КЕЎИЛ ҚАЯҚЛАРДА ГЕЗИП ЖҮРЕДИ

КЕЎИЛ ҚАЯҚЛАРДА ГЕЗИП ЖҮРЕДИ

Балалық гезлерим толып тасқандай,
Гейде қыялларым алып қашқандай,
Несийбемди сол жерлерге шашқандай,
Кеўиллерим қаяқларда гезип жүреди.

Аралайық гүл ашылған бағларды,
Жүрек лупилдеген жаслық шағларды,
Умыталмай қол усласқан ўақларды,
Кеўилим қаяқларда гезип жүреди.

Сол дәўир желисин умыта алмай,
Сырлы қараслардың парқына бармай,
Үйге кетеримде таслап кете алмай,
Турған күнлеримди сезип жүреди.

Таўды тасты талқан еткен Муҳаббат,
Қуўанғаным күнде көрип саламат,
Ўақтыншалық екен бәри аманат,
Әрманым алдында озып жүреди.

Еле сол күнлерге болып интизар,
Гейде жүреклерим ойнап қалтырар,
Еске түссең мени бийҳуш ҳал қылар,
Кеўилим қаяқларда гезип жүреди.

Жыллар өткен менен жаслық қартаймайды,
Жаным соны ойлап төзим жүреди,
Сонда сүйгенимди саған айталмай,
Кеўлим қаяқларда гезип жүр еди.


8 Февраль 2023 – Жыл.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqşin HACIZADƏ – KƏLBƏCƏR

KƏLBƏCƏR

Şükür olsun yaradana, qovuşduq,
Torpağına qurban olum Kəlbəcər!
Düşmən üçün göz dağıdı hər biri,
Hər dağına qurban olum Kəlbəcər!

Həsrətindən yazdıq, bezdik, taa bəsdir,
Bu vüsalın həyat üçün həvəsdir.
İstu suyun mənə isti nəfəsdir,
Bulağna qurban olum Kəlbəcər!

Anam təki çox doğmadır qucağın,
Təzdən yanıb, alışacaq ocağın.
Yetdi sona işğal vaxtın, o çağın,
Bu çağına qurban olum Kəlbəcər!

Bir canım var, bu canımla sən tənsən,
Mən səninəm, istə canı məndən sən.
Hər addımda müqəddəssən, vətənsən,
Sorağına qurban olum Kəlbəcər!

Ruhu şaddı Aşıq Şəmşir babanın,
Həm Əlinin, həm də Məmməd Aslanın.
Əzbər olan Sücayətin, Bəhmanın.
Söz bağına qurban olum Kəlbəcər!

Aqşin deyər, qışda dağı buz geyən,
Yazda-yayda gül-çiçəklə bəzəyən.
Hər qarışda bir cənnətə bənzəyən,
Növrağına qurban olum Kəlbəcər!

Şükür olsun yaradana, qovuşduq,
Torpağına qurban olum Kəlbəcər!
Düşmən üçün göz dağıdı hər biri,
Hər dağına qurban olum Kəlbəcər!

Həsrətindən yazdıq, bezdik, taa bəsdir,
Bu vüsalın həyat üçün həvəsdir.
İstu suyun mənə isti nəfəsdir,
Bulağna qurban olum Kəlbəcər!

Anam təki çox doğmadır qucağın,
Təzdən yanıb, alışacaq ocağın.
Yetdi sona işğal vaxtın, o çağın,
Bu çağına qurban olum Kəlbəcər!

Bir canım var, bu canımla sən tənsən,
Mən səninəm, istə canı məndən sən.
Hər addımda müqəddəssən, vətənsən,
Sorağına qurban olum Kəlbəcər!

Ruhu şaddı Aşıq Şəmşir babanın,
Həm Əlinin, həm də Məmməd Aslanın.
Əzbər olan Sücayətin, Bəhmanın.
Söz bağına qurban olum Kəlbəcər!

Aqşin deyər, qışda dağı buz geyən,
Yazda-yayda gül-çiçəklə bəzəyən.
Hər qarışda bir cənnətə bənzəyən,
Növrağına qurban olum Kəlbəcər!

Müəllif: Aqşin HACIZADƏ

Bərdə rayonu Yeni Daşkənd kəndi.

AQŞİN HACIZADƏNİN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Kutsa beni!

Kutsa beni!

Ey aşk, ey en büyük mutluluğa kıskançlık duymadan bakan sakin göz, beni kutsa
Taşmış kadehi kutsa, altın suyu dök ve neşenin ışıltısını her yöne taşı!

Bak, bütün hayallerim eridi ve dağıldı
Artık bir ayna değilim, kendimle aynı değilim
Her mutluluk üzüntüye dönüştü

Tanrı’nın beni kutsadığı gibi beni kutsa demiyorum

Tanrı’nın seni sevdiği gibi beni sevmeni beklemiyorum

Çünkü insan çok kusurlu bir şeydir. İnsan sevgisi benim için yıkımdan başka bir şey değildir.”

Beni tarlanın rüzgarı sevdiği gibi sev

Beni gökyüzünün maviyi sevdiği gibi sev

Beni denizin kıyıyı sevdiği gibi sev

Beni ağacın kökü sevdiği gibi sev

Beni hayvanları sevdiğin gibi sev

Beni böyle bir sevgiyle sev
Yaşamayı bilmeyenler gibi yaşıyorum
Beni tozlu gölgelere dağılmış bir fotoğraf gibi sevme

Çobanların ülkesinden geliyorum, kendilerine hakikat ülkesi diyorlar

Sabahın kalbi sakinleştirdiği ve temizlediği yer

İki şafak arasındaki dağlardan

Aşkın, yaratılışın, özlemin ve Yıldızın ne olduğunu bilenlerin ülkesinden

Böyle bir kalabalığın haykırışlarına ve sevinçlerine şaşırma

“Seni daha önce tanıyordum, bana yabancı değilsin: Yıllar önce buradan geçtik. Adlarımız Nar ve Çiçek; ama değiştik

Ve asla unutma

Bir erdem diğerinden daha erdemlidir, çünkü aşk kaderin asılı olduğu daha zor bir düğümdür

Bir insanın özlemi, bir ok atmadan önce yayı ıslıklamayı unutmaya benzer arrow

“Bak! Bu kadın yine sana geldi, yeniden başlamak istiyor ve sevgi tekrar kalbinde olmak istiyor.”

Bu nedenle;
Beni kutsanmış özgür bir ruhla ve özgür bir kalple sev

Çünkü taşan kalbi seviyorum,
İnsanların üzerinde asılı duran kara buluttan ağır damlalar gibi birer birer düşenleri seviyorum:

Sevgi gerçek ateş ve kömürdür!”

Sevgi içeride fırtınalar yaratan bir buluttur

“Mutluluk aynı zamanda Yoksulluk ve sefil bir teselli

Beni öyle sev ki, ne günah olsun, ne de sevap, yalnızca göğe yükselen sevgi dolu haykırışımız olsun.

19/06/2024-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – DÜNYA

DÜNYA

Nə yaman güclüymüş, nəfsin, iştahan,
Bir anmış şipşirin çağların, dünya.
Ömrün hər addımı sınaq, imtahan,
Çoxmuş düyünlərin, bağların, dünya.

Çəkib qurtarmırıq intizarını,
Görmədik şəfqətli sığallarını.
Heç dada bilmədik şirin barını,
Nə tez uralandı tağların, dünya?

Sənin vəsf etməli haran qalıbdı?
Əlac tapılmayan yaran qalıbdı.
Ağlı-qaralıydın, qaran qalıbdı,
Nədən yoxa çıxıb ağların, dünya?

Insanın bəzəyi ürək, göz, əldi,
Ağılsız gözəllik solğun xəzəldi.
Ilahi yaradan dağlar gözəldi,
Sinələr dağlayır dağların, dünya.

Ömür Günəş olar, əbədi yansan,
Sürünən məxluqsan, əyilsən, sınsan.
Ümidi öləndə məhv olur insan,
Günbəgün azalır sağların, dünya.
2016

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şeir də bəhanə sənə yazmağa…

Şeir də bəhanə sənə yazmağa
Sətirdən-sətirə keçib azmağa
Eşqin,bir yuxudur xeyirə yozmağa
Bu gün yeni gündür,sabahın xeyir

Mənə bir şeir oxu.

Mənə bir seir oxu,
Sözlər könlümə axsin.
Seriden cələng toxu,
Saçlarıma taxılsın.

Mənə bir seir oxu,
Nə fərqi yazan kimdi,
Sözləri deyən sənsən,
Səs ki sənin səsindi.

Mənə bir seir oxu,
Çiçəklərdən danışan.
Mənə bir şeir oxu,
Könüllərdə alışan.

Mənə bir seir oxu,
Başdan başa esq olsun.
Sənin səsinlə sevgi
Mənim qəlbimə dolsun .

Mənə bir seir oxu,
Fəsillərdən bəhs edən .
Mənə bir şeir oxu,
Yağış kimi rəqs edən.

Mənə bir şeir oxu,
İlk dinləyən mən olum.
Məni şeirinə toxu,
Ömür boyu şən olum.

Mənə bir şeir oxu,
Xatirələr oyansın.
Mənə bir şeir oxu,
Ömrüm nura boyansın.

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nitsşenin “Əbədi qayıdış” , digər bir deyişlə “Bengi dönüş” ideyası necə meydana gəldi?

Nitsşenin “Əbədi qayıdış” , digər bir deyişlə “Bengi dönüş” ideyası necə meydana gəldi?
1881-ci ilin avqustunda Silvaplana gölünün meşələrində gəzərkən Nitsşe piramida şəkilli qayanın yanında dayanır. Nitsşe həmin anı bu sözlərlə davam etdirir: “Məhz burada bu fikir ağlıma gəldi, qarşısıalınmaz bir qüvvə ilə özünü mənə tətbiq etdi”. Haqqında danışdığı ideya “Əbədi qayıdış”(Bəngü dönüş)dır. O, ən mühüm təlimlərindən biri olan “əbədi qayıdış”dan ilk dəfə “Şen bilim” kitabında istifadə etmişdir:“Yaşadığın və yaşamaqda olduğun bu həyatı təkrar və saysız-hesabsız dəfə yaşamalı olacaqsan. Içərisində yeni heç nə olmayacaq. Həyatınızın hər ağrısı, hər sevinci, hər düşüncəsi və hər nəfəsi, təsvir olunmayacaq qədər kiçik və ya böyük hər şey bir-birinin ardınca və eyni ardıcıllıqla sizə qayıdacaq. Hətta o toranlıq və ağacların arasından süzülən o hörümçək, hətta bu an və mən özüm. Varlığın əbədi qum saatı səninlə dönə-dönə alt-üst olacaq, içindəki toz zərrəsiylə birlikdə…. “
“Hə”yə aparan və sonsuz bir istəklə həyatı təsdiqləyən bu təlimə görə, insan ömründə zərrə qədər peşman olmasa, keçmişdə olmuş və gələcəkdə baş verəcək hər şeyi olduğu kimi qəbul edə bilsə, bütün həyatının belə olacağını bildiyi halda bu həyatı hələ də istəyə bilirsə. eyni şəkildə, yaxşı və pis ilə təkrarlanır, o zaman bu insan öz varlığını tamamilə qəbul edər.

Bu ideyaya ilham qaynağı olan yer:

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O hansı ay idi, aylandın, gülüm?!


O hansı ay idi, aylandın, gülüm,
O hansı gün idi nurunu saçdın?!
Bir anda gülləndi çəmənim, çölüm,
Könlümdən dünyaya pəncərə açdın.

Heyrətlə boylandım günəşə, aya,
Köksümdə tufanlı dəniz göründü.
Mən o pəncərədən baxdım dünyaya,
Dünya saf göründü, təmiz göründü.

Aman istəmədim, ilhamdan aman,
Boş-boş uydurmadım dağdan, dərədən.
Qapılar üzümə bağlanan zaman
Gəldi şeir payım o pəncərədən.

Yaşadı bir eşqin günahı məndə,
Bir göz qırpımında zaman ötüşdü.
İllərin üstündən körpü çəkəndə
Həmin pəncərəmi yadına düşdü?!

Bəzən o pəncərə tutuldu daşa,
Puç oldu həyatın zövqü, səfası.
Çevrildi yuvadan perikən quşa
Kişi sədaqəti, qadın vəfası.

Ay ovçu, ovun ki keçib bərədən,
İçindən ovulma gəl naşı-naşı.
Çətin canlanacaq o pəncərədə
Deyə bilmədiyin sözün yaddaşı.

Gərək ürək dönə daşa, dəmirə,
İndi göynəyirəm kamansız, udsuz.
Necə qısa deyim axı bu ömrə,
Sevgi nəhayətsiz, istək hüdudsuz…

Görüşdük, yetişdim imana, dinə,
Qəlbim şan-şan oldu titrək səsindən.
Şüvərək bir oğlan boylandı sənə
O uzaq illərin pəncərəsindən.

Yaş ötür, sovuşmur başımın çəni,
Taleyin hökmündən qaçmaq olarmı?!
İllər toz bağlayan o pəncərəni,
Dünyaya təzədən açmaq olarmı?!

09.06.2017

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Kərimov – Genişliyin qəfəslənməsi

Genişliyin qəfəslənməsi

Səmanın dərinliklərindən süzülərək yerə enirdim. Buluddan ayrılar-ayrılmaz digər yoldaşlarımla yol boyu yarışmaqdaydım. Hər birimizin istəyi tezliklə yerdə olmaq idi. Yerə enmək, orada olanlara şahid olmaq marağımızı cəzb edirdi. Beləliklə, yerə ulaşdım. Yer ilə təmasım çox rahat oldu, amma orada şahidi olduqlarımın mənə verdiyi təsir isə əksinə.
Endiyim yer adi bir yol idi, orada olan bir çox yoldaşımın yanına enmişdim. Ətrafdan mənim olduğum qrupa yaxınlaşan bir pişik dilini uzadaraq bizim qrupdan bir neçə damcı içdi. Pişiyin sahib olduğu pozitiv enerji onun saflığından xəbər verirdi. Həyatı hiss etmişdim, çox mükəmməl duyğu idi. Mən də gedən yoldaşlarımla birgə pişiyin mədəsinə getmək istəyirdim, lakin bir varlıq buna izin vermədi. Su içərkən pişiyi qovdu və beləcə qrupda bir çox yoldaşımla qalmalı oldum.
–                  Pişt, pişt, rədd ol burdan – ifadələrini dilə gətirərək varlıq qovdu pişiyi.
–                  O kim idi və niyə belə etmişdi? Sakitcə suyunu yudumlayan pişik ona nə zərər yetirirdi axı? – sualları ilə dilaltı pıçıldayaraq öz-özümə danışırdım.
–                  Sən deyəsən təzəsən? – sualının mənə verilməsi ilə özümlə olan söhbətimi saxladım və səs gələn tərəfə çevriləndə – hələ tam qavramamısan buranı – deyə də əlavə etdi qarşımdakı yoldaşım.
–                  Bəli, təzəyəm və mənə anlamsız gəlir – deyə cavabımı verdim.
–                  Sənə nə anlamsız gəlir cavan damla?
–                  Biraz susaraq – o varlıq kim idi? – deyə sual verdim.
–                  Hansı varlıq cavan?
–                  Su içən pişiyi qovanı deyirəm, o nə varlığıdır?
–                  Hə, sən insanı deyirsən – sözləri ilə qarşılıq verdi.
–                  Demək insan deyirlər ona – ara verərək – o nə üçün elə etdi axı?
–                  Cavan damla, insanı anlamaq çətindi.
–                  Nəyə görə?
–                  Səbəbi onların çoxunun özünü anlaya bilməməsidir – gülümsəyərək sualımı cavabladı.
–                  İnsan özünü anlamırmı, bu mənasız səslənmirmi? – maraqla nəzər edərək dilləndim.
–                  Dioloqu izləyən bir digər yoldaşım yaxınlaşaraq – cavan damla insanları bu hala salan egodur – sözləri ilə söhbətimizə daxil oldu.
–                  Araya daxil olana tərəf dönərək – ego nədir bəs?
–                  Hər şeyə sahib olmaqlarını onlara aşılayan xəstəlik duyğusudur cavan.
–                  Biraz düşünərək – amma, mən insanı fərqli müşahidə etdim axı – deyə dilləndim.
–                  Necə müşahidə etdin cavan damla? – hər iki yoldaşım birdən dilləndi.
–                  İnsanı çox geniş gördüm – az ara verərək – bəli, bəli onları çox geniş və yüksək şüura bağlı varlıqlar olaraq müşahidə etdim. Bütün kainata yayılmış halda idilər, hətta özümü o güc enerjisi daxilində belə hiss etdim. Fəqət, bir xüsus da vardı.
–                  O xüsusun nə idi cavan damla?
–                  O genişliyin, o ehtişamın qəfəsdə olmadığı halda özünü orada sandığının şahidi oldum. Bunun səbəbini anlamadım təkcə – sözlərindən sonra cavab almaq ümidi ilə yoldaşlarıma baxdım.
–                  Cavan damla sənə nəsə olubmu?
–                  Yox, mən yaxşıyam. Niyə belə sual verdiniz ki? – təəccüblə onlara baxdım.
–                  Cavan damla insanları bizdə izləyirik, amma sən görəni görmürük. Yuxumu görmüsən sən?
–                  Nə yuxu, özünüz baxın. İnsanları izləyərkən o genişliyi görmürsüzmü?
–                  Xeyr cavan, biz elə bir hal görmürük. Biz insanları kiçik və zəif varlıqlar olaraq müşahidə edirik. Hər şeyin özlərinin olması kimi anlamsız duyğuya sahiblənmiş və haqq kürsüsündə yalnız özlərini görən varlıqlar olaraq müşahidə edirik. Sən bir daha yaxşı nəzər sal cavan.
–                  Baxışımı çevirərək bir daha baxdıqda yenə eyni halı müşahidə edərək – axı mən sizin kimi görmürəm.
–                  Aramızda müzakirə gücləndiyi bir anda qrupda ən qədim olan biri gələrək bizi susdurdu və belə bir kəlmə səsləndirdi – susun və bu cavanı rahat buraxın. Onu ego xəstəliyindən uzaq tutun.
–                  Nə demək istəyirsən ustad?
–                  Anlayın artıq, ayılın bu xülyadan.
–                  Nədən ayılaq?, nəyi anlayaq? – deyə ətrafdan suallar verilməkdə idi.
–                  Ustad az fasilə edərək – genişliyi kiçildən, gücü zəiflədən qəfəs məhz egodur. Əziz damlalar sizin də insanları bu cavan kimi geniş və güclü görməməyinizin tək səbəbi ego xəstəliyinə tutulmağınızdır.
–                  Xəstəlik bizə də tutula bilərmi? – deyə ustada sual verdim.
–                  Bəli cavan damla, ego ölçüsündən asılı olmayaraq bütün şüurlu varlıqlara tutula bilən bir xəstəlikdir. 
 
 

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in növbəti illik toplantısı başa çatıb

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in növbəti illik toplantısı başa çatıb

Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası öz işini 18 iyun tarixində davam etdirib.

İclasda Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar ümummilli şəbəkə koordinatorları kimi” başlıqla təqdimat edib.

Konfransda Moldova Milli Kitabxanasının baş direktoru Elena Pintilei “Sosial dayanıqlığın yaradılması üçün daha güclü peşəkar şəbəkə və sülh”, Fransa Milli Kitabxanasının Beynəlxalq əlaqə şöbəsinin rəhbəri Ophelie Ramonatxo “Robotik mühafizə saytları” təhsil günləri, Milli Seçeni Kitabxanasının baş direktoru David Rozsa “Milli Seçeni Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının Veb Arxiv İnfrastrukturunun Təkmilləşdirilməsi” mövzusunda çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxışı zamanı konfransa ev sahibliyi edən Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edərək apardığı “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim edib. Eyni zamanda direktor Tomas Makovskini oktyabr ayında Bakıda keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində ekspozisiya ilə iştiraka dəvət edib.

Konfransa növbəti il Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.

Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.

Mənbə və daha ətraflı:
https://www.millikitabxana.az/news/azerbaycan-milli-kitabxanasinin-temsil-olundugu-cenl-in-novbeti-illik-toplantisi


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Başlanmış bu çağın mübarək, dağlar!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"