
BİZLƏRİ
…Gör necə bir Vətən bəxş edib Tanrım,
Gözünün önündə görmür bizləri.
Gün yaxan qarına, qaynar qışına,
Qopan çovğununa vermir bizləri.
Yamanın yamanı, xasın xasıdı,
Sevincin düyünü, toyun yasıdı.
Özünü kim bilib, nə sayasıdı,
Adam yerində də sormur bizləri.
Başına döndüyüm dərd nə yaxşı var,
Belinə oturdub, dördnala çapar.
Əlinə nə keçib, Ehtiram, apar,
Onsuz da bir adam bilmir bizləri.
27.07.24.
Müəllif: Ehtiram İLHAM
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru