10 NOYABR – MUSTAFA KAMAL ATATÜRKÜN ANIM GÜNÜ VƏ ATATÜRK HƏFTƏSİDİR!
Atatürk 10 noyabr – 1938-ci ildə saat 09.05- də dünyadan
köçmüşdür. Həmin gün müasir Türkiyənin yaradıcısı və ilk
Prezidenti Mustafa Kamal Atatürkün xatirəsini
əbədiləşdirən milli matəm günü kimi hər il qeyd olunur.
Atatürk həftəsi isə, böyük öndərin yurd daxilində
anıldığı, qanun və inqilablarına aydınlıq gətirildiyi,
danışıqlarının dövrü mətbuatda işıqlandırıldığı, nitqlərinin
radio və televiziyada öz səsi ilə səsləndirildiyi, onun
haqqında filmlərin nümayiş etdirildiyi, noyabrın 10-dan 16-
dək davam etdiyi həftədir.
10 noyabrda saat 09.05-də Türkiyə ərazisində Atatürkün
xatirəsi fit səsləri ilə 2 dəqiqə sükutla anılır.
MUSTAFA KAMAL VƏ AYDAN
(“ATATÜRK” PYESİNDƏN)
Atatürk xəritənin önünə
keçir. Çöldə səs-küy eşidib diqqət kəsilir.
MÜHAFİZƏÇİ. Ay bacım, ay anam, olmaz. Baş komandan məşğuldur. Həm də axşam düşüb. Bu vaxtı paşa həzrətlərini niyə narahat edirsən? Get, sabah gələrsən.
AYDAN. Sizdən artıq dərəcədə xahiş edirəm. İcazə verin, paşa ilə görüşüb söhbət edim. O, mərhəmətli insandır, sizə acıqlanmaz.
MÜHAFİZƏÇİ. Sözünü komandirlərdən birinə de.
AYDAN (yalvarıcı tərzdə). Axı mən Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk qapıya yaxınlaşır. Büründüyüçarşabından
Aydanın yalnız gözləri görünür. Mühafizəçi onun
qarşısını kəsib içəri keçməyə qoymur.
ATATÜRK. Qoy gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayanır və
Aydana işarə edir ki, gedə bilər. Atatürk yer
göstərir. Aydan əyləşir vəçarşabını sərbəst
buraxıb üzündən götürür.
(qızın solğun üzünə baxaraq acıyır vəöz-özünə). Xalq əziyyət çəkir, millətin dinjliyi, günü-güzaranı yoxdur (qıza). Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın ki, düşmən əlinə keçəsən?
AYDAN (cəsarətlə). Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
ATATÜRK.Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
AYDAN. Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
ATATÜRK. Sən haqlısan, xanım əfəndi. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salıb. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qızım, gecə vaxtı buraya bunları söyləməyəmi gəldin?
AYDAN (ağlamsınaraq). Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Küthya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin, döyüşlərdə ölən oğulların qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
ATATÜRK.Qızım, adın nə oldu?
AYDAN.Aydandır adım.
ATATÜRK.Neçə yaşın var?
AYDAN.On altı.
ATATÜRK.Aydan, heç əlinə silah almısan?
AYDAN (bu sualı gözləmədiyindən duruxur, sonra özünüələ alaraq çarşabını göstərir). Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm.
Atatürk gülür.
(yalvararaq). Paşam, siz allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
ATATÜRK (qızı dilə tutur). Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Elə bilirsən bu gecə gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Ananı şad edərsən. Əsgərlər səni ötürərlər.
Aydan ağlamağa başlayır.
ATATÜRK (irəli yeriyib onu sakitləşdirməyəçalışır). Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi EMİN BƏHMƏN oğlu SÜLEYMANOVUN Şəhidlik zirvəsinə ucalmasından 2 il ötür. (21 iyul 1977; Xubyarlı, İmişli rayonu — 9 noyabr 2020; Laçın rayonu Əziz xatirəsini hörmətlə yad edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi…
Şəhid mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanzadə ilə müsahibə.
Hər uşaq üçün atası onun böyüyü, güvənc, məsləhət yeri, yol göstərən, qaranlıqlardan işığa çıxaran mayakı, onun başının üstündə daim cövl edib onu qoruyan qaraçuxasıdır. Bəzən elə uşaqlar olur, onların taleləri, qismətləri elə gətirir ki, atalarını görə bilmirlər və yaxud da ataları onlara atalıq qayğısı göstərmir, pislik edir, onları işlədir, onlara əziyyət verməkdən, elə bil ki, zövq alır. Bu həyatda hər şey olur. Tale, qismət bir insanda bir ayrı cür, digərində isə tamam başqa cür olur. Dünyaya gələn hər uşağın atası olur. Amma hər uşağın atası ona səmimi dost, qayğıkeş ata, el-obası üçün vətənpərvər, igid, qəhrəman, arzusu, amalı üçün şəhid olmur. Adətən, hər bir uşağın atası ailənin başçısı kimi ailəsini qoruyur. Amma elə uşaqlar da var ki, onların ataları təkcə ailəsini deyil, həm də Vətənini qoruyur. İkincilərin işləri çox məsuliyyətli, ağır olur. Belələri lazım gələndə ailələrindən Vətən üçün əl çəkə biləcək qədər qəhrəman, cəsur, təmkinli, dözümlü olurlar. Biz də ikincilərdən olan ataları işıqlandırmağa çalışırıq ki, ana Vətənimiz Azərbaycan, onun böyütdüyü və böyüdəcəyi saysız-hesabsız igidlər belə atalardan örnək götürsünlər, belə ataların izi ilə getsinlər ki, belə ataların cığırları, izləri əbədiyaşar olsun. Bu dəfəki müsahibim Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəman zabitlərindən biri, 25 il yorulmaq nədir, çətinlik nədir bilmədən sevə-sevə Vətəninə xidmət etmiş, 44 günlük müharibədə qəhrəmanlıq göstərərək müharibənin 44-cü günü Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emin Bəhmən oğlu Süleymanovun oğlu, atası kimi igid qardaşım Bəhmən Süleymanzadədir. Gəlin birlikdə Şəhidimiz haqqında onun nəslinin, soyunun mübariz davamçısı olan yadigarının dilindən eşidək.
Sual: Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz. Cavab: Salam. Mən, Süleymanzadə Bəhmən Emin oğlu 6 mart 2007-ci ildə İmişlidə anadan olmuşam. 2013-cü ildə Balakən şəhər Nizami adına 1 saylı məktəbin 1-ci sinifinə daxil olmuşam. Sonra isə atamın xidmət yeri dəyişdirildiyindən müxtəlif illərdə Mingəçevir, Göygöl, Gəncə şəhərində təhsilimi davam etdirmişəm. Hal-hazırda Bakı şəhər 189-190 saylı məktəbin 9-cu sinfində təhsil alıram. Sual: Atanız, şəhidimiz Emin Süleymanovla ata-oğul kimi aranızda münasibətiniz necə idi? Sizin nəzərinizdə o, ümumiyyətlə, necə bir xarakterə malik insan, eyni zamanda bir ata idi? Cavab: Mən bir oğul kimi deyil, başqalarının gözü ilə atamı xarakterizə etmək istərdim. Atam həddən çox qayğıkeş, mehriban, səmimi, sadə, qadına, uşağa, qocaya, özündən böyüyə diqqətlə yanaşan, yalan sevməyən, həmişə haqqın-ədalətin tərəfində olan, Vətənini çox sevən bir insan idi. O lap mənim körpəliyimdən, yadımda qalandan məni özünə dost, həmdəm kimi qəbul edirdi. Ancaq tərbiyə, təlim, təhsil məsələlərində ata-oğul münasibətində idik. Atamın bizimlə əylənmək, gəzintiyə çıxmaq, əlavə vaxt keçirmək üçün çox az zamanı olurdu. Amma onu deyə bilərəm ki, peşəsinin ağır, məsuliyyətli olmasına baxmayaraq diqqəti bizdə, yəni bacım Emiliya ilə məndə olardı, həmişə dərslərimizə necə hazırlaşdığımızı soruşub maraqlanardı. Deyərdi ki, dərslərinizi yaxşı oxuyun və sevdiyiniz peşəyə yiyələnin. Çox vaxt bizə bədii ədəbiyyat oxumağı da məsləhət görərdi. Özünü bizə nümunə çəkib məktəbin nəzdində olan kitabxanaya üzv olduğunu və kitablar seçib oxuduğunu, çoxlu mütaliə etdiyini deyərdi. Bizə deyərdi ki, siz də bundan yararlanın. Adətən, iş yerindən, yəni hərbi hissədən çox yorğun gəlməsinə baxmayaraq imkanı çatdığı qədər bizə vaxt ayırar, əsasən də hara getsəydi, ən çox da məni özüylə aparardı. Cüdo idman növü ilə məşğul olmağım üçün atam məni məşqçi yanına qoymuşdu. Deyərdi ki, idman sağlamlıqdır, biz də Vətənə sağlam orqanizmlə daha çox xidmət göstərə bilərik. Hərdən vaxt edib məni cüdo yarışlarına aparardı. Son yarışmada mən 1-ci yer tutduğuma görə onun sevincinin həddi-hüdudu yox idi. Mənə bir neçə idman hərəkətləri etdirirdi ki, həmişə özümü müdafiə edə bilim. Onun 43 yaşı olmasına baxmayaraq idmana böyük marağı var idi. Məni öz peşəsi kimi poqonlu bir peşədə görmək istəyirdi. Mən də onun arzusunu yerinə yetirmək üçün 1-ci ixtisas qrupu üzrə hazırlaşıram, qismət olarsa, arzum Aviasiya Akademiyasına qəbul olmaqdır. Kompüter mühəndisi peşəsinə də yiyələnmək istəyirəm. Əslində, hərbi pilot olmaq istərdim, amma bunu anam istəmir. Onu tam mənada başa düşürəm. Çünki atamın bu peşədə şəhidlik zirvəsinə ucalması hamımız üçün nə qədər qürurlu oldusa da, anamı sarsıtdı. Sual: Atanız sizinlə, bacınızla və ümumiyyətlə, uşaqlarla necə davranırdı, onlara necə münasibət bəsləyirdi? Cavab: Qeyd etdiyim kimi atam mənə, bacıma, ümumiyyətlə, hər bir uşağa qarşı çox həssas, diqqətli bir insan idi. Mənim adi bir xırda nöqsanım olardısa, onda, dərhal mənə iradını bildirər, nöqsanı aradan qaldırmağım üçün düzgün istiqamət, gələcəkdə bu nöqsanı təkrarlamamaq üçün isə məsləhət verərdi. Bacıma da diqqətlə yanaşar, aramızda ayrı-seçkiliyə yol verməzdi. Eyni zamanda o, çox səliqəli, planlı, məsuliyyətli insan idi. Bizdən də belə olmağı tələb edirdi. Murov silsiləsində “N” saylı hərbi hissədə xidmət etdiyi zaman vaxtı olanda bizimlə qartopu oynayardı. Məlum olduğu kimi qış aylarında Murov dağ silsiləsindən qar əskik olmazdı. Atam dağları çox sevirdi. İsti havadan çox da xoşu gəlməzdi. Yayda məzuniyyət vaxtlarında atam bizi Göygölə, Maralgölə gəzməyə aparardı. Demək olar ki, atam heç bir vaxt diqqətə, qayğıya, məsləhətə, ümumiyyətlə, hər hansı köməyə ehtiyacı olan uşaqlara, yeniyetmələrə imkanı dairəsində lazım olan köməyini əsirgəməzdi. Mən onu belə görmüşdüm və belə də xatırlayıram. Sual: Atanızın danışdıqlarından onun öz peşəsinə, iş yoldaşlarına, tabeçiliyindəkilərə münasibəti ilə əlaqədar xatirələrinizi bölüşməyinizi xahiş edirəm. Cavab: Atam peşəsini çox sevər, iş yoldaşları ilə mehriban, səmimi münasibətdə olardı. O, tabeçiliyində olan əsgərlərinə münasibəti haqqında danışardı. Deyərdi ki, mən əsgərlərimə qarşı nə qədər tələbkarlıq edirəmsə, bir o qədər də onlara valideynlik qayğısı, münasibəti ilə yanaşıram. Özünün kursantlıq dövrlərindən danışarkən isə deyərdi: “Bir problemim yarandığı zaman heç vaxt atamı, anamı narahat etməmişəm. Hətta Cəmşid Naxçıvanski adına liseydə oxuyanda da böyük qardaşım, anam, atam yanıma gələndə onların əziyyət çəkməsinə qıymazdım, narahat olardım. İstirahət günlərində rəhbərlikdən icazə alıb mən özüm rayona gedərdim onları görməyə.” Atamın dediklərindən belə xatirələr çoxdur. Onu da deyim ki, atam çox söz danışan da deyildi. Atam peşə sirri ilə əlaqədar isə evdə, başqa yerlərdə, ümumiyyətlə, bir kəlmə də danışmazdı.
Sual: Atanız, şəhid Emin Süleymanovun 2016-cı ilin aprel ayında baş vermiş və tarixə “Aprel döyüşləri” kimi daxil olmuş döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar barədə nə vaxt, kimdən xəbər tutdunuz və bir oğul kimi hansı hisslər keçirdiniz? Cavab: Onu deyə bilərəm ki, atam heç vaxt nə Aprel döyüşlərində, nə də 2-ci Qarabağ, yəni Vətən müharibəsində bizə heç bildirmədi ki, müharibəyə gedir. Bizə müharibə başladığını və ya hər hansı bir nigarançılığın olduğunu hiss etdirmədi. İndi anlayıram ki, atam özünə çox güvənli, cəsur, peşəkar zabit olub. Özü əsgərlərini necə qoruduğundan danışırdı. Həmin ərəfələrdə biz hətta bilmirdik ki, atam döyüşdədir. Onun döyüşdə olması barədə anam qonşularımızdan xəbər tutdu. Nənəm də bizimlə qalırdı, belə hallarda anam bu barədə nə nənəmə, nə də bizə bildirməzdi. Aprel döyüşləri zamanı biz yenə Murovda idik. Atam orada yerləşən “N” saylı hərbi hissədən Aprel döyüşlərinə qatılmışdı. Olduğumuz yerə Tərtər, Goranboy istiqamətində atılan topların səsi asanlıqla gəlirdi. Vəziyyətdən anam çox narahat idi. Atəş səsləri Kəlbəcər tərəfdən gələndə isə anam tez getdi qonşuya ki, bilmirsiniz, bu səs nədir?. Çünki atam bizə Kəlbəcər tərəfə döyüşə deyil, təlimə getdiyini demişdi. Amma həmin qonşu digər qonşunun da oğlunun döyüşdə olmasını görübmüş. Bildirmişdilər ki, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüşlər gedir. Onsuz da anam və nənəm televiziyadan bir an olsun ayrılmırdı. Döyüşə getdiyi halda anam və nənəm narahat olmasın deyə atam onlara təlimə gedirmiş kimi deyibmiş. Buna baxmayaraq artıq biz hamımız onun döyüşdə olmasını bildiyimiz üçün tezliklə döyüşün qələbə ilə bitməsini, atamın sağ-salamat qayıtmasını böyük narahatlıqla gözləyirdik. O, çox solğun, yorğun halda, toz torpaq içərisində qəfil evə daxil olanda sevincimizin həddi-hüdudu yox idi. Hələ onda lap uşaq olmağıma baxmayaraq hər dəfə atamın evə gəlişində olduğu kimi mən daha çox sevinirdim. O vaxtlar kiçik olduğumdan müharibəni indiki kimi dərk edə bilmirdim. Vətən müharibəsindən sonra döyüş yoldaşlarının deməsindən atamın necə məsuliyyətli, cəsur, tabeçiliyində olan əsgərlərinə atalıq qayğısı ilə yanaşan bir komandir olduğunu bir daha bilmiş oldum. Atam Aprel döyüşlərində göstərdiyi şücaətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Fəxri Fərmanla təltif olunmuşdu. Atamın hər dəfə evə gəlişi bizim üçün toy-bayram idi. Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi. Mən Azərbaycan Ordusuna şərəfi, qeyrəti, namusu, vicdanı, məsuliyyəti ilə xidmət edən zabitin oğlu olduğum üçün atamla qürur duyur, onunla fəxr edirəm. Onun Şəhadətə yüksəldiyini bildiyimiz halda bu gün hələ də atamın yolunu gözləyirik. O, sağlığında hər il bizə ad günləri keçirərdi, özü də aldığı hədiyyələri sürpriz etməyi çox xoşlayardı. Sual: Onunla sonuncu dəfə aranızda olan görüşünüzü xatırlayırsınızmı, əgər yaddaşınızdadırsa, sonuncu görüşünüzlə əlaqədar xatirələrinizi bizimlə bölüşməyiniz yerinə düşərdi. Atanızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığından, şəhid olmazdan əvvəl sizinlə hər hansı formada isə əlaqə saxlayıb-saxlamadığı barədə nələri deyə bilərsiniz? Cavab: Hamı kimi bizim üçün də 2020-ci il çox narahat il oldu. Başladığı gündən pandemiya, dərslərin bağlanıb onlayn sistemə keçməsi, iyul ayında general Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə birlikdə hərbçilərimizin şəhid olması atama çox təsir etmişdi. Atamda yağı düşmənə hədsiz nifrət var idi. Həmin ilin yay aylarında atam çox pis xəstələndi. Sağalmasına baxmayaraq sanki yorğunluq var idi canında. Baxmayaraq ki, sonda, xalqımıza qələbə sevinci yaşatdı, bununla belə 2020-ci il çox ağır il oldu. Anam hətta atama çox israrla söyləyirdi ki, məzuniyyət götürsün, bir az istirahət etsin, müalicə olunsun. Amma bunun mümkün olmadığını bizə, ola bilsin ki, demirdi. Atamın daxilində müharibə həyəcanı var idi. Atam həmişəki kimi bu haqda elə də danışmırdı. Hərdən tərxis olmuş zabit yoldaşına zarafatyana müharibənin başlayacağını da deyirdi. Amma biz bunu ciddi qəbul etmirdik. Çünki narahat olmayaq deyə bu barədə bizə ciddi olaraq heç nə demirdi. Axırıncı dəfə atam tələm-tələsik gəldi evə ki, mən getməliyəm, məni gözləyirlər. Anam yenicə bişirdiyi yeməkdən süfrə hazırlamışdı. Buna baxmayaraq atam hazır yeməkdən belə yemədən evdən çıxdı, “Uşaqlar məni gözləyir, tələsirəm” dedi. Biz buna vərdiş eləmişdik, çünki çox vaxt belə olurdu. Mən də həmçinin həmişəki kimi atamın qayıdacağı vaxtı gözləyirdim. Gəncə şəhərinə mənfur düşmənlərimiz tərəfindən raketlər atılan zaman atam çox narahat oldu, çünki onda biz Gəncədə yaşayırdıq. Özü yanımızda ola bilməyəcəyindən bizi Bakıya göndərdi. Hər gün, demək olar ki, telefonla danışırdıq. Hər dəfə də yenə həmişəki kimi dərslərimizdən və özümüzdən muğayat olmağı deyirdi. Ən ağır döyüş bölgələrində vuruşduğu, hər an təhlükədə olduğu halda yenə də bizim qayğımıza qalırdı. Anam hər danışanda ona deyirdi ki, sən özündən muğayat ol. Özünü qoru, gözlə, bizi düşün, sənsiz bizim halımızın necə olacağını fikirləş. 7 noyabr atamla son danışığımız oldu. O, mənə yolda olduğunu, sonra zəng edəcəyini dedi. Biz sonradan bildik ki, həmin tarixdə elə həmin vaxtda erməni mənfurlarından, qəsbkarlarından torpaqlarımızı azad etmək üçün əlbəyaxa döyüşdə imiş. Axşamüstü idi, anam təkrar zəng edəndə artıq atama zəng çatmadı. Anam narahatçılıqdan özünə yer tapa bilmirdı. Ona görə də atamın müharibədə iştirak edən digər zabit yoldaşı ilə əlaqə saxladı. O da dedi ki, onlar öndə olduqları üçün əlaqə zəifdir. Həmin gündən də atam üçün daha çox narahat olmağa başladıq. Sual: Atanızın necə şəhid olması, bundan necə xəbər tutmağınızı, həmin anda hansı hisslər keçirdiyinizi, onu nə vaxt dəfn etdiyinizi necə xatırlayırsınız? Cavab: Atamın şəhid olması xəbərini eşidəndə bir oğul kimi buna inanmağım gəlmirdi, özümü böyük şok və yuxuda hiss edirdim. Çünki bu günün mənim üçün çox mümkünsüz dərəcədə ağır olduğunu hesab edirdim. Atamla çox arzularımız, söhbətlərimiz olardı. Hələ tezliklə böyüyüb atama layiqli oğul olmağımı səbirsizliklə gözləyirdim. Maşına çox böyük marağım var. Bu marağı da mənə məhz atam aşılamışdı. Anamın dediyinə görə heç 1 yaşım olmamış məni özüylə götürüb maşını işə salana qədər qucağında, sükan arxasında oturdarmış, sonra məni evə qoyub hərbi hissəyə gedərmiş. Bundan sanki xüsusi bir zövq alarmış. Bu hal mənim 6-7 yaşıma kimi atamda vərdiş halı almış imiş. Atam mənim qürur mənbəyim idi. Atam mənim arxa-dayağım, ürəyimin taqəti idi. Atam – mənim həyatımda ən dəyərli varlığım idi!
Sual: Bir şəhid övladı kimi həmyaşıd həmvətənlərimizə arzu, istək və tövsiyələrinizi bildirməyiniz yaxşı olardı. Cavab: Heç bir uşağa arzu etmərəm ki, şəhid övladı olsun. Çünki hələ mənim bu yaşımda, atamın özünün də cavan yaşında onu torpağa tapşırmaq qədər mənim üçün ağır heç nə ola bilməz. Bu, mənim qismətimdə var imiş. Digər şəhid övladlarının da həmçinin. Buna baxmayaraq, adını Azərbaycanın şanlı tarixinə yazdığı üçün atamla, şəhidlərimizlə qürur duyuram. Bu gün bizim şəhid övladları ilə də sıx münasibətimiz var, çünki atalarımız Vətən yolunda canından keçdi! Atam hər dəfə evə gələndə və ya bir yerə gedəndə onsuz da onunla qürur duyurdum. Bu yerə-göyə sığmayacaq qədər sevinc, qürur idi. İndiki bu qürurda isə qürurla bərabər kədər də, hüzn də var. Həmyaşıdlarıma, şəhid övladlarına da şəhid atalarımız kimi Vətəni sevməyi, Vətən uğrunda canlarını sevə-sevə qurban vermək ruhunda böyüməyi, ləyaqətli, dəyanətli, mərd, cəsur, vicdanlı, ədalətli olmağı arzu edirəm. Onda, şəhid atalarımızın ruhu şad olar. Son olaraq bildirmək istəyirəm ki, Ali Baş Komandanın müvafiq fərmanları ilə Vətən müharibəsində göstərdiyi igidliyə, şücayətlərə, qəhrəmanlığa görə atam “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Çox arzulayıram ki, İmişli şəhər 8 saylı tam orta məktəbə atamın adı verilsin. İnşəAllah, arzum yerinə yetər və atamın adı əbədiləşər. Məncə, bu şəhidlərimizin ruhuna böyük ehtiram, şəhid ailələrinə isə böyük təskinlik, təsəlli olardı. Çox sağ olun. Qiymətli vaxtınızı ayırıb müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allah atanız – şəhid mayor Emin Süleymanovla birlikdə Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Bu qürurlu, fəxrli və ağır itkini sona qədər çiynimizdə saxlayacaq və əlimizdən gələni edib şəhidlərimizi unutmayacağıq və unutdurmayacağıq! Bu, bizim Allah dərgahında, Vətən və şəhidlərimizin ruhu qarşısında ən müqəddəs borcumuzdur! Şəhidimizin əziz xatirəsinə həsr etdiyim Şuşa qalasının topçusu Emin adlı şeirimi oxucularımın nəzərinə çatdırıram.
Şuşa qalasının topçusu Emin! Şəhid mayor Emin Bəhmən oğlu Süleymanovun əziz xatirəsinə həsr edirəm (21 iyul 1977-ci il İmişli rayonu Xubyarlı kəndi – 9 noyabr 2020-ci il Laçın dəhlizi)
43 il yaşadın təmiz adınla, Doğru addımladın cənnət yolunda, Sonda, şəhid oldun Laçın uğrunda, Ana yurdun qüruruna çevrildin, Şuşa qalasının topçusu Emin.
Yaxınlar gözündə pirdin, ocaqdın, Onlar üçün yanırdın, yanacaqdın, “Şəhid oğlu” adını bağışladın, Səninlə fəxr edir igid Bəhmənin, Şuşa qalasının topçusu Emin.
Övladın bilirdin əsgərlərini, Ordumuzun aslanını, nərini, Hərbə həsr etmişdin sən illərini, Şıxlinskinin yolun davam etdirdin, Şuşa qalasının topçusu Emin.
Sən Vətən yolunda fədai idin, Gəncliyini bu yolda fəda etdin, Dastan oldu Laçında şəhidliyin, Müqəddəs amal uğrunda can verdin, Şuşa qalasının topçusu Emin.
Şuşanı azad elədiyin anlar, Səni görüb fəxr, qürur duydular, Qacara meydan oxuyan topçular. Qəhrəmanı oldun yüzilliklərin, Şuşa qalasının topçusu Emin.
Çin oldu Qarabağla keçən yuxun, Döyüş başlayanda quş kimi uçdun, Murovdağdan başladı döyüş yolun, 44 gündə Laçına qədər getdin, Şuşa qalasının topçusu Emin.
Yağı düşmən girsə donundan-dona, Əbədi, tarixi dərs keçdin ona, Zəfər tarixini əvvəldən sona, Sən yazdın, oxudun, həm vərəqlədin, Şuşa qalasının topçusu Emin.
Murovdağa biz qalxa biliriksə, Qarabağa biz səfər ediriksə, Şuşa qalasını seyr ediriksə, Sənin sayəndədir, igidim mənim! Vətənimin fəxri, Eminim mənim!
Ey şəhidim! Rahat uyu, rahat yat, Cənnətində ruhun olsun daim şad, Daha Qarabağda olmayacaq yad, Şair qələmimlə edirəm əmin, Ey qürur yerimiz, qəhrəman Emin.
Müəllif və Söhbət edən: Sevindik Nesiboglu 8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü
Özündə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bir foto var ki, baxanda – bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən!
Bircə fotosu ilə tanındı Natiq Qasımov. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə bu oğlan erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindəndir. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular.
Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.
Tanış olaq:
Onun haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotosundan sonra onun sonrakı taleyi barədə indiyədək heç bur məlumat yoxdur.
Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.
Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir.
Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm».
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
“Bayrağı və postu qoyub gedə bilmərəm”
Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir.
Cəfər müəllimin xatirələrindən: «Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik».
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».
“O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”
“…Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb çıxartsalar da köhnə Qriqorian kilsəsində (Alban kilsəsində – N.Q) Azərbaycan Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi. Hücumçular müxtəlif vasitələrə – gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki, biz onların izinə düşdük.
Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.
Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da məlumat verilmir
Bu sözləri məqalə dərc olunandan sonra Moskvada «Oqonyok»un redaksiyasında olmuş Natiqin qohumlarına yazının müəllifi söyləyib. Müxbirin sözlərinə görə, o, Qarabağdan çıxanda Natiq sağ idi. K.Smirnov hətta əvvəlcə yaxınlarına Natiqin axtarışında köməklik göstərəcəyi barədə vəd verib. Lakin sonradan naməlum səbəblərdən o, bundan imtina edib.
Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
27 sentyabr – 10 noyabr 2020-ci il aralığında cərəyan etmiş II Qarabağ müharibəsindən sonra 44 ədədi biz Azərbaycanlıların sevimli ədədinə çevrilib.
44 – qoşa dörddən əmələ gəlib; bəlli olduğu kimi, 4 – sabitlik, möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla – kosmosun tərəfləri, ilin fəsilləri və eləcə də, su, hava, od və torpaq ünsürləri ilə ifadə olunur. Bizim Yenigün (Novruz) Bayramı öncə keçirdiyimiz çərşənbələr də dörddür: Su, Od, Yel və Torpaq çərşənbəsi…
44 – iki dördün bir araya gəlməsi: nizam-intizam, qazanc, vicdanlılıq, bilginlik, işgüzarlıq və təşkilatçılığı əhatə edən enerjilərin təsirini iki qat artırır.
44-ü (4+4=) 8 kimi də yorumlaya bilərik. – 8 – realizm, simmetriya, uğur və potensialı təmsil edir. Necə ki var! Tanrı necə haqqdır!
Mən numeroloq deyiləm, Pifaqorçu deyiləm ancaq rəqəmlərin atası sayılan ərəblərin ünlü kəlamına da biganə deyiləm: “Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq” – “Bu aləmdə təsadüf yoxdur, nə olursa, təvaüfqlükdəndir”… Əgər belədirsə, bizim Vətən müharibəsinin, məsələn, 43, 45 deyil, məhz 44 gün sürməsində bir hikmət, bir müvafiqlik vardır…
Numeroloqların sözünü qəribçiliyə salmasaq, ədədlərə rəqəm və işarələrin ifadə etdiyi (necə deyərlər) quru kəmiyyət göstəricisi kimi deyil, onların özgü bir qüvvətə malik olduqlarına inanaraq baxmalıyıq. Pifaqor özü, onun öyrənciləri və yolunu davam etdirənlər rəqəmlərlə bağlı çox araşdırma aparıb, onlara çox anlamlar yükləyiblər.
Ünlü alman bilgini Kornelius Aqrippa (Netteşeimli Aqrippa; 14.09.1486, Köln – 18.02.1535, Qrenobl) 1533-cü ildə gün üzü görən “Okkult fəlsəfəsi” əsərində rəqəmlər və onların anlamını təkmilləşdirmiş oldu. Yəni, 4 rəqəmi, 44 ədədi qarışıq, bütün rəqəmlər və ədədlərin öz anlamı, öz dəyəri, öz fəlsəfi tutumu vardır.
Şərqin, Türk-İslam dünyasının, Azərbaycanın klassikləri – hürufilər, sufilərsə başqa bir aləmdir – inancları, yaraşdırmaları onların gizli elmlərə vaqif olduqlarını göstərir.
***
Qədim dövrlərdən 2020-ci ilə keçid edək.
Fikir verin, Qarabağ, Gündoğar Zəngəzur dənizqırağı deyil, oralarda bol sulu, enli, dərin çaylar yoxdur ancaq müharibədə SAH-larımız – sualtı hücum hərbi bölmələrimiz də iştirak etdi. İlk azad olunan böyük qəsəbəmiz Suqovuşan oldu və şəhərlərimiz xaric yalnız Suqovuşanın adına medal təsis edildi. – Bu, dörd ünsürün su amili ilə bağlı yığcam vurğularımız olsun.
30 il ürəyimizə od vurmuş, daşı-daş üstə qoymamış Ermənistan silahlı qüvvələrinin başına 44 gün içində od ələdik – onlar qaçdı, biz qovduq, sönən od-ocaqlarımızı qaladıq, torpağımız doğma nəfəsdən isindi, qaçan işğalçıların canına üşütmə düşdü.
Dərələrdən sel kimi, təpələrdən yel kimi irəli getdik; bir gün də geri çəkilmədik. Hava hücumlarında Ermənistan üzərində (onların gözləmədiyi şəkildə) əzici üstünlük qazandıq; üstəlik, onların əsas güvənc yeri sayılan hava hücumundan müdafiə sistemlərini ühulət-sühulətlə sıradan çıxardıq.
Və nəhayət Torpaq amili: torpaqlarımızı yağı tapdağından azad etdik. Bir də baxdıq, torpağa gül-çiçək qayıdır, qurumuş bulaqlara su qayıdır… Diqqət etmisizsə, daha çox belə deyirik: “Torpaqlarımızı azad etdik”! Necə deyərlər, dedirdicilər dedirdir. Torpağın üzü soyuqdu deyirlər, biz azad edilən torpağın üzünü isti gördük…
***
44-ün ruhani yorumlarına keçməmişdən öncə, 40+4 üstəgəlliyinə toxunmaq istərdim. Tanınmış folklorçu alim, Millət vəkili Əziz Ələkbərli önəmli bir toplantıda maraqlı paralellər apardı. O paralellik beləydi:
divin canının şüşədə, erməninin canının isə Şuşada olması;
sirrə 40 gün, 40 gecədə vaqif olma və Şuşaya girişin, şəhərə hakimliyin də, döyüşlərin 40-cı günü təmin olunması… –
Məgər folklorumuz yüzillər boyu Şuşa Zəfərini öz külçəsində saxlamış, daha doğrusu, əlamətlərlə nişan vermişdir… Bəlkə də, o folklore örnəkləri yarananda hələ Şuşa şəhəri salınmamışdı – şəhərdən öncə onun taleyi, bütövlükdə ölkənin, xalqın başına gələcəklər işarə edilə bilibsə… o zaman 40 günlük Şuşa zəfərinin, 44 günlük müharibədəki qalibiyyətin davamı gələcək – əminəm!
Dağlar incisi Şuşanın adı, onun saf, şəffaf dağ havasının rəmzi olan “şüşə” sözü ilə assosiasiya olunur. Bənzəri olmayan Şuşa bulaqlarından dördünün adına diqqət edək: İsti bulaq, Soyuq bulaq, Saxsı bulaq, Qırx bulaq… İstidən, soyuqdan keçib, 40-cı gün Şuşamızı qurtuluşa qovuşdurmuşuq!
Şuşa qalasının 4 qapısı olub. – Qala qapılarından üçünün – Gəncə, Ağoğlan və İrəvan qapılarının adları günümüzədək gəlib çatıb; dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Belə güman edilir ki, İbrahimxəlil xan qala divarlarını yenidən tikdirərkən həmin qapı ləğv edilib. Ancaq istərsiz, Azərbaycan Ordusunun işğalçı Ermənistanın “dağlarda toyu”nu vaya döndərdiyi gün şəhərə girdiyi gizli qapını dördüncü qapı kimi qəbul edək, adına Ordu qapısı deyək, Qurtuluş qapısı deyək!..
***
İndi isə 40-dan 44-ə keçid edək. Bəs 44-ün nə kimi anlamları vardır? Araşdırmaçı-yazar, ilahiyyatçı Tural İrfanın da düşüncələrini alaraq, belə bir mənzərə hasil etmiş olduq. –
44 – “Dörd qapı” qatlarına görə bu şəkildə sıralanmaqdadır:
Şəriət qapısı;
Təriqət qapısı;
Mərifət qapısı;
Həqiqət qapısı.
Bu qapılar ilə məqamlar birlikdə qırx dörd məqam edir. Hər qapının “on” məqamı vardır.
Şəriət qapısının məqamları: İman etmək, Elm öyrənmək, Halal qazanmaq,
İbadət etmək, Ailəsinə faydalı olmaq, Çevrəyə zərər verməmək, Peyğəmbərin əmrlərinə tabe olmaq, Şəfqətli olmaq, Təmiz olmaq, Yaramaz işlərdən çəkinmək.
Təriqət qapısının məqamları: Tövbə etmək, Mürşidin öyüdlərinə tabe olmaq, Təmiz geyinmək, Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaq,
Xidmət etməyi sevmək, Haqsızlıqdan qorxmaq, Ümidsizliyə düşməmək,
İbrət almaq, Nemət paylamaq, Özünü fəqir görmək (Fəqrirlik burada Tanrının verdiyinə razı olmaq, qənaətlə yaşamaq, dünyanın haram nemətlərindən qaçmaq anlamlarını ifadə edir).
Mərifət qapısının məqamları: Ədəbli olmaq, Mənəmlik, kin və qərəzdən uzaq olmaq, Pəhrizkarlıq (çox istəklərə sınır qoymaq), Səbr və qənaət,
Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik.
Kimsənin ayıbını görməmək, Edə biləcəyin heç bir yaxşılığı əsirgəməmək,
Tanrının hər yaratdığını sevmək (Yaradılanı Yaradana görə sevmək), Bütün insanları bir görmək, Birliyə yönəlmək (və yönəltmək), Gerçəyi gizlətməmək, Mənanı bilmək, Tanrısal sirri öyrənmək, Tanrısal varlığa yetişmək (vəhdəti-vücud; fənafillah-bəqa billah məqamı)…
Siz bircə, bu anlamlı vurğulardakı dərinliyə, üfüqə diqqət edirsizmi? Bu qədər təsadüf ola bilərmi, yahu? Təsadüf olmadığını qəbul ediriksə, deməli, təvafüqlük, qanunauyğunluq vardır.
“Dörd qapı”nı artıq dedik. Təkrarçılıq olmasın deyə, fikrimizi özəl seçmələr üzrə davam edək:
İman etmək – Vətəni sevmək imandandır;
Elm öyrənmək – burada: Hərb elmini öyrənmək;
Halal qazanmaq – həm bizim olanı azad edib, ona yiyələndik, həm də, müharibənin qayda-qanununa halallıqla əməl etdik;
İbadət etmək – hər azad olunan torpağımızda əsgərlərimizin ilk səliqə-səhman yaratdığı, ibadət etdiyi yer məscidlər yaxud məscid xarabalıqları oldu;
Ailəsinə faydalı olmaq – b.: ölkəsinə, xalqına, böyük ailəsinə – dövlətinə faydalı olmaq;
Çevrəyə zərər verməmək – Şuşanın tarixi tikililəri, görünüşü zədələnməsin deyə, ağır texnikadan istifadə etmədən, unikal hərbi əməliyyatla, yüngül silahlarla azad edilidi;
Peyğəmbərin əmrlərinə tabe olmaq – torpaqlarımızı işğal edən düşməmlə savaşmaq İlahi əmrdir, üstəlik, Ordumuz müharibədə qızıl ləyaqət göstərdi, mülki əhali, uşaq, qadın, qoca ilə deyil, döyüş meydanında hərbçilərlə savaşdı və qələbəni hərb meydanında qazandı!
Bəli, 44 gün içindəki savaş elə məhz
Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaqdı;
Vətənə Xidmət etməyi sevməkdi,
döyüşlərin ən qızğın çağında belə Ümidsizliyə düşməməkdi,
vaxtilə olanlardan İbrət almaqdı!
“Sən bizim ellərin Ruhuna bir bax”! – Uzun illər boyu saxta “qalib” ədasından cırılan ermənilərdən fərqli olaraq, mərifət qapısının məqamlarına vaqif hərbçilərimiz öz
Ədəbləri ilə seçilir, Mənəmlikdən, kin və qərəzdən uzaq olur!
Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik – Azərbaycan Silahlı Qüvvələri mənsublarına necə də yaraşır!
Bəli, bizlər Yaradılanı Yaradana görə sevənlərik.
Bəli, bizlər Birliyə yönəldik, Birliyə yönəltdik və Zəfər çaldıq!
***
44-ün digər anlamlarına diqqət edək:
Nömrələr kainatın kod kitabının bir hissəsidir. – Belə deyilir, belə yazılır. Özəlliklə, 44-ü görmək, 44-ə qovuşmaq əla bir əlamət sayılır. Uyğun mövzulu qaynaqlarda belə yazılır: “Gələcəyinizə uzun sürəcək bir təməl qurursunuz. 44 intizam, realizm, praktiki və həyatın müxtəlif durumlarına, suallarına təsirli yanaşmaları təmsil edir”. Budur, yenə qarşımıza İntizam və Realizm çıxır! – Bu aləmdə təsadüf yoxdur!..
Bəs “Kimya dili” nə deyir? –
Elmi olaraq, Rutenium (Ru) elementi 44 atom nömrəsini daşıyır. Ru dövri cədvəldəki nəcib metallara və platin metal qrupuna (da) aid olan sərt, gümüşü ağ rəngli bir keçid metaldır və çox nadirdir. Aşınmaya mane olmaq üçün elektrik kontaktlarında və rezistorlarda istifadə olunur.
“Kimya dili” də öncəki kursu davam etdirir: Nəciblik, Sərtlik, Nadirlik, Aşınmaya mane olmaq! – Gəl də, bir bu qədər uyğunluğa təsadüf de, görüm, necə deyirsən?..
Bir daha görürük ki, 44 dinamizmi, imkanların gücünü ifadə edir.
44-ə mələk sayı da deyilir.
Deyilir ki, mələklər bizə yardım təklif etdiklərini bildirməyin bir üsulu olaraq ədədi işarələrdən yararlanır. Mələk sayı 44, İlahi müttəfiqlərinizin sizin üçün (həqiqətən) vacib bir şeyin həyata keçirilməsində köməyinizdə durduğunu bildirir.
Göründüyü kimi, 44-ün mənəvi, ruhani anlamlarına inansaq, doğrudan da, kainat bizi eşdib, mübarizəmizi görüb və haqq etdiklərimizi almaqçün hər şey hazır olub: Su, Od, Hava, Torpaq!
Göylər bizi eşitdi, Tanrı bizə yar və yardımçı oldu! Çünki bizim işimiz haqq işiydi!
Ona görə də, 44 gün bütün rəmzləri ilə bir gerçək oldu, ömrümüzə Günəş kimi doğdu!
Tanrı 44 gün ismarıncı ilə bizi unutmadığını, xalqımızın, ölkəmizin Zəfəri haqq etdiyini, sevgiyə, yaxşılığa, xeyirxahlığa… – bütün yaxşılıqlara layiq olduğunu işarə etdi. Diləklərimiz gerçəklikdə əks olundu. “Mümkün olmayan”ı mümkün etdik!
Zəfər Günü gənc xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açıldı. 8 noyabr-Zəfər Günü ‘NUR Art House” qalareyası ənənəsinə sadiq qalaraq sənətsevərləri xoş günümüzün aynası, dar günümüzün dayağı olan xalça sərgisinə dəvət etdi..İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi,Azərbaycan Fotoqraflar Birliyi və “NUR Art House”qalareyasının dəstəyi ilə” Azərbaycan xalçaçıları”İB-nin üzvü, istedadlı xalçacı – rəssam Natiq Nəcəfzadə” Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisi ilə tamaşaçıları qələbə diləkli milli naxışlarımıza müasir baxışını təqdim etdi.
Xovsuz və xovlu xalça eskizləri xalqlmızın milli kimliyini və Zəfərə aparan yolun keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng, həm də sözlə təsvir edərək sülh, sabitlik, firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin, iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır. Proqram – sərgidə sənətsevərlərə təqdim olunan əsərlərdə xalçaçı-rəssam ,rəngkar və qrafik Natiq Nəcəfzadə yaradıcılığında ənənənin və varislik xüsusiyyətinin naxışlı kompozisiyalarda poetik ifadəsi nümayiş olunur. Bu, həmin qan yaddaşıdır ki, igidlərimizi Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunun təkanverici qüvvəsi oldu. Bu, Vətənə məhəbbət, maddi-mənəvi dəyərlərimizə sədaqət, tariximizə hörmət, adət-ənənələrimizi yaşatmaq hissindən qaynaqlanan qəhrəmanlıq mücəssiməsidir. On gün davam edəcək sərgi zamanı sənətsevərlər Natiq Nəcəfzadənin Ustad dərslərində iştirak edəcək, onunla xalça aləminə səyahət edib,naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri,xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər. Daim gənc istedadlara sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House”qalareyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir. Sərgi 08 noyabr 2022- ci ildə Içərişəhər,Qəsr küçəsi 27 ünvanda yerləşən”NUR Art House”qalareyasında saat 17.00 da açılan bu sərgi tamaşacıların zövqünü oxşadı. Belə ki, sərginin açılışına dəvət edilmiş iştirakçıların arasında şəhid ailələri, qazilər,Vətən müharibəsi iştirakçıları,müxtəlif sənətçilər, ziyalılar, media nümayəndələri vardı.. Istedadlı xalçaçı -rəssam Natiq Nəcəfzadə yaradıclıgına həsr olunmuş tədbiri qalareyanın əməkdaşı Z.Əliyev açaraq sözü Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin fəxri əməkdaşı ,AJB-nin üzvü,”Xarıbülbül”ƏM-nin sədri,Nəzakət Əhmədovaya verdi. O,Natiq Nəcəfzadənin sənətini yüksək dəyərləndirərək təskilatın təşəkkürünü bildirdi ,ona bu sahədə yeni – yeni uğurlar dilədi. Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona DAMM İB- nin Fəxri Diplomunu təqdim etdi.. Eyni zamanda AYB -nin üzvü, Prezident təqaüdçüsü,”Yazarlar”jurnalının təsisçi redaktoru Zaur Ustaca söz verildi . O , göstərdiyi xidmətlərə görə jurnalın təsis etdiyi “Ziyadar”diplomunu və yenicə çapdan çıxmış Zaur Ustac “Seçilmiş əsərləri”(9 çildliyin) -nin l -ci cildini xalçaçı rəssama təqdim etdi. Həmin kitabın ll-ci cildini”(Mustafa Müseyiboglu–70″ layihəsinin rəhbəri olguna görə)və”Ziyadar” Diplomunu jurnalın əməkdaşı Nəzakət Əhmədovaya da təqdim edərək ona ədəbi-bədii, publisistika sahəsində yaradıcılıq uğurları arzuladı. Sərginin davamı olaraq gənc istedadların şəhidlərimizə həsr etdikləri şeirlər və sazçıların Vətənimizi tərənnüm edən mahnıları dinlənildi. Səhid Zaur Ismayılzadənin dayısı Rafiq müəllim. ,qazilər,xalçacı sənət adamları,M.S.Ordubadi muzeyinin aparıcı əməkdaşı Rasimə xanım, hərbi qospitalın işçisi,44günlük müharibə zamanı yaralı əsgərlərimizə tibbi yardım etmiş Əsmər xanım və b.çixış edərək Namiqə ugurlar və can saglıgı arzuladılar. Sonda ənənəvi xatirə şəkilləri çəkildi. FOTOLAR:
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
Hər kəs öz TALEyini danışır, öz ARZUlarını başqasına tövsiyə edir… Onda MƏN Kiməm…
Məni çəkişdirmə, MÖHKƏM DAYANmışam.Əlində qalan parçalarımı mənə vermə,göm getsin, əllərin təmiz deyil.
Xəstəlik ZƏNCİR kimi boğazıma dolaşıb, dartındıqca KƏSİR, de indi mən nə edim, sənə yardıma qoşa bilmirəm.
Başqalarını gül sanıb tikanlarına toxunmaqdan üst-başım QAN içindədir, gedin bir az o tərəfdə danışın, imkan verin YARAlarımı SARIyım.
Ölmüş qardaşının ətini az çeynə, məni KƏSib DOĞRAdıqca SAHİBim də sənə bir-bir onları YEdirdir.
Getmək istəyirəm gedə bilmirəm, çığırmaq istəyirəm dinə bilmirəm,üstümü bir az da torpaqlayın, bəlkə canım tez qurtardı, sizi də görmək istəmirəm.
Sev məni, sevə sevə ÖLDÜR MƏNi, SONRA da qoy səni SEVsinlər…..
İnsan DOĞULandan ÖLənə kimi HƏYAT adlı MƏSAFƏni qət edir.Hər CAN BİR RUH DAŞıyır.
ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü
Təsadüfə (inanma)m, zəruri OLanı LAYİQli QARŞILAmaq lazımdır.
Mən arxamca kimin ağlayacağını yaxşı bilirəm, zatən heç kimə qıymaram. Özgələr zəhmət çəkməsin.
Mən ÖZƏLəm Özəl Olduğum üçün Gözələm. Sən də ….
Mən O BİRi Dünyanı heç nəyə DƏYİŞMƏ rəm. Orası ARZUlarımın SAXLAndığı GƏLəcək.
Sakit OKEANdan SAKİTLİK TƏLƏB ETMƏk ən böyük axmaqlıqdır.
Bu qədər sərt olma, bir qədər elastik ol ki, səni sındırmasınlar…
Kvadrat sərtliyindən gəzə bilmir, dairənin isə dünya vecinə deyil…
YEDDİ NOTu sıraladım, səkkizinci YERə birİNCİ keçdi. Bu dəfə bir Ton yüksək SƏSLƏ. Geridə qalanlar kobudlaşdı, bu daha İNCƏ, daha KÜBAR OLdu. Yenilənmək gözəldir. Bunu dənəyin.
SÖZlər CÜMLƏdə Məhrəmliyini probellə qoruyur Nöqtə də yaman həvəslidi ayırmağa, bir yandan ayırmasa o biri cümlə başlamaz. Son nöqtənin vəziyyəti ağırdı:( Bitdi hər şey
İçimdəki DALGAların SƏSini GECƏnin səssizliyində EŞİ(T)dirəm, gündüz gurultusu xəstə etmək üçündür…
Gecənin bəkçiləri olmasaydı gündüzlər açılmazdı. Qaranlığı qaralama, sənə kömək edir daha təmiz səhifə açmağa
Qarşımda dayanan adama məsləhət verıb tövsiyə edirdim, sanki özüm özümə nə etməli olduğumu baş(ım)a salırdım. Qarşımda dayanan Mən imişəm heç birimizin xəbəri yox. AYNAya BAX ANla…
BİLdiyin kimi DEyil, bilmədiklərimiz də var, mənə YUXUsunu YOZduran ADAM,sən demə məni XƏBƏR(dar) ETmək üçün GƏLib. Dalğalarım mənimə hərdən dalğa keçir; Mənə də hərdən Söz(mesaj) gec ÇAT(d)ır.
Yeri, yürü, get YERə, orda yerləşdir özünü.ÖZ(ün)ü Torpa(k)qla BİR et, yerli ol YERlə
Sübhə qədər keşik çəkən gözlərim doldu da boşaldı: bir PAYız yağmuru kimi BƏRƏKƏT ENDİrən Rəbbimə şükürlər olsun. Kim İSTƏSƏ PAYın götürsün, haqqı olanlar halallıq versin. Mən HAQQ uğrunda haqqımı HALAL ETdim.
Bir-biri üçün YARAN(an)lar, bir-birilərini daha düzgün anlarlar, an fərqi ilə doğulsalar da ZAMAN RUHLARını nızamlayıb GÖRÜŞmək üçün hazırlıq yapmış. ZamaNı QİYMƏTl(i)əndirin. SAATı tərsinə təvaf et. Əsl MÖCÜZƏnin ŞAHİDi ol!
O ZamaN QİYMƏT(li)iniz SƏCDƏdə YÜKSƏLəcək. Əlhəmdulillah!
Beşiyimi yelləyənə, nazımı çəkənlərə, tabutumu daşıyanlara minnət borcum var. Onların da mənim günahlarımı Əhv etYa Allah, qaladığın Odun ODUNu çox, BİZə sərin , kölgəli, güllü, çiçəkli, irmaqlı RƏSM ÇƏKdiyin YERləri göstər. SƏNƏTKARı Orda ALQIŞlayaq (Əlhəmdulillah, SübhənAllah, Allah Əkbər)
Sevdiyi QULun(s.a.s) köksünü yarıb ona rahatlıq verən Allah, BU GÜN məni ƏMƏLiyyat edən cərraha şəfaətçi ol, onun da qəlbini rahatlıqla doldur, ona öz payından gözəl hədiyyə VER, mənim malım buna yetməz, Səninki artar da bitməz.
Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi; mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə. Amin.
EhtiyAC və MöhtAC qardaşdılar. Bütün ACLAR BİR SÜFRƏyə YIĞILar.
İsteDADım VARsa MƏNi çenəyib tüpürməyin, Yerə atmayın, zibilə tullamayın, hər yoldan keçən itin qabağına ATMAyın. NEMƏTi zay etmə, Gün(AH)
Mənim qısqanc YARadanım VAR, QƏLBimə Adını YAZıb. Kimisə Ondan çox İSTƏyə bilmirəm. Hər ZamaN mənimlədir. SEVgı qarşılıqlı olmalıdır.
QARŞIlıq almasa məni Onun əlindən heç kim ala bilməz…
DOĞumun da ÖLümün də nəticəsi eyni: bu Dünyaya gələn həm SEVİNir, həm AĞLAyır o Dünyaya gedən də…
ZAMAN -əlimizə verilmiş SAATlı bomba kimi sıfırlanmaya doğru GEDİRsə əgər mən onu qiymətləndirməsəm halım nə olacaq?,- sualını öz-özümə vermədimsə bu çox yanlış. Bir yerdə DAYANıb özümə cavab verməyim lazım, yoxsa QIYMƏTim sifirlanar.
Çəkdiyim ACINI HƏZM ETməsəm daha acısını verər deyə QORXuram…
Sənin sonsuz VAR-DÖVLƏTin əskilməz də artar, mən səndən ən qiymətlisini istədim RƏBBim.
Mən QIRMIZI ODAma Səndən başqa kimsəni müsaid etməm SULTANım.
Bəzi faylları zibil qutusuna atıb ordan da təmizlədikdən sonra fərahlanan BEYNİM məni sevməyə başladı.
TALEyimin izi ilə YOL gedirəm, hərdən SAVAŞıram, hərdən BARIŞIram, sonra GÖYə baxıb gülümsəyirəm: Ordan necə görünürəm?…
Mən başqalarının taleyini oxumaq istəmirəm,Oxuduqca başıma gəlir…yata bilmirəm…
Gecə – hər kəsi örtər, hər kəsi gizlədər sabah açılana qədər… Bu QƏDƏR …
O şəkildə mən yoxam deyən ADAM, sən gözəgörünməyən kimi hər yerdə VARsan
Səndən mənə sevgi mesajı gəldi:”burası özəl, qapıda dur bəklə”
MƏNi bir də yarat, bir də cilala. ŞAHİDim DOST olsun, bir də əlimdəki klaviatura
Şəbəkədə gəzən Hörümçəyə yem oldu, oysa ki bir az gəzib qayıdacaqdı…
Şəklini çəkib qoydun statusa, soruşdum(ki) bu nə məkandı, dedin(ki) burası qaynayan bir yer, mən isə yanında mələk görmüşdüm…