ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi, Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı…
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
İKI SEVGI
Paylaş Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub,
Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
1953
O QIZA
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə. niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
BABƏKIN QOLLARI
Qolu sındırılmış Babək. Yurdu yandırılmış Babək. Qan rəngli bir arabada Şərq boyda bir xarabada Söyə-söyə, Döyə-döyə, Hamıya görk olsun deyə Kənd-kənd gəzdirilən Babək, Ölübən-dirilən Babək; Qollarını görməyəndə Azca rahat olan Babək; Bir qırmızı yuxu içrə, Uzaqlara dalan Babək. Deyən Babək: – Aman dostlar, Hücum çəkin qoşun-qoşun, Orda mənsiz qılınc çalan Qollarımla bir vuruşun.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002) Sücaət Yunus oğlu Əhmədov 1946-cı il iyun ayının 4-də Kəlbəcərdə dünyaya göz açıb. 2002-ci il noyabr ayının 7-də Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycanın ən yaraşıqlı şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019).
musayaqub #şeirlər #buynuz
MƏN SƏNİN KÖNLÜNDƏ
Yaman gündə sənin, xoş gündə sənin. Həyat ağacıyam könlündə sənin; Onu atmaq olmaz, qurutmaq olmaz, Daha bacarmarsan özünü yorma. Bir bahar ömrünü unutmaq olmaz, Sevdiyin ağaca baltanı vurma. Nahaqdan könlünü ağrıtma belə. Köhnə xatirəni ağlatma belə. Ömür ehtiyacı, gün ehtiyacı, Mən sənin könlündə həyat ağacı – Özün də bilmədən ürək qanınla, Bütün vücudunla, bütün canınla Onu ömrün boyu yaşadacaqsan, Unutmaqmı asan, atmaqımı asan?..
Bilirəm özünə tutur qəzəbin, Eh, unutmaq olsa nə var ki, haqdı. Bütün hicranların nədir səbəbi, Elə unutmağı bacarmamaqdı. O ağacı kəssən bir də bitəcək, Sonra ən göynəkli yerdə bitəcək. Ümidli günündə yarpaqlayacaq, Təzə pöhrəsində gül qucaq-qucaq – Sən də baharlanıb yazlanacaqsan, Ümid ağuşunda nazlanacaqsan. Bu sənə qanaddır qırma özünü, Unutmaq üstündə yorma özünü.
Mən sənin könlündə həyat ağacı, Xatirəsi şirin, indisi acı – Hicranlı günlərdə əzabındı o, Sapsarı yarpaqlı kitabındı o. Hərdən bu ağaca payız dolacaq, Şirin xatirələr xəzəl olacaq. Səni ağladacaq payızlarıyla, Səni üşüdəcək sal buzlarıyla. Bir də sızım-sızım göynəyəcəksən, Sonra bu qışa da öyrənəcəksən… Daha bu ağacın nəyini bölüm, O sənin könlündə budaq-budaqdı. Eh, unutmaq olsa nə var ki, gülüm, Dərd də unutmağı bacarmamaqdı. Bacarmayacaqsan yorma özünü, Bu ağac özünsən qırma özünü.
PAYIZ DURNAM
Payız durnam uçub getdin, Bir də dönüb gələrsənmi? Sən dönəndə mən olmasam, Ruhum ilə gülərsənmi?
Ey bizlərdən təmiz vücud, Könlümü ardınca uçurt. Yerin xəzəl, göyün bulud – Mənzil-mənzil bölərsənmi?
Ey hər göldən şəkər dadan, Buluda baş qoyub yatan. Mən qanadsız piyadadan Durub dilək dilərsənmi?
Nə bir mənzil vurduq başa, Nə gün gördük gəlsin xoşa Heç qoşalar uçmur qoşa, Tənha uçan tək sənsənmi?
O,istəyir dönə məndən, Gedib ki, gizlənə məndən. O,adı gizlinə məndən. Bir çınqı söz söylərsənmi?
Azalıb mehri dünyanın Çəmi yox qeyri dünyanın. Yolları əyri dünyanın Keçidlərin bilərsənmi?
ÇATARMI
Əlçatmaz bilmişəm səni həmişə, Sənin gül zirvənə əlim çatarmı? İsti baxışına, şirin ləhcənə Şeirim yetişərmi, dilim çatarmı?
Bu kövrək sevdaya uyası olsam, Səni könlüm dolu duyası olsam, Yolunda bir ömür qoyası olsam, Buna ömrüm yetər, ilim çatarmı?
Sənin tək bir ümid çırağım olsa. Gül bədən, bir qönçə dodağım olsa, Dünya başdan-başa gül bağım olsa, Sənə veriləsi gülüm çatarmı?
Ömrümün payızı bəndi bağlayan, Mən bir quru çayam daşı ağlayan. Sən bahar dəryası coşub-çağlayan, Sənin dənizinə selim çatarmı?
Torpağı, ağacı sinəsi dağ-dağ, Min illər uzunu yanan bir ocaq. Bir də alovunda birlikdə yansaq, Tabım bu yanğıya, bilim, çatarmı?
Demə çöldə gülüm, dağda qarımsan, Sevgidə son sözüm, son baharımsan. Sən mənim bir tale günahkarımsan Daha nə mərhəmət, nə insaf eylə, Çinar kölgəsində yasəmən kimi Əyil günahını etiraf eylə.
Mizan-tərəzidir dünyada sevgi, Gərək əyilməsin o daş, o çəki. Yoxdur bu bölgüdə mənim səninki, Barı, bir sözünü burda saf eylə Atıb o pərsəngi yüngülləş bir az, Qalxıb günahını etiraf eylə.
…Sənin sevgi yolun yolun bozudu, Elə bil ürəyin bulaq duzudu. Təbəssümün gülə çilənmiş sudu – Ondan işıq düşməz mənə bir gilə, Sən ki, şeh deyilsən, düş o ləçəkdən Düşüb günahını etiraf eylə.
Mən qanad verənəm, sən qanad yonan, Könlümün içində könlümü qıran, Bir sevda üstündə min oyun quran – Özünü nə arif, nə sərraf eylə, Quqqu quşu kimi özgə yuvadan Çəkil, günahını etiraf eylə.
NARAHAT DUYGUDUR
Narahat duyğudur daşar durmadan, Döyəclər daşları çayların suyu. Ürəyim, çay kimi ya coş hər zaman, Ya çaylaq daşıtək buz olub soyu. Ya gərək atasan sevinci, qəmi, Səni də piy basa, sükunət boğa, Ya gərək söz üstə kəhrəba kimi Əriyib-əriyib çıxasan yoxa. Yanmirsa, közün də kömürdür adı, Nə torpağa şərik, nə oda şərik. Şair ürəyi ki, məşəl olmadı, Nə o tərəflikdir, nə bu tərəflik.
TƏRƏZİ
İndi də yadıma salıram hərdən, O asma,taxtagöz tərəzimizi. Bir gözündə alma,bir gözündə dən, Çəkidən arxayın salardı bizi.
İpi düyün-düyün,taxtası çat-çat, Amma gəl qızıl çək,səhv eləməzdi. Ortağı onunla böldü bir elat, Ev-ev,qonşu-qonşu əllərdə gəzdi.
Eh,o tərəzidə min cürə varla Göz ki,boşalırdı,göz ki,dolurdu; İrili-xırdalı yumurtalarla Toyuq günahını çəkmək olurdu.
Çəkdiyinə möhür basılmışdı ki, Mis kasa,mis nimçə-budur çəkisi. İplə boğazından asılmışdı ki, Nə varsa düzünə,haqqına çəksin.
O da ömür idi,qayğısı min-min, Baxardı zamana,vaxta gözləri. El kasad olanda tərəzimizin Üşüyüb ağlardl taxta gözləri.
Yəqin ki,üşüyüb ağlamaz indi, Ağlayan gözü yox,danışan dili. O bir xatirəydi,könlümdə dindi, Bağlandı bazarı,ötdü mənzili.
Bəlkə hər çəkisi bir haqq sözüydü, Onunla seçərdik yaxşı, pisi də. Köhnə tərəzimiz elin gözüydü, İndi şey çəkilməz o tərəzidə.
ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala atasına qovuşan kimi, Leylək yuvasına yovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə, Bir qismət çiçəyim solacaq isə, Öyrətmə özünə, öyrətmə məni. Könlümdə yerin var, qopmaz yerindən, Bir əkiz ləçəyi, haça budağı Ayırmaq olmursa biri-birindən, Məni də ayırmaq çətindir, axı Öyrətmə özünə, öyrətmə məni.
Yox buna taqətim, yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var- Hicranın köz basmış yanıqları var Mənim dərdlərimin ayaqları var- Harda olsa, gəlib tapacaq məni. Yaxud yandıracaq bu alov səni Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…
DAŞ DİVARDA YAZI
Bu nə hökmdü yazılıb, Bu nə möhürdü basılıb, Bu nə sevdadı belə, Bu nə iddiadı belə — Bu sevda bitməz, Heç sonu yetməz.
Yəni ki, dəryada batsa, Çıxar üzə zambaq şəklində, Torpağa gömülsə, Bitər lalə-lalə Dodaq şəkilində… Gül-çiçəklə açılar Məzarı qucaq şəkilində… Yanqılana sinədaşı Yanar ocaq şəkilində… Bu sevda bitməz, Heç sonu yetməz.
Canı can içində, Qanı qan içində. Bir yoldur Uzanıb gedir Ölümsüzlüyə… Bizi sevgilərə səsləyə-səsləyə… Yəni ki, göydə ulduz bürcüdü, Ürəkdə daha güclüdü, Atəşi yanar qızıl donda, Məndə, səndə, onda… Bu sevda bitməz, Heç sonu yetməz.
Bu nə möhürdü basılıb, Fərhad külüngündən qopub, Məcnun ahı ilə yazılıb, Daş qalaq-altından çıxıb, Cəfalı bir aşiqdi, Hörülüb divara, Şükür Allahım, şükür, Sən verdiyin sevdalara…
PAYIZ DUYĞULARI
Payızın hökmüylə əsdi bir külək, Bir yaşıl səltənət çovğuna düşdü. Ağaclar bir yaş da qocaldı demək, Bir yarpaq nəsli də qırğına düşdü.
Aldı verdiyini geriyə torpaq, Qazancı nə oldu bağın-bağçanın. Bir yarpaq boy atdı körpə bir uşaq, Ömründən bir yarpaq düşdü qocanın.
Palıdlar tab etdi sükuta, yasa, Gilas yarpaqları qızardı düşdü. Hansı bəxtəvərin, növcavanınsa Üzünə bir yarpaq qızartı düşdü.
Çox yarpaq tökümü görüb yerimiz, Soraq tutmaq olmur cığırdan, izdən. Torpaq altındakı əzizlərimiz Yenə də bir yarpaq gen düşdü bizdən.
Bir yarpaq da düşdü Bəzz qalasına, Divarlar bir yarpaq çökdü aşağı. İgid Babəklərin, Koroğluların Bir yarpaq uzaqdan gəldi sorağı.
Yarpaqlar, belədir zamanın hökmü, Tökülün, əbədi ömrə tamarzı. Tarixin yüz ilik yarpaq tökümü Olacaq bir yarpaq yaddaş kağızı.
Payızın ağzından əsdikcə külək, Bir yaşıl səltənət çovğuna düşdü. Ağaclar bir yaş da qocaldı demək, Bir yarpaq nəsli də qırğına düşdü.
UZAQ… UZAQ…
Mənim incilərim hara daşındı?! Bəlkə yaddaşımdır, bəlkə yaşımdır; Sellər sal daşımı yudu apardı, Xatirə gözlərin çıxıb yadımdan, İllər yaddaşımı yudu apardı – Gözümdən yaş kimi üzülüb gedib. Saçın pəncərədə pərdələnərdi O da qumaş kimi süzülüb gedib – Sozala-sozala sönüb o çıraq, Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.
Xatirə ulduza, xatirə aya, Necə baxacağam mən bu dünyaya? Daha səndən sonra şöhrət-şanım yox, Sənə oxşatmağa bir nişanım yox, Toranlıq içində bir xəyal sayaq, Uzaq… Uzaq… Uzaq.. Dünyadan uzaq.
Qalsaydı aynada zərrə şəfəqin, İşığı mənə də, bəlkə düşərdi. Ruhun yaşamağı yalandır yəqin, Olsaydı üstümə kölgə düşərdi – Nə yerdə xəbər var, nə göydə soraq Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.
Bilmirəm, haradansa səsin gələrdi, Deyərdim, yuxuma gəlsin, gələrdi. İndi gecə uzun, gündüzlər yasaq, İndi qürub yaxın, indi dan uzaq.
Allah, xatirə də ölərmiş belə, İllər izimizi silərmiş belə…
Dünyanın sükutu üstümə enir, Nə yarpaq oxuyur, nə çay danışır, Nə torpaq diksinir, nə cığır dinir, Yol duman içində, çöl-bayır sazaq, Qapanıb o qapı, sönüb o ocaq, Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.
Sənli xatirəmi necə ayıldım? Mən necə qayıdım evə-eşiyə- Hicrana qayıdım, qəmə qayıdım, Mən hara qayıdım, kimə qayıdım? Şimal qütbü kimi xatirə otaq… Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.
Bələd deyiləmmiş yaddaş sirrinə… Dözdüm son dözümə, son taba kimi.. Payızlar bənzəmir biri-birinə, Xınalı barmağın bir xəzəl üstə O da əriyibmiş kəhrəba kimi – Kəsilib o budaq, gedib o yarpaq… Nə xəzan rəngi var, nə yazdan soraq – Uzaq…Uzaq…Uzaq… Dünyadan uzaq.
Göynədi yaddaşı kor olan sinəm, Bu hansı özüməm, bu hansı mənəm? Mən məndən alınıb, cismi-can uzaq, Nə fərqi, ya dünən, ya min il qabaq, Məzar növbəsini dəyişdi torpaq – Uzaq…Uzaq…Uzaq… Dünyadan uzaq.
Payız-2015 Buynuz
QOCA VƏLƏS
Budaqları yorğun düşən, Yarpağına qırğın düşən, Gövdən düyün, para-para, Qabığında balta yeri Köhnə yara, İçin qalay, çölün bürünc, Sonuncu səs, axır nəfəs, Qoca vələs! Bəs hardandı səndə bu güc? – Bizə mətləb anlatmısan, Kökün üstə kök atmısan, Hər şivin bir ağac olub, Pöhrən qulac-qulac olub – İmana bax, amana bax Güvəndiyim gümana bax.
Taqor deyir, Hər doğulan təzə uşaq – Tək Allahın hələ bizə – İnsanlara inanmağı Deməkdir bu, Yəni insan tərəfində Dayanmağı deməkdir bu – Bu kəlama qulaq asdım, Ürəyimə səni yazdım, Qoca vələs!
Vuran insan, qıran insan.. Amma yenə İnsanlara inanmısan, Bu inanca görə sağ ol! Şiv ağaca görə sağ ol! Sən deyirsən:
Mən gedirəm, Qalanlara salam olsun! Mən deyirəm:
Kök üstə kök Salanlara salam olsun! Sən deyirsən:
Qırğınlara xitam verən Mişarlara, baltalara Dəhrələrə salam olsun! Mən deyirəm:
Bizə qalan bu şivlərə, pöhrələrə, Qızılyarpaq çöhrələrə Salam olsun! Pöhrənəfəs, yaşılhəvəs Qoca vələs!
Meşəmizin qoca yaşı, Yurdun ulu vətəndaşı, Ömür keçir, gün əriyir, Doymaq olmur bu dünyadan, Tamaşadır bu dünyanın işi qərəz Qoca vələs! Qoca vələs!
Payız-2015 Buynuz
PAYIZ ÜŞÜYÜR
Nə yaman tez gəldi qışın soyuğu, Yuvası üşüdür qaratoyuğu, Payız üşüyür…
Bir sərçə sığınıb quru budağa, Payızın fikrini çəkir deyəsən. Sünbülotu yerə dikib başını, Yaza toxumunu əkir deyəsən. Payız üşüyür…
Gün dəyən əbrüşüm yarpaqlarında Sanki əllərini isidir payız. Qızılı yarpaqlar qaralıb bir az, Elə bil Gədəbəy misidir payız. Payız üşüyür…
Üryanlar titrəyir soyuq küləkdə, Söhbət indi oddan, körükdən gedir, Qovaq yelpiklənir gümüşü rəngdə, Budağın zəhləsi yelpikdən gedir. Payız üşüyür… Yoxdu yarpağında o zövqü-səfa, Şehotu üstündə buğlanır hava. Damlalar böyüyür, düşür torpağa, Yapışıb qanadı kəpənəklərin Arılar özünü çəkir qırağa. Payız üşüyür…
Bir də gördüm, Xətainin qılıncından Qan əvəzi bal süzülür, Qılıncının dəstəyinə Bülbül qonur, gül düzülür, Qını dönür qələmdana, Bu qılıncın özü dönür Qələm olur yavaş-yavaş. Qılınc qələm olan yerdə Dünya başqa aləm olur yavaş-yavaş, Döyüş yeri çiçəklənir, Gülüstani-İrəm olur Yavaş-yavaş.
Bir də gördüm Xətaidi Bu qələmlə şeir yazır, Ürəklərə mehr yazır: “Qızılgül, baği-bostanım Nə dersən?! Fəda olsun sənə canım, Nə dersən?!”
Nə gözəldir, yarına Şah yalvarışı… Şükür, Tanrım, şükür sənə, Bir qılıncı qələm edib Öldürürsən bir qəzəbi, Bir döyüşü, bir savaşı.
Köhnə yaram qövr elədi, Bir də gördüm, Xətainin qılıncıdır Dövr elədi, Gəlib oldu Məmməd Araz karandaşı, Göyərdi…
Yay-2015 Buynuz
QƏZƏL
Bu necə sevgidir, eşqin cövhəri, Qanıma,canıma sirayət eylər.
Füzuli demişkən Kuyi-yar vətən, Könlüm bu vətəni ziyarət eylər.
Ayəti-Kürsünün ucalığından, Tanrım hər duamı gül ayət eylər.
Könlüm sən tərəfdən arxayın olsa, Bütün hicranları nəhayət eylər.
Hələ ilk sevgiylə qiyamım qalıb, Qiyamətə qədər qiyamət eylər.
Nə durub baxırsan xumar baxışlım, Elə bir baxışın kifayət eylər.
Mənim gileylərim mehrimdən gəlir, Sənə xırda-xırda şikayət eylər.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Rzayev Ənvər İsmayıl oğlu (Ənvər Rza; 3 mart 1939, Aşağı Ayrım, Kəlbəcər rayonu – 8 iyun 1987, Moskva) — Azərbaycan şairi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1969), dosent (1983).
NƏ YAXŞI GÖRÜŞDÜK, NƏ YAXŞI YENƏ
Kəndin hər nemətdən yenə var payı – Qayanın kəkotu, dağın qar payı… Uzanıb yatdığım çəmən çarpayı, Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Xəyalım buludtək burdan ötəndir, Soruş: “Saçındaki bu dən nədəndir?” Yanmayıb qəlbimi yandıran təndir, Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Hər yan cənnət olar, qəşəng baxsalar, Bağban can yandırsa, qəşəng bağ salar. Ay qəşəng həyətlər, qəşəng baxçalar, Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Bu da “yehərləyib” mindiyim boz daş… Kövrəlmə, ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti a köhnə dam-daş, Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Vurğundur bu yala, yamaca Ənvər; Meyl edər yarpıza, umaca Ənvər! Ay quzu otaran balaca Ənvər, Nə yaxşı görüşdük, nə yaxşı yenə!
GƏLMIŞƏM
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yaza nə var, yaylaqların payızda, Vəfasını yoxlamağa gəlmişəm.
Susuz yurdum, tək məcmahı, tək simim, Şair kimi sözlə hörüb köksünü. Gözlə çəkib bu dağların əksini, Ürəyimdə saxlamağa gəlmişəm.
Göy təpələr sarı örpək bürünür, Duman, çiskin ayağına sürünür. Ata yurdu, qardaş yeri görünür, Bir doyunca ağlamağa gəlmişəm.
Naxış olub biçinçinin hər vəri, Qızıl payız ilhamımın sərvəri. Xəzan vaxtı bahar bilin Ənvəri, Dağ çayıyam, çağlamağa gəlmişəm.
BIR BAX (təcnis)
Tez ol, şan-şan eylə ox, nəştər ilə Bəlkə yatan bəxtim oyana, bir bax. Həsrət məqamında ox! Nəştər ilə Deşib ürəyimi oyana bir bax!
Təbib davasıyla yaramı gözlər. Süzülüb dikildi yaramı gözlər? Min yol təzələsə yaramı gözlər, Demərəm: Ay zalım, oyana bir bax.
Ənvəri eyləmə hədəf düşmənə, Gen gəzib gözümdən, uzaq düş mənə. Dönsəm ilqarımdan asi düş mənə Deyim dərdli-dərdli: oy, ona bir bax.
AZƏRBAYCAN Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜZ MÜBARƏK ƏZİZ BALALAR!
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bütün körpə balalarımızı – gələcəyimizi təbrik edir, onlara xoşbəxtlik arzu edirəm!
Əziz balalar, gözəl balalar bu gününüz mübarək. Bütün dostlarımın uşaqlarını, nəvələrini, ümumiyyətlə bütün uşaqları 1 İyun uşaqlar günü münasibəti ilə təbrik edirəm.
DÜNYAYA UŞAQ GƏLİR
Dünyaya uşaq gəlir, Gülərüzlü, mehriban. Dünyaya uşaq gəlir, Böyüyür şən-firavan.
Duyub yaxın-uzağı, Şır-şır axan bulağı. Deyir, Şuşa torpağı, Mənimdir—Vətənimdir!