Etiket arxivi: Günel Natiq

“Gözəl günlər naminə” – Günel Natiqin yeni kitabının təqdimatı

“Gözəl günlər naminə” – Günel Natiqin yeni kitabının təqdimatı

26 aprel 2025-ci il tarixində “Qanun” nəşriyyatında yazıçı Günel Natiqin “Gözəl günlər naminə” kitabının təqdimatı və imza günü keçirildi. Tədbirdə tanınmış qələm adamları, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açdı. O, “Qanun” nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışdı, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirdi.
Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd etdi: “Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən,” – deyə o bildirdi.
Yazıçı Azad Qaradərəli çıxîşında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd etdi. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi “Ayı dərisi” povestinə toxunaraq, “Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil,” – fikrini səsləndirdi.
“Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin “Kağız gəmilər” kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd etdi. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğuladı. Südabə Ağabalayeva bildirdi ki, “Azərbaycan” jurnalında “Ədəbi talelər” rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir.
Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açdı.
Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs etdi, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğuladı. O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirdi.
Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun “Xüsusi layihələr” departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açdılar.
Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın “Gözəl günlər naminə” kitabından “Epidemiya” hekayəsini səsləndirməsi oldu. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirdi. Daha sonra oxucular üçün kitablarını imzaladı.

YAZARLAR.AZ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə “Gözəl günlər naminə” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.
9 kitab müəllifi olan Günel Natiq öz sosial şəbəkə paylaşımlarında yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb:

  1. İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.
  2. Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.
  3. Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.
  4. Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.
  5. İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır… Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır.
    6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var…
  6. İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…
  7. Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.
  8. Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.
  9. İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.
  10. Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.
  11. Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.
  12. Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…

Qeyd edək ki, kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da “Qanun” nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

N.Nərimanovun dul qadını Gülsüm xanım oğlu Nəcəflə ərinin məzarı başında

TARİXİ FOTO

N.Nərimanovun dul qadını Gülsüm xanım oğlu Nəcəflə ərinin məzarı başında. (Nəcəf İkinci Dünya Müharibəsində həlak olub).

Mənbə: Günel Natiq

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zəfər nəğmələri” kitabı Türkiyədə çap olunub

Tanınmış şair, esseist,Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı, Şahnaz Şahinin Vətən Müharibəsindən bəhs edən “Zəfər nəğmələri” kitabı Türkiyədə, “FERFİR” nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxmışdır. Kitabın redaktoru şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, baş direktoru isə Şərəf Yılmazdır. Kitabı qardaş dilə Ömər Küçükmehmetoğlu çevirmişdir. Poema və vətənpərvər şeirlərdən ibarət kitab qardaş ölkənin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Dahi şairimiz H.Cavid “Peyğəmbər” əsərində

“Qadın gülərsə,bu issiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

sözlərilə qadınların cəmiyyətdə mövqeyini ifadə edib.

Qədim Türklərdə patriarxal qanunlar hökm sürsə də,”Qadın-Ana” hər zaman müqəddəs anlam daşıyıb.Oğuzlarda”Ana haqqı tanri  haqqı adlanıb. Peyğəmbərimizin “Cənnət anaların ayaqları altındadır ” kəlamı isə ananın müqəddəsliyini ifadə etməklə yanaşı, insanın bu dünyada müvafiq əmələrinə də işarədir.

Hər bir ailə kiçik cəmiyyətdir.Cəmiyyət isə bəşəriyyətin inkişafında təkanverici qüvvədir.Bir-biri ilə zəncirvarı bağlı olan bu anlayışları  birlləşdirən milli mənəvi dəyərlərdir.İnsanln bir vətəndaş və şəxsiyyət kimi formalaşmasında milli- mənəvi dəyərlərimizin rolu əvəzsizdir.

Elə bu günlərdə Səbaill rayonunda keçirilən “Qadın :-Ana və Yaranışdır “layihəsinin yekununa həsr olunmuş mətbuat konfransında bu məsələlər geniş müzakirə olundu.

Konfrans Dövlət himnimizlə və şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə öz işinə başladı.

Yeri gəlmişkən onu da qeyd edək ki ,”İz”Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə” Qadın:-Ana və Yaranışdır”layihəsinə üç ay əvvəl start verilmişdi.

İctimai birliyin rəhbəri Fəridə Mirişova AZƏRTAC-a bildirib ki,layihənin əsas məqsədi məişət zorakılığına,qadınlara qarşı ayrı-seçkiliyə son qogulmasını milli -mənəvi dəyərlər əsasında təşviq etmək və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir.Fəridə Mirişova qeyd edib ki ,məişət zorakılığının,qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq,bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir:” Təəssüflər  olsun ki, qadınlara qarşı zorakılıq , məişət müstəvisində onların   hüquqlarının pozulması hələ dıı aktualdır.Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var.Bu problem xüsusən regionlarda daha geniş yayııb.Ona görə,layihəmiz Salyan və Neftçala ragonlarında yaşayan qadınları O cümlədən Bakı şəhərinin Sabunçu rayonunu  əhatə edəcək”.

Layihə rəhbəri onu da bildirib ki,QHT layihə çərçivəsində ailə anlayışı,milli -mənəvi dəyərlərimizdə ana, qadın  və qız , ata, həyat yoldaşı və oğulun rolu, ailə münasibətlərinin tənzimlənməsi  əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə ediləcək.Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların payaşması nəzərdə tutulmuşdu.Layihə vaxtında- üç ay müddətində icra edılmişdir.Çıxış edənlər layihənin həyata keçirilməsində  mövcud olan problemlərdən danışdılar.Media nümayəndələrindən  Günel Natiq, Xətayə Sahabbin-Rüstəmova, Azər Həsrət Bütöv Azərbaycan qəzetinin baş redaktoru Təmxil Zirəddinoğlu mövzuya münasibətlərindən ətraflı söhbət açdılar.Jurnalistlərin  maraqlı suallarına Fəridə Mirişova və  psixoloq Vüsalə Əmiraslanova ətraflı əsaslandıraraq  cavab verirdi. Jurnalistlərlə bərabər cəmiyyətdə yeri vı mövqeyi olan tanınmış ziyalı xanımlar da iştirak edirdi . Yazıçı Cəlal Bərguşadın xanımı,hüquqşünas Sayad Cavadzadə öz ailəsilə bağlı maraqlı faktları söyləyərək ailə formulunu nümayiş etdirdi.Azərbaycan Nyu-York Assosiyasının(“ANA”) yaradıcısı Zəminə Mirhadıyeva çıxışında Amerika ailəsi ilə bizim ailədəki fərqlərdən bəhs etdi.Bizim milli adət və ənənələrimiz öz fərdi xüsusiyyətləri ilə  tam fərqlənir.Və ən gözəl də qaydaları qoruyur..Qanunvericilikdə Azərbaycanda Məişət zorakılığının qarşısınıın alınması haqqında qanun mövcuddur.Məişət zorakılığı cinayət məsuliyhətinə səbəb olur. BU QANUNA  görə məişət zorakılığı –yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Kino-rejissor,Milli Kino birliyinin əməkdaşı Kəmalə Musazadə mövzuyla baglı çəkdiyi filmlər haqda tədbir iştirakçılarını tanış etdi.Cənubi Azərbaycandan gəlmiş və hazırda Bakıda yaşayan tərcüməçi  Məsumə Şükürzadeh Cənubi Azərbaycanın  qəhrəman qadınlarına həsr olunmuş məlumatları tərcümə etməsini də dinləyicilərə çatdırdı.İştirakçılar bu məlumatlardan razı qaldılar.

Fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abbasova, Folklorşünas alim filologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayeva, Arifə Heydərova,bu məclisə dəvət olunmuş Dunya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin(DAMM) Ekspertlər Şurasının və Xarıbülbül”İB- nın sədri,”Yazarlar” jurnalının. İctimaiyyətlə Əlaqələr üzrə meneceri, AJB-nin üzvü Nəzakət Eminqızı çıxış etdi.O, çıxışında ailə-məktəb, ailə-ictimaiyyət  arasındakı münasibətlərin özəlliklərindən , fərdi

 nümunələr əsasında bunu necə yaratdığından geniş söhbət açdı.Eyni zamanda unudulmaz əbibimiz,görkəmli fenomen şəxsiyyət ,xalqın oglu N Nərimanov muzeyini necə yaratdıgından və onu. qırx ilə yaxın qoruyub saxladıgını,orada keçirdikləri  bir- birindən maraqlı  tədbirlərdən danışaraq bir qadın kimi gördüyü işlərə görə aildə dəstəkləndiyini bildirdi.Diskussiya çay stolu ətrafında davam etdi.Sonda DAMM-nın l vitse prezidenti Ruhiyyə Poladova vəAJB-nin üzvü Nəzakət Eminqızı layihə rəhbəri Fəridə Mirişovaya və jurnalıst Günel Natiqə Azərbaycan Mədəniyyətinin inkişafında xüsusi əməli fəaliyyətinə görə DAMM-nın Fəxri Diplomlarını təqdim etdilər.

Xatirə şəkilləri çəkildi:

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM-nın Ekspertlər Şurasının sədri.“

NƏZAKƏT EMİNQIZININ YAZILAR


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru