LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM

LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM
(İxtisarla və redaktəsiz)

Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim.

Gözlərim büründü qəmə, qəhərə,
Səpdim məzarına bir ovuc Laçın.
Sən həsrət qalmışdın o doğma yerə,
Qoy barı məzarda eynini açım.

Dur, bir az azalsın sinəndə dərdin,
Əlimdən gələni elədim, nə qəm…
Həmişə oturub-durub deyərdin,
Laçının üzünü görsəm ölmərəm.

Yenidən nur saçdı ata ocağın,
Qohumu-qonşunu başla sorağa…
Səpdim məzarına bir ovuc Laçın,
Arzuna qovuşdun, di qalx ayağa.

Laçın həsrətiylə dərd çəkə-çəkə,
Duymazdın axşamdı, yoxsa səhərdi.
Bilsəydin Laçına gedirəm bəlkə,
Özün getməsən də,
Başdaşın qoluma girib gedərdi…

Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim…
28.07.2024.

Müəllif: Ələsgər Əlioğlu

Ələsgər Əlioğlunun yazıları

Digər mənbələrdə:>>>> Ələsgər Əlioğlu


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir