ANS-ə təzə işə düzəlmişdim. Tələb qoyulmuşdu ki, hamı materialını özü montaj etməlidir. İşdən sonra qalıb öyrənməyə çalışsam da, bu işin incəliyinə tam yiyələnə bilmirdim. Efirə material verməliyəm, kiməsə yalvarır, xahiş edirdim ki, mənim süjetimi də montaj edin də. Kömək edilmirdi, qınamırdım, öz süjetlərini də işləməli idilər. Yeganə Afət Telmanqızı olurdu ki, ürəyi dözmürdü, çarəsiz sifətimə baxıb deyirdi “yaxşı, gəl səninkini də edim”. Düz iki həftə beləcə öz materialı ilə yanaşı, mənimkini də montaj etdi. Bu müddət ərzində də işdən sonra oturub öyrənirdim. Afət Telmanqızının ad günüdür. Həmin yaxşılıq yadıma düşdü. Keçmiş kolleqa, sizi təbrik edir, gözəl günlər diləyirəm, yorulmayasız, yazıb-yaradasız.
“Boşluqdan qaçıb” xilas, yəni nicat yolu axtaranda”həmfikri, daha doğrusu, “həmcinayəti” Nəcəf Əsgərzadə ilə iki dəfə “Fikir cinayətləri” üstündə tutulanda “Düşünən başlar ölkəsinə” qaçıb canını qurtarmaq istəyən Nicatın cinayət əməllərini öz ədalət məhkəməmdə ədalətli hakim kimi çözüb ona amnistiya vermişəm. Fikirləşmişəm ki, belə cinayətləri gənclər nə qədər çox etsələr, yəni belə silsilə cinayət sahibləri olsalar “İşığımız sönməyəcəkdir”.
Nicat gənc yaşlarından rahat yaşamaq yolundan imtina edib “vicdanlı insan rahat yaşaya bilməz” fəlsəfi düşüncəsinə sadiqdir. Əlbəttə, indi də gəncdi, düşüncələri isə qos-qoca.
Nicat sözlə o qədər kübar davranır ki, “bizim məmləkətimizin insanları (əlbəttə, bəziləri) unutqan (yəni manqurtabənzər) deyil, sadəcə xatırlamaq istəmirlər” yazır.
Nicat səhv eləmirəmsə, beş kitab müəllifidir. Hər kitabı yazanda özünə sual verir: “mən niyə yazıram?!” Tezliklə altıncı dəfə özünə bu sualı verəcək. Ürəyinin, təxəyyülünün, istedadının hökmüylə yazır, onların əmrindən çıxa bilmir, daha dəqiq desəm, çıxmaq istəmir.
Yaz, Nicat, yaz, HƏQİQƏTi yazmaq ali missiyadır, sivil mübarizədir. Nə olsun ki, sən missioner deyilsən? Həqiqət yalandan fərqli olaraq, çılpaqlığı ilə gözəldir. Elə çılpaq gözəllikdən yaz, ona heç vaxt pafosla don geydirmə. Qoy donsuz qalsın. Eybəcər, kor gözlülər onsuz da həqiqəti sevmirlər.
Nicat bəyə Cəfər Cabbarlının Sonası, Markesə yazı makinası almaq üçün nişan üzüyünü satan Mersedesi, Lev Tolstoyun nəhəng “Hərb və sülh” romanının yeddi dəfə üzünü köçürən Sofyası, dekabristlərin xanımları kimi cəfakeş, vəfalı, milli ruhumuza uyğun desəm, halal süd əmmiş el gözəli, ömür-gün yoldaşı, sirdaşı arzulayıram. Bu arzum tezliklə çin olsun. Hər kəsin uğurunun bir qismi də cəfakeş, dözümlü xanımının payına düşür. Çexov həqiqəti deyirdi: “qadınla yaşamaq olmur, qadınsız da”.
Bir də tez-tez özün özünə “mən niyə yazıram?!” deyəsən…
Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ünlü aydın, tanınmış naşir, filologiya elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlini dünyaya gəldiyi gün (19 sentyabr), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma on beş il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Sorağa çıxanda əzəli, ilki, Hamımız bir evin sakini sanki. Qayəndə dünyanın ovqatı, dərki, Məramın ki bəlli, Nadir Məmmədli!
Bir üzü tunc dünya, bir üzü ipək, Gah sevinc bəxş edir, gah da ki göynək. Yaxşılığa yaxın deyən bir köynək.. Əməlin ki bəlli, Nadir Məmmmədli!
Duruldun bir bulaq duruluğundan, Qovruldun bir budaq qırılmağından, Yoğruldun bir ocaq qığılçımından, Xilqətin ki bəllli, Nadir Məmmədli!
Ömrün şəfəqidir şirin arzular, Bəzən şaxta vurar, bəzən yaz olar. Ömür bir kitabdır, hər an yazılar, Diləyin ki bəlli, Nadir Məmmədli!
Söz də ilmə-ilmə gəlir dilimə, Çıraqdır deyiblər alim aləmə. Sən tale yolunu bağladın elmə, Altmış beşin bəlli, Nadir Məmmədli!
YAZARLAR cameəsi adından AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİnin üzvü, tanınmış şair Zübeydə Heydərqızını doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun, ZÜBEYDƏ xanım!!! Hörmətlə: Zaur Ustac
YAZARLAR cameəsi adından jurnalımızın redaksiya heyəti üzvü, Norveç təmsilçisi Günay Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur Ustac
YAZARLAR cameəsi adından Azərbaycan Respublikasının Əməkdar müəllimi XƏLİLOVA AFƏT MÜRŞÜD QIZInı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur USTAC
YAZARLAR cameəsi adından Əli bəy AZƏRİni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əli bəy! Siz bir əldə qılınc, bir əldə qələm vətənə yorulmadan xidmət edən çox nadir ziyalılarımızdan birisiniz! Allah Sizi qorusun! Var olun! Belə də davam edin. Zaman təkcə gözəl həkim deyil, eyni zamanda adil hakımdir! Bunu unutmayın! Sizə misilsiz xidmətləriniz müqabilində bütün əhli-qələm adından sonsuz təşəkkürlərimizi bildirirəm! Hörmətlə: Zaur USTAC P.S. : Ayrıca “Yazarlar” jurnalının İyul -2024 N:07 (43) sayında Sizə özəl təbrikimiz var (PDF): yazarlar-43
YAZARLAR cameəsi adından KAMALƏ ABİYEVAnı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovu YAZARLAR cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, YUNİS müəllim!
YAZARLAR cameəsi adından gənc yazar Nigar Səttar-zadəni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Hörmətlə: Zaur USTAC