Etiket arxivi: Azərbaycan ədəbiyyatı

Rəsul Rza və Səməd Vurğun

Rəsul Rza və Səməd Vurğun

“Səməd Vurğunu bir şair, bir insan kimi uzun illərin axarında, pillə-pillə, səhifə-səhifə tanıdım.” – RƏSUL RZA

RƏSUL RZANIN XATİRƏLƏRİNDƏKİ SƏMƏD VURĞUN: “Səməd Vurğunla harada, haçan tanış olduğumu deyə bilmərəm. Qalaq-qalaq günlərin arxasından bu ilk tanışlıq gününü arayıb tapmaq çətindir. Səməd Vurğunu bir şair, bir insan kimi uzun illərin axarında, əgər belə demək olarsa, pillə-pillə, səhifə-səhifə tanıdım. Mübahisəmiz, birgə mübarizəmiz, fikir, zövq uyuşmazlığımız, dostluğumuz, soyuqluğumuz da oldu. Mən xatirimdə qalan bəzi epizodları xəyalımda yenidən canlandırıram.

Bu xatirələr xronoloji olmayacaq. Mənim gündəliyimə bəlkə də aylıq, illik demək daha doğru olardı. Ayrı-ayrı qeydlərimin tarixləri arasında bəzən yaxın, bəzən də çox uzun zaman var. Vaxtı ilə edilmiş bu qeydlərdə gərəkli olanlarla yanaşı, az əhəmiyyətli, təsadüfi, ötərilər də az deyil.

Bakı, “Kommunist” qəzetinin klubu. Ədəbi gecə. Mübahisələr. Bir-birini inkar edən fikirlər… Mikayıl Rəfilinin bir şeiri qızğın mübahisəyə səbəb oldu:

Nəşədir yaşamaq,
Nəşədir həyat.
Alqış sənə, ey ölməyən
Kainat.

Mikayıl Rəfilinin bu sətirləri Səməddə kəskin etiraz doğurmuşdur. O, insanların ağır zəhmətini, Yer üzündə milyonlarla adamın iztirab və məşəqqətdə yaşadığını şahid çəkərək həyatın, yaşamağın nəşə olmadığını söyləyirdi.

Səmədin fikri ilə razı olanlar da, olmayanlar da vardı. Mehdi Hüseyn, mən M.Rəfilinin fikrinə səs verdik. Dedik ki, bütün çətinlik və iztirablara baxmayaraq, kainatda həyatın hərəkət yönü nəşə-sevincə, daha işıqlı günlərə doğrudur. Mübahisə bitmədi. Tərəflər öz mövqeyində qaldı. Sonralar bu mübahisələri xatırlayanda, mən bu qənaətə gəldim ki, fikirlərdəki uyuşmazlıq məsələnin mücərrəd, qeyri-müəyyən zaman və məkanda qoyuluşundan gəlirmiş. Hər iki fikir ayrı-ayrı baxımdan doğrudur.

Bir dəfə soruşdum ki, Səməd, niyə sərbəst yazmaq istəmirsən?

O, gülümsündü: “Yazacağam, yazacağam”, – dedi, – Bir qədər fikirləşdikdən sonra əlavə etdi: “Sərbəst şeiri hələ geniş oxucu kütləsi qavraya bilmir. Doğrudur, bu formanın üstünlükləri var. Fikri dəqiq demək, yeni söz birləşməsi yaratmağa da sərbəst şeir imkan verir. Lakin heca vəznində hələ də istifadə olunmamış imkanlar çoxdur. Heca vəzni ən sadə oxucuya da doğma və aydındır. Tez əzbərlənir. Bizim el havaları, muğamat kimi xalqın iliyinə, sümüyünə işləmişdir. Mən heca, bəzən də əruz vəzni ilə yazıram ki, oxucu mənə inansın, şeirimi sevsin. Əlbəttə, mənim əsas yolum heca vəzni olaraq qalacaq. Ancaq sərbəst şeir forması da mənə yad deyil”.

Sonralar Səməd sərbəst şeir yazdı, həm də bu şeirlər mənəvi dəyəri, ictimai pafosu ilə onun yaradıcılığında müəyyən yer tutdu…

Samur-Dəvəçi kanalının açılışı da yadımdadır. Səmədlə Qubaya getdik. Kanalın açılışı gurultulu, təntənəli keçdi. Axşam mehmanxanada bu günün hadisələrindən, sadə adamların hər yerdə bizə hörmət və məhəbbətindən xeyli danışdıq.

Yuxumuz gəlmirdi. Səməd həmişəki kimi narahat idi.

Samur-Dəvəçi kanalının açılışına hər birimiz bir neçə sətirlik şeir yazıb, bir növ, ürəyimizi boşaldırdıq. Təəssüf ki, o şeirləri indi axtarıb tapa bilmirəm. Bəlkə də mənim şeirim Səmədin arxivindədir. Onun yazdıqlarından ancaq bu misralar yadımda qalıb:

Gün keçər, zaman gələr,
Göyərər əkilənlər.
Qəmli günlərə düşər
Özünü tək bilənlər.
Nə qədər yaşasa da,
İnsan adını almaz.
Şöhrət üçün, ad üçün
Yeddi qat bükülənlər”.

Rəsul Rza Səməd Vurğunun ovçuluğa olan marağından da bəhs edib:

“Ovçuluq Səməddə bir ehtiras idi. Biz – onun ov yoldaşları Səmədlə ayaqlaşa bilmirdik. “Siz bir balaca burada qızının, mən bax, oraya baxım gəlim”. Bu sözlərlə Səməd ovçu yoldaşlarını tonqalın yanında qoyub bir anda yox olardı. Onun “bir macal”, “bir qınnax” dediyi vaxt bəzən saatlarla çəkərdi. Qayıdıb gələndə, adətən, kəmərindən, heç olmasa, bir-iki quş asılmış olardı. Sonra hamımız yeni ovlağa gedərdik. Səməd yorulmaq bilməzdi. Ov vaxtı elə bil cavanlaşırdı.

Bəzən ov uğursuz olanda Səməd yorulardı. O, sərrast atar, qabağına çıxan ovu əldən buraxmazdı.

Sazaqlı bir qış günü bir neçə yoldaşla Cəngiyə getdik. Deyirdilər Cəngidə, Bakı yolunun sağ tərəfində, təpələrin dalında, çay qırağında kaklik olur. Ovçular bilir ki, kəklik ovu çətindir. Bu çətinlik Səmədi daha artıq həvəsə salırdı. Səhərə bir az qalmış Cəngiyə çatdıq. Üç dəstəyə ayrıldıq. Sağa, sola və qabağa yol aldıq. Səmədlə mən qabaq tərəfə, çay qırağına yönəldik. Bu dəfə Reks (onun ov iti) yox idi. Bir müddət qabaq maşın altında qalmışdı. Biz irəlilədikcə hava açılır, ala-toranlıq əriyirdi.

Səməd dodağında nə isə deyirdi. Yaxınlaşdım. Səməd “Ay Reks, ay Reks” deyə ah çəkirdi. Sanki onun ov həvəsi də yoxdur. Çox kədərli görünürdü. Birdən sağ tərəfdən bir kəklik pırıltı ilə qalxdı. Mən tüfəngimin qayışını çiynimə keçirmişdim. Hə-hü eləyib tüfəngi əlimə alınca Səmədin tüfəngi gurladı. Kəklik yerə düşdü. Səməd yaralı quşun dalınca yüyürdü. Kəklik uça bilmirdi. On-on beş dəqiqədən sonra Səməd yorğun addımlarla geri döndü. Mənə baxıb güldü.

-Səməd, niyə gülürsən?, – dedim.

-Ayə, ov yerində tüfəngi dəyənək kimi saxlamazlar. Həmişə əlin tətikdə olsun.

Səmədin yaxşı yoldaşlığı vardı. Yol boyu gülüb-danışar, zarafat eləyərdi. Bu dəfə ovumuz uğursuz oldu. Nə qədər gəzdiksə, bir sərçə də tapmadıq. Səməd dinməz-söyləməz geri qayıdırdı. Dindirəndə könülsüz cavab verirdi. Ov onun üçün əyləncə deyildi. Ov zamanı, sanki bütün böyük-kiçik qayğılardan azad olur, fikri-diqqəti ancaq bir şeyə – ova bağlanırdı. Ov uğurlu olanda kefi kökəlirdi”.

Şair, həmçinin Səməd Vurğunun tərcüməsində “Yevgeni Onegin”in yeni nəşrini redaktə etməsindən danışıb:

“Bu tərcümə ciddi zəhmətin, həvəs və ilhamın nəticəsi idi.

Puşkinin məşhur “Onegin bəndləri”ndə orijinalın özünəməxsus formasını saxlamaq çətin bir iş idi. Səməd bu işin öhdəsindən gəlmişdi. Bununla belə, təkrar nəşrdə ayrı-ayrı misraları dəqiqləşdirmək, bəzi yerlərdə deyimləri (ifadələri) daha da səlisləşdirmək gərəkdir. Bunların çoxunu Səməd özü qeydə almışdı. Bəzilərini redaktə zamanı düzəltmək lazım idi.

Tərcümənin mətnində düzəlişləri Səmədlə müzakirə edirdik. Razılaşdığı da, razılaşmadığı da olardı. Bir də görürdün ki, gecənin bir vaxtı telefon zəng çalar. Yuxulu-yuxulu dəstəyi götürürdüm. “Ayə, bu tezdən yatarlar?”. Saata baxıb… “Yaman tezdir, saat üçə işləyib”, – deyirdim. Səməd gülürdü: “Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən. Ayə, o gündüz dəyişdiyimiz misralar belə olsa yaxşı deyilmi?”. Mən diqqətlə onu dinləyirdim. Çox vaxt yeni variantın daha səlis, daha orijinal olduğunu təsdiq edirdik. Bəzən də razılığa gələ bilmirdik. Səməd mübahisəmizi zarafatla qurtarırdı: “Görürəm yuxulusan. Gecənin xeyrindən sabahın şəri yaxşıdır”.

Bu yaradıcılıq nigaranlığı Səmədin şair xarakterinə xas olan mühüm cəhət idi.

Bəzi əsərlərinin taleyi son illərdə Səmədi çox düşündürürdü. Müəyyən səbəblərdən poeziyamızda yaranmış birtərəflilik, müəyyən fikir, deyim çərçivəsi onun nigarançılığının əsas səbəbi idi. O, dəfələrlə söhbət zamanı, ölümdən beş-on il möhlət istədiyini bildirirdi. “Sinəm doludur, yeni şeirlər yazmaq istəyirəm”, – deyirdi. Bu ürək çırpıntısının şeirə çevrilmiş misraları onun “Şair, nə tez qocaldın sən?!”, “Mən tələsmirəm” kimi şeirlərində yüksək poetik ifadəsini tapmışdı.

Heyif ki, araya əbədi ayrılıq düşdü. Neçə-neçə belə gözəl əsərləri – yeni “Vaqif”ləri, “Komsomol poemaları”nı, “Zəncinin arzuları”nı Səməd sinəsində apardı…”.

ardı var

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan nəsrində povestlər – Oxu!

TAP, OXU!

Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.

Fəxri Uğurlu

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu