ƏHSƏN Bir gün çanaqlı bağa Səsləyib qurbağanı, Dedi: – Dostum, yaxın gəl, Gör qənimin ilanı Nə hala salmışam mən. Qanına qəltan edib, Canını almışam mən. Qurbağa dedi: – Əhsən!.. Afərin, qardaş, sənə. Öldür, ye o ilanı, Yaxın gəl, demə mənə.
ZƏRGƏR Zərgərlik peşəsinə Qurşanmış bir Sağsağan, Qızıla misi qatır, – Qışqırır: “Daşqaş” alan.
ÖZGƏ KÖLGƏSİ Bir qaya kölgəsində Tirlənib yatan köpək, Deyirdi: – Kölgəmi var – Baxın mənim kölgəm tək (kölgəmtək)! Müəllif: Mikayıl Məxfi
GÖRÜŞ Qonarar aşiqinin Anbara düşdü yolu. Bu həmin anbar idi, Köhnə kitabla dolu… Tozlu, solğun kitablar Onu anbarda görcək, Dedilər: xoş gəlibsən! Sən, a mərəzi göyçək. Yadındamı o vaxtlar Arxalanıb dayına, İldə bir kitab yazıb, Saldın bizi oyuna. Ağappaq üzümüzü Elə etdin ki, qara, Dükanları dolaşıb Yenə düşdük anbara. Oxucu həsrətiylə Saralmışıq, solmuşuq. Sən qonarar aşiqi, Biz tullantı olmuşuq. Axırı özün gəlib Yaxşı keçibsən ələ. İndi bizimlə birgə Verilərsən utilə.
Oturub şahzadətək eşqimin taxt-tacında, Sahiblənib bir böyük saraya yaşayırsan. Bəlkə də heç bilmirsən, deyim, xəbərin olsun Tutub ağ günlərimi qaraya yaşayırsan.
Üşüyər ötən günlər o titrəyən səsində, Buz bağlayıb sönəcək nəfəsim nəfəsində. Hər əmrinə müntəzir əsgər qiyafəsində Düzüb xatirələri sıraya yaşayırsan.
Sənə məğlub oluram özümlə cəng eyləyib, Həsrətin də rəngimi bir az bədrəng eyləyib Gizli nömrələr ilə arada zəng eyləyib Toxunub sağalmayan yaraya yaşayırsan.
Hara qədəm bassaydın, yol olardım izinə, Təbəssümün bənzərdi, gülsən, gül dənizinə. “Ürəyim”- deyirdin ha, o ürək əvəzinə Gəzdirib köksün altda daş-qaya, yaşayırsan.
Həyat adlı səngərdə gör da, gör savaşımı, Dünya edam kötüyü, tale kəsir başımı. Yeyib canda canımı, içib gözdə yaşımı Qanımda yanağında al boya, yaşayırsan.
Xəyallarım piyada gedib hara çatası… Göylər tutub ahımdan yerə çətir, qadası. Ürəyim sevənlərin görünməyən odası, Sən də həmin məkanda kirayə yaşayırsan.
Belə qoçaq, əzmkarlığı ilə yol açan, zəhməti ilə ilham verən qadınlarımızı görəndə ürəyimiz qürurla dolur!
Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün Bakıya qayıdır.
Arzu müəllim deyir: “07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–00:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir”
PREZİDENT KİTABXANASINA VAQİF VƏ YUSİF SƏMƏDOĞULLARININ ƏSƏRLƏRİNDƏN İBARƏT KİTAB HƏDİYYƏSİ Prezident Kitabxanasının fondu daha bir qiymətli hədiyyə ilə zənginləşib. Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, görkəmli şair Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova kitabxanaya Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun müəllifi olduqları, eləcə də bu yaradıcı şəxsiyyətlər haqqında müxtəlif dillərdə yazılmış 24 adda 25 nüsxə kitab hədiyyə edib. Hədiyyə olunan nəşrlər sırasında Vaqif Səmədoğlunun şeirlərini, bədii və publisistik mətnlərini əhatə edən kitablar, onun yaradıcılıq yolunu və ədəbi şəxsiyyətini tədqiq edən elmi əsərlər, həmçinin Yusif Səmədoğlunun roman və povestlərinin müxtəlif dillərdə çap olunmuş nümunələri yer alır. Bu nəşrlər Azərbaycan, rus, ingilis və digər xarici dillərdə işıq üzü görmüş əsərləri bir araya gətirməklə Səməd Vurğun nəslinin görkəmli nümayəndələrinin yaradıcılıq irsinin beynəlxalq miqyasda tanınmasını əks etdirən mühüm mənbə kimi xüsusi əhəmiyyət daşıyır. Bu kitablar həm Vaqif, həm də Yusif Səmədoğlu yaradıcılığının əsas xüsusiyyətlərini, onların ədəbi mühitdə tutduğu yeri və Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu araşdırmaq üçün geniş imkanlar açır. Nəşrlər Prezident Kitabxanasının müvafiq fondlarında sistemləşdirilərək tədqiqatçıların, ali məktəb müəllim və tələbələrinin, ədəbiyyatsevərlərin istifadəsinə təqdim edilib və artıq oxucular üçün açıqdır. Bu nəşrlər Səmədoğlu ailəsinin zəngin ədəbi irsinin elmi əsaslarla tədqiqinə və yeni analitik araşdırmaların aparılmasına xidmət edir. Prezident Kitabxanasının rəhbərliyi göstərdiyi diqqət və xeyirxahlığa görə Nüşabə Babayeva-Vəkilovaya təşəkkürünü bildirir, ailə arxivində qorunan bu nəşrlərin ictimai istifadəyə təqdim edilməsini isə milli ədəbi irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım kimi dəyərləndirir. Belə hədiyyələr klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə əlçatanlığı artırır, oxuculara onların yaradıcılığını orijinal mənbələr əsasında daha dolğun şəkildə tanımaq imkanı yaradır.
“Six living generations in one family is incredibly rare, yet this Scottish family achieved it through years of love, strength, and early motherhood. In a time when many families grow distant, their story stands as a powerful reminder of legacy, connection, and a family bond that has lasted nearly a century.”
17 yaşlı kötücənin qucağındakı iki həftəlik körpə yadıcadır.
In 1979, he adopted nine Black girls that nobody wanted: what they became 46 years later will leave you speechless…
Richard Miller’s world fell silent in 1979 when his wife, Anne, passed away. Their home, once full of dreams of having children, was left empty. His friends suggested he remarry, but he held on to Anne’s last words:
“Don’t let love die with me. Give it somewhere to go.”
On a stormy night, fate led him to St. Mary’s Orphanage. There he found nine little girls, all abandoned together, their small cries echoing down the hallways. No one wanted to take them all. Separation was inevitable.
But Richard bent down, his voice breaking, and whispered:
“I’ll take them. Each and every one.”
The world thought he was crazy. Social workers doubted him. His relatives mocked him. Neighbors whispered: “What is a white man doing raising nine Black girls?”
But Richard sold his belongings, worked double shifts, and built nine cribs by hand. Nights became bottles, lullabies, and braiding hair by the kitchen light. The struggles were heavy, but the laughter, Anne’s stories, and the girls’ growing personalities bound the family together.
Sarah’s contagious laugh. Naomi’s mischief. Leah’s kind heart. One by one, they grew into women—teachers, nurses, mothers—who never forgot the man who chose them.
And now, in 2025, Richard looks at his radiant daughters gathered around the table and sees the miracle Anne asked for.
“A love that changed lives. Discover Richard Miller’s story and how his selfless act transformed a family. Click to read the heartwarming journey!”: