Etiket arxivi: ALİM

ZAUR USTAC – QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK

Zaur Ustac və Nargis xanım. AYB, “Natəvan” zalı. 12.03.2020. Bakı.

                  ON  ÜÇÜNCÜ   YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu son günlərdə yeni işıq üzü görmüş – KÖHNƏLİYƏ, QƏDİMLİYƏ BÜRÜNMÜŞ BİR YENİLİK olan –oxucularını, pərəstişkarlarını  müsbət mənada heyrətləndirməyi bacarmış Nargis xanımın “BEKLENEN DOLUNAY”  kitabı  haqqında olacaq. Əlbəttə, hər bir oxucuya, araşdırmaçıya, tənqidçiyə, söz adamına müəyyən bir fikrə, ideyaya  rəy vermək, onun haqqında danışmaq üçün minimal baza lazımdır. Yuxarıda  sadaladığımız və ya sadalamadığımız kateqoriyadan olan şəxslərin, hər kəsin müəyyən bir söz haqqında söylədiyi fikir ilk əvvəl onun  malik olduğu bu minimum bazaya əsaslanır, daha sonra rəy kimi xarakterizə olunur. Bu baxımdan təhlillərə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin orijinallığı münasibəti ilə Nargis xanımı təbrik etmək olar.

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “          Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Hər hansı bir əsərin orijinallığının birinci göstəricisi onun artıq ilk abzasdan müəllifin öz düşüncəsini ortaya qoymağa başlaması, müəllifin kimliyini bəyan etməsidir. Yer üzündə bu qədər yazılar, kitablar var. Görək bunlar hamısı öz müəllifini tanıda, təqdim edə bilirmi? – Əlbəttə,  xeyr. Bu çox mürəkkəb məsələdir və onu qeyd edim ki, bu məsələdə zəhmətlə, istedadın nisbəti bərabərdir. Yəni, uca Yaradanın yardımı olmadan bu naliyyətə nail olmaq mümkün deyil. Nəzmdə bəlkə də bu məsələ nisbətən asandır. Çünki, şeir belədir ki, bir şairin bir neçə əsəri ilə tanış olduqdan sonra artıq növbəti şeirlərin ilk bəndləri müəllifin kimliyindən xəbər verir. Nəsrdə xüsusi ilə romanda  bu məsələ daha mürəkkəbdir və söz adamı əvvəldən sona qədər bütün hadisələrin inkişafı boyu, hər yeni obraz ortaya çıxdıqca bu prinsipi gözləməli surətlərin bitkinliyini, xarakter və xüsusiyyətlərini özünəməxsus, orijinal tərzdə aparmağı bacarmalıdır ki, bu əsər də,  öz müəllifi haqqında məlumat verməyi bacarsın… Necə deyərlər: – “yaşat məni, yaşadım səni” . Məhz bu baxımdan müəllifi təbrik etmək olar. Əsər orijinaldır.

On üç bölümdən ibarət olan romanın ilk bölümü artıq müəllif  haqqında tam məlumat verir. Bu məlumatlar nədən ibarətdir. İstədiyimiz hər hansı bir bədii əsəri – kitabı- götürüb müəllifin kimliyi ilə tanış oladan içərisindən müəyyən bir hissəni oxuyub, ilk əvvəl yazarın qadın və ya kişi olduğu barədə nəticəyə gələ biliriksə və sonda bu məlumat həqiqətlə üst-üstə düşürsə deməli bu əsər orijinaldır. Bu nəticənin əsasında nə dayanır? – Deməli,  müəllif  heç  bir kopiyaçılığa yol vermədən öz hiss və duyğularını obrazlı şəkildə kağız üzərinə köçürmüşdür… Əgər əksi ilə rastlaşsanız deməli nəsə düzgün deyildir…  İlk bölüm artıq müəllifin kimliyi haqqında məlumat verməyə başlayır  və hadisələrin inkişafı boyunca  Angelenin dili və düşüncələri ilə bu proses daha da dərinləşir və sona qədər davam edərək tam – bitkin bir fikir formalaşdırır. Bütün bu sadalananlara görə də  Nargis xanımı təbrik etmək olar. Başqa oxucuları bilmirəm, mən ilk sətirlərdəcə nəsə, Vətənin  mərd oğlu Ramil Səfərovun orijinaldan tərcüməsində öz doğma Ana dilimizdə tanış olduğum, Macarıstanın tanınmış qadın yazıçılarından olan, Maqda Sabonun “QAPI” romanını xatırladım. Ancaq, bu o demək deyil ki, “BEKLENEN DOLUNAY” romanı, “QAPI” romanına oxşayır. Xeyir, bu belə deyil.  Sadəcə, Maqda Sabonun Emerenci, milli qadın yazarlarımızdan;  Əzizə Cəfərzadənin, Xalidə Hasilovanın yaratdıqları qadın surətləri nə qədər təbii və dolğundursa, “BEKLENEN DOLUNAY” romanındakı Angele də bir o qədər bitkin obrazdır. Bu bütünlüklə belədir. Bu romanı köhnəliyə bürünmüş yenilik  kimi də xarakterizə etmək olar. Müəllif çeşidli səhnələrdə hadisələrin müəyyən bir qeyri-müəyyənlikdə cərəyan etməsinə rəğmən daim öz mənəvi-psixoloji fikirlərini oxucuya çatdırır. Bu baxımdan əsəri hardasa psixoloji məqamların da bol olduğu bir roman kimi xarakterizə etmək olar. Xanım müəllif  bir çox müasir problemlərə toxunur və onların öz düşüncə tərzinə və qənaətinə görə həlli yollarını göstərir. Bu çox mühüm məsələdir. Çünki, istər qadın, istərsə də kişi müəlliflər içərisində problemləri qaldıran, təqdim edən müəlliflər çox olsa da, onun həlli yollarını göstərən yazarlarımız çox azdır. Roman boyu, iki yerdə məncə uğursuz alınmış bənzətmələri və bir neçə yerdə zamanın itməsi hallarını nəzərə almasaq, təbiət mənzərələrinin, erotik səhnələrin, mənəvi-psixoloji vəziyyətlərin  təsvirləri hamısı özünəməxsus və orijinaldır. Roman ümumiyyətlə, oxunaqlıdır. Ancaq, birnəfəsə oxunan əsərlər cərgəsində dayanmır. Mütləq aramla, qısa fasilələrlə, necə deyərlər  pəncərə  önündə, çay və ya kofe içə-içə yaxud da təbiət qoynunda, müəyyən bir yolçuluq əsnasında oxunarsa, daha dolğun qavranar, zövqverici olar deyə, düşünürəm.

Bu arada demək olar ki, mənim öz kitablarım da daxil olmaqla – dəfələrlə yoxlanmasına, redaktə olunmasına baxmayaraq, kitabların  hamısında rast gəldiyimiz çoxlu texniki – hərf səhvləri demək olar ki, kitabda yox səviyyəsindədir. Bu müsbət keyfiyyətə görə, kitabı nəşrə hazırlayan, Müşfik Hana, Ahmet Yıldıza,  Teymur Ferziyə, Bahti Yara təşəkkürlərimizi bildirir, bu hamımız üçün faydalı olan işlərində yeni-yeni  uğurlar arzu edirik.

Nargis xanım uğurlarınız bol olsun. Yeni-yeni əsərlər gözləyirik.

08.07. 2017. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – ŞEİRLƏR

Adilə Nəzər – şair, yazar, alim.

ADDIM-ADDIM
Məskənin yol olar, yoldaşın quşlar,
Yürüyər səninlə “mən” addım-addım.
Hər başlayan günün Onunla başlar,
Xəyala dönərsən sən addım-addım.
Aşıb keçər hisslər ağılın səsini,
Fikir dağlarının ən zirvəsini.
Bitirər həyəcan silsiləsini,
Gələr hüzün, gedər şən addım-addım.
Könlünü yaralar namərdin dili,
Gölləri qurudar gözünün seli,
Ağ küləklər yolar o ipək teli,
Gətirər gözlərin çən addım-addım.
Bəzən həyat dönər, yoxdan say arar…
Günəş ilə Ayı Dünya ayırar…
Həqiqəti bir gün bir meh duyurar,
Sonra düşər saça dən addım-addım.
Bütün gündüzlərin anası gecə,
Ay Adilə, tutun o “mütləq güc”ə.
Ağ şəhərdə yorar səni ağ küçə,
Ruhundan ayrılar tən addım-addım.

GƏLƏNƏ BAXIN
Siz ey Qazi ərlər, ey Şəhid ərlər,
Dönüb bir arxada gülənə baxın.
Doğrudan yanarmış od düşən yerlər…
Ölənin ardından ölənə baxın.
Şəhid anasının dərdi qat-qatdı,
Qazi atasının əlləri çatdı..
Məmur boş danışıdı, hacı baş qatdı –
Bu alıb-satan başbilənə baxın.

Gərək bəd xəbərdən cana pay düşə,
Gərək bağrın yana, ürəyin bişə..
Üzündə saxta qəm, içində nəşə-
Tribuna oynayıb gələnə baxın.
Xalqım, güvənməyin bu sarsaqlara,
Ağlı-düşüncəsi kor, axsaqlara,
Tüpürün belənçi qurumsaqlara,
Tikəsin sizinlə bölənə baxın.

BAYRAĞA BÜKÜLƏN ŞƏHİDİM GƏLİR
Əsir alır sanki gecə gündüzü,
Bayrağa bükülən şəhidim gəlir.
Açsın qapısını yenə göy üzü,
Bayrağa bükülən şəhidim gəlir.
Qızlar qərənfili hörüb bağlasın,
Quşlar qəmli ötsün, ürək dağlasın,
Şimşəklər hönkürsün, bulud ağlasın,
Bayrağa bükülən şəhidim gəlir.
Yaxası gül açıb- boyanıb qana,
Cənnətin yoları açılıb xana,
Bir igidim sığmaz iki cahana,
Bayrağa bükülən şəhidim gəlir.
Uca məqamına ləyaqətiylə,
Üstündə möhürlü şəfaətiylə,
Alnına yazılan şəhadətiylə,
Bayrağa bükülən şəhidim gəlir.
Zülmət qaranlığa açılan dandı,
Bir Zümrüd quşuydu, qanadı yandı.
Ya Qazi, ya Şəhid! – içmişdi andı,
Bayrağa bükülən şəhidim gəlir.

QAZİLƏRİ SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun sel kimi,
Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə..
Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.
Payız gətirsə də ömürünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

AYƏTXAN ZİYAD MÜKAFATLANDIRILDI

Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.

Ayətxan Ziyad (İsgəndərov) – yazıçı-jurnalist, tədqiqatçı

Bu münasibətlə Ayətxan müəllimi təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Ayətxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – STEREOTİPLƏRİ YOX EDƏN ADAM – İ. VƏLİYEV

Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.

ON  İKİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

27.06. 2017. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14. dərc olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD – İSGƏNDƏROVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

AYƏTXAN ZİYAD – İSGƏNDƏROVUN YENİ KİTABI.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb.

Ayətxan Ziyad (İsgəndərov)yazıçı-jurnalist, tədqiqatçı

Bu münasibətlə Ayətxan müəllimi təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Ayətxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACDAN YENİ KİTAB – “GÜLÜZƏNİN ŞEİRLƏRİ”

Zaur Ustacın kitabı “Gülüzənin şeirləri”.

Zaur Ustacın tanınmış yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və xüsusi tərtibatında “Gülüzənin şeirləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab məktəbəhazırlıq qrupları, digər məktəbəqədər uşaq müəssisələri və gənc valideyinlər üçün nəzərdə tutulmuş metodik tədris vəsaitidir. Kitabın elektron variantı var.

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – SÖZLƏR VƏ HƏRFLƏR

Zaur Ustac – şair, publisist.

ON   BİRİNCİ  YAZI       

     “Dünya bildiyinizdən artıq bizim ola bilməz.”  

                                            Xudu  MƏMMƏDOV.

     Salam, çox dəyərli və hörmətli oxucum. Sizinlə yeni görüşə fürsət verdiyinə görə Uca Yaradana dəfələrcə şükürlər olsun. Böyük alim, dahi söz sahibi Xudu müəllimdən sitat gətirməyim heç də təsadüfi deyil. Xudu Məmmədov ən yaxın keçmişimizdə, demək olar ki, gözümüz önündə öyrənməyin, araşdırmağın, tətbiq etməyin, təqdim etməyin,  nəticə əldə etməyin, öyrətməyin, cəsarətin və bir çox  başqa mühüm, bütün yetkin insanlar  üçün vacib olan keyfiyyətlərin  tək bir şəxsdə  cəmləşdiyi  çox az saylı  ziyalılarımızdandır. Xudu müəllimin minlərcə  qiymətli kəlamlarından niyə məhz bu iki cümləni seçdim? O, deyirdi:- “Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz” – bəli, bu birmənalı olaraq belədir. Əlbəttə, bizim dünya bizə məlum olanlardan ibarətdir. Təsəvvür edək ki, yanında iti, qolunda gözüaçıq şahini  olan atlı bir çoban qayanın başında dayanıb. Atın qaşının üstündə də bir milçək oturub. Bu canlıların hamısı eyni yerdə dayanıb, eyni səmtə baxsa da hərə ancaq özünə lazım olanı və ya görə, qavraya, qəbul edə biləcəyini görür. Bu çox sadə və primitiv bir misaldır. Biz bütün digər canlıları bir kənara qoyub, yaradılmışların əşrəfi insanın üzərində, insan oğluna verilmiş ən vacib, ən gözəl nemət olan dilin, danışmağın, fikrin, düşüncənin, sözün üzərində dayanacağıq. Bəli, dünya bildiklərimizdən ibarətdir, həm də bizim dünya öz düşüncəmizin, xəyallarımızın məhsuludur. Dünyamız beynimizdə qurulur. Aydın məsələdir ki, bilmək öyrənməkdən, öyrənmək oxumaqdan, oxumaq sözlərdən, sözlərsə hərflərdən keçir… Söhbətimizə başlamazdan əvvəl onu qeyd edim ki, Azərbaycan adlı məmləkəti bizə Vətən, danışdığımız elastik, şirin, axıcı və eyni zamanda olduqca zəngin bir dili,  Ana dilimiz kimi bəxş etdiyinə görə Uca Yaradana  minnətdar olmalıyıq. Sahibi olduğumuz məmləkətin və dilin başı həmişə qalda olsa da, şükürlər olsun ki, bütün dövrlərdə  doğru seçim etməyi bacaran, düzgün qərarlar qəbul edən  cəsarətli  ziyalılarımız  olub.  Belə şəxslərin, deyərdim ki, sözün əsl mənasında olduqca uzaqgörən, cəsarətli böyük insanların  gərgin əməyi və fasiləsiz səyləri nəticəsində  bu gün dilimiz  aid olduğu dillər qrupunun ən zəngini, bütün parametrlərdə  qabaqcılıdır.  Bu mənim subyektiv fikrimdir, kimlərsə  razılaşmaya bilər, necə deyərlər dünya fikir dünyası, söz dünyasıdır. Hamının fikrinə böyük hörmətlə yanaşıram.  Açıqlamaya keçməzdən  əvvəl  kiçik  bir  haşiyəyə çıxıb, təxminən yüz il əvvəlki  canlı dilimizi özündə əks etdirən,  Salman  Mümtaz kimi  dahi söz bilicisinin qələmindən çıxmış bir materialı diqqətinizə çatdırmağı özümə borc bildim.

S.Mümtaz yazır: “… Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif  etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi vəbazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.  Bu kəlmələr, ifadə tərzi  1910-cu ilin iyun ayına aiddir.

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsini professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində (№ 16) dərc edib. Əlavə olaraq bu müsahibə bəzi qeyidlərlə tam olaraq araşdırmaçı-yazar  Rəşad Sahilin təqdimatında müxtəlif  elektron kütləvi informasiya vasitələrində də yayımlanmışdır.

Həmin müsahibədən indi təqdim edəcəyim bəzi məqamlar və eyni zamanda yuxarıdakı qeydlərin dili, oradakı söz və ifadələr çox maraqlı olub, bugünkü söhbətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu məlum müsahibədən böyük şairimiz  M.Ə. Sabirin şair və şeir haqqında dedikləri aşağıdakılardan ibarətdir:

Şair haqqında:” Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar.”

Şeir haqqında: “Şeir odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün,üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur,onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan,ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan əmələ gətirə bilməz.

Bir adamı rahat oturduğu yerdə yerindən durquzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.”

Bir neçə nümunə də ustad şairimiz Məhəmədhüseyn Şəhriyardan gətirmək istəyirəm. Hərçənd ki, onun şeirinin şipşirin dili hamımıza məlumdur. Ustadın “Türkün dili” şeirindən:

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Yenə həmin şeirdən:

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

“Yalan dünya” şeirindən başqa bir nümunə:

Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya
.

“Heydərbabaya salam” – dan bir bənd:

Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, bayda dolsun daşmasın.

Bu adlarını çəkib, sözlərindən istifadə etdiyimiz şəxslərin ədəbiyyatımız, mətbuatımız, jurnalistikamız ümumiyyətlə söz yaradıcılığımız  tarixində  xidmətləri danılmaz, əməkləri misilsizdir. Bunlardan əlavə lap qədimlərdən, bir Ananın övladı doğulduğu gündən  üzübəri günümüzədək yaradılan olduqca müxtəlif istər şifahi, istərsə də yazılı  ədəbiyyatın  dili, canlı dilimiz, təxminən yarım əsr əvvəl qeydə alınmış lent yazılarını  dinləmək, oradakı sözləri eşitmək imkanlarımızı da üstünə gəlsək dil, söz haqqında özümüzdə müəyyən fikir formalaşdıra bilərik. Bütün bu yuxarıda qeyd etdiklərimə əsaslanaraq, bəzi düşüncələrimi sizinlə bölüşmək istərdim.  Xüsusilə də hamının bir-birinə irad tutmağa, keçmişdəkilərin dəyərli heç nə yazmadığını, müasirlərin heç nə yaza bilmədiyini  böyük canfəşanlıqla  vurğulamağa can atdığı bir vaxtda məncə, bu məsələyə toxunmaq yerinə düşərdi. Beləliklə keçək əsas məsələyə. Əvvəlcədən onu qeyd edim ki, qaldıracağım məsələlərdə  öz üzərimdən, yəni ya birbaşa ya da  dolayısı ilə mənim yazdıqlarıma da aid olanlardan  çıxış edib ümumi məsələyə toxunmağa çalışacam. Mən bütün yazılarımda əgər sonradan başqa bir yerdə, kiminsə süzgəcindən başqa cür çıxmırsa, “Günəş”, “Gün”, “Ay”, “Yer”, “Göy”, “Ata”, “Ana”,  “Mən”, “Sən”   və başqa bu qəbildən olan sözləri  necə deyərlər, kiçik hərflə yazmağa əlim gəlmir və həmişə böyük hərflərlə yazıram. İstər şeirlər olsun, istərsə də  başqa növ yazılar  hamısı   musiqi, rəngkarlıq, boyakarlıq, heykəltaraşlıq və digər tətbiqi sənət əsərləri kimi yaradıclıq məhsullarıdır. Yaradıcılığın isə heç bir sahəsində xəyalında olanı hər hansı bir şablona uyğunlaşdırmaq olmaz. Əgər bu uyğunlaşma yolu seçilirsə mütləq yarımçıq bir məhsul ortaya çıxır. Odur ki, əgər, kimsə dərslik və ya əlavə  dərs  vəsaiti yazırsa bəlkə də onun hal-hazırda qüvvədə olan qramatik qaydalara – demək olar ki, hər gün gözümüzün önündə dəyişməsinə baxmayaraq  – əməl etməsi vacibdir. Ancaq, digər növ yazıların xüsusilə də bədii ədəbiyyatın hər gün təyin olunan yeni bir qaydaya uyğunlaşdırılması ən azı ədalətsizlik olardı. Çünki, bədii ədaəbiyyat şablonlardan uzaq, yaradıcı şəxsin öz hiss və emosiyalarını ora qatdığı və bunu hiss etdiyi kimi çatdırmağa  çalışdığı zaman istifadə etdiyi bütün yol və vasitələr məqbul sayılmalıdır. Dil canlı olduğu üçün o, daim inkişafdadır və zənginləşir. Bu lap, əvvəldə qeyd etdiyim misallardan da aydın görünür. Mən indi, yəni son beş –on ildə dilimizə daxil olan informasiya və texnologiya  ilə bağlı yeni sözləri bir kənara qoyub, artıq əsrlərdir dilimizdə işlənən bəzi sözlərdən misal gətirmək istəyirəm.  İlk əvvəl qeyd etmək istəyirəm ki, dilimizin günümüzədək belə axıcı, şirin, zəngin gəlib çxmasına görə uzun müddət Ərəb əlifbası əsasında mövcud olmuş Əski əlifbamıza və sonralar  istər ilk dəfə Latın qrafikalı əlifbaya, istərsə də Krilə  keçəndə  dilimizə məxsus spesfik hərflərin xüsusilə  [Ə] səsinə uyğun  “Ə” hərfinin ayrıca işarə kimi qəbul edilib saxlanmasına  çox borcluyuq. Düşünürəm ki, dilimizdə  “Ə” və “Y” hərflərinin xüsusi yeri var. Hətta, müasir mahnı ifaçılığı, xanəndəlik sənətində bizim sənətkarların öz digər həmkarlarından olduqca mütəhərrik səsilə, xüsusi boğazlar və uzun zəngulələrilə seçilməsində də bioloji faktorlarla yanaşı,  [Ə] səsinə uyğun “Ə” hərfinin özünəməxsus rolu olduğunu böyük əminliklə söyləmək olar.  Uzun müddət müxtəlif qramatik qaydalar mövcud olmasına baxmayaraq günümüzdə də “Y”-nın hansı sözlərdə qoşa, harda tək yazılması məsələsi açıq olaraq qalır. “Y” ilə bağlı bir-iki misal çəkəndən sonra, “Ə”-yə  aid  öz başıma gələn, iştirakçısı olduğum maraqlı bir əhvalat danışacam. Deməli belə məsələn,  götürək “tövsiyə” sözünü hal-hazırda mövcud olan qramatik qaydalara uyğun olaraq yuxarıda göstərildiyi şəkildə bir “y” ilə yazılmalıdır. Olsun. İndi bu sözün kökünə baxaq “tövsiyə” Ərəb mənşəli “tovsiyə” sözündəndir. Göründüyü kimi kökdə də bir “y” ilə yazılıb. Ancaq burada iki fərqli məqam var. Birinci “tovsiyə” Ərəb hərflı sözdə “iy”  ardıcıl gələn bu iki hərf eyni işarə ilə yazılır. İkinci isə orada “ö” deyil, “o” olduğuna görə biz  dilimizə uyğun “ö” yazıb, [ö] tələffüz etdikdə müəyyən məqamlarda [ö] daha incə, yumşaq səs olduğuna görə sanki bir “y” azlıq edir.  Məncə, qərar verəndə bu iki səbəb nəzərə alınmalıdır. Konkret olaraq, “tövsiyyə edirəm”, “tövsiyyə olunur”, “tövsiyyə məktubu”, “tövsiyyə”,  kimi hallarda zənnimcə qoşa “y” yazlması daha məqsədə uyğun olardı.  Hal-hazırda istər ənənəvi, istərsə də elektron formalı mediada hər iki qaydadan  geniş istifadə olunur. İkinci bir söz “mütaliə” . Bu söz də Ərəb mənşəlidir. Mövcud qaydalara görə “mütaliə” formasında “y”-sız yazılmalıdır. Ancaq bu nə dərəcədə uyğundur bu maraqlı sualdır. Çünki, “mütaliə” və “ailə” sözlərinə ayrı-ayrılıqda baxdıqda, “ailə” –sözünün nisbətən “y”-sız yazılması qanunauyğun görünsə də, bu fikri “mütaliə” sözünə heç cür aid etmək olmur. Hərçənd ki, “mütaliə”,  “ailə” bu sözlərin ikisi də “y” ilə yazılsa daha yaxşı olar. Mən adətən “mütaliə”-ni “mütaliyə”- kimi yazıram. Daha bir söz, “seyid”- bu söz də Ərəb mənşəlidir. İlkin variantında, yəni kökdə – Ərəb dilində, “seyyid” – dilin öz qrafikasına uyğun olaraq  təşdidli “y”-ilə qoşa yazılır.  Ancaq, qaydalara uyğun olaraq dilimizdə  “seyid” şəklində bir “y”-ilə yazılır. Bu sözü mən hələlik iki dəfə işlətmişəm. Birinci dəfə  Milli Qəhrəmanımız  Mübariz İbrahimova  həsr olunmuş  “Oriyentir Ulduzu ” povestində, xüsusi isim kimi qəhrəmanın adı olaraq  “Seyid” formasında bir “y”-ilə.  Bəlkə də burada ad olduğuna görə sözün bir “y”-ilə olması ya hiss olunmur, ya da başqa bir səbəbdən heç bir çatışmamazlıq hiss olunmur. Ancaq, ikinci dəfə çox sonralar, yəni bu son vaxtlarda bir şeirdə dahi Nəsimiyə xitabən “ya Seyyid  Əli” dedikdə  bir “y” heç yerinə düşmür. Adı çəkilən şeir indiyə qədər hələ çap olunayıb. Yəqin ki, bu kitabda ilk dəfə gedəcək. İki “y”-ilə. İndi sual oluna bilər, bir  “y”-ilə getsə olmaz??? Sizi inandırıram ki, “y”-nın birin silən kimi elə bil, şeirin bütün ruhu ölür… Belə-belə işlər dəyərli oxucum, deyəsən sizi çox yordum. Ancaq inanın ki, çox xırda görünən bu məsələlər bəzən böyük problemlərə yol açır. Bunları yazmaqla ən azı düşüncələrimi  sizinlə bölüşdüm, əslində çox yüngüllük, könül rahatlığı tapdım. İndi gələk əlifbaızın incisi, çox qiymətli hərfimiz  “Ə”-nin əhvalatına. Əhvalata  keçməzdən  əvvəl onu qeyd edim ki, Biz Qarabağlıların “Ə”-yə xüsusi hüsni-rəğbəti var. Məsələn, “əynə dur, ə”,  “əyağımı əzdin, ə” və s. Bir də “j”- ya. Ancaq, “j” lokal xarakterli olduğuna görə onun üzərində dayanmırıq. Deməli, bu hərflər, sözlər bir ara məni o qədər məşğul etmişdi ki, Türk dili kursuna yazıldım və Türkyə Respublikasından gələn qardaşlarımızla canlı söhbətlər zamanı yaranan bir çox suallara peşəkar Türk dili hocalarının  iştirakı və köməkliyi ilə cavab tapmağa çalışdım. Onu  qeyd edim ki, çox az fərqlə “yorum” da daxil olmaqla qramatik qaydalarımız həmən-həmən eynidir. Orda da bu “Ə” hərfinə görə xeyli faydalı mübahisələrimiz  olurdu. Məsələ ondadır ki, onlar Ərəb qrafikalı hərfdən, Latına keçəndə  [Ə] səsinə uyğun ayrıca işarə nəzərdə tutmadıqlarına görə hal-hazırda tarix üçün çox az vaxt keçməsinə  rəğmən böyük dəyişikliklər baş verib ki, bu səbəbdən bəzi fərqlər  yaranıb. İş o yerə çatıb ki, hətta bu  işlə məşğul olan pedaqoqlar belə çox hallarda [Ə] səsi gündəlik danışıqlarında kifayət qədər çox işləndiyi halda yazıda faktiki olaraq inkar edirlər.  Belə mübahisələrin  birində müəllim ümumiyyətlə “Ə”-nin olmadığını iddia etdi. Onda mən sual etdim ki, hocam bəs  əlifba dəyişməzdən əvvəl biz və eyni zamanda siz hansı əlifbadan  istifadə edirdik? Əlbəttə, müəllim heç düşünmədən cavab verdi ki, uzun illər böyük bir coğrafiyada Ərəb əlifbası hökmran olub və biz də ondan istifadə etmişik. Bu cavabı gözləyirmiş  kimi,  müəllimin heç gözləmədiyi  halada lövhəyə çıxıb  uzun illər  [Ə] səsini bizim üçün qoruyub saxlamış Ərəb əlifbasından “əyn” hərfini yazdım və bir az da diskusiya etdik. Müəllim də razılaşdı  ki, onlarda da dəyişiklik zamanı bu işarənin uğurlu əvəzedicisi tapılsaydı daha yaxşı olardı və indi ki kimi [Ə] ilə səslənən sözləri “A” və ya “E” ilə yazmaq məcburiyyətində qalmazdılar.  İndi müasir dövrümüzdə bu məsələ xüsusilə  aktual olaraq qalır. Müxtəlif təkliflər səslənir, texnologiya səbəb gətrilərək dəyişikliklərin, bəzi hərflərdən imtinanın vaxtı çatdığı sübut olunmağa çalışılır. Hal-hazırda Türk dünyasının ortaq əlifba, dil məsələsi gündəmdə qalmaqda davam edir. Bu məsələ uzun müddət davam etməsinə baxmayaraq, təbii olaraq ortaq məxrəcə gəlmək mümkün olmur, çünki hamının  bizim “Ə”, “Ğ”,  “G”, “Ç” kimi öz vazkeçilməzi var. O yaxşıdır ki, bu məsələ üzərində iş gedir. İstər yaşlı nəslə mənsub alimlərimiz, istərsə də gənc nəslin nümayəndələri çalışır, araşdırır öz fikirlərini ortaya qoyurlar. Bu yaxınlarda filologiya üzrə fəlsəfə  doktoru  Cəmilə  Babayevanın “TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN  DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYLARINDA DİL MƏSƏLƏLƏRİ” adlı  monoqrafiyası ilə tanış olmaq mənə nəsib oldu. Çox aktual mövzuda olduqca dəyərli bir yazıdır. Müəllif konkret olaraq problemlərin həlli yollarını  göstərməsə  də vacib məsələlər qaldırır, mövcud real vəziyyəti açıb göstərir. İstər bu tip yazılarda, istər gündəlik müzakirələrdə, televizya-radio verlişlərində, mətbuatda, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə ortaq dil, əlifba məsələsi  həmişə gündəmdədir. Ancaq bu elə incə bir məsələdir ki, tələsmədən  hamının maraqlarına xidmət edən yetkin qərar qəbul olunmalıdır. Elə etmək lazımdır ki, necə deyərlər, – “nə şiş yansın, nə kabab”. Bir daha qeyd edirəm ki, bu gün mövcud olan  hər hansı  (əlbəttə, tarix üçün bu olduqca qısa və keçici bir səbəbdir) səbəb üzündən min illər boyu əcdadlarımızdan miras qalmış, müxtəlif qrafikalı əlifbalar qəlibinə düşsə də özünəməxsusluğunu  qoruyub saxlamış  səs və  hərflərimizi  güzəştə getməməli, qoruyub gələcək nəsillərə ötürməliyik. Xüsusilə ORFOQRAFİYA, ORFOEPİYA, QRAMMATİKA  LÜĞƏTLƏRİ, DƏRSLİKLƏR VƏ ƏLAVƏ DƏRS VƏSAİTLƏRİ  hazırlayan  şəxslərə üzümü  tutub deyirəm ki, yazılış qaydalarını mümkün qədər tələffüzə uyğun şəkildə tərtib etsək daha yaxşı olar. Bu yazıb – oxumağı yeni öyrənən uşaqlarla yanaşı dilimizi öyrənmək istəyən əcnəbilər üçün də rahatlıq gətirər. Bir məsələ var ki, ona da toxunmağı vacib bildim. Mənim də xüsusilə şeirlərdə  ara-sıra işlətdiyim “tüm”, “qut” və “həp” sözləri bəzən müzakirə mövzusu olur. Yəqin ki, bu kəlməni nə vaxtsa çoxumuz eşitmişik; – “bir loxma ye ürəyində qut olsun”.  Əgər, bu sözləri bizdən əvvəlkilər işlədiblərsə,  indi də yeri gəldikdə işlənən  zaman  anlaşılırsa nəyə görə bu sözləri işlətməyək?  Məncə bu sözlər yəqin  birhecalı  və daha yığcam olduğuna görə çəkici gəlir. Bir də əgər dilimizin müxtəlif  təbəqə və qatlarında işlənirsə ədəbiyyatda da öz əksini tapmalıdır. Əziz və çox dəyərli oxucum,  şeirlər toplusu olan bir kitabın giriş sözündə sizi bu qədər yormaq istəməzdim. Ancaq  nə etəmk olar? Qısa bir-iki kəlmə söz demək istəyirdim, fəqət  söhbət uzandıqca, uzandı. Bu yazının sonunda onu qeyd etmək istəyirəm ki, bütün qaydalar keçici və dəyişkəndir. Həm də belə bir söz var; –  “qaydalar elə onları pozmaq üçündür”.  Odur ki, cəsarətli olun, mənim çox hörmətli müəllimlərindən biri olan Loğman müəllim demişkən, əndazəni gözləmək şərti ilə qaydaları pozun. Nəyin düz, nəyin səhv olduğunu zaman göstərəcək. Əslində başqa cür mümkün də deyil.  Həyatımız şablonlardan ibarət olsa, onda yeni heç nə yaranmaz. Yaradıcılıq bəs nə deməkdir? Bir işin adı yaratmaq ola, orda mütləq cəsarətli olub, ən azı fikirləri bölüşmək lazımdır. Mənimlə həmfikir və ya müxalif olmağınızdan asılı olmayaraq, hal-hazırda bu sətirləri oxuduğunuza görə sizə sonsuz təşəkkürlərimi bildirir, gündəlik fəaliyyətinizdə uğurlarınızın daha da bol olmasını arzu edirəm!!!

                                                    02. 02. 2017. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə müəllifin “ÇƏHRAYI KİTAB” adlı kitabında ÖN SÖZ kimi istifadə olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ƏLİ TƏLTİF OLUNDU

Akif ƏLİ — Azərbaycan yazıçısı, filoloq alim.

Tanınmış Azərbaycan yazıçısı, filoloq alim Akif ƏLİ  “Azman” adlı kitabına görə “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif olunub.

AKİF ƏLİ N: 065 24.03.2021. – BAKI.

Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Akif müəllim!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 4

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

FƏTHƏ َ Ə

Hərfinin üstündə yazılan işarə fəthə adlanır. Fəthəli hərf qısa Ə saiti ilə oxunur və hərf məftuh adlanır.

حَ – hə خَ – xa جَ – cə ى – yə نَ – nə ث َ- sə تَ – tə

بَ – bə اَ – ə ضَ – da صَ – sa ش – şə سَ – sə وَ – va

ز – zə ر – ra ذ – zə د – də هَ – hə, مَ -mə, لَ – lə,

كَ – kə, قَ – qa, فَ – fə, غَ – ğa, عَ – ə, ظ – za, ط – ta

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA


DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏMİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR

Qulu Ağsəs – Əməkdar jurnalist.

İşıq ADAM…

Qulu Ağsəs məndən ötrü yeriyən Qarabağdır… Ağdamdır… Başından nə tufanlar keçsə də,  bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Cümə məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı…

Çıraq kimi adamdı Qulu Ağsəs… Saxta çilçıraqların göz qamaşdırdığı dünyanın tən ortasında o Çıraq həqiqətdən nurlanan büllur kimi dumduru işığını qorumağı bacarıb. Çıraq özünə işıq salmır axı… Ona görə də özündən, ətrafındakıların həyatında varlığının – işığının nə demək olmasından xəbərsizdi…

Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Qulu Ağsəs… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran Ağsəs elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı…  Ərk edə biləcəyim doğma ünvandı…

Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Qulu Ağsəs…

20 aprel 1969-cu il Qulu Ağsəs oğlu Zeynalovun anadan olduğu gündür.

20 noyabr 2020-ci il isə Qulu Ağsəsin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu gündür…

Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…

27 ildir ki, Qulu Ağsəs yarım qalmışdı, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəcəyi günü gözləyirdi…

Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Kiminsə böyrünə qısılıb getməyi qəbul etməmişdi. Kimisə böyrüncə Yurduna qonaq aparacağı, süfrəsindən pay verəcəyi günü gözləmişdi… Şükür bu günə…

 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)

Qulu Ağsəs bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Qulu xor oxuyan deyil axı… Qulunun öz Yolu var… Qulu bu dünyada bircə Yaradanın Qulu olmağı seçib, bir də əlahəzrət Sözün qabağında diz çöküb. Sözə səcdə eləyib, elə buna görə də Söz Qulunun əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Quludan ötrü…

Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Qulu Ağsəsin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!

27 ildir, ruhu külə dönən Adam… Şəhərinin sütunlarıyla bərabər dünyası yıxılan Adam… Anadan ayrılan bala təkin yaşadığını ömürdən saymayan Adam… Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Adam… Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına…

Deyirlər, Ağdama yazdığı şeir Qulunun yaradıcılığının zirvəsidir…

Bu hələ harasıdır, camaaat?! Qulu yenicə dil açır… Qulu hələ innən belə danışacaq… Əli qələm tutacaq… Qulu hələ innən belə yazmağa başlayacaq… Ayağı Ağdama dəyən gün Qulu “Ağdamın novellası”nı yazacaq…

 27 ildir, darıxan Şair… 27 ildir, ağrıyan Şair… Ağdamsız dünyanı məhbəs sanan Şair. Azadlığın mübarək!

25 yaşın mübarək! Doğuluşun mübarək! Varlığın mübarək! Ömrünə doğan Günəşin – yurduna gələn baharın mübarək!

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru