www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

“İrəvan” FK nın növbəti qələbəsi

“İrəvan” FK nın növbəti qələbəsi

Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 3-cüturun oyunları keçirilir
Bu gün İsmət Qayıbov adına Neftçi Tədris İdman Bazasının stadionunda Qaradağın “Lökbatan “futbol komandası “İrəvan ” futbol komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitidə keçən oyunda ” İrəvan” komandası 1:0 hesabı ilə qələbə qazandı.


Oyunu izləyənlər sırasında “İrəvan ” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,və “İrəvan ” FK-nın prezidenti Zahid Niyazəliyev də olub.

Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİR HƏMZƏ NİGARİ (SEYİD NİGARİ)

LAÇIN – 100 ƏDƏBİ ANTOLOĞİYA

MİR HƏMZƏ NİGARİ (SEYİD NİGARİ)

Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrdə 1805) Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. 1885-ci ildə Türkiyədə vəfat etmiş, Amasiyada dəfn olunmuşdur.

QƏZƏL

Çıxıb cövlanə hər vəqti ki ol gülgünyanağ oynar,
Bədən titrər, yanar can, dönər baş, əl-ayağ oynar.

Məgər əzm1i-gülüstan eyləmiş kim ol bu gün bülbül
Qılur qülqül2, gülün gülbün nisar eylər, budağ oynar.

Nəsimi-zülfə bənzətmiş, şürur eylər həbibanə
Degil bihudə badi-səba gəldikcə bağ oynar.

Nə xoş halətdir ol halət, çıxıb bipərdə üşşaqın
Nəzərgahində cövlan eylər o sərxoşdəmağ oynar.

Nisar eylər sərin meyxar meyxanə səhnində
O dəm kim, dilbərin gülgun əlində al əyağ oynar.

Necə tab eylər üşşaqın təcəllayi-cəmalindən
Nəzər qıl, ey gözüm, tab eyləməz, hər ləhzə dağ oynar.

Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid
Nigari, Daşbulağ, Günbəd, Qızıldağ, Abi-ağ oynar.

1—məqsəd, məram, qəti niyyət (bülbül bu gün gülüstan niyyət etmiş – burada istəmiş)
2-tüğyan etmə (bülbül tüyan etdikcə, gül ağacı şabaş (qurban) verir, budağ oynayır)

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Тумонбай Байзаков -100 жыл.

Тумонбай Байзаков -100 жыл.

Тумонбай Байзаковдун акындык, чыгармачылык тагдыры абдан кызык, эч кимдикине окшошпогон тагдыр болду десек туура болот го. Биринчиден, Түмөнбай Байзаков акын катары көп жазбаган, аз жазса да, саз жазган акын эле.

Кээлердей жыл сайын бирден китеп чыгарганга умтулбаган, милдеттенме алгансып күн сайын ыр жазбаган ток пейил акын эле. Ошол эле Түмөкенин катарлаштары, курбалдаштары Сүйүнбай Эралиев менен Сооронбай Жусуев жыл сайын болбосо да, эки жылда бирден ыр китебин пландуу түрдө чыгарышса, Түмөке ал жол менен кеткен жок.

Көп жылын атактуу Барпы акындын адабий мурасын топтогонго кетирди. Ушул жагынан алганда Түмөнбай Байзаков Токтогулду Жоомарт Бөкөнбаев кандай кылып көтөрсө, Барпы Алыкуловду так ошондой кылып көтөрдү, сактады жана элге жеткирди. Байзаков болбогондо, анын Барпы акынга болгон астейдил мамилеси болбогондо биз билген классик акын Барпы Алыкулов болот беле же болбойт беле – аны бир кудайдын өзү билет. Түмөкени ушул эмгеги үчүн да кыргыз адабиятынын тарыхына алтын тамга менен жазсак адилеттик болоор эле.

Түмөнбай Байзаковдун чыгармачылыгына түздөн-түз болбосо да, кыйыр таасирин тийгизген бир маанилүү учурду айта кетпесек болбойт го.

Байзаков кадимки Исхак Раззаковдун жакын бажасы эле. Анын зайыбы Софья Султановна Байзакова Исхак Раззаковдун бир тууган балдызы болчу. Бирок Исхак Раззаков кызматынан кеткенден кийин Түмөнбай ага да ачык болбосо да, кыйыр түрдө «кара тизмеде» калып, өмүрү өткөнчө талантына татыктуу наам алган жок, орден же медаль деген нерсе жакасында жаркырабады.

Анын катарындагы Сооронбай Жусуев менен Сүйүнбай Эралиев «Эл акыны» деген наамды 1970-жылдары эле алса, Түмөнбай Байзаков ал тизмеге эч качан кирген жок жана кириши да мүмкүн эмес эле. Анткени бийлик башында ошол Исхак Раззаковдун оппоненти отурган эле. Балким ошол себептен Түмөнбай Байзаков да чыгармаларында өкмөт менен партияны анча деле асман-айга жеткире мактап, наам алганга, сыйлык алганга умтулган жок. Ошол себептен ордендүү, медалдуу, наамдуу курбалдаштарынан бир аз болсо да кичирейгенсип, төмөнүрөөк сезилгенсип жүрдү. Бирок турмушта адилеттик деген нерсе баары бир ордун табат го. Көзү өтөөргө бир жыл калганда Байзаковдун да жылдызы биринчи жолу жаркырап жангандай болду. Анын себеби Кыргызстандын шаарлары менен айылдарын, тоолору менен талааларын түп көтөрө аралаган легендарлуу «Кыргыз жери» деген ыр болду.

Бул атактуу ырдын тексти Түмөнбай Байзаковдуку, ал эми музыкасы Апас Жайнаковдуку эле. Аны обого алып чыккан атактуу ырчы кызыбыз Саламат Садыкова болчу. Тагдырдын тамашасы же тагдырдын илме кайыптыгы деген ушул болсо керек – Түмөке так өмүрүнүн соңку жылында зор ийгилик, массанын оозуна алынган ыр, хит деген эмне болоорун биринчи жолу билди. Биринчи жолу Чыңгыз Айтматовдун Гүлсарысындай даңканын сапыра алдыга көздөй чуркады; популярдуулук жагынан ага ар дайым өйдөсүнүп караган ордендүү, наамдуу калемдештеринен алдыга озду.

Ырас, адабият деген нерсени спорттук термин же түшүнүктөр менен баалаган эч туура эмес. Бирок Түмөнбай Байзаковдун өлөөр алдындагы чыгармачыл ийгилиги чынында да кубана турган ийгилик эле. Анткени анын ыры – кыргыз элинин маанайын көтөрүп, демине керектүү кезде дем кошкон ыр болду.

«Кыргыз жери» кеминде он беш жыл бою жаңы мамлекет түптөп, анын азабы менен тозогун тартып аткан кыргыз эли үчүн өзүнчө эле бир гимн болду. Кудайдын буйругу менен ошол ырдын биринчи бет ачарында дал Түмөнбай Байзаков өзү да катышып, чекеси нымшып кубанып, Филармониянын чоң залында аты зор сыймык менен аталды. Тилекке каршы, бул кубаныч кечигип келген кубаныч болду. Арадан бир жыл өтпөй кайран Түмөке арабыздан узады.

Азаттык үналгысы © 2023 RFE

Первоисточник: Международный союз писателей

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özünü hamıya sevdirə bildi

Özünü hamıya sevdirə bildi
Qənirə xanımla dəfələrlə görüşüşmüşük, tədbirlərdə olmuşuq.
İki görüşü isə heç unutmadım. Bir dəfə evində qonaq olduq. Süfrədəki yeməkləri öz əliylə qabımıza çəkir, az qala ana kimi qulluq edirdi. Gecə saat 1-ə kimi evin yuxarı qatında yerləşən kitabxanasında söhbət etdik. Daha doğrusu daha çox özü danışır, həvəslə yorulmadan kitabları təqdim edir, səfər xatirələrindən söz açırdı. Gecə keçməsinə baxmayaraq heç kim ayrılmaq istəmirdi.

2-ci dəfə isə Türkiyədə xeyli söhbət etdik. Yenə də gecədən xeyli keçməsinə baxmayaraq ayrılmaq istəmirdik, daha doğrusu istəmirdi ki, biz ayrılıb qaldığımız otelə qayıdaq. Bizim saata baxdığımızı görüb gülə-gülə dedi ki, onsuz da mən yatan deyiləm, bir neçə saatdan sonra hava limanına gedib Bakıda önəmli bir tədbirə qatılacam, sonra yenidən bura qayıdacam. Doğrusu məəttəl qalmışdım ki, insan bu qədər necə çalışa bilər, necə enerji xərcləyər. Otelə döndükdən sonra isə nədənsə mənə elə gəldi ki, nə qədər deyib gülsə də o çox darıxır…
İnana bilmədiyim ölümlərdən biri oldu bu ölüm…
Ruhun şad olsun, işıqlı adam.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. İBRAHİMİN TƏDBİRİ.

İBRAHİMİN TƏDBİRİ

(hekayə)

İbrahim həyətə girər-girməz  Cavad özünü ona çatdırdı:

-Qaqaş, ay qaqaş, Sağsağan  cücələrimizin birini də apardı.

İbrahim  dilxor oldu. Öz-özünə fikirləşdi: “Bu çər dəymiş bir-bir cücələri daşıyır. Özü də elə bil  evdə olmadığımı bilir. Mən dərsə gedəndən sonra, necə deyərlər, “ara xəlvət, tülkü bəy” xülyası ilə sanki əcdadının qoyub getdiyi vərəsə bilib  aparır yazıq, binəva cücələri”.

Eşitdiyinə görə, Sağsağan ağıllı quşlardan hesab olunurdu.

İbrahim qardaşı Cavadın dayanıb ona baxdığını görüb çiyinlərini çəkdi:

-Ay qardaş, bir bəladır bu Sağsağan. Dadanıb həyətimizə. Gərək tələ quram. Mən evdə olanda da görünmür ki, vurub qılçalarını, qanadlarını sındırım ki, bəlkə bəd əməlindən daşınsın.

İbrahim keçib əynini dəyişdi, əl-üzünü yuyub süfrə başına keçdi. Dərsdən gəlmişdi. Anası Gülbəniz xanım  gətirib onun çayını verdi, yemək tədarükündə oldu…

…Ertəsi gün eyni şey təkrar oldu.

Cavid dərsdən qayıdan qardaşına məlumat verməyə başladı: 

-Dədə…

İbrahim əlinin işarəsi ilə onun sözünü kəsdi:

-Bilirəm, ay Cavid, Sağsağan  cücələrimizin birini də aparıb. Allahın bəlasına gəlsin!

Cavid əlavə etdi:

-Tələyə heç yaxın gəlmədi. 

İbrahimi gülmək tutdu:

-Deyirsən həm də yaman bic Sağsağandır?! Hə?

Cavid də gülümsədi.

Ertəsi gün şənbə günü idi. İbrahim dərsə getməmişdi. Evin qapısını aralı qoyub arxasında gizlənmiş, əlindəki ağacı hazır tutmuşdu. Bir də gördü ki, budur Sağsağan uçaraq gəldi, toyuq-cücənin toplaşdığı yerə endi.

Uzun və  əyri quyruqlu qara-ağ  tüklü,  parlaq mavi  rəngli qanadları olan Sağsağan ovuna hazırlaşırdı. İbrahim diqqətlə onu süzürdü. Sağsağanın da öz gözəlliyi var. Başı və gövdəsi qara, çiyinləri və alt tərəfi ağ rəngdə idi. 

 Cücələr o yan, bu yana dağılışdılar. Toyuqlar dayanıb baxırdılar. Sağsağan cücələrdən birini az qalmışdı ki, tutsun, toyuq onun üstünə atıldı. Başladılar süpürləşməyə. İbrahim ağacı tullaya bilmirdi. Toyuğa dəyə bilərdi. Caynağına cücə keçmədiyindən  sağsağan uçub getdi.

İbrahim hesablamışdı. Sağsağan haradasa 10-dan artıq cücə aparımışdı. O biriləri də ona peşkəş etməyəcəkdi ki…  Bir qədər aralıda ağacın yuxarı hissəsində Sağsağan yuva qurmuşdu. İbrahim çıxıb baxdı. Haradasa 5-6 yumurta olardı.  İbrahim təəccüb qaldı. Düşüb o biri ağaca dırmaşdı. Sağsağanın buradakı yuvasında da 6-7 yumurta olardı. İbrahim: “Bu nə ağıllı quş imiş. Hər ehtimala qarşı iki yerdə yuva qurub. İşdi-şayət birdən yuvasının biri dağılsa, o birinə pənah aparar, balalarının bir qismi salamat qalar”.

 İbrahim çox yox, yumurtalardan ikisini özü ilə gətirdiyi torbaya qoyub aşağı düşdü. Qazana su töküb onları qaynatdı və aparıb yuvaya qoydu.

Bir neçə gün keçdi. Sağsağan daha görünmürdü. Sən demə o, bala çıxarmaq üçün yumurtaların üstündə oturub. Bir müddət sonra bütün yumurtalardan balalar çıxıb, ikisindən başqa. Dayanıb durub,  başa düşüb ki: tutduğu əmələ görə cəza alıb. Həmin gündən sonra bir daha həyətdəki cücələrə yaxın getmədi.

                                                Bakı şəhəri, 24 sentyabr 2023

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB (PDF): yazarlar-34

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 sentyabrda AYB- nin Natəvan klubunda təqdimat

26 sentyabrda AYB- nin Natəvan klubunda yazıçı- publisist,Əməkdar jurnalist Zemfira Məhərrəmlinin ingilis dilinə tərcümə olunmuş “THE SCENT OF ROSES” və türk dilinə tərcümə olunmuş”ZAFER YOLCULARI” kitablarının təqdimatı keçirildi. Tədbirdə AYB- nin tanınmış yazıçı və şairləri, Əməkdar jurnallist”lər, Zemfira xanımın sinif və tələbə yoldaşları ilə yanaşı Sankt- Peterburqdakı “Xan Qızı Natəvan” DAQ İB – nin sədri Könül Abbasova da iştirak etdilər.Çıxış edənlər kitablar haqqında maraqlı fikirlər söyləməklə ,ona yeni ədəbi yaradıcılıq uğurları arzuladılar.”Yazarlar” jurnalının təsisçi redaktoru Zaur Ustac kitabların müəllifinə ” Ziyadar” diplomunu təqdim etdi.
Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazırladı: Nəzakət EMİNQIZI

DAMM-nin EŞ sədri, “XanQızı Natəvan”İB-nin, AJB-nin üzvü, “Yazarlar” jurnalının İƏ üzrə meneceri.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaqatala rayonu Muğanlı kənd sakini Kifayət Mütəllib qızının yazdığı şeirlərdən bir neçəsini təqdim edirik…

ADSIZ

Deyirdim həsrətin küləyə dönüb
Bəlkə saclarimi qarıyacaqsan
Düşən yarpaqların ardindan baxib
Yəqin son baharda arıyacaqsan?
Xəzanda tökülüb örtüb yolları
Gedişin eləcə o son gedişdi
Özüm yazmişdimki oxu oları
Cavabda vermədin axı nə işdi
Nə qədər o, bunu qoruyacaqsan
Bir qayıt özünə hələ mən sagam
İnan mənsizlikdən aglıyacaqsan
Hecmi fikirləşmədin
birdən olmaram.

Bagişla ürəyim..

İllər var qəlbimi dinləməmişəm
Demirəm nə sevgim ruhum yox olub
Yazmamışam susdurmuşam qəlbimi
Haqsızlıqlar incikliklər Cox olub.
Elə Cox yaşadım acı sınaqlar
Layiq olmadığım yersiz qınaqlar
Dondurub incidib lal etdim səni
Bağışla ürəyim bagışla məni
Həsrətin orduda qaldı icimdə
Yaxşısı yadıda qaldı icimdə
Agzımın dadıda qalqı icimdə
Yüklədim incitdim lal etdim səni
Bagişla ürəyim bagışla məni
Bir şair bir yazar elimə gəldi
qaytardi keçmişdən xatirələri
Qələm incik küskün əlimə gəldi
Dedi itirmisən bir gör nələri
Dedim ki ayları illərə illərə verib
Duygular sevgilər ələklənibdi
Cıxa bilməmişəm cərcivələrdən
Bir köhlən at kimi yəhərlənibdi.

ANA

O peşman bətninə
Yaşlı gözünə
Sınan qüruruna sönük üzünə
O buznəfəsinə o son sözünə
Bircə özüm olum qurban ay anam
Sən əzab cəkmisən əriyirəm mən
Aglayib yaninda kiriyirəm mən
Sən yox elə özüm curüyürəm mən
Bircə özüm olum qurban ay anam
Sənə cata bilməz əllərim ana
Danişa bilimiəm donub qalıram
Elə bil lal olur dillərin ana
Həran dualarla anıb qalıram.

Qəbrinə gələndə agrıyır dizim
Şəklinə baxıram aglayır gözüm
Sənə qurban olum versənə izin
Bircə gün yaninda gəlim ay anam.

YAXŞILIQ İSTEHSAL EDƏN İNSAN

YAXŞILIQ İSTEHSAL EDƏN İNSAN
(“Mənim düşüncələrim” silsiləsindən)

Deyirlər, bizim həmkarımız – jurnalistlərin Qənirə xanımı yaman xəstələnib. Deyirəm, Allah şəfa versin, tezliklə ayağa dursun. Yenə də qanunun, haqqın, xalqın yanında olsun…

Allaha dua edənlər, həmkarımıza Uca Yaradandan şəfa diləyənlər çoxdur, saysız-hesabsızdır. Aydındır: Qənirə xanım ancaq qanun istehsal edən deputat deyil, həm də yaxşılıq istehsal edən bir insandır, Böyük insandır…

Deyirlər, Allah bütün duaları eşidir, qəbul edir, ancaq birini müstəcab edir. Odur ki, mən də qıraqda qalmaq istəmirəm, Qənirə xanıma dua edənlərin, şəfa diləyənlərin sırasına qoşulmaq niyyətindəyəm. Bəlkə, Allah mənim duamı eşidəcək, müstəcab edəcək?!

Və son olaraq. Həmişə düşünmüşəm ki, yaxşı insanlar, Vətən üçün, xalq üçün yananlar ölmürlər. Səməndər quşu kimi odun, külün içindən çıxırlar, xalq üçün yaşayırlar…

Müəllif: Qalib ARİF