
BU YOL BIZI HARA ÇƏKIR GÖRƏSƏN…
Biz haçandı minmişik bu qatara,
Yolumuza baxan Ay mı, mayak mı?
Bu intizar görən nə vaxt qurtarar
Bilməyırik yol yaxın mı, uzaq mı?
Bu yol bizi hara çəkir görəsən?
Bu qatarda göz açmışıq dünyaya,
Burda bilet bir ömürdən bahadı.
Gör bir harda göz açmışıq dünyaya,
Bəlkə də yol bu qatardan qısadı.
Bu yol bizi hara çəkir görəsən?
Yükümüz yox, uzağıq hər şübhədən,
Nəyimiz var bir ürəkdən savayı.
Daha vaxtın saçlarına düşür dən,
Nəsə deyir təkərlərin harayı,–
Bu yol bizi hara çəkir görəsən?
Yuxumuzu oğurlayıb yatanlar,
Ömrümüzdən nə vermişik obaya?
Yolumuza Günəş yağar, qar yağar,
Atılmışıq sərt axına, gur çaya–
Gedirik mi, gəlirik mi dünyaya?
Bu yol bizi hara çəkir görəsən?
Müəllif: İslam Türkay
1978 – ci ildə “Ulduz” jurnalında çap olunub.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru