyirəm dəyərli, çox hörmətli Hacı, gözdən söz düşmüşkən, bəs necə olur ki, siz həmişə tükün hansı gözünüzdə olduğunu düz tapırsınız?

– Əşi, bu tük lap yeniyetməlik vaxtından sol  gözümün altında bitib, həmişə də ordadır.

12 dekabr 2025, Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HAFİZ RÜSTƏM- 75

HAFİZ RÜSTƏM- 75

Bir vaxtlar Bərcan kəndini “Yardımlının avropası” adlandırmaqda yanılmadığıma hələ də əminəm. Çünki bu kənd Yardımlının tarixində çox ilklərə imza atıb. Bəyləri də olub, qoçuları da, eləcə də rayonun ilk ali təhsillisi də o yurddan pərvazlanıb. Xülasə, Bərcan kəndi çox işıqlı adamların el-obası, dil açıb ilk dəfə danışdığı, qədəmlərini ilk basdığı yurddur. Belə işıqlı adamlardan biri də- şair, şərqşünas, tərcüməçi Hafiz Rüstəmdir. Seyyid nəslindən olduğuna görə, yardımlılar ona Mir Hafiz ağa da deyirlər. Salyanda dünyaya gəlsə də Bərcanla nəfəs alıb, Bərcanla böyüyüb…

…Otuz beş ildən çoxdur ki, Mirmahmud Mirəlioğlunu tanıyıram desəm, yəqin ki, səhv danışmaram. Hafiz Rüstəm tək-tək adamlardandır ki, Mirmahmud ağa ona “Ustad” deyə müraciət edir. Bəli, Hafiz Rstəm bir sıra kitabların müəllifi, bir neçə əcnəbi dildə yazılmış kitabın tərcüməçisidir. Uzun illər “Maarif” nəşriyyatında çalışıb. Yanvarın 8-i Hafiz müəllimin 75 yaşı tamam olur. 75 yaşında kişiyə nə arzulamaq olar? Düşünürəm ki, bu yaşda kişiyə ağrı-acısız həyat, balalarının xoş günlərini, uğurlarını görməyi arzulamaqdan gözəl istək ola bilməz…

Əzizimiz Mir Hafiz ağa, nə olar, çox yaşa da. Axı, yaxşılara, işıqlı adamlara həmişə ehtiyacımız var…

Yubileyn mübarək olsun, təbrik edirəm!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Eskizdən məkana uzanan yol

Eskizdən məkana uzanan yol

Bəzən bir insanın gələcək peşəsi seçdiyi ixtisasdan yox, uşaqlıq xatirələrindən başlayır. Kağız üzərində çəkilən ilk cizgilər, palçıqdan düzəldilən kiçik evlər, diqqətlə izlənilən bir iş prosesi illər sonra peşəkar düşüncəyə çevrilə bilir. Memarlıq da məhz belə səssiz, amma dərin bir yolçuluq tələb edir. Bu yol bəzən ailə mühitindən, bəzən isə yaratmaq ehtiyacından doğur.
NDU-nun Memarlıq fakültəsinin Memarlıq ixtisası üzrə təhsil alan gənc tələbəsi Zəhra Xudiyeva ilə söhbətimiz zamanı aydın oldu ki, onun üçün bu sahə layihə çəkməklə kifayətlənmir. Zəhra memarlığa sənət və texnikanın qovuşduğu bir düşüncə məkanı kimi yanaşır: “Mənim baxışımda estetika funksionallığa mane olmur, əksinə, onu tamamlayır. Uşaqlıqdan formalaşan bu yanaşmamı bu gün eskizlərimdə, maketlərimdə və layihələrimdə əks etdirirəm. Memarlıq həyatıma sonradan daxil olmayıb, bu sahə ailəmdən formalaşıb. Atam mühəndis olduğundan hazırladığı layihələr, çəkdiyi cizgilər, qurduğu planlar mənim üçün, eyni zamanda öyrənmək və yaratmaq istəyi aşıladı. Hətta uşaq yaşlarımda həyətdə ağacdan, palçıqdan kiçik evlər düzəldirdim. Artıq istəmədən formaya yanaşmanı və yaradıcı baxışı həmin sadə materiallarla qurmağa başlamışdım. Məhz bunlar məni memarlıq yoluma gətirib çıxardı”.
Onun üçün memarlıq nə tək sənətdir, nə də sırf texniki sahə. Bu, iki anlayışın bir-birini tamamladığı xüsusi bir sintezdir. Gənc memar tələbənin fikrincə, estetika olmadan məkan ruhsuz qalır, texniki bilik olmadan isə həmin məkanda yaşamaq mümkün olmur: “Bu səbəbdən memar xəyal qurmaqla kifayətlənməməlidir, eyni zamanda hesablayan, düşünən və məsuliyyət daşıyan şəxs olmalıdır. Memarlıq mənə görə həm duyğuların, həm də məntiqin eyni anda işlədiyi nadir sahələrdəndir”.
Layihəyə başlayarkən isə ilham mənbəyi olduqca fəlsəfidir. O, yaradılışın özündən, ali şüurdan və böyük təfəkkürdən ilham aldığını bildirir: “Mənim üçün memarlıq mövcud nizamı, harmoniyanı və yaradılışın qanunlarını məkanda hiss etməyi bacarmaqdır. Əslində hər layihə bu böyük sistemin kiçik bir hissəsi kimidir. İdeya baxımından heç vaxt çətinlik çəkməsəm də, reallaşdırma mərhələsi daha mürəkkəbdir. İdeyalar çoxdur, amma resursların məhdudluğu və mövcud mühit şəraiti işləri tam həyata keçirməyə mane olur. Maddi və texniki baza olmadan ən güclü ideya belə kağız üzərində qalır. Buna baxmayaraq, bu məhdudiyyətlər yaradıcılığım üçün maneə yaratmır”.
Layihə prosesində onu ən çox düşündürən mərhələ konsepsiyanın düzgün qurulmasıdır: “Başlanğıcda qoyulan ideya və funksional həll düzgün olmazsa, sonradan əlavə edilən texniki detallar layihəni xilas etmir. Mənə görə, güclü memarlıq işi məhz düzgün təməldən başlayır”.
Zəhra kağız üzərində çəkilən layihə ilə maket arasında ciddi fərqlər olduğunu da vurğulayır: “Çertyojda bəzi həcmlər, yüksəkliklər və formalar tam aydın görünməyə bilər. Maket isə ideyanı daha real, daha oxunaqlı şəkildə ortaya qoyur. Relyef, kütlə və məkan münasibətləri məhz maketdə özünü daha aydın göstərir. Eskiz və maket mənim üçün bir-birini tamamlayan mərhələlərdir. Eskizdə düşüncələr sərbəst şəkildə kağıza tökülür, ideyalar məhdudiyyətsiz ifadə olunur. Maketdə isə həmin fikirlər konkret forma alır, görünən və hiss olunan məkana çevrilir”.
Layihə hazırlayarkən funksionallığın estetikadan öncə gəldiyini desə də, əsas məqsədin bu iki anlayışı qarşı-qarşıya qoymaq olmadığını xüsusi vurğulayır: “Əsl memarlıq funksionallıqla estetikanın harmoniyasından doğur. Məkan həm istifadə edilə bilən, həm də vizual olaraq təsirli olmalıdır. Material seçimi isə mənim üçün texniki detalla yanaşı, layihənin taleyini müəyyən edən əsas amillərdən biridir. Doğru material funksionallığı artırır, estetik dəyər yaradır və layihənin uzunömürlü olmasını təmin edir. Bu baxımdan material seçiminə məsuliyyətlə yanaşmaq memarın əsas vəzifələrindən biridir”.
Zəhranın düşüncələrində memarlıq hələ davam edən axtarışdır. O, bu sahəyə daim suallar doğuran, məsuliyyət tələb edən bir yaradıcılıq prosesi kimi yanaşır. Eskizdən maketə, ideyadan məkana gedən bu yol onun üçün eyni zamanda düşüncə tərzinin formalaşması deməkdir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gənc nəsli mədəni irsə bağlayan dərnəklər

Gənc nəsli mədəni irsə bağlayan dərnəklər

Milli mədəniyyət yalnız muzeylər, kitabxanalar və arxivlərlə məhdudlaşmır. Hər bölgədə fəaliyyət göstərən mədəniyyət evləri və klublar milli irsin canlı daşıyıcılarıdır. Bu ocaqların nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını inkişaf etdirir və gələcək nəsillərə zəngin mədəni irs ötürür. Bu dərnəklər yalnız bacarıqları inkişaf etdirmir, eyni zamanda qədim ənənələri yaşadır, xalq sənətkarlığını qoruyur, musiqi və rəqs mədəniyyətini canlandırır. Onlar həm də gənclərin sosiallaşması, kollektivdə işləməsi, məsuliyyət və intizam anlayışlarını formalaşdırır. Məhz bu səbəbdən ölkəmizdə mədəniyyət evləri və klublar nəzdində yaradılan dərnəklər uzun illərdir, milli-mədəni dəyərlərin qorunmasında əvəzsiz rol oynayır.
Müsahibə zamanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin əməkdaşı Şəfəq Əhmədova bildirdi ki, dərnəklər mədəniyyət saraylarının tabeliyində fəaliyyət göstərən klub müəssisələrində yaradılır: “Dərnəklərin əsas məqsədi fəaliyyət göstərdikləri bölgənin mədəni irsinin qorunması, yaşadılması və təbliğidir. Dərnəklər məhz bu məqsədlə təşkil olunur və müxtəlif istiqamətləri əhatə edir. Onların fəaliyyəti gənc nəsilin milli-mədəni dəyərlərlə tanış olması və bu dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonlar və şəhərdə 193 klub müəssisəsi fəaliyyət göstərir və onların nəzdində 300-dən çox müxtəlif yaradıcı dərnəklər mövcuddur. Bu dərnəklər müxtəlif sahələr üzrə fəaliyyət göstərir: folklor, yallı və rəqs, dram, qiraət, əl işləri və digər yaradıcı istiqamətlər. Hər bir dərnək öz sahəsinə uyğun olaraq milli-mədəni dəyərlərin qorunmasına xidmət edir”.
Folklor dərnəklərində bölgəyə məxsus adət-ənənələr, şifahi xalq ədəbiyyatı nümunələri toplanır, qorunur və gələcək nəsillərə ötürülür. Burada gənclər yalnız bilik öyrənmir, həm də milli dəyərlərin daşıyıcısı kimi formalaşır: “Yallı və rəqs dərnəklərində isə unudulmaqda olan qədim yallılar və xalq rəqsləri öyrədilir, həm təbliğ olunur, həm də praktiki şəkildə yaşadılır. Bu dərnəklər vasitəsilə xalq oyunları və rəqs mədəniyyəti yenidən canlandırılır: “Yallı və rəqs dərnəkləri gənc nəsli həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Burada öyrənilən hər bir hərəkət, hər bir ritm milli-mədəni yaddaşın bir parçasıdır və gələcək nəsillərə ötürülür”.
Dram dərnəkləri teatr sənətinə marağı olan uşaqlar və gənclər üçün fəaliyyət göstərir. Burada iştirakçıların səhnə bacarıqları formalaşdırılır, aktyorluq qabiliyyətləri inkişaf etdirilir. Şəfəq xanım qeyd edir ki, müəyyən mərhələdən sonra istedadlı iştirakçılar rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrlarına yönləndirilir və səhnə fəaliyyətlərini daha peşəkar müstəvidə davam etdirirlər. Bədii qiraət dərnəklərində uşaqlara düzgün nitq, ifadəli oxu və səhnə mədəniyyəti öyrədilir. Bu dərnəklər gənclərin özünüifadəsini inkişaf etdirir, nitq mədəniyyətini və səhnə mədəniyyətini daha da gücləndirir.
Əl işləri dərnəkləri toxuculuq, tikmə, oyma, yandırma və digər xalq sənətkarlığı nümunələrinin öyrədildiyi mərkəzlərdir. Şəfəq Əhmədova bildirir ki, bu dərnəklər milli sənətkarlığın yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Əl işləri dərnəkləri gəncləri yaradıcılığa cəlb edir, milli sənətkarlıq ənənələrinin qorunmasına və inkişafına şərait yaradır. Bu dərnəklər həm də gənclərin estetik zövqünü formalaşdırır, onların incəsənət dünyasına marağını artırır”.
Bundan başqa, müxtəlif yaradıcı dərnəklər də fəaliyyət göstərir və hər biri milli irsin qorunması, yaşadılması və gənc nəsilə ötürülməsi baxımından əvəzsiz rol oynayır: “Bütün dərnəklərin fəaliyyəti həm gənclərin yaradıcılığını inkişaf etdirir, həm asudə vaxtlarının səmərəli təşkilində rol oynayır, həm də milli-mədəni dəyərlərin davamlılığını təmin edir. Dərnəklərin fəaliyyəti mədəni irsin qorunmasında əvəzsizdir. Hər bir dərnək gənclərin yaradıcılığını inkişaf etdirir, milli ənənələrin yaşadılmasına şərait yaradır. Bu ocaqlar xalq mədəniyyətinin səssiz, amma ən davamlı daşıyıcılarıdır”.
Mədəniyyət evləri və klublar nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını ortaya çıxarır və gələcək nəsillərin mədəni irsi qorumaq missiyalarını da yerinə yetirir. Bu dərnəklər həm bölgələrdə mədəni həyatın canlanmasına, həm də ölkə miqyasında milli kimliyin möhkəmlənməsinə kömək edir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

January 8: A life that became a path in the memory of a nation

January 8: A life that became a path in the memory of a nation

Some lives begin on a calendar with a single date, yet continue in the collective memory of a people as a road—long, meaningful, and illuminating. January 8 is precisely such a beginning. It marks the birth of one of the distinguished figures of contemporary Azerbaijani literature, publicism, and national intellectual thought — poet, writer, publicist, prose author, publisher, translator, and public intellectual ZAUR USTAC.

Zaur Ustac is not merely a literary name; he is a voice shaped by time, history, and responsibility. His creative path reflects the pulse of modern Azerbaijani society — its pains, hopes, victories, and moral questions. As a member of the Azerbaijan Writers’ Union, the Azerbaijan Journalists’ Union, and the Public Union of Azerbaijan Patriotic War Veterans, he stands at the intersection of literature, civic duty, and national memory.

What distinguishes Zaur Ustac’s work is its deep connection to the fate of the nation. His poetry often speaks with the conscience of history, while his prose and publicistic writings engage directly with social truth, ethical values, and collective identity. He does not write from a distance; he writes from within the living experience of his people. His words carry the weight of witness and the clarity of moral position.

As a publicist, Zaur Ustac has consistently addressed the urgent questions of the day — national self-awareness, historical justice, cultural continuity, and the responsibility of the intellectual in times of change. His articles are marked by sincerity, courage, and a clear sense of purpose. They are not written for fleeting effect, but for lasting reflection.

Equally significant is his work as a publisher and translator, through which he has contributed to the expansion of Azerbaijan’s literary horizons. By supporting authors, preserving literary heritage, and building bridges between languages and cultures, he has helped strengthen the foundations of national literature in a global context.

The life path of Zaur Ustac is also inseparable from the modern history of Azerbaijan. His association with the veteran community reflects a lived experience of struggle, resilience, and patriotism. This dimension lends his creative work an additional depth — a sense of responsibility toward those who defended the homeland and toward future generations who must understand the true cost of independence.

January 8, therefore, is not only a birthday. It is a reminder of a creative journey that continues to shape thought, enrich culture, and inspire reflection. It is the beginning of a road that runs through poetry and prose, journalism and civic engagement, memory and hope.

Such lives do not remain confined to dates. They become part of a nation’s intellectual biography — a path walked by words, marked by conscience, and illuminated by service to truth and homeland.

Author: Leyla Mahirqızı,

Other articles by Leyla

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ко дню рождения поэта Заура Устаджа

СЛОВО, КОТОРОЕ СЛУЖИТ НАРОДУ
(Ко дню рождения поэта Заура Устаджа)

8 января — знаменательная дата для азербайджанской литературы и культуры. В этот день свой день рождения отмечает известный поэт, писатель, публицист и общественный деятель ЗАУР УСТАДЖ — человек, чьё творчество давно перешагнуло рамки личной поэтической судьбы и стало частью духовной памяти народа.

Поэзия Заура Устаджа — это не просто художественное слово, это гражданская позиция, это разговор с эпохой, с историей, с совестью. В его стихах живут боль и надежда, прошлое и будущее, трагедия и свет. Он умеет говорить о сложном просто, о сокровенном — честно, о национальном — универсальным языком, понятным каждому думающему человеку.

Особая ценность его творчества заключается в верности корням, языку, национальной памяти. В то же время его слово открыто миру, общечеловеческим ценностям, идеалам справедливости, достоинства и свободы духа. Именно поэтому произведения Заура Устаджа находят отклик у читателей разных поколений и социальных слоёв.

Как публицист и общественный деятель он всегда остаётся на стороне правды, исторической справедливости и национального самосознания. Его слово — не равнодушное, не созерцательное, а ответственное и деятельное. Это слово человека, который понимает силу литературы и её роль в формировании общественного мышления.

В день рождения хочется выразить Зауру Устаджу глубокую благодарность за верность литературе, за честность перед читателем и перед самим собой, за вклад в развитие современной азербайджанской словесности.

От всей души желаю Вам, уважаемый Заур Устадж, крепкого здоровья, долгих лет жизни, неиссякаемого вдохновения, новых творческих вершин и благодарного читателя. Пусть Ваше слово и дальше будет светом, опорой и ориентиром для тех, кто ищет истину в литературе и жизни.

С искренним уважением и наилучшими пожеланиями, Амина (Amina)

AMİNANIN DİGƏR YAZILARI

ДРУГИЕ СТАТЬИ АВТОРА

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN YOLUNDA, VƏTƏNİN YANINDA — ZAUR USTAC

SÖZÜN YOLUNDA, VƏTƏNİN YANINDA — ZAUR USTAC

(Zaur Ustacın doğum gününə – 2026)
Bəzi ömürlər təqvimdə bir tarixlə başlayır, amma xalqın yaddaşında bir yol kimi davam edir. 8 yanvar məhz belə bir yolun başlanğıcıdır. Bu tarix müasir Azərbaycan ədəbiyyatının, publisistikasının və milli düşüncə mühitinin tanınmış simalarından biri — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, şair, yazıçı, publisist, nasir, naşir və tərcüməçi Zaur Ustacın doğum günüdür.
Bu gün təkcə bir insanın deyil, sözə xidmət etmiş bir taleyin, qələmə sədaqət göstərmiş bir ömrün bayramıdır.
Zaur Ustac yaradıcılığı ilk növbədə məsuliyyətli söz anlayışı ilə seçilir. Onun şeirlərində romantika ilə vətəndaşlıq, lirika ilə publisistika, fərdi ağrı ilə milli yaddaş üzvi şəkildə qovuşur. O, sözü bəzək üçün deyil, həqiqəti demək üçün yazan qələm sahiblərindəndir.
Onun poetik dünyasında:
-Vətən yalnız coğrafiya deyil, qanla, yaddaşla yazılmış taledir;
-Tarix sadəcə keçmiş yox, bu günün vicdan sınağıdır;
-İnsan obrazı isə ideallaşdırılmış deyil, real, ağrılı, məsuliyyətli varlıqdır.
Bu xüsusiyyətlər Zaur Ustacı müasir ədəbiyyatımızda fərqləndirən əsas cəhətlərdəndir.
Zaur Ustacın publisistik fəaliyyəti onun yaradıcılığının ən fəal, ən döyüşkən sahələrindən biridir. O, hadisələrə kənardan baxan müşahidəçi deyil, mövqeyi olan ziyalıdır. Yazılarında milli məsələlər, tarix, dil, kimlik, müharibə və mübarizə mövzuları əsas yer tutur.
Onun publisistik məqalələri:
-oxucunu rahatlatmır, oyadır;
-hadisələri ört-basdır etmir, adını çəkir;
-tərəfsiz qalmaq adı ilə susmur, haqqın tərəfində dayanır.
Bu mənada Zaur Ustac publisistikası təkcə informasiya yox, ictimai mövqe məktəbidir.
Zaur Ustacın həyat yolunda mühüm və qürurverici bir məqam da onun qazi – müharibə veteranı olmasıdır. Bu fakt onun yazdıqlarına əlavə süni pafos deyil, daxili həqiqət qazandırır. Çünki o, Vətəni yalnız yazan deyil, qoruyan, yalnız tərənnüm edən deyil, yaşayan insanlardandır.
Bu təcrübə onun yaradıcılığında:
-müharibə mövzusunu şüarçılıqdan uzaqlaşdırır,
-ağrını saxtalaşdırmadan təqdim edir,
-qəhrəmanlığı mifləşdirmədən, insani ölçüdə göstərir.
Zaur Ustac təkcə yazan deyil, yazılanı yaşadan, ədəbi prosesə xidmət edən ziyalıdır. Onun naşirlik fəaliyyəti, gənc qələm sahiblərinə verdiyi dəstək, tərcüməçilik işi ədəbi mühit üçün mühüm töhfələrdir. Bu, fərdi uğurdan çox, ictimai məsuliyyət nümunəsidir.
8 yanvar — Zaur Ustacın doğum günü bizə bir daha xatırladır ki, söz adamı olmaq sadəcə yazmaq deyil. Bu, mövqe, məsuliyyət, vicdan və cəsarət tələb edir. Zaur Ustac bu dəyərləri ömrü və yaradıcılığı ilə təsdiqləyən söz adamlarındandır.
Bu əlamətdar gündə ona:
-möhkəm can sağlığı,
-tükənməz yaradıcılıq enerjisi,
-sözünün daim ünvanına çatmasını,
-qələminin haqqın tərəfində qalmasını arzulayırıq.
Doğum gününüz mübarək olsun, Zaur Ustac!
Sözünüz yaşasın, yolunuz açıq olsun!

Müəllif: Leyla Mahirqızı,

Other articles by Leyla

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I