www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Eva Petropoulou-Lianou

Eva Petropoulou-Lianou

Eva Petropoulou-Lianou – yazıçı, uşaqlar ədəbiyyatı sahəsində mükafatlandırılmış müəllif və şairdir. Yunanıstan Beynəlxalq Yazıçılar və Rəssamlar Assosiasiyasının üzvüdür. Serbiyanın Alia Mundi assosiasiyasının qızıl üzvü, Pirey Yazıçı və Rəssamlar Assosiasiyasının, həmçinin Korinf Yazıçılar Assosiasiyasının üzvüdür. ABŞ Ədəbiyyat İttifaqının Sülh Səfiri və Nümayəndəsidir.

Stockholm project 2033 layihəsinin nümayəndəsidir.
Eva Petropoulou-Lianou Yunanıstanın Ksylokastro şəhərində anadan olub.
O, əvvəlcə jurnalistikaya maraq göstərmiş və 1994-cü ildə Fransanın Le Libre Journal qəzetində jurnalist kimi çalışmışdır.
Lakin Yunanıstana olan sevgisi üstün gələrək, 2002-ci ildə geri dönmüşdür.
Onun nəşr etdirdiyi kitablar və e-kitabları arasında:
Me and my other self, my shadow (Saita publications),
Geraldine and the Lake elf (English – French),
The Daughter of the Moon (yunanca–ingiliscə, 4-cü nəşr, Oselotos publications).
Onun yaradıcılığı Yunan Ensiklopediyası Haris Patsisdə (səh. 300) daxil edilmişdir.
Kitabları Kipr Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən müəllim və şagird kitabxanaları üçün təsdiqlənmişdir.
2019-cu ildə yeni kitabları işıq üzü görmüşdür:
The Fairy of the Amazon. Myrtia (əlilliyi olan Myrtoya həsr olunub),
Lefkadios Hearn, Myths and Stories of the Far East (Sumi-e rəssamı Dina Anastasiadou tərəfindən illüstrasiya edilmiş).
Son zamanlar onun The Adventures of Samurai Nogasika. san adlı kitabı İngiltərədə yerləşən nəşriyyat tərəfindən ingilis dilində nəşr olunmuşdur.
Onun əsərləri Chinese, Vietnamese və Spanish dillərinə tərcümə edilmişdir. Müxtəlif ölkələr və yazıçılarla mədəniyyət və yaradıcılıq mübadiləsi layihələri həyata keçirir. Elektron ədəbiyyat jurnalı The Polis Magazino və bir çox digər nəşrlərlə əməkdaşlıq edir.
Eva həmçinin ABŞ-da yerləşən Beynəlxalq Ədəbiyyat İttifaqının tərəfdaşıdır. Ədəbiyyatın inkişafı və yunan poeziyasının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərir. Yaxın günlərdə Çinin ədəbiyyat şəbəkəsində müşavir və redaktor köməkçisi seçilmiş, həmçinin beynəlxalq International Poetry Festival of Peace (Meksika) tədbirində qonaq iştirakçı kimi yer almışdır.
Fəxri vəzifələri:
Mil Mentes Por Mexico Beynəlxalq Assosiasiyasının prezidenti
Global Federation of Leadership and High Intelligence (Yunanıstan və Meksika)
2024-cü il Nobel Sülh Mükafatına rəsmi namizəd
Hindistan International Academy of Ethics səfiri və media tərəfdaşı
Ədəbi fəaliyyət:
Chimera magazine – ədəbi agent
Williams MAVELi – redaktor
Mükafatları:
UNESCO Italy və UNESCO Mauritania tərəfindən Books for Peace International Award
50 Memorable Women Award
Nelson Mandela adına International Peace Award.

SÜLH

Soldan bombalar yağir,
Sağdan bombalar yağir.

Qəhvənin qoxusu yuxularımda duyulur,
İnsanlar hədəfə alınır,
Əzab…
Aclıq…
Azadlıq nidalarının riyakarlığı.

Hökumətlər sayır pullarını,
Ölmüş uşaqların bədənləri üzərində.

Sən bu həyatımı istəyirsən?
Bu gün özünü
nə qədər insan hiss edirsən ?

Biz hamımız qurbanıq
Hakimiyyət dəlisi olan narsistlərin
beyinlərində.

Sülh –
Naməlum bir söz.

Nifrət
Müharibə.
İnsanları xaosa aparan sözlər.

Ən dəhşətli xaos.
Bu şəri kim dəstəkləyir?
Biz özümüz!

Sükutumuzu ilə,
Eqoistliyimizlə,
Şəxsi işlərimizlə,
Korluğumuzla.

Çünki insan —
Bütün varlıqların içində
ən böyük canavardır.

Aç gözlərini,
Aç qəlbini,
Əllərini göyə qaldır,
Dua etməyə başla!

MƏN QADINAM

Sülh haqqında uca səslə danışan qadın.
Mən qadınam,
Bir ana,
Bir qız övladı,
Bir ilahə,
Bir quş,
Ədaləti sevən.

Mən uzun saçlı qadınam,
Göz yaşlarımı gizlətmək üçün,
Bədənimi kifayət qədər güclü saxlamaq üçün
sənin şər dolu baxışlarına qarşı.

Mən qadınam ,
Tanrını ucaldıram
Hər addımımda…

EVA Petropoulou Lianou 🇬🇷

Tərcümə: Cahangir NAMAZOV,
Zaur USTAC

Заур УСТАЧ – АНАМ

АНАМ
Атлы палас дип,
Атды аягыбыз астына дөньяны…
Атлы гәбә дип,
Асты күзебез алдына дөньяны…
Дөньябыз гәбә булып калды,
Без аңлаганчы накыışларда…
Ата сүзен үз телендә җиткерде безгә Анам…
Кемгә җитте, кемгә әле йөз елдән соң җитәчәк…
Һәр ике хәлдә файда бар Анамның сүзендә,
Серле тарихым ята;
Анамның һәр илмәсендә,
Һәр накыışында,
Һәр паласында,
Һәр гәбәсендә…

Ата сүзен җепләргә тукып,
Хурҗыннарга тутырды Анам…
Балаларга совгат булсын өчен…
Илмә-илмә, пәреш-пәреш, халы-халы
Күзебез алдына җәйгән дөньяның
Җебе, йоны икәнен аңлатты Анам…
Кем аңлады, кем йөз елдән соң аңлар…
Һәр ике хәлдә файда бар Анамның сүзендә,
Серле тарихым ята;
Анамның һәр илмәсендә,
Һәр накыışында,
Һәр паласында,
Һәр гәбәсендә…

Гарәшне әрешләргә күчерде,
Җирне төрде төенчекләргә…
Җеп очын беләгебезгә бәйләде,
Йомгак очын югалтмыйк дип…
Бер билгене мең кат киркидләде,
Колагыбызда сырга булсын өчен….
Дөньяны төрле-төрле танытты безгә Анам…
Симвл-симвл, тамга-тамга
Анамның аргачыннан үтте дөнья…
Атамның тогасыннан Анамның төсләренә күчте дөнья…
Дөнья һәрвакыт гәбә – яңа дөньяга!!!

05.07.2023. Баку.

Автор: Заур УСТАЧ

Müəllif:  Zaur USTAC

Uyğunlaşdırdı: Amina

OTHER ARTICLES BY ZAUR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünya hər zaman gəbədir yeni dünyaya

Zaur Ustacın “Anam” şeiri haqqında

Zaur Ustacın “Anam” şeiri Azərbaycan ədəbiyyatında dərin simvolika, folklor motivləri və milli-mədəni kodlarla zəngin əsərlərdən biridir. Bu şeirdə ana obrazı yalnız ailəvi çərçivədə yox, həm də mədəniyyətin, ənənənin, tarixin daşıyıcısı kimi təqdim olunur.

Burada palaz, gəbə, ilmə, xalı, naxış, kirkid, arğac kimi sözlər Azərbaycan xalqının məişətinə, qədim toxuculuq sənətinə bağlıdır və Ananın sözlərinin, düşüncələrinin, öyüdlərinin zamanla toxunmuş bir xalça kimi gələcək nəsillərə ötürüldüyünü göstərir.

Şeirdə ata sözü Ananın dili ilə nəsillərə çatdırılır – bu da ənənənin əsas daşıyıcısının məhz qadın, ana olduğunu vurğulayır. Həm də müəllif göstərir ki, bu hikmətlər bəzən dərhal anlaşılır, bəzən isə yüz illər sonra açılır – amma hər iki halda dəyərlidir.

Sonda isə “Dünya hər zaman gəbədir yeni dünyaya” misrası həm poetik, həm də fəlsəfi qənaətdir: dünya özü-özlüyündə nəsildən-nəsilə toxunub ötürülən bir xalça kimidir, hər gələn nəsil isə onun üstündə öz izini qoyur.

Müəllif: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Namiq Hacıheydərli (1975)

Namiq Hacıheydərli – 1975

Bu gün Namiq Hacıheydərlinin 50 yaşı tamam olur… Məqamı ucadır. Ruhu şad olsun! Amin…

Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib.
2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb.
2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb.
2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb.
Ey türk doğulan. (Bakı: 2012),Səni tapan itirməz( Bakı.),Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010) ,Dağ Kolanı dastanı.
( Bakı),Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir.
Namiq Hacıheydərlini 50 – yubiley yaşının tamam olduğu gündə rəhmətlə anırıq. Ruhu şad olsun…

RUHUMUZ UCADIR

Ürək döyüntünü dinlədim bu gün,
Baş qoyub ətirli sinənin üstə.
Söz ilə, and ilə qurmuşuq düyün
Eşq ilə süslənmiş dünənin üstə…

Arada yüz dərə, yüz dəniz olsun,
Bir gün yollarımız yovuşmalıdır.
Əyər yer üzündə birləşəmməsək,
Göylərdə ruhumuz qovuşmalıdır.

Gəlsin üstümüzə kədər sel kimi,
Dünyalar yığılsın lap bizə qarşı.
Qaranlıq işığı söndürə bilməz,
Gecələr ha çıxsın gündüzə qarşı…

Bizi qorxutmayır tufan, qasırğa,
Əzablı yolları azmı getmişik?
Bəzən başımıza balta vurublar,
Yenə var olmuşuq, yenə bitmişik.

Dərəyə dartsınlar, düzə çəksinlər,
Ruhumuz ucadır, yerlərə sinməz.
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz…

GÖYLƏR DEYİR Kİ

Şairləri əzilən bir şəhərə
Göydən mələklər qarğış yağdırar
Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində
Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
Bəla var qarşıda;
Tufan, qasırğa
Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
Bir gün…
Günahkar şəhərin nəfəsindən
Zaman-zaman udduğu murdar zibillər
Qasırğaya qarışıb geri dönəcək;
Çırpılacaq üzlərə
Göylər qəzəblənəcək
İldırımlarar nərə çəkəcək
Şimşəklər toqquşacaq
Hər şey bir anda baş verəcək;
Şiddətli külək, qasırğa, tufan
Bir də Xəzərin şahə qalxmış dalğaları…
O zaman
Qurtuluş olmayacaq
Tikdiyiniz evlərə nicat olmayacaq;
Şüşələri qırılacaq,
qapıları yıxılacaq
daşları uçacaq
o zaman üçün
Yeni evlər tikin;
bünövrəsi halaldan
daşları yaxşılıqdan
qapısı sevgidən olsun!
və…
Şairləri incitməyin…

SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?

Üzün gül, baxışın işıq çeşməsi,
Söhbətin bülbülün şirin nəğməsi,
Ürəyin, düşüncən yurd xəzinəsi,
Sən hardan alırsan bu gözəlliyi?!

Görüşə gələrsən, dünyamız gülər,
Başının üstüylə ağ bulud gələr,
Tək bircə nəfəsin min dərdi silər,
Sən hardan alırsan bu gözəlliyi?!

Üzünü görüncə daş, dağ sevinər,
Böyüklər gülümsər, uşaq sevinər,
Ayağın toxunan torpaq sevinər,
Sən hardan alırsan bu gözəlliyi?!

Namiq öz gücünü sözündən alır,
Bulud ağlığını üzündən alır,
Ay, ulduz işığı gözündən alır;
Sən hardan alırsan bu gözəlliyi?!

SƏN MƏNİM KİMİMSƏN?

Hara baxsam təkcə səni görürəm,
Yolumsan, Yerimsən, Göyümsən axı.
Niyə səni mən bu qədər sevirəm,
Sən mənim kimimsən, nəyimsən axı?!

Masmavi göylərdə ağappaq bulud,
Günəş də, torpaq da, külək də sənsən.
Ağaca, çiçəyə can verən su da,
Çiçəkdə ətir də, çiçək də sənsən.

Qovuşdu, birləşdi iki saf bulaq,
Bir bahar günündə axar çay oldu.
Xəbərsiz doğulduq bir-birimizdən,
Bax, ancaq, ruhumuz əkiztay oldu.

Ulduz arxasından enib gəlibsən,
Atadan, anadan yaranmamısan.
Sənin sığalını mələklər çəkib,
Sən bəşər əliylə daranmamısan.

Niyə baxışınla alışar sinəm?!
Harandan od alır bu odum mənim?!
Qanadım deyilsən, ancaq, bəs nədən,
Qəmlənsən qırılar qanadım mənim?!

Üzündə qəm, gözündə nəm görünsə,
Aldığım nəfəs də daşa çevrilər.
Sənin içindəki ağrı acılar,
Mənim gözlərimdə yaşa çevrilər.

Biz qoşa bədəndə bütöv canıqmı;
Dodağın qurusa;
ciyərim yanar.
Ayrıyıq, uzağıq, bəs niyə ruhum,
Sənin varlığını varlığım sanar?!

Sənin ayağına batan bir tikan,
Mənim ürəyimi qanatmış, gülüm!
Anladım… Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış gülüm…

Ruhu doğmalardı qohum olanlar,
Bir ata – anadan doğulan deyil.
Var olan dipdiri ruhu olandı,
Ayağı, əlləri sağ olan deyil.

QALDIMI
Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
Ürəkdə Eşq dolu sözün qaldımı?!

Təmizlə dünyanı, dara, yu eşqim!
Ruha sığal çəkər mənim qu eşqim.
Deyirdin minillər sözməz bu eşqim,
Eşqindən nişanə, izin qaldımı?

Yalan ah – üzlərdə yalançı boyaq.
Vaxtsız yorulmağın adın nə qoyaq?!
Bu uzun yolları gedəcək ayaq,
Bu yükə dözəcək dizin qaldımı?!

Dünya dəmirçinin qaynar kürəsi
Yandırar ağ bayraq qaldıran kəsi.
İrəli getməyə yaşam həvəsi,
Geriyə dönməyə üzün qaldımı?!

Döndü tarixlərə o çağ deyəsən,
Açdın qədərinə qucaq deyəsən…
…Içində sönübdü ocaq deyəsən;
Barı özünsənmi, ÖZün qaldımı?

YADIMA SƏN DÜŞÜRSƏN

Aydın səma, bəyaz bulud görürəm,
Yadıma sən düşürsən.
Mələk rəngli qoşa qanad görürəm,
Yadıma sən düşürsən.

Deyib-gülən iki cavan görürəm,
Sevdiyindən sevgi uman görürəm,
Yadıma sən düşürsən…

Narın-narın yağış yağır, baxıram;
Cücələr sığınır öz anasına.
Balaca pişiklər küncə sıxılır,
Gizlicə qoyaraq göz anasına.

Bir quzu mələyir yanıqlı səslə,
Baxdım ürəyimin başı açıldı.
Küçədə sərgərdan qalan çocuğun,
Anasını görüncə,
gözündən ümidli işıq saçıldı.

Cəh-cəhini dayandırıb bülbüllər,
Ağacdakı yuvasından asıldı.
Dışarıda oynayan cüt yavrular,
Bir təpənin daldasına qısıldı…

… Doğmam yoxdu qucağına qaçım mən,
Ağacım yox budağından asılım.
Yuvam yoxdu sığınım bir küncünə,
Sən də yoxsan, indi kimə qısılım?!

Sənsiz bir kimsəsiz çocuq kimiyəm,
Solduracaq məni yağış, qar axı.
Yadıma sən, yadıma sən düşürsən;
Mənim səndən doğma kimim var axı?!

KİŞİLƏR VAR İDİ

Kişilər var idi bu yer üzündə,
Bir elin yükünü çəkən kişilər.
Quduz sultanlara qılınc sıyırıb,
Yetim qarşısında çökən kişilər.

Babalar var idi, bir kəlmə sözü,
Qan söhbəti bağlamağa bəs idi.
Nənələr var idi, nənə deyirəm;
Təpədən dırnağa nur kündəsiydi.

Qadınlar var idi şimşək baxışlı,
Qanında yüz ərin qeyrəti vardı.
Nə oldu, necoldu ülvi adamlar,
Torpaqmı gizlədi, yelmi apardı?!

Oğullar var idi, qaya parçası,
Ölsələr, harama yanaşmazdılar.
Qurban gedərdilər namus üstündə,
Namusdan bir kərə danışmazdılar.

Obalar var idi, barlı-bəhərli,
Bir giriş, bir çıxış cığırı vardı.
Gələn yolçuları hələ uzaqdan,
Təndir çörəyinin ətri vurardı…

…Günəş həmin Günəş, Ay həmin Aysa,
Bəs niyə dəyişdi bu cahan belə?!
Kök həmin kökdüsə, soy eyni soysa,
Nədən cılızlaşdı bəs insan belə?!

HƏLƏ Kİ NİDAYAM

Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir…

Dostları min olsun, nə faydası var,
Əyər tənhadısa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.

Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.

İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz.

Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam…

…Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.

Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam…

GÖNDƏRİR

Adı gələr, yanaq olar qan kimi;
Böyük bir günahdan utanan kimi…
Səhərlər yuxudan oyanan kimi,
Bir qız sevdiyinə salam göndərir.

Elə bil bir dəstə çiçək yollayar,
Tufan olsun, yağış, külək… yollayar.
İçində çırpınan ürək yollayar,
Bir qız sevdiyinə salam göndərir.

Dayanar yolunda hər dağa hazır,
Şaxtada, soyuqda donmağa hazır,
Daş-qalaq olmağa, yanmağa hazır…
Bir qız sevdiyinə salam göndərir.

SƏN

Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.

Adını çəkməsin; adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.

Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının,
Ətrini ruhunda daşıyanımsan.

DEDİ
Əllərimdən tutmasan,
Bu yollarda azaram.
Dedim: qoyma darıxım,
Dedi: tez-tez yazaram.

Dedim: incitsəm səni,
əfv edərmisən məni?!
Dedi: acı kəlməni,
Mən yaxşıya yozaram.

Dedim: qoyma baş qatam,
Kədər gölündə batam…
Dedi: sənə üz tutan
Dərdə quyu qazaram…

Ah çəkdim yana-yana;
“Mən atayam, sən ana…”
Dedi: hər şey bir yana,
Taleyimi pozaram.

Dedim: dərd oldum sənə…
Dedi: eşqsiz yaşam nə?
Ya yurd ollam eşqinə,
Ya da sənə məzaram.

OLAR
Ömrü yellərə vermək,
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.

Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!

Ulus, yurd nədi bilməz;
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs,
Özgələrə yar olar.

Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən,
Kor olar, həm kar olar.

(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana,
Geniş yer də dar olar.

Yox! – deyib batma yasa,
Var! – söylə – var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.

TANRIYA SƏSLƏNİŞ
Tanrım!
Sənin qatında sayt varmı?
Qəzet, jurnal çıxırmı orda?
Gündəlik xəbərləri hardan alırsan?
Günəş sistemində olanlardan xəbərin varmı?
Yerin təhlükədə olduğunu bilirsənmi?
Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından,
Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən
Xəbərin varmı?
Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün?
Suriyadan, İraqdan, Yəməndən,
Doğu Türküstandan… gələn
Nalə səsləri bürüyüb dünyanı.
Dağılmış şəhərlərin xarabalıqları,
Parça-parça insan meyidləri,
Gəlinciyinə sarılaraq can vermiş körpələrin
Meyidi üzərində qələbə qeyd edir dünya ağaları…
Yoxsa,
Sən də yaxşısan ətrafın pisdi?
Yoxsa, sənidəmi aldadır köməkçilərin?
“Sənin müdrik siyasətin nəticəsində
qalaktikalarda hər şey əladır,
bütün güllər, çiçəklər xoşbəxtdi,
bütün kəpənəklər səadət içində,
insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə?
Tanrım!
Bizim qalaktikaya qubernator təyin eləmisənmi?
İllik hesabat verirmi sənə?
Yerdəki vəziyyətdən nə yazır?
Yazırmı ki;
Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir?
Yazırmı;
Qız uşaqlarını hələ də diri-diri basdırırlar,
İnsan insan qatilidir,
Yer özü boyda məhbəs olub, yazırmı?!
Tanrım!
Bəs, sənin “audit”in yoxmu?

Tanrım!
Heç ordan baxanda Yer görünürümü?
Görünürsə, çarə qıl…
Görünmürsə…
Kimə deyək dərdimizi?

BƏYAN
Külli aləm zülmət idi, biz o zaman gündüz idik
Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.

O biz idik, Mudan çıxıb işıq yaydıq planetə
Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.

Oxuyub səcdə etdiyin ayələri nazil edən,
4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.

Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
Əzəldən öncə var olan, sondan sonra ölməz idik

Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik
Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.

İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq
Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.

Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri
Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.

Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi
Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.

Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…

Oxu: >>> Namiq Hacıheydərlinin digər yazıları

Oxu: >>>Zaur Ustac – Yolun sonunda Günəş var

İlkin mənbə: Namiq Hacıheydərli (ovqat.com)

Məlumatı hazırladı: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərlə görüş keçirilib.

“Ana Dili” qiraət müsabiqəsi adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.
Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilib.

Görüş mərasimində ədəbiyyatımızın görkəmli nümayəndələri – Xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva və Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev iştirak edərək, şairin zəngin yaradıcılıq irsinin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Tədbirdə uşaq, yeniyetmə və gənclər Bəxtiyar Vahabzadənin poeziyasından seçilmiş şeirləri böyük həvəslə səsləndirərək, onun yaradıcılığına olan sevgilərini nümayiş etdirdilər.

Layihənin sonunda çıxış edənlər arasında ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hanekin’e Bir Gitseydim

Hanekin’e Bir Gitseydim

Özü özümden
Sözü sözümden
Azizdi gözümden
Kızlarbat Mendeli
Türkmenelleri
Güvence kaynağımdı haritam
Türkmeneli
Gider bu istikamette
Yolunda bağlar, bostanlar
Hemde kervan saraylar
Ey yolcu yolun düştüyse
Bizim ellere
Şahsuvar babadan
Kifri’ye selam söyle
Canım yandı tutuştu
Soğuk sudan buz istedi
Kar istedi
Meni bağrına basan
Bir nazdar yar istedi
Şahrabandan şirin meyhoş nar istedi
Saydım hep yöreleri
Unuttum Hanekin’i
Anam tutturmuştu manisini
Ah Hanekin’e bir getseydim
Sevgilim amman
O zaman mesud olurdum
Sevgilim amman
Malibam bir konuşsaydım
Sevgilim amman.

Müəllif: Aydın Kerkük
İrak Türkmen Edebiyatçılar Birliği Başkanı

Aydın Kerkükün yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

АЛТЫН ТОЙ

ЖҮЗ ЖАС ПЕНЕН ЖҮЗЛЕСКЕН
МАМАМЫЗ ГҮЛЗАБИРА
ӘЖЕМИЗГЕ

 АЛТЫН   ТОЙ

Бүгин ,, Орнек ” халқы жайнап жаснаған,
Дәстүр – салтын қолларында услаған.
Бир әсирлик уллы тойды баслаған,
Нсийип етип атыр бүгин Алтын той!..

Жүз жыл..аңсат емес айтылыўғада,
Тирисиз ҳақың жоқ жойтылыўғада.
Жеткерди қудайым той қылыўға да,
Бүгин уллы халқым берер
Алтын той!…

Ала – сапыранлы өткен көп күнлер,
Тәшиўиш қуўанышты арқалап кимлер.
Ҳажыныяз Ешинияз, Карамаддинлер,
Олар арзыў еткен бүгин Алтын той!…

Айтсаң өткен өмир үлкен тарыйх бул,
Сиңли – апа жайнап турған қызыл гүл.
Сиңлилери Оралхан ҳәм Генжегүл,
Ҳәммениң арзыўсы бүгин Алтын той!…

Алла өмир берди ҳәмде қоллады,
Талай қуўандырды талай алдады.
Мына заман келди, әрман қалмады,
Шүкирликте несийп етти Алтын той!…

Ақлық шаўлық қуўлық көрген көзлери,
Оларға сабақтай басқан излери.
Қызыл гүлдей орар жанып жүзлери,
Қәдирдан мамада бүгин Алтын той!…

Жайна Мамажаным қайта жасарып,
Отырмаң өткинши ойларға талып,
Қылған мәртлигиңди сыйлайды халық,
Қуўанышта бөлисейик Алтын той!…

Әжим басқан жүзиң жыллар дизбеги,
Мегзейсиз мийўеге пискен гүздеги.
Мыналар нәўшелер еккен издеги,
Бүгин шадланбақта болып Алтын той!…

Қандай бахыт жүз жас пенен жүзлесиў,
Жаңа заман менен тарыйх тиллесиў.
Дәўир басқышлары шәртли мингесиў,
Соны басқан мамам бүгин Алтын той!…

Сиздей уллы инсан заты көп келгей,
Ҳәммениде жасыңызға жеткергей.
Уллы тойды ойнап күлип өткергей,
Мамажаным қутлы болсын Алтын той !…..

Жансая ( Бийбимәрьям )
Утамбетова

23-Октябрь күнине 2025 жыл

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

Zaur Ustac və milli təəssübkeşlik

Zaur Ustac və milli təəssübkeşlik

Milli təəssübkeşlik hər bir xalqın mənəvi varlığının, milli kimliyinin qorunmasının əsas dayaqlarından biridir. Bu duyğu insanın mənsub olduğu millətə sevgi, vətənə sədaqət, mədəniyyətə hörmət və tarixə bağlılıq hissindən doğur. Ədəbiyyat tarix boyu milli dəyərlərin yaşadılması və təbliği üçün ən güclü vasitələrdən biri olmuşdur. Müasir Azərbaycan ədəbiyyatında bu missiyanı öz yaradıcılığı ilə layiqincə daşıyan qələm sahiblərindən biri də şair, yazıçı və publisist Zaur Ustacdır.

Zaur Ustac yaradıcılığında milli kimliyin qorunması, vətənə məhəbbət və milli köklərə bağlılıq xüsusi yer tutur. Onun əsərlərində oxucu həm tarixi yaddaşın canlı təcəssümünü, həm də bu günümüz üçün aktual olan milli birlik çağırışlarını görür. Zaur Ustac üçün vətən yalnız coğrafi məkan deyil, həm də dəyərlər məkanıdır. O, milli təəssübkeşliyi sadəcə bir hiss kimi yox, həm də xalqın gələcəyini müəyyən edən güc kimi dəyərləndirir.

Şairin poeziyasında Azərbaycan torpaqlarının gözəlliyi ilə yanaşı, bu torpaqlar uğrunda aparılan mübarizələrin, şəhidlərin xatirəsinin uca tutulduğunu müşahidə edirik. Bu, oxucuda həm qürur, həm də məsuliyyət hissi yaradır. Onun qələmi milli birliyin, milli qürurun carçısına çevrilmişdir.

Zaur Ustac həmçinin “Kitab adam” obrazı ilə milli şüurun formalaşmasında ədəbiyyatın rolunu xüsusi vurğulamışdır. Onun fikrincə, milli təəssübkeşliyin ən böyük dayaqlarından biri məhz kitabdır. Kitab xalqın yaddaşı, dilin qoruyucusu, milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Bu baxımdan, onun əsərləri gənclərdə milli dəyərlərə hörmət, köklərə bağlılıq və vətən sevgisini daha da gücləndirir.

Zaur Ustacın yaradıcılığında milli təəssübkeşlik həm bədii sözün gücü, həm də vətəndaş mövqeyi ilə ifadə olunur. O, öz əsərlərində xalqını daha mübariz, daha ümidli görmək istəyir və bu yolda ədəbiyyatı mənəvi silah kimi istifadə edir.

Nəticə etibarilə, Zaur Ustac yalnız müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi deyil, həm də milli təəssübkeşliyin sadiq carçısıdır. Onun yaradıcılığı milli ruhun, vətən sevgisinin və milli kimliyin qorunmasının parlaq nümunəsidir.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sözün və Vətən sevgisinin daşıyıcısı – Yazıçı Samir Abdullayev haqqında

Sözün və Vətən sevgisinin daşıyıcısı – Yazıçı Samir Abdullayev haqqında

Azərbaycan ədəbiyyatının müasir nəsr mənzərəsinə nəzər salanda görürük ki, yeni nəsil yazarlar arasında milli duyğunu, vətən sevgisini, şəhidlik məfkurəsini qəlbinin səsinə çevirmiş imzalar var. Onlardan biri də Samirdir. O, həm bədii sözün estetik gücünü, həm də milli düşüncənin ucalığını əsərlərində və həyat yolunda yaşatmağı bacaran qələm sahibidir.

Samir qədim və müqəddəs Göyçə mahalında dünyaya gəlmişdir. Taleyin hökmü ilə dörd yaşında ailəsi ilə birlikdə Bakıya köç etsə də, Göyçənin dağları, bulaqları, o torpağın kökü onun yaddaşından heç zaman silinməmişdir. Paytaxtın mədəni mühitində böyüməsi, 47 saylı orta məktəbdə aldığı təhsil, ədəbiyyata olan marağını erkən yaşlarından gücləndirmişdir.
Ali məktəb illərində də o, həm təhsilini davam etdirmiş, həm də milli düşüncəsinə sahib çıxmağı özünə həyat amalına çevirmişdir. 2004-cü ildə əsgərliyə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirmiş, dönüşdə isə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə EHM zavodunda müdir müavini vəzifəsində çalışmış, sonrakı illərdə isə SOCAR ailəsinin bir üzvü olaraq ətrafının sonsuz hörmətini qazanmışdır.
Samir gənc yaşlarından qələm dostluğunu həyatının ayrılmaz hissəsinə çevirmişdir. Onun yaradıcılığı Azərbaycan və türk ədəbiyyatının ortaq ruhunu daşıyır. Yazıçının əsərlərində üç əsas mövzu daim ön plana çıxır: Vətən sevgisi, şəhidlərə ehtiram və dövlətçiliyə sədaqət.

2007-ci ildə tanınmış yazıçı Dilara Nağıyevanın kitabında Samirin yaradıcılığından geniş bəhs olunması, onun artıq 2015 -ci ildə özünün povest və hekayələri ədəbi mühitdə fərqli bir səs kimi duyulduğunu təsdiqləyir.

Samir müxtəlif janrlarda – hekayə, povest, publisistika sahəsində məhsuldar qələm sahibidir. Onun “Son nəfəsdə bayraq”, “Ruhuna xəyanət etmərəm”, “Unudulmayan gecə” (Xocalıya həsr olunmuş), “Ümidlər ölmür”, “Acı sevgi”, “Qisas” kimi əsərləri oxucuya həm tarixi gerçəklikləri, həm də insan talelərinin dərinliklərini yaşadır. Xüsusilə “Ümidlər ölmür” povesti Türkiyənin “Ədəbiyyat dərgisi”-də çap olunaraq qardaş oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Onun yaradıcılığında qəhrəmanlar yalnız bədii obraz deyil, həm də xalqın yaddaşında yaşayan, tariximizdə iz buraxan insanlardır. Bu mənada Samirin əsərləri yalnız bir yazıçının qələmi ilə yox, həm də bir vətəndaşın vicdanı ilə yazılmışdır.
Samirin əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə də yayımlanmış, həmin dillərə tərcümə olunmuşdur. Onun yaradıcılığı türk xalqlarının ədəbi-mədəni birliyini gücləndirən bir körpü rolunu oynayır.

Bu fəaliyyətlər onu Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, Qırğızıstan Yazıçılar Birliyinin də üzvünə çevirmişdir. Samir eyni zamanda Avrasiya Sanat Kültür və Ədəbiyyat Federasiyası – ASKEF-in Səs sənətçisi və ASKEF-in Qərbi Azərbaycan təmsilçisinin müşaviridir. Bu qurum vasitəsilə o, milli ədəbiyyatımızı beynəlxalq miqyasda layiqincə təmsil edir.

Samirin yaradıcılığında diqqətçəkən cəhətlərdən biri də onun bədii üslubudur. Hekayələrində sadə, anlaşılan, lakin poetik gücə malik dil seçimi oxucunu hadisələrin içinə aparır. Povestlərində psixoloji təsvirlər, insan xarakterlərinin dərin qatları açılır. Məqalə və esse janrında yazdıqları isə onun yalnız yazıçı deyil, həm də ictimai fikir adamı olduğunu göstərir.
Samir müasir Azərbaycan ədəbiyyatında gənc nəslin fəxarəti, vətənpərvər ruhun təcəssümü, milli kimliyə sadiq söz adamıdır. Onun yaradıcılığı yalnız bir bədii mətn toplusu deyil, həm də gələcək nəsillərə ünvanlanmış vətəndaşlıq məktubudur.

Tezliklə işıq üzü görəcək kitabı isə oxuculara yeni duyğular bəxş edəcək, milli ədəbiyyatımızın çağdaş mərhələsində Samir Abdullayevin imzasını daha da möhkəmləndirəcək.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“MƏN ƏLAHƏZRƏT OXUCUYAM “

“MƏN ƏLAHƏZRƏT OXUCUYAM “

Maraqlı fikirləri var , eyni zamanda orijinal. Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin , küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü . Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir , poeziya qanına hopub. Düşüncələri fərqlidi . Elinə , obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir.
Üzünü doğma elinə , obasına tutub :

-Nə qarlı dağların , buz bulaqların ,
Nə yaşıl nəğməli meşələrin var.
Nə mavi suların , qağayıların ,
Nə dilbər qucaqlı guşələrin var,
Bəs niyə bu qədər şirinsən mənə?
-deyir şair Zabil Pərviz.

Vicdanlıdı . Pisə yaxşı , yaxşıya pis deməz. Dünyaya işıq tərəfdən baxar. Ədalət həyat amalıdı. Xaqaniylə , Saib Təbriziylə yola çıxar hərdən. Əlbəttə xəyalən. Bəzən onu anlamazlar. Sözünün dərinliklərində yatan fikirləri çox vaxt qaranlıq qalar bəzilərinə. Amma özü sözünün min il sonra da eyni dəyərdə qalacağına inanar. Haqlıdı da. Sözünə arxayındı axı. Təkliyiylə danışar çox vaxt..Özünü kiməsə etibar etməz.
“Adamlar da maşın kimidi. Gərək məsafə saxlayasan. Yoxsa qəza olar”- deyir. Bu fikirləriylə də şərikiəm.
Yaşıyla hərəkətləri bir -birini tamamlayır . Hər sözü zamana görə seçir.

Haçan ki ,”ev bizim , sirr bizim olar”
Baharın yolunu qışla bağlarıq.
Dostlarla qırılan əlaqəmizi
Bəhanə gətirib işlə bağlarıq ,
Onda gəncliyimiz tərk edər bizi

— deyən şair ömrün bütün fəsillərini ürəyi dolu qarşılayır.
Axı ömrün qışı bəhanələrin dolu olduğu fəsildi. İnsanın yorulan , dizinin gücdən , təpərdən düşən vaxtıdı. Zabil Pərviz bütün fəsillərdə sözünə söykənən şairdi. Demək qışdan da qorxusu yoxdu.
Eyni zamanda çox maraqlı və zəngin daxili aləmi var. Arada telefon söhbətlərimiz olur. O özü də bilmədən oxumağa çalışıram onu. Hər söhbətimizdə bir az da yaxından tanıyıram Zabil Pərvizi. Bu söhbətlərin hərəsi bir ədəbi hadisədi deyirəm özünə. Ara -sıra qələmə alın , yazın , itib batmasın , heyfdi, deyirəm. Oxunmalı , nəticə çıxarılmalı , ibrətamiz söhbətlərdi hamısı.
Kitab oxumağ , mütaliəni sevir. Oxuduğu kitab qəhrəmanlarına bənzədir özünü . Elə ləqəbi də özünə Xosrov Pərvizin eşqinə götürüb . Gözəl ədəbiyyatçı , səviyyəli oxucudu həm də. Sözə çox bağlıdı. Susayanda şeir yazır, darıxanda şeir yazır .Elə küsəndə , inciyəndə də.
Antik ədəbiyyatı , xarici ədəbiyyatı , klassikləri heç vaxt yaddan çıxarmır. Müasirliyin də qətiyyən əleyhinə deyil, yetər ki, əndazəni aşmayasan. Əsl Sözə sufi sevgisi var. Saatlarla ədəbiyyat söhbətləri edir , yorulmur. Bir sözlə xəmiri sözlə yoğrulub. Titul , medal dalınca qaçmaz. Əsl titulu şairlikdi. Onu da Tanrı verib(özü demiş) Bundan böyük mükafat ola bilərmi? . Dopdolu şükranlığı var Yaradana. Ovucları duadan , ürəyi sevgidən asılıb. İddiası da böyük deyil. Sözdə çəkisini və yerini gözəl bilir. Məsləhət verir, məsləhət alır. Özünü qaldırıb dağ başına qoyanları sevmir. Adamı gendən-genə tanıyır. Sözündən.
Vətəni ürəkdən sevir .Sözünün bu başı da Vətəndi , o başı da:

Mənim damarımda axan qan deyil ,
Vətən cövlan edir damarlarımda -deyir .

Şairdən gözəl şeir gözləyir . ” Mən əlahəzrət oxucuyam – deyir, zəhmət çək mənim zövqümü oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu məni yorasan və incidəsən”.
Zabil Pərviz kədəri də , qəmi də olduğu kimi qəbul edənlərdəndi. Ağrıların gözünə dik baxan şairdi :

Yüz sevincə qatılsa da ,
Yüz gülüşə qarışsa da
Yeyilməyən yavan kədər..
Sən babamdan qalan sərvət ,
sən atamdan qalan dövlət .
Mən bələdəm dəyərinə , dəyməzinə yüngülünə , ağırına ,
Çeynədiyin oğulların varisiyəm ,
Çıxacağam axırına.

Bu misralarda böyük əzm , dəyanət və inam var – sabaha , gələcəyə , sevgiyə ..
Şoran torpaqların şairi susuzluğunu sözlə yatırır . Ciyəri yananda sözlə ovunur. İlan mələyən torpaqların şairi olmağıyla həmişə fəxr edir. Bilir ki, onsuz da harda olsa səsi bütün Azərbaycana çatır. Bu sarıdan da xoşbəxtdi.

Bülbüllər oxuyar Kür sahilində ,
Bülbüllər oxuyar gecə sübhəcən.
Xuraman ləpələr , xumar ləpələr
Nəğmə yarışından keçər sübhəcən.

Başdan ayağa duyğu yüklü şeirdi . Oxuduqca gözümüzün önünə Kür sahili , gecənin qoynunda bir -birilə sevişən ləpələr gəlir , qulağımızda bəxtəvər bülbüllərin səsi cingildəyir.

Nə vaxtsa bu yoldan keçmişəm atlı,
Tanışdır qarsımış çiçəklər mənə.
Bir muğam oxuyur doğmalıq adlı
Qarğılar , qamışlar , küləklər mənə.

Dizimi göynədən tikanlar tanış,
Burda qarışmışam yovşan ətrinə.
Doğma halalına haram qatmamış
Biçənək ətrinə, kövşən ətrinə …

Bu misralarda nə gizlənməyib ? Həsrətin , ayrılığın , saflığın , doğmalığın havası uzaqdan vurur adamı. Dipdiri , dupduru hislərin təcəssümüdü bu lirik şeir. Qızmar kənd , yollar , çəpərlər , küləklər , tikanlar , kollar , yovşanlar , otlar dil açıb danışır adamla Zabil Pərvizin diliylə.

Ümumiyyətlə Zabil Pərviz lirikası qaynardı , od kimidi. Hamının ürəyindən keçənləri şeirə çevirmək məharəti var bu şairdə. Özünü əsrlər sonra Nizami , Nəsimi , Xaqaniylə eyni məkanda görəcəyinə çox inanır.
İlham pərisi həmişə oyaq olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün münaqişələrdən və intriqalardan uzaq dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat söhbətlərində saatlarla adama yoldaşlıq edə bilir. Hər mövzuda dialoqa girməyi bacarır . Bir sözlə sözünə sadiq şairdi. Sözünə toxunan olmasa min il yoldaşlıq etmək olar Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi danışmaz. Yalançı tərifləri və alqışları sevməz. Sözü urvatdan salanlara qarşı qalxanı elə özü demiş əlahəzrət Sözüdü. Orta həddi sevmir. Onunçun ya var olmalısan , ya da yox. Dostluqda da elədi. Tələbkardı və eyni zamanda ona bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır.
Obrazlı , poetik ifadələrlə zəngin şeirləri oxucuyla tez dil tapır .
Ən çox heca vəzninə vurğundu. Deyir o vəznin özünün xüsusi ahəngi , ritmi var . Amma bütün vəznlərdə yazılan əsl şeirlərə də hörmət və ehtiramla yanaşır. Ütülü danışmağı xoşlamır , amma pərakəndəliyində də bir nizam var.
Onunçun Azadlıq anlayışı bəşəridi, amma onun da sərhəddi olmalıdı. Keçdinsə azadlıq deyil.
Məmməd Araz , Xəlil Rza sevdalısıdı. Tez -tez onlardan söz açır , kövrəlir , qürurlanır . Deyir vaxtilə ədəbiyyata məni nəhəng söz adamları uğurlayıb. Ustadlarını daim məhəbbət və ehtiramla xatırlayır. Sinədəftərdi. Zaman -zaman sevdiyi şeirləri hafizəsinə köçürüb. Hansı mövzuda desən şeir tapmaq olar Zabil Pərvizdə.
Gözəl şeir görəndə sevinir. Uşaq kimi safdı. Ürəyində həsrət yaşayan şair bəzən sükutun diliylə də danışır adamla. Səssizliyində gizlədər bəzən ürəyindən keçənləri. Bilirəm ki, deməsə də bu yazını da çoxdan gözləyirdi məndən. O da gözləyirdi , mən də. O da darıxırdı , mən də. Axı bu yazı da doğulmalıydı. Şeir kimi . Nəhayət ki, doğuldu–
Gecənin aydınlığında , ay işığında , başında külək , gözlərində işıqla doğuldu. Əsl Zabil havasında.
Bütün şeirlərimi muğam üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun.
Xəmiri ədalətdən və həqiqətdən yoğrulan bu yazının da öz oxucuları olacağına inanıram. Ömrünün payızında könlündə bahar çiçəkləri açan şairin oxucuları da özü ruhda olmalıdı axı . Ruhu yorulmasın nə şairin , nə əlahəzrət oxucunun.

Təranə Dəmir,

Şair – publisist.