Bu gün, 15 aprel AYB-nin Mingəçevir bölməsinin yazarları baharın söz otağında sözün içığına toplaşdılar. Söz otağına toplaşanları AYB-nin Mingəçevir bölməsin sədri, çağdaş poeziyamızın tanınmış şairi İsmayıl İmanzadənin vacib işi olduğuna görə Məmməd Mərzili salamladı. O, İsmayıl müəllimin salamlarını yazarlara çatdırdı. Sonra vaxtsız dünyasını dəyişmiş şairə Minarə İsgəndərlinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə iştirak edən yazarlardan Bəhmən Gülövşəli, Namiq Zaman, Əhməd Əfsun, Eldəniz Cəfəroğlu, Ağabala Salahlı, Mikayıl Yusifli, Mehman Rəsulov, Mehman Məlikov, Mahir Musa, Elçin Məhərrəmli, Vahid Bəkiroğlu və Məmməd Mərzili vaxtsız dünyasını dəyişən Minarə İsgəndərli ilə olan xatirələrindən danışdılar. Sonra hərə öz yazdığı yeni şeirlərindən nümunələr səsləndirdilər. Yazarlar bu görüşdə istedadlı şair, yazıçı Elşən Əzimin təsis etdiyi, yeni çapa hazırlanan “Söz odası” jurnalına da öz münasibətlərini bildirdilər. Elə bu görüşdə jurnala abunə oldular. Sonda Məmməd Mərzili görüş iştirakçılarına uğurlar arzuladı! Tədbirdən fotolar:
Yunus Oğuzun “Çinqizxon və Jaloliddin” adlı kitabı Özbəkistanda nəşr olunub
Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuzun özbək dilində yeni kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib olunan “Çinqizxon və Jaloliddin” adlı kitab Özbəkistanın “BAYOZ” MMC şirkəti tərəfindən çap edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Milli Kitabxanada “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illik yubileyi münasibətilə “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə alimin elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd, müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linkindən istifadə edə bilərlər.
Elçin Yusif oğlu Əhmədov 1961-ci il aprelin 15-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil alıb, 1989-cu ildə Moskvada Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda ixtisasartırma kursu keçib, 1994-1998-ci illərdə aspiranturada təhsilini davam etdirib. 2000-ci ildə “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (tarixi inkişafı, müasir vəziyyəti və perspektivləri, 1901-1995)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, “Müstəqillik illərində uşaqlara və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb, eyni adlı monoqrafiyasını çap etdirib.
Əmək fəaliyyətinə 1979-cu ildə başlayan Elçin Əhmədov əvvəlcə Basarkeçər rayonunun Dərə kənd kitabxanasında müdir, 1988-1993-cü illərdə isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist və metodik şöbənin müdiri vəzifələrində çalışıb.
1994-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərir və hazırda universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent vəzifəsində fəaliyyətini davam etdirir.
Elçin Əhmədovun elmi fəaliyyəti kitabxanaşünaslığın ümumi metodologiyası, kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə yönəlib. Onun əsas araşdırma istiqamətləri Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidmətinin təşkili, kitabxanaşünaslığın elmi-fəlsəfi və pedaqoji əsaslarının öyrənilməsidir. Alim kitabxana xidmətinin tarixi inkişafını müasir tələblərlə əlaqələndirərək, bu sahədə modern yanaşmaların formalaşmasına töhfə verib.
Elçin Əhmədov “Kitabxanaşünaslığa və informasiya elmlərinə giriş”, “Dünya milli kitabxanaları”, “Azərbaycanda kitabxana işinin hüquqi təminatı” və digər fənləri tədris edir. O, eyni zamanda gənc tədqiqatçıların elmi rəhbəri olaraq doktorant, dissertant və magistrantların yetişməsində mühüm rol oynayır. Alimin elmi irsinə “Azərbaycanda kitabxana-informasiya işinin hüquqi bazası: Dərslik” (2012), “Uşaq və gənclərin kitabxana-informasiya təminatı: Monoqrafiya” (2016), “Dünya milli kitabxanaları:: Magistrantlar üçün dərs vəsaiti” (2008), “Multikulturalizm kitabxana-informasiya fəaliyyətində: Monoqrafiya” (2019) və s. əsərlər və 100-dən çox elmi məqalə daxildir. Onun elmi əsərləri əsasən “Kitabxanaşünaslıq və İnformasiya” jurnalı, müxtəlif ölkələrin yüksək indeksli elmi jurnallarında və digər ixtisas nəşrlərində dərc olunub.
Kitabxanaşünas alim Elçin Əhmədov elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif olunub.
Hücum sözü ərəb mənşəlidir. Ərəb dilində hcm kökündən gələn və “üstünə cummaq” mənasını verən هجوم hucūm sözüdür ki, Azərbaycan dili ilə yanaşı başqa türk dillərinə də keçmişdir. Məsələn, “hujum” (özbək dili), “hujum” (uyğur dili), “һөҗүм” (tatar dili), hücum (Türkiyə türkcəsi). Dilimizdə bu sözün bir çox mənaları vardır: İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə: Cəbhə boyu hücum İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə: Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvalarından, avamın hücumundan qoruyur, ölümdən saxlayır. (M.İbrahimov). Məcazi mənada – Özünə tabe etmək və ya qarşısını almaq üçün göstərilən ciddi fəaliyyət: Selə qarşı hücum genişlənir. Bu söz etmək və çəkmək feilləri ilə bir çox mənada işlənir İllər ötdü, ölkəyə düşdü yenə qan-qada; Fateh Sultan Süleyman hücum çəkdi Bağdada. (B.Vahabzadə); Diviziya düşmənə hücum etdi. Məcazi mənada: Sərxanın dəstəsi … darvazaya hücum etdi. (M.Hüseyn); Hücum sözü keçmək feili ilə də işlənir: Qoşunlar gecəyarı hücuma keçdilər.
Səlim Babullaoğlunun Seyfəddin Hüseynliyə ithaf olunmuş “Aprel melanxolik zümzümələr” şeiri insanın daxili aləmi ilə təbiətin harmoniyasını (və ya ziddiyyətini) modern-fəlsəfi müstəvidə təqdim edən dərin bir mətndir. Şeirdə aprel ayı – yazın gəlişi adi sevinclə deyil, melanxolik bir hüzn və intellektual sorğu-suala çəkmə prosesi ilə təsvir olunur. Müəllif yağışlı aprel havasını ruhun aynasına çevirir. Yağış burada həm təmizlik, həm də keçmişi xatırladan bir vasitədir. “Yaddaşın çətri”: İnsanın xatirələrə sığınmasını, özünü keçmişin “yağışından” qorumağa çalışmasını ifadə edən orijinal tapıntıdır. “Göy üzü – əcaib bir qapaz”: Buludlu göyün insanın ruhuna verdiyi ağırlıq, basqı hissi uğurlu metaforadır. “Çölümdə paşa qürur, içim məğlub gizirəm”: Şeirin ən güclü bədii təzadıdır. İnsanın cəmiyyət içindəki dik duruşu ilə daxilindəki sarsıntıları, “məğlubiyyəti” arasındakı uçurumu göstərir. Müəllif “Basat” və “Təpəgöz” obrazlarına toxunaraq, insanın dualist təbiətinə işarə edir. “Hamı bir az insandır: həm Basat, həm Təpəgöz” misrası ilə deyilir ki, hər bir insanın içində həm qəhrəmanlıq (xeyir), həm də canavarlıq (şər- eqo) eyni vaxtda mövcuddur. Şeir həm klassik (nisan, əruz), həm də müasir (peyzaj, hayku, vitrin) terminlərin sintezindən ibarətdir. “Ya əruz, ya da hayku – fərq etməz” ifadəsi sənətin formasına deyil, mahiyyətinə – insandakı o qəribə boşluq hissinə diqqət çəkir. Bu şeir aprel ayı timsalında insanın tənhalığını, yaddaşla mübarizəsini və daxili parçalanmasını “zümzümə” ritmində oxucuya ötürür. Müəllif sübut edir ki, hər şeyin sonunda “söz” qalır və insan öz ziddiyyətləri ilə gözəldir. Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, dəyərli ziyalımız Salim müəllim!
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Qazaxıstanın cənub bölgələrində rast gəlinən bu endemik bitki növü ədəbiyyatda bu adla tanınmışdır.
Qazaxıstanın Türküstan bölgəsində nadir və nəsli kəsilməkdə olan çöl lalələri yazın gəlişi ilə çiçək açıb, mənzərəni qırmızı dənizə çevirib. Qazaxıstanın cənubundakı Türküstan vilayətinin Ordabası rayonunda nadir Qreyq lalələri aprel ayının gəlişi ilə çiçək açmağa başlayıb. Yalnız aprel və may aylarında çiçək açan Greig lalələri geniş ləçəklərdəki tünd bənövşəyi naxışları və iri, parlaq qırmızı və ya narıncı stəkan şəkilli çiçəkləri ilə diqqəti cəlb edir. Ədəbiyyatda “Qreyq laləsi” kimi tanınan bu bitki, Orta Asiyaya mənsub olan endemik növ, dağ ətəklərində və yarımsəhra ərazilərində bitir. Mütəxəssislərin fikrincə, bu nadir lalələrə ancaq Qazaxıstanın cənub bölgələrində rast gəlmək olar. Lalələr, xüsusilə dağ lalələri, xalq dastanlarında və şeirlərdə şəhid qanı, torpaq sevgisi və baharın gəlişi kimi simvollaşdırılır. Qırmızı lalə çox vaxt “qan laləsi” kimi təqdim olunur – bu, Greig laləsinin təbii qırmızı rəngi ilə də uyğun gəlir. Klassik Şərq Ədəbiyyatının bu cür nümunələrini çoxlu misal göstərmək olar: Nizami Gəncəvi – əsərlərində lalə tez-tez gözəllik, eşq və fanilik rəmzi kimi çıxış edir. Füzuli – laləni çox vaxt qan, ayrılıq və sevda yanğısı ilə əlaqələndirir. Əlişir Nəvai – Orta Asiya təbiətinə aid təsvirlərdə lalələr mühüm yer tutur.
Bu müəlliflər konkret “Greig laləsi” deməsələr də, Orta Asiya mənşəli lalələr (o cümlədən bu növ) poetik təsvirlərin arxa planını təşkil edir. Hər il minlərlə turist unikal lalələri görmək üçün bölgəyə axışır. Hündürlüyü 40-50 santimetrə çata bilən lalələrin də elmi əhəmiyyəti böyükdür. İlk dəfə 19-cu əsrdə elm aləminə təqdim edilən çiçəyin adı o zaman Rusiya Bağbanlar Assosiasiyasının prezidenti Samuel Qreiqin şərəfinə verilmişdir. Bu növ hazırda Hollandiyada becərilən yüzlərlə lalə sortlarının əcdadı hesab edilir. Təbiətdə çöllərdə bitən bu nadir lalələri görmək üçün hər il minlərlə yerli və xarici turist rayona axışır. Qırmızı xalçanı xatırladan mənzərələr təqdim edən lalə tarlalarına bu il də təbiətsevərlər və fotoqraflar böyük maraq göstərir. Bununla belə, rəsmilər və ekspertlər qeyd edirlər ki, Qreqin lalələrinin qorunması həyati əhəmiyyət kəsb edir. Mütəxəssislər Greig laləsinin böyüməsi və çiçəkləməsi üçün 10-15 il lazım olduğunu qeyd edir, buna görə də bitkiyə zərər verməmək lazım olduğunu vurğulayırlar. Nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyinə görə dövlət himayəsində olan Qreyq lalələrinin dərilməsi, əzilməsi və ya qanunsuz olaraq yığılması qadağandır. Son qaydalara görə, bu qaydaları pozanları təxminən 12 975 000 Qazaxıstan tengesi (təxminən 27 344 ABŞ dolları) məbləğində cərimə gözləyir. Səlahiyyətlilər vətəndaşları və ziyarətçiləri bu nadir təbii irsi qorumaq üçün diqqətli olmağa çağırır. Bu arada, Greig laləsi “lalə kralı” hesab olunur.
Sən zamanı doğrayan küt bıçağın ağzısan, Mənim ömür payımı öz canından yonmusan. Alnındakı qırışlar – taleyin xəritəsi, Sən mənim uduzduğum döyüşlərdə yanmısan.
Duaların – ruhumun ən keçilməz səngəri, Gözündən yaşla düşən o kədər bəşəridir. Tanrıdan soraq gəlsə, “Mərhəmət nədir?” deyə, Göstərərəm əlini – şəfqətin əsəridir.
Ağaran saçlarında illərin qisası var, Hər telində ömrümün min bir sınıq sədası. Dünyanın səs-küyünü susduran bir sükutsan, Varlığın – kainatın ən qədim əlvidası…
Sən günah çıxarılan müqəddəs bir ibadət, Mən isə o qiblədə azan bir bəndəyəm, bax. Sənin nəfəsinlədir mənə verilən cənnət, Sən mənim ürəyimdə, mənsə cənnətdəyəm, bax
SPECIAL INTERVIEW A CONVERSATION EVA PETROPOULOU LIANOU
Q1.Parents play an invaluable role in shaping the future of their children, and support begins primarily within the family. How have your parents and family influenced your development as a poet?
A1: EVA Petropoulou Lianou Thank you so much for giving me the opportunity to speak about my life and children years. As far I remember my self, my mother always was reading books and telling us stories and recite poems. My mother was writing also when she was younger and my father was enjoying reading the biographies of authors and great personalities. So i believe that the love for the books and reading and writing it comes definitely from both of my parents.
Q2.Through your works, what values and life lessons do you aim to convey to people?
A2:EVA Petropoulou Lianou I like ethics and values I don’t like injustice and lies Through my poems and stories i present the importance of being honest and generous and kind Every one has a difficult life and we need to sympathise and support each other.
Q3.Being a human first requires having a conscience. In your opinion, what are the main criteria and responsibilities of a poet or writer?
A3:EVA Petropoulou Lianou As a poet and author, in believe we need to have integrity and respect to others authors. Also we need to be transparent and write the truth. An author must write about peace and harmony and write with his heart…. his personal experience about life so he can be an example for future generations.
Q4.What does “creative success” personally mean to you?
A4:EVA Petropoulou Lianou Creative success Means to me…to be translated in several languages and inspire people who i never met in person to read My poems
Q5.How has reading and studying the literature of different peoples changed your thinking and imaginative world? A5:EVA Petropoulou Lianou My project Poetry Unites people, for the past 15 years has promoted thousands poets from different countries with different cultures but what i learnt is that we all looking for same thing: a peaceful place to leave, to be happy and safe and to communicate with eachother and achieve our dreams We are all thinking about the same and we are trying for the best.
Q6.How would you assess the relationship between the literary heritage of Greece and contemporary Greek literature?
A6: EVA Petropoulou Lianou In modern greek literature, we can find a lot of different opinions and sometimes we find new rules for what literary means.After Ai has invaded our lives, children and young people request more adventures than before so we see those differences in how to present the literary project so the youngest ages will accept to read a book. We have of course very talented young people who write beautifully and i believe the Greek state must support those young minds so they’ll achieve their goals.