www.bitik.az tərəfindən yazılmış bütün yazılar

SÜLEYMAN ABDULLA – YOX, DAHA DEMƏRƏM…

YOX, DAHA DEMƏRƏM…

Yox, sənə demirəm bir də arzu tut,
Kim yumdu gözünü, kim baxdı yola.
Gedirmi, gəlirmi o kölgə, unut,
Ağ çiçək yağanda şər vaxtı yola.

Vaxt öz axarını asıb qoluna,
Hər kəsin susası bir saatı var.
Asandı ayrılmaq bir yaz,
yoluna
Çiçək səpələsə akasiyalar.

Aylı gecələrdə çox ulduz axıb,
Şükür, üfüqlərin sökülür danı.
Gözün qaralmasın, gedənə baxıb,
Gəldi ağlamalı günün zamanı.

Baxıram…
Göründü yenə yol mənə,
Varsa ürəyində bir xoş söz, unut…
Yox, sənə demərəm ümid ol mənə,
Yox, sənə demərəm bir də arzu tut.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR DƏFƏ VERİLİR, ÖMÜR BİR DƏFƏ…

BİR DƏFƏ VERİLİR,
ÖMÜR BİR DƏFƏ…

Ruhunu oda at, qəlbini közlə,
Süd kimi üzə qoy, zamanı üzlə.
Ayıq ol, ovunu bərədə gözlə,
Oxunu ağılla tuşla hədəfə,
Bir dəfə verilir, ömür bir dəfə.

Əgər dalmadınsa bu düşüncəyə,
Nəyə arxayınsan, axı sən nəyə?!
Onu sərf eləmə yersiz qüssəyə,
Artıq əyləncəyə, nəşəyə, kefə,
Bir dəfə verilir, ömür bir dəfə.

Yollar qədəminə yandı, yansıdı
Bilmədin əyrisi, düzü hansıdı?!
Bir də ayıldın ki, köç havasıdı
Durnalar göylərdə düzülüb səfə,
Bir dəfə verilir, ömür bir dəfə.

Dünyadan arzunu, kamını al sən,
Ağzının dadını, tamını al sən,
Zövqün bütövünü, tamını al sən,
Uyma hər çalınan zurnaya, dəfə
Bir dəfə verilir, ömür bir dəfə.

Deşdi ürəyimi çəkdiyin bu ah,
Bizi dərd sarıdan yarıdıb Allah.
Ən böyük sərvətin ömürdü vallah
Onu girov qoyma qazanca, nəfə,
Bir dəfə verilir, ömür bir dəfə.

Sən də qonağısan beş gün dünyanın,
Bu həris dünyanın, düşgün dünyanın.
Min bir oyununa düşdün dünyanın
Axır məruz qaldın yanlışa, səhvə
Bir dəfə verilir, ömür bir dəfə.

Niyə öz işini bilmədin mağıl,
Başından haraya uçmuşdu ağıl?!
Bir də bu dünyaya gəlməyin nağıl,
Daha yer qalmadı qorxuya, xofa
Bir dəfə verilir, ömür bir dəfə.

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Бийбимәрьям – УСТАЗДЫ ҚУТЛЫҚЛАП

УСТАЗДЫ ҚУТЛЫҚЛАП

Тәбият мудамы саған шериклес,
Илҳам сирә достың қатар ҳәриплес.
Тәбияттан нәпес алып жазғансоң,
Қосығыңнан оқып ҳеш ким зерикпес.

Жасыңа жас қоссын жыл ҳәм айларға,
Жүриңиз мудамы уллы тойларда.
Сениң жазған қосықларыңды оқып,
Болып кетким келер сол тоғайларда.

Көкирегиң тап – таза гирбиңи жоқтай,
Қәлбиңиз жайнаған гүллеген бақтай.
Сизге деген мениң ҳүрметим шексиз,
Жүректи жаўлайды шарпыған оттай.

Тил менен жеткериў қыйын тәрийиплеп,
Бирақ қосық қылғым келер ҳәриплеп.
Тәбият қойнында усылай отырсам,
Деп кетким келеди сизге еликлеп.

Жасыңа жас қоссын мениң тилегим,
Палўансаң сембесин жумры билегиң.
Туўылған күниңиз мүбәрек болсын,
Бул қосықты бир жазсам деп жүр едим.

Муҳаббат сөнбесин жүреклериңде,
Өмирди оқыдың сездиң бәринде.
Устазым аман жүр қалған жағында,
Шәкиртиң ардақлар керек жеринде.

Озиң оттай жанып толып тасыңыз,
Жақсы адамларға толсын қасыңыз.
Сизди қутлықлайман Жаңабай аға
80..90..100 жастанда асыңыз…
22.05.2024 ж.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir daha Əkrəm Əylisli haqqında

MƏNƏVİ SƏHVLƏRİ ÜZƏRİNDƏN İNSANLARLA “HÜQUQ” DİLİLƏ DAVRANMAQ YANLIŞDIR

Bir neçə müddətdir gənc yazarlarımızın, aydınlarımızın yazıçı Əkrəm Əylisli ilə bağlı paylaşımlarına rast gəlirəm. Əkrəm Əylisli haqqında aparılan istintaqla bağlı şəxsiyyət vəsiqəsinin bir neçə ildir özündə olmadığını, indi isə özünə qaytarılmasını istəyir.

Mən burada Əkrəm Əylislinin şəxsinin üzərində durmaq istəmirəm. Mənim şəxsi düşüncəmə görə (bu savaşın bütün ağrı-acılarını hər formada yaşayan biri olaraq da) heç şübhəsiz ki, yazıçının etdiyi səhvlərin mənəvi cəhətdən əfvi yoxdur.

Xocalı soyqırımını yaşayan və bunu yaşadanın erməni olduğunu bilərək, torpaqları ermənilər tərəfindən işğal olunmuş bir xalqın yazıçısının erməniləri məzlum və yazıq, əzilən, öz xalqını isə qatil göstərməsi nəinki bir dəfəlik Əylisini mənəvi cəhətdən xalqın aydınları sırasından çıxardı, əslinə qalsa ədalətsiz və yalançı mövqeyinə və insan taleyinə biganəliyinə görə yazıçı adını bizim üçün məhv etdi.

Kimliyindən asılı olmayaraq, Qarabağda yaşananlara, sadəcə, milli, vicdani və mənəvi məsələ olaraq deyil, elə insani olaraq ədalət hissi ilə yanaşanda belə, məgər əzilən və haqsızlığa uğrayan biz deyildikmi? Yazçının bu məsələdə tutduğu mövqe yaşına görə məsələni mənəvi cəhətdən yüngülləşirmir. 87 yaşda olmaq heç cürə ona haqq vermir.

Qısacası, böyük yazıçı ölkəsinin sevilən yazıçısı olmaqdan özünü mərhum etdi. Ancaq düşdüyü durum məni bir Azərbaycan vətəndaşı kimi narahat edir. Hər bir vətəndaş kimi, əgər Əkrəm Əylislinin də qanun çərçivisində günahı varsa, hüquqi cəza almalıdır. Hüquq xaricində əsla bir cəza verilməməlidir.

Biz insanların mənəvi səhvləri üzərində “hüquqi cəzalarla” davrana bilmərik. Bu gün ona edilən hüquqsuzluq sabah bizim hər birimizə ediləcək, necə ki, edilir. Hüquqsuz cəmiyyətdə daş ötüb dolaşıb onu qura bilməyən vətəndaşına dəyir. Yəni Azərbaycan vətəndaşına.

Əkrəm Əylisliyə və ya başqa birinə mənəvi səhvlərinə görə “hüquqla” cəza kəsilməsi isə sabahımıza zərbədir.

Bu mənada gənc aydınlarımızın Əkrəm Əylislinin hüquqi olaraq məsələlərinin çözümü ilə bağlı çağırışlarına qoşuluram. Digər bir tərəfdən isə, biz Ermənistanla sülh müqaviləsi bağlayıb bir an öncə Qafqazda əmin-amanlığa nail olmaq istəyiriksə, artıq birmənalı şəkildə bu cür hüquq pozuntuları ortadan qaldırılmalıdır ki, bu münaqişənin bitməsini istəməyənlərin əlində belə ucuz bəhanələr olmasın.

Bəli bizim bu savaşdan qalib çıxmağımız lazım idi, çünki bu vicdanın labüd etdiyi bir savaş idi. Biz min şükürlər olsun ki, zəfər qazandıq! Fəqət artıq savaşdan sonrakı dövrdə məmləkət mədəniyyət və ədalət üzərində inşa olunmalıdır, savaş qalibiyyəti üzərində deyil.

Hədəfimiz, amalımız Hüquqi Dövlət!

TRİBUNADA: ANAR ƏSƏDLİ

Mənbə: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

23 may AYB-də kitab təqdimatı – Dəvətnamə.

Əziz dostlar. Azərbaycan Ədəbiyyat Fondu olaraq növbəti tədbirimizi mayın 23-də keçirəcəyik. Saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstanın Xaq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimatı olacaq.
Bu, fondumuzla “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi – “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır.
Kitab “XAN” nəşriyyatında nəşr edilib. Layihə rəhbərləri ikidir – Hədəf Şirkətlər Qrupu, eləcə də Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və mən – bəndəniz.
Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar Yunus Oğuz və Cavid Qədirdir.
Deyim ki, çox möhtəşəm romandır. Gəlin, maraqlı olacaq.

Hörmətlə: VARİS

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

22 may Məhəmməd Hadinin xatirə günüdür

22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür

Hadi (1879-1920) romantizm üslubunda gözəl şeirlərilə ümumtürk ədəbiyyatında özünəməxsus yer tutur.
Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.

Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.

1908-ci ildə çıxmış “Firdovsi-ilhamat” kitabına “Varmı bundan yuxarı uçmağa istedadım” misrası ilə başlanan “Cəhalətimdən şikayət”, “Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız” misrası ilə başlanan “Bu da bir həqiqət”, “Afərin olsun sənə, filusufi-zifunun” misrası ilə başlanan “Şeyxlərə-işanlara”, “Sofi, gəl öyrən həyatın tərzini heyvandan” misrası ilə başlayan “Söfiyə-zahidə” və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir

Ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev Məhəmməd Hadi haqqında yazıb:
“XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.”

Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub.
Şair 1920-ci ilin 22 mayında Gəncədə 41 yaşında dünyasını dəyişib.

Məlumatı hazırladı: Aynurə Əliyeva

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəlsəfə bir qaçış idimi?

Fəlsəfə bir qaçış idimi?
Albert Kamyu yazılarından birində insan psixikasında dərin rezonans doğuran bir həqiqəti söyləmişdi::“Cəsarəti olmayanlar həmişə buna haqq qazandıracaq bir fəlsəfə tapacaqlar”. O iddia edirdi ki, cəsarət olmadıqda, insan şüuru maraqlı mexanizmə – hərəkətsizliyi rasionallaşdırmaq üçün mükəmməl fəlsəfələrin qurulmasına müraciət edir. Qorxu və şübhədən doğan bu fəlsəfələr reallığın sərt həqiqətlərinə qarşı qalxan rolunu oynayır. Onlar rahatlıq zonalarının hüdudlarından kənara çıxmaq istəməyənlərə təsəlli verərək, tərəddüdləri ağıl donuna bürüyürlər. İstəksizliyimizi əsaslandırmaq üçün uydurduğumuz bəhanələrə nəzər salaq: “Doğru zaman deyil”, “Hazır deyiləm”, “Çox risklidir”. Hər bir bəhanə, bizi dəyişmənin narahatlığından və naməlumluğun gözlənilməzliyindən qoruyan ətalətdir.
Bununla belə, fəlsəfi əsaslandırmanın altında həyata keçirilməmiş potensial və itirilmiş imkanlar hissi bir boşluq olaraq qalır. Uydurulan hər bir bəhanə üçün arzu yerinə yetirilməmiş hədəf, yaşanmamış bir həyat olaraq qalır. Çətin vəziyyətimizin ironiyası ondan ibarətdir ki, biz hərəkətsizlik fəlsəfəmizə sığınarkən, özümüzdən istəmədən ən çox arzuladığımız şeyi yerinə yetirməyi inkar edirik. Çünki biz yalnız cəsarətlə, həyatın qeyri-müəyyənliklərini qəbul etməyə cəsarət etməklə varlığımızın əsl mahiyyətini açırıq.

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Birinci Pyotrun qəbri və üzü – orijinal fotolar.

Birinci Pyotrun qəbri və üzü – orijinal fotolar.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Наргиз Курбанова – Любите тех…


Любите тех, с кем вам легко и просто…

Любите тех, с кем вам легко и просто,
Кто понимает сердцем, и душой,
С кем нет обмана, лести и притворства,
С кем можно просто быть самим собой.

Забудьте тех, кто спрятавшись под тенью,
Смеясь в лицо вам, подло осуждал,
Когда другие,вопреки презренью,
Вас без сомнений в горе поддержал.

Любите тех, кого сейчас нет рядом,
Кто, даже без тебя,- всегда с тобой,
Кто приласкает словом, добрым взглядом,
С кем точно, как за каменной стеной.

Цените тех, кто просто добрым словом,
Вас одарит душевной красотой,
Любите тех, кто под ночным покровом,
Согреет страстью, сердцем и душой..

Забудьте тех, кто в Ореоле Славы,
Поднявшись,вдруг, о близких забывал,
Кто-то увяз в долгах,…
а кто-то держит лавры,
Но ценен тот лишь,
кто – НЕ ПРЕДАВАЛ…!

Первоисточник: >>> stihi.ru

Автор: Наргиз Курбанова

Müəllif: Nərgiz QURBANOVA

>>>>> НАРГИЗ КУРБАНОВА

>>>>>NƏRGİZ QURBANOVA


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Miras

Miras

Kölgəsi soyuqdu göydələnlərin,
Küləklər sovurur göz yaşımızı.
Bu qərib şəhərdə,
bu yad şəhərdə
Kimə miras qoyaq yaddaşımızı…

Kimə miras qoyaq xatirəmizi,
Kimə miras qoyaq…
Unudulmasın.
Bizi xatırladan ağrının izi
Xəfif bir gülüşlə ovudulmasın.

İlahi, dünyanın daşı vəfasız –
Dərd desək
Çatlayıb tökər içini.
Payızı – vəfasız, qışı – vəfasız
Bir ovuc yağışa, bir xışma qara,
Bir büküm yarpağa bükər içini…

Axar…
nəyi varsa
Göz yaşı kimi –
Yağışı süzülər, qarı əriyər.
Burda qəlbimizin yağı tükənər,
Burda qəlbimizin yarı əriyər.

…Bu axşam qapını döyən kimdi bəs?…
Bir üzü payızdı, bir üzü bahar…
Üzümə açılan qapılar – qəfəs,
Arxamca çırpılan qapılar – məzar…

Kölgəsi soyuqdu göydələnlərin
Tanrıya uzanan əllər üşüyür.
Bu qonur şəhərin,
bu boz şəhərin,
Bu saxta, boyalı,
…Ucuz şəhərin,
Qəzəbli şəhərin, quduz şəhərin
Soyuq əllərində güllər üşüyür…

07 dekabr 2017-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru