Чарли Чаплин умер в возрасте 88 лет. Он оставил нам 4 заявления: (1) Ничто не вечно в этом мире, даже наши проблемы. (2) Я люблю гулять под дождем, потому что никто не может видеть мои слезы. (3) Самый потерянный день в жизни – это день, когда мы не смеемся. (4) Шесть лучших врачей в мире …:
Солнце,
Отдых,
Упражнение,
Диета,
Самоуважение
Друзья. Придерживайтесь их на всех этапах своей жизни и наслаждайтесь здоровой жизнью … Если вы увидите луну, вы увидите красоту Бога … Если вы увидите солнце, вы увидите силу Бога … Если вы увидите зеркало, вы увидите лучшее творение Бога. Так что верьте в это. Мы все туристы, Бог – наш турагент, который уже определил наши маршруты, бронирование и направления … доверяй ему и наслаждайся жизнью. Жизнь это просто путешествие! Поэтому, живите сегодня! Завтра может и не быть.
AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ. (ÖZ DİLİMİZİ ÖYRƏNƏK)
İlk baxışdan dilimizdə olan “girov” sözü ərəb və ya fars dilindən keçmə sözlərə bənzəyir.Əslində fars dilində “girovkan” sözü vardır.Mənası “girov edilmiş, girov edilməli şey;2) qul, kölə”. İlkin olaraq “girov” sözünün də fars dilindən keçmə söz kimi qəbui etmək mümkün sayılar.Ancaq bu sözün semantik mənasını araşdırarkən “gprov” sözü bir neçə pilləli Qədim Oğuz dilinə daha yaxın görsənir.Sözün semantikası dilimizdə “borc müqabilində verilən (saxlanılan) şey” kimi mənalanır. Qədim Oğuz dilində “kiritmək” sözü vardır.Yəni “səsini kəsmək, sözünü kilitləmək, ağzını bağlamaq, çənəsini qapatmaq”, bəzən də sadəcə olaraq “kilitlə!” kimi mənalara gəlir.Bu sözdə də türk dillərində aktiv olan (r-l) və (t-d) əvəzlənməsi özünü göstərir.Kirit-kilid. Fars dilində “kilid”- “açar”mənasında, türk dillərində isə sözün əsl mənası olan “bağlı” kimi məna daşıyır.”Açar” sözü kilidin açılması məqamını göstərir.Fars dilində “kilid” sözünün sinonimi “qıfıl” sözü daha işləkdir.Bu sözlərin ikisi də öz növbəsində qədim teofordurlar.Oğuzca “kirit”sözü “Qor-kir”, fars dilində “qıfıl” sözü “Qav-qıf” tanrılarının adlarından törəmə sözlərdirlər.Bu bir daha onu sübut edir ki, ən qədim sözlər tanrıların adından yaranmışdır.Dilimizdə işlənən “ey dili qafil” sözü də, fars dilində “ey qəlbi(ürəyi) bağlanmış(qıfıllanmış) mənasını bildirir. Əgər biz “girov” sözünün semantik cəhətdən “saxlamaq, dayandırmaq, durdurmaq” kimi mənalarını nəzərə alsaq, bu sözün kökünün türk dilində olan “kirit-kilid” sözündən yaranmasını görərik.Həqiqətən də birindən pul və ya digər şey borc götürülərkən hər hansı bir şeyin fəaliyyəti saxlanılaraq (dayandırılaraq) girov kimi əvəzinə pulun və ya digər şeyin əvəzinə qoyulur. Araşdırmadan aydın olur ki, “girov” sözünün kökü qədim sözümüz olan “kir-gir” sözündəndir. Fars dilində ”Girov” sözünün 2-ci mənası olan “qul, kölə” sözləri bizim qədim nağıllarımızda opfoepik qaydada işlənən doğma “qaravaş” sözüdür.Girov-Qarav.Yəni “girov alınmış” sözündəndir. Dilimizdə “Girəvə düşən kimi” sözü, “sərbəstlik, azadlıq olan kimi” mənasına gəlir.Yəni “girovluqdan çıxan kimi”… Qədim Oğuzların “Cilov” sözü də “girov” sözündən törəmiş kimi görsənir.Fonetik hadisə: g-c;r-l.Girov-cilov.”Cilov” sözünün mənası atın ağzına keçirilən və onu saxlamaq üçün dəmirdən olan bir nəsnədir.Çapar yüyəni çəkib, gilovla atını dayandırır.”Yüyən” sözü “yürüyən” sözü olub, yəni cilovu boş saxlamaqla atını yürüdür, cilovla isə onu dayandırır.Frazeloji ifadələrimizdə hər iki söz məcazi mənada işlənməkdədir.”Filankəsin yüyənini buraxmaq, yüyəni boş saxlamaq, cilovunu bərk çəkmək, cilovda saxlamaq” və s. kimi işlənilir.”Cilovsuz at yiyəsini tanımaz” kimi atalar sözümüz də var. Fars dilində “cilov” sözü “əfsar” kimi deyilir.Bəzi hallarda dilimizdə “ovsar” kimi də işlənmişdir.Fars dilində “Başa keçirilən” kimi anlaşılır. P.S.Həqiqətən də qonşu xalqların dillərində olan sözlər biri digərinin dilinə qarşılıqlı şəkildə keçə bilir.Lakin sözün kimə mənsub olmasını bilmək əsas şərtdir.Əksərən belə hallar mübahisəli hesab olunur.Lakin hər bir mübahisənin elmi sübutu vardır.Paralel müqayisəli təhlil dilçilik elminin nəzəri cəhətdən əsasıdır.Buna yiyələnmədən dilçilik elmindən danışmağa dəyməz.Çünki, “söz-leksika” qrammatikadan erkən yaranmışdır…
Ad günü də deyən var, doğum günü də… … Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəlişim” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz… Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm. … Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə daha önəmli bir anlam dayanır: “kredo”. … Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var. … Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik… illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm. … Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq… Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi. … Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ də tam tərk etməyib. İnanıram. İnanıram ki, insan ruhu insan cisminə qalib gələcək. …Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrı və sevincləri dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir. … Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq. …Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir. … Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir. … Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm. …Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum. Hörmətlə, Sizin Firuz Mustafa 18.02.2024.
“ƏDƏBİ OVQAT”, “YAZARLAR” , “XƏZAN” jurnallarının yaradıcı heyəti və çoxsaylı oxucuları adından Azərbaycan ədəbiyyatının, mədəniyyətinin sütunlarından biri, müasirimiz olan klassik, elm adamı (fədaisi) Firuz MUSTAFAnı doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun! Uğurlarınız bol olsun!!!
Əziz oxucum, artıq 30 kitabdan ibarət külliyatın hər cildindən ilk nümunələr hazırdır (2019).
Bəs bu cildlər öz “ünvanına”, yəni oxuculara çata biləcəkmi? Bəs bu kitabların çap xərci (hələ digər xərcləri demirəm) öz borcunu ödəyəcəkmi?
Əlbəttə, bir çox ölkələrdə yaradıcı adamların bu sahə üzrə (yəni kitab satışı, maliyyə, reklam, nəşr, menecer, tərcümə və s.) köməkçiləri olur. Təbii ki, mənim bu cür köməkçi və “əlavə vasitələrim” yoxdur. Ona görə də imkanlarımı nəzərə alaraq belə qərara gəlmişəm ki, hələlik “siqnal” nüsxələri işıq üzü görən kitablar gələcəkdə istehlaka, tələbata uyğun olaraq nəşr edilsin. Yəni cildlər əvvəldən verilən sifarişin müqabilində çap olunacaq. Rəsmi sifarişə və sənədli müqaviləyə ehtiyac yoxdur. Mənim üçün oxucularımın sözü daha etibarlı və önəmlidir. Mənim üçün SÖZ hər şeydir. İndi isə janrlar üzrə qruplaşdırılıb nəşr olunmuş cildləri sıra qaydası ilə təqdim edirəm:
CİLDLƏR
1-ci cild: Pyeslər 2-ci cild: Pyeslər 3-cü cild: Pyeslər 4-cü cild: Pyeslər 5-ci cild: Pyeslər 6-cı cild: Pyeslər 7-ci cild: Pyeslər 8-ci cild: Pyeslər 9-cu cild: Hekayələr 10-cu cild: Hekayələr 11-ci cild: Romanlar 12-ci cild: Povestlər 13-cü cild: Detektiv 14-cü cild: Detektiv 15-ci cild: Poeziya 16-cı cild: Fəlsəfə 17-ci cild: Fəlsəfə 18-ci cild: Deyimlər 19-cu cild: Gündəm 20-ci cild: Ədəbiyyatşünaslıq 21-ci cild: İncəsənət 22-ci cild: Müsahibələr 23-cü cild: Dialoqlar 24-cü cild: Publisistika 25-ci cild: Publisistika 26-cı cild: Təhsil.Etüdlər 27-ci cild: Tərcümələr 28-ci cild: Yaddaş 29-cu cild: Firuz Mustafa haqqında 30-cu cild: Firuz Mustafa haqqında
Buyurun, SÖZ sizindir.
Hörmətlə, Firuz Mustafa Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cəfər Cabbarlı mükafatı laureatı Humay mükafatı laureatı fəlsəfə elmləri wdoktoru
Texnologiya günümüzün ayrılmaz hissəsidir. Dövrün tələbinə çevrilən müasir rəqəmsal texnologiya sabit qalmır, daim yenilənir və inkişaf edir. Hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq təəccüb doğurmur. Bu proses həm də yaşayışımızı asanlaşdırır, avtomatlaşdırır və müşkül işlər öz həllini qısa zaman kəsiyində tapır.
Rəqəmsal texnologiyanın inkişafını dəyərləndirən ölkələr bu yeniliyi ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Ordusunun rabitə sistemlərinin imkanlarının inkişafı məqsədilə görülən işlər diqqəti cəlb edir.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumuzun silahlanmasına, bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, Azərbaycan Ordusunun arsenalında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.
Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələrindən istifadə olunur. Azərbaycan Ordusunun idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Ordunun silahlanmasında yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.
Ümumiyyətlə, lokal və qlobal münaqişələrin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə REM vasitələri həlledici faktora çevrilmişdir. Birmənalı şəkildə, daha mükəmməl REM-ə malik olan ordu yüksək müvəffəqiyyətlərə nail olur. Texnikaların modernizasiyası həlledici rola malik REM-in inkişafını və təkmilləşdirilməsini istisna etmir. Çünki radiodalğa böyük məlumat massivlərinin uzaq məsafələrə yüksək sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir.
Silahlı qüvvələr etibarlı rabitə sistemləri ilə təmin olunmursa, həmin ordunun məğlubiyyətə düçar olması qaçılmazdır. Sülh və savaş dönəmində, aralıqsız şəkildə potensial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbə qazanmasında REM vasitələrinin əhəmiyyəti danılmazdır. Xatırladım ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan 2020-ci ilin noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında bir sıra maraqlı açıqlamalarla çıxış etmişdi. O, Azərbaycanın pilotsuz uçuş aparatlarına (PUA), xüsusilə də Ermənistan ordusunun hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olmasını təəssüf hissi ilə dilə gətirmişdi. General bildirmişdi ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” REM kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramadı. “Bayraktar TB2”lər əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. Əlbəttə, bu cinayətkar Ermənistanın məğlubiyyəti, Azərbaycan Ordusunun qələbəsi idi.
Heç təsadüfi deyil ki, dünya dövlətləri öz ordularının REM sistemlərinin etibarlı quraşdırılmasına olduqca önəm verirlər. Etibarlı rabitə sistemi dedikdə, radiodalğaların kəsintisiz və ya güclü olması qədər düşmən tərəfindən dinlənə bilməməsi də nəzərdə tutulur. Məhz bu sahədə meydana çıxan boşluqlar məğlubiyyətin görünməz “iz”ləri, səssiz “əcəl zəngləri”dir.
Ermənistanın radioelektron mübarizə sistemlərini dərindən təhlil edən Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi və dinlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qaçırmamışdı. Azərbaycan Ordusunun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri, təbii ki, qardaş Türkiyənin təmsilçisi olan ASELSAN şirkəti tutur.
Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligence) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğalarının axışını hədəf alan kommunikasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qazandırmışdı. Müharibənin gedişində ASELSAN-ın COMINT sistemləri vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.
Ümumiyyətlə, ASELSAN hərbi sahədə istifadə oluna biləcək müxtəlif spektrli, o cümlədən KORAL Mobil Radioelektron Mübarizə Sisteminin istehsalını həyata keçirir. KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı, hədəf radarları qarışdırıb aldadaraq, onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi düşmənin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar. Məsələn, 2016-cı ilin sentyabr ayında nazirliyin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən ADEX sərgisində nümayiş etdirdiyi GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansiyalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminallarının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraşdılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatlarının fəaliyyətini əngəlləmək üçün vacibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.
Bir sözlə, Azərbaycan Ordusu REM sahəsində yeniliklər tətbiq edir. Bu da ordumuzun döyüş qabiliyyətini və təhlükəısizliyinin artırılmasında əvəzsiz rol oynayır.
Bu yazı Media Agentliyinin “Ən yaxşı jurnalist araşdırması” nominasiyasının qalibi olub.
(Esse) Təxminən on beş il bundan əvvələ aiddir bu xatirəm. Söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar idi. O vaxtlar demək olar ki, bütün yayı kənddə keçirdirdim. Kəndin ki, bir tərəfi Qarayazı meşəsi, bir tərəfi günəş rəngində təpələr ola, Kür çayı da ki, qolunu kəndin boynuna dolaya, sən də ki, nənənin sevimli nəvəsi olasan. O kəndə getməmək günah olardı. Bir gün xalam dedi ki, sabah qohumlarımızdan biri oğluna toy edir, hazırlaş səni də toya aparacam. Əvvəl getmək istəmədim, nənəmlə qalmaq istədim. Nənəmin öz uşaqlıq illərindən, keçmişdən danışdıqları toylardan maraqlı idi. Həm də bizim kəndin mağar toyları günorta saat ikidə başlayar axşam saat beşə, altıya kimi davam edərdi. Axşam bər-bəzəkli şax qaldırardılar və saat doqquzdan gecə saat on ikiyə, birə kimi mağar davam edirdi. Mağarda da dava düşərdi, mahnı sifariş verməyin, ana- bacıya baxmağın və s. üstündə. Ərləri toyda Novruz bayramında yumurta döyüşdürən uşaqlar kimi bir birilə “rumka döyüşdürən” arvadların gözləri dörd olardı mağarda ki, görəsən ərim kimlə dalaşacaq kimi şil küt edəcək. İş ondadır ki, bu ərlər toyda heç kəsi döyməsələr də evə gedəndə arvadlarını döyürdülər. Adam bilmirdi, bunların toyda dava salmağına sevinsin ya üzülsün. Toyun səhəri mağar təəssüratları avtobuslarda, yollarda, mağazaların önündə davam edirdi. Hələ arvadların sərçə balası kimi cikkildəşmələri olmaya da, “az gördün filankəsin qızı şalvar geyinmişdi, az hə hələ sən keçən il instuta girif Bakıya gedən tayını görmədin, əməllijə şəhər dili danışer, elə bil buralı döylü, az hələ o yaxşıdı o Bakıdan gələn qız var e filankəsin qohumu gədələrlə elə baxışerdıkı, gəlini də yaxşı bəzəməmişdilər, kamplekti ucuzuydu, bəyin əti tökülsün qıza tort yidirtdi ” Bax elə bu abu havaya görə özümü heç vaxt o mühitə aid hiss etməmişəm. O kəndin toylarını sevməmişəm. Nə isə, xalamın israrından sonra o toya getdim. səhər saat on iki olardı bəyin atası evinə getdik. Hərə bir tərəfdən süfrəni hazırlayırdı. Manqaldakı kababların qoxusu Gəmiqaya tərəfdən gələn həzin mehə qarışıb gül-çiçək ətri kimi ətrafa yayılmışdı. Qadınların səsi- küyü toy evini götürmüşdü. Kim kimi görsə iş dalınca buyururdu ki, iş tez getsin. Qadınlardan biri cavan oğlanlardan birini çardaqdan qazan çıxarmaq üçün buyurmuşdu. Oğlan nərdivanı divara söykəyib yuxarı çıxmağa başladı. Döşəmə torpaq olduğu üçün kələ kötür idi. Nərdivan tərpənəndə mən cəld nərdivandan tutdum və “yıxıldı” deyə qışqırdım, sonra oğlan müvazinətini saxladı və işinə davam etdi, o, düşənə kimi nərdivanı buraxmadım. oğlan heç nə demədi heç səsini də çıxarmadı. Sadəcə minnət dolu baxışlarla üzümə baxıb gülümsədi. Sonradan bildim ki, bu oğlan nitq qüsurlu imiş. Artıq mağardaydıq. Hərə öz yerini tutmuşdu. Toy, çal-çağır axşamçağı yenidən başlamışdı. Hamı oynayır, hərə öz mahnısını sifariş edir, qohumunlarını oynamağa dəvət eləyir, başından şabaş tökürdü. Mən sakitcə oturub müşahidə edirdim. Qohumlarımız oynamağa çağırdı. Arvadlı- kişili, uşaqlı- böyüklü hamı oynamağa çağırdı oynamadım. Xalam da neçə dəfə çağırdı. Yanımda oturanda da böyrümdən dümsüklədi yenə oynamadım. Bir də gördüm günorta nərdivanla çardağa çıxan oğlan gətirib mənə bir qalaq pul uzatdı. Mən götürmək istəməyəndə anası işarə etdi ki, götür. Oğlu gedəndən sonra qulağıma pıçıltı ilə dedi ki,” a qızım mənim oğlum danışa bilmir, uşaqlar qırağa çəkib döyüb əlindən almaqdansa sən götür o pulları”. Dedim, ” xala mən istəmirəm, gəl, otur yanımda, sənə verəcəm pulları. ” Oğlan hər dəfə pulu gətirirdi, mən də o gedən kimi pulu anasının ovcuna basırdım. Bir də gəldi ki, sənə verdiyim pulları göstər ( onun işarələrinin mənasını anası deyirdi mənə) mən də xalamın günorta mənə verdiyi bir şirvan pulu şalvarımın arxa cibindən çıxarıb göstərdim. Oğlan inandı. Yenə getdi şabaş yığmağa, yenə gətirib hamısını mənə verdi. Mağarın axırlarına yaxın gördüm beş -altı gənc həmin bu oğlanı kənara çəkib mübahisə edirlər. gənclərin dediklərindən eşitdim ki( hamı qulaqlarımdan şikayət edir ki darı dəlir) ” duxun çatır oynamağa çağır, görək səni sayib oynayacaq.” Öz aralarında mərc gəldilər. Bir neçə dəqiqə sonra həmin o nitq qüsurlu oğlan mənə yaxınlaşdı. Oynamağa çağırdı. Mən də dəvəti tezcə qəbul edib oynadım. O an onun gözlərindəki xoşbəxtlik qığılcımları, yerə- göyə sıxmayan sevinci məni sevindirdi və qürurlandırdı. Ərtafdakı mərci uduzmuş gənclərin məyus və qəzəbli baxışları isə hələ də xatirimdədi. İstədim ki, Allahın bu gözəl bəndəsinin kişi qüruruna toxunmaq istəyən gəncləri həmin oğlanın qələbəsi ilə cəzalandırım. Xoşbəxtəm ki, indiyə kimi heç kəsin qüruruna toxunmamışam, heç kəsin duyğularına qarşı sayğısızlıq etməmişəm vicdanım rahatdı… Siz təsəvvür belə edə bilməzsiniz ki, toyun səhəri kənddə nə nağıllar, nə əfsanələr danışılmadı. El ozanlarının eşq dastanları kənd arvadlarının dastanlarına çata bilməz….Bu arada xalam da çox əsəbləşmişdi ki, mən çağırdım gəlmədi, o lal uşaq çağıranda oynadı, indi camaat ağzına gələni danışacaq. Gecə evə gəldim, bu olanları əziz nənəmə danışdım. Dedi düz etmisən. Qəlbimin dərinliyində bilirdim ki, düz etmişəm. Amma nənəmin dəstəyi və anlayışını ondan başqa heç kəsdə görmədim. Məkanın cənnət olsun. Ruhun qarşısında baş əyirəm, Şafanam… Hər dəfə o oğlan yadıma düşəndə xoşbəxt olmağı üçün dua edirdim. Bu yaxınlarda eşitdim ki, bir nitq qüsurlu qızla ailə qurub. sağ- salamat , nitq qüsuru olmayan ekiz uşaqları var, bir qız , bir oğlan. Sevincdən gözlərim doldu. Ürəyimdə sadəcə “şükürlər olsun, Tanrım ” dedim…