ZƏMANƏNİN TOMRİSİ (Səkinə xanım Əliyevanın 100-illiyinə) (poema)
Tarix bəzən silah səsi ilə yazılmır, bəzən bir qadının titrəməyən səsi ilə yazılır.
1989-un qışı – 19 yanvar 1990-cı il Naxçıvanı dünyaya tanıtdı. Bu işi Səkinə xanım – Zəmanənin Tomrisi gördü… Kişilər qorxudan qaçıb gizlənəndə O tribunaya qalxdı, Yardım istədi…
Ayağında imperiya cəkmələri, daş divarların içində, adını tarix bilmirdi hələ – amma zaman onu tanıyırdı.
Səkinə. Sadə bir ad, çətin bir yük.
O, kresloda oturmamışdı, o, milləti üçün tribunada idi.
Moskva təhdid edirdi, Bakı tərəddüd edirdi, imperiyanın ağır dəmir əlləri Naxçıvanın boğazını sıxırdı.
Deputatlar qorxunu sükut kimi geyinmişdilər. 50 faiz + 1 bir millətin taleyi qədər ağır idi.
Və o dedi: — Sessiya olacaq!
Bu nida cümləsi Naxçıvandakı tanklardan zəhimli idi.
Bu cümlə SSRİ xəritəsində ilk çatlaq oldu.
Kərki yanırdı, qan axırdı, sərhədlər ağlayırdı, amma o, geri çəkilmədi.
Əksinə: — “Dəmiri isti-isti döyərlər” — deyib, irəli getdi…
Qars müqaviləsi tozlu arxivdən çıxıb canlı sənədə çevrildi.
Türkiyəyə uzanan səs bir yardım deyil, bir hüquq idi.
BMT-yə yazılan müraciət bir kağız yox, bir fəryad idi.
“SSRİ qoşunları çıxsın!” — deyəndə imperiyanın qulağı kar oldu, amma tarix eşitdi.
Və televiziya ekranında ilk dəfə “Azadlıq” nidası səsləndi.
Bir neçə saat sonra Bakıda qan yağdı.
20 Yanvar Naxçıvan qərarının haqlılığını möhürlədi.
Tarix dedi: — O qadın gecikmədi.
Sonra onu kənara çəkdilər, səssizliyə sürgün etdilər. Adını demədilər, şəkillərini gizlətdilər.
Amma Tomris də bir vaxt tarixdən silinmək istənmişdi.
Zamanın Tomrisi qılınc tutmadı, amma iradə tutdu.
Ordusu yox idi, amma xalqı vardı.
Səngəri yox idi, amma vicdanı vardı.
2010-da bir qadın köçdü bu dünyadan ancaq, bir yol, bir ad qaldı əbədi…
Bu gün Naxçıvanın dağları onu tanıyır, Araz onu xatırlayır, sərhəd daşları ona salam verir.
Çünki bəzən bir ölkəni, bir xalqı bir qadın xilas edir.
Bəzən bir imperiyanı bir cümlə dağıdır.
Və bəzən zəmanənin Tomrisi zamanın özündən cəsur olur. 15.04.2025. Bakı.
Gitmek istediğim her yer Her yer kırık aynalarla dolu
Ağlıyorum, zalim düşmanı arıyorum, kimse umursamıyor, Benden bu kadar nefret eden düşmanım kim?, Bu düşmanlar kim?, Neden kana susamış şeytanlar gibi her yere saldırıyorlar?
Ve size soruyorum, ey her acıyı mutluluğa bağlayan yollar; Defterimde neden bu kadar çok hüzün var?
Peki ya sen, sen, yüzü kimsenin bilmediği sevgilim, yuvamdan güvercin gibi uçan, Sensiz, evlerin çatılarına yanmış küller gibi dağılırdım
Oysa yüzyıllar önce, sen ateşimi yakan odun değildin, sen bahçemdin ve her harabenin ortasında parlayan güneş ışığıydın
Şimdi nehirlerimi ateşe ve küle çeviriyorsun
Ey sevgili, bu sözlerimi boncuk gibi diz ve onları bir bilezik gibi koluna tak.
Kartal asla bir karıncanın yumurtasından çıkmaz, Zehirli bir yılan ancak zehirli bir yılandan çıkar!
Ve asla unutma ki sen olmadan, ahiretin tüm acıları gecelerin ardında gizli kalacak. Özgür düşünceye giden tüm yollar zaferin ihtişamıyla aydınlanacak.
“Vətənin tərənnümü” adlı rəsm yarışması elan olunur
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur. 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliğidir. Müsabiqə “Vətən mövzusunda ən yaxşı rəsm” (A3 formatda, şəkillərin sayı 3-ə qədər olmalıdır, akvarel boyası ilə çəkilməlidir) nominasiyası üzrə keçiriləcək.
Yaradıcılıq işlərində iştirakçının soyadı, adı və atasının adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsi göstərilməli, işlər usaqbilikportali@gmail.com elektron poçtuna göndərilməlidir. Müraciət üçün son tarix 22 may 2025-ci ildir.
Qaliblər 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq.
(esse) Bu gün on il əvvələ 09.03.2011 səyahət edərək gənc bir qızın Norveçdə ilk baharını təsvir edəcəyik. Bəli, gənc qız isti və daima qaynar bir həyatın dövr etdiyi bir ölkədən, ilin çox hissi qış olan və yorğan kimi torpağın üzərini örtən bəyaz qarın möcüzələr yaratdığı bir nağıllar ölkəsinə köç etmişdir. Mart ayında bu gənc qızı sirli-sehrli nağıllar ölkəsi Norveçdə ilk qarşılayanda elə məhəbbət və təmizlik rəmzi sayılan «ağ qar» olmuşdur. O qar ki, bahar ətirli, sevgi dolu və gözü ay kimi işıqlı o qızın həyatını bahardan qışa dəyişmişdir. Amma bu qış insanı üşüdən, qəlbini sıxan və evə çəkən bir qış deyildir. Bu yarı qar, yarı yağış və yarıdan çoxu yaşıllıqların xalça kimi ətrafa salındığı, şam,palıd ağaclarının sıx yerləşdiyi və maralın,ceyranın süzdüyü yaşıl meşələrin əsrarəngiz gözəlliyi ilə əhatə olunduğu « yaşıl qış» idi. Norveçdə ilk baharda gördüyü hər yarpaqda, hər güldə Vətən qoxusu,duyğusu və oxşarlığı görən gənc qız bir neçə il belə yaşamışdır. Qərb ölkədə kimi gördüsə Azərbaycan baharından, güllərinin ətrindən,rəngindən, quşların oxumasından, çeşmə bulaqlardan danışmış və onların xəyalı ilə özünü Norveçin«yaşıl qış» na öyrəşdirmişdir. O «yaşıl qış» ki, sanki canlı,təbii və ecazkar bir rəssam tablosudur. Bu tablo vasitəsi ilə o gənc qız həm öz sevgisini tapmış ,həm də Vətən həsrətini qisməndə olsa unuda bilmişdir. Ağacların əksinin üzərində yer aldığı, göyü üz kimi təmiz göllər, bu göllərdə üzən nadir, gözəl quş növləri gənc qızı Norveçi sevməyə sövq etmiş və nigarançılıq hissini azaltmışdır. Təbiətin ecazkarlığı gənc qızın qəlbini ovsunlayaraq onu öz ağuşuna almağa başlamışdır. İlk baharda onun ilk sirdaşı,qəlb yoldaşı və yaxın dostu da elə bu füsunkar təbiət olmuşdur. O,təbiətdən aldığı güc və qüvvədən irəliləyərək cəmiyyətdə hər hansı bir mövqey əldə etməyə çalışmış özünü Norveç cəmiyyətinin və təbiətinin bir hissəsi kimi qəbul etməyə başlamışdır. Norveç baharının simvollarından biri də yasəmən gülüdür. O yasəmən ki, rəngi,gözəlliyi,ətri, nazı və zərifliyi ilə neçə-neçə qəlbləri fəth edən və ovsunlayan qadına çox bənzərliyi vardır. AĞ,tünd və açıq bənövşəyi rənglərdə Norveç təbiətinin simvolu olan yasəmən may ayında tanrının bəxşişi kimi hər tərəfi gözəllik çələnginə bürüyür. Yasəmən bu gənc qızıda ovsunlamış , qəlbində sevgi hissi yaratmış və qəribçilik hissini unutdurmuşdur. O,hara getsə, hara dönsə ancaq yasəmən görür ,dərib saçına taxır öz xəyal dünyasını qura-qura “yaşıl qış”ı sevməyə və əzizləməyə başlamışdır. Norveçdə yazın əsas simvollarından biri də yağışdır. O yağış ki Norveç meşələrini su ilə təmin edən və ecazkar yaşıllığın yaranmasının ilk və tək səbəbi nur yağışı… Ancaq gənc qız hər yağış yağanda sanki bir qaranlığa qərq olar və nigarançılıq hissi onu rahat buraxmazmış. Yaz yağışının nigarançılığı qızı çox üzərdi və o Vətəndən,ailəsindən, öz doğma güllərindən nigaran qalarmış. Gənc qız Norveçdə əsrarəngiz “yaşıl qış”da hər yağış yağanda öz kiçik yuvası və sevdikləri üçün nigarançılıq hissi keçirərmiş və “Təkcə səndən nigaranam” deyərmiş: “Gəlib, hərdən düşər yada, hərdən düşər yada, O günlər bir nağılsa da, şirin nağılsa da. Bütün dünya dağılsa da, dünya dağılsa da, Təkcə səndən nigaranam, səndən nigaranam..” (Baba Vəziroğlu)
Quşların oxuması, dələlərin bir ağacadan o biri ağaca sürətlə qaçması, maralların yol üstündə və ya meşədə adama boylanması da Norveç təbiətinin möcüzələrindəndir. İllər ötdükcə maralların sakit baxışı, dələlərin həyəcan və qorxu ilə qaçması və quşların xoş nəğmələri qənc qızın qəlbini ovsunlayır və “yaşıl qış”a olan sevgisini daha da artırırdır. Belə ki, qarlı bir bahar günündə Norveçə gələn gənc qız zamanla bu ölkənin hər fəslini sevmiş, öz nağıl dünyasını yaratmış və qəhrəmanlarını isə həm Azərbaycan, həm də Norveçdən seçmişdir. O, qəlbində iki ölkəni birləşdirən bir nağıl yaratmış və onu belə adlandırmışdır:“ Yarı məndə, yarı səndə” “Çiçək ətri gül üzündə, Min məna var hər sözündə. Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə”.(Nüsrət Kəsəmənli)
Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Oxu saatı” keçirilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin uşaq guşəsində “Oxu saat”ının qonağı tanınmış teleaparıcı Emin Şahzadə ilə oxucuların görüşü keçirilib. Mütaliə saatında sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, 49,62, 247 nömrəli tam orta məktəbin şagirdləri və digər oxucular iştirak edib. Emil Şahzadə uşaqlara Dünyazad Əssədinin “Sən hirslənəndə”, Ayşegül Dedenin “Biri, o biri, başqası, digəri”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa”, Fatimə Yusifovanın “Bu kitabı Qıdıqla, Sığalla, Alqışla”, “Buku, qaranlıq və Toki”, Nurlana İşığın “Göyün yeddinci qatı”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı”, Culiya Donaldson və Aksel Şefflerin “Qraffalo” adlı kitablarından hekayələr və nağııllar oxuyub. Daha sonar isə oxunan kitablar haqqında müzakirələr aparılıb. Qeyd edək ki, kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün işarət dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların cəmiyyətə sosial inteqrasiyasını təmin etmək, onlarda özgüvən və sosial adaptasiya, ünsiyyət vərdişlərini formalaşdırmaq, həmçinin dil bacarıqlarının inkişafına dəstək olmaqdır.
Bu vaxta qədər heç bir alimin rəddiyyə yaza bilmədiyi “Əl-Ğədir” kitabının elmi redaktoru naxçıvanlı alim idi. O, Həzrət Əlinin hərəmində dəfn olunub. Əvvəlcə “rəddiyyə” sözünün mənasına aydınlıq gətirək. Bu söz “rəddə” – yəni “qaytardı, rədd etdi” felindən yaranmışdır. İslam elmlərində “rəddiyyə”, bir məsələdə haqqı müdafiə etmək məqsədilə, elmi və əsaslı şəkildə (səhih mənbələrə istinadən) edilən cavab anlamında işlənir. Azərbaycan dilində buna yaxın məna daşıyan “təkzib” ifadəsi də geniş istifadə olunur. Hər iki söz mahiyyət etibarilə, bir məsələdə irəli sürülən yanlış iddianı, əsassız fikri rədd etmə, doğrunu ortaya qoyma məqsədi daşıyır.
Ayətullah Məhəmməd Əli Ordubadi – görkəmli islamşünas alim
Barəsində söz açacağımız böyük islamşünas alim Ayətullah Məhəmməd Əli Ordubadi 1895-ci ildə qədim Azərbaycan torpağı olan Təbrizdə dünyaya göz açmışdır. Atası Ayətullah Əbülqasim Ordubadi Ordubad şəhərinin tanınmış alimlərindən və nüfuzlu şəxslərindən biri olmuşdur. Mənbələrdə qeyd olunur ki, XIX əsrin sonlarında Ayətullah Əbülqasim ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Təbriz şəhərinə köçmüş və burada bir müddət yaşamışdır. Əllamə Məhəmməd Əli də Təbrizdə anadan olmuşdur.
1898-ci ildə ailə Nəcəfə köçmüş və orada məskunlaşmışdır. Əllamə Məhəmməd Əli atasının elmi və mənəvi təsiri ilə ibtidai təhsilini başa vurduqdan sonra yüksək dini təhsil almağa başlamışdır. İlk müəllimi atası Ayətullah Əbülqasim olmuş, onun vəfatından sonra isə dövrünün tanınmış alimlərindən – Ayətullahül-üzma Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi, Şeyx Məhəmməd Hüseyn Naxçıvani və başqalarından dərs almışdır. O, xüsusilə məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində fəal iştirak etmişdir.
Elmi fəaliyyəti və ədəbi irsi
Müasirləri Ayətullah Məhəmməd Əli Ordubadinin ədəbiyyat və şeir sahəsində də misilsiz istedada sahib olduğunu vurğulamışlar. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir. “Məfaxiri-Azərbaycan” kitabında qeyd olunur ki, Ordubadi məşhur “Əl-Ğədir” kitabının ərsəyə gəlməsində müəllif Əllamə Əminiyə yaxından köməklik göstərmişdir. O, bu monumental əsərin dili və üslub baxımından daha səlis şəkildə qələmə alınması üçün müəllifə dəyərli məsləhətlər vermiş, həmçinin kitabın ədəbi redaktəsində fəal iştirak etmişdir. Beləliklə, o, bu möhtəşəm əsərin hazırlanmasında əsas iştirakçılardan biri olmuş və öz adını dini ədəbiyyat tarixində əbədiləşdirmişdir. Ayətullah Ordubadi bir sıra mühüm dini əsərlərin müəllifidir. Bunlara aşağıdakıları misal göstərmək olar: İmam Mehdi (ə) haqqında “Əl-Ənvarüs-satiə” kitabı, Kərbəla şəhidi Muxtarın tərcümeyi-halı, Aşura faciəsinə həsr olunmuş mərsiyələr toplusu, Müsəlman alimlərinin bioqrafiyalarını ehtiva edən “Zəhrür-rəbiyy”, Şeyx Təntaviyə aid “Cəvahir” təfsirinin elmi tənqidi, Həzrət Əlinin (ə) Kəbədə doğulmasını isbat edən “Vəlidul-Kəbə”. Və sonuncu əsər – “Vəlidul-Kəbə” – Əllamə Əmini tərəfindən xüsusi olaraq yüksək qiymətləndirilmişdir. Ayətullah Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1380-ci ilin səfər ayının 1-də (miladi təqvimlə 26 iyul 1960-cı il) 72 yaşında dünyasını dəyişmiş, Nəcəfdə İmam Əlinin (ə) hərəmində dəfn olunmuşdur. Allah ona rəhmət eləsin!
Əl-Ğədir – İslam tarixində unikal əsər
Oxucuların marağını nəzərə alaraq qeyd edək ki, “Əl-Ğədir” əsəri Qədir-Xum hadisəsinə həsr olunmuş mötəbər dini əsərdir. Onun müəllifi Əllamə Əbdülhüseyn Əminidir. Əsərdə Həzrət Əlinin (ə) vilayəti geniş və əsaslı şəkildə izah olunur. Alim bu əsəri yazmaq üçün 10 mindən çox kitab mütaliə etmiş, 100 mindən artıq etibarlı mənbəyə istinad etmiş, Hindistan, Pakistan, Misir, Mərakeş və bir çox ölkələrə səfər etmişdir. 20 cilddən ibarət olan bu əsərdə 110 səhabə və 84 tabəindən hədislər nəql olunur. Kitabın azərbaycancaya tərcüməsi isə məhz haqqında bəhs etdiyimiz böyük alim – Ayətullah Məhəmməd Əli Ordubadiyə aiddir.