Şeir də bəhanə sənə yazmağa…

Şeir də bəhanə sənə yazmağa
Sətirdən-sətirə keçib azmağa
Eşqin,bir yuxudur xeyirə yozmağa
Bu gün yeni gündür,sabahın xeyir

Mənə bir şeir oxu.

Mənə bir seir oxu,
Sözlər könlümə axsin.
Seriden cələng toxu,
Saçlarıma taxılsın.

Mənə bir seir oxu,
Nə fərqi yazan kimdi,
Sözləri deyən sənsən,
Səs ki sənin səsindi.

Mənə bir seir oxu,
Çiçəklərdən danışan.
Mənə bir şeir oxu,
Könüllərdə alışan.

Mənə bir seir oxu,
Başdan başa esq olsun.
Sənin səsinlə sevgi
Mənim qəlbimə dolsun .

Mənə bir seir oxu,
Fəsillərdən bəhs edən .
Mənə bir şeir oxu,
Yağış kimi rəqs edən.

Mənə bir şeir oxu,
İlk dinləyən mən olum.
Məni şeirinə toxu,
Ömür boyu şən olum.

Mənə bir şeir oxu,
Xatirələr oyansın.
Mənə bir şeir oxu,
Ömrüm nura boyansın.

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir