www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü – Firuz Mustafa

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Ad günü də deyən var, doğum günü də…
… Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəlişim” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz… Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm.
… Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə daha önəmli bir anlam dayanır: “kredo”.
… Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var.
… Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik… illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm.
… Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq… Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi.
… Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ də tam tərk etməyib. İnanıram. İnanıram ki, insan ruhu insan cisminə qalib gələcək.
…Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrı və sevincləri dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir.
… Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq.
…Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir.
… Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir.
… Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm.
…Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum.
Hörmətlə, Sizin Firuz Mustafa
18.02.2024.

FİRUZ MUSTAFANIN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac təqdim edir:

PDF : yazarlar-38

“YAZARLAR”JURNALININ FEVRAL – 2024 N: 02 (38)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-38

ZAUR USTAC XÜLASƏ

Zaur Ustac – Hər gün nəfdir!

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

 www.yazarlar.az 4 Şərh Redaktə et

ZAUR USTAC – HESABAT-2023

 www.yazarlar.az 1 Şərh Redaktə et

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

AZƏRBAYCAN YAZARLARI

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİ

 www.yazarlar.az 2 Şərh Redaktə et

Zaur Ustac – Qaşqayda bir hürü ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Zaur Ustac – Göyçə dustaq, Urmu ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

18 fevral Firuz Mustafanın doğum günüdür – Təbrik!

“ƏDƏBİ OVQAT”, “YAZARLAR” , “XƏZAN” jurnallarının yaradıcı heyəti və çoxsaylı oxucuları adından Azərbaycan ədəbiyyatının, mədəniyyətinin sütunlarından biri, müasirimiz olan klassik, elm adamı (fədaisi)  Firuz MUSTAFAnı doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun! Uğurlarınız bol olsun!!!

 Firuz MUSTAFA :

Əziz oxucum, artıq 30 kitabdan ibarət külliyatın hər cildindən ilk nümunələr hazırdır (2019).

Bəs bu cildlər öz “ünvanına”, yəni oxuculara çata biləcəkmi?
Bəs bu kitabların çap xərci (hələ digər xərcləri demirəm) öz borcunu ödəyəcəkmi?

Əlbəttə, bir çox ölkələrdə yaradıcı adamların bu sahə üzrə (yəni kitab satışı, maliyyə, reklam, nəşr, menecer, tərcümə və s.) köməkçiləri olur. Təbii ki, mənim bu cür köməkçi və “əlavə vasitələrim” yoxdur. Ona görə də imkanlarımı nəzərə alaraq belə qərara gəlmişəm ki, hələlik “siqnal” nüsxələri işıq üzü görən kitablar gələcəkdə istehlaka, tələbata uyğun olaraq nəşr edilsin. Yəni cildlər əvvəldən verilən sifarişin müqabilində çap olunacaq. Rəsmi sifarişə və sənədli müqaviləyə ehtiyac yoxdur. Mənim üçün oxucularımın sözü daha etibarlı və önəmlidir. Mənim üçün SÖZ hər şeydir.
İndi isə janrlar üzrə qruplaşdırılıb nəşr olunmuş cildləri sıra qaydası ilə təqdim edirəm:

CİLDLƏR

1-ci cild: Pyeslər
2-ci cild: Pyeslər
3-cü cild: Pyeslər
4-cü cild: Pyeslər
5-ci cild: Pyeslər
6-cı cild: Pyeslər
7-ci cild: Pyeslər
8-ci cild: Pyeslər
9-cu cild: Hekayələr
10-cu cild: Hekayələr
11-ci cild: Romanlar
12-ci cild: Povestlər
13-cü cild: Detektiv
14-cü cild: Detektiv
15-ci cild: Poeziya
16-cı cild: Fəlsəfə
17-ci cild: Fəlsəfə
18-ci cild: Deyimlər
19-cu cild: Gündəm
20-ci cild: Ədəbiyyatşünaslıq
21-ci cild: İncəsənət
22-ci cild: Müsahibələr
23-cü cild: Dialoqlar
24-cü cild: Publisistika
25-ci cild: Publisistika
26-cı cild: Təhsil.Etüdlər
27-ci cild: Tərcümələr
28-ci cild: Yaddaş
29-cu cild: Firuz Mustafa haqqında
30-cu cild: Firuz Mustafa haqqında

Buyurun, SÖZ sizindir.

Hörmətlə,
Firuz Mustafa

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Cəfər Cabbarlı mükafatı laureatı
Humay mükafatı laureatı
fəlsəfə elmləri wdoktoru

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu

“Yazarlar” jurnalının fevral – (N:38) 2024-cü il sayı üz qabığında  TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu – KİŞİ QÜRURU

KİŞİ QÜRURU

(Esse)
Təxminən on beş il bundan əvvələ aiddir bu xatirəm. Söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar idi. O vaxtlar demək olar ki, bütün yayı kənddə keçirdirdim. Kəndin ki, bir tərəfi Qarayazı meşəsi, bir tərəfi günəş rəngində təpələr ola, Kür çayı da ki, qolunu kəndin boynuna dolaya, sən də ki, nənənin sevimli nəvəsi olasan. O kəndə getməmək günah olardı.
Bir gün xalam dedi ki, sabah qohumlarımızdan biri oğluna toy edir, hazırlaş səni də toya aparacam. Əvvəl getmək istəmədim, nənəmlə qalmaq istədim. Nənəmin öz uşaqlıq illərindən, keçmişdən danışdıqları toylardan maraqlı idi. Həm də bizim kəndin mağar toyları günorta saat ikidə başlayar axşam saat beşə, altıya kimi davam edərdi. Axşam bər-bəzəkli şax qaldırardılar və saat doqquzdan gecə saat on ikiyə, birə kimi mağar davam edirdi. Mağarda da dava düşərdi, mahnı sifariş verməyin, ana- bacıya baxmağın və s. üstündə. Ərləri toyda Novruz bayramında yumurta döyüşdürən uşaqlar kimi bir birilə “rumka döyüşdürən” arvadların gözləri dörd olardı mağarda ki, görəsən ərim kimlə dalaşacaq kimi şil küt edəcək. İş ondadır ki, bu ərlər toyda heç kəsi döyməsələr də evə gedəndə arvadlarını döyürdülər. Adam bilmirdi, bunların toyda dava salmağına sevinsin ya üzülsün. Toyun səhəri mağar təəssüratları avtobuslarda, yollarda, mağazaların önündə davam edirdi. Hələ arvadların sərçə balası kimi cikkildəşmələri olmaya da, “az gördün filankəsin qızı şalvar geyinmişdi, az hə hələ sən keçən il instuta girif Bakıya gedən tayını görmədin, əməllijə şəhər dili danışer, elə bil buralı döylü, az hələ o yaxşıdı o Bakıdan gələn qız var e filankəsin qohumu gədələrlə elə baxışerdıkı, gəlini də yaxşı bəzəməmişdilər, kamplekti ucuzuydu, bəyin əti tökülsün qıza tort yidirtdi ” Bax elə bu
abu havaya görə özümü heç vaxt o mühitə aid hiss etməmişəm. O kəndin toylarını sevməmişəm. Nə isə, xalamın israrından sonra o toya getdim. səhər saat on iki olardı bəyin atası evinə getdik. Hərə bir tərəfdən süfrəni hazırlayırdı. Manqaldakı kababların qoxusu Gəmiqaya tərəfdən gələn həzin mehə qarışıb gül-çiçək ətri kimi ətrafa yayılmışdı. Qadınların səsi- küyü toy evini götürmüşdü. Kim kimi görsə iş dalınca buyururdu ki, iş tez getsin. Qadınlardan biri cavan oğlanlardan birini çardaqdan qazan çıxarmaq üçün buyurmuşdu. Oğlan nərdivanı divara söykəyib yuxarı çıxmağa başladı. Döşəmə torpaq olduğu üçün kələ kötür idi. Nərdivan tərpənəndə mən cəld nərdivandan tutdum və “yıxıldı” deyə qışqırdım, sonra oğlan müvazinətini saxladı və işinə davam etdi, o, düşənə kimi nərdivanı buraxmadım. oğlan heç nə demədi heç səsini də çıxarmadı. Sadəcə minnət dolu baxışlarla üzümə baxıb gülümsədi. Sonradan bildim ki, bu oğlan nitq qüsurlu imiş.
Artıq mağardaydıq. Hərə öz yerini tutmuşdu. Toy, çal-çağır axşamçağı yenidən başlamışdı. Hamı oynayır, hərə öz mahnısını sifariş edir, qohumunlarını oynamağa dəvət eləyir, başından şabaş tökürdü. Mən sakitcə oturub müşahidə edirdim. Qohumlarımız oynamağa çağırdı. Arvadlı- kişili, uşaqlı- böyüklü hamı oynamağa çağırdı oynamadım. Xalam da neçə dəfə çağırdı. Yanımda oturanda da böyrümdən dümsüklədi yenə oynamadım. Bir də gördüm günorta nərdivanla çardağa çıxan oğlan gətirib mənə bir qalaq pul uzatdı. Mən götürmək istəməyəndə anası işarə etdi ki, götür. Oğlu gedəndən sonra qulağıma pıçıltı ilə dedi ki,” a qızım mənim oğlum danışa bilmir, uşaqlar qırağa çəkib döyüb əlindən almaqdansa sən götür o pulları”. Dedim, ” xala mən istəmirəm, gəl, otur yanımda, sənə verəcəm pulları. ” Oğlan hər dəfə pulu gətirirdi, mən də o gedən kimi pulu anasının ovcuna basırdım. Bir də gəldi ki, sənə verdiyim pulları göstər ( onun işarələrinin mənasını anası deyirdi mənə) mən də xalamın günorta mənə verdiyi bir şirvan pulu şalvarımın arxa cibindən çıxarıb göstərdim. Oğlan inandı. Yenə getdi şabaş yığmağa, yenə gətirib hamısını mənə verdi. Mağarın axırlarına yaxın gördüm beş -altı gənc həmin bu oğlanı kənara çəkib mübahisə edirlər. gənclərin dediklərindən eşitdim ki( hamı qulaqlarımdan şikayət edir ki darı dəlir) ” duxun çatır oynamağa çağır, görək səni sayib oynayacaq.” Öz aralarında mərc gəldilər. Bir neçə dəqiqə sonra həmin o nitq qüsurlu oğlan mənə yaxınlaşdı. Oynamağa çağırdı. Mən də dəvəti tezcə qəbul edib oynadım. O an onun gözlərindəki xoşbəxtlik qığılcımları, yerə- göyə sıxmayan sevinci məni sevindirdi və qürurlandırdı. Ərtafdakı mərci uduzmuş gənclərin məyus və qəzəbli baxışları isə hələ də xatirimdədi. İstədim ki, Allahın bu gözəl bəndəsinin kişi qüruruna toxunmaq istəyən gəncləri həmin oğlanın qələbəsi ilə cəzalandırım. Xoşbəxtəm ki, indiyə kimi heç kəsin qüruruna toxunmamışam, heç kəsin duyğularına qarşı sayğısızlıq etməmişəm vicdanım rahatdı…
Siz təsəvvür belə edə bilməzsiniz ki, toyun səhəri kənddə nə nağıllar, nə əfsanələr danışılmadı. El ozanlarının eşq dastanları kənd arvadlarının dastanlarına çata bilməz….Bu arada xalam da çox əsəbləşmişdi ki, mən çağırdım gəlmədi, o lal uşaq çağıranda oynadı, indi camaat ağzına gələni danışacaq. Gecə evə gəldim, bu olanları əziz nənəmə danışdım. Dedi düz etmisən. Qəlbimin dərinliyində bilirdim ki, düz etmişəm. Amma nənəmin dəstəyi və anlayışını ondan başqa heç kəsdə görmədim. Məkanın cənnət olsun. Ruhun qarşısında baş əyirəm, Şafanam…
Hər dəfə o oğlan yadıma düşəndə xoşbəxt olmağı üçün dua edirdim. Bu yaxınlarda eşitdim ki, bir nitq qüsurlu qızla ailə qurub. sağ- salamat , nitq qüsuru olmayan ekiz uşaqları var, bir qız , bir oğlan. Sevincdən gözlərim doldu. Ürəyimdə sadəcə “şükürlər olsun, Tanrım ” dedim…


Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yetim Qacar və Turan Novruzlu

YETİM QACARA SAYGILARLA
TURAN NOVRUZLUDAN

Onsuz da bu dünya çoxdan talandı
Mən necə aldadım şair könlünü?!
Nə qədər xoş söz var şirin yalandı
Mən necə aldadım ,Şair, könlünü?!

Necə ovundurum Duman adamı
Bu təmiz adamı, iman adamı
Sonradan göynədər güman adamı
Mən necə aldadım, şair könlünü?

Qadın nə vanildi, nə çiyələkdi
Nə günəş, nə mələk, nə də çiçəkdir
Qəlbini isidən qadın göyçəkdi
Mən necə aldadım, Şair, könlünü?!

Bəzən sevgi bizi ilan tək çalar
Bir – iki xoş kəlmə xatirə qalar
Yadına düşəndə canını alar
Mən necə aldadım, şair könlünü?

Eşqin qor acısı gözdə naxış tək
Keçmişin izləri küskün baxış tək
Ömür yağıb bitər narın yağış tək
(Milyonlar içində şair təkdi tək)
Mən necə aldadım, Şair, könlünü?

YETİM QACARDAN
TURAN NOVRUZLUYA…

Aldadan aldadıb səndə günah yox
Aldanıb dünyaya gələn şairi
Bircə sən aldatma nə dəyişərki
Yalanı həqiqət bilən şairi

Bir az yaşamağa güman var hələ
İmansız önündə iman da belə
Duman yox a dostum bulud zənn elə
Gözünün yaşını silən şairi

Bülbül cəh-cəh edər çiçək vaxtısa
Ürək nece gülsün həsrət baxtısa
Qəlbini isidən qadın yoxdusa
Kimsə görə bilməz gülən şairi

Dərdi deməmişdən dərmanı qoydun
Sən dərdin gözünü söz ilə oydun
Nə yaxşı anladın nə yaxşı duydun
Dərdini səninlə bölən şairi

Anladın dilini könlü lalında
Pozuldu yazılar o an alında
Ölmüşdü təkliyin tənha halında
Diriltdin söz ilə ölən şairi.

Müəlliflər:

YETİM QACAR

TURAN NOVRUZLU

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Əkbərli – Balacaboy dovşan

WWW.BİTİK.AZ

BALACABOY DOVŞAN

Dovşanların arasında ən balacaboy dovşandır. O, nə qədər dostlarıyla oynamaq üçün yaxınlaşırdı, onlar onu özlərindən uzaqlaşdırırdı. Balacaboy dovşan axırda yorulub, özü onlardan uzaqlaşdı. Bilirdi ki, dostluq qarşılıqlı olmalıdır. Özünə olan inamı itmişdi, qəlbi incimişdi, özünün özündən də xoşu gəlməməyə başladı. Atasına baxdı, böyüküydü. Anasına baxdı, böyüküydü. Balacaboy olmağından yavaş-yavaş utandı.
Balacaboy dovşan bir az evlərindən uzaq özü kimi balacaboy dovşan axtarmaq qərarına gəldi. Yol kənarında quyunun yanından keçəndə qışqırıq səsləri eşitdi:

– Kömək edin. Kömək edin. Biz bura düşmüşük, kömək edin.
Balacaboy dovşan qorxdu, qaçaraq quyudan uzaqlaşdı. Dayanıb dərindən nəfəs alırdı. sağa-sola baxdı və yavaş-yavaş quyuya yaxınlaşdı. Quyunun içinə baxana qədər əsirdi.
Gözlərini bərəltdi. Çünki onu yaxınına buraxmayan dovşanlar quyuya düşmüşdü.
Onlar dovşana yalvarırdılar:

– Balacaboy, kömək elə. Xahiş edirik, kömək elə.


Balacaboy səssizcə ətrafı gəzməyə başladı. Kənara kəndir atılmışdı. Balacaboy kəndirin bir ucunu quyuya atır, bir ucunun da üstünə çıxır.
Beləcə, iki dovşan quyudan bir-bir çıxır. Onlar balacaboya, balacaboy onlara baxır. Onlar balacaboya “çox sağ ol” deyirlər. Və ona lağ etdikləri üçün üzr istəyirlər.
O gündən anlayırlar ki, əsl dost görünüşünə görə yox, yaxşı xasiyyətinə, mərdliyinı görə seçilməlidir. O gündən balacaboy şən və xoşbəxt olur. Özündən də utanmır.

Müəllif: HÜSEYN ƏKBƏRLİ

HÜSEYN ƏKBƏRLİBİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Asif Rüstəmlinin doğum günüdür – Təbrik

Bu gün xalqımızın dəyərlisi, əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubiley doğum günüdür.
Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı:: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” və s. kitabların müəllifidir.
Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun müəllifi olduğu kitablar əlimdən düşmürdü.Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan,mühitə dəyər verən müdrik bir alimdir.Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm.Həmin gün uçmağa qanadım olmur.Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı” , Şəhid Sahil Məmmədova həsr etdiyim “ Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə 100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm! XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Gedirəm

GEDİRƏM

Sənsiz bu yollarda çaşıb qalmışam,
Heç özüm bilmirəm hara gedirəm.
Qismətim beləymiş demək Tanrıdan,
Həsrətlə qol- boyun dara gedirəm.

Bizi addım- addım güdən arzular,
Olub səbrimizi didən arzular.
Üşüyür içimdə fidan arzular,
Elə bil borana, qara gedirəm.

Başın qarışmasın evə- eşiyə,
layla çal sevgimiz yatan beşiyə.
Bələ nəfəsinlə, qoyma üşüyə,
Hövsələn gəlməsin zara, gedirəm.

Zalım ayrılığın hər anı dəhşət,
Yaylağı dəhşətdi, aranı dəhşət.
Bürüyür halımı soranı dəhşət,
Qəlbimdə sağalmaz yara, gedirəm…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanatı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanatı

Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılmış, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.

Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləmişdir.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətinə bir daha çatdırılır.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru