Şahlar GÖYTÜRK – Yaşadım

Yaşadım
….
Yorulmazdım, riya gördüm yoruldum,
Bir xeyirxah iş görəndə duruldum.
Sadəliyə, gözəlliyə vuruldum,
Dəyişmədim, elə belə yaşadım.

Xərcləmədim sağa-sola ömrümü,
Bağışladım yurda, elə ömrümü.
Sevə-sevə verdim dilə ömrümü,
Deməyin ki, elə-belə yaşadım.

Gələn gedir, səfərim var sonucda,
Şahlar, bir xoş xəbərim var sonucda,
Bilirdim ki, zəfərim var sonucda
Mən bu ömrü bilə-bilə yaşadım.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir