Nitsşenin “Əbədi qayıdış” , digər bir deyişlə “Bengi dönüş” ideyası necə meydana gəldi?

Nitsşenin “Əbədi qayıdış” , digər bir deyişlə “Bengi dönüş” ideyası necə meydana gəldi?
1881-ci ilin avqustunda Silvaplana gölünün meşələrində gəzərkən Nitsşe piramida şəkilli qayanın yanında dayanır. Nitsşe həmin anı bu sözlərlə davam etdirir: “Məhz burada bu fikir ağlıma gəldi, qarşısıalınmaz bir qüvvə ilə özünü mənə tətbiq etdi”. Haqqında danışdığı ideya “Əbədi qayıdış”(Bəngü dönüş)dır. O, ən mühüm təlimlərindən biri olan “əbədi qayıdış”dan ilk dəfə “Şen bilim” kitabında istifadə etmişdir:“Yaşadığın və yaşamaqda olduğun bu həyatı təkrar və saysız-hesabsız dəfə yaşamalı olacaqsan. Içərisində yeni heç nə olmayacaq. Həyatınızın hər ağrısı, hər sevinci, hər düşüncəsi və hər nəfəsi, təsvir olunmayacaq qədər kiçik və ya böyük hər şey bir-birinin ardınca və eyni ardıcıllıqla sizə qayıdacaq. Hətta o toranlıq və ağacların arasından süzülən o hörümçək, hətta bu an və mən özüm. Varlığın əbədi qum saatı səninlə dönə-dönə alt-üst olacaq, içindəki toz zərrəsiylə birlikdə…. “
“Hə”yə aparan və sonsuz bir istəklə həyatı təsdiqləyən bu təlimə görə, insan ömründə zərrə qədər peşman olmasa, keçmişdə olmuş və gələcəkdə baş verəcək hər şeyi olduğu kimi qəbul edə bilsə, bütün həyatının belə olacağını bildiyi halda bu həyatı hələ də istəyə bilirsə. eyni şəkildə, yaxşı və pis ilə təkrarlanır, o zaman bu insan öz varlığını tamamilə qəbul edər.

Bu ideyaya ilham qaynağı olan yer:

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir