Aqşin HACIZADƏ – KƏLBƏCƏR

KƏLBƏCƏR

Şükür olsun yaradana, qovuşduq,
Torpağına qurban olum Kəlbəcər!
Düşmən üçün göz dağıdı hər biri,
Hər dağına qurban olum Kəlbəcər!

Həsrətindən yazdıq, bezdik, taa bəsdir,
Bu vüsalın həyat üçün həvəsdir.
İstu suyun mənə isti nəfəsdir,
Bulağna qurban olum Kəlbəcər!

Anam təki çox doğmadır qucağın,
Təzdən yanıb, alışacaq ocağın.
Yetdi sona işğal vaxtın, o çağın,
Bu çağına qurban olum Kəlbəcər!

Bir canım var, bu canımla sən tənsən,
Mən səninəm, istə canı məndən sən.
Hər addımda müqəddəssən, vətənsən,
Sorağına qurban olum Kəlbəcər!

Ruhu şaddı Aşıq Şəmşir babanın,
Həm Əlinin, həm də Məmməd Aslanın.
Əzbər olan Sücayətin, Bəhmanın.
Söz bağına qurban olum Kəlbəcər!

Aqşin deyər, qışda dağı buz geyən,
Yazda-yayda gül-çiçəklə bəzəyən.
Hər qarışda bir cənnətə bənzəyən,
Növrağına qurban olum Kəlbəcər!

Şükür olsun yaradana, qovuşduq,
Torpağına qurban olum Kəlbəcər!
Düşmən üçün göz dağıdı hər biri,
Hər dağına qurban olum Kəlbəcər!

Həsrətindən yazdıq, bezdik, taa bəsdir,
Bu vüsalın həyat üçün həvəsdir.
İstu suyun mənə isti nəfəsdir,
Bulağna qurban olum Kəlbəcər!

Anam təki çox doğmadır qucağın,
Təzdən yanıb, alışacaq ocağın.
Yetdi sona işğal vaxtın, o çağın,
Bu çağına qurban olum Kəlbəcər!

Bir canım var, bu canımla sən tənsən,
Mən səninəm, istə canı məndən sən.
Hər addımda müqəddəssən, vətənsən,
Sorağına qurban olum Kəlbəcər!

Ruhu şaddı Aşıq Şəmşir babanın,
Həm Əlinin, həm də Məmməd Aslanın.
Əzbər olan Sücayətin, Bəhmanın.
Söz bağına qurban olum Kəlbəcər!

Aqşin deyər, qışda dağı buz geyən,
Yazda-yayda gül-çiçəklə bəzəyən.
Hər qarışda bir cənnətə bənzəyən,
Növrağına qurban olum Kəlbəcər!

Müəllif: Aqşin HACIZADƏ

Bərdə rayonu Yeni Daşkənd kəndi.

AQŞİN HACIZADƏNİN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir