Getmişdim Şəhidlər xiyabanına…

Getmişdim Şəhidlər xiyabanına….

Getmişdim Şəhidlər xiyabanına
İlahi, nə igid oğullar yatır?
Gözlərdə parlayan nakam arzular
Yarımçıq dastanlar, nağıllar yatır.

Çiçəkli qəbirlər, əlvan məzarlar
Qürür mənbəyidir ,mərd ocağıdır
Burda alovlanan bu məşəl ki var
Vətən yanğısıdır, dərd ocağıdır.

Bir ana söykənib qəbir daşına
Yanır xısın- xısın alışır san ki
Bir ata əllərin qoyub başına
Daşla danışmağa çalışır san ki

Bir qardaş gözlərin dkib məzara
Şəhid qardaşına baxıb ağlayır
Bir bacı göz yaşın töküb məzara
Mərməri köksünə sıxıb ağlayır.

Oğulsan na məlum məzara yanma
Bu dəhşət önündə donub qalmışam
Mən onun adını bilmirəm amma,
Onun sayəsində azad olmuşam.

Sırayla düzülmüş naxışlı daşlar
Qoynunda kimləri saxlayır Allah?
Bu nurlu simalar,məsum baxışlar
İnsanın ürəyin dağlayır Allah.

Hər biri bir hünər səsi, səmiridir
Vətəni çiynində daşıyır onlar
Şəhidlərin ömrü Vətən ömrüdür
Nə qədər Vətən var yaşayır onlar.

Ömrünü xalqına qurban verənlər
Xalqın ürəyində yaşayacaqlar
Yenə doğulacaq ərlər, ərənlər
Vətən qeyrətini daşıyacaqlar.

Onlar fəda oldu müqəddəs haqqa
Şəhidlər ölməzdir, unudulmazdır
Nə qədər yazsaqda Şəhidlər haqda
Ay Murad, yenədə, yenə də azdır.

20.01.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir