Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Vətən müharibəsi iştirakçısı, Suqovuşanda Azərbaycan bayrağını sancan qəhrəman hərbçi İlkin Fərzəliyev, “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salman qızı, həmçinin fakültənin müəllim və tələbə kollektivi iştirak ediblər.
Fakültənin dekan müavini Mehriban Kərimzadə çıxış edərək iştirakçıları Bayraq Günü münasibətilə təbrik edib və üçrəngli Azərbaycan bayrağının tarixi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da üçrəngli bayraq dövlət rəmzi kimi qəbul edilib. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu bayraqdan imtina olunsa da, 1990-cı ildə yenidən bərpa edilib. Mehriban Kərimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonra İlkin Fərzəliyev Vətən müharibəsi dövründə keçdiyi döyüş yollarından və Suqovuşanda Azərbaycan bayrağını sancdığı an yaşadığı qürur hisslərindən danışıb.
Çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bugünkü gənclik Azərbaycanın gələcəyidir və onların hər birinin borcu bu müqəddəs bayrağı daim uca tutmaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
TÜR: Mistik – Lirik – Tasavvufî Aşk Şiiri ÖZET: Bu şiir, ormanın kalbinde yaşayan bir ceylanın, ışığa âşık oluşunun hikâyesidir. Bir bakıştan doğan sır; korkunun ilâhî teslimiyete, karanlığın aydınlanmaya, ve varlığın yoklukla uzlaşmasına dönüşür. Her kıta, ruhun bir katmanıdır.
⸻
I – Sabahın Kalbi Sabahın ilk nefesi, ormanın damarlarında dolaşır, ceylan başını kaldırır; ıslak toprağın kokusu, duasına karışır. Rüzgâr, alnındaki tüyleri okşar, ve gökyüzü, o an sanki sadece onun için doğar. O bilir: gün, ceylanın kalbinden başlar.
⸻
II – Işığın Daveti Ağaçların arasından bir ses süzülür: “Gel, korkma… senin yalnızlığın benim nurumdur.” Ceylan ürker ama adım atar; çünkü ışığın dili korkuyu bilmez, ve her titrek kalp, Hakk’a giden bir kuş gibidir.
⸻
III – Suya Bakan Kalp Bir pınarın kıyısında durur, suyun berrak aynasında kendi gözlerini görür. İki benlik birbirine dokunur: biri toprak, biri gök; ve ceylan anlar — ışığa âşık olmak, kendi yansımasına merhamet etmektir.
⸻
IV – Aşkın Nabzı Rüzgâr savurur yaprakları; her biri bir zikir, her dal bir kelime, her nefes bir şükür olur. Ceylanın kalbi atmaz, döner — Mevlevî bir semâ gibi, sessiz ama kudretli. Her dönüş, bir yanışın izidir; her yanış, bir vuslatın eşiği.
⸻
V – Avcının Gölgesi Bir gölge yaklaşır… ama bu kez ceylan kaçmaz, çünkü ışık gölgeden bile geçmiştir. Avcı, gözlerinde kendi korkusunu görür, ceylan ise onun ruhunu affeder. İkisi de aynı yaratılışın iki sessiz yakarışıdır.
⸻
VI – Ormanın Zikri Ağaçlar rüzgârla konuşur, kuşlar “Hu” der gibi öter. Toprak bile secde hâlindedir; varlık, bir anlığına kendini unutur. Ceylan başını eğer — bu kez korkudan değil, ışığın önünde eğilmenin zarafetinden.
⸻
VII – Işığın Kucağı Gökyüzü genişler, bir perde aralanır sanki; ve ışık, ceylanın alnına iner — bir mühür gibi, bir dua gibi. O anda orman sustuğunda, Hakk’ın sesi yankılanır: “Sevgi, beni bulanın değil, benim içinde bulduğumundur.”
⸻
VIII – Sonsuzluk Nefesi Gözlerini kapar ceylan, ama ışık içindedir artık, karanlık bile onun önünde secde eder. Çünkü âşık olan, yok olmaz — sadece ışığın kendisine dönüşür.
⸻
12 Kasım 2025 · Paris Caroline Laurent Turunc — Işığın Şairi
Uzaq Fransadan, Parisdən gələn zəng məni çox heyrətləndirdi. Zəng eyləyən Murad Esen idi. Murad Osmanlı türkcəsində danışmağa başladı: “Nömrəni Feysbukdan götürmüşəm. Səninlə tanış olmaq istəyirəm”. Sonra özü haqqında məlumat verdi: “Biologiya müəllimiyəm. Təqaüdə çıxmışam. İndi Parisdə yaşayıram. Babam molla İbrahim 1900-cü ildə Afurcadan Türkiyəyə, İrşadiyyə kəndinə köçmüşdür. Babam haqqında bir əsər yazmaq istəyirəm, lakin Afurca haqqında məlumatım azdır. Mənə bu kənd haqqında geniş məlumat yaz göndər”. Onun xahişini yerinə yetirdim. O, isə əsərindən bir parçanı mənə göndərdi. Yazını Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Murad babasının Afurca kəndindən ayrılmasını belə təsvir edirdi: “İbrahim baba doğma Afurca kəndindən ayrılırdı. O, heç vaxt geri qayıtmayacaqdı. Asta addımlarla addımlayır, dönüb geri baxır, hərdən üzünü kəndə tərəf çevirib dua oxuyur, sanki müqəddəs əjdadlarından icazə istəyirdi. O, birdən dayandı. Sonra göz yaşlarını axıda-axıda asta səslə dedi: “Əlvida, Qilit dağı! Əlvida, Afurca şəlaləsi” Əlvida, Təngə dağı! Əlvida, taxta körpü! Mən gedirəm. Bir də qayıtmayacağam! Seyid babalarım! Mənə yolda kömək eyləyin. Mən Sizi heç vaxt unutmayacağam!”.
O, yerə əyildi, doğma torpağı qucaqladı. Müqəddəs torpaqdan bir ovuc götürdü. Torpağı öpdü. Gözlərinin üstünə, alnına sürtdü. Çib dəsmalını çıxarıb, torpağı dəsmalının arasına tökdü, onu düyünləyib ürəyinin üstünə, qoltuq cibinə qoydu. Sonra asta addımlarla yeriməyə başladı. Bir an ürəyi tələsdi, onu üşütmə götürdü, ağladı. Göz yaşlarını gizlədə bilmədi. Onu fikir götürdü: “Görəsən, Vətən həsrətinə dözə biləcəyəmmi?”. Mən bu yazı parçasını dönə-dönə oxudum, bir az kövrəldim, kədərləndim. Belə qərara gəldim ki, Vətən həsrətilə yaşayan, Vətəndən uzaq düşən həmkəndlilərim, qohum-qardaşım barədə bir yazı hazırlayım. Sərhədlərin bağlı olduğu bir zamanda Türkiyəyə getmək, orada yaşayan insanlarla əlaqə saxlamaq çox çətin idi. Buna icazə verilmirdi. Oradan gələn hər məktub yoxlanıldıqdan sonra sahibinə çatdırılırdı. Bakıda film festivalı keçirilirdi. Festivala bir türk filmi gətirmişdilər. Film dublyaj edilməmişdi, tərcümə olunmamışdı. Filmə baxdıq. Sevincimizin həddi-hüdudu yox idi. Onda başa düşdük ki, biz də türkük. Həmin zamanlarda nənə, babalarımızdan eşidirdik ki, bizim Afurca kəndindən Türkiyəyə gedənlər çoxdur. Biz təəccüblənirdik. Görəsən, həmyerlilərimizlə haçansa görüşə biləcəyikmi? Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurcaya gəldilər. Dediklərinə görə, bunu babaları vəsiyyət edibmiş. Səbri Özcan, Sami Esen adlı bu həmyerlilər kəndin hər tərəfini gəzib dolandılar, qohum-qardaşlarını tapdılar. Evlərinin olduğu yeri müəyyən etdilər. Seyid babalarımızın türbələrini ziyarət edib Türkiyəyə qayıtdılar. Ondan conra neçə-neçə həmyerlilərimiz kəndi ziyarətə gəlmişlər. Onlar çox sevinirdilər ki, doğma torpağa qədəm başmışdılar, qohum-qardaşlarını tapmışdılar. Ən əsası isə Əhli-Beyt ailəsinə mənsub olan ulu babalarının qəbirlərini ziyarət etmişdilər. Afurca kənd sakinlərinin nəyə görə qrup şəklində, həm də ailəliklə Türkiyəyə köçmələri məni çox maraqlandırırdı. Öyrəndim ki, 1828-ci ildə ruslar buraları işğal etdikdən sonra hər yerdə öz idarələrini – komendantlıqlarını qurmuşdular. Afurca kəndinin mərkəzində komendantlıq qurmuşdular. İşçilər də ruslar idi. Afurca kəndinin birinci komendantı Aleksandr Vidatyanov idi. Əhli-Beyt ailəsinin nəslindən olan Afurca camaatı ruslarla düz gəlmirdilər. Gününü namaz qılmaqla, ibadətlə keçirən bu adamlar bu quruluşun içində sıxılırdılar. İkinci səbəb ruslarla vuruşan Şeyx Şamilin “naib”lərindən birinin Afurcalı olması idi. 1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Çoxlu insan tələfatına razı ola bilmirdi. Düşünürdü ki, bir az da güc toplayıb sonra vuruşmanı davam etdirər.
Afurca sakininin bu müharibədə iştirak etməsini artıq ruslar bilirdilər. Buna görə, Afurca sakinlərinə qarşı inamsızlıq əmələ gəlmişdi. Onlar hər addımda qadağalarla üzləşirdilər. Bütün bunlara görə belə qərara gəldilər ki, burdan köçsünlər. Beləliklə Türkiyəyə köç başlayır. Bir qrup Niksarın Yarbaşı kəndinə, ikinci qrup Malatya Yazıhanın Hamidiyyə kəndinə, üçüncü qrup isə Samsuna yerləşir. Sonradan Samsunda yaşayanları Sultan Yazıhanın Hamidiyyə kəndində yerləşdirmişdir. Niksarın Yarbaşı kəndində yerləşənlər oradan razı deyildilər. Yaşadıqları yerdə hər tərəf bataqlıq idi. Bataqlığa yığılan xəstəlik törədici həşəratlar insanları xəstəliyə düçar edirdilər. Beləliklə, on il burada yaşadılar. Xəstəlikdən çoxlu ölüm-itim oldu. Afurcalılar bir yerdə yaşamaq istəyirdilər. Ona görə də Afurcadan köçüb gəlmiş Seyid Şeyx İsa əfəndi Sultan Əbüləzizin yanına gedir. Ondan xahiş edir ki, Afurca camaatının bir yerdə yaşamaları üçün torpaq ayırsın. Sultana xəbər verirlər ki, bir Seyid sizi görmək istəyir. Sultan Əbdüləziz onun Seyid olmasını yəqinləşdirmək üçün yoxlamaq qərarına gəlir. Sultan sarayının yanında aslanlar saxlatdırırdı. Aslanlara qulluq eləyən adama tapşırırlar ki, onun üzərinə bir aslan buraxsın. Aslanı buraxırlar. İsa əfəndi yerindən tərpənmir, qorxmur. Aslan ona yaxınlaşıb İsa əfəndinin ayaqlarını yalayır. Sonra ikinci bir yoxlama aparırlar. Sarayın pilləkəni altında “Quran” kitabını gizlədirlər. İsa əfəndini saraya dəvət edirlər. O pilləkəni qalxmır, durub dayanır. Səbəbini soruşduqda deyir ki, pilləkənin altında sizdən də böyük “padşah” var. “Quran” kitabını götürürlər. O, yuxarı qalxır. Sultan Əbdüləziz daha bir yoxlama keçirir. Onun üçün 38 sual hazırlamışdılar. O, hər bir suala dəqiq cavab verir. Sultan Əbdüləziz çox razı qalır, ona sənəd verir. Bu sənədə görə Afurca seyidləri Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər. Bu günkü İrşadiyyə kəndinin yerləşdiyi yerdə Şeyx İsa əfəndi əl ağacını torpağa sancır. Deyir ki, kəndi burada salacağıq. Həmin yer mənzərəsinə görə Afurca kəndini xatırladır. Kəndin əsası 1883-cü ildə qoyuldu. Kənd tikildi, böyüdü. Seyidlər öz aralarında kəndi əvvəlcə Afurca, Seyidlər sonda isə İrşadiyyə adlandırdılar. Kənd böyüdü, əkin sahələrini genişləndirdilər. Orada da bir məhəllə salıb Keçiağılı adlandırdılar. Sədrəzəm Ənvər Paşaya qədər seyidlərdən vergi yığmırdılar. Onları əsgərliyə aparmırdılar. Ənvər Paşa onlardan da vergi yığdırmağa başladı. Gəncləri əsgərliyə apardılar. Bir qrup Afurcalı yığılıb Ənvər Paşanın yanına getdi. Dərdlərini ona söylədilər. Ənvər Paşa dedi: “Peyğəmbərimiz düşmən hücum etdiyi zaman nə edərdi? Əhalini öldürməyə gələn düşmənlə savaşmazdımı? İndi bizə də düşmən hücum etmişdir. Bizim varımız da, yoxumuz da düşməni məhv etmək üçün lazımdır”. Beləliklə, həmin vaxtdan hamı kimi Seyidlər də əsgərliyə getdilər, vergi verdilər. Mən Afurca kəndində yaşayan 3 nəsil: Ələddinlilər, Çanqardaşlılar və Qələmililər haqqında məlumatları yaşlı nəslin nümayəndələrindən öyrənmişəm. Türkiyəyə mühacirət edənlər də bu nəsillərin nümayəndələridir. İlk dəfə 1860-cı ildə Ələddinlilər nəslinin Həlimlilər qoluna aid üç nəfər Afurca sakini (Üç qardaş öz ailələri ilə, bacıları Əminə xanım da onlarla birlikdə) Türkiyəyə köçdü. Öz zəmanəsinin görkəmli dini alimi Həlim kişi Afurca kəndinin hörmətli adamı idi. Onun altı oğlu, bir qızı var idi. O, uşaqlarına da dini təhsil vermişdi. Oğlanları: Əzim, Zəkəriyyə, Mirzə, Mustafa, Yəhya, Məmmədkərim və qızı Əminə Afurca kəndində öz ata-anaları ilə birlikdə xoşbəxt yaşayırdılar. Ölkədə baş verən siyasi hadisələr, rusların haqq-nahaq onların işlərinə müdaxiləsi bütün ruhları ilə Allaha bağlı, Əhli-Beyt ailəsinə mənsub olan bu insanlara pis təsir eləyirdi. Buna görə də buradan köçmək istəyirdilər. Həlim kişi nə qədər çalışdısa, onları fikirlərindən döndərə bilmədi. Üç oğul: Zəkəriyyə, Mirzə, Yəhya və bacıları Əminə xanım qəza mərkəzində sənədlərini düzəldib ailələri ilə birlikdə yola çıxdılar. Uzun müddət atlarla yol gedib Türkiyəyə çatdılar. Onlara Niksarın Yarbaşı kəndində yer verdilər. Sonradan İrşadiyyə kəndinin ilk sakinləri onlar oldular. Afurca kəndində Həlim ata və üç oğlu qaldı. Əzim, Mustafa və Məmmədkərim öz bacıları Əminənin və qardaşlarının fikrini çəkərək yaşadılar. Bu gün Seyid Zəkəriyyənin bütün nəsli “Yıldırım” soyadını, Seyid Mirzənin nəsli “Yavuz” soyadını, Seyid Yəhyanın nəsli isə “Yaşar” soyadını daşıyırlar. Həmin ili Afurca kəndinin ikinci bir ailəsi (Seyid Teyyub axund beş oğlu ilə birlikdə) Türkiyəyə köçür. Seyid Mahmud, Seyid Hüsaməddin, Seyid Hacı Əhməd, Seyid Hacı Camal və Seyid Məhəmməd Rəsul Niksarın Yarbaşı kəndində özlərinə məskən saldılar. İrşadiyyə kəndi salınandan sonra orada yaşayırlar. Bu gün Teyyub axundun nəsilləri “Esen” soyadı ilə tanınır. Seyid Məhəmməd Turan 1879-cu ildə Afurcada anadan olmuşdur. Afurcada ailə qurmuşdur. Üç oğlu olmuşdur. Şükri, Şəmsi və Fəhri dövrünün savadlı, bilikli adamları idilər. Seyid Məhəmməd Turan ailəsi ilə birlikdə Türkiyəyə köçüb İrşadiyyə kəndində yaşamışdır. Onlar “Turan” soyadını daşımışlar. Məhəmməd Turan 1970-ci ildə Manyasda dünyasını dəyişmişdir. Afurca kəndində 1880-ci ildə anadan olmuş Seyid Əbdül Məbud sonradan 3 qardaşı ilə Türkiyəyə köçmüşdür. Seyid Məhəmməd Fazil, Seyid Habil, Seyid Zəkəriyyə 1897-ci ildə əvvəlcə Anadoluya gəlirlər. Sonra Malatyada Hamidiyyə kəndində yaşayırlar. Daha sonra İrşadiyyə kəndinə köçüb gəlirlər. Afurcalı Seyid Hacı Əhməd və həyat yoldaşı Seyid Cəmilə ailəliklə Türkiyəyə köçmüş, İrşadiyyədə yaşamışlar. Hər ikisi elm sahibi idilər. Hacı Əhmədin ərəb dilində yazdığı elmi əsərləri var idi. Qara mürəkkəblə “Quran”ın əlyazmalarını hazırlayırdılar. İndi onun nəvəsi Naim Gündüz Balıkesir Universitetinin professorudur. Seyid Habil Birinci Dünya Müharibəsində şəhid olmuşdur. Bu nəsil “Gündüz” soyadını daşıyır. Seyid Əbdülvahab 1877-ci ildə Afurcada anadan olmuşdur. Anasının adı Həlimə, atasının adı Mahmuddur. Üç qardaş idilər: Əbdülvahab, Seyidağa və Ridvan. Üç qardaş anaları Həlimə xanımla birlikdə 1897-ci ildə Afurcadan Niksara, oradan Malatyaya və 1902-ci ildə İrşadiyyə kəndinə qohum-qardaşlarının yanına gəlir və orada yerləşirlər. Seyidağa sonradan Afurcaya qayıdır. Seyid Əbdülvahab Birinci Dünya müharibəsində iştirak edir. Ön cəbhədə vuruşur. Çanaqqala döyüşlərində igidliklə vuruşur, lakin ruslara əsir düşür. Əsirləri vaqonlara mindirib Sibirə aparmaq istəyirlər. O, Bakı yaxınlığında vaqondan tullanıb qaçır, otların arasında gizlənir. Axır ki, qurtula bilir. Buradan doğma Afurcaya gəlir. Yeddi il burada yaşayır. Sonra yenidən Türkiyəyə, İrşadiyyə kəndinə qayıdır. Ömrünün axırına kimi burada yaşayır. 1957-ci ildə dünyasını dəyişir. Seyid Əbdülvahab və Seyid Ridvan qardaşlarının nəsilləri “Caksu” soyadını daşıyırlar. Seyid İsmayıl Afurcada anadan olmuşdur. Üç oğlu: Səid, Mahir və İbrahim İrşadiyyədə anadan olmuşlar. Səid Seyid İsmayılın birinci xanımından olan oğlu idi. O, Çanaqqala döyüşlərində şəhid olmuşdur. Seyid İsmayılın 3 oğlunun nəsilləri “Uzgor” soyadını daşıyırlar. Mən bu ailələrdən ancaq bur neçəsi haqqında danışdım. Çalışdım ki, oxucular öz qohum-qardaşlarını bu yazı vasitəsilə tapa bilsinlər. Qəriblikdə yaşayan həmyerlilərimiz bu nəsillər haqqında kitablar yazmış, qəzet və jurnallarda məqalələr dərc etmişlər. Bizdə isə bu iş çox zəifdir. Bu vaxta kimi bu haqda heç bir yazılı məlumat verilməmişdir. İrşadiyyədə yaşayan Maruf Caksu “İrşadiyyə Seyidləri” adlı kitab yazmışdır. (Maruf Caksu “İrşadiyyə Seyidləri”, Liva nəşriyyatı, Balıkesir, 2008). Bu gün Türkiyədə 150 Afurcalı ailəsi yaşayır. Bunların içərisində alimlər, müəllimlər, mühəndislər, dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslər də var. Onlar həmişə vətən həsrətilə yaşayırlar. Afurca sözü dillərindən düşmür. Eynilə bizdə olan xörəkləri bişirirlər. Alkoqollu işkilərdən istifadə etmirlər. Sahib olduqları nəslin adını həmişə uca tuturlar. Bu gün İrşadiyyə kəndi Balıkesir bölgəsinin tabeliyindədi. Bu yazı üzərində işləyərkən yadıma bir Azərbaycan bayatısı düşdü: “Əzizim Vətən yaxşı, Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə, Ölməyə Vətən yaxşı”.
Lakin afurcalılar Türkiyəni qərib ölkə hesab etmirlər. İrşadiyyə onlar üçün Afurca qədər doğmadır. Türkiyəyə gedən adamlarla rastlaşdıqda sevinclə deyirlər ki, biz Afurcalıyıq. Onlarla bizə salam göndərirlər. Onlar Afurcalı olmaqları ilə fəxr edirlər. Dili bir, canı bir, qanı bir qardaşlarımızla bir yerdə yaşamaq nə qədər xoşdur! Afurcalılar bu qardaşlıq münasibətlərini daha da inkişaf etdirirlər. Qardaşlığımız, dostluğumuz əbədidir!
Əziz dostlar, noyabırın 11-i görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Arif Babayevin doğum günüdür. Arif müəllimi 1964-cü ildən, universitetin birinci kursunda oxuduğum vaxtdan tanıyırdım. O, 1966-cı ildə 32 yaşında olarkən, Tiflisdə böyük müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdi. Hələ gənc yaşlarından istedadlı riyaziyyatçı alim kimi, universitetdə böyük nüfuz sahibi idi. Arif Babayev 1965-ci ildən ömrünün sonunadək 33 il Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat fakültəsinin, Riyazi analiz kafedrasının müdiri olmuş, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilmiş, 1978-1994-cü illərdə, 16 il Mexanika- riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir. Bu böyük alimi 12 il (1978-1989) birlikdə, o dekan, mən dekan müavini işlədiyim vaxt daha yaxşı tanıdım. O, istedadlı bir alim kimi ölkəmizdə qeyri xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsi sahəsində çox böyük uğurlara imza atmış, nüfuzlu bir elmi məktəb yaratmışdı. Təəssüf ki, Arif müəllim həyatdan çox tez köçdü, cəmi 64 il yaşadı. Çox iti yaddaşlı, xeyirxah, ədalətli, yeri gələndə sözünü deyən, yalnız riyaziyyat sahəsində deyil, tarix və ədəbiyyat sahələrində də dərin biliyi olan böyük şəxsiyyət idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun. P.S. Yaxşı xatırlayıram Hacı Zeynəlabdin Tağıyev və Məhəmməd Əmin Rəsulzadə haqqında danışmağın yasaq olduğu bir dövrdə Arif müəllim onlar haqqında bildiyi məlumatları heç kəsdən çəkinmədən danışardı.
Arif Babayev Azərbaycanın həqiqi tarixini də çox yaxşı bilirdi. Bakı şəhərindəki qədim binaların kimlər tərəfindən və nə vaxt inşa edilməsi haqqında onunla çox söhbətlərimiz olub.
Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Ənvər oğlu Babayev qəfil 61 yaşında haqq dünyasına qovuşub. Mərhumla vida mərasimi sabah, noyabrın 12 də Heydər məscidində olacaq. Jurnalist Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin. Amin.
Milli İnternet Mükafatı – MilliNet yarışması davam edir Veb saytınız, mobil tətbiqiniz, süni intellekt layihəniz, sosial səhifəniz, rəqəmsal oyununuz və s. — bir sözlə, rəqəmsal həlliniz varmı? Onu elə indi Milli İnternet Mükafatı qazanmaq üçün Millinet.Az saytında qeydiyyatdan keçirin!
Layihənizi tanıtmaq, populyarlaşdırmaq və qiymətli hədiyyələr qazanmaq fürsətini qaçırmayın. MilliNet2025 üçün qeydiyyat 15 noyabrda başa çatır!
Daha çox populyarlıq. Daha çox imkan. Daha çox uğur — MilliNet-lə!
TÜRKÜLERİN TÜRKÇESİ Türk, Türkü, Türkçe Dünyada bir milletin adıyla özdeş hâle gelmiş ender müzik türlerinden biridir türkü… “Türk” sözüne nispet i’si eklenerek oluşturulan bu kelime, Türk’ün adıyla anılmış ve dünyaya bu adla yayılmıştır. Bundan türkünün; Türklere ait olan, onların icat ettikleri bir nağme, bir ezgi, bir müzik türü olduğu anlaşılmaktadır.
Geniş Asya bozkırlarında yüzyıllarca at koşturan atalarımız, bir taraftan olumsuz doğa koşullarına karşı mücadeleler verirken öte yandan hayvanlarına otlaklar bulmak ve yurt tuttukları coğrafyaları korumak için ha bire savaşmışlardır. Bundan dolayı Türklerin tarihi, aynı zamanda bir savaş tarihi sayılır. Hatta bu yüzden bazı tarihçiler Türk tarihi hakkında eksik ve yanlı değerlendirmeler yapmışlardır.
Peki Türkler savaşmaktan başka bir şey düşünmemişler midir? Gündelik hayatlarında şarkı, türkü, müzik, edebiyat, şiir gibi güzel sanatların yeri olmamış mıdır?
Elbette olmuştur!
Türklerin savaş tarihleri kadar büyük ve muazzam bir kültür tarihleri de vardır… Bu büyük tarih içinde; taşa ruh katan mimarlık şaheserleri, zengin müzik birikimleri, tarihin ilk çağlarından kalan sözlü edebiyatları ve binbir tattan oluşan mutfak kültürlerini sayabiliriz. Rahmetli Bahaeddin Ögel’in 9 ciltten oluşan Türk Kültür Tarihine Giriş adlı bir kitabı vardır. Bu kitabın her bir cildinde Türklere ait mimari, beslenme, giyinme, gelenekgörenek, yasa-töre, yazı, edebiyat, din, düşünce gibi pek çok konu ayrıntılı olarak incelenmiştir… Kitabı okumayanlara tavsiye ederek tekrar konumuza dönelim…
Uygur metinlerinden itibaren eski Türklerin müzik kültürüyle ilgili bilgilere rastlamaktayız. İslam öncesinde Türklerde bestelenmiş eserlere ırveya yır, sazlarla çalınan melodiye ise küg ismi veriliyordu. Atalarımız bu dönemde av törenlerinde koşuklarla eğlenir, ölüleri için düzenledikleri yuğ törenlerinde sagular söyleyerek yas tutarlardı…
Anadolu’ya gelince Asya’da kullanılan ır/yır sözü unutulmuş onun yerini türkü almıştır… Coğrafya ve isim değişmesine rağmen müzik kültürü aynen devam etmiş, birçok sosyal veya kişisel tecrübe türkülerde işlenmiştir.
Anadolu bir türkü coğrafyasıdır. Ülkemizin her bölgesinde farklı ezgiler eşliğinde söylenen türkülerimiz vardır. Türküler eşliğinde oynanan halk oyunları da önemli bir zenginliğimizdir. Ege’de zeybek, Karadeniz’de horon, Ankara’da seymen, Artvin ve Erzurum’da bar, Orta Anadolu’da halay… Bunların her biri değişik hikâyeler, yörelere özgü ritimlerle anlatılır.
Türkülerin ve halk oyunlarının hepsinde ayrı bir acı veya sevinç hikâyesi anlatılmıştır fakat eğer bir oranlama yapılırsa Anadolu türkülerinin çoğunda acı, hüzün, ayrılık, sıla hasreti… terennüm edilir. Sevinci, kavuşmayı, mutluluğu anlatan çok az türkümüz vardır çünkü Anadolu aynı zamanda bir hüzün coğrafyasıdır. Bin yıldır burayı yurt tutan milletimizin yüzü hiç gülmemiştir. Yemen’e giden gelmemiştir; çelik çomak oynama yaşındaki çocuklar vatan savunması için Çanakkale’nin, Sarıkamış’ın, Galiçya’nın yolunu tutmuşlardır… Bunlardan başka, sevip de bir türlü kavuşamayanların iç burkan hikâyeleri de anlatılır yüzlerce yıldır: Kerem, Aslı’ya olan destansı aşkını, Sümmani Baba yâr hasretine rağmen “kenare yazılması”nı, Âşık Veysel gönlünde bu topraklara dair biriktirdiği duygularını hep türkülerle dile getirmişler… Bir de adı sanı yalnızca türkülerde yaşayan kara bahtlı gelinleri vardır bu coğrafyanın: Kendini Arda sularına atan on yedi belikli Halime, Diyarbakır’da saçlarına kumlar dolan Suzan Suzi, Ürgüp’te sandık dolusu çeyizi yadigâr kalan Ayşe gelin, Maraş’ta hastanede ölen Meyrik…
Türkülerin sözleri de ezgileri kadar eski, onlar kadar millîdir…
Halkın en samimi duyguları türkülerde yaşar. İnsanımız iyi günde türkülerle eğlenmiş, kötü günde türkülerle hüzünlenmiştir. İşte bu sevinç ve hüzün duyguları anlatılırken ifade imkânı geniş, anlamı derin, çağrışımı zengin kelimeler seçilmiştir. Bu yüzden türkülerin Türkçesi; imbikten geçmiş, işlenmiş, yoğun bir Türkçedir. Bu metinlerin kelimeleri incelendiğinde hem halkın duygu derinliğini hem de dilin geniş ifade imkânlarını görürüz.
Bu yüzden türküleri; yalnız duygularımızın yansıması olarak değil, dilimizin çağlar içinde geçirdiği aşamaların aynası olarak da değerlendirmek gerekir. Bedri Rahmi Eyüboğlu “Türküler Dolusu” adlı şiirini bundan ilhamla yazmıştır………
Şairim Zifiri karanlıkta gelse şiirin hası Ayak seslerinden tanırım Ne zaman bir köy türküsü duysam Şairliğimden utanırım Şairim Şiirin gerçeğini köy türkülerimizde bulmuşum Türkülerle yunmuş yıkanmış dilim Onlarla ağlamış, onlarla gülmüşüm. …..
Türkü, bir mecaz dilidir
Türkülerin dili aslında bir mecaz dilidir. Bu; -yukarıda da ifade edildiği gibi- ince, derin ve işlenmiş bir dildir… Bu işlenmişliği, kelimelerin kazandığı anlam katmanları bakımından ele almak gerekir. Türkü dilinde kelimeler, bu alanın kendine has jargon anlamına sahiptirler. Bu dilin, divan şiiri gibi kendine has bir imaj terminolojisi vardır. Örneğin bade içmek deyimi sözlüksel anlamı olan “içki içmek” anlamıyla değil, âşığın icazet alıp kendi şiirlerini söyleme yetisini kazanması anlamında kullanılır.
Türkü dilinde, dilin eski ve yeni pek çok sözü bulunur. Bu kelimeler türkü formunda işlenerek birer sanat eseri hâline gelmişlerdir. Bunun sanatçısı da halk ozanlarıdır. Onlar, geleneğin içinden süzülüp gelen söze dayalı bu sanat birikimini yeniden işleyerek güncelleştirirler. Bu bakımdan halk ozanlarını birer dil işçisi, hatta dil uzmanı saymak gerekir. Bununla ilgili birkaç örnek vermek gerekirse: lebdeğmez adı verilen atışma türünde ozanlar, şiirlerinde içlerinde dudak ünsüzleri b, f, m, p, v seslerinin bulunmadığı kelimeleri kullanarak rakiplerini mağlup etmeye çalışırlar.
Türkülerde kelimelerin farklı anlamlarından yararlanma da çok başvurulan yollardan biridir. Halk ozanları, dilin bu imkânını böylece bir söz sanatına dönüştürme beceresini gösterirler. Bunun güzel bir örneğini, Neşet Ertaş’ın “Seher Vakti Çaldım Yârin Kapısın” adlı türküde kullanılan sürmelikelimesinde görürüz.
Baktım yârin kapıları sürmeli
Çıkageldi bir gözleri sürmeli
Dedi yoh yoh bir mihenge sürmeli
Günde yüz bin kere yüzler sürmeli
Hemen aşk atına binip sürmeli
dizede şair, seher vakti sevdiğine uğrar ama onun kapılarını sürmelibulur. Bu dizede sürmeli kelimesi, kilidin henüz icat edilmediği zamanlarda, kapıları kapatmak için arkalarına konulan “sürme” adlı bir kalas anlamında kullanılmıştır. Burada sürme kelimesine +li (isimden isim yapma eki) getirilerek sürmeli “kilitli” anlamına gelen söz yapılmıştır.
dizede ise ozan, sevdiğine kapıyı açtırdıktan sonra içeri girip oturmuştur. Bu arada karşısına gelen sevgilinin, gözlerine sürme çektiğini görür, sevgilinin gözleri sürmelidir. Burada ise eskiden göze sürülen makyaj malzemesinin adı olan sürme kelimesine -li eki getirilmiştir.
dizede sevgiliyle konuşan şair, onu saf bir altına benzetir. Altının değeri ise mihenk taşında ölçülür. Sevgilisi, ona kendisinin saf (halis) altın olup olmadığını anlamak için onun bir mihenge sürülmesi gerektiğini söyler. Burada, sürmek fiiline -meli (gereklilik eki) getirilerek oluşturulmuş bir başka cinasla karşılaşmaktayız.
dizede şair, sevgilisinin kapısında (mecazen yanında, yöresinde) sonuna kadar beklemeyi istemektedir. Onu bir sultana, kendisini de onun kapısındaki bir köleye benzetir ve sevgilinin geçtiği eşiğe günde yüz bin kere yüz sürmeli der. Bu dörtlükteki sürmeli ise yüz sürmek, saygı göstermek anlamında kullanılmıştır.
dizede ise artık şair; hayalle düşle geçirecek vakit olmadığını, hedefine ulaşmak için “aşk atı”na binip onu sürmek gerektiğini söyler. Buradaki sürmek fiili ise at sürmek anlamında kullanılmıştır.
Görüldüğü gibi bu şiirin nakarat dörtlüklerindeki sürmeli kelimesi 1. kapıları sürmeli (kilitli), 2. gözleri sürmeli, 3. mihenge sürmeli, 4. yüz sürmeli, 5. aşk atını sürmek olmak üzere beş farklı anlamda kullanılmıştır. Halk şairi, burada bir yandan dilin gramer birlikleriyle sanat oyunlarını kurarken öte yandan mecazla hayalin sınırlarını yoklamaktadır.
Türkülerin söz varlığı:
Türküler, bir mecaz dili oldukları kadar dilin eski yeni pek çok söz varlığını taşımaları bakımından dil araştırmalarında ilk başvurulan kaynaklar arasında yer alırlar. Yüzyıllar boyunca ezgiler eşliğinde manzum olarak söylenen türkü metinlerinde kelimeler hemen hemen hiç değiştirilmeden korunmuştur. Bu yüzden dilin en eski varyantları, söz kalıpları türkülerde aranmalıdır.
Türkü metinlerinin kaynağını teşkil eden kelimelerin büyük bölümü Eski Oğuz Türkçesinin zengin söz varlığının bir yansıması olarak karşımıza çıkar. 13. yüzyılda Anadolu’yu yurt tutmaya başlayan Oğuz boyları, buraya Hazar Denizi’nin ötesinde yaşarken kullandıkları dillerini de taşımışlardır. Bu dilde yer alan zengin söz varlığını, genel Türkçe kelimeler ile Oğuz ağızlarına has yapılar birlikte meydana getirmiştir. Bu kelimelerin önemli bir bölüğü 13. yüzyılda Yunus Emre ve onun çağdaşı halk şairlerinin dilinde işlene işlene yazı diline geçmiştir. Bir bölümü ise yazı diline geçmemiş veya bu dilde unutulmuş, varlıklarını sözlü dilde sürdürür olmuşlardır. Halk arasında kullanılmaya devam eden bu sözler, ağız metinlerinde ve türkü sözlerinde karşımıza çıkmaktadır. Bu yönüyle türkü sözleri, ağız metinlerinin barındırdığı dil malzemesini de taşımaktadır.
Burada, işte bu sözlü dilin türkülerde yaşayan sözlerine örnek teşkil eden birkaç kelimeyi inceleyeceğiz.
bay “zengin” Bu kelime Eski Türkçede “zengin” anlamına gelir. Batı Türkçesinin ilk yüzyıllarına ait metinlerinde de bu anlamla kullanılmıştır fakat 16. yüzyıldan sonra yerini zengin sözüne bırakarak unutulmuştur. Türkülerimizde bu kelimenin 18. yüzyılda bile bu anlamda kullanıldığına şahit oluruz.
Bunda bir günde doğar yoksul, baya (Pir Sultan Abdal) Daima nazarım yoksulda bayda (Seyrani) Kanı garrak oldu yoksulu bayı (Dadaloğlu)
ceren/ceran “ceylan, ceylan yavrusu” Moğolca ceylan yavrusu anlamına gelen ceren sözü; halk arasında ceren, ceylan ya da ceran şeklinde geçmektedir. Yazı dilinde unutulan bu kelime; türkülerde sevgilinin nazı, endamı ve gözleri bakımından benzetme unsuru olarak kullanılmaktadır.
cıda “mızrak” Eski Türkçeden beri kullanılan sözlerden biri de cıdadır. Bu söz Moğolca alıntı olmasına rağmen Türkçe ses sistemine uyum sağlamış ve Arapçadan “mızrak” sözü alınıncaya kadar Türkçe yazılı metinlerde yaşamaya devam etmiştir. Yazılı dilde kaybolmasına rağmen halk arasında yaşadığını ozanlarımızın türkülerinden anlıyoruz.
çiğin “omuz” Eski Oğuz Türkçesi döneminde bir süre “omuz” yerine çiğin kelimesi kullanılmıştır. Yazı dilinde kaybolan bu kelime günümüzde de ağızlarda ve türkü sözlerinde yaşamaya devam etmektedir.
Halka halka çiyn üstüne (Ercişli Emrah)
eğin “sırt” Eski Anadolu Türkçesi metinlerinde sıklıkla rastlanan kelimelerden biridir eğin. “Sırt” anlamına gelen bu kelime, günümüzde yalnızca ağızlarda yaşamaya devam etmektedir. Bunu türkü sözlerinde görmekteyiz.
em “ilaç” Eski Türkçede em kelimesi “ilaç” anlamına geliyordu. Bu kelime daha sonra Arapçadan ilaç sözü alınınca unutuldu. Em sözünün halk arasında yaşamakta olduğunu bize Erzurumlu Emrah şu mısrasında haber vermektedir:
El sitemi yaralara em oldu (Erzurumlu Emrah) Kendi verdiği yarayı kendisi emler yine (Ruhsati) Anda sınık yaralara em olur (Pir Sultan Abdal)
esrimek “sarhoş olmak” Eski Türkçede sarhoş olmak anlamında esrimek fiili kullanılıyordu. Bu kelime, 15. yüzyıldan sonra yazı dilinde yerini sarhoş olmak birleşik fiiline bırakınca unutuldu fakat halk arasında ve türkülerde yaşamaya devam etti.
Esrür sinem ile dağın (Karacaoğlan)
eştirmek “atı belli aralıktaki adımlarla sürmek” Zengin bir hayvancılık kültürüne sahip olan Türklerde atların cinsleri, cinsiyetleri, yaşları, renkleri ve yürüme tarzlarıyla ilgili pek çok kelime ve terim vardır. Bunlardan biri de “atın belli aralıktaki adımlarla yürütülmesi” anlamına gelen eştirmek fiilidir. Anadolu Oğuz ağızlarına ait olduğunu tahmin ettiğimiz bu kelimenin bir zamanlar dilimizde yaygın olarak kullanıldığını türkü sözlerinden anlıyoruz.
Kimine at vermiş eştirir gezer (Âşık Veysel) Arap at gider eşkine (Köroğlu)
evmek “acele etmek” Bugünkü yazı dilimizde yalnızca resmî evraklardaki “ivedi” mühründe kalan ivmek fiilinin kök hâlindeki gerçek anlamı türkü sözlerinde korunmuştur.“
Can seni görmeye ever” (Karacaoğlan)
don “giysi, elbise, yaratılış” Özellikle tasavvuf etkisinde söylenmiş türkü ve deyişlerde don kelimesi çok geçer. Bu kelime hem “kılık, kıyafet” hem de “bir başkasının kimliğine bürünmek” anlamına gelir. Güvercin donuna veya turna donuna girmek… gibi. Kelime Eski Türkçede “giysi” anlamında kullanılıyordu. Günümüzde daralmış anlamıyla yaşamaktadır. Türkülerde ise tarihî dönemlerdeki anlamı korunmuştur.
Resula aslan donunda gösterdi heybetini (Âşık Veysel)
dulunmak “ay ve güneş batmak” Eski Türkçedeki tul- fiil köküne inen bu kelime, günümüz Türkçesinde kaybolmuştur. 15. yüzyıla kadar Eski Anadolu Türkçesi metinlerinde görülen bu fiil, Âşık Veysel’in şiirinde yaşamaktadır.
Gâhi doğar amma gâhi dulunur (Âşık Veysel)
ırlamak “türkü söylemek” Eski Türkçedeki ır “türkü, şarkı, nağme” sözü, 15. yüzyıldan sonra yazılı dilde kaybolmuştur. Bu kelimeden yapılan ırlamak fiili ise 16. yüzyıl halk şairi Karacaoğlan’ın türkülerinde yaşamaya devam etmiştir.
Yârim bana, ben yârime ırlarken (Karacaoğlan)
iye “sahip” Eski Türkler, sahip yerine iye (<idi) diyorlardı. Bu kelimemiz; İslamiyet’ten sonra Arapçadan alınan sahip, Rumcadan alınan efendi kelimelerinin dilimize yerleşmesiyle unutulmuş gitmiştir. Kelime günümüzde bir gramer terimi olan iyelik eki ile tekrar canlandırılsa da kullanım alanı sınırlı kalmıştır. Asya’da unutup bıraktığımız bu sözün 16. yüzyılda Anadolu’da yaşadığını Pir Sultan Abdal’ın şiirlerinde görürüz:
Mülk iyesi padişahtır (Pir Sultan Abdal)
köşek “deve yavrusu” Bugün Türkiye’de yaşayan insanların çok büyük bir bölümü deve yavrusu anlamına gelen köşek kelimesini bilmezler. Bu kelime, deve yetiştiriciliğinin devam ettiği Ege bölgesinin belli yerlerinde bilinir. Bu sözü, kaybolmaya yüz tutan ağızlarda ve bir de türkü sözlerinde buluruz.
Yük vaktinde köşek olur (Seyrani)
kuçmak “kucaklamak, sarılmak” Eski Türkler kucaklamak yerine kuçmak diyorlardı. Bu fiilden daha sonra “kucak” kelimesi yapılmış ve ondan da “kucaklamak, kucaklaşmak” fiilleri türetilmiştir. Yazı dilinde fiilin kök hâli olan kuçmak unutulmasına rağmen türkülerde bu şekil saklanmıştır.
Ne öpüp, ne kuçabildim (Karacaoğlan)
od “ateş” Eski Türkçeden beri bilinen kelimelerdendir. Günümüzdeki bütün Türk dillerinde bu kelimenin fonetik türevleri kullanılmaktadır. Yazı dilimizde unutulmuş olan bu eski yadigârı ozanlarımız saklamışlardır.
Sinemi oda yakaram (Ercişli Emrah) Ciğerciğim aşk oduyla deline (Dadaloğlu) Yüreğime bir od düşmüş de yanar (Pir Sultan Abdal) Aşk odu içimde dâim yanıyor (Seyrani)
sak “uyanık, gözü açık” İlk olarak eski Uygur Türkçesi metinlerinde rastladığımız bu kelime, “gözü açık, uyanık kimse” anlamında tarihî dönemlerde Türk dilinin hemen hemen bütün lehçelerinde kullanılmıştır. Eski Anadolu Türkçesinde de görülen bu kelime, günümüz yazı dilinde kaybolmasına rağmen ağızlarda ve türkü sözlerinde saklanmıştır.
Sak yabancı ile başa çıkılmaz (Karacaoğlan)
seğirtmek “koşmak” Türkçede koşmak yanında, onunla aynı anlama gelen çeşitli fiiller vardır. Çapmak, koşmak, yüğürmek ve halk dilinde yaşayan seğirtmek kelimeleri eş anlamlı olarak kullanılan fiillerdir. Oğuz ağızlarında yaşayan ama yazı dilinde unutulmuş olan seğirtmek fiili günümüz ağızlarında ve türkülerde yaşamaya devam etmektedir.
Seğirttim ardından yettim (Karacaoğlan)
sin “mezar” Türkçeye çok eski zamanlarda girmiş bazı kelimeler dilimizde yüzyıllar boyunca kullanılmış ve âdeta Türkçeleşmiştir. Bu sözlerin yabancı olduğunun kimse farkında değildir. İşte bu kelimelerden biri de sin sözüdür. Bu söz Türkçeye Çinceden geçmiştir. Kelimenin Çincesi ts’indir. Bu kelime Eski Anadolu Türkçesi döneminde yaygın olarak kullanılmıştır. Daha sonra yerini Arapça mezara bırakarak yazı dilinde unutulmuştur. Kelimenin 20. yüzyıla kadar halk arasında yaşadığını Âşık Veysel’in şiirinden anlıyoruz.
Ölünce hû çeksin kemiğim sinde (Âşık Veysel)
tamu “cehennem” Eski Türkçe döneminden kalan bir dinî terimdir. Kelime Türkçeye Soğdca’dan alınmıştır. Fakat yüzyıllar boyunca kullanıla kullanıla adeta Türkçeleşmiştir. Batı Türkçesinin ilk metinlerinde görülmüş, sonra kaybolmuştur. Fakat ozanlarımız, Uygur atalarımızdan kalan kelimeyi kullanmışlardır.
Yedi tamu sekiz cennet (Pir Sultan Abdal) Tamuda olmazdı kullara cezâ (Âşık Veysel) Bir su teskin eder nar-ı tamuyu (Seyrani)
uçmak “cennet”
yüzyılda Uygurlar çağında Soğdca uştmak kelimesi Türkçeye geçerek “uçmak” şeklini almış ve Eski Türk inancında ruhun ölmesiyle birlikte uçup gideceği düşüncesiyle birleşen bu kelime yüzyıllar boyunca Arapçadan cennet sözünü alıncaya kadar dilimizde kullanılmıştır. Kelime eski Oğuz Türkçesi metinlerinde sıkça geçer. 16. yüzyıldan sonra yazı dilinde unutulan bu eski Uygur çağı hatırası kelime, Pir Sultan Abdal’ın şiirlerinde yaşatılmıştır.
Pir Sultan’ım Haydar, gelir uçmağa (Pir Sultan Abdal)
uğrun “gizli, gizlice” Oğuz lehçelerinde görülen kelimelerden biridir. Eski Anadolu Türkçesi döneminde oğrun veya uğrun biçiminde geçen bu kelime yazı dilinde unutulup gitmiştir. Bu kelime yalnızca ağızlarda ve türkü sözlerinde yaşamaya devam ediyor.
Uğrun uğrun döğüş bizim işimiz (Köroğlu)
ün “ses” Türkçede “ses, seda” yerine kullanılan sözlerden biri de ündür. Bu kelime; günümüz yazı dilinde unutulmuş, yalnızca gramer terimi olarak (ünlüünsüz) kullanılmaktadır. Kelime, “ses” anlamındaki eski ve yaygın biçimiyle ağızlarda ve türkülerde korunmuştur.
Uca dağ başında bir ün eylesem (Ercişli Emrah)
yağı “düşman, hasım” Eski Türkçede “düşman” yerine yagı kelimesi kullanılıyordu. Farslardan düşman sözünü, Araplardan da adüv sözünü alınca yağı kelimesi yazı dilimizde unutulmuştur. Kelimenin halk arasında yaşadığını Ercişli Emrah’ın dizesinde görüyoruz.
Yağının avladığı oldu memeler (Ercişli Emrah)
yorga “binicisini sarsmayan at yürüyüşü, rahvan” Eski Türkçe yorımak “yürümek” fiilinden gelen ve atın rahvan yürüyüşüne ad olan bu kelime, yazı dilinde unutulunca yerini Farsça rahvan almıştır. yorga sözü ise halk dilinde yaşamaktadır. Bunu Seyrani’nin bu dizesinde görürüz:
Kimi düzden aşar kimi yorgalar (Seyrani)
Sonuç: Türkü; dili, dilin, üslup özellikleri ile tarihte geçirmiş olduğu pek çok ses, yapı ve sözcük değişmelerini yansıtan önemli bir dil aynasıdır. Bu dilde var olan kelime, terim, atasözü, deyim, dua ve beddua gibi sözlerin incelenmesi sonucunda yalnızca dil özellikleri değil aynı zamanda Türk halk kültürü ve felsefesi de ortaya çıkarılacaktır.
Udulmuş güllə (esse) Nənəmin 33 il yollara baxmaqdan gözləri, bəlkə bir ümid, bir xəbər gələr deyə gözləməkdən qulaqları tutulub. Heç yaddaşı da yerində deyil – xatırlamır məni. Əvvəllər torlu gözlərini qıyıb diqqətlə baxışlarını üzümdə gəzdirib kim olduğumu soruşanda “böyük oğlunun kiçik qızıyam” deyən kimi gözləri parıldayar, hal əhval tutub övladlarımı xəbər alar daha sonra əzəmətli əllərini havaya qaldıraraq şükürlər oxuyardı. İndi soyuq baxışlarla “kimsən sən?” sualını verəndə aldığı cavab ona tanış gəlmir kimi görünür. Övladlarından başqa heç kimi xatırlamır, bəzən onları belə unudur. Teymuru isə əsla.
Teymur – ürək yarası, düşmələrin göz dağı, Teymur, mənim qəhrəman əmim. 33 ildə heç qocalmayan, yaş almayan 24 yaşlı məndən cavan əmim.
Teymur təsadüfən Qarabağ uğrunda gedən müharibənin ən qızğın yeri Şuşada deyildi. Vətən sevgisi, ağır gəlmişdi anasının göz yaşlarına, beşik yoldaşlarının hayqırtısına. Arxasına belə baxmadan dilində Şuşa, ürəyində Şuşa, gözlərində düşmənə qəzəb, intiqam hissi ilə evdən gizlin getmişdi Qarabağa. Əmim heç dura bilərdimi evdə?
Bir müddət sonra atam onun dalınca gedib onu tapmış, bir neçə günlüyə icazə alıb evə gətirmişdi. O evdə bircə gün dura bilmişdi. “Vətən çağırır. Mən olmasam işğal edəcəklər Şuşanı, mənsiz olmaz, getməliyəm” deyə məktub yazıb gecə ilə qaçmışdı evdən. Nə bilərdi ki, 33 ildən sonra dünyalara sığmayan bədəni 1 tabuta sığışıb gələcək? O gediş son gediş oldu. Gedənlər qayıtdı, şəhid gəldi, qazi gəldi. Teymurdan heç bir xəbər heç bir soraq gəlmədi, gördüm, eşitdim deyən olmadı. Şuşanı isə *rmənilər 1992-ci ilin 8 mayında işğal etmişdilər. Əmim deyən olmuşdu, o olmasa alacaqdılar Şuşanı.
Atam yenə üz tutdu onu axtarmağa doğru. Şəhid olmuş əsgərləri bir bir qaldırıb baxdı üzünə. Heç bir nişan tapmadı. Nə ölüsü gəldi əmimin, nə də dirisi.
Biz əmimin qəhrəmanlıq hekayələri ilə böyüdük. Sonra biz də bpyüyüb qoşulduq gözləyənlər sırasına. O qapıya biz də həsrətlə baxdıq bir gün gələr deyə. O bizim ən böyük qəhrəmanımız idi. Qəhrəmanlar ölmür axı. Ölə bilməzdi bizim xəyallarımız. “*rməni kimdir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” deyirdi Teymur, ölə bilməzdi. Bir gün gələcəkdi, mütləq gələcəkdi. Uşaq ağlı – kənddə tapdığımız hər parabüzəni Teymur əmimizi gətir deyə uçurtduq. Bir gün gələcəkdi çiynində vətən bayrağı, ayağında Şuşa torpağı qapıdan içəri girəcəkdi, mütləq girəcəkdi.
Əmim Şuşada döyüşdüyü yerdə silah yoldaşları ilə birgə mühasirəyə düşüb şəhid olmuşdu. Dediyini etmişdi əmim. “*rməni kimidir ki? Mən onun gülləsini havada əlimlə tutub udaram” – udmuşdu əmim o gülləni. Başından almışdı zərbəni. Qaçmamışdı əmim, o güllənin qarşısında dik dayanmışdı. Arxadan vurulmamışdı əmim.
Elə orda 33 il Şuşa torpağında qalıb buraxmadı əmim Şuşanın ətəyini. O olmasa alacaqdılar axı Şuşanı. Bu səbəbdəndir ki, qayıtmaq istəmədi doğma yurduna. 33 il orda qaldı. Qayıda bilməzdi Teymur. Söz vermişdi axı verməyəcəkdi Şuşanı, ölsə belə verməyəcəkdi, erməni kimdir ki onun gülləsini havada tutub udacaqdı. Sözündən dönmədi əmim, vermədi Şuşanı, tərk etmədi oranı, son damla qanına qədər vuruşdu düşmənlə, cismini son zərrəsinə qədər fəda etdi Şuşaya, qayıtmadı geri, tərk etmədi oranı. Cismi Şuşada çiçək oldu, ağac oldu, budaqları ilə bərk bərk sarıldı Şuşaya. Düşmən tapdağında boğulurdu Şuşa, Şuşaya nəfəs oldu, can oldu, Şuşaya həyan oldu buraxmadı Şuşanı. Axı gedəndə söz vermişdi, o olmasa işğal edəcəkdilər Şuşanı. Necə qayıda bilərdi ki? Vətənin üzünə necə baxardı?
İndi Şuşa azaddır, gələ bilərdi artıq ailəsi ilə vidalaşmağa. Şuşa təmizlənib düşmən əlindən. Gəldi də… Dediyini etdi Teymur, vermədi Şuşanı düşmən əlinə. Alnı açıq, üzü ağ gəldi. Vətən bayrağı çiynində, Şuşa torpağı ayağlnda gəldi. Dediyini etdi Teymur, *rməni gülləsini havadan udub gəldi. Ən Şərəfli, ən uca məqamda gəldi.
Bir verilişdə Qəqəni ləqəbli döyüşçünün söhbətinə qulaq asdım. 15 yaşından döyüşən bu əsgər tez-tez sağ əliylə gözlərini tuturdu ki, ağladığı bilinməsin. Ancaq gözlərindən itirdiyi döyüş dostlarının sayı qədər yaş axdı. Onu ağladan dostlarının yoxluğuydu.
Xankəndi üzümü görüb gül açır, Neçə vaxtdı susan Şuşa dil açır. Hər kəndə-kəsəyə ellər yol açır, Ağlama, türk oğlu ağlaya bilməz.
Torpağım sevinir, daşım sevinir, Gədiyim sevinir, qaşım sevinir. Qurum çiçək açır, yaşım sevinir, Ağlama, türk oğlu ağlaya bilməz.
Ağdamın üstünə qaçın, nə deyir, Murovun yolunu açın, nə deyir. Kəlbəcər, Füzuli, Laçın nə deyir, Ağlama, türk oğlu ağlaya bilməz.
Orda Qubadlının gözü yol çəkir, Zəngilan, Cəbrayıl nəyə qol çəkir?! Ürəyim gül açır, dilim bal çəkir, Ağlama, türk oğlu ağlaya bilməz.
Demirəm o qanlı günləri unut, Başımın üstündən getmir ha bulud. Qurut gözlərinin yaşını, qurut, Ağlama, türk oğlu ağlaya bilməz.
Tanıqdı bu yerlər, bu göylər hələ, Hələ bizim deyil, çox şeylər hələ. Məni sakit qoymur gileylər hələ, Ağlama, türk oğlu ağlaya bilməz.
Qızlar oğul doğar, min eylər səni, Günəşsiz günlərə gün eylər səni. Gözləyir quzeylər, güneylər səni, Ağlama, türk oğlu ağlaya bilməz.
Hələ neçə kəndin yolu bağlıdı, Ora gedənlərin qolu bağlıdı. Sağın yiyəsi var, solu bağlıdı, Ağlama, türk oğlu ağlaya bilməz.
Havam varsa cəmi bir udum, sənsən, Düşməni yandıran buludum sənsən. Bu günə, sabaha umudum sənsən, Ağlama, türk oğlu ağlaya bilməz.
Orda Borçalı var, burda Dərbənd var, Savalan, Urmuya, Təbriz, Səhənd var. Dağılası neçə sərhəd var, bənd var, Ağlama, türk oğlu ağlaya bilməz.
Dirimiz igiddi, ölümüz diri, Yaşayır qəlbimdə onun hər biri. Amanın günüdü, ağlama, kiri, Ağlama, türk oğlu ağlaya bilməz.
Duydum niyə çatdın qaşını da mən, Saydım gözlərinin yaşını da mən. Uca tut, dik görüm başını da mən, Ağlama, türk oğlu ağlaya bilməz.
Dünyada çox işlər saxtadı, saxta, Nə inan taleyə, nə güvən baxta. Çox döyüşümüz var hələ qabaqda, Ağlama, türk oğlu ağlaya bilməz.
Ölən də bizlərik, qalan da bizlər, Doğru da bizlərik, yalan da bizlər. Şimşəyə dönürük dolanda bizlər, Ağlama, türk oğlu ağlaya bilməz.