VAQİF OSMANLI – DÜNYA

DÜNYA

Nə yaman güclüymüş, nəfsin, iştahan,
Bir anmış şipşirin çağların, dünya.
Ömrün hər addımı sınaq, imtahan,
Çoxmuş düyünlərin, bağların, dünya.

Çəkib qurtarmırıq intizarını,
Görmədik şəfqətli sığallarını.
Heç dada bilmədik şirin barını,
Nə tez uralandı tağların, dünya?

Sənin vəsf etməli haran qalıbdı?
Əlac tapılmayan yaran qalıbdı.
Ağlı-qaralıydın, qaran qalıbdı,
Nədən yoxa çıxıb ağların, dünya?

Insanın bəzəyi ürək, göz, əldi,
Ağılsız gözəllik solğun xəzəldi.
Ilahi yaradan dağlar gözəldi,
Sinələr dağlayır dağların, dünya.

Ömür Günəş olar, əbədi yansan,
Sürünən məxluqsan, əyilsən, sınsan.
Ümidi öləndə məhv olur insan,
Günbəgün azalır sağların, dünya.
2016

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir