www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Sevil Gül Nur: – … darıxmışam…

Sol ağrı

Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.

İndi mənim ruhumu
Oxşamır o mahnılar,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.

O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.

Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.

Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.

Bir şeirlik darıxmaq

Gedişinə qurban kəsib həsrəti
Ağrıların köksünə dağ basaram.
Elə bilmə, yoxluğunu dərd edib
Ürəyimin yaxasından asaram.

Elə bilmə, uçar bu ev başıma,
Elə bilmə, udar məni dörd divar.
Darıxmağım böyük deyil boyumdan,
Allah haqqı, bir şeirlik ömrü var.

Bir gecədə unudulur gedənlər,
Bir gecədə o son şeir yazılır.
Ondan sonra qısa olur gecələr,
Ondan sonra ağrılar da azalır.

Yuxuyla da dil tapırsan o gündən,
Sözlərini kəsməyə də can atmır.
Daha sənə hücum etmir xəyallar,
Xatirələr dodağını qanatmır.

Özünə də hələ yaxşı baxırsan,
Soruşana deyirsən ki, babatam…
Daha məni dərd eləmə, yaxşımı?
Ürəyimi dincə qoydum, rahatam…

Soyuq gecə

    Üşütdü içimi soyuq noyabr,
    Çəkdim ciyərimə odlu ahımı.
    Kəsdim kəndirini baxışlarının,
    Səndən azad etdim dustaq ruhumu.

    Qırıldı gözümdə qorunan əksin,
    Xatirə qalmadı bir xoş anımdan.
    Səpdim şeirlərə ağrılarımı,
    Sən də misra-misra çıxdın canımdan.

    Nələr yaşatmadın yazıq könlümə?!
    Demə, qabaqdaymış hələ çətini.
    Bu dəfə ürəyim çox zəif oldu,
    Qaldıra bilmədi xəyanətini.

    Bu gecə ilk dəfə andımı pozdum,
    Adını biryolluq atdım dilimdən.
    Səndən keçməyim də çətin olmadı,
    Sağ olsun, nifrətim tutdu əlimdən.

    Ağrılı deyilmiş unutmaq yolu,
    Bir azca ruhumun dizin qanatdım.
    Bu gecə ilk dəfə çıxdın yadımdan,
    Bu gecə son dəfə səni unutdum…

    Şahmat oyunu

      Sənin də gücün bitdi, sən də çox zəif oldun,
      Sən də dözə bilmədin bu dəlisov qadına.
      Ruhuna ağır gəldi “dəlilik” dediyin eşq,
      Bir anda verdin onu ayrılığın badına.

      Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu,
      Al qılıncı əlinə, diri-diri soy onu.
      Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu,
      Hansı gedişlər etdin, salım bir-bir yadına?

      Son gediş mənim oldu, sən buna məcbur etdin,
      Uduzdun bu oyunda, oldu məğlub niyyətin,
      Səni unutmağımdır böyük məğlubiyyətin,
      Məndən salam deyərsən yıxılmış inadına.

      İndi çək öz ruhuna hicran vurduğu dağı,
      Dur qarşıla ömrünə “təklik” adlı qonağı,
      Xatirələr üşütsün ətrim dolan otağı,
      Dizlərini qucaqla, “sızıltı” de adına.

      İndi uzun gecələr çəkər səni çarmıxa,
      Ağrıların birləşər səni kökündən yıxa,
      Quduz həsrət acısı canından çətin çıxa,
      Darıxmaq deyirəm e, gəl indi bax dadına.

      “Azadlıq” stansiyası

        Məni gözləmə daha,
        Yolumuz haçalandı.
        Qəlbinin ünvanını
        Unutmuşam haçandır.

        Daha ruhuna çıxmır
        Məni aparan yollar.
        İndi bu addımların
        Getdiyi başqa yer var.

        Gözlərim ta yorulmur
        Avtobus durağında.
        “İndi gələrsən” deyə
        Qalmıram sorağında.

        Bilirsənmi, sevirəm
        Bu yeraltı qatarı.
        Səni tez unutdurur
        Metro stansiyaları.

        Elə gözəl olur ki,
        Vaqonda mürgüləmək.
        Nə mesaj yazmaq olur,
        Nə də ki zəng eləmək.

        Gözlərimi yumuram
        Əvvəldən düz sonacan.
        Çatanadək sayıram
        Üç dəfə yüz onacan.

        Xatirə tıxacında
        Nə itib, nə batıram.
        Səndən rahatca keçib
        Mən özümə çatıram.

        Ruhum çıxır məhbəsdən,
        Aydınlanır dünyası.
        Növbəti dayanacaq –
        “Azadlıq” stansiyas.

        Titrəyən öpüş

          Məndən sonra pozular günlərinin düzümü,
          Sabahların sükutla, gecələrin lal keçər.
          Ruhun eşq libasını soyunar öz əynindən,
          Ayrılıq ürəyinə özün boyda qəm biçər.

          Məndən sonra düzülər misralar da yan-yana,
          Yüz şeir də yazılsa, ödəməz bir ağrını.
          Köksün üstə alışan o köz səni yandırar,
          Dodağında titrəyən öpüş didər bağrını.

          Məndən sonra yozular yuxuların tərsinə –
          O mənli röyaların bircəciyi düz olmaz.
          Məni unutmaq üçün sayarsan günü, ayı,
          Məni unutmaq isə bir ömürdən tez olmaz.

          Ayrılıqlar dərd deyil

            Ayrılıqdır da, ömrüm,
            Ya az, ya da çox olsun.
            Başağrısı deyil ki,
            Sinirimə toxunsun.

            Həsrət cəmi üçcə gün
            Boğazımı yandırar.
            Ruhumdan axan qanı
            Zamanlar dayandırar.

            Yarama məlhəm çəkər
            Vaxtın şəfalı əli.
            İtirər qulağımdan
            Səsini sabah yeli.

            Bakının sərt küləyi
            Elə tufan qoparar,
            Əlimdən əl izini
            Birdəfəlik aparar.

            Ağrılar üsyan edər
            Göydə ay batanacan.
            Uzağı, bir şeiri
            Bətnimdən atanacan.

            Elə ki həmin gecə
            O xoş şeir doğulur,
            İnan ki, ondan sonra
            Ağrılar da yox olur.

            Bilirsən, hicrandan çox
            Daşın üzü soyuqdur.
            Ayrılıqlar dərd deyil,
            Ölümə çarə yoxdur.

            Son oyun

              Gözü dolub buludların bu səhər,
              Sən getdiyin o yolları yaşlayır.
              Ruhum üzür bir boşluğun içində –
              Sevgimizin həsrət ömrü başlayır.

              Bu neçənci gedişindir, bilmirəm,
              Hər gedişdə dəfə-dəfə yarıldım.
              Böyütmədim içimdəki ağrını,
              Sən dönüncə ümidlərə sarıldım.

              Bir körpəcə təsəlliyə sığınıb,
              Günlərimi ötüşdürdüm birtəhər.
              Göyərmədi gözümdəki arzular,
              Səbrim ilə suvarsam da hər səhər.

              Şeirlərdən çətir tutdum könlünə,
              Gah saxladın, gah da geri yolladın.
              Dönə-dönə getdin məndən uzağa,
              Dönə-dönə mənə doğru yol aldın.

              Ruhum ayaq səslərindən yorulub,
              Addımların döyəcləyir ömrümü.
              Məni ürək iynələyir hər gecə,
              Gündüzlər də həsrət yeyir ömrümü.

              Çox uzandı bu “get-gəl”lər oyunu,
              Üzüm gəlmir ürəyimə “döz” deyim.
              Ayrılmağa gəlirsənsə, qayıtma,
              Qovuşmağa gəlirsənsə, gözləyim.

              Daşını atmışam darıxmaqların

                Bilirdim, qaranlıq keçib-gedəndir,
                Bilirdim, gecələr ömürlük deyil.
                Bax sabah açıldı, bitdi həsrətim,
                Daha sənsizliyim mənə yük deyil.

                Daha qorxularım əriyib-gedib,
                Onlar əvvəlkitək məni üşütmür.
                Bütün acılara kar olub ruhum,
                Haray salsalar da, indi eşitmir.

                Mənə doğmalaşıb sadiq təkliyim,
                Dadı damağımda çox şirinləşib.
                O qədər ayrılıq yaşamışam ki,
                Səbrimin kasası lap dərinləşib.

                Bölüb ayrılıqlar öz arasında –
                Qəmimdən üç buna, beş ona düşüb.
                Daşını atmışam darıxmaqların,
                Gedib ağrıların başına düşüb.

                Ayrılıq vaxtı

                  Demişdim ki, bircə dəfə sevir ruh,
                  Demişdim ki, dərin olur sevgisi.
                  Bilirdin ki, ruhum sənə bağlıdır,
                  Sənin qədər sevməmişəm heç kəsi.

                  Böyük eşqim dar qəlbinə sığmadı,
                  Cılız hisslər yağmaladı ruhunu.
                  Baxışının ünvanını dəyişdin,
                  Kirləndirdin belə təmiz duyğunu.

                  Dodaqların yalanlardan biçdi don,
                  Neçə kirli günah geydin dilinə.
                  Sevgi dolu ovucların boşaldı,
                  Xəyanəti yığdın iki əlinə.

                  Ağır oldu budəfəki günahın,
                  Bir tövbəylə yuyulası iş deyil.
                  Boşa verdin eşqin vüsal vədəsin,
                  İndi zaman ayrılığa işləyir.

                  Göz yaşımla atdım səni gözümdən,
                  Bir az da sən ağrı-acı çək indi.
                  Qoy qanasın vicdanının yarası,
                  Bəlkə ruhun günahlardan çəkindi…

                  Müəllif: SEVİL GÜL NUR

                  SEVİL GÜL NURUN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  SÜLEYMAN ABDULLA və ZAMAN.

                  İNDİLƏRİN ŞEİRİ

                  Daha təsəllidən keçib, möhkəm ol,
                  Hər yeri basıbdır burda qəm indi.
                  Yer-göy qovuşubdur, bağlanıbdı yol,
                  Deyəsən qalacam səndən kəm indi.

                  Dönübdür dalğalar sinə dağına,
                  Görmür qarasına, baxmır ağına.
                  Ehtiyac qalmadı ağlamağına,
                  Hər tərəf çim sudur, hər yan nəm indi.

                  O qənim kəsilən var ha, qanıma,
                  Artıq fərqi yoxdur tanı-tanıma.
                  Ürəyin düşəcək gəlsən yanıma,
                  Müsibət həmindi, bəla həmindi.

                  Qorxudan öldürdü gözüm qurdunu,
                  Necə deyim axı vərə-vurdunu?!
                  Soruşma halımı, görmə yurdumu,
                  Dünyanın qopduğu yerdəyəm indi.

                  ÇIXIB HARA GEDƏK

                  Bu doğma torpaqdan,
                  bu əziz yerdən,
                  Elə soyudurlar adamı, elə.
                  Yolunda öləni yolçu günündə,
                  Ya mənəm qəribi, ya hamı elə.

                  Qalırsan içindən elə sən yana,
                  Alışır ürəyin, od tutur canın.
                  Hərə bir cür ölür çörəkdən yana,
                  Haqqını yeyənlə dolur dörd yanın.

                  Buzlayar ümidin, donar inamın,
                  Qar kimi içinə kürüyür canın.
                  Xəfifcə nəm çəkir nüfuzun, namın,
                  İtir sağlamlığın, çürüyür canın.

                  Keçdi turp əkməyə çox bəxtiyeyin,
                  Kim bizi qurtarar qəmdən, azardan.
                  Çıxıb hara gedək bu yaşda, deyin,
                  Bu vətən adlanan xarabazardan.

                  ÇOXLUĞUN ŞEİRİ

                  Daha bu ölkədən əl üzdüm mən də,
                  Diz qıran, yol kəsən, düz əyən çoxdu.
                  Səndən Tanrı olmaz, məndən də bəndə…
                  Adama qara gün diləyən çoxdu.

                  İtaət arama asi köləndə,
                  Birinə “var”, beşinə “yox” böləndə.
                  İnam kəsiləndə, ümid öləndə,
                  Ehsan əvəzinə haqq yeyən çoxdu.

                  Kef ilə dolanır həqiqət danan,
                  Zəlil günündədir doğrunu qanan.
                  Üz-üzə gələndə qaçıb yalmanan,
                  Sonra arxasınca söz deyən çoxdu.

                  Kim ki, Allah sanır sərvəti, pulu,
                  Vurur boynumuzu kafir üsulu.
                  Fağırın qənimi, zorlunun qulu,
                  Baş kəsib Qurandan don geyən çoxdu.

                  ƏKSLƏRİN ŞEİRİ

                  Ən sona kim qurub vaxtı,
                  Boş divara vurub vaxtı?
                  Ömrün-günün qürub vaxtı
                  Getmək küləyin əksinə…

                  Saxla vaxtı dolanları,
                  Qopart rəngi solanları.
                  Olmaz deyib olanları
                  Etmək küləyin əksinə…

                  Rast gəlibsə daş qayaya,
                  Uyuşmursa hesab saya.
                  Tüpürüb də bu dünyaya,
                  Yetmək küləyin əksinə…

                  Müəllif: SÜLEYMAN ABDULLA

                  SÜLEYMAN ABDULLANIN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Rafiq Yusifoğlu – BU YAZ SABAHINDA

                  BU YAZ SABAHINDA

                  Sirli bir aləmdi insan fitrəti,
                  Bir təmiz məhəbbət dərdə əlacdı.
                  Bu yaz sabahında qəlbim titrədi,
                  Axır ki, sən mənə könlünü açdın…

                  Həsrətin əlinə keçibdir yaxan,
                  Köksündə nə qədər ağrı, acı var!
                  Sənin ürəyinin gizlicə çaxan
                  Sevgi şimşəyinə ehtiyacı var…

                  Sanma xəbərsizəm umacağından,
                  Baxışın qəlbimə olubdur açar.
                  Bircə köz götürsəm eşq ocağından
                  Sevdalı gözlərin qığılcım saçar…

                  Mizraba həsrətdi qəlbinin simi,
                  Məlhəmsən köksümə çəkilən dağa…
                  Elə utancaqsan, bənövşə kimi
                  Kol dibi gəzirsən daldalanmağa…

                  Qoymaram kimsəni dəyə xətrinə,
                  Sönməsin sevilmək, sevmək həvəsin!
                  Ciyərim həsrətdi çiçək ətrinə,
                  İsti yaz yelidi sənin nəfəsin…

                  Gül qoxusu gəlir aylı qoynundan,
                  Sənə bir kimsəni yaxın qoymaram.
                  Bənövşəyə bənzər zərif boynundan
                  Gecə səhərəcən öpsəm, doymaram…

                  Xəyal dünyasında salmışıq binə,
                  Sevənə neyləyər qoruq-qadağa?!
                  Sənin məhəbbətlə dolu qəlbinə
                  Sevdalı ürəyim olsun sadağa!

                  06.03.2018

                  Müəllif: Rafiq YUSİFOĞLU,
                  şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


                  RAFİQ YUSİFOĞLUNUN YAZILARI

                  RAFİQ YUSİFOĞLU HAQQINDA

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


                  Zaur Ustac – Ortam.

                  Rəssam: Gülü.

                  Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  “Mərdi qova-qova namərd eləyən” – Naibə Yusif

                  Mərdi qova-qova namərd eləyən
                  Dünyanı asmışam dar ağacından.
                  Sökürəm xəyanət ilmələrini,
                  Hörürəm köynəyin ar ağacından.

                  Köhnə divarları silkələyirəm,
                  Pıtraqlı yolları yelkələyirəm,
                  Dərdlərin tayasın övkələyirəm,
                  Örkənin asıram xar ağacından.

                  Çeşməsi qaynayan bulaq görürəm,
                  Nərgizin gözlərin oynaq görürəm,
                  Dərdlərdən silkinən torpaq görürəm,
                  Şərbəti çəkirəm nar ağacından.

                  Quşqonmaz sədləri yarıb keçirəm,
                  Həqiqət badəsin meytək içirəm,
                  Ölümə sərhədsiz kəfən biçirəm,
                  Ərməğanı gəlir Yar ağacından.

                  Müəllif: Naibə YUSİF

                  YNAİBƏ YUSİFİN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Eyvaz Zeynalovun “Nadir şah” tarixi romanı artıq satışdadır.

                  Tanınmiş yazar Eyvaz Zeynalovun “Nadir şah” adlı yeni kitabı işıq üzü görüb. 568 səhifədən ibarət olan tarixi romanı Şahbaz Xuduoğlunun rəhbərlik etdiyi “Qanun” nəşriyyatı öz hesabına nəfis şəkildə çap edərək kitab mağazalarına göndərib. Qarşıdakı oxu günlərində, kitab festivallarında, yarmarkalarda “Qanun” nəşriyyatının adını, loqosunu, lövhəsini gördüyünüz hər yerdə kitabı soruşa bilərsiniz.

                  “Yazarlar” olaraq, Eyvaz müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Eyni zamanda Şahbaz Xuduoğluna yazarlara dəstək olduğu üçün təşəkkür edirik.

                  Kitasevərləri (özünə dəyər verib, sabahına sərmayə qoyanları) isə qarşıdakı günlərdən faydalanmağa çağırırîq!

                  Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Bəxtiyar Vahabzadə – Bir salama dəymədi…

                  Bir salama dəymədi

                  Bu gün mən səni gördüm,
                  Salam vermək istədim,
                  Üzünü yana tutdun.
                  Söylə, illərdən bəri
                  Qəlbimizin bir duyub
                  bir vurduğu illəri,
                  Axı, nə tez unutdun?

                  Beş ildə gözümüzdən axan o qanlı sellər,
                  Bir salama dəymədi?
                  Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
                  Bir salama dəymədi?

                  Heç üzümə baxmadan yanımdan necə keçdin?
                  Sən eşqin salamını qorxuyamı dəyişdin?
                  Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
                  O qədər yaxın ikən, bu qədər uzaq oldun.
                  Şirin gülüşlərimiz, acı fəğanlarımız
                  Bir salama dəymədi?

                  Qayğılı anlarımız, qayğısız anlarımız
                  Bir salama dəymədi?
                  Sən neylədin, bir düşün!
                  Yalnız indi anladım: ah, sən daha mənimçün
                  Əlçatmaz bir çiçəksən,
                  Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
                  Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
                  Düz beş il ürəyimdə
                  Bəslədiyim məhəbbət, bir salama dəymədi.

                  Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
                  Bəs nə oldu?
                  Bu həsrət bir salama dəymədi?
                  Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
                  Sən necə etinasız ötə bildin yanımdan,
                  Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
                  Sənin qəlbin əsmədi.
                  Geriyə də baxmadın!
                  Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
                  Qazancımız de, bumu?
                  Deyilməmiş o salam əlvidamız oldumu?
                  Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
                  Bir salama dəyməyən eşqə ölüm yaraşır.

                  Müəllif: BƏXTİYAR VAHABZADƏ

                  BƏXTİYAR VAHABZADƏNİN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Qəzənfər Məsimoğlu – Yasəmən

                  YASƏMƏN

                  Ətrini sevmuşəm güllər içində,
                  Baharın ərköyün gülü yasəmən.
                  Özünün özündən xəbərin yoxdu,
                  Bürüdün çəməni, çölü, yasəmən.

                  Körpəcə mələksən san ki, bələkdə,
                  Mənəm vurulan da, mənəm ləlik də.
                  Sən bu zəriflikdə, bu incəlikdə
                  Keçmisən min dəfə tülü, yasəmən.

                  Sevən aşiqlərin sevda dəmisən,
                  Qəlbinin titrəyən sarı simisən.
                  Sərin külək əsən dəniz kimisən,
                  Qırçın ləpələrin dili yasəmən.

                  Gözəl ləçəklərin sərgisi kimi,
                  Yuxulu gözlərin mürgüsü kimi,
                  Vəsfində sözlərin hörgüsü kimi,
                  Təbimin qanadı, qolu yasəmən.

                  Ulduz kəhkəşanı, ulduz tağısan,
                  Bir budaq üstündə çiçək dağısan.
                  Şeirimin ən şirin bəndi, bağısan,
                  Tanrı qüdrətindən dolu yasəmən.

                  Müəllif: Qəzənfər MƏSİMOĞLU

                  QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Əzimov Səlim Köçəri oğlunun “Həyat hekayələri” kitabından

                  56 il fasiləsiz məktəb direktoru işləmiş Əməkdar müəllim,” Qızıl qələm” mükafatı laueratı Əzimov Səlim Köçəri oğlunun Həyat hekayələri kitablna istinadən……

                  1920-1993-cü illərdə Novruzlu kəndini idarə edənlər:

                  1920-1924-cü illər – Pristav Həbib bəy

                  1925-1928-ci illər Əbdüləli Məmmədov (Muzdur Komitəsinin sədri ) – Artel 1929-1932-ci illər “Toz” (Torpağın birgə becərilməsi),

                  Əhməd Əliyev (Qaraxanın atası)

                  1932-1933-cü illər – “Toz” sədri – Köçəri Həsənov

                  1934-1938-ci illər – Kolxoz sədri – Qəni Mikayılov 1939-1941-ci illər – Kolxoz sədri -Ağəli Səfərov

                  1942-1944-cü illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1945-1946-cı illər – Kolxoz sədri -Rəcəb Gərayev

                  1947-1949-cu illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1950-1954-cü illər – Kolxoz sədri – Hüseyn Əliyev

                  1955-1956-cı il illər – Kolxoz sədri – Hümbət Bayramov 1957-1958-ci illər – Kolxoz sədri – Tağı Yarov

                  1959-1962-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev

                  1963-1965-ci illər – Kolxoz sədri – Əsgər Əliyev (Qaradağlı)

                  1966-1970-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev

                  1971-1976-ci illər – Sovxoz direktoru – Fəxrəddin Tağıyev 1977-1978-ci illər – Sovxoz direktoru – Oqtay Məmmədov

                  1979-1980-ci illər – Sovxoz direktoru – Fazil Zeynalov

                  1981-1983-cü illər – Sovxoz direktoru – Sərhad Misirxanov

                  1984-1986-cı illər – Sovxoz direktoru – İsa Abışov

                  1987-1988-ci illər – Sovxoz direktoru – Əli Cəfərov

                  1989-1992-ci illər – Sovxoz direktoru – Sabir Sadıqov

                  1993-cü illər – Sovxoz direktoru – Asif Cəfərov…

                  SAĞLAMLIQ KEŞİYİNDƏ DAYANANLAR

                  Sovet Hakimiyyətinin ilk illərində əhalinin sağlamlığı keşiyində dayanan həkimlər az idi, hətta bəzi yerlərdə heç feldşer də yox idi. Yadımdadır, BVM-si illərində və sonralar bir müddət camaatın ümid yeri Mərzilidə yaşayan və işləyən feldşer Allahverdi vardı. Rayonda isə əvvəllər Fərrux bəy, sonralar isə “Qırzımızı dodaq” ləqəbi ilə tanınan – “kərdiyar” qadın həkimi var idı. 1950-ci illərdən başlayaraq kəndlərdə feldşer-mama məntəqələri, sonralar isə, iri çarpayılı xəstəxanalar yarandı.

                  Novruzlu kənd xəstəxanasında işləyənlər

                  1. Alı həkim – Gülablı
                  2. Şəfiqə həkim-Bağbanlar
                  3. Hümbət Quliyev – Feldşer – Novruzlu
                  4. Şirəli həkim – Şəkili
                  5. Ağazeynal həkim – Bakılı 6. Səməd həkim – İsmayıllı
                  6. İlyas Əliyev – Feldşer – Novruzlu
                  7. İldırım həkim – Ağdamlı
                  8. Bəşir həkim – Ağdamlı
                  9. Nizami Quliyev – Feldşer – Novruzlu
                  10. Şükufə həkim – Şuşalı
                  11. Məmməd həkim – Yusifcanlı
                  12. Humay həkim – Yusifcanlı
                  13. Cəlal həkim – Yusifcanlı
                  14. Həqiqət həkim -Şəhər
                  15. Rüstəm həkim -Novruzlu
                  16. Məstalı həkim – Ağdamlı
                  17. Aptek Hacı – Ağdam
                  18. Ənvər həkim – Novruzlu
                  19. Ramiz həkim – Novruzlu
                  20. Suruş (feldşer – mama)
                  21. Bilura (feldşer – mama)
                  22. Nofəl həkim
                  23. Aydın həkim

                  1970-1990-CI İLLƏRDƏ TƏHSİL MƏSƏLƏLƏRİ

                  SSRİ-də təhsil məsələləri çox güclü idi. 16-17 yaşına qədər icbari təhsil (orta təhsil) yerinə yetirilirdi. Məktəb yaşlı uşaqlar bir nəfər kimi təhsilə cəlb edilirdi. Təhsildən yayınan, məktəbə getməyən olsaydı, ərazidə icbari təhsil pozulmuş hesab edilərdi. Onun üstündə məktəb direktorunu vəzifəsindən çıxarırdılar. Məktəblərdə intizam güclü idi, müəllimlər əmək İntizamına güclü əməl edirdilər. Yaxşı müəllimlər çox idi. Hərə öz ixtisasını yaxşı bilirdi. Dərslik və proqramlar sabit idi. İndiki kimi bir fəndən iki (alternativ) kitab yox idi. Kitab bilik mənbəyi hesab edildiyi üçün hər bir uşaq kitabı təmiz, səliqəli saxlayırdı. Məktəbdə siniflər arasında sosializm yarışı təşkil edilirdi. Şagirdlə-şagird, bir siniflə-o biri sinif arasında yarış müqaviləsi bağlanırdı. Sinif üzrə çox əlaçı olan, 4-5 qiymətlə daha çox oxuyan, qayıbı olmayan sinif, kitab-dəftəri təmiz saxlayan, təmiz, səliqəli geyinən, məktəbli formasına əməl edən, boynunda qırmızı qalstuku olan (qalstukda üç nişan var idi: pioner, komsomol, partiya), yarış dövrü heç bir cəza almayan şagird, yaxud sinif sosializm yarışının qalibi hesab olunurdu. I-III siniflərdə oxuyanlar oktyabryatlar, 3-cü sinfin axırından 7-ci sinfin sonuna kimi oxuyanlar (9-13 yaşına qədər) pioner, VIII-XI siniflərdə (15-18 yaş) komsomolçu hesab olunurdu. IV-VII siniflərdə oxuyanlardan pionerə, yaxud pionerdən komsomola heç də hamını ucdantutma keçirmirdilər. Komsomola keçmək üçün məktəb komsomol təşkilatına şagird ərizə verməli idi. Ərizə verən zəif oxuyurdusa, qiymətlərində 3 var idisə, yaxud pintiliyi, davranışı aşağı – zəif idisə , o zaman heç kim onu müdafiə edə bilməzdi. Bəzən yaxşı oxuyan, təsadüfən qiymətində bir 3 qiyməti olardısa, dardloper, və yaxud komsomola qəbul etmirdilər. Belə hallarda uşaqlar kövrəlirdilər, ağlayırdılar, bəzən də valideyinlərini minnətçi salırdılar.

                  Komsomola keçmək qaydası daha çətinidi. Belə ki, məktəb ilk komsomol təşkilatı qəbul etdikdən sonra onlar rayon komsomol komitəsinin bürosundan keçməli idilər. Rayon Komsomol Komitəsinin bürosunda da çoxlu sual-cavaba tutulurdular. (Siyasi büro üzvləri kimlərdir, Sosialist dövlətlər hansılardır, hansı bədii ədəbiyyatı oxumusan, BVM qəhrəmanları kimlərdir, Məramnamə nədir, Nizamnamə nədir və s.) suallara düzgün cavab verməyənlər qəbul olunmurdular.

                  Məktəbin hamısında, o cümlədən bizim məktəbdə də radio qovşağı vardı. Radio qovşağının verilişləri məktəblərdə çox maraqla dinlənilirdi. Hər gün ikinci dərsdən sonra 20 dəqiqə böyük tənəffüs olurdu. Hamı çıxardı çölə. Veriliş başlayardı. Verilişdə əsasən dünən dərsə gəlməyən, bu gün dərsə gecikən, dərsdən qaçan, intizamsızlıq edən, səliqəsiz geyinən, qələmi, karandaşı, bəzi kitabı olmayan, dərslərdən əsasən 2 qiymət alanlar haqda söhbət gedirdi. Radio qovşağında şeir yazan, yaxşı bədii qiraəti olan, şeir deməyi bacaran uşaqların da səsi eşidilərdi. Verilişdə nəinki uşaqlar, hətta müəllimlər da, valideynlər də çıxış edir, onlar da öz öyüd nəsihətlərini, məsləhətlərini verirdilər. Uşaqlara daha çox ləzzət verən idman yarışlarının nəticəsi, məktəb bədii özfəaliyyət kollektivinin çıxışı olurdu. Əsasən məktəbin qaynar həyatı uşaqların dünya görüşünə müsbət təsir edirdi. Ümumiyyətlə məktəbin pioner-komsmol həyatında fəal iştirak edənlər həyatda yaxşı yer tuturdular. Belə ki, ali məktəblərə gedirdilər, yüksək qabiliyyətlə imtahan verirdilər. Qəbul olunurdular. Onların çoxu müəllim, həkim, jurnalist, iqtisadçı kimi işləmək üçün kəndə, rayona qayıdır, iş yerinə bir başa təyinatla gedirdilər.

                  Gənclərin yetişməsində çox böyük sistem, ardıcıllıq var idi. Hər kəs öz əməyinin bəhrəsini yeyirdi. Mən fəxr edirəm ki, orta məktəb attestatı verdiyim gənclər içərisində yüzlərlə, minlərlə ali təhsilli mütəxəssis, onlarla elmlər namizədi, elmlər doktoru, professorlar vardır.

                  Peşə təhsili

                  Məktəb-təhsil məsələlərində yeniliklər var idi. Belə ki, Sov.İKPMK-nın qərarı var idi ki, məktəblər həyata, istehsalata daha da yaxınlaşsın. Buna görə də peşə təhsilinə üstünlük verilirdi. Düzdür, rayonda bir neçə peşə məktəbi yaradılmışdır. Peşə məktəblərinə əsasən 9-cu sinfi qurtaranları qəbul edirdilər. Məktəb direktorları da peşə məktəblərinə əsasən zəif oxuyanları göndərirdilər. O cümlədən, mən də, zəif oxuyan, narahat uşaqları göndərirdim. Orta məktəbi attestatla bitirənlər də ora gedirdi. 9-cu sinifdən gedənlər 3 il, XI sinfi qutaranlar isə 1 il oxuyurdular. 9 illikdən gedənlərə həm orta təhsil haqqında attestat, həm də peşə təhsili haqqında diplom verirdilər. Tələbələrə o məktəblərdə paltar, təqaüd, gündə 3 dəfə yemək, yataqxanada yer verirdilər. Peşə məktəblərinə uşaqlar həvəslə gedirdilər.

                  Müxtəlif peşələr: mühasiblik, sürücülük, mexanizatorluq, elektrik-qaynaqçı, dülgərlik, bənnalıq, telefon-teleqrafçı və s. üzrə qurtaranlara təyinat verib yerlərə işə göndərirdilər. Idarə, müəssisə, kolxoz, sovxozlarda həmin gənclərə üstünlük verirdilər, işə qəbul edirdilər. O cümlədən, bizim məktəbdə də – Novruzlu orta məktəbi də mexanizator peşəsi verirdi. Peşə təhsilinə uyğun məktəbin nümunəvi emalatxanası var idi. Emalatxanada Maarif Nazirliyi tərəfindən göndərilmiş çoxlu dəzgahlar var idi. Həm metal emalı üzrə, həm də ağac emalı üzrə. Müəllim və şagirdlər emalatxanada həvəslə işləyirdilər. Ağac emalı üzrə dəzgahlarda cürbəcür bəzəkli fiqurlar, əl işləri düzəldirdilər. Hətta lazım olanda qapı-pəncərə hissələri də düzəldirdilər. Uşaqlarda əməyə böyük hörmət, məhəbbət qaydası da aşılanırdı. X-XI siniflərdə mexanizator peşəsi öyrədilirdi Peşə təhsili üzrə ayrıca təlimatçı, ixtisaslı müəllim ştatı, habelə, praktiki iş üçün ayrıca DT-75 markalı traktor var idi. Bəzi mövzular keçiriləndən sonra praktik olaraq, traktoru belə dərsdə həvəslə edirdilər. Mexanizator peşəsi üzrə məktəbi qutaranlar ərazidəki sovxozlarda sərbəst işləyirdilər. Rayon Maarif şöbəsindən də peşə təhsilinə güclü nəzarət olurdu.

                  Lakin məktəb işimizdə çətinliklər də var idi. Hər il sentyabrın 1-də dərslər başlanandan sonra, təxminən sentyabrın 15-dən sonra məktəbləri üzüm, pambıq yığmağa cəlb edirdilər. Bizim kənddə pambıq olmadığı üçün bizi başqa kəndlərə pambığa – avral aparırdılar. Yadımdadır ki, bizim məktəb kollektivi rayonun ən iri pambıq əkən kəndlərinə gedirdi. Rayonun Quzanlı, Üçoğlan (bizim kənddən 30-40 km uzaqda), Əhmədağalı, Güllücə, Nəmirli, Şotlanlı, 7 №-li sovxoz, Əfətli, Çəmənli kəndlərinə 100-150 şagird, 10-15 müəllim gedirdik. Həftələrlə gedib kəndlərdə qalırdıq. Birinci gün gedəndə uşaqlar 3-4 günlük yemək ehtiyatı aparırdılar. Çöl şəraitində ərzaq cəhətdən korluq çəkirdilər. Yemək ehtiyatı qurtarırdı, arxamızca gələn-gedən də az olurdu. Belə hallarda uşaqlar əziyyət çəkirdilər. Tez-tez xəstələnən, icazə alanlar olurdu, məhsuldarlıq azalırdı. Məktəb direktorları pambıq briqadirindən asılı vəziyyətə düşürdü. Müəllimləri k/z sədri, Maarif müdiri, raykomun təhkimçiləri növbə ilə danlayırdılar. Rayon qəzetində məktəbin siyahısı verilirdi. Hər uşağa gündəlik norma qoyulurdu – gündə 40 kq. Pambıq yığımı dövründə – mövsümündə bir dəfə də olsun rayon rəhbərləri tərəfindən cəza almamısdım. Nə irəli getmirdim, nə dalda qalmırdım. Həmişə siyahının ortasında gedirdim. Bəzi vaxtlarda gündəlik qonşu kəndlərə gedib-gəlirdik. Kolxozun üstü açıq maşınları səhər
                  tezdən gəlirdi, yığışıb gedirdik. Birdən pambığı çəkdirib qurtarana qədər gecikirdik, sahədən gec çıxırdıq. Kəndə axşam saat 10-a, 11-ə güclə çatırdıq. Belə hallarda valideynləri üçün əziz olan uşaqların ataları əllərində üçqulaq dəmir yaba yolda bizi gözləyirdilər. Maşından uşaqlar düşən yerdə hirsli-hirsli, “mənim uşağımı niyə gec gətirirsən?” deyirdilər. Tək-tək belə “valideynlər” düşünmürdülər ki, mən özbaşına deyiləm, sahədən tez çıxmağa icazə verilmirdi. Üstümüzdə ideoloji zorakılıq, hökmranlıq, nəzarət var idi.

                  Dərs ilinin 1-ci rübünü məhsul yığımında keçirirdik. Dörd rübün dərs proqramlarını 3 rübdə yerinə yetirməyə məcbur olurduq. Ali məktəblərə qəbulda da heç bir güzəşt olmurdu. Hər il sentyabrın 15-dən noyabrın 15-ə kimi çöllərdə olurduq. Müəllim-şagird arasında da pərdə götürülürdü. Müəllim uşaqlarla yaxın məsafədə yatıb-dururdular, müəllim-uşaq arasında pərdə olmurdu.

                  Hər il məhsul yığılıb qurtardıqdan sonra rayon səviyyəsində məhsul bayramı keçirilirdi. Respublikadan rayonlara müğənnilər, muğam ustaları göndərirdilər. Məhsul yığımında irəlidə gedənlərə, yaxşı işləyənlərə müxtəlif mükafatlar verilirdi.

                  Bir əhvalat heç vaxt yadımdan çıxmır

                  1979-cu il idi. Ali və yerli Sovetinə seçki keçirilirdi. Mən (nədənsə belə olmuşdu) həm 157 №-li Novruzlu Seçki dairəsinin sədri, həm də Novruzlu Seçki məntəqəsinin sədri idim. Seçki ərəfəsi idi. Dedilər raykomun 1-ci katibi Həsən Əliyevi çıxardıblar, yerinə də Telman Orucov adlı bir nəfəri göndərirlər. O zaman mən də RPK-nin plenumunun üzvü idim. Dedilər sabah saat 11-də plenum var. Başqaları kimi mən də getdim. Mərkəzi Komitədən gələnlər plenumda çıxış etdilər, qabaqkı katibin işindəki nöqsanları dedilər və təzə katibi – Telman Orucovu təqdim etdilər. Plenum üzvləri sürəkli alqış- larla təzə katibi qəbul etdilər. Sabahısı gün yenə məlumat verdilər ki, təzə katib seçkilərə hazırlığa baxış keçirir. Belə qayda var idi ki, əsas seçkiyə bir həftə qalmış “Sınaq seçki” məntəqələr hazır olmalıdır. Mən də şənbə günü olduğu üçün dərsə mane olmamaq şərti ilə, səhər saat 11 vəziyyətinə məktəbin böyük koridorunu təlimat əsasında tam hazırlatdım. Məntəqəyə lazım olan nə varsa, hamısını hazırlatdım. Məktbin dəhlizi – məntəqə “gəlin otağı” kimi qışqırmızı bəzəndi İşi qürtarıb, özümüz məntəqədə baxış keçirirdik. Dəhlizin giriş qapısı açıq idi. Bir də baxdım ki, raykomun maşını məktəbin darvazasında dayandı. Tanıdım. Maşından düşən əvvəlcə katibin sürücüsü hündürboy Kərim kişi, sonra isə raykomun 1-ci katibi Telman Orucov idi. Müəllimlərə dedim, siz tərpənməyin, dəhlizdə gözləyin (müəllimlər Əli Cəfərov, Rəşid Kazımov, Rüstəm Rüstəmov (partkom)), xeyli irəli getdim, salam verdim.

                  Dedim: – yoldaş Orucov, xoş gəlmisiniz. Dedi: – sən məni hardan tanıyırsan?!

                  Dedim:-mən plenum üzvüyəm, konfransda iştirak etmişəm. Danışa-danışa gəldik məntəqəyə. Baxdı, razılıq elədi. Gördüyümüz işə heç bir əlavəsi olmadı. Arada qonşu Yusifcanlı kəndinin camaatı haqqında soruşdu ki, deyirlər orada dindar adam çoxdur, seçkiyə münasibət necədir? Mən də müəllim yoldaşlar da Yusifcanlı camaatını təriflədik. Katib bizə əl verib xudahafisləşmək istəyərkən qəfildən müəllim yoldaşımız partkom Rüstəm müəllim soruşdu ki, yoldaş Orucov, xeyirdimi, nəyə gəlmisiniz?! Katib qışqırmızı qızardı. Mən hər ikisini vəziyyətdən çıxartdım. Dedim ki, yoldaş Orucov, bilirsiniz, tarixən raykomun nəinki 1-ci katibi, heç 2-ci, 3-cü katibləri də kəndə gələndə məktəbə dönmürlər, məktəbin qabağından düz keçib gedirlər. Müəllim ona görə təəccüblənib. Katib vəziyyəti başa düşdü və yenidən görüşüb getdi və dedi ki, raykomun əsas işi elə təbliğat-təşviqatdır…

                  MƏKTƏB MÜQƏDDƏS MƏBƏDDİR

                  Böyük Türk şairi Nazim Hikmət demişdir: – “Xoşbəxt o kəsdir ki, səhər işə, axşam evə tələsir”.

                  Mən 1945-1949-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-1951-ci illərdə Ağdam Dövlət ikiillik müəllimlər institutunda oxumuşam, 1951-1953-cü illərdə Ağdam “Lenin yolu” qəzetinin əməkdaşı olmuşam.1955-ci ildən 1993-cü ilə kimi Ağdamda, 1993-cü ilin sonundan 2011-ci ilin sentyabrına kimi Bakı şəhərində 71 saylı Ağdam orta məktəbinin direktoru İşləmişəm. Ona görə də 1945-ci ildən bu günə kimi Ağdam təhsilinə rəhbərlik etmiş adamları yaxşı tanıyıram. Görmüşəm ki, böyük amallarla yaşayıb, gənc nəslə həqiqətən ənənəvi atalıq edənlər bütün xalqın ehtiramına, məhəbbətinə layiq olublar. Çox haqlı olaraq direktoru məktəbin bel sütunu adlandırırlar. Yaxşı direktor millətin mənəvi sərvətidir. Belə direktorlar maarifimizin, təhsilimizin inkişafına kömək edir, bu yolda, ömrünü şam kimi əridir, millətin sabahına, gələcəyinə çevrilirlər. Aşağıdakı siyahını tərtib etməkdə məqsədim Ağdamda vaxtilə böyük həvəs və məsuliyyətlə işləmiş məktəb rəhbərlərini sizə xatırlatmaqdır.

                  Ağdamda işləmiş maarif şöbə müdirləri

                  1. Əli Eyvazov
                  2. Əhəd Ələkbərov
                  3. Bilal Quliyev
                  4. Məmməd Həsənov
                  5. İslam Əliyev
                  6. Qara Hüseynov
                  7. Hüseyn Bayramov
                  8. Nəsib Şəfiyev
                  9. Elmira Şükürova (1998-dən hal-hazıra kimi)

                  Maarif İşçilərindən

                  Məmməd Qaradağı, Ənvər Hüseynov, Zahid Şükürov, Sərvər Yusifov, Ofeliya Kərimova, Ofeliya Zeynalova, Pəriş Ələkbərova, Aslan Kərimov, Sabir Abdullayev, Nuriyyə Rəhimova, Şərifə Abışova və b.

                  Məktəb direktorları

                  1. Xanlar Abdullayev (Yusifcanlı)
                  2. İldırım Səfərov (Yusifcanlı)
                  3. Əbdüləli Bayramov (Yusifcanlı)
                  4. Əhməd Qasımov (Novruzlu)
                  5. Hümbət Nəbiyev (Novruzlu)
                  6. Nəsir Quluyev (Novruzlu)
                  7. Qara Hüseynov (Novruzlu)
                  8. Zülfüqar Ələkbərov (Novruzlu)
                  9. Səlim Əzimov (Novruzlu)
                  10. Məhiş Quliyev (Mərzili)
                  11. Vəli Əliyev (Mərzili)
                  12. Akif Məmmədov (Mərzili)
                  13. Talıb Abbasquluyev (Mərzili)
                  14. Nəsib Şirinov (Mərzili)
                  15. Həsən müəllim (Mərzili)
                    16 . Cəlil İbrahimov (Mərzili)
                  16. Səlim Kazımov (Mərzili)
                  17. Hüseynalı Hüseynov (Mərzili)
                  18. Şirin Əhmədov (Pirzadlı)
                  19. Mobil Pirimov (Pirzadlı)
                  20. Araz Hüseynov (Pirzadlı)
                  21. Fazil Qasımov (Bağbanlar)
                  22. Səlim Əzimov (Bağbanlar) 24. Bəxtiyar İsmayılov (Saybalı )
                  23. Xasay müəllim (Saybalı)
                  24. Səlim Ağayev (Gülablı)
                  25. Ənvər Muradov (Gülablı)
                  26. Inqilab İsmayılov (Gülablı)
                  27. Mehralı müəllim (Abdal)
                  28. Sovet müəllim (Muğanlı)
                  29. İsmayıl müəllim (Şıxbabalı)
                  30. Əfqan müəllim (Şıxbabalı)
                  31. Hüseyn Quliyev (Şıxbabalı)
                  32. Saleh Əhmədov (Şıxbabalı)
                  33. Kəriş Quliyev (Əhmədavar)
                  34. Əhməd Hümbətov (Xıdırlı)
                  35. Nürəddin müəllim (Xıdırlı)
                  36. İsrafil Məmmədov (Xıdırlı)
                  37. Seyran İsmayılova (Seyidli)
                  38. Şövkət Əhmədova (Seyidli)
                  39. Muxtar müəllim (Seyidli)
                  40. Rəşid Ağayev (Seyidli)
                  41. Aysəba Hüseynova (Qiyaslı)
                  42. İsmayıl Cəfərov (Söyüdlüqol) 45. Hacı müəllim (Söyüdlüqol) 46.Haqqı+Vəliyəddin müəllim (Ətyeməzli)
                  43. Səlim Ağayev (Ətyeməzli)
                  44. Elxan Aslanov (Ətyeməzli)
                  45. Əli Ağayev (Kəngərli)
                  46. Qulam müəllim (Göytəpə)
                  47. Möhlət Süleymanov (Papravənd)
                  48. Əfqan müəllim (Papravənd)
                  49. Baxşəli müəllim (Qalayçılar)
                  50. Ənvər İsgəndərov (Qalayçılar)
                  51. Elmira Şükürova (Qalayçılar)
                  52. İsmayıl Bəşirov (Maqsudlu)
                  53. Rza müəllim (Maqsudlu)
                  54. Lənkəran Əliyev (Güllücə)
                  55. Raxşəndə müəllimə (Tağıbəyli)
                  56. Rüstəm Səlimov (Xındırıstan)
                  57. Mürşüd müəllim (Qarvand)
                  58. Məmməd Bağırov (Qərvənd)
                  59. Eldar müəllim (Qarvənd)
                  60. Teymur Kərimov (Qərvənd)
                  61. Mobil Aslanov (Bənövsədər)
                  62. İldırım Cəfərov (Xındırıstan)
                  63. Ayaz Əzimov (Xındırıstan)
                  64. Sahibə Kazımova (Xındırıstan) 69. Müzəffər Aslanov (Paşabəyli)
                  65. Şərqiyyə Firidunova (Quzanlı)
                  66. Hüseyn Bayramov (Quzanlı)
                  67. Rafiq Əliyev (Quzanlı)
                  68. Əvəz müəllim (Şıxlar)
                  69. Farman Bayramov (Əlimədədli) 75. Əliş Abdullayev (Boyəhmədli)
                  70. Eldar müəllim (Zəngişalı)
                  71. Gəray müəllim (Mahrızlı)
                  72. Bəhram Məmmədov (Mahrızlı)
                  73. Ağa müəllim (Qaradağlı)
                  74. Allahyar müəllim (Qaradağlı)
                  75. Cahangir müəllim (Əfətli)
                  76. Qara Hüseynov (Çəmənli)
                  77. Bayram müəllim (Çəmənli)
                  78. Ramazan Quliyev (İmamqulubəyli)
                  79. Yunis (Ciniqara) müəllim (Qiyaslı)
                  80. Gülşən müəllimə (№73)
                  81. Nərminaz müəllimə (№36)
                  82. Dilguşə müəllimə (№88)
                  83. Ulduzə müəllimə (№42)
                  84. Lətifə müəllimə (№ 37)
                  85. Nailə müəllimə (№71)
                  86. Ülviyyə müəllimə (№32)
                  87. Xanım müəllimə (№38)
                  88. Nərgiz müəllimə (№39)
                  89. Tinatin müəllimə (№102)
                  90. Xuraman müəllimə (№3)
                  91. Günel müəllimə (№34)
                  92. Nəsibə müəllimə (N№33)
                  93. Adil müəllim (№83) 100. Xəqani müəllim (№96)
                  94. Məlahət müəllimə (№81)
                  95. İmran müəllim (№39) 103. Məzahir müəllim (№76)
                  96. Elnur müəllim (№31)

                  Məmməd Kərimovu 1949-cu ildən tanıyırdım. 1949- 1951-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda bir yerdə oxumuşduq, birlikdə kirayədə qalırdıq. Tez-tez o, bizim kəndə Novruzluya, mən isə onlara Əhmədağalıya gedib gəlirdik. 1955-ci ildən mən Bağbanlar məktəbinin, o isə həmin ildən ömrünün axırına kimi yaşadığı Əhmədağalı kənd orta məktəbinin direktoru işlədi. Kənddə yaraşıqlı ikimərtəbəli evi vardı. Rayondan, respublikadan gələn hörmətli qonaqlar onun evinə düşərdi. Bacısı oğlu Səyyaf Verdiyev uzun müddət rayonda RİK sədri, Rayon Partiya Komitəsinin 1-ci katibi işləmişdir.

                  Yaxın dostum Xanış Məmmədovu 1960-cı illərdən tanıyıram. O, uzun müddət şəhər fəhlə-gənclər orta məktəbinin, Qullar 9 illik məktəbinin, 15 ilə yaxın şəhər 8 №-li orta məktəbin, 1993-cü ildən 2010-cu ilə kimi 31 №-li Ağdam köçkün orta məktəbin (Sumqayıtda) direktoru işlədi. Hazırda bədii yaradıcılıqla məşğuldur. “Özüm və Sözüm”, “Canlı Əfsanə”, “Qarabağ Bahadırları”, “Ağdam və ağdamlı ziyalılar” kimi 8
                  povest və romanların müəllifidir.

                  Yaxın qohumum və dostum Ağayev Qulam müəllim uzun müddət Zəngişalı kənd orta məktəbinin direktoru işləmişdir: O, 1941-ci ildə 16 yaşında olarkən könüllü ərizə verib BVM-nə getmişdi. Xidmətlərinə görə çoxlu orden və medalları vardır. Layiqli oğlu, qızı, nəvə-nəticələri var.

                  Sahib İmanov uzun müddət Qaradağlı kənd orta məktəbinin direktoru işlədi. Rəhbərlik etdiyi məktəb rayonda uzun müddət günü uzadılmış məktəb kimi fəaliyyət göstərdi. Məktəbin həyətində il boyu becərilən xiyar, pomidor, kartof, kələm, badımcan şitilliyi parniki vardı. Məktəbin fəaliyyəti Maarif Nazirliyi tərəfindən dəfələrlə yoxlanılmış və iş təcrübəsi respublikada yayılmışdı. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirimişdi.

                  Əkbər Vəliyev uzun müddət Boyəhmədli kənd orta məktəbinin direktoru işlədi. Onun işlədiyi məktəbin məzunlarının çoxu elm-təhsil sahəsində respublikada tanınırdı. Professor Rəşid Göyüşov, Ziyəddin Göyüşov qardaşlarının köməyi və rəhbərliyi ilə 684 yerli yeni layihə ilə orta məktəb binası tikdirmişdi.

                  Qurban Aslanov bir müddət Tərtər rayonunda, sonralar isə Ağdamın Kəngərli kənd orta məktəbinin direktoru işlədi. Çox işgüzar və təsərrüfatcıl adam idi. İşlədiyi məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi rolu vardı.

                  Ağdam rayonunun çox hissəsi işğal olunduqdan sonra Bakıda 20-yə qədər məktəb fəaliyyət göstərir. Bu məktəblər içərisində 32, 71, 88 nömrəli məktəblər, xüsusi ilə İradə İbrahimovanın rəhbərlik etdiyi 35 saylı, Arzu müəllimənin rəhbərlik etdiyi 149 saylı məktəblər daha çox fərqlənir. Hər iki məktəbin direktoru gənclik enerjisi ilə işləyir.

                  Şəhər məktəbi üzrə:

                  1. Ələkbər Abdullayev (şəhər 1 №-li)
                  2. Səmayə İbrahimova (şəhər 1 №-li ) 3. Süleyman Zeynalov (şəhər 1№-li)
                  3. Sabir Rəhimov (şəhər 1№-li) 5. Sabir Qasımov (şəhər 1 №-li)
                  4. Asif Əəsdov (şəhər 1 №-li)
                  5. Əli Eyvazov (şəhər 2 N№-li)
                  6. Əlövsət Sadıqov (şəhər 2 N№-li)
                  7. Kərəm Quliyev (şəhər 3 №-li)
                  8. Surxay Qurbanov (şəhər 3 №-li) 11. Zoya Ağamirova (şəhər 3 №-li )
                  9. Paşa Qarayev (şəhər 4 №-li)
                  10. Habil müəllim (şəhər 4 №-li)
                  11. Şahmar Kərimov (şəhər 5 №-li)
                  12. Çimnaz müəllimə (şəhər 5 №-li ) 16. Knyaz Quliyev (şəhər 6 №-li )
                  13. Kamal Əliyev (şəhər 7 №-li)
                  14. Telli Rüstəmova (şəhər 8 №-li)
                  15. Xanış Məmmədov (şəhər 8 №-li) 20. Məzahir Əliyev (şəhər 9 №-li )
                  16. İdris Ağamirzəyev – azərbaycan dili (el ağsaqqalı)
                  17. Kərrar Mikayılov – ədəbiyyat (el ağsaqqalı)
                  18. Süleyman Məmmədov – kimya – direktor
                  19. İsmayıl Ağayev – rus dili
                  20. Alı Rəhimov – riyaziyyat
                  21. Fenya Oleynikova – rus dili
                  22. Mahmud Çolakov – kimya
                  23. Əmir Əmirli – fizika direktor müavini
                  24. Həsən Axundov – tarix (el ağsaqqalı)
                  25. Şiraslan Abdullayev – tarix (el ağsaqqalı)
                  26. Hacı Hacızadə – fizika (el ağsaqqalı)
                  27. Məmməd Murtuza oğlu – kimya
                  28. Xurrəm Quliyev – kimya
                  29. Zülfüqar Səfərəliyev – riyaziyyat
                  30. Leyla Muxtarova (Qasımbəyli)
                  31. Nazim Nəsibov (Qasımbəyli)
                  32. Emeliya Axundova (32 saylı orta məktəb)
                  33. Tünzalə Vəliməmmədova (Bənövşələr məktəbi)
                  34. Zoya Ağamirova (şəhər 1 №-li)
                  35. Laura Ağayeva – Musiqi məktəbi
                  36. Aybəniz Cəfərova – Texniki peşə məktəbi

                  Hörmətli oxucu, əgər adı siyahıda qeyd olunmayan varsa, bəri başdan üzr istəyirəm. Yəqin ki, adı siyahıda olub-olmayanlar canlı ikən klassikləşən Azərbaycanın təhsil tarixini inkişaf etdirən fədailərdir.

                  AĞDAM – QARABAĞ HAQQINDA DÜŞÜNCƏLƏRİM

                  Tarixən Azərbaycan xain qonşularımızdan zərbə alıb. 1990-cı il 20 yanvar hadisəsi gözümün qabağındadır. 1990-cı il yanvarın 8-dən 15-ə kimi Bakı şəhərində olmuşam. Həyat yoldaşımla böyrək xəstəliyi ilə əlaqədar yanvarın 9-dan 14-a kimi Cavadzadənin böyrək xəstəxanasında olduq. Şəhərdə həddindən artıq qarışıqlıq var idi. Ermənilərlə münasibət gündən-günə dərinləşirdi. əliavtomatlı cəbhəçilər avtobusların hərəkətini də dayandırırdılar. 6-cı mkr-dan xəstəxanaya qədər 10-15 km yolu piyada gedib-gəlirdim. Həkimlərin məsləhəti ilə yanvarın 14-də xəstəxanadan çıxdıq, yanvarın 15-də təyyarə ilə Bakı-Ağdam marşrutu ilə Ağdama qayıtdıq. 1990- cı il yanvarın 19-dan 20-ə keçən gecə isə “Xilaskar Qızıl Ordu” – əliyalın millətimizə divan tutdu. O gecə qan su yerinə axdı. “20 qara yanvar” tarixdə millətimizə, xalqımıza qarşı tarixi ləkə oldu. Lakin gənc şairə Roza xanımın dediyi kimi:

                  Min illər ötsə də, çıxmayacaq xatirəmizdən, Eldə müqəddəs sayılan anddır, şəhidlər…

                  Xain qonşularımız olan ermənilərin fitnə-fəsadları səngimədi. 1988-ci il fevralın 22-si Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Məhz həmin gün ermənilərlə Ağdam-Əsgəran sərhəddində ilk qanlı toqquşma oldu. O gün Azərbaycanın müxtəlif şəhər və rayonlarından minlərlə qeyrətli oğullar ağdamlıların köməyinə gəldi. Həmin gün Ağdam ilk şəhidlərini verdi. İki ağdamlı gənc Əli və Bəxtiyar şəhid oldular. İlk şəhidlər Ağdamın payına düşdü. Mağazalarda olan dəmir alətləri (dəhrə, yaba, balta, bıçaq, dəryaz və s.) yığışdırdılar.

                  Kimin ağlına gələrdi ki, minlərlə oğullarımız şəhid olacaq, ərazilərimizin 20 faizi işğal ediləcək, milyondan çox həm- vətənlimiz öz isti yuvalarından perik düşüb çadırlarda ömürlərini çürüdəcəklər. Burada bir epizod yadıma düşdü.

                  1992-ci il fevralın 22-də Ağdamda rayon fəallarının iclası keçirilirdi. İclası Prezident Aparatının rəsmi nümayəndəsi Musa Məmmədov aparırdı. O heç bir giriş sözü demədən prezidentin fərmanını elan etdi. O zaman rayonun ermənilərdən müdafiəsini yaxşı, etibarlı təşkil edən RİH-nin başçısı Səyyaf Verdiyevin vəzifəsindən azad olundu, bir nəfər məktəb direktoru tribunaya yaxınlaşaraq çıxış etmək istədi və Xocalıda vəziyyətin gərginliyini, Xocalıya təcili köməyin vacibliyini qeyd etdi.
                  Bəli, 2 gündən sonra Xocalı darmadağın edildi, xocalılar uşaqlı, böyüklü, qadınlı, kişili, ağsaqqallı, ağbirçəkli məhv edildi, yandırıldı ..

                  Daha bir fakt: 1992-ci il dekabrın 14-də ermənilərin bir neçə tankı Mərziliyə girdi, kəndi dolandı, çıxdı. Həmin il dekabrın 17-də Bakıdan bir batalyon gəldi və mənim işlədiyim Novruzlu məktəbi üçün təzə tikdirdiyim binada yerləşdilər. Əraziyə ermənilərin, Mərziliyə girib-çıxdıqdan 3 gün sonra gəlmiş, “N” hərbi hissə komandirinə polkovnik rütbəsi verdilər. Guya erməniləri kənddən qovub çıxaran, bu komandirin dəstəsi olub. Yaxud; məktəbin 2-ci binasında “N” hərbi hissə yerləşirdi. Bir gün yerli batalyonun komandiri mənə dedi ki, müəllim, axşam saat 10-da sənin iş otağında görüşümüz olacaq, siz də orada olun. Komandir mənim işlədiyim məktəbi bitirmişdi, ona attestatı mən vermişdim deyə, mənə hörmət edirdi, yolumu saxlayırdı. Etiraz etmədim. Axşam saat 10 da digər yerli batalyonlardan 5 nəfər komandir gəldi. Hərbiçilər xəritə üzərində məsləhətləşdilər ki, səhər saat 5-də Qarakəndə hücum etsinlər, kəndi alsınlar. Strateji baxımdan Qarakənd çox güclü mövqedə idi. Bəli, məsləhətləşdilər, öpüşdülər, xudahafizləşdilər və getdilər. Həmin gecə, mən evə getmədim, otaqda qaldım, dedim birdən xəta olar, sirr çıxar, məndən görərlər. Lakin həmin gecənin səhərisi bizimkilər ermənilərə hücum etmək əvəzinə, ermənilər bizimkilərə hücum etdilər, bir rota mühasirəyə düşdü, 2 saat döyüşdükdən sonra arxanın köməyi ilə, bizimkilər mühasirəni yardılar və geri çəkildilər. Bunları deməkdə məqsədim odur ki, aramızda satqınlar, ikiüzlülər və xəbərçilər var idi.

                  Mən həmişə demişəm, indi də deyirəm, ermənilər Azərbaycandan qorxmurdular, amma Ağdamdan qorxurdular. Ağdam uzun illər düşmənə göz dağı, sipər olmuşdu. Bu gün də erməni vəhşiliklərinin ağrısını ürəyində daşıyan oğullarımız var. Mənfur ermənilər bilməlidirlər ki, şəhidlərimizin qanı yerdə qalan deyil. Yəqin ki, əvvəlkindən də gözəl, yaraşıqlı Ağdam yenə yaranacaqdır.

                  Biz ayrılığı gördük, sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin, kiminsə yanında kövrəlmədik, içimizdə ağladıq. Yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza “qaçqın”, “köçkün” damğası vuruldu. Yükümüz dərd-qəm şələsi oldu. Bu gün üzümüz, qəlbimiz gülmür, dup- duru gözlərimizdə sevgi odu alovlanmır. Yurd-yuva yadımıza düşəndə isə ürəyimiz alışıb yanır. Ulu torpaq, ata yurdu,

                  Vətən müqəddəsdir. Çox təəssüf ki, doğma vətənə – yurdumuza indi gedə bilmirik. Atamın, anamın, əzizlərimizin qəbrini ziyarət edə bilmirik.

                  Məhsuldar torpaqlarımız, müqəddəs kəhrizlərimiz, abad yollarımız il boyu suyu qurumayan Qarqar çayı, böyük kəndi miz, bəzəkli evlərimiz bizdən küsüb. Yəqin ki, yurd-yuvamız, hayət-bacamız dağılıb xarabalığa dönüb.

                  Fikirləşirəm ki, yəqin Qarabağda doğulmayan o torpaqların qədrini bilmir, amma Qarabağı görüb gələnlərin də üzü gülmür. Elə bilirəm ki, Qarabağdan köçüb gələnlərin qəlbindəki dağ çətin sağalar. İndi dərddən-qəmdən ağlayana aciz deyib gülürlər. Hamını alış-verişə öyrədiblər. Amma belə hesab edirəm ki, biz döyüşdə yox, qurulan torlarda, oyunlarda uduzmuşuq. Hamı bilir ki, hər bir yolun həm başlanğıcı, həm də sonu olur. Əbədilik heç bir şey yoxdur, bu gün açan sabah solur. Ürəyimizdə inam olsa, istəyimizə çata bilərik. Inşallah.

                  Tarixi fakt

                  Allah sənə rəhmət eləsin, Cəlil Məmmədquluzadə! (1906-cı il – “Axund ilə keşişin vaizi”)

                  Kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

                  • Həyətin birində bir erməni uşağı ağacın kölgəsində kitab oxuyurdu.
                  • O biri həyətdə 12-13 yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə, bu tərəfinə qaçırdı.
                  • Həyətin o biri tərəfində erməni keşişi kəndlilərə deyirdi: – Ermənilərin dünyada üç sevgili balası var: Vətən, Millət, Dil

                  Bunları xatırlamaqda məqsədim odur ki, tarixi kökü, keçmişi olan torpaqlarımızı qoruya bilmədik. Erməni silahlı bölmələri məhsuldar torpaqlarımızı işğal etdilər, yandırdılar, dağıtdılar, bizə göz dağı çəkdilər. Lakin biz yenə ruhdan düşmürük. Yuxarıda dediklərimə yenə onu əlavə etmək istəyirəm ki, Qarabağ müharibəsində gül kimi balalarımız şəhid oldular. Başqaları kimi, mənə də çalın-çarpaz dağ çəkildi. Belə ki, ham torpaqlarımız, yurd-yuvamız işğal olundu, həm də nə qədər günahsız gənclərimiz şəhid oldular. Vaxtilə dərs dediyim orta təhsil haqqında attestat verdiyim 18-25 yaş arası gənclərimiz günahsız yerə qırıldılar.

                  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş və orden-medallarla təltif olunmuş ağdamlı döyüşçülər

                  1. Şirin Vəli oğlu Mirzəyev (ölümündən sonra)
                  2. Allahverdi Teymur oğlu Bağırov (ölümündən sonra)
                  3. Asif Yusif oğlu Məhərrəmov
                  4. Nadir Alış oğlu Əliyev (ölümündən sonra)
                  5. Baxşeyiş Xanəhməd oğlu Paşayev (ölümündən sonra)
                  6. Muxtar Cahid oğlu Qasımov (ölümündən sonra)
                  7. Əlabbas Qara oğlu İsgəndərov (ölümündən sonra)
                  8. Yelmar Şahmar oğlu Edilov (ölümündən sonra)
                  9. Canpolad Yaqub oğlu Rzayev (ölümündən sonra)
                  10. Hidayət Eldar oğlu Rüstəmov (ölümündən sonra)
                  11. Rövşən Şəmil oğlu Hüseynov (ölümündən sonra)
                  12. Fazil Umud oğlu Mehdiyev (ölümündən sonra)
                  13. Faiq Alış oğlu Ağayev (ölümündən sonra)
                  14. Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) Novruzlu
                  15. İxtiyar Qasım oğlu Qasımov (ölümündən sonra)
                  16. Rövşən Telman oğlu

                  “Azərbaycan Bayrağı” ilə təltif edilmişlər:

                  1. Rövşən Məhəmməd oğlu Ağayev (ölümündən sonra)
                  2. İlham Əyyub oğlu Azadov (ölümündən sonra)
                  3. Rövşən Saleh oğlu Cavadov (ölümündən sonra)
                  4. Nizami Şəfi oğlu Ələkbərov (ölümündən sonra)
                  5. Maarif Yaqub oğlu Haqverdiyev (ölümündən sonra)
                  6. Eldar Əhməd oğlu Hümbətov (ölümündən sonra)
                  7. Füzuli İnqilab oğlu Hüseynov (ölümündən sonra)
                  8. Sabir Ağa oğlu Hüseynov (ölümündən sonra)
                  9. Əkrəm Ərşad oğlu İsmayılov (ölümündən sonra)
                  10. Nazim Abış oğlu Qənbərov (ölümündən sonra)
                  11. Allahverdi Kamran oğlu Qənbərov (ölümündən sonra)
                  12. Xosrov Bilal oğlu Məmmədov (ölümündən sonra)
                  13. Zakir Qasım oğlu Rüstəmov (ölümündən sonra)
                  14. Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov (ölümündən sonra)
                  15. Firdovsi Fazil oğlu Vəliyev (ölümündən sonra)
                  16. Rizvan Möliş oğlu Məmmədhüseynov (ölümündən sonra)
                  17. Elmidar Əli oğlu Vəliyev (ölümündən sonra)
                  18. Təhmasib Hadi oğlu Şükürov (ölümündən sonra)
                  19. Altay Vaqif oğlu Sarıkişiyev (ölümündən sonra)
                  20. Baxşeyiş Abbas oğlu Hətəmov
                  21. Mirsahib Məcid oğlu Alıyev
                  22. Nağı Novruz oğlu İmanov

                  “Hərbi xidmətə görə” medalı ilə təltif edilmişlər:

                  1. Vahid Muxtar oğlu Abbasov (ölümündən sonra)
                  2. Xudaverdi Məmməd oğlu Abbasov (ölümündən sonra)
                  3. Hüseyn Əli oğlu Abbasov (ölümündən sonra)
                  4. Mürvət Araz oğlu Atakişiyev (ölümündən sonra)
                  5. Hafiz Əfqan oğlu Əliyev (ölümündən sonra)
                  6. Zaur Rasim oğlu Əmirov (ölümündən sonra)
                  7. Elnur Əvəz oğlu Gülməmmədov (ölümündən sonra)
                  8. Cavad Əlif oğlu Mikayılov (ölümündən sonra) Novruzlu
                  9. Xudu Mustafa oğlu Xudiyev (ölümündən sonra)
                  10. Mahir Şafa oğlu Hüseynov (ölümündən sonra) Yusifcanlı
                  11. Nurəli İslam oğlu Şükürov (ölümündən sonra)
                  12. Elnur Qəzənfər oğlu Fərzəliyev
                  13. Ayna Yunis qızı Quliyeva
                  14. Zahid İmran oğlu Əliyev
                  15. Səyyaf Fiqan oğlu Əhmədov

                  Novruzlu kəndi üzrə həlak olanlar

                  1. Abdullayev Məzahir Xanış oğlu
                  2. Abdullayev Xanış Yunis oğlu
                  3. Bayramova Ziba Sadıq qızı
                  4. Bayramova Rəfiqə Nurəddin qızı
                  5. Bədəlov Fazil Qiyas oğlu
                  6. Bayramov Habil Nağı oğlu
                  7. Əhmədov Natiq İlyas oğlu
                  8. Əhmədov Əbülfət İlyas oğlu
                  9. Məmmədov Qabil Əzizalı oğlu
                  10. Mikayılov Cavad Əlif oğlu

                  11.Süleymanov Ərəstun Məhəmməd oğlu
                  12.Məmmədhüseynov Rizvan Möliş oğlu

                  1. Xankişiyev İsgəndər Xankişi oğlu
                  2. Həsənov Eldar
                  3. Əliyev Zülfüqar
                  4. Kazımov Səfər Məmməd oğlu
                  5. Kazımov Sərvaz Kamil oğlu

                  18.Süleymanov Rəzi Mirəli oğlu

                  1. Hüseynov Rabil Əli oğlu
                  2. İsmayılov Ramiz Əlibala oğlu

                  Ardı var…

                  Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  26 aprel, 1908- görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın doğum günüdür.

                  26 aprel, 1908- görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın doğum günüdür.

                  Gəlin böyük ədibi öz səsi ilə xatırlayaq.

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru