www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Məhəmmədhüseyn Şəhriyar və övladları

Məhəmmədhüseyn Şəhriyar və övladları.

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şagirdlər Milli Kitabxanada ekskursiyada olublar

Xətai rayonu Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbin müəllimi Şənay Muxtarova 3-cü sinif şagirdləri ilə Milli Kitabxanada ekskursiyada olublar

Uşaqları mütaliəyə həvəsləndirmək, asudə vaxtlarını kitablarla keçirmək vərdişlərini aşılamaq və onları kitabxanaya cəlb etmək məqsədilə təşkil edilən tədbirdə kitabxana əməkdaşları məktəblilərə kitablar, kitabxana və ondan istifadə qaydaları haqqında məlumat veriblər.

Məktəblilər əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər.

Sonra şagirdlər kitabxananın mütaliə zallarında olub, Kitabxana muzeyi və nadir kitablar şöbəsində, həmçinin kitabxananın sərgi zalında nümayiş olunan kitablarla tanış olublar:

Uşaqlar üçün nəzərdə tutulmuş uşaq otağı və uşaq istirahət guşəsində müxtəlif uşaq jurnalları və kiçikyaşlı uşaqlar üçün çap olunmuş illüstrasiyalı məlumat kitablarını mütaliə ediblər.

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu

GEDİRSƏN

A Zöhrə ulduzum, a Dan ulduzum,
Səhəri tərk edib hara gedirsən?
Ömrümə nur saçan adam ulduzum,
Çəkirsən ruhumu dara, gedirsən.

Sən göylər sonası, göylər gözəli,
Gecənin, gündüzün sonu, əzəli.
Bənzərsiz sevgimin özü, özəli,
Əlini yelləyib yara, gedirsən.

Mən sənin dağınam, sən mənim qarım,
Sanma ki, əriyə əhdim, ilqarım.
A sevgi ağacım, məhəbbət barım,
Dönüb budağımda bara, gedirsən.

Yetər Qəzənfərə həsrətin, yetər,
Ahım küləkləri addıyar, ötər.
Nə var bu dünyada zülmətdən betər,
Eyləyib günümü qara, gedirsən.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

“Boşluqdan qaçıb” xilas, yəni nicat yolu axtaranda”həmfikri, daha doğrusu, “həmcinayəti” Nəcəf Əsgərzadə ilə iki dəfə “Fikir cinayətləri” üstündə tutulanda “Düşünən başlar ölkəsinə” qaçıb canını qurtarmaq istəyən Nicatın cinayət əməllərini öz ədalət məhkəməmdə ədalətli hakim kimi çözüb ona amnistiya vermişəm. Fikirləşmişəm ki, belə cinayətləri gənclər nə qədər çox etsələr, yəni belə silsilə cinayət sahibləri olsalar “İşığımız sönməyəcəkdir”.

Nicat gənc yaşlarından rahat yaşamaq yolundan imtina edib “vicdanlı insan rahat yaşaya bilməz” fəlsəfi düşüncəsinə sadiqdir. Əlbəttə, indi də gəncdi, düşüncələri isə qos-qoca.

Nicat sözlə o qədər kübar davranır ki, “bizim məmləkətimizin insanları (əlbəttə, bəziləri) unutqan (yəni manqurtabənzər) deyil, sadəcə xatırlamaq istəmirlər” yazır.

Nicat səhv eləmirəmsə, beş kitab müəllifidir. Hər kitabı yazanda özünə sual verir: “mən niyə yazıram?!” Tezliklə altıncı dəfə özünə bu sualı verəcək. Ürəyinin, təxəyyülünün, istedadının hökmüylə yazır, onların əmrindən çıxa bilmir, daha dəqiq desəm, çıxmaq istəmir.

Yaz, Nicat, yaz, HƏQİQƏTi yazmaq ali missiyadır, sivil mübarizədir. Nə olsun ki, sən missioner deyilsən? Həqiqət yalandan fərqli olaraq, çılpaqlığı ilə gözəldir. Elə çılpaq gözəllikdən yaz, ona heç vaxt pafosla don geydirmə. Qoy donsuz qalsın. Eybəcər, kor gözlülər onsuz da həqiqəti sevmirlər.

Nicat bəyə Cəfər Cabbarlının Sonası, Markesə yazı makinası almaq üçün nişan üzüyünü satan Mersedesi, Lev Tolstoyun nəhəng “Hərb və sülh” romanının yeddi dəfə üzünü köçürən Sofyası, dekabristlərin xanımları kimi cəfakeş, vəfalı, milli ruhumuza uyğun desəm, halal süd əmmiş el gözəli, ömür-gün yoldaşı, sirdaşı arzulayıram. Bu arzum tezliklə çin olsun. Hər kəsin uğurunun bir qismi də cəfakeş, dözümlü xanımının payına düşür. Çexov həqiqəti deyirdi: “qadınla yaşamaq olmur, qadınsız da”.

Bir də tez-tez özün özünə “mən niyə yazıram?!” deyəsən…

26.10.2024

Nicat Həşimzadənin yazıları

Təbrik etdi: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının bir payız sayı

“XƏZAN” jurnalının bir payız sayı

“Xəzan” jurnalının sentyabr-oktyabr, 2024 sayı çapdan çıxıb. Bu, jurnalın cari ildə çıxan növbəti payız saylarından biridir. Jurnal 2016-cı ildən davamlı olaraq ən azı iki ayda bir dəfə çıxır. Növbəti nömrə 98 səhifədir. Bu nömrədə jurnalın redaksiya heyəti şair ƏHMƏD HAQSEVƏRİ 70 yaşı münasibətilə təbrik edib. Onun yaradıcılığına həsr olunmuş iki yazı (Nəsib Abid və Arzu Heydərovanın) və şairin yaradıcılığından nümunələr jurnalın səhifələrində yerləşdirilmişdir.
Eyni zamanda özbək ədəbiyyatından nümunələr də daxil olmaqla jurnalın növbəti sayında rəngarəng poeziya və nəsr nümunələri çap olunmuşdur.
Beləliklə, jurnalda çap olunan materialların yazı düzümü aşağıdakı kimidir:

Redaktor guşəsi
-“Sərgi, yarmarka, yoxsa kitab bazarı?”

Publisistika
-Nəsib ABİD – “Uşaq dünyasına sevgi şairi” (Əhməd Haqsevərin 70 yaşına)
-Arzu HEYDƏROVA – “Yurdumun haqsevər şairi” (Ə.Haqsevərin yaradıcılığı haqqında)
-Şahlar HACIYEV – “Cavabsız suallara cavab axtarışı” (Əli bəy Azərinin “İki zəngəzurlu zabit” romanı haqqında)
-Əhməd HAQSEVƏR – “Fəridə Köçərli yaradıcılığının özünəməxsusluğu”
-Əli BƏY AZƏRİ – “Damət Salmanoğlunun şeirləri özbək dilində”
-Ülviyyə ƏBÜLFƏZQIZI – “Yazıçı müstəntiq deyil ki, təsvir etdiyi hadisələrin səbəblərini araşdırsın” (Yazıçı Əli bəy Azəri ilə müsahibə)
-Təranə DƏMİR – “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac yaradıcılığı haqqında)
-Ramiz İSMAYIL – “Dərin mənalı bayatılar” (Həqiqət Şamillinin “Rəssam, çək şəklimi” kitabı haqqında)
-Fəridə HİCRAN – “Həqiqət Şamillinin vətənpərvərlik şeirləri”

Poeziya
-Əhməd HAQSEVƏR – “Qıfılbənd”, “Sonet”, “Qəzəllər”, “Payız notları”, “Gündüzlər qısalır ömrümüz kimi”, “Ömür yolu”, “Tərəzi”, “Gəldi”, “Adam alqışlar Allahı”, “Otaqda neçə nəfərik?”, “Nar satışı”, “Ən güclü adam” (şeirlər)
-Təranə DƏMİR – “Payız poeziya çələngi”
-Həsən MİRAT – “Ata”, “Kişi”, “Zaddan”, “Qazi”, “Eşşək”, “Əvvəl-axır”, “Daxma” (şeirlər)
-Hadiz ƏLİMƏRDANLI – “Qəzəllər və rübailər”
-Şahməmməd DAĞLAROĞLU – “Məhəmməd və Sona” (opera üçün libretto)
-Əbülfəz ƏHMƏD – “Olan-qalanımız” (Ramiz İsmayılla deyişmə)
-Anar ƏHMƏDOV – “Azərbaycan – Özbəkistan”, “Mən bir gün gedəcəyəm Özbəkistana”, “Şəhərlər şəhəri gözəl Səmərqənd” (şeirlər)
-Natəvan ASLAN (MEHDİYEVA) – “Borçalıya”, “Qaldı”, “Payızın yanında”, “Yenə bu payız”, “Həsrət”, “Küsən şeirim”, “Dincliyim”, “Yaxşı deyiləm”, “Bilmədi”, “Darıxırsan” (şeirlər)
-Damət SALMANOĞLU – “Sevdim”, “Dənizdən payızın qoxusu gəlir”, “Ayrıldıq”, “Əlini əlimdən üzən deyiləm”, “Gəlib”, “Söylə”, “Məni yaşat baxışlarında”, “Payız düşüncələri”, “Zominin dağları”, “Günəş qucaqlaşır mavi dənizlə”, “Hər qələm şeir yazmır, əzizim” (şeirlər)
-Ələsgər TALIBOĞLU – “Uşaq şeirləri”
-Seymur SÖNMƏZ PAŞAYEV – “Mənim Məkkəm anamdı”, “İstəsəm”, “Bəlkələrlə sevim səni”, “Dedilər”, “Yenə xəyallara dalıb bu gözəl”, “Saçımda görünən ağlar deyilmi?”, “Mən də köçəcəyəm günün birində”, “Şeirimdə”, “Sonradan bildim ki”, “Gördüm”, “İnan, inanma”, “Dəli kimi sevdim dəli birini” (şeirlər)
-Zaur USTAC – “Hər səngər məbəddi, pirdi hər əsgər” (şeirlər)
-Ərzuman DAĞLI – “Yamacındayam”, “Hər zaman”, “Köçkünlərə”, “Bilin”, “Azərbaycan”, “Ay qız”, “Ölmüşəm”, “Vətən məhəbbəti”, “Heç vaxt”, “Gözləyir” (şeirlər)
-Erkin VAHİDOV – “Özbəyim” (qəsidə), (Özbəkcədən çevirən: Yaşar Qasımbəyli)
-Həqiqət ŞAMİLLİ – “Rəssam, çək şəklimi, əgər bacarsan”, “Şəhid general Polad Həşimov”, “Şuşa ayağa qalxdı”, “Ruhuma musiqi salmısan, ana”, “Həm bir hakim oldum, həm cani oldum”, “Göyçə eli qumaş deyib çağırır”, “Bayatılar” (şeirlər)
-Sayad RAMAZANQIZI – “Salam olsun”, “Külək”, “Ömür yolu”, “Rənglər dünyası”, “Dağlar qızı”, “Bayatılar” (şeirlər)
-Sayad ABULOVA – “Qızılgül”, “Eylərdim”, “Təbib”, “İstər”, “Həkim”, “İstisu”, “Neyləsin?”, “Torpaq”, “Ana yurdum”, “Vəsiyyət” (şeirlər)

Nəsr
-Xaliq AZADİ – “Pişik balası” (hekayə)
-Xaliyar SƏFƏRİV – “Ana vidası” (hekayə), (Özbəkcədən tərcümə Rəhmət Babacanındır)
-Məmməd MƏMMƏDLİ – “Telman üçün şapalaq” (hekayə)
-Əli BƏY AZƏRİ – “Diş həkimi” (hekayə)

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağacəfər Həsənli – 70

SÖZ

Xaıqımızın sevimli şairi Ağacəfər Həsənlinin
70 illik yübileyi münasibəti ilə yazılmış şeir.

Dağlardan düzlərə endirir səni,
Ömrün dərəsində, hamarında söz.
Məhəmməd Fizuli dindirir səni,
Qaynayır qanında, damarında söz.

Zülmət qaranlıqda yanan şölədir,
Ömrün kitab-kitab yükdür,şələdir.
Kağızlar üstündə bitən lalədir,
Yaşayır ömrünün baharında söz.

Leysana çevrilib üstünə yağır,
Ocağına yağır, tüstünə yağır.
Üzündə, gözündə Cəngəsər dağı,
Alışır, közərir damağında söz.

Şeir arxan olub, dayağın olub,
Şeirsiz keçən gün bayağı olub,
Mənayla, məntiqlə ürəyin dolu,
Azalmır şairin tabağında soz.

Dilində adı var neçə nəhəngin,
Qəlbin məbədidir dözəl ahəngin.
Verib cavabını topun, tüfəngin
Dayanıb qılıncın qabağında söz.

Hörmətlə: Şahin Həmidi

Şahin Həmidlinin yazıları

Ağacəfər Həsənlinin yazıları

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib.

Memorandumu BDU-nun rektoru Elçin Babayev, Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar.

Sənəddə BDU ilə Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur.

Eyni zamanda memorandumda Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda müxtəlif səpkili birgə tədbirlərin təşkili, müştərək nəşr layihələrinin həyata keçirilməsi əksini tapıb. Bundan əlavə, kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da sənəddə qeyd olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”. Nazir çıxışında həmçinin son illərdə BDU-da magistratura səviyyəsində mədəniyyət hüququ ixtisaslaşmasının yaradılmasının əhəmiyyətini də yüksək qiymətləndirib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır.

Qeyd edək ki, açılış mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.

Mənbə və Ətraflı:
https://www.millikitabxana.az/news/baki-dovlet-universiteti-ile-azzerbaycan-milli-kitabxanasi-arasinda-emekdashliga-dair-anlashma-memorandumu-imzalanib

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qubadlı Şəhər Günü – 25 oktyabr

Qubadlı şəhəri günü – bütün şəhidlərimizi rəhmətlə anırıq… Hər bir ifadənin yaddaşda konkret ekvivalent anlamı var. Bu qayda texnalogiya və insan üçün keçərlidir (hətta süni intellektdə də belədir). Qubadlı kəlməsi oxuyan və ya eşidən kimi gözümün önündə rəhmətlik Vüqar öz əzəməti, vüqarı ilə canlanır… Kənardan baxanda üfürsən yıxılar kimi ilkin olaraq yalnış təsəvvür yaradan bu cılız (artıq yüklərdən azad) bədəndə nə qədər böyük güc, enerji, əzm, qürur, vüqar var imiş, İlahi!? …
Tale elə gətirib ki, xidmət dövründə Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar (1999-2000) Ordubadda, Milli Qəhrəman Şükür Həmidovla (Qubadlıdan) (2000- 2002) Şahbuzda yollarımız kəsşib… Hər ikisi yaddaşımda nümunəvi şəxsiyyət kimi qalıb…
Rəhmətlik Ağayev Vüqarın həyat hekayəsi isə heç bir dastana sığmayacaq qədər müdhiş bir reallıqdır…


Bu qeydlər bütün şişirtmə və pafosdan uzaq sadə bir yol yoldaşının, silahdaşın ürək ağrısı (yanğısı) ilə qələmə aldığı incə, hələlik həyatda olan hamının diqqət etməli olduğu məqamdan ibarətdir. Məqsədi, məramı da elə bu diqqətdir! Xatırlatmadır!
Yaxşı ki, hələ həyatda sözümə qüvvət verəcək yol yoldaşları var: Mehdi Mahmudov , Şahin Əbdürrəhmanov , Mövsüm Mövsümov və başqaları…
Şəhidlərimizin şəhərlərimiz naminə nələri qurban verdiklərini unutmayaq!
Sadəcə Allah rəhmət eləsin… – deyib keçməyək! Adı …t dəftərində də olmayan ЖЕК müdirlərindən tutmuş ən yuxarı distansiyalara qədər diqqətli olaq…
Rəhmətlik Həmdəmin timsalında yazdığım “SƏNƏTİN SEÇDİYİ ADAM” məqaləsi İlqara, Vüqara, Şükürə, kapitan Seyidova, mayor Quliyevə və digər real həyatda şəxsən tanıdığım – indi aramızda olmayan – onlarla qəhrəmana eyni dərəcədə aiddir…
Yeri gəlmişkən dəyərli Qardaşımız Xan Resuloglu ( Xan Resuloglu ) da Qubadlıdandır!!!
Həyatda olan-olmayan mərd insanlar, günümüz mübarək!!!

Ehtiramla: Zaur USTAC

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – …yenə sıxıldı…


Yenə sıxıldı qəlbim, yenə alışdı bağrım,
yenə gəldim qapına, geri qaytarma, Tanrım.
Açdım əlimi sənə,
susuram, dinləsənə.

Toplayıb cəm edən sən,
seçən, ayıran da sən.
Dağları birləşdirib kürək-kürəyə qoyan,
çayları, bulaqları dənizə qovuşduran,
bir həyətin pişiyin itinə yovuşduran,
insanı bir-birindən ayrı salma, nə olar…

Alın yazılarından əlbəttə ki qaçılmaz,
Sən açmayan düyünlər sonsuzadək açılmaz.
Aç düyünü, İlahi,
Kəs yer üzündən ahı.
İnsanı dost qərar ver insana, düşmən etmə,
dünyaya gəlməyinə heç kimi peşman etmə.
Heç atanı cibindən,
Heç ananı əlindən utandırma, İlahi.

Məhzun, məsum gözlərə,
heç vaxt yaşlar dolmasın,
Ac qalmasın uşaqlar,
üşüməsin uşaqlar,
Uşaqlar üşüdükcə fikirlərim üşüyür,
dualarım üşüyür, zikrlərim üşüyür.

İnan ki, mənzərələr bəhərli dərd ağacı,
gözümə hüzün çöküb, könlümə ağrı-acı…
amma yenə gülürəm –
budur, budur, İlahi, böyük dərdin əlacı…

Ey bir adı Haqq Tanrım,
Sevgisi böyük Tanrım,
Rəhmətə sərhəd yoxdur,
Ağırdır bu yük, Tanrım!
Açdım əlimi sənə,
susuram, dinləsənə.
Dünyaya gəlməyinə heç kimi peşman etmə,
insanı dost qərar ver insana, düşmən etmə.

24.10.2024

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Oktyabrın “Ulduz”u – 2024

Oktyabrın “Ulduz”u Əlizadə Nurinin “Özüylə söhbəti…” və şeirləriylə açılır.

Bu sayda Ruslan Mollayevin “Aktrisa” hekayəsindən sonra Məti Osmanoğlu “Gənc yazarlar üçün ustad dərsi” keçir.

“Şeir vaxtı”nda Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı, İmir Məmmədlidir.

Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”ni təqdim edir.

Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələriylə görüşünüzə gəlib.

“Nağıl” rubrikasında “Tənbəl ayı” ilə Əfsanə Rəhimlidir.

Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır…” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu,“Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı bu sayda yer alır.

“Yük” yazısıyla “Dərgidə kitab”da Nemət Mətindir.

Ulduz – oktyabr 2024 PDF >>> ulduz-oktyabr-2024

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru