www.bitik.az tərəfindən yazılmış bütün yazılar

İSTANBULDAN DÖNƏRKƏN YAZDIĞIM ŞEİR.

İSTANBULDAN DÖNƏRKƏN YAZDIĞIM ŞEİR.

Cığır-cığır, çəpər -çəpər,
Dəniz -dəniz, liman-liman,
Ölkə -ölkə, şəhər -şəhər,
Qaya-qaya , orman-orman
Ürəyimdə kök atmısan,
Dodağımın sözü Vətən,
Həsrətimin özü , Vətən!
Tarixlərin yaddaşında
Ərən kimi qalan yurdum,
Talan yurdum.
Dərdlərində yanıb, yanıb
Külündə bir də doğulan
Qalam yurdum,
Azərbaycan,
Salam yurdum!!
Kimlərə pay verməmisən
Axı halal çörəyindən?
Üzünə kim ağ olmayıb,
Kimlər çəkib ətəyindən?
Kimlər verib ürəyini,
Kimlər vurub ürəyindən?
Kimlər keçib ələyindən?
Şərəfiylə , qeyrətiylə,
Sevgisiylə , şəfqətiylə
Dünyaya səs salan yurdum,
Azərbaycan,
Salam , yurdum!
Hara getsəm çəkir məni
Bu torpaq, bu su, bu hava,
Bu duman, bu külək, bu çən,
Bu yuva, bu el , bu oba,
Anam Vətən, babam Vətən,
İstəyirəm yağış olub
Damcı -damcı torpağına hopam , Vətən!
Minib arzu köhlənimə
Səni dağ-dağ, çəmən -çəmən
O baş , bu baş çapam , Vətən.
Sərhəd -sərhəd tikələnib
Şəhid-şəhid bütövlənən ,
Şeir -şeir hecalanan,
Varaq-varaq çiçəklənən,
Dilimizdə ən müqəddəs
Kəlam, yurdum,
Azərbaycan,
Salam, yurdum!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının MAY – 2024 sayı işıq üzü görüb

“XƏZAN” jurnalının MAY (2024) sayı

“Xəzan” ədəbi-bədii jurnalının may, 2024 sayı çapdan çıxıb. Sayca əlli səkkizinci nömrəsi olan jurnal 120 səhifədən ibarətdir. Ötən illər ərzində müəyyən auditoriyanın rəğbətini qazanmış jurnalın növbəti nömrəsi maraqlı poeziya, nəsr nümunələri və publisistik yazılarla zəngindir.
Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-Nə dəyişib?
-Vaqif İsaqoğlu – 65

2.Publisistika
-İbrahim YUSİFOĞLU – “Zirvədən ucada dayanan şair” (Zeynalabdin Novruzoğlu yaradıcılığından)
-Zeynalabdin NOVRUZOĞLU – “Slava KPSS”, “Demokrat Dadaş”, “Başa düşmədiyim şeylər”, “Nə deyim, nə eşidim”, “Hansını seçim”, “Qızıl balıq”, “Aktyorlar”, “Köhnə parçadan təzə kepka”, “Şapalaq” (şairin arxivindən)
-Nəsib ABİD – “Ayaz İmranoğlunun lirikası – ruhun həyat dili”
-Xuraman ZAKİRQIZI – “Bir mərd dəyərlidir qorxaq yüzündən”
-Səadət QURBANOVA – “Keçmişə nəzər” (Özbəkcədən çevirəni Şahməmməd Dağlaroğlu)
-Akif İMANLI, İbrahim YUSİFOĞLU – “Budaq Təhməz yaradıcılığı”

3.Poeziya
-Səadət QƏRİB – “Sən yalandan gülürsən”, “Sözsüz nəğməm”, “Yaşamaq çətin”, “Ulu öndər”, “Səni özündən çox sevənin varsa”, “İstədim”, “Boş çərçivə”, “İnsanlıq, insan”, “Solan xatirələr”, “Gəncliyin uzaqdan baxıb kövrəlir”, “İnsan ömür boyu yıxılıb-qalxar”, “Bir gün gələr”, “Gəl”, “Həyat”, “Ev tikir”, “Sev məni” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – Qəzəllər, rübailər
-Şövkət BƏYLƏRLİ – “Müqəddəs ana”, “Arzu Balsəs xanıma”, “Zəfər günün mübarək”, “İnsan həyatı”, “Dost axtarıram” (şeirlər)
-Məlahət BEHBUDQIZI – “Doğulmuşam, öləcəyəm”, “Bircə şükür edək ulu Tanrıya”, “Sevgi dastanı”, “Sən bir yalansan”, “Çağır gülə-gülə sən”, “Bəşər övladı”, “Gətirir sənə”, “Nigaranam, necəsən?”, “Darıxıram, neyləyim?”, “Vətənin özüyəm”, “Tənha qadın”, “Bu şəhər”, “Bulud olmaq istəyirəm” (şeirlər)
-Həmzə ƏVƏZOĞLU HƏQQANİ – İrfani nəzm xəzinəsi
-Fəridə KÖÇƏRLİ – “Torpaq qarışıq su”, “Şəhidlər başlara bir papaq oldu”, “Şəhidlər”, “Gəlmədin qəlbimi yükün əyəndə”, “Ləçək kimiyəm”, “Sevgisiz bir ürək”, “Ölməyə nə var”, “Qarabağ”, “Anasının darağı”, “Alın darıxmağın əlindən məni”, “Dəyməz”, “Yuxusu qaçmış düşüncələr” (şeirlər)
-Bəxtiyar ABBAS İNTİZAR – “Sensor”, “İntizar”, “Deyib”, “İstəmə”, “Baş qoyulanda”, “Bağlı”, “Misalım”, “Qəm yeri”, “Bazar şeiri”, “Gözlərim”, “Qonub”, “Ağır şeir”, “Bilməz”, “Üzüldüm”, “Unudulmuş şeirlər”, “Həmrənglik şeiri”, “Olasan”, “Hicran gəraylısı”, “Nəğmə”, “Başına”, “Bayatılar” (şeirlər)
-Zahid YUSİFOV – “Yurd həsrəti”, “Qaytarmır məni”, “Dəniz sevgim”, “Taleyin”, “Günahkar”, “Qağa”, “İnadlı şeir”, “Günah şeir”, “Gizli sevgi”, “Qaçmaram”, “Gəlsin”, “Heçlik”, “Bu dünyanın”, “Ana”, “Səbr elə”, “Gəraylı”, “Savaş”, “Adsızlar” (şeirlər)
-Seymur SÖNMƏZ – “Şair ləyaqəti”, “Sil getsin”, “Guya tanımırıq bir-birimizi”, “Niyə narazıyıq bir-birimizdən”, “Şəkillərin”, “Neynim”, “Bəyənmir ki, bəyənmir”, “Birin sən de, birin də mən”, “Sən və mən”, “Sənə sarı güllər dərdim”, “Səndən sonra”, “Bu şəhərdə bir qadın var” (şeirlər)
-Budaq TƏHMƏZ – “Olmaz”, “Mənim dünyam”, “Nəvələrim”, “Banu”, “Taci”, “Dəcəl Aypara”, “Usub”, “Ceyran”, “Gülşən”, “Üzgüçü İmir”, “Gülsara”, “Murad”, “Nigar”, “Sara”, “Salehin tapmacaları”, “Turanın tapmacaları” (şeirlər)
-Ramiz İSMAYIL – Qıfılbəndlər (Budaq Təhməzlə deyişmələr)
-Arzuman DAĞLI – “Arasında”, “Ötrü”, “Gərək”, “Mənim”, “Bağlıdı”, “Görüm”, “Dolandırar”, “Birdi”, “Çətindi”, “Döymə” (şeirlər)
-Aytac GÜNƏŞ – “Şairlik”, “Əsgər məktubu”, “Səbir”, “Adsızlar” (şeirlər)
-Nəbibə HƏBİBİ – “Çəkməçi və balıq”, “Cənnətin yeri” (nağıl-dastan)

4.Nəsr
-Vaqif İSAQOĞLU – “Şar” (hekayə)
-Ayaz İMRANOĞLU – “Uşaq ferması” (roman, sonu – əvvəli jurnalın 56 və 57-ci saylarında)
-Fərhad ƏSGƏROV – “Laləzarlıqda sivilizasiya” (monoloqlar)
-Məmməd MƏMMƏDLİ – “Mən atamı xatırlamıram” (hekayə)
-Gülyana İMANOVA – “Adamlar nə istəyirlər?” (səhnələşdirilmiş hekayə)
-Sadiq Hürü RAMAZAN – “Yarımçıq qalmış ömür” (hekayə)
-Ləman MƏMMƏDLİ – “Son bahar”, “Şəhadətə ucalan əsgər”, “Hər yağış yağanda məni xatırla”, “Zamanın gəmisi”, “Yaralı göyərçin” (kiçik hekayələr)
-Əli BƏY AZƏRİ – “İsrafil, heeyyy…” (hekayə)

Jurnalı KİTABEVİM.AZ kitab mağazasından əldə edə bilərsiniz.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Stuart Mill “On liberty” (Azadlıq haqqında)

Şəkil 1908-ci ildə Con Stüart Millin 102-ci doğum günü münasibətilə hazırlanmış xüsusi buraxılışa aiddir. Ölümündən illər keçsə də, Con Stüart Mill qadınların səsvermə hüququnun müdafiəsində göstərdiyi səylərə görə qəhrəman kimi xatırlanmağa davam etmişdir.
Stuart Mill “On liberty” (Azadlıq haqqında) əsərində bu məsələyə toxunmuşdur:
Stuart Millin fikrincə, insan öz həyatını çox fərqli yaşamağı seçirsə, cəmiyyət birbaşa müdaxilə etməsə də, bu zaman həmin şəxs başqalarının onun həyat tərzi haqqında daha az qürurverici baxışlarının ola biləcəyini qəbul etməlidir: İnadkarlıq, təkəbbür nümayiş etdirən, özünü incidəcək həzzlərdən kənarlaşa bilməyən, duyğu və zəka bahasına heyvani ləzzətlərin arxasınca qaçan insan başqalarının gözündə alçaldılacağını və onların müsbət hisslərindən daha az pay alacağını gözləməli, lakin bundan şikayət etməyə haqqının olmayacağını bilməlidir. Mill davam edərək “Mənim iddia etdiyim şey odur ki, başqalarının əlverişsiz mühakimələrindən tamamilə ayrılmaz olan narahatçılıqlar insanın öz davranışının və xarakterinin onun rifahına aid olan hissəsinə görə məruz qalmalı olduğu yeganə narahatlıqlardır, lakin bu onunla münasibətlərində başqalarının maraqlarına toxunmamalıdır”deyirdi.

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

БИЙБИМӘРЬЯМ – ТАҢҒЫ ТИЛЕКЛЕР

ТАҢҒЫ ТИЛЕКЛЕР

Күн нурын шашады, кеўил тасады,
Ҳәр күн несийбеси йошың асады,
Даўам қыялларың алға басады,
Кеўлиңди көтерип таңғы тилеклер.

Кимниңдур оқыўы кимниң жумысы,
Өмир умтылыў тек мийнет турысы,
Әрманның да жазылады қурысы,
Оған мәдет берип таңғы тилеклер.

Қуяштай жадырап күлисип ойнап,
Ҳәр күнги ырсқысын белине байлап,
Кимге бахыт берер ишинен сайлап,
Ҳәр күни йош берер таңғы тилеклер.

Кими дийханшылық кими шыпакер,
Ҳәр таңға көз тасла оған баҳа бер,
Базарға бар дән дүниңди сата бер,
Саған әўмет берсин таңғы тилеклер.

Гүл услап қолына барар жасларда,
Жуп болып келешек жолын басларға,
Кимдур асығады бүгин досларға,
Яр болып бүгинги таңғы тилеклер.

Дуўасын қабыллап ата анаңның,
Шын дәрек нийети перзент боғанның,
Сенде тилек тиле ини ағаңның,
Сонда жақсы болар таңғы тилеклер.

Тынышлық аманлық тиле елиме,
Қуўаныш шадлық бер өскен жериме,
Инсап бер ийинлес инсан бәрине,
Сизлерге яр болсын таңғы тилеклер.


15 – Июнь 2023~ Жыл.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ДҮНЬЯ ЖАРАЛҒАН БУЛ СЕН ҲӘМ МЕН УШЫН.”

“ДҮНЬЯ ЖАРАЛҒАН БУЛ СЕН ҲӘМ МЕН УШЫН.”

Жаслығым бир қанша кейинлеседе,
Өмир тәшиўишлери ийинлеседе,
Басқаға ҳеш нәрсе билинбесе де,
Дүнья жаралған бул мен ҳәм сен ушын.

Берген ҳәр деминде өмир санағын,
Ҳәр күн қуўаныштың жағып шырағын,
Шыдам ҳәм сабырдың берип турағын,
Дүнья жаралған бул мен ҳәм сен ушын.

Қайлардан келеди сазлы намалар,
Жалынлы жүреклер таман жол алар,
Ўақыт қарап турмас атын сабалар,
Дүнья жаралған бул мен ҳәм сен ушын.

Сезилмес басқаға өзиме аян,
Мен саған еремен боламан саяң,
Ҳәммеси мен ушын етилди баян,
Дүнья жаралған бул мен ҳәм сен ушын.

Көз алдым сезимге тола байланған,
Мухаббат ышқында таңлап сайланған,
Еки жүрек бүлбиллерге айланған,
Дүнья жаралған бул мен ҳәм сен ушын.

Мейли жерден сора,аспаннан сора,
Сен ушын кеўлимде шертилер нала,
Қәлбимде сүйгеним тек өзиң ғана,
Дүнья жаралған мен ҳәм сен ушын.


28~Май 2023~Жыл.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NİTSŞE və ŞOPENHAUERİN “İRADƏ” anlayışı

NİTSŞE və ŞOPENHAUERİN “İRADƏ” anlayışı :
Şopenhauer inanırdı ki, iradə bütün hərəkətlərimizi idarə edərək bizə yalnız səfalət və ağrı gətirir. Əslində o, bizə “həyat iradəsini” inkar etməyi, asket həyat sürməyi məsləhət görürdü. Şopenhauerin fikrincə, həyatı inkar etmək doğum, həyat və ölüm kimi döngülərdən qaçmaq deməkdir.Şopenhauer iradənin şər olduğuna inanırdı və hamımızın ondan qaçmalı olduğunu iddia edirdi. Bu fikirlərinə görə o, “Qərb Buddisti” də adlandırılmışdır.
Nitsşe bunu dekadent düşüncə kimi rədd etsə də, Şopenhauerlə iradənin varlığı və bütün insan hərəkətlərinə nəzarət etməsi düşüncəsində razılaşırdı. Lakin əlavə edirdi ki, insanların əslində istədiyi gücdür. Nitşse “güc” dedikdə təkcə təbiətə deyil, özümüzə və yaratmaq qabiliyyətimizə də nəzarət etməyi də nəzərdə tuturdu. Ona görə, insanların məqsədi məhdudiyyətlərimizi aşmaq və güc əldə etməkdir. Nitsşe üçün “həyat iradəsi” sadəcə olaraq “hakimiyyət istəyi”dir. Buna görə də “üstinsan” anlayışı Nitsşenin fəlsəfəsi üçün həlledici əhəmiyyət kəsb edirdi. “Üstinsan” sadəcə olaraq bütün maneələri və məhdudiyyətləri dəf edərək yaradıcılığı ilə nəzarət və güc əldə etmək istəyir.”Həyat iradəsi” özünün əsas vəziyyətində sadəcə mövcud olmaq istəyidir. Bütün heyvanlar bu “həyat iradəsini” həyata keçirirlər. Amma biz insanlar bundan kənarda inkişaf etmişik. Həyatın məqsədi sadəcə “güc iradəsi”indən başqa bir şey deyildir.

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Əbədi eşq

79-cu payız, 84-cü sıra və qürbətdən boylanan əbədi ayrılıq

Tikinti işlərinin getdiyi hasarlanmış ərazi xüsusi mülkiyyət olduğundan içəri daxil olmaq qaydalar çərçivəsində deyil. Üstəgəl bayram günüdür deyə mühafizə xidmətinə edəcəyim xahiş üçün alacağım cavab da təxminən bəlli olduğundan elə hasarın yanından səmanın şəkilini çəkməklə kifayətləndim.
Bu o mülkdür ki, 15 mart 1865- ci ildə Məhəmməd Sadıx bəy Ağabəyzadə burada anadan olmuşdur. Onun haqqında qohumum kimi yox, sadəcə bir tarixçi kimi, həm də bu gün 28 mayı daha çox xatırlanmağa haqq etdiyi üçün kiçik bir yazı ilə yada salmağı özümə borc bildim.
M. S. bəy Ağabəyzadə ilk təhsilini Bakıda alır. Daha sonra Peterburqda ali hərbi təhsilini davam etdirir. Eyni zamanda qiyabi olaraq şərqşunaslıq fakultəsini də bitirir. 21 yaşında peşəkar hərbiçi kimi fəaliyyətə başlayan Məhəmməd Sadıx bəy 48 yaşında general-mayor rütbəsi alır. O 1921-ci ilə qədər general rütbəsi alan 21 azərbaycanlıdan biridir.
Hərbi qulluqda olarkən Qafqaz ordusunda, Türküstan hərbi dairəsində xidmət edir. Ordudan ehtiyata buraxılan general Göyçaya qayıdıb burada məktəb açmaq fikrində olur. Lakin Birinci Dünya müharibəsi başladıqda o yenidən ordu sıralarına qayıdır. Qafqaz və Ukrayna cəbhələrində döyüşlərdə iştitak edir. Müharibədən sonra Məhəmməd Sadıx bəy yenidən Göyçaya qayıdır. Bu o zaman idi ki, onu şərqşunaslar ciddi elmi araşdırmalarına görə tanıyır, dövrün nüfuzlu univeristetlərinə dəvət edirdilər. M. Sadıx bəyin yazdığı “Türkmən dilinin qramatikası” əsəri həmin dövrdə çox məhşur idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci ilin payızında M.Sadıq bəy cümhuriyyət parlamentinə deputat seçilir. Qısa müddətdən sonra baş nazir Xoyski onu daxili işlər nazirliyinə dəvət edir. Mirzə Sadıx bəy hökumətdə təmsil olunduğuna görə millət vəkilliyindən istefa verir. Polis quruculuğunda bir-birini əvəz edən üç nazirin müavini olsa da əslində həmin nazirlər daha çox siyasi faliyyət aparmalı olduğundan M.Sadıx bəy Ağabəyzadə faktiki olaraq nazirliyin və ümumiyyətlə polis sisteminin qurulmasına təkbaşına rəhbərlik edir. Azərbaycana gələn yüksək ranqlı qonaqların mühafizəsindən tutmuş polis sisteminin təsnifatının yaradılmasınadək bütün məsul işlərə bilavasitə rəhbərlik edir. Yüksək intellektə, dərin zakaya sahib olan general ana dilindən başqa türkmən, özbək, anadolu türkcəsi, ərəb, fars, rus, fransız, polyak, ukrayna dillərini mükəmməl bildiyindən cumhuriyyətə gələn qonaqlarla tərcüməçisiz əlaqə saxlayır, yeri gələndə bu missiyanı da özü yerinə yetirirdi.
AXC-nin süqutundan sonra M.Sadıx bəy İstanbula mühacirət edir. Burda tibb unversitetinin professoru olan xalası oğlu Əli bəy Hüseyzadənin evində yaşayır.
Ağabəyzadə hələ Batumda olarkən onun ata mülkü, qardaşlarının evləri Göyçayda müsadirə edilir. AXC daxili işlər nazirinin müavinini gizlətməkdə suçlandırılan bütöv bir nəsil doğma yurdlarından pərən-pərən salınır.
1927-ci ilədək Parisdə, Nitsada yaşayan Ağabəyzadə Paris univeristetlərinin birində şərqşunaslıqdan mühazirələr oxuyur. O, Faransadan öz xalası oğlu Əli bəy Hüseynzadəyə yazdığı (51 məktub) məktublarda qardaşlarından nigaran qaldığını, doğma Göyçaydan ötrü darıxdığını qeyd edir, ən böyük arzusu qan qohumlarına qovuşmaq olduğunu yazırdı.
Tale 1927-ci ildə Məhəmməd Sadıx bəyi Lvov şəhərinə gətirib çıxarır. O, burada 1944-ci ilin 8 oktyabr tarixinə qədər univesitet professoru kimi fəaliyyətini davam etdirir. Quranın rus dilinə tərcümə edilməsində öz misilsiz tövsiyyələrini verir. Polyak dilində nəşr etdirdiyi dərslik bu gün də Avropa şərqşunaslarının istinad etdiyi əsərlər sırasındadır.
Məhəmməd Sadıx bəyin elm aləmində uğurları ard-arda sıralansa da şəxsi həyatındakı problemləri bitib-tükənmirdi. Onun xanımı gənc yaşlarında dünyasını dəyişir. Xanımını Parisdə dəfn edən Sadıx bəy bir daha evlənmir. Lvov işğal altına düşdükdə Alman faşistləri yaşlı alimin yaşadığı mənzili zəbt edir. Ömrünün ahıl çağında dahi şərqşunas alim ehtiyac içində, şəraitsiz zirzəmi tipli evdə yaşamağa məcbur olur.
Böyük pedaqoq, Şərq xalqları tarixi, dili, mədəniyyəti üzrə əvəzsiz mütəxəsisis həyatının son aylarında qayğıkeş tələbəsi Olqa Bak və onun ərinin himayəsində vətəndən uzaqlarda Lvovda əbədi olaraq gözlərini yumur. Bak və ailəsi bütün rituallara rayət etməklə onu müsəlman qaydalarına uyğun şəkildə dəfin edirlər.
9 oktyabr 1944- cü il lvov, liçakovski qəbirstanlığı 84-cü sırada ömrünün 79-cu payızında Böyük alim əbədi olaraq torpağa tapşırılır.
Cümhuriyyət gününü qeyd edirik. Həmin cümhuriyyət asayiş sistemini qurub yaradan insanın, İçərişəhərdə ilk polis məktəbinin əsasını qoyan Məhəmməd Sadıx bəy Ağabəyzadənin böyük ehtiramla yad edilməsi fikrimcə yerinə və zamanına düşür.
Qürbətdə uyuyan ruhun şad olsun!
Sənin kölgəsində beşiyin qoyulan tut ağacı yoxdur daha. Ömrünü başa vurub. Sovetlər dönəmində əldən-ələ keçən, cürbəcür idarələr yerləşən mülkün idi kiminsə özəl mülkiyyətidir. Amma o mülkün üstündə açıq səma var. O mülkün torpağından rişələri şirə çəkən sənlə yaşıd, başı buludlara boylanan çinar var. Yamyaşıl çinar, masmavi səma, qıpqırmızı günlərə səsləyən umidlər var.
106 yaşlı bayram ruhuna alqış deyir, ruhun bayramı oxşayır. Bayramın, bayramımız mübarək!

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Mavi məzarlar


Hacı Hüseyn Əfədiyev dalğası

Xəzərin mavi lacivərdliyi boyasını türk qövümlərinin sakin olduğu ucsuz-bucaqsız Türküstan ellərinə baxışından alır. Sanki od rəngli günəş şəfəqləri dalğalara baş vuraraq mavi biçimə bələnir. Bu tələtümlü türk nəhri namərd gülləsindən al qana boyanan neçə-neçə vətən oğluna son mənzil olub. Böyük-Zirənin sahillərindəki yaşıl yosunlar isə istiqlalımızın rəmzi bayrağımızın ətəyini xatırladır.
Hacı Hüseyn Əfəndiyev 1893-cü ildə Göyçayda Abdulla bəyin ailəsində doğulub. O, ilk təhsilini Göyçayda alır. Daha sonra Tiflisdə ali təhsilini başa vuraraq doğma elinə dönür. Gənc Hüseyn ata-babasının geniş təsərrüfatına rəhbərlik etməklə yanaşı Göyçayda ilk dəfə olaraq kitab və dəftərxana ləvazımatı dukanı açır. Əslində onun açdığı dükan kitabxana idi. Bu əzəmətli bina-mülk sonralar bolşeviklər tərəfindən müsadirə edilərək xəstəxanaya çevrilir. 1915-ci ildə ailə quran Hüseyn bəyin 1916-cı ildə oğul övladı dünyaya gələndə sevincinin həddi-hüdudu aşıb-daşır. Ailə həyatının xoşbəxtliyini könül dolusu yaşayan gənc heç ağlının ucundan da keçirməzdi ki, qısa zaman kəsiyindən sonra onun özünün, doğmalarının başı üzərini amansız qara buludlar alacaq. Cəmi dörd il sonra onun oğul övladı atasız qalacaq, olmazın məşəqqətlərinə düçar olacaq. Hətta təqiblərdən qorxan ana oğlunu qorumaq üçün onun soyadını da dəyişmək məcburiyyətində qalacaq. Bu azmış kimi Hüseyn bəyin atasız böyüyən övladı ll Dünya müharibəsinin odlu-alovlu səngərlərində ağır döyüş yolu keçəcək.
Hələ Hüseyn bəy həyatının ən xoş illərini yaşayırdı. Ətrafına topladığı istedadlı gənclərin maarifləndirməsi yönmündə iş aparır, saysız-hesabsız mal-mülkündən gələn gəlirlərdən təhsil alan tələbələrə təqaüdlər verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Hüseyn bəy bu tarixi hadisəni ürəkdən alqışlayır. Göyçayda Əhrar partiyasının özəyini təşkil edən gənç bəy aqrar sahədəki problemlərin həlli istiqamətində ciddi iş aparır. 1918-ci ilin dekabrında AXC-nin parlamenti fəaliyyətə başlayanda Hacı Hüseyn bəy Əfəndiyev Göyçay qəzasından millət vəkili seçilir. 7 dekabr 1918- ci ildən 27 aprel 1920-ci ilə, yəni parlamentin son iclasına qədər deputat fəaliyyətini Hacı Hüseyn bəy Əfəndiyev əsasən aqrar istiqmətdə islahatların aparılmasına həsr edir. Həmçinin Hüseyn bəy parlamentdə məsləkdaşları ilə birgə AXC-nin bütövlükdə nail ola bildiyi məsələlərdə ciddi fəaliyyət göstərmişdir.
AXC süküt edən gün, 28 aprel tarixində bolşeviklər Hüseyn bəyi həbs edir. O, XI
ordunun 7 saylı xüsusi şöbəsinin müstəntiqinin qərarı ilə 3 iyun 1920-ci ildə Böyük-Zirə (Nargin) adasında güllələnmişdir.
Cəmi 27 yaşında düşmən fətvası ilə qətilə yetirilən işıqlı aydın arzusunda olduğu çiçəklənən vətəni mavi dalğalara höpmuş ruhu ilə görməyə məhkum edildi. Yüzlərlə soydaşı kimi.
İstiqlalımızın bu gün 106-cı il dönümünü qeyd edərkən Hacı Hüseyn bəy Əfəndiyevin timsalında bütün istiqlal mücahidlərinin ruhuna sayğılarla rəhmət oxuyuruq.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSLAM SADIQ -AZƏRBAYCAN BAYRAĞI

Bütün türk dünyasını 28 may münasibətilə təbrik edirəm. “Azərbaycan bayrağı” şeirim bu təbriklərə sözardı olsun.İSLAM SADIQ

AZƏRBAYCAN BAYRAĞI

Ocaqlar hələ də od umur səndən,
Qucaqlar hələ də ad umur səndən.
Dodaqlar hələ də dad umur səndən,
Ömrümün ən şirin sorağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Qırmızın günəşin alovu, odu,
Onunmu nuruydu, içimi yudu?!
Könlümdə sevgilər göyərdən odu,
Dünyamın işığı, çırağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Yaşılın torpaqdı, çöldü, çəməndi,
O yaşıl, bu yaşıl, həmən həməndi.
Könlüm duyğu-duyğu onu əməndi,
Ömrümün-günümün hər ağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Düşərmi dilimdən mavinin adı,
Udduğum havadı, içdiyim sudu.
Həyatın mayası, sayası odu,
Döyüşdə əlimin yarağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Səhər başın üstdə ucalır günəş,
Axşam ayağına alçalır günəş.
Sən cavanlaşırsan, qocalır günəş,
Ömrümün ən ölməz varağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

20 yanvar 2019
Novxanı

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevda Səfərli – Azərbaycan bayrağı!

AZƏRBAYCAN BAYRAĞI

Vətənimə töhfəsən dahi Məmməd Əmindən,
Qopmusan, elə bil ki, Tanrının ətəyindən.
Sən bir daha ucaldın Şəhidlərin əlində,
Ey Oğuz ellərinin yanar, sönməz çırağı,
Azərbaycan bayrağı!

Savaşdan qalib çıxdı, bükülmədi bayrağım,
Şəhid qanı nahaqdan tökülmədi, bayrağım!
Dalğalanan dəniz tək al-əlvan göy qurşağı,
Düşmənə ox tək batan, zirvədəki göz dağı,
Azərbaycan bayrağı!

Tarixin dərgahından güclə qopmuş bayrağım,
Şəhidlərin qanına, gülə hopmuş bayrağım,
Şuşamın zirvəsinə uçub qonmuş bayrağım,
Zirvələrdə qal elə, ey hürriyyət mayağı,
Azərbaycan bayrağı!

Sən azad Vətənimdə məğrur dayan, bayrağım,
Hər səhər Şuşamızda azad oyan, bayrağım,
Zəfərlər müjdəsiylə nura boyan, bayrağım,
Sənə baxsın, sevinsin, başı qarlı Kirs dağı,
Azərbaycan bayrağı!

Təbrizimin boynuna sarılaraq dalğalan,
Zəngəzurun, Göyçənin yollarında dalğalan,
Zəfər çalmış ərlərin qollarında dalğalan,
Ey azad Vətənimin əbədiyyət sorağı,
Azərbaycan bayrağı!

İstiqlal qapısını nurla açan bayrağım,
Qaranlığa, zülmətə işıq saçan bayrağım,
Hürriyyət günəşi tək göydə uçan bayrağım,
Ay-ulduzlu hilalın sən üçrəngli növrağı,
Azərbaycan bayrağı!

Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,
Amma tarixlər boyu qatil əllə boğuldun,
Şuşanın zirvəsində sən yenidən doğuldun,
Gözüm üstə qoyacam sən doğulan torpağı,
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru